Məhkəmə qərarları › İş №2-1(106)-6/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-6/2024

23.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-6/2024 23.04.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Mayılov Samir İlham oğlu və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «ona hüququnun yarandığı tarixdən 3-cü dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli, 2-1(120)- 1128/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ümumi stajı 14 il 4 ay 18 gün hesablanmaqla ona təyin edilmiş pensiyanın yenidən hesablanması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “işlədiyi illərin və təhsil aldığı dövrün sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüququnun yarandığı tarixdən 3-cü dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 11 aprel 2023-cü il tarixli iclasında cavabdeh əsl cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona xəstəliyi ilə bağlı olaraq TSEK tərəfindən xx.xx.2003-cü il tarixində İİİ (üçüncü) dərəcəli əlillik təyin edilmişdir. Onun ümumi iş stajı 14 il 4 ay 18 gün olmasına baxmayaraq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filalı ona 9 il 2 ay 18 gün hesablamaqla müavinət təyin etmişdir. Yəni 5 il 2 ay stajını hesablamamışdır. Nəticədə isə hüququları kobud surətdə pozulmuşdur. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə X13 şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filalınastajının doğru hesablanması və iş stajı üzrə pensiyasının yenidən hesablanması barədə yazılı müraciət etsə də cavabdeh bundan imtina etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı 10 dekabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, ona əlilliyə görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı sosial sığorta stajı 09 il 02 ay 18 gün təşkil etməklə, ona qanunvericiliyin tələblərinə müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 11 il 08 aydan az olması və fərdi hesabının sığortahissəsində toplanmış pensiya kapitalının tələb edilən 20160 manatdan az olmasısəbəbindən ona əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, iddiaçı Ə.İddiaçı məhkəməyə təqdim etdiyi iddia ərizəsində əmək kitabçasında qeyd edilən bütün dövrlərin və əyani təhsil aldığı müddətin sosial sığorta stajına daxil edilməklə əlilliyə görə pensiyanın təyin edilməsi vəzifəsinincavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüquqununmüəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. AR ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Həmin Qaydaların 3.2.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövr əmək kitabçasında qeyd edilən dövrləri əhatə edir. Belə ki, iş materiallarında olan iddiaçı Ə.İddiaçı məxsus 10 dekabr 1990-cı il tarixli, ******* İT nömrəli əmək kitabçasının surətindən məlum olur ki, iddiaçı Ə.İddiaçı xx.xx.1990xx.xx.1993-cü il tarixlərdə, xx.xx.1993-xx.xx.2002-ci il tarixlərdə, xx.xx.2021-ci il tarixdən bugünədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan 496050 nömrəli diplomun surətindən məlum olur ki, iddiaçı Ə.İddiaçı xx.xx.1987-xx.xx.1990-cı il tarixlərdə əyani təhsil almışdır. İş materiallarında olan Cəlilabad rayonu "xxxx" ASC-nin 07 dekabr 2021 -ci il tarixli 10 nömrəli arayışından məlum olur ki, iddiaçı Ə.İddiaçı "xxxx" ASCnin traktor parkında xx.xx.1993-cü il tarixdə 43 nömrəli əmrlə traktorçu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə azad edilmişdir. Aqrotexservis” ASC-nin 07 dekabr 2021-ci il tarixli 10 nömrəli arayışında müəssisənin arxiv sənədlərinin itirilməsi səbəbindən əmək haqqı cədvəllərinin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Cəlilabad rayon Dövlət Arxivinin 01 dekabr 2021-ci il tarixli, 384 nömrəli arayışına əsasən, iddiaçı Ə.İddiaçı Cəlilabad rayonu 1 nömrəli ÜEZ-də 1992-ci ilin yanvar, aprel, iyul, oktyabr, noyabr aylarında əmək haqqı almış, 05 dekabr 1990-cı il tarixdə 167 nömrəli əmrlə Cəlilabad rayonu 1 nömrəli üzüm emalı zavodunda 3-cü dərəcəli traktor peşəsində işə qəbul edilmiş, YMZ-6 markalı traktora təhkim edilmiş, 22 yanvar 1993-cü il tarixdə 6 nömrəli əmrlə işdən azad edilmiş, Cəlilabad rayonu 1 nömrəli ÜEZ-in şəxsi-hesab kitabları arxivə təhvil verilməmişdir. Belə ki, İddiaçı əlilliyə görəəmək pensiyasının təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı aşağıdakı qaydada hesablanır: 50 yaş (müraciət etdiyi tarixdəki yaşı)-15 yaş= 35 yaş. 35 x 4 = 140 ay. 140 ay:12 ay = 11 il 08 ay. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən pensiya kapitalı aşağıdakı qaydada hesablanır: (140 x 144)/200 (əmsal)= 100.8 ay (İddiaçı münasibətdə gözlənilən pensiya ödənişi müddəti aylarının sayı) 100.8 x 200 (minimum pensiya məbləği) = 20160 manat. İddiaçı mərkəzi filiala təqdim etdiyi əyani təhsil almasına dair diplomun surətinə əsasən, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək 02 il 9 ay 22 gün, əmək kitabçasının surətinə əsasən, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək, Cəlilabad rayon Dövət Arxivinin xx.xx.2021-ci il tarixli arayışına əsasən 1992-ci ilin İ, İV, Vİİ, X, Xİ ayları üzrə 01 il 5 ay 26 gün, X1 Sisteminin Pensiya altsisteminə əsasən 04 il 11 ay olmaqla (xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdənxx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) ümumilikdə 09 il 02 ay 18 gün sığorta stajı müəyyən edilmişdir. İddiaçı xx.xx.1993-xx.xx.2002-ci il tarixlərdə "xxxx"də işlədiyi dövrlərə dair əməkhaqqıcədvəlləri mövcud olmadığından həmin dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı sosial sığorta stajı 09 il 02 ay 18 gün təşkil etməklə, ona qanunvericiliyin tələblərinə müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 11 il 08 aydan və fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı (4620,20 manat) qanunla tələb edilən 20160 manatdan az olduğundanona əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2022-cü il tarixli, 2-1(120)-1128/2022 saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddianın qismən təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2022-cü il tarixli, 2-1(120)-1128/2022 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iş materiallarında olan iddiaçı Ə.İddiaçı məxsus 10 dekabr 1990-cı il tarixli ******* İT nömrəli əmək kitabçasının surətindən məlum olur ki, iddiaçı Ə.İddiaçı xx.xx.1990-xx.xx.1993-cü il tarixlərdə, xx.xx.1993-xx.xx.2002-ci il tarixlərdə və 05.01 2021-ci il tarixdən bugünədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan 496050 nömrəli diplomun surətindən məlum olur ki, iddiaçı Ə.İddiaçı xx.xx.1987-xx.xx.1990-cı il tarixlərdə əyan təhsil almışdır. İş materiallarında olan Cəlilabad rayonu "xxxx" ASC-nin 07 dekabr 2021-ci il tarixli 10 nömrəli arayışından məlum olur ki, iddiaçı Ə.İddiaçı "xxxx" ASC-nin traktor parkında xx.xx.1993-cü il tarixdə 43 nömrəli əmrlə traktorçu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə azad edilmişdir. Aqrotexservis" ASC-nin 07 dekabr 2021-ci il tarixli 10 nömrəli arayışında müəssisənin arxiv sənədlərinin itirilməsi səbəbindən əməkhaqqı cədvəllərinin təqdim edilməsinin mümkün olmadığı bildirilmişdir. İş materiallarında olan Cəlilabad rayon Dövlət Arxivinin 01 dekabr 2021-ci il tarixli 384 nömrəli arayışına əsasən, iddiaçı Ə.İddiaçı Cəlilabad rayonu 1 nömrəli ÜEZ-də 1992-ci ilin yanvar, aprel, iyul, oktyabr, noyabr aylarında əməkhaqqı almış, 05 dekabr 1990-cı il tarixdə 167 nömrəli əmrlə Cəlilabad rayonu 1 nömrəli üzüm emalı zavodunda 3-cü dərəcəli traktor peşəsində işə qəbul edilmiş, YMZ-6 markalı traktora təhkim edilmiş, 22 yanvar 1993-cü il tarixdə 6 nömrəli əmrlə işdən azad edilmiş, Cəlilabad rayonu 1 nömrəli ÜEZ-in şəxsi-hesab kitabları arxivə təhvil verilməmişdir. İddiaçı mərkəzi filiala təqdim etdiyi əyani təhsil almasına dair diplomun surətinə əsasən, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək 02 il 9 ay 22 gün, əmək kitabçasının surətinə əsasən, xx.xx.1990-cı il tarixdən xx.xx.1991 -ci il tarixədək, Cəlilabad rayon Dövət Arxivinin xx.xx.2021 -ci il tarixli arayışına əsasən 1992-ci ilin İ. İV, Vİİ, X, Xİ ayları üzrə 01 il 5 ay 26 gün, X1 Sisteminin Pensiya altsisteminə əsasən 04 il 11 ay olmaqla (xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) ümumilikdə 09 il 02 ay 18 gün sığorta stajı müəyyən edilmişdir. İddiaçı xx.xx.1993-xx.xx.2002-ci il tarixlərdə “Cəlilabad aqrotexservis" işlədiyi dövrlərə dair əməkhaqqı cədvəlləri mövcud olmadığından həmin dövrlər onun sosial sığorta stajına daxil edilməmişdir. İddiaçı sosial sığorta stajı 09 il 02 ay 18 günü təşkil etməklə, ona qanunvericiliyin tələblərinə müvafiq olaraq əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb edilən 11 il 08 aydan və fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı (4620.20 manat) qanunla tələb edilən 20160 manatdan az olduğundan ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi mümkün deyildir. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bu səbəbdən Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2-1(120)-1128/2022 nömrəli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Cavabdeh inzibati orqan apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2022-cü il tarixli, 2-1(120)-1128/2022 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6pellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2022-cü il tarixli, 2-1(120)-1128/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək inzibati işə “hüququnun yarandığı tarixdən, yəni xx.xx.2003-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və cavabdeh inzibati orqana ilk dəfə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X7 iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə vəsatətə etirazının olmadığını bildirir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 11.1. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki pozuntulara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Orqanizmin funksiyalarının pozulması faizi, əlilliyin səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Maddə 12.1. Əlilliyə görə əmək pensiyası orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Orqanizmin funksiyalarının 31-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə əlilliyə görə əmək pensiyası fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3. Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Maddə 31. Əmək pensiyası hüququ olan şəxslərəmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 25. Əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayaraq, 26 yaşınadək əlil olmuş şəxslərə bir il iş stajı olduqda, 23 yaşından sonra əlil olmuş şəxslərə isə bir il iş stajı və əlavə olaraq yaşın üstünə gələn hər növbəti il üçün üç ay iş stajı olduqda təyin edilir. Əgər müvafiq, yaş qrupu üçün lazımi iş stajı toplanmışdırsa və növbəti yaş qrupuna keçərkən iş davam etdirilmişdirsə, növbəti yaş qrupu üçün qoyulmuş tələblərdən asılı olmayaraq staj haqqında şərt yerinə yetirilmiş sayılır. Əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlilliyə görə pensiyadan ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyaya keçirilən şəxslərin lazımi iş stajı əlilliyin əvvəlcə müəyyən edildiyi vaxtadək olan yaş üzrə müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnaməsi: Bənd 1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Bənd 3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Bənd 10. 3-cü cümlə: Əlillikdə təsdiqedici sənəd kimi HƏEK müayinə aktından çıxarış, tibbi rəy, pensiya vəsiqəsi, sosial təminat şöbəsinin arayışı və s. qəbul edilə bilər. 1 yanvar 2006-cı ilədək qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun 69-cu maddəsinə görə iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın: 3.1-ci bəndinə müvafiq olaraq sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. 3.1.1-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 3.1.2-ci bəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının: - 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. -3.2.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a (X1) daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. -3.6-cı bəndinə əsasən, qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydalarının: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən

Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

“İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir.

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.

“İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən (qərarın ləğv edilməsi hissəsində) təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilməli, İddiaçı hüququnun yarandığı tarixdən, yəni xx.xx.2003-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və cavabdeh inzibati orqana ilk dəfə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə əməl edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün qeyd etsə də, tətbiqində səhvə yol vermişdir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi işlədiyi illərin və təhsil aldığı dövrün sosial sığorta stajı kimi nəzərə alınaraq ona hüquqununyarandığı tarixdən 3-cü dərəcəli əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə MərkəziFilialının üzərinə qoyulması ilə bağlı olmuşdur. Cavabdeh inzibati orqan isə iddiaçının bütün iş illərini deyil, yalnız əmək haqqı barədə məlumatların aşkar olunmadığı xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrün bir hissəsini və xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixədək olan dövrlərin hamısını mübahisələndirmiş, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək əyani təhsil aldığı 02 il 9 ay 22 gün müddəti və əmək kitabçasında qeyd edilən digər dövrləri yəni, xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək əmək haqqı cədvəllərinin aşkar olunduğu 01 il 5 ay 26 günü, o cümlədən X1 Sisteminin Pensiya altsisteminə əsasən 04 il 11 ay olmaqla (xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) ümumilikdə 09 il 02 ay 18 gün sığorta stajını ümumiyyətlə mübahisələndirməmişdir. Cavabdeh əlilliyə görə əmək pensiyası təyin edilməsi ilə bağlı iddiaçının ilkin müraciətindən ona görə imtina etmişdir ki, xx.xx.1993-xx.xx.2002-ci il tarixlərdə Cəlilabad rayon “Aqrotexservis" ASC-də işlədiyi dövrlərin hamısına və xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrün bir hissəsinə dair əmək haqqı cədvəlləri mövcud olmadığından həmin dövrlər onun sosial sığorta stajına daxil edilməsi mümkün olmamış və bu səbəbdən kifayət edən sığorta stajı tamamlanmamışdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı onun iş stajını təsdiq edən sənədləri cavabdehə təqdim etsə də sonuncu öz vəzifələrini yerinə yetirərək sənədlərin qarşılıqlı yoxlanılmasını həyata keçirə bilmədiyindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçının işlədiyi iş yerlərinin sənədlərinin arxivə təhvil verilməməsi və ya saxlanılmaması iddiaçının təqsirindən baş verməmiş və iddiaçı buna görə məsuliyyət daşımır. Həmçinin cavabdeh iddiaçıya İİİ qrup əlilliyə görə pensiya ödənilməsini mümkünsüz edən hal kimi istinad etdiyi fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmaması ilə bağlı dəlilinə gəlincə, bu hissədə də cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun əlilliyə görə pensiya təyin olunması şərtlərini müəyyən edən 12.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasında əlillərə pensiya təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. Buna görə də məhkəmə hesab edir ki, cavabdehin imtina dəlilləri qanunsuzdur. Belə olan halda iddiaçının tələbi isə əsaslı olduğundan iddia tələbi təmin edilməli, iddiaçının tələbi üzrə cavabdeh inzibati orqanın üzərinə öhdəlik qoyulmalıdır. Məhkəmə kollegiyası İddiaçı iddia tələbini qismən təmin edərkən, onun cavabdeh tərəfindən mübahisələndirilməyən iş illərinin və təhsil aldığı dövrünün yenidən sığorta stajı kimi nəzərə alınması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlilləri və mübahisənin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisəyə iddiaçının əlil olduğu xx.xx.2003-cü il tarixdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun və “Əmək pensiyaları haqqında” Qanunun 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş maddələrinə istinad edilməklə hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 25-ci maddəsinə əsasən əlilliyə görə pensiyalar əlillik əmək zədəsi və ya peşə xəstəliyi, hərbi zədə nəticəsində yaralanma, zədələnmə və ya xəstələnmə, müddətli hərbi və ya alternativ xidmət dövründə xəstələnmə hallarında iş stajından asılı olmayaraq təyin edilir. Ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyalar 21 yaşına çatanadək əlil olmuş şəxslərə iş stajından asılı olmayaraq, 26 yaşınadək əlil olmuş şəxslərə bir il iş stajı olduqda, 23 yaşından sonra əlil olmuş şəxslərə isə bir il iş stajı və əlavə olaraq yaşın üstünə gələn hər növbəti il üçün üç ay iş stajı olduqda təyin edilir. Əgər müvafiq, yaş qrupu üçün lazımi iş stajı toplanmışdırsa və növbəti yaş qrupuna keçərkən iş davam etdirilmişdirsə, növbəti yaş qrupu üçün qoyulmuş tələblərdən asılı olmayaraq staj haqqında şərt yerinə yetirilmiş sayılır. Əmək zədəsi və ya peşə xəstəliyi nəticəsində əlilliyə görə pensiyadan ümumi xəstəlik nəticəsində əlilliyə görə pensiyaya keçirilən şəxslərin lazımi iş stajı əlilliyin əvvəlcə müəyyən edildiyi vaxtadək olan yaş üzrə müəyyənləşdirilir “Əmək pensiyaları haqqında” Qanununun 11.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli vəya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik qrupları, əlilliyin və ya 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri, habelə onların başvermə müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası əlil və ya sağlamlıq imkanları məhdud sığortaolunana ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyinedilir. (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya). Yuxarıda qeyd edilən hüquq normalarına görə xx.xx.1971-ci il təvəllüdlü İddiaçı tələbinə uyğun yəni, əlil olduğu xx.xx.2003-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün onun həmin tarixədək 25 il sığorta stajı olmalıdır. Cavabdeh inzibati orqan imtina məktubunda, iddiaya qarşı etirazında və apellyasiya şikayətində iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilməsindən ötrü 11 il 8 ay sığorta stajı tələb olunduğunu, lakin, onun cəmi 09 il 02 ay 18 gün sığorta stajının olduğunu bildirmişdir. Cavabdeh əmək haqqı cədvəlləri mövcud olmadığından iddiaçının xx.xx.1990cı il tarixdən 22 yanvar 1993-cü il tarixədək dövrünün bir hissəsini və xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrlərin hamısını onun sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığını qeyd etmişdir. Yəni, cavabdeh əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi və harada saxlanması barədə məlumat olmadığını və bu səbəbdən, həmin illərdə iddiaçının işləyib-işləməməsi ilə bağlı faktın yoxlanmasının mümkün olmadığını bildirmişdir. Bu səbəbdən iddiaçıya İİİ qrup əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri (xx.xx.1990-cı il tarixdən 22 yanvar 1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi dövrlərə dair əmək haqqı cədvəllərinin aşkar olmadığı müddət ilə bağlı) və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan iddiaçıya məxsus xx.xx.1990-cı il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1990-cı il tarixdə 167 nömrəli əmrlə Cəlilabad rayonu 1 nömrəli üzüm emalı zavodunda 3-cü dərəcəli traktor peşəsində işə qəbul edilmiş, YMZ-6 markalı traktora təhkim edilmiş, 22 yanvar 1993-cü il tarixdə 6 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1993-cü il tarixdə 74 nömrəli əmrlə "xxxx" ASC-nin traktor parkında traktorçu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə 12 nömrəli əmrlə işdən azad edilmişdir. İş materiallarında olan Cəlilabad rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 384 saylı Arxiv Arayışından görünür ki, Cəlilabad rayon Dövlət Arxivində mühafizə olunan Cəlilabad rayonu 1 nömrəli üzüm emalı zavodu üzrə 1992-ci illərə aid olan şəxsi-hesab kitablarında İddiaçı traktorçu işləyib. İddiaçı 05 dekabr 1990-cı il tarixli, 167 saylı əmrlə Cəlilabad rayonu 1 nömrəli üzüm emalı zavoduna 3-cü dərəcəli traktorçu işinə qəbul edilmiş, YMZ-6 markalı traktora təhkim edilmiş, 22 yanvar 1993-cü il tarixdə 6 nömrəli əmrlə işdən azad edilmişdir. Maliyyə çətinliyi ilə əlaqədar olaraq, Cəlilabad 1 nömrəli üzüm emalı zavodunun şəxsi-hesab kitabları arxivə tam təhvil verilməmişdir. İş materiallarında olan DSMF 2 saylı X2 və Cəlilabad rayon Dövlət Arxivinin əməkdaşlarının birgə iştirakı ilə tərtib edilmiş 13 oktyabr 2022-ci il tarixli aktdan görünür ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək Cəlilabad rayon 1 nömrəli üzüm emalı zavodunda işləməsi faktı yerində yoxlanılmış, Cəlilabad rayon 01 dekabr 2021-ci il tarixli, 384 saylı arayışına əsasən arayışda qeyd edilən illərdə iddiaçının əmək haqqının əmək haqqı kitabları ilə, əmrlər əmr kitabları ilə üzləşdirildi. Üzləşmə zamanı heç bir kənarlaşma faktı aşkar edilmədi. İş materiallarında olan DSMF 2 saylı X2 və "xxxx" ASC-nin əməkdaşlarının birgə iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli AKT-dan və ona əlavə olunmuş əmrlər kitabından çıxarışlardan görünür ki, İddiaçı xx.xx.1993-cü il tarixli, 74 nömrəli əmrlə müəssisənin 4 nömrəli traktorlar briqadasına traktorçu vəzifəsinə qəbul edilmiş və xx.xx.2002-ci il tarixli, 12 nömrəli əmrlə öz ərizəsinə əsasən işdən azad edilmişdir. Müəssisənin sədrinin sözlərinə görə müəssisənin əmək haqqı cədvəlləri yandırılmışdır. İş materiallarında olan 01 iyul 1990-ci il tarixli, Б № 496050 saylı diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01 sentyabr 1987-ci ildə 108 №-li texniki peşə məktəbinə daxil olmuş və 23 iyun 1990-cı ildə təhsil almaqla həmin məktəbin geniş profilli traktorçu-maşınçı, təmirli-çilingər, avtomobil sürücüsü ixtisası üzrə tam kursu bitirmişdir. İş materiallarında olan İddiaçı məxsus müavinət işindən və X1 Sistemi sosial müavinət və təqaüd haqqında arayışdan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən İİİ dərəcə əlilliyə görə sosial müavinət təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında 05 dekabr 1990-cı il tarixindən 22 yanvar 1993-cü il tarixinədək Cəlilabad rayonu 1 nömrəli üzüm emalı zavodunda və xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək Cəlilabad rayon "xxxx" ASC-də traktorçu vəzifəsində işlədiyini və həmin dövrlərdə əmək haqqı aldığını bildirmiş, həmçinin verilən suallara cavab olaraq işlədiyi müəssisədə əmək haqlarının məhsullar satıldıqdan sonra verildiyini, nəticədə əmək haqlarının yubanmasına səbəb olduğunu, bəzi hallarda 4- 5 aylıq əmək haqqının yığılıb qalaraq məhsullar satıldıqdan sonra birdəfəyə verildiyini və işlədiyi illərdə əmək haqqı almadığı dövrlərin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 ifadəsində bildirmişdir ki, İddiaçı ilə bir yerdə işləmiş, İddiaçı traktorçu vəzifəsində, o isə 1992-ci ildən "xxxx" ASC-də qaraj müdiri vəzifəsində, 1998-ci il tarixdən "xxxx" ASC-də idarə heyətinin sədri vəzifəsində çalışmış, İddiaçı ilə birgə çalışdığları müəssisənin öz arxivi olduğundan işçilərin əmək fəaliyyəti ilə bağlı sənədlər dövlət arxivinə təhvil verilməmiş və müəssisənin öz arxivində saxlanılmış, həmin dövrdə məcburi köçkünlərin həmin müəssisənin binasına yerləşməsi ilə bağlı olaraq işçilərə məxsus əmək haqqı cədvəlləri və müəssisəyə aid olan digər zəruri sənədlər məhv olmuşdur. Müəssisəyə aid yalnız işçilərin əmrlər kitabı mövcuddur və halhazırda onda saxlanılır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, tərəflərin verdiyi izahatlardan müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1971-ci ildə Cəlilabad rayonunda anadan olmuşdur. İddiaçı 01 sentyabr 1987-ci ildə 108 №-li texniki peşə məktəbinə daxil olmuş və 23 iyun 1990-cı ildə həmin məktəbin geniş profilli traktorçu - maşınçı, təmirçiçilingər, avtomobil sürücüsü ixtisası üzrə tam kursu bitirmiş, 05 dekabr 1990-cı il tarixli, 167 saylı əmrlə Cəlilabad rayonu 1 nömrəli üzüm emalı zavoduna 3-cü dərəcəli traktorçu işinə qəbul edilmiş, YMZ-6 markalı traktora təhkim edilmiş, 22 yanvar 1993-cü il tarixdə 6 nömrəli əmrlə işdən azad edilmiş, xx.xx.1993-cü ildə 74 №-li əmrlə Cəlilabad rayon "xxxx" ASC-nin traktor parkında traktorçu vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2002-ci ildə işdən azad edilmişdir. İddiaçıya xx.xx.2003-cüil tarixdə İİİ dərəcə əlillik və həmin tarixdən ona əlilliyə görə sosial müavinət təyin edilmişdir. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün yuxarıda qeyd edilən sübutlarla yanaşı aşağıda qeyd edilən hüquq normalarına nəzər yetirməyi zəruri hesab edir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 69cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını cavabdehin həmin dəlillərinə münasibətdə tətbiq edərək qeyd edir ki, qeyd edilən mübahisəli dövrlər iddiaçıya məxsus əmək kitabçasında göstərildiyindən və əmək kitabçasının düzgünlüyü Cəlilabad rayon Dövlət Arxivində saxlanılan sənədlər ilə təsdiq edildiyindən həmin dövrlər sığorta stajına daxil edilməlidr. Həmin əmək kitabçasında qeyd edilmişdir ki, iddiaçı 05 dekabr 1990-cı il tarixli, 167 saylı əmrlə Cəlilabad rayonu 1 nömrəli üzüm emalı zavoduna 3-cü dərəcəli traktorçu işinə qəbul edilmiş, YMZ-6 markalı traktora təhkim edilmiş, 22 yanvar 1993-cü il tarixdə 6 nömrəli əmrlə işdən azad edilmiş və 11 iyun 1993-cü ildə 74 saylı əmrlə "xxxx" ASC-nin traktor parkında traktorçu vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə 12 nömrəli əmrlə işdən azad edilmişdir. Əmək kitabçasında əks olunan əmrlərin düzgünlüyü və mövcudluğu arxiv sənədləri və qarşılıqlı yoxlama aktı ilə tam təsdiq olunmuşdur. Yəni, həmin sənədlərlə tam təsdiq edilmişdir ki, iddiaçı həqiqətən əmək kitabçasında göstərildiyi kimi 05 dekabr 1990-cı il tarixli, 167 saylı əmrlə Cəlilabad rayonu 1 nömrəli üzüm emalı zavoduna 3-cü dərəcəli traktorçu işinə qəbul edilmiş və 22 yanvar 1993-cü il tarixdə 6 nömrəli əmrlə işdən azad edilmiş, o cümlədən 11 iyun 1993-cü ildə 74 saylı əmrlə "xxxx" ASC-nin traktor parkında traktorçu vəzifəsinə işə qəbul edilmiş və xx.xx.2002-ci il tarixdə 12 nömrəli əmrlə işdən azad olunmuşdur. Yuxarıda qeyd edilən hüquq normalarına görə isə əmək kitabçası arxiv sənədləri ilə tam təsdiq olunduğuna görə mötəbər hesab olunmalıdır. Eyni zamanda maliyyə çətinliyi ilə əlaqədar olaraq, Cəlilabad 1 nömrəli üzüm emalı zavodunun şəxsi-hesab kitablarının arxivə tam təhvil verilmədiyi, "xxxx" ASC-nə aid əmək haqqı cədvəllərinin isə ümumiyyətlə saxlanılmadığı (yandırıldığı) müəyyən olunmuşdur. Göründüyü kimi iddiaçının əmək kitabçasında olan qeydlərə uyğun işləməsi yəni, iddiaçının işlədəyi dövrlərdə müəssisənin fəaliyyətinin olması və iddiaçının həmin müəssisədə işləməsi tam sübuta yetirilir. Qeyd edilən sənədlərdən müəyyən olunur ki, iddiaçının işə daxil olduğu və işdən xaric olduğu dövrdə müəssisə mövcud olmuş, iddiaçı müvafiq əmrlə işə daxil olmuş, həmin müəssisədə işləmiş və müvafiq əmrlə işdən xaric olmuş, sadəcə olaraq müəssisənin arxiv sənədləri itirildiyi və ya saxlanılmadığı üçün əmək haqqı cədvəli mövcud deyildir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ iddiaçının xx.xx.1990-cı il tarixdən 22 yanvar 1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək olan əmək fəaliyyətinin əmək haqqı cədvəllərinin aşkar edilmədiyi dövrləri ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən əmək haqqı cədvəllərinin aşkar edilmədiyi sözügedən dövrlər iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bunun əksi olaraq məhkəmə araşdırması zamanı iddiaçının işlədiyi müəssisənin mövcud olması və iddiaçının həmin dövrlərdə sözügedən müəssisədə işləməsi, müvafiq əmrlə işə daxil olması və müvafiq əmrlə işdən xaric olması halı müəyyən edilmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi xx.xx.1990-cı il tarixdən 22 yanvar 1993-cü il tarixədək və xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi iş illəri “Əmək Pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən, lakin əmək haqqı cədvəllərinin aşkar edilmədiyi həmin mübahisəli illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. Məhkəmə kollegiyası onu da edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə tam təhvil verilməməsi və ya qismən təhvil verilməsi və yaxud əmək haqqı barədə qeydlərin hər hansı səbəbdən aparılmaması, o cümlədən həmin sənədlərin sonradan yararsız hala düşməsi, saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və onun məhsuliyyət sferasına daxil deyildir. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçının xx.xx.1990-cı il tarixindən 22 yanvar 1993-cü il tarixinədək işlədiyi lakin, cavabdeh tərəfindən nəzərə alınmayan müddət və xx.xx.1993-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi bütün müddət nəzərə alınmaqla ona əlilliyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Bundan başqa cavabdehin iddiaçıya İİİ qrup əlilliyə görə pensiya ödənilməsini mümkünsüz edən hal kimi istinad etdiyi fərdi hesabının sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının olmaması ilə bağlı dəlilinə gəlincə, bu hissədə də cavabdehin mövqeyi ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun əlilliyə görə pensiya təyin olunması şərtlərini müəyyən edən 12.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyasında əlillərə pensiya təyin edilməsi üçün pensiya kapitalının olması tələb olunmurdu. Göründüyü kimi, iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instanisya məhkəməsi İddiaçı hüququnun yarandığı xx.xx.2003-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin hüququnun yarandığı tarixdən deyil, cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (10 dekabr 2021-ci il) əvvəlki illər üçün, yəni 10 dekabr 2018-ci ildən 10 dekabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq keçmiş müddət üçün alınmamışəmək pensiyasının məbləğinin hüququnun yarandığı tarixdən deyil, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməsi qənaətinə gəlmişdir. Birinci instanisya məhkəməsinin gəldiyi nəticə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” 2020-ci il 8oktyabr tarixli Qərardadında və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqe ilə eynilik təşkil edir. Bununla belə məhkəmə kollegiyası qanunvericiliyin müddəalarını təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfindən ümumiyyətlə mübahisələndirilməyən dövrlərin pensiyanın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması zamanı yenidən nəzərə almasında haqlı olmamışdır və bu hal prosessual hüquq normasının pozulması ilə nəticələnir. Məhkəmə qərarının nəticəsinə görə birinci instansiya məhkəməsi cavabdeh tərəfindən mübahisələndirilməyən iddiaçının iş illərini və təhsil illərini nəzərə alınmaqla ona pensiya təyin edilməsi qənaəətinə gəlmişdir. Hansı ki, işin faktiki hallarından, o cümlədən məhkəmə iclasında iştirak edən cavabdehin inzibati orqanın nümyəndəsinin izahatından müəyyən olunur ki, cavabdeh inzibati orqan iddiaçının bütün iş illərini deyil, yalnız əmək haqqı barədə məlumatların aşkar olunmadığı xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək olan dövrün bir hissəsini və xx.xx.1993-cü il tarixindən xx.xx.2002-ci il tarixədək olan dövrlərin hamısını mübahisələndirmişdir. İddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək əyani təhsil aldığı 02 il 9 ay 22 gün müddəti və əmək kitabçasında qeyd edilən digər dövrləri yəni, xx.xx.1990-cı il tarixdən xx.xx.1993-cü il tarixədək əmək haqqı cədvəllərinin aşkar olunduğu 01 il 5 ay 26 günü, o cümlədən X1 Sisteminin Pensiya altsisteminə əsasən 04 il 11 ay olmaqla (xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək, xx.xx.2017-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) ümumilikdə 09 il 02 ay 18 gün sığorta stajını ümumiyyətlə mübahisələndirməmişdir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, hətta mübahisələndirilibmübahisələndirilməməsindən asılı olmayaraq, zəruri şərt odur ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilməsi üçün onun bütün sığorta stajı deyil, hüququnun yarandığı, yəni əlil olduğu xx.xx.2003-cü tarixə qədər qüvvədə olmuş qanunvericiliyə uyğun tələb olunan sığorta stajı olsun. Məhkəmə kollegiyası AR İPM-nin 13-cü maddəsini rəhbər tutub, tələbin dəqiləşdirlməsi ilə bağlı iddiaçıya yardım etmiş və iddiaçı məhkəmənin yrdımını nəzərə alıb, tələbini dəqiqləşdirərək ona hüququnun yarandığı tarixdən, yəni xx.xx.2003-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və cavabdeh inzibati orqana ilk dəfə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsinin icraata qəbul etmişdir. Məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Beləliklə, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, yeni qərar qəbul edilməli, iddia təmin edilməli və İddiaçı hüququnun yarandığı tarixdən, yəni xx.xx.2003-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və cavabdeh inzibati orqana ilk dəfə müraciət etdiyi tarixdən əvvəlki üç il üçün pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayət qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 aprel 2023-cü il tarixli, 2-1(120)-946/2023 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı tarixdən, yəni xx.xx.2003-cü il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi və cavabdeh inzibati orqana ilk dəfə müraciət etdiyi tarixdən (10 dekabr 2021-ci ildən) əvvəlki üç il üçün pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar