Məhkəmə qərarları › İş №2-1(106)-60/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-60/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-60/2023 22.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X3 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X7 iştirakları ilə. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı «güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(120)1506/2022 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1961-cı ildə anadan olmuş, 1979-cu il tarixdən hal-hazıradək əmək fəaliyyəti ilə məşğuldur. O, "xxxx" ASC-nin “Əli-Bayramlı (indiki Şirvan) Elektrik Şəbəkəsi” ASC və “X4” MMC-də yüksək gərginlikli “elektrik xətlərinin təmiri üzrə elektrik montyoru”, xx.xx.2015-ci il tarixdən isə "xxxx" ASC-nin “X4”nin 110/35/6 KV-luq Axtaçı yarımstansiyasında “elektrik xətlərinin təmiri üzrə növbətçi elektrik-montyoru” vəzifəsində işləyir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixli, **********8 nömrəli məktubunda iddiaçının xx.xx.1987-xx.xx.2002-ci il tarixlər arasındakı dövrlər ərzində “X1” ASC və “X4” MMC-də işlədiyi “elektrik montyoru” vəzifəsinin gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsinə uyğun gəlmədiyini, bu səbəbdən də güzəştli iş stajının olmadığını bildirmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) müvafiq olaraq gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsi nəzərdə tutulmuşdur. Həmçinin, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən pensiya təyin edilməsinin cavabdeh tərəfindən mümkünsüz olduğu bildirilməklə müraciətin təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, 57 yaşdan əmək pensiyasının təyin edilməsi və müraciət edildiyi tarixdən 3 il əvvələ olan dövrün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, xx.xx.1961-ci il tarixdə Sabirabad rayonunda anadan olmuşdur. Hal-hazırda da Sabirabad rayon sakini olmaqla yaşayır. O, 1979-cu il tarixdən hal-hazıra kimi işləməklə əmək kitabçasına əsasən 42 (qırx iki) il ümumi əmək stajı olmaqla, xx.xx.1987-ci il tarixdən "xxxx" ASC-nin “Əli Bayramlı (indiki Şirvan) Elektrik Şəbəkəsi” ASC və “X4”ndə yüksək gərginlikli “elektrik xətlərinin təmiri üzrə elektrik montyoru” vəzifələrində işləmiş və xx.xx.2015-ci il tarixdən isə "xxxx" ASC-nin “X4”nin 110/35/6 KV-luq Axtaçı yarımstansiyasında “elektrik xətlərinin təmiri üzrə növbətçi elektrik-montyoru” vəzifəsində işləyir. İşlədiyi vəzifələr ağır və zərərli iş olduğundan, hesab edir ki, ona xx.xx.2018-ci il tarixdən, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməli idi. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının 5-ci maddəsinə əsasən hər bir şəxsin pensiya seçmək hüququ vardır. O, xx.xx.2006-cı ilə kimi ümumi 25 il və 12 il 06 ay xüsusi iş stajı topladığına görə hesab edir ki, onun xx.xx.2018-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən hüququ yaranmış şəxslərin güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq üçün xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının Xİİİ bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsində işlədiyi peşələrin “qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri (2140000a—18455)”, “qazanxana qurğusunun, turbin və yanacaq ötürmə avadanlığının yerləşdiyi yerlərdə kabel tunelləri, qanovları işlərində daimi məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları (2140000a—19859)” və “gərginlik altında olan 330 kV və ya yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) (2140000a—19834)” kodları göstərilmişdir. Həmin peşə və vəzifələrə əsasən 12 il 06 aydan çox zərərli əmək sahəsində əmək stajını və 25 ildən çox ümumi əmək stajını xx.xx.2006-cı il tarixə kimi toplamışlarsa, kişilərin - 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ yaranır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu qanunun qüvvəyə mindiyi gündən qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiyalar yaşa və staja görə əvvələr qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. O, xx.xx.2021-ci il tarixli ərizə və ərizəyə şəxsiyyət vəsiqəsinin notarial təsdiq edilmiş sürətini, əmək kitabçasının əslini, arxiv arayışını, hərbi biletin notarial təsdiq edilmiş sürətini və sığortaolunan ümumi iş stajı barədə məlumatı əlavə edərək ona xx.xx.2018-ci il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini cavabdeh təşkilatdan xahiş etmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə ona xx.xx.2021-ci il tarixli, **********4 saylı məktubla Azərbaycan Respublikası ƏƏSMN-nin Kollegiyasının xx.xx.2017-ci il tarixli, 17 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyaların təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına 2 №-li Əlavənin (Əmək pensiyalarının təyin edilməsi üçün zəruri sənədlərin Siyahısı) tələblərinə uyğun qaydada tərəfindən aşağdakı sənədlərin təqdim edilməsi zəruriliyini bildirmişdir. 1. Şəxsiyyət vəsiqəsinin sürəti; 2. Ümumi iş stajını təsdiq edən sənədlərin əslləri; (əmək kitabçası, həqiqi hərbi xidmətdə olmağını təsdiq edən sənəd və s.); 3. Qanununun 9-cu maddəsinə əsasən şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli; 4. Pensiya təyin edilməsi ilə bağlı ərizə; O, cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizədə qeyd etmişdir ki, 1-ci, 2-ci və 4-cü tələblərə dair sənədlərin notarial qaydada təsdiq edilmiş sürətlərini təqdim etmişdir. Lakin əlavənin 3-cü bəndindəki tələbə dair münasibət olaraq bildirmişdir ki, işlədiyi idarə və müəssisələrin bir qismi fəaliyyətlərini dayandırdıqlarından işlədiyi peşə üzrə güzəştli arayışların təqdim edilməsi onun iradəsindən asılı olmayaraq mümkün olmamışdır. Bu barədə hətta xx.xx.2021-ci il tarixdə "xxxx" ASC-nin vitse-prezidenti Ziyəddin Quliyevə işlədiyi peşə üzrə güzəştli arayışın verilməsi barədə ərizə ilə müraciət etmişdir. Lakin "xxxx" ASC tərəfindən müraciəti ona cavab verilməsi üçün “X8 Şəbəkəsi” MMC-yə göndərilmiş, lakin oradan ona xx.xx.2022-ci il tarixli, 119/01-1-M/1 saylı məktubla əsaslandırılmış cavab verilmişdir. Həmin məktubu xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Lakin işlədiyi "xxxx" ASCnin “Əli Bayramlı (indiki Şirvan) Elektrik Şəbəkəsi” ASC və “X4”ndə yüksək gərginliklərdə “elektrik xətlərinin təmiri üzrə elektrik montyoru” vəzifəsi üzrə xx.xx.1987-ci il tarixdən 2001-ci il tarixə kimi və xx.xx.2010-xx.xx.2014-cü il tarixə olan dövrlər üçün arxiv sənədləri “X8 Şəbəkəsi” MMC-də saxlanılmadığından, həmin dövrlər üzrə məlumat verə bilməmişlər. Bu səbəbdən də güzəştli iş stajının olduğu barədə arayışı ərizəsinə əlavə edə bilmir. Cavabdeh ona ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsinə cavab olaraq xx.xx.2022-ci il tarixli, **********8 №-li məktubunda onun xx.xx.1987-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər ərzində “Əli X5” və “X4” MMC-də işlədiyi “elektrik-montyoru” vəzifəsinin gərginlik altında olan 330 KV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çlingərləri (nominal gərginlik altında olan) vəzifəsinə uyğun gəlmədiyini bu səbəbdən də güzəştli iş stajının olmadığını bildirmişdir. Həmçinin, cavabdeh onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən pensiyanın təyin edilməsinin mümkünsüz olduğunu bildirməklə imtina vermişdir. Lakin hesab edir ki, cavabdehin məktubuna imtina kimi qiymət vermək olar və inzibati icraat haqqında qanunun tələblərinə görə əsassızdır və əmək pensiyaları qanunvericiliyin müvafiq tələblərinə aşağdakı hallara əsasən cavab vermir. Belə ki, Azərbaycan Respublikası DSMF tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il 4027 saylı şəhadətnamə ilə normativ hüquqi akt kimi Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 2.1.8-ci bəndində göstərilmiş «misalda» da pensiya hüququnun yaranması üçün tələb olunan üç hüquqi faktdan ikisinin - ümumi və güzəştli əmək stajının «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunu və bu Qanuna xx.xx.1997-ci il tarixli, 321-İQD saylı Qanunla edilmiş dəyişikliyin qüvvədə olduğu dövrdə yaranması, 3-cü hüquqi faktın - yaşın isə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindiyi vaxtdan sonra yaranması halında da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını bir daha təsdiqləmişdir. Göründüyü kimi, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ xx.xx.2018-ci il tarixdən yaranmasına baxmayaraq, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən, xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu birmənalı olaraq tətbiq edilir. Belə ki, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxan şəxs kimi müəyyən edilməklə əmək pensiyası təyin edilməlidir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq, hər bir insanın cəmiyyətin bir üzvü kimi sosial təminat, milli səylər və beynalxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zərərli olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır. “Andreyeva Latviyaya qarşı” işində İnsan Hüquqları üzrə Avropa Məhkəməsi birmənalı olaraq hesab etmişdir ki, dövlət pensiya proqramını tətbiq etməyə başlayanda, ondan irəli gələn şəxsi hüquqlar və maraqlar, pensiya ödənişləri etməsindən və pensiya proqramının maliyyələşmə vəsaitlərindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsi ilə əhatə edilmişdir. Cavabdehin imtinasına əsasən, onun ümumi əmək stajı barədə heç bir münasibət bildirilmədiyindən, hesab edir ki, o hallara dair hər hansı bir mübahisə yoxdur. Hesab edir ki, cavabdeh onun xx.xx.2006-cı il tarixə kimi 25 il ümumi iş stajının olmasını qəbul edir. Lakin cavabdehin onun güzəştli iş stajının və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən aşağı olmasına əsasən pensiya təminatına imkan vermədiyini bildirməsi hesab edir ki, əsassızdır. Güzəştli iş stajı ilə bağlı cavabdehin məktubunda qeyd edilənlərə cavab olaraq bildirir ki, xx.xx.1987-ci il tarixdən hal-hazıra kimi "xxxx" ASC-nin “Əli Bayramlı (indiki Şirvan) Elektrik Şəbəkəsi” ASC-nin “X2 yarımstansiyasımda 35/110 Kv-lıq yüksək gərginliklərdə “elektrik xətlərinin təmiri üzrə elektrik montyoru” vəzifəsində işləmiş və halhazırda da "xxxx" ASC-nin “X8 Şəbəkəsi”ndə eyni vəzifədə işləyir. Əsas iş fəaliyyəti, yəni yarımstansiyalarda “elektrik xətlərinin təmiri üzrə elektrik-montyoru və növbətçi elektrikmontyoru” vəzifəsində 1992-ci il tarixdən olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 saylı Siyahısının Xİİİ bəndinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı bölməsində “gərginlik altında olan 330 kV və ya yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan) (2140000a—19834)” kodu altında qeyd edilən vəzifələrdən “yüksək gərginlikli bölüşdürücü qurğular” sözü yarımstansiyalar deməkdir. Nominal gərginlik altında olan elektrik montyorları dedikdə isə elektrik xətlərinin təmiri üzrə bütün adda olan elektrik montyorları başa düşülməlidir. Bu halları yuxarıda qeyd etdiyi peşə və vəzifə təlimatına əsasən müəyyən etmək olar. O, 1992-2015-cü illərdə və 2015-ci ildən hal-hazıra kimi istər "xxxx" ASC-nin “Əli Bayramlı (indiki Şirvan) Elektrik Şəbəkəsi” ASC-nin “X2 yarımstansiyası”nda 110/35 Kv-lıq yüksək gərginliklərdə, istər də "xxxx" ASC-nin “X8 Şəbəkəsi”ndə işlədiyi “elektrik xətlərinin təmiri üzrə elektrik montyoru və növbətçi elektrik montyoru” peşəsi zərərli və ağır sahə olduğuna görə ona əvvəllər "xxxx" ASC-nin “Əli Bayramlı (indiki Şirvan) Elektrik Şəbəkəsi” ASC-nin “X2 yarımstansiyası”nda 35/110 Kv-lıq yüksək gərginliklərdə işlədiyi vaxtlar 12 % əmək haqqına əlavə və məzuniyyət gününə əlavə olaraq 5 təqvim günü və əməyin ödəniş dərəcəsi olaraq 6 % əlavə edilirdi. Onun peşə və vəzifə təlimatına əsasən işinin xüsusiyyəti, gərginliyi 35, 110 kV, 2-ci mürəkkəblik dərəcəsindən olan yarımstansiya avadanlıqlarına xidmət etmək olmuşdur. Belə ki, gün ərzində elektrik montyoru olaraq gördüyü işlər: gərginlik, yük, temperatur və digər parametrlər üzrə müəyyən edilmiş rejimin təmin edilməsi, yarımstansiyanın paylayıcı qurğusunda operativ (əməli) rejim çevirmələrinin (dəyişdirmələrin) aparılması; YS-da qəza halını ləğv edən zaman operativ çevrilmələrin aparılması, YS avadanlığına baxış, xüsusi ehtiyacın idarəetmə lövhəsində və qurğusunda, kommutasiya aparatlarının intiqalında YSnın açıq və qapalı paylaşdırıcı qurğularının 2-ci kommutasiya dövrələrində olan nasazlıqları aradan qaldıran zaman kiçik həcmli və qısamüddətli işlərin görülməsi, lampa və qoruyucuları dəyişməklə işıqlandırma şəbəkələrində olan nasazlıqların aradan qaldırılmasından ibarət olmuşdur. Gün ərzində növbətçi elektrik montyoru olaraq gördüyü işlər: yarımstansiyalarda iş aparıldıqda iş yerinin hazırlanması; fəhlələrin işə buraxılması, onların işinə nəzarət və iş yerlərinin qəbul edilməsindən ibarət olmuşdur. Onunla birgə işləmiş şəxslərə vaxtı ilə işlədiyi müəssisədən güzəştli arayışlar verilmişdir. Həmçinin, onunla birgə işləmiş şəxslərin məhkəmə vasitəsi ilə güzəştli şərtlərlə yaşa görə pensiya hüquqları bərpa edilməklə pensiyaları təyin edilmişdir və həmin şəxslər halhazırda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alırlar. Ona isə 2001-ci il tarixə kimi və xx.xx.2010-xx.xx.2014-cü il tarixə olan dövr üçün arxiv sənədləri “X8 Şəbəkəsi” MMC-də və Milli Arxiv İdarəsinin Şirvan Filialında saxlanılmadığı üçün güzəştli arayışın verilməsi mümkünsüz olmuşdur. Necə olur ki, onunla birgə işləmiş şəxslərə istər pensiya şöbələri və istərsə də məhkəmə qərarları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, o isə sosial təminat hüququndan məhz güzəştli arayışın olmamasına görə istifadə edə bilmir. Cavabdehin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyinə dair münasibəti isə ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində cavabdehin qeyd etdiyi hallar öz əksini tapsa da, həmin Qanunun 9.8-ci bəndində güzəştli pensiyanın təyin edilməsi yalnız yaşa və staja əsasən müəyyən edildiyi görünür. İddiaçı qeyd edir ki, cavabdehin qənaətinə görə onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən güzəştli pensiyanın təyin edilməsindən imtinası düzgün deyildir. Belə ki, qeyd edilən həmin normaya görə hazırkı mübahisəyə münasibətdə pensiya kapitalı ilə bağlı tələb irəli sürülə bilməz. Cavabdehin imtinasında istinad etdiyi tələblə bağlı müddəalar “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə xx.xx.2017-ci il tarixli, 543-VQD №-li Qanunla əlavə edilmiş və xx.xx.2017-ci il tarixdən qüvvəyə minmişdir. Halbuki, o həmin Qanunun 9.8-ci maddəsinə istinadən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş qanunvericiliyə əsasən pensiya təyin olunmasını istəyir. Cavabdehin hər iki halla bağlı yanaşması əsassızdır və formal mülahizə xarakterli sözlərə istinad edilmiş, halbuki, “İnzibati icraat haqqında” Qanunun tələblərinə əsasən imtinada işin faktiki və hüquqi halları, bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməli idi. Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə təyin edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək Azərbaycan Respublikasının “Vətəndaşların pensiya təminatı haqqında” Qanunu qüvvədə olmuşdur. Belə ki, bu qərarın 23-cü, 25-ci bəndlərinə istinad olunan normalara uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən həmin pensiyanın təyin edilməsi üçün tələb olunan tam əmək stajını, yəni həm ümumi, həm də xüsusi stajı “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixə kimi qazanmış olsunlar. İddiaçı isə xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi və 12 il 06 aydan çox xüsusi iş stajını qazanmışdır. Qeyd edilən hallar Ali Məhkəmənin İnzibati Kollegiyasının qərarlarında öz əksini tapmışdır. Həmin qərarlarda cavabdehin şəxslərin pensiya kapitalının əmək pensiyasının minumum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən güzəştli pensiyanın təyin edilməsindən imtinası ilə bağlı istinad etdiyi normaya aydınlıq gətirilmişdir (misal: Ali Məhkəmənin İK-nın xx.xx.2021-ci il tarixli, 2- 1(102)-1807/2021 saylı Qərarı). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa xx.xx.2017-ci il tarixdən edilmiş dəyişiklər iddiaçının hüquqi vəziyyətini ağırlaşdırdığından, Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinin tələblərini rəhbər tutaraq, o, hesab edir ki, qeyd edilən dəyişiklər ona münasibətdə tətbiq edilməməli, hazırkı mübahisəyə onun 57 yaşının tamam olduğu, lakin Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 9.8ci maddəsinə görə xx.xx.2006-cı ilə kimi qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Qanuna əsasən qazanmış olduğu ümumi və xüsusi əmək stajına dair qüvvədə olmuş qanunvericilk normaları tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİİ-ci bəndinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Beləliklə, iddiaçı hesab edir ki, onun xx.xx.2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və bunun 12 il 06 aydan artıq müddətini Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» üzrə işlədiyinə, eləcə də xx.xx.2018-ci il tarixdə 57 yaşı tamam olduğuna görə Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci bəndinə əsasən həmin tarixdən ona xx.xx.2006cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsi tətbiq edilməklə pensiya təyin edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Kollegiyasının 17 saylı, xx.xx.2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununa əsasən əmək pensiyasının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının təsdiq edilməsi barədə Qərarının 2.1.6-cı bəndində göstərilir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüquqi olan digər şəxslərin Qanunun 9.1-9.8-ci maddələrində nəzərdə tutulmuş şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qaydaların 2.1.8-ci bəndinə əsasən Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Azərbaycan Respublikasının «Əmək pensiyaları haqqında» Qanununun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericliklə müəyyən edilmiş tələblərə müvafiq sürətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. İddiaçı qeyd edir ki, onun ərizəsinə baxılması ilə əlaqədar cavabdeh tərəfindən Azərbaycan Respublikasının «İnzibati icraat haqqında» Qanununun tələblərinə tam əməl olunmamışdır. Belə ki, Azərbaycan Respublikasının «İnzibati icraat haqqında» Qanununun tələblərinə əsasən inzibati icraatın başlanması üçün əsaslardan biri də fiziki və ya hüquqi şəxsin inzibati orqana ünvanlanmış ərizəsidir. Həmçinin, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul etməlidir. İnzibati orqantərəfindən qəbul edilmiş inzibati akt yazılı şəkildə əsaslandırılmalı və əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüququi aktlar göstərilməlidir. (Qeyd edilən Qanunun 28.1, 21.2, 24.1, 45.1, 52.1, 61.1-ci mad.) Göründüyü kimi, cavabdeh (inzibati orqan) yuxarıda qeyd olunan icraat qaydalarına lazımınca əməl etməmiş, işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamışdır. Həmçinin, imtina qərarı kifayət qədər əsaslandırılmamış, orada yazılı inzibati aktın rekvizitləri tam göstərilməmiş, mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə müddəti və bununla bağlı maraqlı şəxsin şikayət (iddia) verə biləcəyi orqan (orqanlar, o cümlədən məhkəmə) haqqında məlumat öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının nümayəndəsi tərəfindən məhkəməyə iddianın mümkünsüzlüyünə dair ərizə təqdim edilmişdir. Ərizədə qeyd olunmuşdur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı 25 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərə əsasən, onun xx.xx.1987-xx.xx.2002-ci il tarixlərdə “X9” və “X6” MMC-də işlədiyi elektrik montyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra, İddiaçı iddia ərizəsində ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 4 element mövcud olmalıdır: İddiaçının 57 yaşının tamam olması; iddiaçının xx.xx.2018-ci il tarixədək azı 25 il ümumi iş stajının mövcud olması; iddiaçının xx.xx.2018-ci il tarixədək azı 12 il 06 ay güzəştli iş stajının mövcud olması və iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli hərbi biletin surətindən məlum olur ki, o, xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə hərbi xidmətdə olmuşdur. İş materiallarında olan İddiaçı məxsus ******* İT nömrəli əmək kitabçasının surətindən məlum olur ki, o, xx.xx.1983-xx.xx.1983-cü il tarixlərdə “Əli-Bayramlı DİŞ"-in mühafizə bölməsində atıcı, xx.xx.1984-xx.xx.2002-ci il tarixlərdə Əli-Bayramlı elektrik şəbəkə” ASC-də, xx.xx.2002-xx.xx.2006-cı il tarixlərdə "xxxx" MMC-də, xx.xx.2006xx.xx.2010-cu il tarixlərdə "xxxx" MMC-də, xx.xx.2010-ci il tarixdən bugünədək "xxxx" MMC-də əmək fəaliyyəti ilə məşğul olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr yarımbəndində (a) müvafiq olaraq gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərə əsasən, onun xx.xx.1987- xx.xx.2002-ci il tarixlərdə “X9” və “X6” MMC-də elektrik montyoru vəzifəsində işlədiyi dövrlər müvafiq siyahı üzrə gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsinə uyğun olmadığından onun güzəştli iş stajı mövcud deyildir. Bundan əlavə İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 48480,00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 46761,89 manat təşkil edir. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi onun qanunvericiliklə tələb edilən 12 il 06 ay güzəştli iş stajının və fərdi hesabının sığorta hissəsində tələb edilən 48480 manat pensiya kapitalının mövcud olmaması səbəbindən mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-cı il tarixli, 2-1(120)-1506/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia qismən təmin edilmiş, İddiaçı hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması, iddianın qalan hissəsinin təmin edilməməsi qərara alınmışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, “onun müraciət etdiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh ƏƏSMN-nin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin ona “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbin tərkib hissəsinə daxil olması fikri ilə razılaşmır. Və hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın bu hissəsində təmin edilməməsinə qanunun normasının tətbiqi baxımından yanaşması səhvdir və düzgün şərh edilməmişdir. O, hesab edir ki, sözügedən məsələyə “Əmək pensiyaları haqqında” Qanunun əmək pensiyasının təyin edilməsi müddətlərini tənzimləyən 32-ci maddəsinin müddəaları əsasında hüquqi qiymət verilməlidir. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin 01 yanvar 2019cu il tarixdən qüvvəyə minmiş ikinci cümləsinə əsasən bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Hazırda qüvvədə olan redaksiyasında əmək pensiyasının onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilməsi təsbit edilmişdir. Əlavə olaraq iddiaçı apellyasiya şikayətində bildirmişdir ki, birinci instansiya məhkəməsi qərarında iddia tələbinin iddiaçıya hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsi hissəsində təmin etməklə maddi hüquq normalarının tətbiqində düzgün şərh verməklə əsaslı qənaətə gəlsə də, lakin iddiaçının müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsinin təmin edilməməsi hissəsində prossesual normaların tətbiqi baxımından səhvə yol vermişdir və həmin hissəyə münasibətdə qanunvericiliyin normalarını düzgün şərh etməmişdir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin müraciət edildiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsinin təmin edilməməsi qənaətinə gəlməklə bir əsasa gəlmişdir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün müraciət etdiyi xx.xx.2022-ci il tarixdən 3 il əvvələ olan xx.xx.2019-cu il tarixinə təsadüf edir və bu müddət onun tələbinin birinci hissəsinə, yəni “hüququnun yarandığı xx.xx.2018-ci il tarixdən-57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələbin tərkib hissəsinə daxildir. Ona görə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “müraciət edildiyi tarixdən 3 il əvvələ olan dövrün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi İK-nın xx.xx.2020-ci il tarixli, 03/2020 saylı qərarında belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu 3 il üçün ödənilməklə müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir”. Göründüyü kimi, iddiaçı pensiya təyin olunması üçün müraciət etdiyi tarixdən əvvəlki ən çoxu üç il üçün pensiya ödənilməsi hüququna malikdir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə xx.xx.2022-ci il tarixdə ərizə ilə müraciət etsə də həmin ərizə xx.xx.2022-ci il tarixdə cavabdeh təşkilata daxil olmuş və xx.xx.2022-ci il tarixli məktubu ilə güzəştli pensiya təmin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsinin qəbul edtdiyi qərar qanuni qüvvəsini aldıqdan sonra qərarın cavabdeh tərəfindən icrası zamanı iddiaçının hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2018-ci il tarixdən təyin edilməsi tanınsa da, lakin “Əmək pensiyaları haqqında” Qanunun 37.7-ci maddəsinin tələblərindən irəli gələn müddəa, yəni geriyə ödənilməmiş pensiya məbləğinin ödənilməsi həyata keçirilməyərək iddiaçının sosial təminat hüququ pozulmuşdur. Bu səbəbdən də birinci instansiya məhkəməsinin qərarı iddiaçını müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə olunması iddia tələbi həmin hissədə təmin edilməklə yeni qərar çıxarılmalıdır. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 14 noyabr 2022-cı il tarixli, 2-1(120)-1506/2022 nömrəli qərarının “iddiaçının müraciət etdiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh ƏƏSMN-nin tabeliyində DSMFnin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılması xahiş olunmuşdur. İddiaçının apellyasiya şikayətinə cavabdehin etirazı Cavabdehin apellyasiya şikayətinə etirazın dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etirazı) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətinə etirazında göstərmişdir ki, İddiaçı apellyasiya şikayəti əsassızdır və qeyd edilən əsaslara görə məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1506/2022 nömrəli qərarı əsassız və qanunazidd olduğundan ləğv edilməlidir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri etiraz ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, İddiaçı 25 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı filiala təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.1987-xx.xx.2002-ci il tarixlərdə “X9” və “X4” MMC-də işlədiyi elektrik montyoru vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarl ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əməmk pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmaması səbəbindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.1987-xx.xx.2002-ci il tarixlərdə “X9” və “X4” MMC-də elektrik montyoru vəzifəsində işlədiyi dövrlər müvafiq peşə siyahı üzrə gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsinə uyğun olmadığı üçün güzəştli iş stajına daxil edilə bilməz. Bundan əlavə iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçı münasibətdə 48480.00 manat hesablandığı halda, onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 46761.89 manat təşkil edir. İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi onun qanunvericiliklə tələb edilən 12 il 06 ay güzəştli iş stajının və fərdi hesabının sığorta hissəsində tələb edilən 48480.00 manat pensiya kapitalının mövcud olmaması səbəbindən mümkün deyildir. Lakin birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 81,85 və 87.6-cı maddələrini rəhbər tutaraq Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-1506/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin apellyasiya şikayətinə iddiaçının etirazı İddiaçının apellyasiya şikayətinə etirazın dəlilləri apellyasiya şikayəti ilə eynilik təşkil edir. Əlavə olaraq iddiaçı apellyasiya şikayətinə etirazında göstərmişdir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1506/2022 nömrəli qərarı qərarının dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmalıdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində İddiaçı apellyasiya şikayətini müdafiə edib, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edib, özü tərəfindən verilmiş şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2- 1(120)-1506/2022 nömrəli qərarının “iddiaçının müraciət etdiyi tarixdən, yəni xx.xx.2022-ci il tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh ƏƏSMN-nin tabeliyində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına həvalə edilməsi” hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edib, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə isə etiraz edib, özü tərəfindən verilmiş şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(120)-1506/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının surəti, cavabdehin məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (iddiaçının 57 yaşının tamam olduğu vaxt qüvvədə olan redaksiya). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 67-ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanun Maddə 13. Redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. İnzibati Prosessual Məcəllə Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. İşin hallarından müəyyən olunur ki, iddiaçının hüquqi marağı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə yönəlmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək qərarını onunla əsaslandırmışdır ki,...“Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixinə kimi qüvvədə olmuş, 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları”nın “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”nın “Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı” sahələrini əhatə edən Xİİİ bölməsində 2140000a— 18455, 2140000a—19834 və 2140000a—19859 kodları ilə “elektrik montyorları və bütün adlardan olan elektrik çilingərləri”nin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olduğu təsbit olunmuşdur. Beləliklə, cavabdehin mübahisələndirdiyi iddiaçının xx.xx.1987-ci il tarixdən xx.xx.2002-ci il tarixədək, yəni 14 il 10 ay 21 gün “X12şəbəkə” ASC-də işlədiyi “elektrik montyoru” vəzifəsinin ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifələrə aid olduğu həm qanunvericiliklə, həm də iş üzrə təqdim və məhkəmə tərəfindən tədqiq edilmiş sənədlərlə tam təsdiq olunduğundan məhkəmə hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla tələb olunan güzəştli iş stajı vardır”. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İlk növbədə qeyd etmək lazımdır ki, iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı ilədək 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı tələb olunur. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələb olunan yaş həddinə, yəni 57 yaşına çatmasını, azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisləndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, cavabdehin apellyasiya şikayətində aşağıdakılar qeyd olunmuşdur: “...İddiaçı mərkəzi filiala təqdim etdiyi sənədlərə əsasən onun xx.xx.1987xx.xx.2002-ci il tarixlərdə “X9” və “X4” MMC-də elektrik montyoru vəzifəsində işlədiyi dövrlər müvafiq peşə siyahı üzrə gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik çilingərləri (nominal gərginlik altında olan) vəzifəsinə uyğun olmadığı üçün güzəştli iş stajına daxil edilə bilməz.” İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.1987-xx.xx.2002-ci il tarixlərdə “X9” və “X4” MMC-də elektrik montyoru vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda elektrik montyoru vəzifəsi aşağıdakı kodlarda öz əksini tapmışdır: 2140000a—18455 (qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının təmiri, yanacaq ötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri); 2140000a—19859 (qazanxana qurğusunun, turbin və yanacaq ötürmə avadanlığının yerləşdiyi yerlərdə kabel tunelləri, qanovları işlərində daimi məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları); 2140000a—19834 (gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyorları (nominal gərginlik altında olan); 23200000—19859 (qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyorları) Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının istinad etdiyi Siyahıda işlədiyi peşənin adı göstərilsə də, bu peşə ayrılıqda deyil, onun aid olduğu iş vəya istehsalat sahəsi, iş şəraiti, müddəti və Siyahıda göstərilən sair faktorlarla birlikdəqiymətləndirilməlidir. İddiaçının işlədiyi “elektrik montyoru” peşəsi müxtəlif bölmə və kodlarda göstərilsə də, iddiaçı burada qeyd edilən iş və istehsalat sahələrində və ya zərərli iş şəraitində işləməmişdir. Belə ki, iş materiallarında olan sənədlərin heç birində iddiaçının Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsində “gərginlik altında olan 330 kV və yüksək gərginlikli bölüşdürücü qurğuların sınağı və ölçülməsi üzrə elektrik montyoru və ya "elektrik stansiyasının baş idarəetmə lövhəsinin elektrik montyoru, bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində yarımstansiyaların xidməti üzrə elektrik montyoru, hər hansı sahədə qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil örtüklü kabellərin lehimlənməsi üzrə işlərdə daim məşğul olan kabel xətlərinin təmiri və quraşdırılması üzrə elektrik montyoru kimi işləməsi iş materialları ilə təsdiqlənmir. Nəzərə almaq lazımdır ki, oxşar işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. İşdə olan Şirvan REŞ MMC-nin 13-9/119/01-1-24 saylı xx.xx.2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı işlədiyi elektrik montyoru vəzifəsi (peşəsi) “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstərcilərin siyahısı”nın bəndlərinə uyğun deyil. Eyni zamanda işdə olan Şirvan REŞ MMC-nin 13-9/119/01-02-51 saylı, xx.xx.2023cü il tarixli məktubunda qeyd olunmuşdur ki, sabiq işçi İddiaçı "xxxx" MMC-də işlədiyi dövrlərdə zərərli iş şəraitinə və güzəştli iş stajına görə əmək haqqına əlavə hesablanmamışdır. Beləliklə, hazırkı iş üzrə aparılmış məhkəmə araşdırması ilə iddiaçının işlədiyi “elektrik montyoru” peşəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmaması müəyyən olunduğundan, bunun əksi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, cavabdehin imtinası qanuni və əsaslı sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(120)1506/2022 nömrəli qərarı ləğv edilməli və iddia təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 04 noyabr 2022-ci il tarixli, 2-1(120)-1506/2022 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar