Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-63/2024 08.01.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Abdullayev Vəli Əsgər oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, Şirvan İnzibati Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2-1(120)-869/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********4076 nömrəli və xx.xx.2022-ci il tarixli, **********4078 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 18 may 2023-cü il tarixli, e-2-1(120)-869/2023 nömrəli qərarı ilə iddia ərizəsinin təmin edilməsi, vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022ci il tarixli, **********4076 nömrəli və xx.xx.2022-ci il tarixli, **********4078 nömrəli qərarların ləğv edilməsi qərara alınmışdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********7020 nömrəli qərarı ilə 13 may 2022-ci il tarixdə Lənkəran rayonu, Digah kəndində yerləşən sahibkarlıq fəaliyyəti göstərilən iddiaçıya məxsus obyektdə vergi orqanı əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin 1 nəfər fiziki şəxsə görə iddiaçı barəsində cavabdehin xx.xx.2022-ci il tarixli, **********4076 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa cavabdehin həmin xx.xx.2022-ci il tarixli, **********7020 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixdə həmin obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən əlavə akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Həmin aktın nəticəsi olaraq cavabdehin xx.xx.2022-ci il tarixli, **********4078 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli, **********4076 nömrəli və xx.xx.2022-ci il tarixli, **********4078 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarları qanunsuz və əsassızdır. Operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilmiş hər iki aktdan görünür ki, vergi nəzarəti tədbirləri vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin operativ vergi nəzarəti tədbirində iştirak etməsi üçün məlumat verilməsi barədə cavabdeh hər hansı sübut təqdim edə bilmir. Aktlarda qeyd edilmişdir ki, operativ vergi nəzarəti tədbiri Şahid iştirakı ilə keçirilmişdir. Şahid vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi deyildir. Operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən foto və (və ya) video çəkilişdən istifadə edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh inzibati orqan apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyətinin araşdırılması üzrə operativ vergi nəzarəti zamanı xx.xx.2022-ci il tarixdə saat 10:17-də müştəri tərəfindən 4 manat dəyərində mal alınmış və ona nəzarət-kassa aparatının çeki verilməmişdir. Həmin vaxt NKA obyektdə olmadığı üçün vergi orqanı əməkdaşları tərəfindən ödənilmiş məbləğin NKA-ya bərpa edilməsi mümkün olmamışdır. Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında xx.xx.2022-ci il tarixli, DVX seriyalı 003087 nömrəli akt tərtib olunmuş və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********4078 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2022-ci il tarixdə sahbkara məxsus mağazada əmək müqaviləsi (kontraktı) rəsmiləşdirilmədən işlərin yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfər şəxs aşkar olunmuşdur. Aşkar olunmuş şəxs Şahid sahibkara məxsus mağazada işləməsi və gördüyü işə görə aldığı aylıq əmək haqqı barədə izahat vermişdir. Nəticədə, xx.xx.2022-ci il tarixli, DVX seriyalı 005569 nömrəli akt tərtib edilmiş və Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən 2000 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********4076 nömrəli qərarı ilə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən 1 nəfər fiziki şəxsin işlərin və xidmətlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Prosessual məsələlər Cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, operativ vergi nəzarəti Şahid iştirakı ilə aparılmışdır. Şahid vergi ödəyicisi və ya iddiaçının səlahiyyətli nümayəndəsi deyildir. Tərtib edilmiş aktlarda iddiaçının obyektinə baxış keçirildiyi qeyd edilmişdir. Həmin aktlarda əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsin işlərin yerinə yetirilməsinə cəlb edildiyi və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulduğu qeyd edilmişdir. Baxış zamanı həmin pozuntular aşkar edilmişdirsə bu pozuntular niyə protokolla rəsmiləşdirilməmiş və foto və (və ya) video çəkilişdən istifadə edilməmişdir? Aktda adı qeyd edilmiş Şahid "xxxx" MMC-nin (VÖEN: **********) işçisi olmuşdur. "xxxx" MMC tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixli etibarnamə verilmişdir. Həmin etibarnamə əsasında cəmiyyətin fəaliyyətinə iddiaçı nəzarət edir. Şahid isə iddiaçı tərəfindən "xxxx" MMC-yə işə götürülmüşdür. Həmin gün iddiaçı Şahid demişdir ki, onun fəaliyyət göstərdiyi obyektə gedib oradan əmək haqqısını götürsün. Həmin vaxt vergi orqanı əməkdaşları obyektdə operativ vergi nəzarəti keçirərək, Şahid adını akta qeyd etmişdirlər. Şahid "xxxx" MMC-yə işə iddiaçı götürmüşdür, o cəmiyyətin başqa vəzifəli şəxslərini tanımır. Şahid izahatından da görünür ki, izahat tam və əhatəli deyil. Belə ki, o nə vaxtdan həmin mağazada işlədiyini və əmək haqqını kimdən aldığını qeyd etməmişdir. Vergi orqanı əməkdaşları tərəfindən tərtib edilmiş aktda müştərinin kim olması, məbləğin kim tərəfindən ödənilməsi qeyd edilməmişdir. Qeyd olunan hal vergi orqanı tərəfindən sübuta yetirilməmişdir. Həmçinin aktda obyektdə nəzarət kassa aparatının olmadığı qeyd edilmişdir. Halbuki obyektə nəzarət kassa aparatı olmuşdur. Obyektdə nəzarət kassa aparatının olmasını sübut edən Z hesabat çeki iş materiallarına əlavə edilmişdir. Z hesabat çekindən də görünür ki, həmin gün 1350 manat dəyərində mal satılmışdır. Bununla sübut olunur ki, əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmuşdur. Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında **********7020 nömrəli qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilib. Operativ vergi nəzarətinin keçirilməsi müddəti xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) olmuşdur. Qərar xx.xx.2022-ci il tarixdə qəbul edilmiş və vergi orqanı əməkdaşları növbəti gün səhər saatlarında mağazaya gələrək qərəzli yoxlama aparmışlar. Halbuki vergi orqanı əməkdaşları ədalətli yoxlama aparırdılarsa xx.xx.2023-cü il tarixədək mağazaya bir-neçə dəfə gedə və faktiki halları tam araşdıra bilərdilər. İddiaçı müharibə veteranı və birinci dərəcəli əlildir. O, həmçinin fərdi sahibkar və nümunəvi vergi ödəyicisidir. Əldə etdiyi gəlirlərdən dövlət büdcəsinə vergilər ödəyir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********7020 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) məxsus olan Lənkəran rayonu, Digah kəndində yerləşən “Tikinti materialları satışı” mağazasında nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək (xx.xx.2022-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, seriya DVX 003087 nömrəli əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması vəziyyəti haqqında aktın surətində qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10:17-də Lənkəran rayonu, Digah kəndində yerləşən S.H.Hüseynzadənin fəaliyyət göstərdiyi obyektdən müştəri tərəfindən dəyəri 4 (dörd) manat olan 2 ədəd 2 metrlik və 1 ədəd 1,60 metrlik olan reyka alınmış. Alış müqabilində NKA-ya çek vurulmamış və müştəriyə təqdim olunmamışdır. Məbləği NKA-ya bərpa etmək istədikdə obyektdə NKA-nın olmadığı müəyyən olunmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli, seriya DVX 005569 nömrəli operativ vergi nəzarətinin nəticəsi haqqında aktın surətində qeyd edilmişdir ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********7020 nömrəli qərarına əsasən aparılmış operativ vergi nəzarəti zamanı İddiaçı özünə məxsus Lənkəran rayonu Digah kəndində yerləşən “tikinti materialları satışı” obyektində 1 nəfər fiziki şəxsi əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərə və xidmətlərə cəlb etdiyi müəyyən edilmişdir. Vergi ödəyicisinin özü obyektdə olmamış, işçinin iştirakı ilə akt tərtib olunmuş, işçinin səlahiyyətli nümayəndə kimi etibarnaməsi olmadığından aktın imza etdirilməsi mümkün olmamışdır. İşdə olan operativ vergi nəzarəti tədbiri nəticəsində izahatı alınmış Şahid yazılı izahatının surətində qeyd edilmişdir ki, Lənkəran rayonu Digah kəndində yerləşən tikinti materialları satışı mağazası İddiaçı məxsusdur, o, İddiaçı tərəfindən fəhlə vəzifəsinə işə götürülmüşdür və aylıq olaraq 200-300 manat əmək haqqı alır, lakin əmək müqaviləsinin bağlanmasından xəbərsizdir. İşdə olan operativ vergi nəzarəti tədbiri nəticəsində izahatı alınmış Şahid yazılı izahatının surətində qeyd edilmişdir ki, Lənkəran rayonu, Digah kəndində yerləşən tikinti materialları satışı mağazasının İddiaçı məxsus olduğunu, obyektdən alınmış reykanın onun tərəfindən satılmadığını, satışa nəzarət etmədiyini qeyd etmişdir. İş materiallarında olan Şahid tərəfindən Şirvan İnzibati Məhkəməsinə göndərilmiş xx.xx.2023-cü il tarixli teleqramda Şahid səhhəti ilə əlaqədar ev şəraitində müalicə olunduğu üçün məhkəmə iclsasına gələ bilmədiyini bildirmiş, əlavə olaraq qeyd etmişdir ki, vergi yoxlaması keçirilən zaman o, "xxxx" MMC-nin işçisi olmuş, İddiaçı həmin vaxtlar xəstə olduğu üçün telefon vasitəsilə mağazaya gedərək əmək haqqını götürməsini bildirmişdir, o, mağazada olan vaxt vergi əməkdaşları yoxlama keçirmiş və əsassız olaraq ondan izahat almışlar. İzahatını vergi əməkdaşlarının sözləri ilə yazdığını, vergi əməkdaşlarından nə üçün ona belə izahat yazdırdıqlarını soruşduqda ona narahat olmamağını, yoxlamanı bağlamaq üçün belə izahat yazdırdıqlarını bildirmişlər. İşdə olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********4076 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxsi işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İşdə olan Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********4078 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, vergi ödəyicisi İddiaçı (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7.1-ci maddəsinə əsasən əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının pozulması təqvim ili ərzində birinci dəfə yol verdiyinə görə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilərək, vergi məsuliyyətinə cəlb edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli Z hesabat çekinin surətindən görünür ki, Lənkəran rayon, Digah kəndində yerləşən İddiaçı məxsus tikinti materialları satışı mağazasında xx.xx.2022-ci il tarixdə 14 müştəriyə 1350 manat dəyərində mal satılmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli, xxxxxxx000208 nömrəli əmək müqaviləsi bildirişinin surətində Şahid xx.xx.2020-ci il tarixdən "xxxx" MMC-də fəhlə vəzifəsində çalışdığı, müddətli əmək müqaviləsinin müddətinin xx.xx.2022-ci il tarixdə bitdiyi qeyd edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, 210967 nömrəli etibarnamənin surətindən görünür ki, "xxxx" MMC adından X1 Şakir Hüseyn oğluna etibarnamə vermişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 50.1-ci, 50.1.3-cü və 50.1.11-50.1.13-cü maddələrinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və həmçinin əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi üzrə məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.1-ci və 50.1.7-ci maddələrinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsini əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar (maddə 50.2.1); vergi orqanlarının mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar (maddə 50.2.2); vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə (maddə 50.2.3); vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda (maddə 50.2.4); vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda (maddə 50.2.5) Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə, habelə bu Məcəllənin 220.10-cu maddəsinə uyğun olaraq aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyətlə məşğul olan şəxslərin, foto, audio-video sahəsində məşğul olan şəxslərin və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslərin (ofisiantın) fəaliyyətə başlayanadək, “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsinə görə vergi orqanında uçotda olan sifarişçiyə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. İşin faktiki hallarından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli, **********7020 nömrəli qərarı ilə 13 may 2022-ci il tarixdə Lənkəran rayonu, Digah kəndində yerləşən sahibkarlıq fəaliyyəti göstərilən iddiaçıya məxsus obyektdə vergi orqanı əməkdaşları tərəfindən operativ vergi nəzarəti tədbiri həyata keçirilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı akt tərtib edilmiş və aktda qeyd edilmişdir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 1 nəfər fiziki şəxs işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Həmin 1 nəfər fiziki şəxsə görə iddiaçı barəsində cavabdehin xx.xx.2022-ci il tarixli, **********4076 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə 2000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa cavabdehin həmin xx.xx.2022-ci il tarixli, **********7020 nömrəli qərarı ilə xx.xx.2022-ci il tarixdə həmin obyektdə operativ vergi nəzarəti tədbiri həyata keçirilərkən əlavə akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, obyektdə əhali ilə pul hesablaşmalarının aparılması qaydaları pozulmuşdur. Həmin aktın nəticəsi olaraq cavabdehin xx.xx.2022-ci il tarixli, **********4078 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı ilə 1000 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Operativ vergi nəzarəti tədbiri zamanı tərtib edilmiş hər iki aktdan görünür ki, vergi nəzarəti tədbirləri vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. Vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsinin operativ vergi nəzarəti tədbirində iştirak etməsi üçün məlumat verilməsi barədə cavabdeh hər hansı sübut təqdim edə bilmir. Aktlarda qeyd edilmişdir ki, operativ vergi nəzarəti tədbiri Şahid iştirakı ilə keçirilmişdir. Şahid vergi ödəyicisi və ya onun səlahiyyətli nümayəndəsi deyildir. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində qeyd etmişdir ki, onu iddiaçı işə götürmüş, lakin iddiaçının vergi orqanı tərəfindən yoxlama həyata keçirilən obyektində işçisi olmamışdır. O, iddiaçının vergi orqanı tərəfindən yoxlama həyata keçirilən obyektinin qarşı tərəfində yerləşən "xxxx" MMC-yə məxsus mağazanın işçisi olmuşdur. O, fəhlədir, rəsmi "xxxx" MMC-nin işçisi olsada, işəgötürən kimi iddiaçını tanıyıb. Həm iddiaçının vergi orqanı tərəfindən yoxlama həyata keçirilən obyekti, həm də həmin obyektin qarşı tərəfində yerləşən "xxxx" MMC-yə məxsus obyekt taxta satışını həyata keçirir. İş materiallarında olan izahatlar onun tərəfindən yazılmışdır, lakin həmin vaxt vergi orqanının əməkdaşları nə demişlərsə o da izahatda onu qeyd etmişdir. O, tam başa düşməmişdir ki, vergi orqanı nəyi yoxlayır. O, qarşı tərəfə iddiaçının vergi orqanı tərəfindən yoxlama həyata keçirilən obyektinə iddiaçıdan əmək haqqını alması üçün keçmişdir. Vergi orqanı tam aydınlaşdırmaq istəsəydi, o, izah edə bilərdi ki, iddiaçının vergi orqanı tərəfindən yoxlama həyata keçirilən obyektində deyil, həmin obyektin qarşı tərəfində yerləşən "xxxx" MMC-yə məxsus obyektdə işləyir. Ona əmək haqqını iddiaçı verir. Həmin vaxt iddiaçı özü obyektdə yox idi. O, iddiaçının vergi orqanı tərəfindən yoxlama həyata keçirilən obyektində olarkən alqı-satqı olmamış və o, heç kimə mal satmamışdır. Həmçinin həmin vaxt həmin mağazanın digər işçiləri tərəfindən də alqı-satqı əməliyyatı aparılmamışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qərarından ümumi şəkildə apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməli olduğunu qeyd etmiş, lakin məhkəməyə apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Lakin hazırkı iş üzrə vergi orqanı hansı əsaslarla operativ vergi nəzarətini həyata keçirməsini öz qərarında əsaslandırmamışdır. Operativ vergi nəzarəti Şahid iştirakı ilə həyata keçirilmişdir. Şahid iddiaçının səlahiyyətli nümayəndəsi olmamışdır. Şahid aktlar tərtib edilən tarixdə "xxxx" MMC-nin işçisi olmuşdur. Vergi orqanı əməkdaşları tərəfindən tərtib edilmiş aktda alıcının kim olması, alınan malların pul məbləğinin kimin tərəfindən ödənilməsi qeyd edilməmişdir. Qeyd olunan hallar barədə cavabdeh tərəfindən mötəbər sübutlar təqdim edilməmişdir. Həmçinin aktda obyektdə nəzarət kassa aparatının olmadığı qeyd edilmişdir. Halbuki obyektdə nəzarət kassa aparatı olmuşdur. Obyektdə nəzarət kassa aparatının olmasını sübut edən Z hesabat çeki iş materiallarına əlavə edilmişdir. Z hesabat çekindən də görünür ki, həmin gün 1350 manat dəyərində mal satılmışdır. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməli və operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı vergi ödəyicisinin iştirakını təmin etməlidir. Lakin hazırkı iş üzrə cavabdeh operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı iddiaçının iştirakını təmin etməmiş, formal mülahizələrə əsaslanaraq qərarlar qəbul etmişdir. Vergilər ehtimallara, formal mülahizələrə deyil, mənbəyi məlum olan məlumatlara söykənməli və əsaslandırılmalıdır. Vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərar verdi: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 may 2023-cü il tarixli, e-2-1(120)-869/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-63/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-63/2024
08.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver