AzərbaycanRespublikasıadından Qərar Şirvanşəhəri İş№2-1(106)-627/2025 30.04.2026 ŞIRVANAPELLYASIYAMƏHKƏMƏSI İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin ödənilməsi; baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışın verilməsi) ŞirvanApellyasiyaMəhkəməsininİnzibatikollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif SüleymanoğluvəƏliyevQasımVəlioğlundanibarəttərkibdə, RzayevRüfətİlhamoğlununkatibliyi, iddiaçıiddiaçı2nümayəndəsinümayəndə2, cavabdehinnümayəndəsinümayəndə3iştiraklarıilə, İddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə qarşı “maddi və mənəvi zərərin ödənilməsi və baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə tələblərinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından iddiaçılar və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahiməhkəməbaxışıqaydasındabaxaraqaşağıdakıqərarıqəbuletdi. İşin halları: Seriya SX ******* nömrəli hərbi biletdən və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ##.##.1999-cu il təvəllüdlü iddiaçı2 hərbi xidmətə yararlı sayılaraq ##.##.2017-cl II tarixdə hərbi hissəyə göndərilmişdir. İddiaçı 1 il 6 ay müddətli həqiqi hərbi xidmətini ##.##.2017-ci İl tarixdən ##.##.2019-cu il tarixədək Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsində keçmiş, ##.##.2019-cu İl tarixdə Dövlət Sərhəd Xİdməti rəisinin ##.##.2019-cu il tarixli *** nömrəli əmri əsasında N nömrəli hərbi hissə komandirinin ** nömrəli əmri ilə Silahlı Qüvvələrdən ehtiyata buraxılmışdır(tərxisedilmişdir). Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli 2-1(102)-606/2023-cü il nömrəli qərarında qeyd edilmişdir ki, “...8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin məhkəməyə daxil olmuş # ###### 2021-ci il tarixli məktubu ilə qurumun T***/**** saylı ## ###### 2021-ci il tarixli ekspert rəyi təqdim olunmuşdur. Rəyin nəticə hissəsində qeyd olunur ki, 1999-cu il təvəllüdlü iddiaçı2 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə tibbi-müayinəsinə və # ######## 2021-ci il tarixli məhkəməqərardadındagöstərilənsuallarauyğunkomissiyaaşağıdakınəticəyəgəlir:
9. Vətəndaş iddiaçı2 məhkəmə-tibbi müayinəsi zamanı bel nahiyəsində sağda aparılmış cərrahi əməliyyat yarasının sağalmış izi olan çapıq toxuma aşkar olundu. ATU-nun X2 ## ###### 2019-cu il tarixdə nefroloq tərəfindən müayinə olunarkən ona “xroniki qlomerilonefrit, xroniki böyrək xəstəliyi IV mərhələ” diaqnozu qoyulmuş və # ###### 2020 ci il tarixdə Respublika Diaqnostika Mərkəzinin Böyrək Xəstəlikləri və Transplantasiya şöbəsində böyrək transplantasiyası əməliyyatı icra edilmiş, ## ###### 2021-ci il tarixdə TSEK-də müayinə edilərkən isə “Z94.Otransplantasiya olunmuş böyrəyin olması” diaqnozu ilə ona müddətsiz ikincidərəcəliəlilliktəyinedilmişdir. 2-4. Vətəndaş iddiaçı2 2017-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyasında heç bir xəstəliyin aşkar edilmədiyini, düçar olduğu “xroniki qlomerilonefrit” xəstəliyinin törədicilərinin virus, bakteriya, göbələk və sair infeksiyaların olmasını, xəstəliyin patogenez və klinik gedişini, xroniki prosesin yaranmasının 12 aya qədər davam etməsini, böyrək patologiyasının onda 2019-cu ilin avqust ayında laboratorinstrumental müayinə üsulları (qanın, sidiyin analizi, böyrəklərin KT və ultrasonoqrafik müayinələri) ilə aşkar edilməsini nəzərə alaraq qeyd etmək lazımdır ki, o, həmin xəstəliyə hərbi xidmətdə olarkən düçar olmuşdur. Xəstəliyin törədicisi barədə hazırda konkret fikir söyləmək mümkün olmadı. Lakin onun 2019-cu ilin fevral ayında “hər iki əl barmaqlarının səthi mikozu (göbələyi)” xəstəliyindən sonrayaranmasınıdainkaretməkolmaz.” ##.##.2023-cü tarixli **** nömrəli “Xəstəlik şəhadətnaməsi”ndən görünür ki, iddiaçının xəstəliyi ilə bağlı “(N03) Xroniki qlomerulonefrit (N18.4), dördüncü mərhələ xroniki böyrək xəstəliyinə görə ##.##.2020-ci il tarixdə aparılmış (Z94.0) sağtərəfli transplantasiya olunmuş böyrək, funksiyaların mühüm dərəcədə pozulması ilə” diaqnozu qoyulmuş, xəstəliyin hərbi xidmətdövründəalındığıtəsdiqolunmuşdur. Tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli qərarından görünür ki, iddiaçı2 transplantasiya olunmuş böyrəyin olması diaqnozu, əlilliyin müəyyən olması meyarı: 2.2 ikinci dərəcə əlillik=>2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması:ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5) müddətsiz ikincidərəcəəlilliktəyinedilmişdir. Respublika Diaqnostika Mərkəzinin ##.##.2024-cü il tarixli *** nömrəli məktubunda qeyd edilmişdir ki, “...iddiaçı2 07-##.##.2020-ci il tarixləri aralığında “böyrək transplantasiyası + donor nefrektomiya (orta risk qrupu)” əməliyyatı Respublika Diaqnostika Mərkəzində icra olunmuşdur. Əməliyyatın qiyməti 10500 manat, əməliyyatla bağlı əməliyyat öncəsi və əməliyyat sonrası laborator və diaqnostik müayinələr daxil olmaqla əməliyyatın xərci 12753.08 manat təşkiletmişvəSəhiyyəNazirliyitərəfindənödənilmişdir.” Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə sərhəd diviziyası tərəfindən iddiaçı2 barəsində “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasınadair”########2024-cüiltarixli***nömrəliarayışverilmişdir. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun iddiaçıya ünvanladığı ## ###### 2024-cü il tarixli *-**-*-*/*- **-****/**** nömrəli məktubda qeyd edilmişdir ki, “...Müvafiq sığorta ödənişi almaq üçün təqdim etdiyiniz “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı qurum üzrə sığortaolunan hesab olunmasına dair arayış”ın (Qaydanın * nömrəli əlavəsi) 1.7-ci bəndində sığorta məbləği barədə məlumat qeyd olunmamışdır. Həmçinin, arayışın 1.8-ci bəndində hərbi xidmət dövrünü ## ####### 2017-ci il tarixdən ## ##### 2019-cu il tarixədək olduğu göstərilsə də, arayışın 2.2-ci bəndində hadisənin tarixi ## ###### 2020-ci ildə baş verdiyi qeyd olunur. Eyni zamanda arayışın 2.1-ci bəndində hadisənin baş vermə səbəbindən aydın olur ki, hadisə hərbi xidmət vəzifələrinin icrası zamanı, yaxud hərbi xidmət dövründə baş verməmişdir və 2.4-cü bəndə xəsarətin dərəcəsi göstərilməmişdir. Bütün bunları nəzərə alaraq sığorta ödənişinin verilməsindənimtinaedilmişdir. Qaydanın 4.13-cü bəndinə əsasən sığorta ödənişinin verilməsi üçün müraciət edən şəxs tələb olunan sənədləri və məlumatları təqdim etmədiyinə, yaxud təqdim edilmiş sənədlərin və məlumatların tam və ya düzgün olmadığı müəyyən edildiyinə görə sığorta ödənişinin verilməsindən imtina edildikdə buna səbəb olan hallar aradan qaldırıldıqdan sonra sığorta ödənişininverilməsiüçüntəkrarmüraciətedəbilər.” Dövlət Sərhəd Xidmətinin ##.##.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...Dövlət Sərhəd Xidməti rəisinin ##.##.2021-ci il tarixli **** nömrəli əmri ilə təsdiq olunmuş sənədli materialların saxlanma müddətləri üzrə təlimatın tələblərinə uyğun olaraq əsgər iddiaçı2 tibbi müayinələrdən keçməsi, keçirilibsə həmin müayinələrin nəticələri və keçirilən müayinələr zamanı onda xroniki böyrək xəstəliyinin aşkar olunub- olmaması barədə məlumatların saxlanma müddətləri başa çatdığından məhv edilmiş, “Naxçıvan” əlahiddə sərhəd diviziyasının arxivindəonunbarəsindəheçbirməlumatəksinitapmamışdır.”
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:
İddiaçılar cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “vurulmuş və vurulmaqda davam edən maddi zərər görə (əlavə olaraq müvafiq orqan bankında bir böyrəyin satış qiymətinin nəzərə alınması) və keçirilmiş əməliyyatlardan sonra irəli gələn zəruri xərclərin, yəni mütəmadi olaraq müalicə olunması, zəruri dərmanların alınması üçün həkim nəzarətində olmaqları, ayda 2 dəfə olmaqla müayinə olunmaqları, yol xərcləri və digər xərcləri nəzərə alaraq vurulmuş və vurulmaqda davam edən maddi zərərə görə iddiaçı iddiaçı2 70000 manat və iddiaçı1 40000 manat, mənəvi zərərə görə isə müvafiq olaraq hər birinə 10000 manat, cəmi 20000 (iyirmi min) manat olmaqla, ümumilikdə 130000 manat məbləğində vəsaitin ödənilməsi və baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinəqoyulması”barədə qərarqəbuledilməsinixahişetmişdirlər.
İddiaçıların əsaslandırması:
İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, iddiaçı2 orta məktəbi bitirdikdən sonra ##.##.2017-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə çağrılmışdır. Hərbi xidmətini Dövlət Sərhəd Xidmətinin **** saylı “Naxçıvan” Əlahiddə sərhəd diviziyasının 5-ci zastavasında keçmişdir.##.##.2019-cuiltarixdəhərbixidmətinibaşavurmuşdur. Hərbi xidməti başa çatdıqdan sonra 2019-cu ilin avqust ayında Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə hərbi xidmətə qəbul olunmaq üçün müraciət etmiş, müayinə olunmuş və ona “xroniki qlomerulonefrit, xroniki böyrək xəstəliyi IV mərhələ” diaqnozu qoyulmuşdur. Xəstəliyinin səbəb əlaqəsinin müəyyən edilməsi üçün Dövlət Sərhəd Xidmətinin Mərkəzi Hərbi Həkim Komissiyasına müraciət etmiş, ##.##.2020-ci il tarixli qərar ilə xəstəliyinin səbəb əlaqəsi “ümumi xəstəlik” kimi müəyyən edilmişdir. Həmin qərar ilə razılaşmamış, məhkəməyə müraciət etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli 2-1(102)- 606/2023-cü il nömrəli qərarı ilə xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır”kimimüəyyənedilmişdir. Hərbi qulluqçular 11000 manat məbləğində sığorta edilirlər və onlara bu sığorta məbləğinin müvafiq faiz nisbətinə əsasən verilir. Qanunvericiliyinə əsasən sığorta hərbi xidmətdən çıxdıqdan sonra 3 il müddətində əlillik təyin edildikdə verilir. Nəzərə almaq lazımdır ki, ##.##.2020-##.##.2023-cü illər ərzində xəstəliyin səbəb əlaqəsinin müəyyən edilməsi ilə bağlıməhkəməmübahisəsiolmuşdur. Zərərin ödənilməsi ilə bağlı cavabdehə edilmiş müraciətə münasibət bildirilməmişdir. iddiaçı2 transplant olunmuş böyrək iddiaçı1 götürülmüşdür. Ona görə ki, müvafiq donorun zaman baxımından tapılması qeyri-mümkün olmuş və əməliyyatın təcili həyata keçilirmədiyi təqdirdə iddiaçı2 həyatını itirə bilərdi və tibbi müdaxilə ilə bunun qarşısını almaq mümkün olmazdı. İddiaçı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində müddətli həqiqi hərbi xidmətdə olduğu zaman “xroniki qlomerulonefrit, xroniki böyrək xəstəliyi IV mərhələ” xəstəliyə düçar olmuş və səlahiyyətli vəzifəli şəxslərin zamanında müvafiq tədbirlər görmədikləri üçün xəstəliyin ağırlaşmasına görə bir ailədə 2 nəfər şəxsin səhhətində ciddi problemlər yaranmışdır. İddiaçılarınmüayinə-müalicəxərcləricavabdehinüzərinəqoyulmalıdır. Cavabdeh hərbi xidmətdə olduğu müddətdə onu müayinə-müalicə etsə idi, səhhəti bu qədərpisləşməzdi. İddiaçı böyrək xəstəsi olduğu halda müddətli hərbi qulluq müddətini başa çatanadək qulluqetməyəməcburedilmişdir.
Cavabdehin etirazları:
Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, “Azərbaycarı Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularırının pul təminatı haqqında” Əsasnamədə, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli “Hərbihəkim ekspertizası haqqırıda” Əsasnamənin təsdiq edilməsi barədə Qərarında maddi və mənəvi zərərə görə kompensasiyanm ödənilməsi ilə bağlı müddəalar qeyd olunmadığından iddiaəsassızdır. Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı (hakim Fehruz Abbasov) ilə iddia qismən təmin edilərək, iddiaçılar iddiaçı2 və iddiaçı1 vurulmuş maddi zərərə görə 7862.02 manat (yeddi min səkkiz yüz altmış iki manat iki qəpik), mənəvi zərərə görə hər birinə 1500 manat olmaqla, cəmi 3000 (üç min) manat, ümumilikdə 10862.02 manat pul vəsaitinin ödənilməsi və “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” Arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının DövlətSərhədXidmətininüzərinəqoyulmasıqəraraalınmışdır. Həmin qərardan iddiaçılar apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahişetmişdirlər. Eyni zamanda həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsivəiddiatələbinintəminedilməməsibarədəqərarqəbuledilməsinixahişetmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçıların apellyasiya şikayətlərinin dəlilləri:
İddiaçılarınapellyasiyaşikayətinindəlilləriiddiatələbinindəlilləriiləeyniliktəşkiledir.
Cavabdehin apellyasiya şikayətinin dəlilləri:
Cavabdehin apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, iddiaçıların əməliyyatı və bununla bağlı digər zəruri xərclər dövlət vəsaiti əsasında həyata keçirilmişdir. Məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə mübahisələndirilən qərar qəbuledilmişdir.
Apellyasiyaşikayətlərinəetiraz:
Apellyasiyaşikayətlərinəetirazdaxilolmamışdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli və ##.##.2025-ci il taixli qərardadları ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərəalır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, digər iddiaçı iddiaçı1 məhkəmə iclasında iştirak etməmişdir və məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə digər iddiaçının iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh övladına digər hərbi qulluqçular ilə müqayisədə təminat, rejim və digər məsələlər üzrə fərqli münasibət göstərməmişdir. Lakin, cavabdehin xəstəliyi vaxtında müəyyən etməməsi və müvafiq tədbirlərin görülməməsi nəticəsində övladının və həyat yoldaşının səhhətində problemlər yaranmışdır. Sonda nümayəndə2 iddianın tam şəkildə təmin edilməsinixahişetdi. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərarqəbuledilməsinixahişetdi. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı iddiaçı1 apellyasiya şikayətinimüdafiəedərək,iddianıntamşəkildətəminedilməsinixahişetmişdir. Tətbiq edilən hüquq:
“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu: 37.1.Aşağıdakıgünlərhəqiqihərbixidmətinbaşlanğıcısayılır: 37.1.1. çağırışçılar üçün -müvafiq icra hakimiyyəti orqanıtərəfindən hərbi hissəyə göndərildiklərigün; ... 37.2. Hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarıldığı gün onun həqiqi hərbi xidmətinin sonusayılır.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə89.İnzibatiorqanlarınməsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə1096.Mülkihüquqpozuntuları(deliktlər)anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülkiqanunvericiliyinnormalarınıpozan)əməldir(hərəkətvəyahərəkətsizlikdir). 1096.2.Delikttörətmişşəxsmülkihüquqməsuliyyətidaşıyır.
“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə5.Sığortahadisələrivəödənişləri Aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun4.1-cimaddəsi ilə müəyyən edilmiş sığortaməbləğlərininmüvafiq faiz nisbətlərində verilir: ... ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət(toplanış)dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət(toplanış)dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə(toplanışa)yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət(toplanış)dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədarüçilmüddətindəsığortaolunanınəlilliyimüəyyənedildikdə: -orqanizminfunksiyalarının61-80faizpozulmasınagörə- 60 faiz;
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il ## ###### tarixli ** nömrəli Qərarıilətəsdiqedilmiş“Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”: 1.Ümumimüddəalar 1.1. Bu Qayda Azərbaycan Respublikasının“Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 7.1-ci maddəsinin ikinci cümləsinə,“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanununun 7.1-ci maddəsinin ikinci cümləsinə,“Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərində və konsulluqlarında xidmət keçən diplomatik xidmətorqanı əməkdaşlarınındövlət icbari şəxsi sığortası haqqında” Qanununun 10.1-ci maddəsinin ikinci cümləsinə və“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanununun 30-7-ci maddəsinin ikinci hissəsinin ikinci cümləsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (bundan sonra - Fond) tərəfindən dövlət icbari şəxsi sığorta ödənişi (bundan sonra - sığorta ödənişi) almaq hüququ olan şəxslərə sığorta ödənişinin verilməsi qaydasını müəyyənedir. ...
3. Dövlət icbari şəxsi sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi barədə məlumatınəldəedilməsi 3.1. Sığortalı (barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan sığortaolunanlar üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan RespublikasınınDaxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, AzərbaycanRespublikasının Dövlət MühafizəXidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi və Azərbaycan Respublikasının Baş Prokurorluğuistisna olmaqla) bu Qaydanın 3.3-cü bəndi nəzərə alınmaqla sığorta hadisəsi hesab edilə bilən halın (bundan sonra - hadisə) baş verməsi barədə məlumat əldə etdikdən sonra 3 (üç) iş günü müddətində müvafiq rüb (rüblər) üzrə Fonda hesabat təqdim olunmadığı və ya təqdim olunmuş hesabatda sığortaolunanın adı qeyd olunmadığı hallarda həmin şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair məlumatları da əks etdirən bu Qaydanın * nömrəli əlavəsinə uyğun tərtib olunmuş arayışda olan məlumatları gücləndirilmiş elektron imza ilə təsdiq edərək elektron qaydada Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra - EHİS) vasitəsilə MEİS-in “Dövlət icbari şəxsi sığorta”altsisteminəötürür.
“Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”na * nömrəli əlavə “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair”Arayış
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşinhallarınınaraşdırılmasıprinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağaborcludur. Maddə58.Sübutlarınaraşdırılmasıqaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları)danəzərəalır. Maddə87. Apellyasiyainstansiyasıməhkəməsindəicraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeniqərarqəbuledəbilər. Maddə89.Apellyasiyainstansiyasıməhkəməsininqərarınınqanuniqüvvəyəminməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəməninİnzibatikollegiyasına (bundansonra-AliMəhkəməyə)şikayətveriləbilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməli, ləğv edilən hissədə iddia təmin edilməməli, qalanhissədəqərardəyişdirilmədənsaxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı qismən təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddiaçı2 xəstəliyini hərbi xidmət dövründə almış, nəticədə onun və anasının səhhətində problemlər yaranmış, baş vermiş hadisə ilə bağlı iddiaçılara maddi və mənəvi zərər dəymişdir. Eyni zamanda, baş vermiş hadaisə ilə bağlı sığorta ödənişi alınması üçüntələbedilənarayışverilməlidir. Kollegiya birinci instansiya məhkəməsinin qərarı ilə qismən razılaşır və gəldiyi nəticə ilə bağlıaşağıdakılarıqeydedir. Kollegiya ilk növbədə iddianın mümkünlük məsələsinə münasibətdə bildirir ki, iddiaçılar zərərin ödənilməsi ilə bağlı ilkin olaraq cavabdeh orqana müraciət etmişdirlər. İnzibati orqan ##.##.2024-cü il tarixli məktub ilə məsələyə müsbət cavab verməmişdir. Eyni zamanda, zərər iləbağlıtələbəmünasibətdəcavabdehorqaniddiayaetiraz(səh.161)münasibətbildirmişdir. Tələbin digər - “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” Arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” hissəsi də cavabdehə məlum olmuş, onun səlahiyyətli nümayəndəsi tərəfindən istər birinci instansiya məhkəməsində, istərsədə, apellyasiya instansiya məhkəməsində tələb həmin hissədə də qəbul edilməmiş, eyni zamanda apellyasiya şikayətində də münasibət bildirilmiş, hətta, apellyasiya icraatı zamanı iddiaçının nümayəndəsinin diqqətinə vaxtı ilə belə bir arayışın verildiyi, lakin onun qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilmədiyi və həmin məsələ ilə bağlı inzibati orqanın mövqeyinin bildirilməsi diqqətə çatdırılmış, lakin məsələ müsbət həllini tapmamışdır. Qeydedilənsəbəblərdəniddiamümküniddiadır. Kollegiya qeyd edir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün üç şərt irəli sürülür. Yalnız aşağıdakı üç şərti məcmu halında özündə ehtiva edən, mülki qanunvericiliyin normalarını pozan əməl mülki hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilənmülkihüquqpozuntususayılabilər: törədilmişəməlin(hərəkətvəyahərəkətsizliyin)hüquqaziddolması; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması; ziyanvəyazərəriləhüquqaziddəməlarasındasəbəbliəlaqəninmövcudluğu. Mülki məsuliyyətin yaranması üçün qanuna zidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər budavranışınnəticəsideyildirsə,şəxsinməsuliyyətiistisnaedilir. İşin mübahisələndirilməyən halıdır ki, iddiaçı iddiaçı2 xəstəliyi ilə bağlı qoyulmuş “(N03) Xroniki qlomerulonefrit (N18.4), dördüncü mərhələ xroniki böyrək xəstəliyinə görə ##.##.2020ci il tarixdə aparılmış (Z94.0) sağtərəfli transplantasiya olunmuş böyrək, funksiyaların mühüm dərəcədəpozulmasıilə”diaqnozuhərbixidmətdövründəalmışdır. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 37.1, 37.1.1 və 37.2-ci maddələrinə əsasən həqiqi hərbi xidmətin başlanğıcı çağırışçılar üçün - müvafiq icra hakimiyyəti orqanıtərəfindən hərbi hissəyə göndərildikləri gün; hərbi qulluqçunun həqiqi hərbi xidmətdən buraxılması ilə əlaqədar hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısındançıxarıldığıgünonunhəqiqihərbixidmətininsonusayılır. Hərbi qulluqçunun “hərbi xidmət dövründə aldığı” bütün xəstəliklər birmənalı şəkildə, səbəbli əlaqə olmadan hər hansı şəxsin təqsiri kimi qiymətləndirilə bilməz. Mübahisə üzrə xəstəliyin yalnız “hərbi xidmət dövründə alınması”na əsaslanaraq, səbəbli əlaqə olmadan cavabdehinüzərinəzərərinödənilməsiöhdəliyininqoyulmasıyetərlihesabediləbilməz. Səbəbli əlaqə məsələsinə münasibətdə isə bildirir ki, işin araşdırlması ilə bağlı baş vermiş hadisənin cavabdehin hər hansı əməlinin (hərəkət və ya hərəkətsizliyinin) nəticəsi olaraq yaranması müəyyən edilmir. Mümkündür ki, eyni vəziyyətdə yaşayan şəxslərin birində xəstəlik yaransın,digərlərindəisəyox. Səbəbli əlaqə məsələsinə münasibətdə iddiaçının şəhadətləndirilməsi ilə bağlı məhkəmə mübahisəsi zamanı verilmiş ekspert rəyində də baş vermiş nəticədə cavabdehin təqsirinin olması məsələsi ilə bağlı dəqiq fikir söyləmək mümkün olmamışdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Ali Məhkəməsinin ##.##.2023-cü il tarixli 2-1(102)-606/2023-cü il nömrəli qərarında qeyd edilmişdir ki, “...8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin məhkəməyə daxil olmuş # ###### 2021-ci il tarixli məktubu ilə qurumun T***/**** saylı ## ###### 2021-ci il tarixli ekspert rəyi təqdim olunmuşdur. Rəyin nəticə hissəsində qeyd olunur ki, ...2-4. Vətəndaş iddiaçı2 2017-ci ilin oktyabr ayında hərbi xidmətə çağırılarkən hərbi həkim komissiyasında heç bir xəstəliyin aşkar edilmədiyini, düçar olduğu “xroniki qlomerilonefrit” xəstəliyinin törədicilərinin virus, bakteriya, göbələk və sair infeksiyaların olmasını, xəstəliyin patogenez və klinik gedişini, xroniki prosesin yaranmasının 12 aya qədər davam etməsini, böyrək patologiyasının onda 2019-cu ilin avqust ayında laboratorinstrumental müayinə üsulları (qanın, sidiyin analizi, böyrəklərin KT və ultrasonoqrafik müayinələri) ilə aşkar edilməsini nəzərə alaraq qeyd etmək lazımdır ki, o, həmin xəstəliyə hərbi xidmətdə olarkən düçar olmuşdur. Xəstəliyin törədicisi barədə hazırda konkret fikir söyləmək mümkün olmadı. Lakin onun 2019-cu ilin fevral ayında “hər iki əl barmaqlarının səthi mikozu (göbələyi)” xəstəliyindən sonra yaranmasını da inkar etmək olmaz.” Kollegiya qərarın dəyişdirilməyən hissəsinə münasibətdə isə bildirir ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə və həmin maddənin ç) bəndinə əsasən aşağıdakılar sığorta hadisələri hesab edilir və onlara görə sığorta ödənişləri bu Qanunun4.1-cimaddəsi ilə müəyyən edilmiş sığortaməbləğlərininmüvafiq faiz nisbətlərində verilir: ...ç) hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət(toplanış)dövründə xəsarət (yaralanma, travma, kontuziya) almasına, habelə həqiqi hərbi xidmət(toplanış)dövründə xəstələnməsinə görə həqiqi hərbi xidmətə(toplanışa)yararsız hesab edilərək həqiqi hərbi xidmətdən (toplanışdan) ehtiyata və ya istefaya buraxıldığı gündən, həmçinin ehtiyata və ya istefaya buraxıldığı gündən həqiqi hərbi xidmət(toplanış)dövründə alınmış xəsarət (yaralanma, travma, kontuziya) və ya xəstəliklə əlaqədar üç il müddətindəsığortaolunanın əlilliyi müəyyən edildikdə:orqanizminfunksiyalarının61-80faizpozulmasınagörə-60faiz. Üç il müddətindəsığortaolunanın əlilliyi müəyyən edilməsi məsləsinə münasibətdə bildirilir ki, xəstəliyin səbəb əlaqəsinin müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisəsi olmuş, məhkəmə qərarının icrası nəticəsində iddiaçının xəstəliyinin səbəb əlaqəsinin hərbi xidmət dövründə alınması ilə bağlı ##.##.2023-cü tarixli **** nömrəli “Xəstəlik şəhadətnaməsi” tərtib edilmişdir. İşin hallarından müəyyən edildi ki, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə sərhəd diviziyası tərəfindən iddiaçı2 barəsində “Baş vermiş hadisə və şəxsin müvafiq sığortalı üzrə sığortaolunan hesab olunmasına dair” ## ###### 2024-cü il tarixli *** nömrəli arayış verilmiş, lakinhəminarayışqanunvericiliyintələbinəuyğunşəkildətərtibedilməmişdir. Kollegiya qeyd edir ki, sığorta ödənişinin verilməsi üçün cavabdeh tələləb edilən arayışı “Dövlət icbari şəxsi sığorta ödənişinin verilməsi Qaydası”na * nömrəli əlavədə nəzərdə tutulan şərtlərəuyğunşəkildətərtibetməlidir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçıların apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, həmin hissədə yeni qərar qəbul edilməli, ləğv edilən hissədə iddia təmin edilməməli, qalan hissədə qərar dəyişdirilmədənsaxlanılmalıdır.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cıvə94-cümaddələrinirəhbərtutaraqməhkəməkollegiyası
qərara aldı:
İddiaçılartərəfindənverilmişapellyasiyaşikayətitəminedilməsin. Cavabdehtərəfindənverilmişapellyasiyaşikayətiqisməntəminedilsin. Şirvan İnzibati Məhkəməsinin ## ### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı qismən - iddiaçılar iddiaçı2 və iddiaçı1 vurulmuş maddi zərərə görə 7862.02 manat (yeddi min səkkiz yüz altmış iki manat iki qəpik), mənəvi zərərə görə hər birinə 1500 manat olmaqla, cəmi 3000 (üç min) manat, ümumilikdə 10862.02 manat pul vəsaitinin ödənilməsi hissəsində ləğv edilsin. Ləğvedilənhissədəyeniqərarqəbuledilsin. İddiatələbihəminhissədətəminedilməsin. Qərarqalanhissədədəyişdirilmədənsaxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi14,1193-cüməhəllə)kassasiyaşikayətiveriləbilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdənsonraqanuniqüvvəyəminir.