Məhkəmə qərarları › İş №2-1(106)-624/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-624/2025

01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-624/2025 01.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkünsüzlüyü) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdehnə qarşı əmək müqaviləsi bildirişinin qeydə alınması tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli 2-1(120)-1570/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh xx/xx/2025-ci il tarixli 3-29-38/2-33/2025 saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı Füzuli rayonu General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbinə xx.xx.2019-cu il tarixdən müddətsiz əsaslarla texnologiya müəllimi vəzifəsinə təyin edilmişdir. Müəssisənin direktoru X4 tərəfindən İddiaçı ilə yazılı formada əmək müqaviləsi bağlanmış, şəxsi işi hazırlanmışdır. İddiaçı işə təyin olunma haqqında əmri məktəbin daxili əmr kitabında yazılmışdır, lakin əmək müqaviləsi bildirişi X1 Sisteminin (MEİS) “əmək və məşğulluq” altsisteminə daxil edilməmişdir. X4 01 dekabr 2020-ci il tarixdən direktor vəzifəsi səlahiyyətlərinin icrası Füzuli rayonu General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbində təlimtərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışan X12 həvalə edilmişdir. X5 tərəfindən İddiaçı ilə əmək müqaviləsi bildirişi X1 Sisteminin (MEİS) “əmək məşğulluq” altsisteminə daxil edilməmişdir. Hazırda sözügedən müəssisədə direktor vəzifəsinə xx.xx.2022-ci il tarixdən X8 təyin edilmişdir. X8 tərəfindən xx.xx.2022-ci il tarixdən İddiaçı ilə əmək müqaviləsi bildirişi X1 Sisteminin (MEİS) “əmək və məşğulluq altsisteminə” daxil edilmişdir. İddiaçı hamiləliyə və doğuşa görə məzuniyyət ödənişi xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta Fərdi Uçot üzrə Mərkəzi Filialına göndərilmiş və xx.xx.2024-cü il tarixdə DSMF-nin Sosial Sığorta Fərdi Uçot üzrə Mərkəzi filialı tərəfindən təsdiq edilərək "xxxx" ASC-nin Füzuli rayon filialından şəxsin ******************** nömrəli kart hesabına ödənilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdeh xx.xx.2025-ci il tarixli 3-29-38/2-394/2025 saylı məktubunda qeyd olunmuşdur ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən fəaliyyət göstərdiyindən İddiaçı Füzuli rayonu General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək “müəllim” vəzifəsində işləməyi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsilə X1 Sisteminin əmək məşğulluq altsisteminə daxil edilməsi barədə müraciəti təmin etmək imkan xaricindədir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Cavabdehnə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Füzuli rayonu, General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək “müəllim” vəzifəsində işləməyi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsi ilə X1 Sisteminin (MEİS) “əmək və məşğulluq” altsisteminə (ƏMAS) daxil edilməsi və 15 fevral 20 iyun 2023-cü il dövrü (126 gün) əhatə edən müddət üzrə hamiləliyə və doğuma görə ona müavinat verilməsi vəzifəsinin öz səlahiyyətləri daxilində müvafiq olaraq, 1-ci Cavabdehnə və 2-ci cavabdeh ƏƏSM-nə həvalə olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh qismində yalnız Cavabdeh göstərilməklə iddiaçı X3 Füzuli rayonu General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbində xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək “müəllim” vəzifəsində işləməyi ilə bağlı əmək müqaviləsi bildirişinin gücləndirilmiş elektron imza vasitəsi ilə X1 Sisteminin (MEİS) əmək və məşğulluq altsisteminə (ƏMAS) daxil edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak edərək, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 24 may 2019cu il tarixli F-321 nömrəli əmrinə əsasən Füzuli rayonu, Zobcuq qəsəbəsində yerləşən 33 nömrəli tam orta məktəbindən Füzuli rayonu General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbinə yerdəyişmə etmişdir. Yerdəyişmə etməyi ilə bağlı onunla yazılı əmək müqaviləsi bağlanmış və bu barədə müvafiq daxili əmr imzalanmışdır. O, xx.xx.2023-cü il tarixdə analıq məzuniyyətinə çıxmışdır. Bu səbəbdən də ona 15 fevral-20 iyun 2023-cü il dövrünü (126 gün) əhatə edən hamiləliyə və doğuma görə müavinətin ödənilməsi ilə bağlı ƏƏSMN müraciət etmişdir. Lakin Cavabdeh tərəfindən təqdim edilən haqq-hesab cədvəlində və digər sənədlərdə uyğunsuzluq aşkar edildiyinə görə ona müavinət ödənilməsindən imtina edilmişdir. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, müraciətləri nəticəsiz qalmışdır. İşə qəbul olunmağı ilə bağlı xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddətdə əmək müqaviləsi bildirişləri Cavabdeh tərəfindən qeydiyyata alınmamışdır. ƏƏSMN tabeliyində X11 Xidmətinin Qarabağ regional şöbəsi tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, “əmək və məşğulluq” altsisteminə baxış keçirilən zaman onunla Mil-Muğan Regional Təhsil İdarəsinin rəhbərliyi arasında aktiv əmək müqaviləsinin mövcud olduğu müəyyən edilmişdir. Əsas iş yeri üzrə müddətsiz əmək müqaviləsi ilə fəaliyyət göstərməyi səbəbindən geri tarixə bağlanmış əmək müqaviləsində müvafiq düzəlişin aparılması texniki cəhətdən mümkün olmamışdır. Onun təkrar müraciətinə Cavabdeh Füzuli və Xocavənd rayonları üzrə təhsil idarəsi tərəfindən verilmiş cavab məktubunda qeyd olunmuşdur ki, yerdəyişmə ilə bağlı onunla yazılı əmək müqaviləsi bağlanmış, məktəbin müvafiq daxili əmri ilə rəsmiləşdirilmiş, lakin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək “Elektron Hökümət” portalı üzərindən qeydiyyata alınmamışdır. Bu barədə ƏƏSMN tabeliyində X11 Xidmətinə məlumat verilmişdir. Lakin müraciətləri nəticəsiz qalmışdır. Şirvan İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli 2-1(120)-1570/2025 nömrəli qərardadı (hakim Rəşidə Quliyeva) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddia tələbinin dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə teleqramla müraciət edərək, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərardadının qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

17. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçısını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə mülki icraat qaydasında baxılmalı mübahisədir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İnzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti, həmin mübahisələrə məhkəmələrdə baxılması və həll edilməsinin prosessual prinsip və qaydaları Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) normaları ilə tənzimlənir. İPM-in 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1 -ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması ilə əlaqədar olduğu nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Qanunun mənasından göründüyü kimi, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərdən biri də fiziki və ya hüquqi şəxslə inzibati orqan arasında inzibati mübahisənin yaranmasıdır. Hazırki iş üzrə iddiaçının tələbi əmək müqavilələrinin reyestrində onun əmək müqaviləsi bildirişinin daxil edilməsi ilə bağlıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-1-ci bəndinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının X1 sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarının 9-cu bəndində məhkəmələrin diqqətinə çatdırılmışdır ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qərarın 12-ci bəndində göstərilmişdir ki, inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Qərarın 17-ci bəndində qeyd edilir ki, mülki məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kollegiya qeyd edir ki, mübahisə mülki hüquq münasibəti ilə bağlı mübahisədir. Həmçinin, iddianın mümkünlüyü baxımından tələbin iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürülməsi də nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 iyun tarixli 300 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə tərəfindən yaradılan ümumi təhsil müəssisəsinin” nümunəvi nizamnaməsinə əsasən direktor ümumi təhsil müəssisəsinin işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsinə (bu Nümunəvi Nizamnamənin 5.16cı və 7.7-ci bəndləri nəzərə alınmaqla), ümumi təhsil müəssisəsinin işçiləri barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsinə dair qərarlar qəbul edir. Təhsilverənlərin və digər işçilərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında”, “Ümumi təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” Azərbaycan Respublikasının qanunları, ümumi təhsil müəssisəsinin nizamnaməsi və daxili intizam qaydaları ilə, eləcə də ümumi təhsil müəssisəsi ilə əmək münasibətləri olan şəxslərə münasibətdə eyni zamanda Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri nəzərə alınmaqla bağlanılan əmək müqavilələri ilə tənzimlənir (bənd 5.15, 5.15.9. 5.18). Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 19 may 2025-ci il tarixli 2-1(120)-1570/2025 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar