Məhkəmə qərarları › İş №2-1(106)-6/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-6/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-6/2025 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2023-cü il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ## ###### 1975-ci ildən ## ###### 1993-cü il tarixə kimi Lerik rayon X12 Sovetinin katibi və Tikəband kənd ərazi icra nümyəndəsinin müavini vəzifəsində işlədiyi illərin dövlət qulluğunda qulluq stajı kimi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq hüququnun yarandığı tarixdən dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) ## ###### 2023-cü il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan: -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsinin ##.##.2023-cü il tarixli, *-**-*/*-**-****/**** nömrəli məktubu ilə təqdim edilmiş X2 barəsində olan ölüm haqqında akt qeydindən müəyyən edilir ki, X2 ##.##.2023-cü il tarixdə ölmüşdür. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2023-cü il tarixli, *-**-*/*-**- ****/**** nömrəli məktubunda bildirilir ki, “Elektron notariat” informasiya sistemində axtarış aparılarkən Əbdülhəsən Ağayevin adına vərəsəlik işinin açıldığı aşkar edilməmişdir. -Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərardadı ilə inzibati işin icraatının sıradan çıxmış (ölmüş) iddiaçının hüquqi varisləri müəyyən edilənədək dayandırılması qərara alınmışdır. -Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il, ##.##.2026-cı il, ##.##.2026cı il, ##.##.2026-cı il, ##.##.2026-cı il tarixli məktublarında X2 ailə üzvləri X5, X3, X6, X8, X9, X4 hüquqi yardım edilmiş, X7 qanun üzrə vərəsələrinin hüquqi varis kimi tanınmaq və inzibati işin baxılaraq yekun qərar qəbul edilməsində prosessual status qazanmaq hüquqları olduğu izah edilmişdir. -Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli, *-*(***)-*/**** nömrəli qərardadı ilə məhkəmənin təşəbbüsü ilə inzibati iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. X7 hüquqi varisləri (ailə üzvləri) məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə prosesində iştirak etməmişlər. Həmçinin məhkəmə tərəfindən onlara ünvanlanmış hüquqi yardım məktublarına münasibət bildirməmişlər. Bütün bu hallar onu deməyə əsas verir ki, X7 ailə üzvlərinin inzibati işin icraatının davam etdirilməsində hüquqi marağı yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.7-ci maddəsinə əsasən iş üzrə tərəflərdən biri olan şəxs öldükdən sonra barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə yol verməzsə, iş üzrə icraata xitam verilir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, X7 X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı təyin edilmiş əmək pensiyasının yenidən hesablanaraq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci, 82-ci və 87-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı X2 X2 cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı əmək pensiyasının yenidən hesablanaraq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar