Məhkəmə qərarları › İş №2-1(106)-625/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-625/2025

23.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-625/2025 23.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı hüquqi varisləri X9, X2, X3 və X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının hüquqi varisi, həmçinin digər hüquqi varislərin nümayəndəsi X2, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı İddiaçı hüquqi varisləri X9, X2, X3 və X4 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “##.##.2022-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı İddiaçı (bundan sonra - iddiaçı) ##.##.1962-ci il təvəllüdlüdür. Seriya НЗ ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı ##.##.1981-##.##.1981-ci illərdə hərbi xidmətdə olmuşdur (5 ay, 28 gün). Seriya ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: - ##.##.1980-ci il tarixdə “SSRİ-nin 50 illiyi adına” Pambıq sovxozuna * nömrəli sahəyə dördüncü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş (əmr № **, ##.##.1980), ##.##.1981-ci il tarixdə həqiqi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş (əmr № **, ##.##.1981) (8 ay, 16 gün), - ##.##.1982-ci il tarixdə Əli-X19 Kombinatına 3-cü dərəcəli elektrik qaynaqçısı işinə qəbul olunmuş (əmr № **, ##.##.1982), ##.##.1998-ci il tarixdə Əli-X5 Məmulatlar və konstruksiyalar zavodu özəlləşdirildiyindən və onun nəzdində yaranmış “xxxx” firmasına 5-ci dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmiş (əmr № **k, ##.##.1998), ##.##.2004-cü il tarixdən işdən azad edilmiş (əmr № *, ##.##.2004) (22 il, 7 gün), - ##.##.2006-cı il tarixdə Salyan Qaz İstismar İdarəsi * saylı sahəyə 5-ci dərəcəli nəzarətçi çilingər vəzifəsinə qəbul edilmiş (əmr № **, ##.##.2006), ##.##.2014-cü il tarixdə işdən azad edilmiş (əmr № **k, ##.##.2014) (8 il, 4 ay, 3 gün), - ##.##.2014-cü il tarixdə Salyan rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və əmək kitabçasındakı ##.##.2023-cü il tarixdəki qeydə əsasən hal-hazıradək işləyir (8 il, 8 ay, 20 gün), cəmi (39 il, 7 ay, 27 gün). “xxxx” Firması tərəfindən verilmiş ##.##.2008-ci il tarixli ** nömrəli arayışda qeyd edilmişdir ki, “...İddiaçı ## ##### 1982-ci il tarixində ** nömrəli əmrlə Əli-X24 Kombinatının armatur sexinə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş və ## ##### 2004-cü il tarixli * nömrəli əmrlə işdən azad edilmişdir. İş günü ərzində tam məşğul olmaqla, qaynaq işlərini əllə həyata keçirməklə, işlədiyi vəzifədə əmək vəzifələrinə inşaat, yenidənqurma və təmir işlərində əl ilə elektrik qaz qaynağı işlərini yerinə yetirmək olmuşdur. İş şəraiti normadan artıq səs-küy, ultrabənövşəyi şüaların təsiri, açıq hava şəraitində atmosfer yağıntıları, soyuq və isti havanın, həmçinin yanan flüs buxarlarının tənəffüs orqanları vasitəsilə orqanizmə zərərli təsiri və şüalanma səviyyəsinin yüksək olması səbəbilə görmə orqanlarına mənfi təsir ilə xarakterizə olunur. İddiaçı ## ##### 1982-##.##.2004-ci il tarixlərində işlədiyi elektrik qaz qaynaqçısı peşəsinin əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının “35. Ümumi peşələr” bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinin əmək funksiyaları ilə eynilik təşkil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı elektrik qaz qaynaqçısı vəzifəsində güzəştli iş stajı 22 il 7 gün təşkil edir. Qeyd: ##.##.1998-ci il tarixli **K saylı əmrə əsasən Əli-X5 Məmulatlar və Konstruksiyalar zavodu özəlləşdirildmiş və həmin tarixdən zavodun bazasında yaradılmış “xxxx” Firmasında əmək fəaliyətini davam etdirmişdir.” “xxxx” MMC tərəfindən verilmiş ##.##.2008-ci il tarixli ** nömrəli arayışda qeyd edilmişdir ki, “...İddiaçı ## ##### 1982-ci il tarixində ** nömrəli əmrlə Əli-X24 Kombinatının armatur sexinə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş və ## ##### 2004-cü il tarixli * nömrəli əmrlə işdən azad edilmişdir. İş günü ərzində tam məşğul olmaqla qaynaq işlərini əllə həyata keçirməklə, işlədiyi vəzifədə əmək vəzifələrinə inşaat, yenidənqurma və təmir işlərində əl ilə elektrik qaz qaynağı işlərini yerinə yetirmək olmuşdur. İş şəraiti normadan artıq səs-küy, ultrabənövşəyi şüaların təsiri, açıq hava şəraitində atmosfer yağıntıları, soyuq və isti havanın, həmçinin yanan flüs buxarlarının tənəffüs orqanları vasitəsilə orqanizmə zərərli təsiri və şüalanma səviyyəsinin yüksək olması səbəbilə görmə orqanlarına mənfi təsir ilə səciyyələnir. İddiaçı ## ##### 1982- ##.##.2004-ci il tarixlərində işlədiyi elektrik qaz qaynaqçısı peşəsinin əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “35. Ümumi peşələr” bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinin əmək funksiyaları ilə eynilik təşkil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı elektrik qaz qaynaqçısı vəzifəsində güzəştli iş stajı 22 il 7 gün təşkil edir. Qeyd: ##.##.1998-ci il tarixli **K saylı əmrə əsasən Əli-X5 Məmulatlar və Konstruksiyalar zavodu özəlləşdirildiyi üçün işçi həmin tarixdən zavodun bazasında yaradılmış “xxxx” Firmasında (eyni iş yerində) ##.##.2004-cü il tarixinə kimi çalışmışdır. “xxxx” Firması eyni səbəblərlə Əli-X5 Məmulatlar və Konstruksiyalar zavodunun hüquqi varisi sayılır.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-M-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz ИT-İ ******* nömrəli əmək kitabçanızın 4-5-ci səhifələrindəki 7-ci qeyddə işdən azad olunma əmrində və tarixlərində illərin sonradan qeyd olunduğu, eyni zamanda işdən azad olmağınıza dair sözügedən qeydin həmin dövrdə qüvvədə olmayan “Əmək Qanunları Məcəlləsi”nin 69-cu maddəsinə əsasən yazıldığı müəyyən edilib. Bu səbəbdən də həmin qeyddə göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğumuza cavab olaraq 1982-1998-ci il illərin əmr kitablarının, 1989-1998-ci illərin əmək haqqı hesablama cədvəllərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Göstərilən səbəblərdən də, ##.##.1998-##.##.2004-cü il tarixləri arasındakı dövrü iş stajınıza daxil etmək mümkün deyil. Buna görə də, Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 8 ay 15 gün (##.##.1982- ##.##.1988-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” * saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2003-cü il tarixli 0603-Ə1-492 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda X16 ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin olunarkən onun “xxxx” MMC-də işlədiyi dövrlərin ümumi iş stajına daxil edilməsi; ##.##.2025-ci il tarixli məktubda isə X6 Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli *-*(**)-***/**** nömrəli qərarına əsasən onun ##.##.1988-ci il tarixdən ##.##.2004-cü il tarixədək Əli-Bayramlı şəhərində X10 zavodunda və onun nəzdində “xxxx” Firmasında işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınaraq əlilliyə görə əmək pensiyası təyin edildiyi bildirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...İddiaçı ümumi iş stajı 25 il 9 ay 27 gün (##.##.2006-cı il tarixinədək 7 il 10 ay 27 gün (##.##.1980-##.##.1981-ci il, ##.##.1981-##.##.1981-ci il (hərbi xidmət), ##.##.1982- ##.##.1988-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 11 ay) təşkil edir.” Seriya AZ-II ****** nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, İddiaçı ##.##.2025-ci il tarixdə ölmüşdür. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “60 yaşdan, yəni ##.##.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşı tamam olmuşdur. Eyni zamanda, 25 ildən çox ümumi, o cümlədən həmin müddətin 12 il 6 aydan çox güzəştli sığorta stajı vardır. Bu səbəbdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ vardır. Cavabdehin etirazları: İddiaya dair etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı (hakim Şahəli Musayev) ilə iddianın təmin edilməsi, iddiaçı İddiaçı ##.##.2022-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “##.##.2022-ci il tarixdən, yəni 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə X9, X2, X3 və X4 İddiaçı hüquq varisləri kimi tanınmışdırlar. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə dair etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının hüquqi varisi, həmçinin digər hüquqi varislərin nümayəndəsi iddiaya uyğun izahat verərək, apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #-dək, qadınların yaş həddi 2017-ci il ####un #dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır. Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri ... 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il ######ın #-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il # #### tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 1992-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə” (Nazirlər Kabinetinin ## ######## 2006-cı il tarixli *** saylı qərarı ilə qüvvədən düşmüşdür)

3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:

35. Ümumi peşələr əl ilə qaynaq aparan elektrik qaynaqçıları

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə 25 ildən çox ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli sığorta stajı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin halları ilə müəyyən edilir ki, iddiaçı ##.##.1962-ci il təvəllüdlüdür. O, ##.##.1981- ##.##.1981-ci illərdə hərbi xidmətdə olmuş, ##.##.1980-ci il tarixdə “SSRİ-nin 50 illiyi adına” Pambıq sovxozuna * nömrəli sahəyə dördüncü dərəcəli elektrik qaynaqçısı vəzifəsinə qəbul olunmuş (əmr № **, ##.##.1980), ##.##.1981-ci il tarixdə həqiqi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş (əmr № **, ##.##.1981), ##.##.1982-ci il tarixdə Əli-X19 Kombinatına 3-cü dərəcəli elektrik qaynaqçısı işinə qəbul olunmuş (əmr № **, ##.##.1982), ##.##.1998-ci il tarixdə Əli-X5 Məmulatlar və konstruksiyalar zavodu özəlləşdirildiyindən və onun nəzdində yaranmış “xxxx” firmasına 5-ci dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmiş (əmr № **k, ##.##.1998), ##.##.2004-cü il tarixdən işdən azad edilmiş (əmr № *, ##.##.2004), ##.##.2006-cı il tarixdə Salyan Qaz İstismar İdarəsi * saylı sahəyə 5-ci dərəcəli nəzarətçi çilingər vəzifəsinə qəbul edilmiş (əmr № **, ##.##.2006), ##.##.2014-cü il tarixdə işdən azad edilmiş (əmr № **k, ##.##.2014), ##.##.2014-cü il tarixdə Salyan rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinə 5-ci dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmiş və əmək kitabçasındakı ##.##.2023-cü il tarixdəki qeydə əsasən hal-hazıradək işləyir, cəmi 40 il, 3 ay, 14 gün. “xxxx” Firması tərəfindən verilmiş ##.##.2008-ci il tarixli ** nömrəli arayışda qeyd edilmişdir ki, “...İddiaçı ## ##### 1982-ci il tarixində ** nömrəli əmrlə Əli-X24 Kombinatının armatur sexinə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş və ## ##### 2004-cü il tarixli * nömrəli əmrlə işdən azad edilmişdir. İş günü ərzində tam məşğul olmaqla, qaynaq işlərini əllə həyata keçirməklə, işlədiyi vəzifədə əmək vəzifələrinə inşaat, yenidənqurma və təmir işlərində əl ilə elektrik qaz qaynağı işlərini yerinə yetirmək olmuşdur. İş şəraiti normadan artıq səs-küy, ultrabənövşəyi şüaların təsiri, açıq hava şəraitində atmosfer yağıntıları, soyuq və isti havanın, həmçinin yanan flüs buxarlarının tənəffüs orqanları vasitəsilə orqanizmə zərərli təsiri və şüalanma səviyyəsinin yüksək olması səbəbilə görmə orqanlarına mənfi təsir ilə xarakterizə olunur. İddiaçı ## ##### 1982-##.##.2004-ci il tarixlərində işlədiyi elektrik qaz qaynaqçısı peşəsinin əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının “35. Ümumi peşələr” bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinin əmək funksiyaları ilə eynilik təşkil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı elektrik qaz qaynaqçısı vəzifəsində güzəştli iş stajı 22 il 7 gün təşkil edir. Qeyd: ##.##.1998-ci il tarixli **K saylı əmrə əsasən Əli-X5 Məmulatlar və Konstruksiyalar zavodu özəlləşdirildmiş və həmin tarixdən zavodun bazasında yaradılmış “xxxx” Firmasında əmək fəaliyətini davam etdirmişdir.” “xxxx” MMC tərəfindən verilmiş ##.##.2008-ci il tarixli ** nömrəli arayışda qeyd edilmişdir ki, “...İddiaçı ## ##### 1982-ci il tarixində ** nömrəli əmrlə Əli-X24 Kombinatının armatur sexinə elektrik qaynaqçısı vəzifəsinə işə qəbul edilmiş və ## ##### 2004-cü il tarixli * nömrəli əmrlə işdən azad edilmişdir. İş günü ərzində tam məşğul olmaqla qaynaq işlərini əllə həyata keçirməklə, işlədiyi vəzifədə əmək vəzifələrinə inşaat, yenidənqurma və təmir işlərində əl ilə elektrik qaz qaynağı işlərini yerinə yetirmək olmuşdur. İş şəraiti normadan artıq səs-küy, ultrabənövşəyi şüaların təsiri, açıq hava şəraitində atmosfer yağıntıları, soyuq və isti havanın, həmçinin yanan flüs buxarlarının tənəffüs orqanları vasitəsilə orqanizmə zərərli təsiri və şüalanma səviyyəsinin yüksək olması səbəbilə görmə orqanlarına mənfi təsir ilə səciyyələnir. İddiaçı ## ##### 1982- ##.##.2004-ci il tarixlərində işlədiyi elektrik qaz qaynaqçısı peşəsinin əmək funksiyaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “35. Ümumi peşələr” bölməsində əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinin əmək funksiyaları ilə eynilik təşkil etməklə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. İddiaçı elektrik qaz qaynaqçısı vəzifəsində güzəştli iş stajı 22 il 7 gün təşkil edir. Qeyd: ##.##.1998-ci il tarixli **K saylı əmrə əsasən Əli-X5 Məmulatlar və Konstruksiyalar zavodu özəlləşdirildiyi üçün işçi həmin tarixdən zavodun bazasında yaradılmış “xxxx” Firmasında (eyni iş yerində) ##.##.2004-cü il tarixinə kimi çalışmışdır. “xxxx” Firması eyni səbəblərlə Əli-X5 Məmulatlar və Konstruksiyalar zavodunun hüquqi varisi sayılır.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2024-cü il tarixli *-**-*/*-M-*****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz ИT-İ ******* nömrəli əmək kitabçanızın 4-5-ci səhifələrindəki 7-ci qeyddə işdən azad olunma əmrində və tarixlərində illərin sonradan qeyd olunduğu, eyni zamanda işdən azad olmağınıza dair sözügedən qeydin həmin dövrdə qüvvədə olmayan “Əmək Qanunları Məcəlləsi”nin 69-cu maddəsinə əsasən yazıldığı müəyyən edilib. Bu səbəbdən də həmin qeyddə göstərilən məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Bununla əlaqədar iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilmişdir. Müvafiq sorğumuza cavab olaraq 1982-1998-ci il illərin əmr kitablarının, 1989-1998-ci illərin əmək haqqı hesablama cədvəllərinin Dövlət Arxivinə təhvil verilmədiyi bildirilmişdir. Göstərilən səbəblərdən də, ##.##.1998-##.##.2004-cü il tarixləri arasındakı dövrü iş stajınıza daxil etmək mümkün deyil. Buna görə də, Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (6 il 8 ay 15 gün (##.##.1982- ##.##.1988-ci il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” * saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ##.##.2003-cü il tarixli 0603-Ə1-492 qeydiyyat nömrəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda X16 ##.##.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin olunarkən onun “xxxx” MMC-də işlədiyi dövrlərin ümumi iş stajına daxil edilməsi; ##.##.2025-ci il tarixli məktubda isə X6 Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ##.##.2014-cü il tarixli *-*(**)-***/**** nömrəli qərarına əsasən onun ##.##.1988-ci il tarixdən ##.##.2004-cü il tarixədək Əli-Bayramlı şəhərində X10 zavodunda və onun nəzdində “xxxx” Firmasında işlədiyi dövrlər sığorta stajı kimi nəzərə alınaraq əlilliyə görə əmək pensiyası təyin edildiyi bildirilmişdir. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...İddiaçı ümumi iş stajı 25 il 9 ay 27 gün (##.##.2006-cı il tarixinədək 7 il 10 ay 27 gün (##.##.1980-##.##.1981-ci il, ##.##.1981-##.##.1981-ci il (hərbi xidmət), ##.##.1982- ##.##.1988-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 11 ay) təşkil edir.” İddiaçı ##.##.2025-ci il tarixdə ölmüşdür. Kollegiya ilk növbədə iddiaçının məhkəmə icraatı dövründə ölməsi və onun vərəsələrinin iddiaçıya çatası pensiyanın tələb etmələrinə hüquqlarının olub-olmaması ilə bağlı bildiririr ki, ödənilməli olan pensiya şəxsin əmlakıdır və vərəslərin həmin əmlaka gözlənilən mülkiyyət hüququ var. “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsinə əsasən əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi əmək pensiyaçısı vəfat etdikdə sonrakı ayın 1dən dayandırılsada, vərəsənin pensiya hüququ yaranan vaxtdan şəxsin vəfat etdiyi ayda daxil olmaqla ödənilməli olan pensiyanın ödənilməsini tələb etmək hüququ var. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya bildirir ki, cavabdeh - əmək kitabçasının 4-5-ci səhifələrindəki 7-ci qeyddə işdən azad olunma əmrində və tarixlərində illərin sonradan qeyd olunduğunu bildirsədə, yalnız həmin hala əsaslanaraq həmin qeydlərin mötəbər olmaması qənaətinə gəlinə bilinməz. Belə ki, şəxs hər hansı bir müəssisədə işləyirsə, onun işləməsi barədə qeydlər sonradan mövcud sənədlər əsasında əmək kitabçasında aparılırsa, bu o demək deyil ki, şəxs işləməmişdir. Əmək kitabçasında şəxsin işə daxil olması, işdən azad olunması tarixləri, əmrlər barədə məlumatlar var, hüquqi şəxsin imzası, möhürü mövcuddur. Digər dəlil olan - əmək kitabçasında işdən azad olunma barədə qeydin həmin dövrdə qüvvədə olmayan “Əmək Qanunları Məcəlləsi”nin 69-cu maddəsinə əsasən yazılması məsələsinə münasibətdə isə bildiririlir ki, işçinin işdən azad olunduğu ##.##.2004-cü il tarixdə Əmək Məcəlləsinin vəzifəli şəxs tərəfindən “Əmək Qanunları Məcəlləsi” şəklində qeyd edilməsi onun məsuliyyət sferasına aid olan məsələ deyil. Ən əsası bu halın əmək kitabçasının mötəbər olmaması digər sübutlar ilə təsdiqini tapmadığı halda iddiaçının ziyanına nəzərə alınması əsaslı hesab edilə bilməz. İşçi əmək kitabçasını dolduran şəxs deyil, ona belə bir vəzifə həvalə edilməmişdir. Digər dəlil olan - sənədlərin (əmrlər kitabının, əmək haqqı cədvəllərinin) arxivə təhvil verilməməsi və bundan törəyən nəticə iddiaçının ziyanına şərh oluna bilməz və həmin hallar onun sosial təminat hüququnun pozulmasının əsasını təşkil edə bilməz. Bundan başqa, qeyd edilir ki, cavabdeh iddiaçının 1989-2004-cü illər üzrə işlədiyi vəzifənin güzəştli iş stajı hesab edilən vəzifə olub-olmaması səbəbindən deyil, yuxarıda qeyd edilən səbəblərdən nəzərə almır, lakin onun ##.##.1982-##.##.1988-ci illərdə işlədiyi vəzifəni isə güzəştli iş stajı kimi nəzərə alır. Halbuki, iddiaçı ##.##.1988-ci ildən sonrada işdən azad edilməmiş, eyni vəzifədə ##.##.2004-cü ilədək işləmişdir. İddiaçının ##.##.1982-##.##.2004-cü illər üzrə işlədiyi elektrik qaynaqçısı vəzifəsi (peşəsi) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın “Ümumi peşələr” adlanan 35ci bölməsində “əl ilə qaynaq aparan elektrik qaynaqçıları” adı altında göstərilmişdir. İddiaçının əmək fəaliyyəti ilə bağlı məlumatlar əmək kitabçasında qeyd edilmiş, onların mötəbərliyini şübhə altına alan hər hansı bir hal müəyyən edilmir, qeyd edilən hal cavabdeh tərəfindən də sübuta yetirilməmiş, o cümlədən onun tərəfindən bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Cavabdeh lazımi sübutlara əsaslanmaqla əmək kitabçasındakı əmək fəaliyyəti barədə qeydlərin mötəbərliyini mübahisələndirə bilər. Bu halda, əmək kitabçasında göstərilən məlumatların həqiqiliyi ilə bağlı mübahisə yaranır. Belə mübahisə cavabdeh tərəfindən açıldığı üçün əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyinə dair sübutları təqdim etmək vəzifəsi də cavabdehin üzərinə düşür. Çünki qanunvericiliyin normaları əmək kitabçasındakı məlumatların həqiqiliyinə dair prezumpsiyanı təsbit edir. Prezumpsiyadan istisnaya istinad edən tərəf isə öz bildirdiklərini sübut etmək yükü daşıyır. Qeyd edilən hal formalaşmış məhkəmə təcrübəsinə əsasən “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbi baxımından güzəştli arayışa münasibətdə də nəzərə alınmalıdır. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Məsələyə qiymət verilərkən həmçinin, bərabərlik prinsipi baxımından inzibati orqan tərəfindən iddiaçı ilə eyni yerdə işləmiş X7 “xxxx” MMC-də və X6 “xxxx” Firmasında işlədiyi dövrlərin sığorta stajı kimi nəzərə alınması da nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tələb olunan azı 25 il sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını topladığından, o hüququnun yarandığı 60 yaşdan, yəni ##.##.2022-ci il tarixdən ona pensiya təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar