Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-614/2025 15.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X1 ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)-1927/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Salyan rayonu, Əli-Bayramlı şəhərində doğulmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. H3 seriyalı ******* №-li hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Azərbaycan SSR Ordu sıralarında hərbi xidmət keçmişdir (2 il 2 ay 21 gün). Azərbaycan SSR X9 Təhsili Komitəsi tərəfindən xx.xx.1980-ci il tarixdə 1231 № ilə qeydə alınmış attestatın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1979-cu ildə Bakı şəhər, Xırdalan qəsəbəsi, 94 №-li peşə məktəbinə daxil olmuş və xx.xx.1980-ci ildə Ağac emalı üzrə dəzgahçı peşəsi üzrə məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır (10 ay 18 gün). MT-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən müəyyən olunur ki, İddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: xx.xx.1980-ci ildə Azərbaycan SSR Meşə və Ağac Emalı Nazirliyinin Bakı Mebel Yığma Kombinatı-Faner sexinə üçüncü dərəcəli arıtma dəzgahının dəzgahçısı vəzifəsinə qəbul edilmişdir (Əmr № 202 ok, xx.xx.1980); xx.xx.1981-ci ildə Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir (Əmr № 109-ok, xx.xx.1981) (8 ay 10 gün); xx.xx.1983-cü ildə “Uzaq Rabitə” EİB sınaq zavodunun Əli-Bayramlı filialında-əsaslı tikinti şöbəsinə 3-cü dərəcəli ağac emalı üzrə dəzgahçı vəzifəsinə təyin edilmişdir (Əmr № 71-k, xx.xx.1983-cü il); xx.xx.1983-cü ildə işdən azad edilmişdir (Əmr № 71-k, xx.xx.1983-cü il) (1 ay 13 gün); xx.xx.1983-cü ildə Əli-Bayramlı TTİ-yə 3-cü dərəcəli dülgər işinə qəbul edilmişdir (Əmr № 123, xx.xx.1983); xx.xx.1985-ci ildə öz xahişi ilə işdən azad edilmişdir ( Əmr № 05k, xx.xx.1985) (1 il 2 ay 5 gün); xx.xx.1985-ci il tarixdə Azərbaycan SSR Soveti Yanında kənd TAqrokimyəvi XÜ İEB- 2-ci dərəcəli dülgər vəzifəsinə qəbul edilmişdir ( Əmr № 15, xx.xx.1985); xx.xx.1985-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir ( Əmr № 53, 3.06.1985) (03 ay 24 gün); xx.xx.1985-ci ildə Sabirabad MPMK-ya 4-cü dərəcəli dülgər vəzifəsinə təyin edilmişdir (Əmr № 103, xx.xx.1985); xx.xx.1987-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 15. 2.02.1987) (1 il 7 ay 19 gün); xx.xx.1987-ci ildə 41 saylı Sabirabad RSMD-yə 4-cü dərəcəli dülgər işinə təyin edilmişdir (Əmr № 51,xx.xx.1987); xx.xx.1988-ci ildə 145 saylı RSMD-ə köçürmə yolu ilə işdən azad edilmişdir (Əmr № 22, xx.xx.1988); (9 ay 27 gün); xx.xx.1988-ci ildə 145 saylı Sabirabad RSMD-yə köçürmə yolu ilə 4-cü dərəcəli dülgər qismində işə qəbul edilmişdir (Əmr № 5, xx.xx.1988); xx.xx.1990-cı ildə öz ərizəsinə əsasən 4-cü dərəcəli dülgər vəzifəsindən azad edilmişdir ( Əmr № 135, xx.xx.1990); (2 il 15 gün); xx.xx.1991-ci ildə öz ərizəsinə əsasən 44 №-li TSMD-ə dülgər 5-ci dərəcə qəbul edilmişdir (Əmr № 69, xx.xx.1991); xx.xx.1992-ci ildə öz ərizəsinə əsasən işdən azad edilmişdir (Əmr №79, 7.9.1992); (1 il 2 ay 7 gün); xx.xx.1992-ci ildə "Şirvanneft” NQÇİ-nin 3 saylı neft və qaz çıxarma (neft mədəni) sexinə 4-cü dərəcəli QYT operatoru qəbul olunmuşdur ( Əmr № 161/k xx.xx.1992) xx.xx.1995-ci il tarixdə Quyuların təmir sexinə 3-cü dərəcə ilə qazma köməkçisi keçirilir (Əmr № 52/k, 3.04.1995); xx.xx.1995-ci ildə Neftin Kompleksləşdirilməsi və hazırlanması sexinə 3-cü dərəcə ilə əmtəə operatoru keçirilmişdir ( Əmr № 91/k, 6.06.1995-ci il); xx.xx.1996-cı ildə həmin sexdə 4-cü (dörd) dərəcə ilə əməttə operatoru keçirilmişdir (Əmr № 356/k, xx.xx.1996-cı il); xx.xx.1999-cu ildə Əmtəə operatoru 5 (beşinci) dərəcə verilir ( Əmr № 145, xx.xx.1999-cu il); Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.1997-ci il tarixli 158 saylı əmri ilə Şirvanneft xx.xx.1997-ci il tarixindən ləğv olunmuş və onun bazasında "xxxx" Birgə MMM yaradılmışdır. xx.xx.1997-ci il tarixdə həmin sexdə işini davam etdirir (Əmr № 01/k, xx.xx.1997); xx.xx.2005-ci ildə NKHS-də 5 (beş)-ci dərəcə nasos qurğularının maşinisti keçirilmişdir (Əmr № 150/k-a, xx.xx.2005) xx.xx.2009-cu il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 285, xx.xx.2009), xx.xx.2006-cı il tarixədək ümumi stajı 24 il 4 ay 5 gün. xx.xx.2009-cu ildə “X3 Limited şirkəti Neftin kompleks hazırlanması və vurulması sexinə 5-ci dərəcə nasos qurğu maşinisti qəbul edilmişdir (xx.xx.2009-cu il tarixli əmək müqaviləsi) “X3 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş İddiaçı güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair 12/a №-li, xx.xx.2023cü il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı “X3 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı X2 Hazırlanması və Vurulması sexində 5-ci dərəcəli nasos qurğusu maşinisti vəzifəsinə qəbul olunmuşdur xx.xx.2009-xx.xx.2011 ( 2 il 1 ay 26 gün); xx.xx.2011 -ci il tarixdə (Əmr № 407/k, xx.xx.2011) 5-ci dərəcəli texnoloji nasosların maşinisti vəzifəsinə keçirilmişdir, hal-hazırdadək işləyir (11 il 2 ay). İddiaçı işlədiyi texnoloji nasosların maşinisti peşəsinin güzəştli əmək pensiyası hüququna əsas olan işin xüsusiyyətləri aşağıdakı kimidir: Magistral neft kəmərlərində və ötürücü neft bazarlarında neftin, neft məhsullarının və başqa özlü mayelərin hazırlanması və vurulması üçün olan stansiyalarına xidmət edilməsi; Magistral neft kəmərlərində, ötürücü neft bazarlarında və neft emalı müəssisələrində nasoslara ümumi gücü 3000 kvt-dan artıq olan elektrik mühərrikləri ilə birlikdə xidmət; Nəzarət-ölçü cihazlarının göstəricilərinə əsasən elektrik mühərriklərinə düşən yükə, nasoslarda və boru kəmərlərində işçi təzyiqə, avtomatika cihazlarının, yağlama sisteminin, soyutma və ventilyasiyanın, paylayıcı qurğuların, bağlayıcı armaturanın işinə nəzarət edilməsi; Elektrik mühərriklərinin işə buraxılması və saxlanması; Yastıqlarda yağın olmasının yoxlanılması;Yastıqların açılması, yuyulması və sürtülməsi; Qoruyucuların dəyişdirilməsi, vurulan məhsulların sızmasının ləğv edilməsi;Avadanlığın iş rejiminə nəzarət edilməsi.İddiaçı “X3 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında xx.xx.2009-ci il tarixdən hal hazıradək, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 13 il 3 ay 26 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq euilmiş Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr- texnoloji nasosların maşinistləri yarımbəndinə uyğundur.Arayışda olan məlumatlar işçinin Əmək kitabçasına və şəxsi işinə istinadən qeyd edilmişdir.Arayış Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlətlə Təyinat İdarəsinin Mərkəzi Filialına təqdim edilməsi üçün verilir. Arayış "Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavəyə uyğun hazırlanmışdır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın 3-17-1/2-275284/2024-cü il tarixli məktubu ilə təqdim olunmuş İddiaçı aid 037853 №-li pensiya işinə əlavə olunmuş “Əmək pensiyasının təyin edilməsi haqqında” **********5 №-li, xx.xx.2022-ci il tarixli qərarın surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qərarın 9-cu bəndində əlavə məlumat: ümumi iş stajı 24 il 2 ay, 2 gün (xx.xx.2006-dək); Güzəştli iş stajı: 13 il, 1 ay, 2 gün. 12 saylı qərar: Bölmə 10.2 quyuların yeraltı təmiri üzrə operator. SOCAR “Azneft” İstehsalat Birliyinin 14-2-1/2-42/2025 saylı xx.xx.2025-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivinin 23 fevral 2023-cü il tarixli 14-2/2-Y-15-1/2023-429 nömrəli arxiv arayışında İddiaçı “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin 3 №-li neft və qazçıxarma sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək yeraltı təmir operatoru, Quyuların əsaslı təmiri sexində xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək qazmaçı köməkçisi, “Şirvanneft” NQÇİnin və "Şirvan Oyl” X4 Müəssisəsinin Neftin kompleks hazırlanması sexində xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək əmtəə operatoru, "xxxx" X4 Müəssisəsində xx.xx.2005-ci il tarixdən xx.xx.2009-cu il tarixədək nasos qurğularının maşinisti peşəsində işlədiyi qeyd edilmişdir. İddiaçı “Şirvanneft” NQÇİ-nin 3 Ne-li neft və qazçıxarma sexində xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (02 il 06 ay 24 gün) işlədiyi yeraltı təmir operatoru peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 Ne-li qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu "Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 10.2-ci "Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan "quyuların yeraltı təmiri üzrə operatorlar" peşəsi ilə, Quyuların əsaslı təmiri sexində xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (02 ay 01 gün) işlədiyi qazmaçı köməkçisi peşəsi həmin yarımbölmədə qeyd edilmiş "quyuların əsaslı təmirinin qazmaçıları” peşəsi ilə, "Şirvan Oyl” Birgə MMM-in Neftin kompleks hazırlanması sexində, xx.xx.2005-ci il tarixdən xx.xx.2009- cu il tarixədək (03 il 16 gün) işlədiyini nasos qurğularının maşinisti peşəsi həmin yarımbölmədə nəzərdə tutulan “texnoloji nasosların maşinistləri” peşəsi ilə, xx.xx.1995-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (10 il 3 ay 13 gün) işlədiyi əmtəə operatoru peşəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2024-cü il tarixli, 81 nömrəli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında” Qərarının 1.2.1.1.4.-cü bəndi ilə sözügedən Siyahının 10.2-ci yarımbölməsinə əlavə edilmiş "əmtəə operatorları” peşəsi ilə uyğunluq təşkil edir. "İddiaçı işlədiyi peşələrin təlimatının məhkəməyə təqdim edilməsi” ilə bağlı qeyd olunmuşdur ki, SOCAR-ın Baş ofisin Mərkəzi arxivində “Şirvanneft” NQÇİ-nin və "Şirvan Oyl” Birgə MMM-in saxlanılan sənədlərinin siyahısında işçilərin Peşə təlimatları aşkarlanmadığına görə “Aznef” istehsalat Birliyinin strukturuna daxil olan təşkilatlarda mövcud olan həmin peşələrin təlimatı təqdim olunmuşdur. İddiaçının (nümayəndəsi və vəkili Nümayəndə1) hazırkı iddia tələbi ilə bağlı cavabına cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-17-1/2-223139/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala 27 avqust 2024-cü il tarixdə daxil olmuş müraciətinə aidiyyəti üzrə baxılmışdır. İddiaçı xx.xx.2022-ci il tarixində Mərkəzi Filial tərəfindən pensiya hüququnun yarandığı xx.xx.2022-ci il tarixindən hesablanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyası üzrə keçmiş müddət üçün ona ödənilməli olan 955,71 manat pul vəsaiti hesablanıb.Həmin pul vəsaiti 2022-ci ilin iyul, avqust və sentyabr aylarında adıçəkilən şəxsin pensiyasının üzərinə əlavə edilərək müvafiq kart hesabına köçürülmüşdür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.1ci maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar İddiaçı əmək pensiyası xx.xx.2024-cü il tarixindən 430,22 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1962-ci ildə Şirvan şəhərində doğulmuşdur. xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaycan SSR Nazirlər Sovetinin X9 Təhsili Komitəsinin 94 nömrəli peşə məktəbində təhsil almışdır. xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək Bakı mebel yığma zavodunda, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək həqiqi hərbi xidmətdə, xx.xx.1983-cü il tarixdən xx.xx.1983-cü il tarixədək “X7” adlı zavodun Əli-Bayramlı filialında, xx.xx.1983-cü ildən xx.xx.1992-ci il tarixədək Bakı Tikinti Quraşdırma, “Azəraqararsənayetikitni” Respublika Koperativ Tikinti Birliyinin 145 nömrəli səyyar dəstəsində, Sabirabad 4 nömrəli TREST-də dülgər vəzifəsində, xx.xx.1992 ci ildən “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinə 4-cü dərəcəli operator vəzifəsinə, xx.xx.1995-ci il tarixdən 3-cü dərəcə qazma-köməkçi, xx.xx.1995-ci il tarixdən əmtəə operatoru, xx.xx.2005-ci il tarixdən nasos qurğuların maşinisti keçirilmişdir. xx.xx.2009-cu il tarixdən etibarən X3 Limited Şirkətinə nasos maşinisti vəzifəsinə qəbul edilməklə xx.xx.2011 -ci il tarixdən pensiya yaşınadək 5-ci dərəcəli texnoloji nasosların maşinisti vəzifəsində çalışmışdır. Ona 6 aprel 2022-ci il tarixindən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulna işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci ilin iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində quyuların yeraltı təmiri üzrə operatorlar və texnoloji nasosların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. Güzəzştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar Mərkəzi Filiala təqdim edilmiş SOCAR-ın 28 fevral 2023-cü il tarixli 14-2-1/2-Y-15-1/2023-104 nömrəli arayışında xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" BMC-də Neftin kompleks hazırlanması sexində operator və xx.xx.2005-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində maşinist vəzifələrində işlədiyi qeyd olunmuşdur. Onun işlədiyi operator vəzifəsi, həmçinin sözügedən arayışda maşinisti olduğu nasos qurğularının texnoloji nasoslara aiddir. Qeyd olunan hallar ətraflı araşdırılmadan 1 yanvar 2006-cı il tarixinədək onun güzəştli iş stajı 12 il 6 aydan az (2 il 8 ay 27 gün) (xx.xx.1992-xx.xx.1995ci il tarixləri arasındakı dövr) təşkil etməsi əsası ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanması həyata keçirilməmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçıya 6 aprel 2022-ci il tarixdən Mərkəzi Filial tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində quyuların yeraltı təmiri üzrə operatorlar və texnoloji nasosların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı N.X5 təqdim etdiyi SOCAR-ın 28 fevral 2023-cü il tarixli 14-2-1/2-Y-15- 1/2023-104 nömrəli arayışında xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" BMC-nin Neftin kompleks hazırlanması sexində əmtəə operatoru və xx.xx.2005xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində nasos qurğularının maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi əmtəə operatoru vəzifəsi yuxarıda qeyd olunan quyuların yeraltı təmiri üzrə operatorlar vəzifəsinə aid deyil. Həmçinin, sözügedən arayışda iddiaçının maşinist olduğu nasos qurğularının texnoloji nasoslara aid olub-olmaması barədə hər hansı məlumat qeyd olunmamışdır. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixədək İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (2 il 8 ay 27 gün) xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr təşkil edir. Ona görə də iddiaçıya 57 yaşının tamamlandığı xx.xx.2019-cu il tarixdən yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)-1927/2025 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia qismən təmin edilərək iddiaçı xx.xx.1962-ci il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2019-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və təyin olunmuş pensiyanın xx.xx.2021-ci il tarixdən hesablanaraq, ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdehin xx.xx.2006-cı il tarixə nə ümumi (25 il), nədə ki, 12 il 6 ay güzəştli iş stajı var. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi (10.2) bəndində quyuların yeraltı təmiri üzrə operatorlar və texnoloji nasosların maşinistləri vəzifələri nəzərdə tutulmuşdur. İddiaçı N.X5 təqdim etdiyi SOCAR-ın 28 fevral 2023-cü il tarixli 14-2-1/2-Y-15- 1/2023-104 nömrəli arayışında xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" BMC-nin Neftin kompleks hazırlanması sexində əmtəə operatoru və xx.xx.2005xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində nasos qurğularının maşinisti vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi əmtəə operatoru vəzifəsi yuxarıda qeyd olunan quyuların yeraltı təmiri üzrə operatorlar vəzifəsinə aid deyil. Həmçinin, sözügedən arayışda iddiaçının maşinist olduğu nasos qurğularının texnoloji nasoslara aid olubolmaması barədə hər hansı məlumat qeyd olunmamışdır. Göstərilən səbəblərdən də 1 yanvar 2006-cı il tarixədək İddiaçı güzəştli iş stajı 12 il 6 aydan az (2 il 8 ay 27 gün) xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr təşkil edir. Məhkəmə qərarında qeyd olunur ki, “İddiaçının xx.xx.1995-xx.xx.2005-ci illərdə işlədiyi “əmtəə operatoru” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.1.2007-ci il tarixli 12 №-li Qərarına xx.xx.2024-cü il tarixdə edilmiş dəyişikliklə əlavə olunmuş “əmtəə operatoru” vəzifəsi ilə eynilik təşkil edir.” Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. “Normativ haquqi aktlar haqqında” Konstitusiya Qanununun 87.2-ci maddəsinə müvafiq olaraq fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdrən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilib göstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir. Yuxarıda göstərilən əsaslandırma ilə əlaqədar bildirilir ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixindən (57 yaşdan) təyin olunması tələbinə dair Mərkəzi Filiala qarşı inzibati iş üzrə məhkəmə çəkişməsinin gedişində məhkəmə sorğusuna əsasən təqdim edilən “Azneft” İstehsalat Birliyinin 9 yanvar 2025-ci il tarixli 14-2-1/2-42/2025 nömrəli arayışında xx.xx.1995-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində “Şirvanneft” NQÇ-nin və "xxxx" X4 Müəssisəsinin “Neftin kompleks hazırlanması” sexində əmtəə operatoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Sözügedən vəzifə Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 81 nömrəli Qərarı ilə əlavə edilmişdir. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na Nazirlər Kabinetinin xx.xx.2024-cü il tarixli 81 nömrəli Qərarının 1.2.1.1.4-cü bəndində 1.2.1.1.4. “kompressor qurğularının maşinistləri” sətrindən sonra “əmtəə operatorları”, “nasos qurğularının maşinistləri” yeni sətirlər əlavə edilmişdir. Habelə, həmin qərarın keçid müddəası kimi 3.3-cü maddənin tələblərinə əsasən bu Qərarın 1.2.1-ci (1.2.1.1.1-1.2.1.1.3-cü abzaslar istisna olmaqla) və 1.2.4-cü yarımbəndlərində nəzərdə tutulmuş yeni peşə və vəzifələr bu Qərarın qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınmır. Bu səbəbdən də əlavə olunan yeni vəzifələr Qərarın qüvvəyə mindiyi tarixdən əvvəlki dövr üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə nəzərə alınmadığından İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 57 yaşının tamam olduğu xx.xx.2019-cu il tarixindən yenidən hesablanması mümkün deyildir. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etirazın əsasları iddianın əsasları ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçının vəkili ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)-1927/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 47. Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; “Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu: İ.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 814; 1994-cü il, № 15, maddə 177; 1995-ci il, № 22, maddə 354) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. Bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən çox ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmyaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə tərkibi qeyd edir ki, qanunvericiliyin tələbi baxımından iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun yaşının tamam olması ilə birgə xx.xx.2006-cı ilədək azı 25 il ümumi və bu müddətdən azı 12 il 6 ay güzəştli iş stajının olması tələb olunur. Bu tələblərdən hər hansı birinin ödənilməməsi iddianın rədd edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, cavabdeh iddiaçının ümumi stajını mübahisələndirmir. Birincisi, şəxsin tələb etdiyi hüququ malik olması üçün maddi hüququ normasının dispozisiya şərtlərinin ödənilib-ödənilməməsinin yoxlanılması məhkəmənin xidməti vəzifəsindən irəli gələn bir məsələdir, bu tərəflərin bildiribbildirməməsindən asılı olan məsələ deyil. İkincisi, iş materialları onu deməyə əsas verir ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixə olan həm ümumi, həm də güzəştli iş stajını mübahisələndirir. Bunu cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan da görmək olur. Belə ki, həmin qərardan görünür ki, cavabdeh iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi stajı kimi - 24 il 2 ay, 2 günü qəbul edir. İşin araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə təhsil və hərbi xidmət müddəti nəzərə alımaqla 25 il iş stajı yoxdur, qeyd edilən tarixə ümumi stajı 24 il 4 ay 5 gündür (bax. stajın hesablanması barədə çıxarış). Birinci istansiya məhkəməsi tərəfindən ümumi stajın düzgün hesablanmamasına səbəb iddiaçının Sabirabad MPMK-ya 4-cü dərəcəli dülgər vəzifəsinə təyin edilməsi tarixinin səhvən “xx.xx.1982” kimi göstərilməsi olmuşdur. Halbuki, əmək kitabçasına əsasən həmin tarix “xx.xx.1985”dir və bu səbəbdən ümumi iş staj 27 il 4 ay 6 gün kimi qəbul edilmişdir. Məhkəmə mübahisə üzrə prosessual qənaət prinsipi baxımından iddiaçının güzəştli iş stajına malik olub-olmaması məsələsinə qiymət verilməsinə lüzum görmür. Belə ki, bu məsələnin mübahisə üzrə qəbul ediləcək qərara təsiri yoxdur. İddiaçının xx.xx.2006-cı il tarixədək azı 25 il iş stajının olmaması qərarın ləğv və iddia tələbinin təmin edilməməsi üçün əsasdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli 2-1(120)-1927/2025 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2019-cu il tarixdən (57 yaşdan) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və əmək pensiyası hüququnun yarandığı həmin vaxtdan ödənilməyən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının məbləğinin hesablanıb ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması” barədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.