Məhkəmə qərarları › İş №2-1(106)-610/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-610/2025

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-610/2025 09.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: göndərişdə əks olunmuş diaqnozun təsdiqlənməməsi; əlilliyin təyin edilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı “##.##.2021-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində əsas diaqnoz: S.72.3- Bud sümüyü cisminin (diafizinin) sınığı, odlu silah yaranalanması. Sol və sağ bud sümüyünün dəlib keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyri düzgün bitimiş sınığının ağırlaşmaları; Ağırlaşmalar: M16.3-Digər displastik koksartrozlar, sol bud-çanaq oynağının posttravmatik deformasiyaedici koksartrozu III dərəcə, M17.3-Digər posttravmatik qonatrozlar, sol diz oynağının postravmatik deformasiyaedici artrozu III dərəcə, M24.5-Oynaqların kontrakturası, sol bud-çanaq oynağının kəskin bükmə<60 dərəcə və yaxınlaşdırma<25 dərəcə kontrakturası, W33-Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, odlu silah yaranlanması. Sol və sağ bud sümüyünün dəlib keçən güllə yaranlanmasından sonra sol bud sümüyünün qeyri düzgün bitişmiş sınığının ağırlaşmaları; Yanaşı xəstəliklər: R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, sol aşağı ətrafın dayaq hərəkət funksiyasının pozulması, R52.2=Digər daimi ağrı, daimi ağrı sindromu diaqnozu ilə ##.##.2021-ci il tarixli *******AALHY nömrəli göndəriş rəsmiləşdirilmişdir. Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində tərtib edilmiş *******AALHY nömrəli göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş və ##.##.2021-ci il tarixli “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmiş, qərar elektron sistemə ##.##.2021-ci ildə daxil edilmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 tərəfindən verilmiş ##.##.2023-cü il tarixli T***/**** saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə “XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79- Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72- Bud sümüyü sınığı => S72.3-Bud süm...; Diaqnozun mətni: Bud sümüyü cisminin (diafizinin) sınığı, odlu silah yaralanması, sol və sağ bud sümüyünün dəlib-keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığının ağırlaşmaları” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı o, Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əyani müayinəyə göndərilmiş və ona “Odlu silahla yaralanmadan sonra, sol budun orta aşağı 1/3-nn iç səthində kobud dartıcı çapıq toxuması, sol bud sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının açıcıbükücü kontrakturası (açma 170°, bükmə 95°) daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” diaqnozu müəyyən edilmişdir.” “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli rəydə qeyd edilmişdir ki, “...İddiaçı ‘Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X1 poliklinika şöbəsinin həkim travmatoloq ortopedi X6 və ortopediya şöbəsinin həkim travmatoloq ortopedi X2 yanında olmuşdur. Həkimlər tərəfindən ona odlu silahla yaralanmadan sonra, hər iki budun orta 1/3-nin güllə yaralanmasından sonra vəziyyəti sol bud sümüyünün orta-aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, cərrahi əməliyyatdan sonra sol diz oynağın kontrakturası bükmə 90°, hər iki budun kobud ağrılı çapıqları və yerişin pozulması diaqnozu qoyulmuşdur. Çəkilmiş rentgen vərəqində sağ bud sümüyünün dəyişiksiz olması, sol bud sümüyünün diafizinin qeyri-düzgün bitişmiş sınığı qeyd edilmişdir. İddiaçıya XTB kodu Y36.4, S72.3, Z98.8, M 24.5, L90.5, L 91.0, R 26.8 təyin edilmişdir. Xəstə ilə yenidən əlaqə saxlanılaraq “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X1 müayinə olunması üçün dəvət edilmişdir. Xəstəxananın poliklinika şöbəsinin həkimi Yusifov Mirzənin yanında yenidən müayinə olunmuşdur. Xəstəyə odlu silah yaralanması, hər iki budun orta 1/3-nin güllə yaralanmasından sonrakı 90° (açma tamdır), hər iki bud nahiyələrində kobud çapıqları, ağrı sindromu ilə yerişin çətinləşməsi diaqnozu qoyulmuşdur. Xəstəyə XTB kodu W33, Y 36.4, M 17.3, M 24.5, R 24.5, R52.0, R26, R 26.8, L91.0 təyin edilmişdir.” İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində birinci icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “üçüncü dərəcəli əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, həqiqi hərbi xidmətdə olarkən ## #### 2009-cu il tarixdə döyüş növbətçiliyini dəyişən zaman əsgər yoldaşının əlindəki silahdan atəş açıldığına görə sağ və sol budun dəlib keçən güllə yaralanması almışdır. Xəstəliyi ## ######## 2009-cu il tarixli xəstəlik haqqında **** nömrəli şəhadətnamə ilə qiymətləndirilmişdir. Həmin şəhadətnamənin 12-ci bəndindən görünür ki, sağ budun orta 1/3 yumşaq toxmalarının, sol budun aşağı 1/3 dəlib keçən güllə yaralanması (##.##.2009), sol bud sümüyünün çoxqəlpəli yerini dəyişən sınığına görə İizarov aparatı ilə osteosintez cərrahiyyə əməliyatından sonra (##.##.2009) tam bərkimiş sümük döyənəyi, sol diz oynağının birinci mərhələ osteoartrozu, kontraktura, funksiyanın mülayim dərəcədə pozulması ilə bağlı qərar verilmişdir. Şəhadətnamədən məlum olur ki, aldığı xəsarət hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən alınmışdır. 2009-cu il tarixdən 2021-ci linin may ayına qədər üçüncü dərəcəli əlil kimi sosial pensiya almış, eyni zamanda Prezident təqaüdçüsü olmuşdur. 2021-ci ilin may ayından pensiya almır. Buna səbəb əlillik dərəcəsinin təyin edilməsindən imtina olmuşdur. Halbuki, işdə olan tibbi sənədlər və xəstəlik vəziyyəti ona əlillik təyin edilməsinə əsas verir. Cavabdehin etirazları: Cavabdehin iddiaya qarşı etirazı daxil olmamışdır. Şirvan İnzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Samir Həsənov) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## ####### 2022-ci il tarixli *-*(***)-***/**** saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2023-cü il tarixli *-*(***)- ***/**** saylı qərardadı ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin ##.##.2022-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı ləğv edilmiş, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. c) birinci instansiya məhkəməsində ikinci icraat İddiaçı cavabdehə qarşı iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “##.##.2021-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddianın təmin edilməsi, ##.##.2021-ci il tarixli *******AALHY nömrəli göndərişə əsasən qəbul edilmiş ##.##.2021-ci il tarixli qərarın ləğv edilməsi və həmin vaxtdan iddiaçı İddiaçı 3-cü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən təkrar ekspertiza keçirilməmiş, xəstəliyin patofunksional dəyişiklikyi müəyyən edilməmişdir. Bundan başqa, mübahisələndirilən qərarda əlilliyin müddəti, səbəb əlaqəsi müəyyən edilməmişdir. Apellyasiya şikayətinə etirazlar: Apellyasiya şikayətinə etirazın dəlilləri ondan ibarətdir ki, işdə olan tibbi sənədlər və xəstəlik vəziyyəti ona əlillik təyin edilməsinə əsas verir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

2. Göndərişin verilməsi qaydası

2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları

2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

İddiaçı barəsində göndəriş rəsmiləşdirilən vaxt (##.##.2021-ci il tarixdə) qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə:

2. Əlilliyin müəyyən olunması meyarları 2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5- M24.6,M25.6,M67.1,M99.0); 2.5.1. bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası(Q71.3, Q74, M20.0, M24.5, Z89.0); 2.5.6. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (M24.5-M24.6); ...

3. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları 3.1.23. bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi və ya iflici, dayanıqlı yayılmış hiperkinezlər (ikili atetoz, xoreoatetoz tipli) nəzərəçarpan koordinasiya pozulmaları – (R26.0- R26.8, R27.0-R 27.9);

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçını dinləyərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göndərişdə qeyd edilmiş xəstəliklər işdə olan sübutlarla təsdiqinin tapır və bu səbəbdən əlillik təyinatına əsas verir. İşin müəyyən edilmiş hallarından görünür ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində əsas diaqnoz: S.72.3-Bud sümüyü cisminin (diafizinin) sınığı, odlu silah yaranalanması. Sol və sağ bud sümüyünün dəlib keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyri düzgün bitimiş sınığının ağırlaşmaları; Ağırlaşmalar: M16.3-Digər displastik koksartrozlar, sol bud-çanaq oynağının posttravmatik deformasiyaedici koksartrozu III dərəcə, M17.3-Digər posttravmatik qonatrozlar, sol diz oynağının postravmatik deformasiyaedici artrozu III dərəcə, M24.5-Oynaqların kontrakturası, sol bud-çanaq oynağının kəskin bükmə<60 dərəcə və yaxınlaşdırma<25 dərəcə kontrakturası, W33-Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, odlu silah yaranlanması. Sol və sağ bud sümüyünün dəlib keçən güllə yaranlanmasından sonra sol bud sümüyünün qeyri düzgün bitişmiş sınığının ağırlaşmaları; Yanaşı xəstəliklər: R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, sol aşağı ətrafın dayaq hərəkət funksiyasının pozulması, R52.2=Digər daimi ağrı, daimi ağrı sindromu diaqnozu ilə ##.##.2021-ci il tarixli *******AALHY nömrəli göndəriş rəsmiləşdirilmişdir. *******AALHY nömrəli göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş və ##.##.2021-ci il tarixli “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmiş, qərar elektron sistemə ##.##.2021-ci ildə daxil edilmişdir. “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 tərəfindən verilmiş ##.##.2023-cü il tarixli T***/**** saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...Vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə “XIX Sinif - Travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S70-S79- Bud-çanaq oynağı və bud nahiyəsinin travmaları => S72- Bud sümüyü sınığı => S72.3-Bud süm...; Diaqnozun mətni: Bud sümüyü cisminin (diafizinin) sınığı, odlu silah yaralanması, sol və sağ bud sümüyünün dəlib-keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyri-düzgün bitişmiş sınığının ağırlaşmaları” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı o, Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna əyani müayinəyə göndərilmiş və ona “Odlu silahla yaralanmadan sonra, sol budun orta aşağı 1/3-nn iç səthində kobud dartıcı çapıq toxuması, sol bud sümüyünün orta 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, sol diz oynağının açıcıbükücü kontrakturası (açma 170°, bükmə 95°) daimi ağrı sindromu və hərəkət funksiyasının pozulması” diaqnozu müəyyən edilmişdir.” “Azərbaycan Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, “...İddiaçı ‘Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X1 poliklinika şöbəsinin həkim travmatoloq ortopedi X6 və ortopediya şöbəsinin həkim travmatoloq ortopedi X2 yanında olmuşdur. Həkimlər tərəfindən ona odlu silahla yaralanmadan sonra, hər iki budun orta 1/3-nin güllə yaralanmasından sonra vəziyyəti sol bud sümüyünün orta-aşağı 1/3-nin qeyri-düzgün bitişmiş sınığı, cərrahi əməliyyatdan sonra sol diz oynağın kontrakturası bükmə 90°, hər iki budun kobud ağrılı çapıqları və yerişin pozulması diaqnozu qoyulmuşdur. Çəkilmiş rentgen vərəqində sağ bud sümüyünün dəyişiksiz olması, sol bud sümüyünün diafizinin qeyri-düzgün bitişmiş sınığı qeyd edilmişdir. İddiaçıya XTB kodu Y36.4, S72.3, Z98.8, M 24.5, L90.5, L 91.0, R 26.8 təyin edilmişdir. Xəstə ilə yenidən əlaqə saxlanılaraq “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X1 müayinə olunması üçün dəvət edilmişdir. Xəstəxananın poliklinika şöbəsinin həkimi Yusifov Mirzənin yanında yenidən müayinə olunmuşdur. Xəstəyə odlu silah yaralanması, hər iki budun orta 1/3-nin güllə yaralanmasından sonrakı 90° (açma tamdır), hər iki bud nahiyələrində kobud çapıqları, ağrı sindromu ilə yerişin çətinləşməsi diaqnozu qoyulmuşdur. Xəstəyə XTB kodu W33, Y 36.4, M 17.3, M 24.5, R 24.5, R52.0, R26, R 26.8, L91.0 təyin edilmişdir.” Kollegiya iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə münasibətdə bildirir ki, mübahisələndirilən ##.##.2021-ci il tarixli qərar elektron sistemə ##.##.2021-ci ildə daxil edilmişdir. Qərarın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. İddia ərizəsi ##.##.2021-ci ildə məhkəməyə daxil olmuşdur. İddia mümkün iddiadır. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti üzrə gəlinmiş nəticə aşağıdakılarından irəli gəlir. Normativ tənzimləməyə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında həyata keçirilir və bu qiymətləndirmə məhz göndərişdə əks olunmuş diaqnozlar, tibbi göstəricilər və sənədlər çərçivəsində aparılır. Bu baxımdan, əlillik dərəcəsinin müəyyən edilməsi göndərişdə göstərilən xəstəlik və funksional pozuntuların tibbisosial ekspertiza zamanı təsdiqini tapması ilə şərtlənir. Formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində ##.##.2021-ci il tarixli *******AALHY nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz: S.72.3-Bud sümüyü cisminin (diafizinin) sınığı, odlu silah yaranalanması. Sol və sağ bud sümüyünün dəlib keçən güllə yaralanmasından sonra sol bud sümüyünün qeyri düzgün bitimiş sınığının ağırlaşmaları; Ağırlaşmalar: M16.3-Digər displastik koksartrozlar, sol bud-çanaq oynağının posttravmatik deformasiyaedici koksartrozu III dərəcə, M17.3-Digər posttravmatik qonatrozlar, sol diz oynağının postravmatik deformasiyaedici artrozu III dərəcə, M24.5-Oynaqların kontrakturası, sol bud-çanaq oynağının kəskin bükmə<60 dərəcə və yaxınlaşdırma<25 dərəcə kontrakturası, W33-Yivli tüfəngdən, qırma tüfəngdən və iri çaplı odlu silahdan atəş, odlu silah yaranlanması. Sol və sağ bud sümüyünün dəlib keçən güllə yaranlanmasından sonra sol bud sümüyünün qeyri düzgün bitişmiş sınığının ağırlaşmaları; Yanaşı xəstəliklər: R26.8-Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, sol aşağı ətrafın dayaq hərəkət funksiyasının pozulması, R52.2=Digər daimi ağrı, daimi ağrı sindromu. Kollegiya ilk növbədə qeyd edir ki, iddiaçının əlillik təyinatı onun barəsində göndəriş rəsmiləşdirilən dövrdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun qiymətləndirilməlidir. İş materiallarında olan “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 tərəfindən verilmiş ##.##.2022-ci il tarixli T***/***** nömrəli və ##.##.2024-cü il tarixli rəylərə tənqidi yanaşır. Belə ki, birinci rəyin verilməsində cavabdehin nümayəndəsi ekspert qismnidə iştirak etmiş, 2-ci rəy isə hər hansı tədqiqat nəticəsində gəlinmiş nəticəni əks etdirmir. Rəydə göndərişdə, cavabdehin qərarında və digər tibbi sənədlərdə göstərilənlər rəyin nəticə hissəsinə köçürülmüşdür. İddiaçı barəsində tərtib edilmiş Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 tərəfindən verilmiş ##.##.2023-cü il tarixli T***/**** saylı ekspert rəyində və “Azərbaycan Elmi- Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli mütəxəssis rəyində, o cümlədən işdə olan digər sənədlərin təhlili onu deməyə əsas verir ki, Lənkəran Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində rəsmiləşdirilən ##.##.2021ci il tarixli *******AALHY nömrəli göndərişdə qeyd edilən xəstəliklərdən Əsasnamədə yalnız “M24.5 və yanaşı xəstəlik olan R26.8-ə rast gəlini. Lakin həmin xəstəliklər isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə dirsək oynağının yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (M24.5), yanaşı xəstəlik olan R26.8 isə “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları” ilə bağlıdır. Göründüyü kimi göndərişdə qeyd edilən xəstəliklər və onların patofunksional dəyişikliyi iddiaçıda müəyyən edilmir. Müvafiq qərardad ilə “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Göründüyü kimi qanunvericilik hər hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir. Hazırki işin faktiki halından, birinci instansiya məhkəməsinin qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, baxılan işin nəticəsi olaraq, “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X1 üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar həmin şəxs üçün hüquqi nəticə, o cümlədən vəzifə və öhdəlik yaratmır. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərilməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ##.##.2021-ci il tarixli qərarın ləğv edilməsini və həmin tarixdən ona əlilik təyin edilməsini tələb etməkdə haqlı sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməli, həmçinin, hazırkı iş üzrə “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X1 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı “##.##.2021-ci il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” X1 iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar