Məhkəmə qərarları › İş №2-1(106)-607/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-607/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-607/2024 23.12.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Bəhmənov Habil Xanoğlan oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkib, məhkəmə iclasının katibi X1 iştirakı ilə. Şirvan İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(120)-4157/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq, şifahi məhkəmə iclasında baxaraq qərardadı qəbul etdi. İ. İşin halları: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı qanunsuz və hüquqazidd sərəncamı ilə kobud surətdə pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə Kürdəmir rayon ərazisində yerləşən əvvəllər “Bozbaşlı” adlanan ərazidə icarəsində və istifadəsində olmuş 200 hektar torpaq sahəsinə dair onunla yeni icarə müqaviləsinin bağlanması və bu barədə sərəncam verilməsi vəzifəsinin Cavabdeh Başçısının üzərinə qoyulması, Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı qanunsuz və hüquqazidd sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı X4 cavabdeh Lənkəran şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli sərəncamının qardaşı X2 aid hissədə ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsində iddia qaldırmışdır. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, şəxsi təsərrüfatının idarə edilməsi üçün zərurət olduğundan 29 dekabr 2008-ci il tarixində Cavabdehnə qış otlaq sahəsinin icarəsinə verilməsi üçün rəsmi olaraq müraciət etmişdir. Müraciətinə əsasən həmin tarixdə Cavabdeh Başçısının 252 saylı sərəncamı ilə rayon ərazisində “Bozbaşlı” adlanan ərazidən icarəsinə 200 hektar torpaq sahəsi verilmişdir. Bundan sonra 29 dekabr 2008-ci il tarixdə Cavabdeh ilə aralarında 97 saylı “Torpaq sahəsini icarə müqaviləsi” bağlanmışdır. Təsərrüfatın genişləndirilməsi məqsədi ilə “Nikoyl” İKB-dən 30 000 manat məbləğində kredit götürmüşdür. Götürdüyü kreditə görə fərdi yaşayış evini girov qoymuşdur. Cavabdeh 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamı əsasında icra hakimiyyətinin 29 dekabr 2008ci il tarixli sərəncamı əsassız olaraq ləğv edilmişdir. İcra hakimiyyəti tərəfindən ona maddi ziyan vurulmuşdur. Ona görə hesab edir ki, cavabdeh inzibati orqanın 13 iyul 2016-cı il tarixli 127 saylı qanunsuz və hüquqazidd sərəncamı ləğv edilməlidir. Eyni zamanda iddiaçı məhkəməyə iddia müddətinin bərpası və iddia ərizəsinin icraata qəbul edilməsi barədə ərizə təqdim edərək, Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı qanunsuz və hüquqazidd sərəncamı ilə kobud surətdə pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə Kürdəmir rayon ərazisində yerləşən əvvələr “Bozbaşlı” adlanan ərazidə icarəsində və istifadəsində olmuş 200 hektar torpaq sahəsinə dair onunla yeni icarə müqaviləsinin bağlanması və bu barədə sərəncam verilməsi vəzifəsinin Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı qanunsuz və hüquqazidd sərəncamının ləğv edilməsi barədə qərar çıxarılmasını tələbinə dair qanunla müəyyən olunmuş və tərəfindən buraxılmış müddəti üzrlü səbəb olaraq qəbul etməklə müddətin bərpa edilməsi, iddia tələbinin qəbul edilməsini və işə baxılmasının təmin olunmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehə qarşı belə bir iddia tələbinin irəli sürülməsi üçün qanunvericiliklə müəyyən edilmiş iddia müddətini hüquqi savadı olmadığından və qanunları bilmədiyindən buraxmışdır. Bu səbəbdən üzrlü hesab edilməklə həmin müddət bərpa edilməli və iddia tələbi icraata qəbul edilməklə inzibati icraat qaydasında məhkəmə tərəfindən baxılmalıdır Şirvan İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(120)-4157/2024 nömrəli qərardadına əsasən prosessual müddətin bərpa edilməsinə dair ərizə (vəsatət) mümkün sayılmamış və iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti vermişdir. İİ. Apellyasiya şikayətinin dəlilləri: -Məhkəmə prosessual və maddi hüquq normalarını pozmaqla işə baxmışdır. Təsərrüfatın genişləndirilməsi məqsədi ilə adını qeyd etdiyi sərəncamın ona yaratdığı prespektivi nəzərə alaraq bank kreditindən istifadə etmək qərarına gəlmişdir. Buna görə də "Nikoyl) İKB-na İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun xəlli ilə dövriyyə vəsaitinin artırılması üçün kreditə görə müraciət edərək 30000 manat məbləğində kreditin ayrılmasına nail olmuşdur. Həmin kreditə görə isə xüsusi mülkiyyətində yerləşən fərdi yaşayış evini ipotekaya qoymağa məcbur olmuşdur. -Bir müddət sonra Cavabdeh 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamı əsasında icra hakimiyyətinin 29 dekabr 2008-ci il tarixli sərəncamı əsassız olaraq ləğv edilmişdir. Nəticədə xırda sahibkar olaraq ona xeyli miqdarda maddi zərər dəymişdir. Qeyd olunan xüsusatları nəzərə alaraq cavabdehə qarşı iddia tələbi ilə müraciət elmək məcburiyyətində qalmışdır. -Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı qanunsuz və hüquqazidd sərəncamı ilə qanunla qorunan hüquqları İcra Hakimiyyəti tərəfindən kobud surətdə pozulmuşdur. Buna görə də pozulmuş hüquqlarının bərpa olunması məqsədi ilə Kürdəmir rayon ərazisində yerləşən və əvvəllər "Bozbaşlı" adlanan ərazidə icarəsində və istifadəsində olmuş 200 hektar torpaq sahəsinə dair onunla İcra Hakimiyyəti arasında yeni icarə müqaviləsi bağlanmalıdır. Bu barədə sərəncamın verilməsi vəzifəsi Cavabdeh Başçısının üzərinə qoyulmalıdır. -Bundan başqa Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı qanunsuz və hüquqazidd sərəncamı ləğv edilməlidir. Belə ki, məhkəmə aşıq-aşkar surətdə cavabdehin vəkili qismində çıxış edərək iddiasını təmin elməli olduğu halda yalnız cavabdehin nümayəndəsinin mülahizələrinə və əvvəlki məhkəmə proseslərində qəbul edilmiş əsassız qərarlara əsaslanmaqla iddiasını təmin etməmişdir. Buna görə də qərarla razılaşmayaraq apellyasiya şikayəti vermək qərarına gəlmişdir. - Odur ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4157/2024 saylı, 02 sentyabr 2024cü il tarixli qərardadın ləğv edərək iddianın mümkün sayılması və müddətin bərpasına dair vəsatətimin təmin olunması barədə yeni qərar qəbul edilməsi xahiş olunur. İİİ. Proses iştirakçılarının çıxışları: İddiaçı və Cavabdehnə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, bu barədə məhkəməyə rəsmi məlumat verilməmişdir. İşin hallarına əsasən məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İV. Maddi və prosessual normalar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi; -32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldıra bilər. -35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. -38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. -82.Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. -87.6.Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. -87.7.Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. -87.8.Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. V. Apellyasiya instansiyasının məhkəmə icraatının nəticəsi: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə əsasən qeyd edir ki, müraciət üzrə mübahisələndirilən hallar əsassızdır, birinci instansiya məhkəməsinin hüquqi mövqeyi düzgün olmuşdur. Məhkəmə kollegiyası hüquqi nəticə ilə əlaqədar qeyd edir: -Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-1(86)-440/2017 saylı, 12.04 2017-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, İddiaçı Cavabdehnə qarşı cavabdehin xx.xx.2016-cı il tarixli 127 №-li sərəncamının ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin sözügedən qərardadı ilə İddiaçı Cavabdehnə qarşı cavabdehin xx.xx.2016-cı il tarixli 127 nömrəli sərəncamının ləğv edilməsi barədə iddiasının mümkün sayılmaması qərara alınmışdır. -2-1(120)-1634/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli iddia ərizəsinin surətindən müəyyən olunur ki, Kürdəmir rayonu ərazisində yerləşən 13 h nömrəli “Bozbaşlı” adlanan sahədəki 200 hektar torpaq sahəsinin icarəsinə verilməsinə dair Cavabdeh Başçısının 29 dekabr 2008-ci il tarixli 252 saylı sərəncamının ləğvinə dair Cavabdeh Başçısının 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. -Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-297/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı xx.xx.2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi tələbinə dair iddiasının mümkün sayılmaması qərara alınmışdır. Qərardadın 6-cı səhifəsinin 1-ci abzasında göstərilmişdir ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2017-ci il tarixli, 2-1(86)-440/2017 nömrəli qərardadının və iddia ərizəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı cavabdeh Kürdəmir RİH qarşı cavabdehin 13 iyul 2016-cı il tarixli 127 saylı sərəncamının ləğv edilməsi barədə iddia tələbi ilə xx.xx.2016-cı il tarixdə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və iddia müddətini ötürdüyü üçün iddiası mümkün sayılmamış, həmçinin həmin qərardaddan apellyasiya şikayəti verilməmiş və qanunu qüvvəsini almışdır. -Məhkəmənin 2-1(120)-297/2022 saylı qərardadından narazı qalan iddiaçı apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-1(106)-418/2023 saylı qərardadı ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Şirvan İnzibati-Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(120)-297/2022 saylı qərardadının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. -xx.xx.2023-cü il tarixli 2-1(106)-418/2023 saylı qərardadın 5-ci səhifəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, işdə olan Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 12 aprel 2017-ci il tarixli 2-1(86)-440/2017 nömrəli qərardadının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Cavabdehnə qarşı, “cavabdehin 13 iyul 2016-cı il tarixli, 127 saylı sərəncamının ləğv edilməsi” barədə iddiası iddia müddəti keçdikdən sonra verildiyindən mümkün sayılmamışdır. Həmin qərarın 2-ci vərəqinin 8-ci abzasından görünür ki, iddiaçınınmübahisələndirilən sərəncamdan 30 avqust 2016-cı il tarixə qədər məlumatlı olduğu və həmin tarixdə sərəncamın surətinin ona təqdim olunduğu müəyyən olunur. İşin hallarından məlum olur ki, iddiaçı hazırda mübahisələndirdiyi sərəncam barəsində məlumatlı olmuş, sərəncamın ləğv edilməsi tələbi ilə xx.xx.2016-ci il tarixdə iddia ərizəsi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə, xx.xx.2021-ci il tarixdə isə Şirvan İnzibati Məhkəməsinə müraciət etmiş, hər iki iddia tələbi üzrə iddia müddəti ötürüldüyü üçün iddiası mümkün sayılmamışdır. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisələndirmə növündə iddia üzrə iddia müddətinin axımı inzibati aktın təqdim edildiyi vaxtdan hesablandığından iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət olunmaqla həmin sərəncamı mübahisələndirmək imkanını itirmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyinin işdə olan materiallarla qarşılıqlı təhlil etmiş və yuxarıda qeyd olunanlara əsasən hüquqi nəticəni qanuni hesab etmişdir. Beləliklə, məhkəmə kollegiyası mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxaraq bu nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır, mübahisələndirilən qərardad qanuni və əsaslıdır, qərardadın ləğv olunması və şikayətin təmin olunması üçün prosessual və maddi əsas müəyyən olunmur. Ona görə də apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı qüvvəsində saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 82, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 sentyabr 2024-cü il tarixli, 2-1(120)-4157/2024 nömrəli nömrəli qərardadı dəyişirilməsin. Qərardad rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar