Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-61/2024 28.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(120)-378/2023 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilə kimi "xxxx" ASC-də (əvvəlki adı X1 zavodu) işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 25 may 2023-cü il tarixli, 2-1(120)- 378/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı xx.xx.1988-ci ildən xx.xx.2004cü ilə kimi "xxxx" ASC-də (əvvəlki adı X1 zavodu) işlədiyi illərin iş stajı kimi nəzərə alınaraq hüququnun yarandığı tarixdən (xx.xx.2020-ci il) ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X5 həqiqətən xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi "xxxx" ASC-də fəaliyyət göstərmişdir. Lakin göstərilən dövr üçün məvacib cədvəlləri, 1991-2004-cü illərə aid əmək haqqı kitabları və 1991-ci ilə aid əmrlər kitabı saxlanılmamış, sənədləri dövlət arxivinə təhvil verilməmişdir. Beləliklə, iddiaçının əmək fəaliyyəti göstərdiyi "xxxx" ASC fəaliyyətdə olan təşkilat olduğu müəyyən edilmişdir. Arxiv və müəssisədə məlumatın olmamasını məhkəmə iddiaçının ziyanına şərh etmir. Hazırkı halda inzibati orqanların bazasında olan məlumatlar arasında əmək haqqı cədvəllərinin mövcud olmaması iddiaçının pensiya hüququnun təminini istisna edən hal hesab edilməməlidir. Qərardan Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilədək “Lənkəran Məişət-Təmir" ASC-də (əvvəlki adı X1 Zavodu) işəmişdir. Belə ki, xx.xx.1988-ci il tarixli, 56 nömrəli əmri ilə işə qəbul edilmiş və xx.xx.2004-cü il tarixli, 10 nömrəli əmrlə işdən azad edilmişdir. Lakin ASC-nin Arxivində xx.xx.1988-ci ildən xx.xx.2004-cü ilə kimi işlədiyi müddətə dair hər hansı bir sənəd (əmr kitabları və əmək haqqı cədvəlləri) aşkar olunmadığına görə həmin illəri təsdiq edə bilməmişdir. İşləməyi ilə bağlı ona əmək kitabçası da verilmişdir. Həmin əmək kitabçası əsasında işlədiyi illərin pensiyasına hesablanması üçün Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 8 saylı regional ərazi filialına (Masallı rayon şöbəsinə) müraciət etsə də, əmək kitabçasında işlədiyi illərə dair əmrlərin və möhürün olmasına baxmayaraq əmr və əmək haqqı cədvəlləri aşkar olunmadığından göstərilən müddətin əmək pensiyasına hesablanması mümkün olmadığı bildirilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi xx.xx.1976-ci il tarixli ПT-l № ******* nömrəli əmək kitabçasına əsasən sığorta stajının tələb olunan 25 il sığorta stajından az olması səbəbilə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı bildirilmişdir. Əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək əmək fəaliyyəti dövrü 8 ay 9 gün, xx.xx.1977-ci il tarixdən xx.xx.1988-ci il tarixədək əmək fəaliyyəti dövrü 11 ii 6 ay 19 gün, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Masallı rayon şöbəsinin xx.xx.2020-ci il tarixli arayışına əsasən xx.xx.1974-cü ii tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət dövrü 2 il 8 gün olmaqla mübahisələndirilməyən ümumi iş stajı 14 il 3 ay 6 gün təşkil edir. xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 15 il 11 ay 17 gün əmək fəaliyyəti dövrü mübahisələndirilərək onun ümumi iş stajına daxil edilməmişdir. xx.xx.2020ci il tarixli, ********** nömrəli qarşılıqlı yoxlama aktına əsasən "xxxx" ASC-nin 1991-2004-cü illərə aid əmək haqqı kitabları və 1991-ci ilə aid əmrlər kitabı saxlanılmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş və birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirmişdir ki, 1988-ci ildən 2004-cü ilədək Lənkəran şəhərindəki Universal Ticarət Müəssisəsinin nəzdində yerləşən idarədə müdir işləmişdir. 2011-ci ildən isə Lənkəran Məişət-Təmir ASC hərraca çıxarılmış, səhmlərini alaraq həmin səhmdar cəmiyyətin rəhbəri olmuşdur. Müəssisəni təhvil aldığı zaman sənədlərdə bir çox problemlər olmuşdur. Belə ki, əmək kitabçalarının bir çoxu müəssisədə hələ də saxlanılırdı və sahiblərinə qaytarılmamışdı. İddiaçı da əmək kitabçasının doldurulması ilə bağlı ona müraciət etmişdir. Ona məxsus əmək kitabçasında işə girməsi ilə bağlı qeydlər olsa da, işdən çıxması ilə bağlı qeyd yazılmamışdı. Bu səbəbdən də əmək müfəttişliyinin əməkdaşı ilə məsləhətləşdikdən sonra əmr kitabında qeyd edilən məlumatlara əsasən əmək kitabçasında qeyd aparmış və aşağı hissəsində əsli ilə düzdür qeyd etmişdir. Əmr kitabında onun tərəfindən düzəliş edilməmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus xx.xx.1976-cı il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1976-cı il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olması, o cümlədən xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixədək "xxxx" ASC-də işləməsi qeyd edilmişdir. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2020-ci il tarixli, 66 nömrəli arayışının surətindən görünür ki, iddiaçının xx.xx.1988-ci il tarixdən xx.xx.2004-cü il tarixə kimi "xxxx" ASC-də fəaliyyət göstərməsi, lakin göstərilən dövr üçün məvacib cədvəllərinin saxlanılmadığı qeyd edilmişdir. -Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi Lənkəran şəhər Statistika İdarəsinin xx.xx.2022-ci il tarixli, 49 nömrəli məktubunda qeyd edilmişdir ki, "xxxx" ASC X3 reyestrində qeydiyyatdadır. Müəssisə xx.xx.1988-xx.xx.2004-cü illərdə və hal hazırda fəaliyyət göstərir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********297500 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixə baza və arxiv məlumatlarına əsasən, Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin xx.xx.1998-ci il tarixli 770 saylı Sərəncamına əsasən X1 Zavodunun bazasında "xxxx" ATSC-nin yaradılması və onun hüquqi varisi olması, xx.xx.2015-ci il tarixdən tam özəlləşməsi nəticəsində təşkilat-hüquqi formasının dəyişilərək "xxxx" Açıq Səhmdar Cəmiyyətinə çevrilməsi barədə məlumatlar mövcuddur. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü və xx.xx.2024-cü il tarixli məktublarında bildirilir ki, X11 Xidməti İstehsalat Kommersiya Zavodunun bazasında "xxxx" ASC yaradılmış və səhmləri xx.xx.2012-ci il tarixə tam özəlləşdirilmiş və müstəqil təsərrüfat subyyektidir. "xxxx" ASC-nin özəlləşdirmə proqramında (emissiya prospektində) 01 aprel 1998-ci il tarixində səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. "xxxx" ASC-nin 2001-2021-ci illərə dair əmrlər kitabı tələb edilərək, kitaba məhkəmə kollegiyası baxış keçirmiş, baxış zamanı vizual olaraq müəyyən edilmişdir ki, X4 05 oktyabr 2004-cü il tarixli, 10 nömrəli əmrlə işdən azad edilməsi barədə əmrin mətni yazılmış hissəyə S.Əliyevanın ad və soyadının alt hissəsində başqa rəngli qələmlə, başqa xətlə İddiaçı adı əlavə edilmiş, həmçinin əmrin mətnində “azad olunsun” ifadəsinə “lar” sonluğu əlavə edilmişdir. Həmçinin kitabda bütün əmrlər latın qrafikası ilə yazılsa da İddiaçı adının yazılışında həm latın, həm də kiril qrafikasından istifadə edilmişdir. Xüsusilə qeyd edilməlidir ki, şahid qismində dindirilmiş Şahid2 yalnız iki şəxsin əmək kitabçalarını doldurduğunu bildirmiş, onlardan biri hazırki iş üzrə İddiaçı, digəri isə məhkəmə kollegiyasının icraatında olan digər iş üzrə iddiaçı X6r. "xxxx" ASC-nin 2001- 2021-ci illərə dair əmrlər kitabına baxış zamanı digər şəxslərə münasibətdə əmrlərdə əlavələr və düzəlişlər edilmədiyi, yalnız həmin şəxslərin işdən azad edilməsi barədə əmrlərin digər şəxslərlə bağlı verilmiş əmrlərə əlavə edildiyi aşkar edilmişdir. Qeyd olunan hallar məhkəmə kollegiyasına İddiaçı adının əmrlər kitabına sonradan yazılması qənaətinə gəlməyə əsas verir. Məhkəmə kollegiyasının bu qənaəti həmçinin ondan qaynaqlanır ki, "xxxx" ASC-nin özəlləşdirmə proqramında (emissiya prospektində) 01 aprel 1998-ci il tarixində səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adının aşkar edilməməsi onun həmin dövrdə həmin müəssisədə işləməməsinə dəlalət edir. Birinci instansiya məhkəməsi iş üzrə qeyd olunan sübutların əldə edilməsinə və tədqiq edilməsinə cəhd etməmiş, bununla da işin qeyd olunan xüsusatına hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, şahid ifadəsi ilə də təsdiq olunur ki, iddiaçıya məxsus əmək kitabçasında onun işdən azad edilməsi ilə bağlı qeyd hüququ olmayan şəxs tərəfindən aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi” Qaydalarının:- -1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. -3.1-ci bəndinə əsasən əmək kitabçasının və ona əlavə edilən içliyin doldurulması işəgötürən və ya qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X10 Xidməti və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2 yerli qurumları tərəfindən Azərbaycan Respublikasının dövlət dilində (Azərbaycan dili) aparılır. -3.2-ci bəndinə əsasən işçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə) uyğun aparılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası iddiaçının "xxxx" ASC-də 05 oktyabr 2004-cü il tarixədək əmək faəliyyətinin olması və əmək haqqı alması barədə dəlillərini əsaslı hesab etmir və ona məxsus əmək kitabçasında "xxxx" ASC-dən işdən azad edilməsi ilə bağlı qeydləri mötəbər hesab etmir. İddiaçının xx.xx.1988-ci il tarixdə X11 Xidməti İstehsalat Kommersiya Zavoduna işə qəbul edilməsi barədə əmrin mötəbərliyinə şübhələr olmasa belə, onun işdən azad edilmə tarixi bəlli olmadığından həmin müəssisədə, eləcə də müəssisə özəlləşdirildikdən sonra "xxxx" ASC-də iş stajını müəyyən etmək mümkün deyildir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 25 may 2023-cü il tarixli, 2-1(120)-378/2023 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-61/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-61/2024
28.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver