Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-609/2025 07.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, refrijerator qatarlarının (seksiyaların) rəhbər mexaniki) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Əliyev Qasım Vəli oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(120)-1259/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1963-cü il təvəllüdlüdür. İddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək Bakı Dəmiryol Nəqliyyatı Texnikumunda əyani təhsil almış (3 il 10 ay 1 gün); xx.xx.1983-cü il tarixdən xx.xx.1985-ci il tarixədək (hərbi xidmətdə olmuşdur 2 il 18 gün). ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: - xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək Yeni Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların mexaniki (2 il 26 gün), - xx.xx.1988-ci il tarixdən xx.xx.1991-ci il tarixədək Yeni Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki (2 il 8 ay 11 gün), - xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Yeni Ələt refrijerator vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki (26 il, 11 ay 8 gün; SSRİ Rabitə Yolları Nazirliyinin xx.xx.1990-cı il tarixli F-2355u saylı Fərmanına əsasən xx.xx.1991-ci ildən refrijerator bölməsinin rəisi vəzifəsinin adı refrijerator bölməsinin mexanikinə (rəhbərinə) dəyişdirilmişdir.), - xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək Şərq vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki (7 ay 5 gün), - xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək "xxxx" MMC-nin Şərq vaqon deposunda refrijerator seksiyaların rəhbər mexaniki (9 ay 6 gün), - xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək "xxxx" MMC-nin Şərq vaqon deposunda refrijerator seksiyaların böyük mexaniki (4 il 2 ay 18 gün) vəzifəsində işləmiş, - xx.xx.2023-cü il tarixdən hal-hazırki tarixədək (xx.xx.2024-cü il tarixə olan məlumata əsasən) "xxxx" QSC Hərəkət vasitələrinin təmiri departamentinin Yük vaqonlarının təmiri xidmətinin Şərq vaqon deposunda refrijerator seksiyaların böyük mexaniki vəzifəsində işləyir. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı verilmiş xx.xx.2024-cü il tarixli “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışda qeyd olunur: Arayış verilir İddiaçı ondan ötrü ki, o, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə qeyd edilən tarixlər arasındakı dövrlər ərzində işləmişdir: Sıra Çalışdığı struktur Vəzifə (peşənin Vəzifəyə təyin Vəzifədən azad İşə başladığı İşdən azad № vahidi adı) edilmə (başqa işə edilməyə dair tarix olunduğu keçirilmə) barədə əmrin tarix və (başqa işə əmrin tarixi və nömrəsi keçirildiyi tarixi) nömrəsi 1 Yeni-Ələt refrijerator refrijerator xx.xx.1986 xx.xx.1988 vaqon deposu seksiyaların xx.xx.1986 xx.xx.1988 438 386 mexaniki 2 refrijerator Yeni-Ələt refrijerator xx.xx.1991 xx.xx.1988 seksiyaların xx.xx.1991 xx.xx.2018 vaqon deposu 64 326 rəhbər mexaniki 3 refrijerator xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 Şərq vaqon deposu seksiyaların 716 xx.xx.2018 293 rəhbər mexaniki 4 refrijerator "xxxx" MMC-nin seksiyaların xx.xx.2018 - xx.xx.2018 - Şərq vaqon deposu rəhbər mexaniki 18-AEXP-503 5 refrijerator xx.xx.2023 "xxxx" MMC-nin Şərq xx.xx.2019 vaqon deposu seksiyaların 19-AEXP-610/1 23-AEXP- xx.xx.2019 10 10.2023 böyük mexaniki 759 6 refrijerator hal-hazırda Hərəkət vasitələrinin təmiri departamentinin seksiyaların xx.xx.2023 işləyir böyük mexaniki 13-1/3-8- - xx.xx.2023 Yük vaqonlarının təmiri xidmətinin Şərq 28104/2023 vaqon deposu İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 35 il 3 ay 13 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur.” Cavabdehin 08 oktyabr 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı ümumi iş stajı 39 il 1 ay 9 gün (xx.xx.2006-cı il tarixinədək 21 il 7 ay 9 gün (xx.xx.1983xx.xx.1985-ci il (hərbi xidmət dövrü), xx.xx.1986-xx.xx.2005-ci il arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 6 ay) təşkil edir. İddiaçı əmək pensiyasının minumum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq bugünədək ona münasibətdə 40.320 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 46114.68 manat təşkil edir.” Cavabdeh iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubunda ona əsaslanmışdır ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz "xxxx" QSC-nin Sizə dair xx.xx.2024-cü il tarixli 13- 1/2-M-1020/1-42/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.2018-ci il və xx.xx.2018xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, "xxxx" MMC Şərq vaqon deposunda, refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 5 ay (xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.2019-xx.xx.2022-ci il, xx.xx.2022-xx.xx.2023-cü il, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı ADY-nin Yeni Ələt refrijerator vaqon deposunda xx.xx.1986-cı il tarixindən xx.xx.1988-ci il tarixinədək çalışdığı refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 25-ci (kod: 23001000-23598) abzaslarında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Qeyd edirik ki, İddiaçı ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1991-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki və Şərq vaqon deposunda xx.xx.2019-cu il tarixindən hal-hazıradək işlədiyi refrijerator seksiyaların böyük mexaniki vəzifələri isə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1-ci hissəsi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş "refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin, İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr üzrə güzəştli iş stajı 35 il 10 ay 21 gün təşkil edir.” Başqa iş üzrə eyni məsələ ilə bağlı apellyasiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, “...refrijerator seksiyaların mexaniki ilə refrijerator seksiyaların rəhbər mexaniki arasında vəzifə təlimatlarına uyğun olaraq eyni refrijerator seksiyalarının texniki baxışı, cari təmiri və istismarının həyata keçirilməsi üzrə oxşar və vəzifə funksiyalarının icrası zamanı tabelilik üzrə fərqli cəhətlər mövcuddur. Həmçinin, refrijerator seksiyaların rəhbər mexaniki lazım olduqda mexaniki əvəz edir. Rrefrijerator seksiyaların mexaniki və rəhbər mexanikinin vəzifə təlimatlarının surətlərini qoşmada təqdim edirik.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş əmək pensiyasının xx.xx.2021-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1259/2025 nömrəli qərardadına əsasən iddia tələbinə “xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, natamam orta təhsilini başa vurduqdan sonra Bakı Dəmiryol Nəqliyyatı Texnikumunda 1979-1983-cü illərdə əyani təhsil almış, 10 niyabr 1983-27 noyabr 1985-ci ildə həqiqi hərbi xidmətdə olmuşdur. 09 iyun 1986-cı il tarixində Azərbaycan Dəmir Yollarının Yeni Ələt refrijerator vaqon deposunda refrijerator seksiya maşinisti vəzifəsinə işə qəbul edilmişdir. 04 iyul 1988-ci ildə refrijerator seksiya rəisi vəzifəsinə keçirilmişdir. 1 yanvar 1991-ci il tarixindən refrijerator seksiya rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsi adlanmışdır. 21 fevral 2018-ci ildə Şərq vaqon deposunda refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə təyin edilmişdir. 25 sentyabr 2018-ci ildə əmək müqaviləsinə xitam verilmişdir. 18 oktyabr 2018-ci ildə "xxxx" MMC-də refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə qəbul edilmişdir. 24 iyul 2019cu ildə Şərq vaqon deposunun xidməti baxış və cari təmir sexində böyük mexanik vəzifəsinə keçirilmişdir. 10 oktyabr 2023-cü ildə əmək müqaviləsinə xitam verilmişdir. 11 oktyabr 2023-cü ildə "xxxx" QSC-nin Şərq vaqon deposunda xidməti baxış və cari təmir sexində böyük mexanik vəzifəsinə təyin edilmiş və hazırda da orada əmək fəaliyyətini davam etdirir. Cavabdeh onun güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün yetərli güzəştli iş stajının olmamasına əsaslanaraq ona pensiya təyin edilməsindən imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Qanunvericiliyin tələb etdiyi yaşa, 25 ildən çox ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli iş stajı vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əmək kitabçasının və digər sənədlərinə əsasən güzəştli iş stajı 12 il 6 aydan az (6 il 5 ay (xx.xx.1988xx.xx.1988, xx.xx.2019-xx.xx.2022, xx.xx.2022-xx.xx.2023, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) olduğundan müraciətinin müsbət həlli mümkün olmamışdır. Belə ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi xx.xx.2024-cü il tarixli 13-1/2-M- 1020/1-42/2024 nömrəli "xxxx" QSC-nin arayışına əsasən xx.xx.1991-xx.xx.2018 və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, "xxxx" MMC Şərq vaqon deposunda refrijerator seksiyalarının mexaniki rəhbər işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də onun tələb olunan güzəştli iş stajı yoxdur. Şirvan İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(120)-1259/2025 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1259/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”: XXVİİİ (Nəqliyyat) bölməsi: “refrijerator qatarların (seksiyaların) mexanikləri - Kod23001000—23598 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:
21. Nəqliyyat bölməsi: 21.4 bənd. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər: 27-ci abzas: refrijerator qatarlarının (seksiyaların) mexanikləri
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə, yəni xx.xx.2023-cü il tarixə 25 ildən çox ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün 3 şərt mövcud olmalıdır: a) 60 yaşına çatması; b) Azı 25 il sığorta stajının mövcud olması; c) Azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Yaş tələbi ilə bağlı qeyd edilməlidir ki, iddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. xx.xx.2023-cü il tarixdə 60 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün həmin tarixdə yaş senzi ödənilmişdir. Hazırkı halda iddiaçı ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş edir. Tələb olunan 25 il ümumi sığorta stajı ilə bağlı qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçasına əsasən onun ümumi sığorta stajının 25 ildən çox olması müəyyən edilir və bu hal cavabdeh orqan tərəfindən mübahisələndirilmir. Şəxsə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün qanunvericiliklə tələb olunan yaş və ümumi sığorta stajının olması işin mübahisəsiz haldır. İş üzrə tərəflər arasında mübahisələndirilən hal iddiaçının 12 il 6 ay güzəştli iş stajının mövcudluğu ilə bağlıdır. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələb olunan yaş həddinə, yəni 60 yaşına çatmasını, qeyd edilən tarixə azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisləndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, cavabdehin apellyasiya şikayətində aşağıdakılar qeyd olunmuşdur: “...İddiaçının güzəştli iş stajının müddəti 12 il 6 aydan az, yəni 6 il 5 ay təşkil edir xx.xx.1986-xx.xx.1988, xx.xx.2019-xx.xx.2022, xx.xx.2022-xx.xx.2023, xx.xx.2023xx.xx.2023-cü illəri əhatə edir. İddiaçının xx.xx.1991-xx.xx.2018 və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt refrijerator vaqon deposunda, Şərq vaqon deposunda, "xxxx" MMC Şərq vaqon deposunda işlədiyi “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi Siyahıda nəzərdə tutulan “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil etmir və bu səbəbdən qeyd olunan illər güzəştli iş stajı kimi nəzərə alına bilməz.” Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xx.xx.1991-xx.xx.2018 və xx.xx.2018-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində işlədiyi “Refrijerator qatarların (seksiyaların) rəhbər mexaniki” vəzifəsi mübahisələndirilir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən məlumatların dəqiqləşdirilməsi üçün "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə sorğu göndərilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...İddiaçı ADY-nin Yeni Ələt refrijerator vaqon deposunda xx.xx.1986-cı il tarixindən xx.xx.1988-ci il tarixinədək çalışdığı refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci və Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş (xx.xx.2007-ci il tarixədək qüvvədə olmuş) “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 28-ci bölmənin 25-ci (kod: 23001000-23598) abzaslarında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Qeyd edirik ki, İddiaçı ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında xx.xx.1991-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək və xx.xx.2018-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək çalışdığı refrijerator seksiyaların rəhbər mexaniki və Şərq vaqon deposunda xx.xx.2019-cu il tarixindən hal-hazıradək işlədiyi refrijerator seksiyaların böyük mexaniki vəzifələri isə Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1-ci hissəsi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş "refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin, İddiaçı yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr üzrə güzəştli iş stajı 35 il 10 ay 21 gün təşkil edir.” Həmçinin, icratda olmuş başqa iş üzrə eyni məsələ ilə bağlı apellyasiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, “...refrijerator seksiyaların mexaniki ilə refrijerator seksiyaların rəhbər mexaniki arasında vəzifə təlimatlarına uyğun olaraq eyni refrijerator seksiyalarının texniki baxışı, cari təmiri və istismarının həyata keçirilməsi üzrə oxşar və vəzifə funksiyalarının icrası zamanı tabelilik üzrə fərqli cəhətlər mövcuddur. Həmçinin, refrijerator seksiyaların rəhbər mexaniki lazım olduqda mexaniki əvəz edir. Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan “Yeni-Ələt refrijerator vaqon deposunun “refrijerator seksiyası mexaniki”nin vəzifə təlimatı ilə “refrijerator seksiyası rəhbər mexaniki”nin vəzifə təlimatının müqayisəli təhlil etdikdə müəyyən olunur ki, onların (mexanik və rəhbər mexanik) icra etdiyi funksional vəzifə (iş) demək olar ki, eynilik təşkil edir, hətta mexanikə münasibətdə rəhbər mexanik daha məsuliyyətli vəzifəni icra edir. Eyni zamanda “refrijerator seksiyası rəhbər mexaniki”nin vəzifə təlimatında onun lazım olduqda mexaniki əvəz etməsi qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, oxşar işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının işlədiyi “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000- 23598)” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 21-ci bölmə. Nəqliyyat bölməsi: 21.4 bənd. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: 27-ci abzas: “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” uyğundur. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli 2-1(102)-1885/2023-cü il tarixli qərarında “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsini güzəştli iş stajı kimi nəzərə almışdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tələb olunan 25 il ümumi sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını topladığından, o hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən ona pensiya təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(120)-1259/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.