Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-636/2025 14.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, refrijerator qatarlarının (seksiyaların) rəhbər mexaniki) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2-1(120)-2671/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1956-cı il təvəllüdlüdür. HЗ seriyalı ******* №-li hərbi biletən görünür ki, İddiaçı xx.xx.1975-ci ildən xx.xx.1977-ci ilədək həqiqi hərbi xidmətdə olmuşdur (2 il 3 gün). xx.xx.1983-cü il tarixli şəhadətnamədən görünür ki, İddiaçı 25 mart 1983-cü il tarixdən 10 sentyabr 1983-cü il tarixinədək Azərbaycan Dəmir Yollarının Bakı Texniki Məktəbində refrijerator mexaniki kursunda əyani təhsil almışdır (5 ay 17 gün), ИT-İ ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı: 09 iyun 1977-14 fevral 1983-cü il ərzində Lənkəran Rayon “Oktyabr” sovxozunda sürücü vəzifəsində işləmiş (5 il, 8 ay, 6 gün), 04 oktyabr 1983-cü ildə Azərbaycan Dəmir Yollarının Ələt-Liman stansiyası X2 refrijerator qatarı mexaniki vəzifəsinə işə qəbul edilmiş, 27 yanvar 1986-cı ildə refrijerator seksiyasının rəisi vəzifəsinə keçirilmiş (2 il, 3 ay, 24 gün), 01 yanvar 1991-ci il tarixindən refrijerator seksiyası rəisi vəzifəsi refrijerator seksiyasının rəhbər mexaniki adlandırılmış, 23 fevral 2018-ci ildə əmək müqaviləsinə xitam verilmiş (31 il, 11 ay, 28 gün), 23 fevral 2018-ci ildə Şərq vaqon deposunda refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmiş, 25 sentyabr 2018-ci ildə işdən azad edilmiş (7 ay, 3 gün), 15 oktyabr 2018-ci il tarixində Şərq vaqon deposunda refrijerator seksiyasının rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmiş, 21 dekabr 2018-ci il tarixində işdən azad edilmiş (2 ay 7 gün), 21 dekabr 2018-ci ildə Azərbaycan Dəmir Yollan Servis MMC-də Şərq vaqon deposunda refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinə böyük mexanik vəzifəsinə işə qəbul edilmiş, 01 mart 2019-cu ildə işdən azad edilmiş (2 ay 9 gün), 01 mart 2019-cu il tarixində "xxxx" MMC-nin Şərq vaqon deposunda refrijerator seksiyalannın rəhbər mexaniki vəzifəsinə işə qəbul edilmiş, 24 iyul 2019-cu il tarixində refrijerator seksiyalarının daxili avadanlıqlarına xidməti baxış və cari təmiri sexinə böyük mexanik vəzifəsinə keçirilmiş, 16 yanvar 2023-cü ildə əmək müqaviləsinə xitam verilmişdir (3 il, 10 ay, 16 gün). "xxxx" QSC tərəfindən verilmiş İddiaçı verilmiş “Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair” xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, “...Arayış verilir X3 ondan ötrü ki, o, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş aşağıdakı vəzifələrdə işləmişdir: Vəzifədən İşdən azad azad olunduğu Sıra Vəzifə (peşənin) Vəzifəyə təyin edilmə Çalışdığı struktur vahidi edilməyə İşə başladığı (başqa işə №-si adı (başqa işə keçirilmə) dair əmrin tarix keçirildiyi) barədə əmrin tarixi və tarixi və tarix nömrəsi nömrəsi refrijerator Yeni-Ələt refrijerator vaqon xx.xx.1983 xx.xx.1986
1. seksiyaların xx.xx.1983 xx.xx.1986 deposu 880 75 mexaniki refrijerator xx.xx.1991 Yeni-Ələt refrijerator vaqon xx.xx.2018
2. seksiyaların xx.xx.1991 xx.xx.2018 deposu 64 347 rəhbər mexaniki refrijerator xx.xx.2018
3. Şərq vaqon deposu seksiyaların xx.xx.2018 xx.xx.2018 xx.xx.2018 707 rəhbər mexaniki 314 “ADY Ekspress" MMC-nin refrijerator xx.xx.2018 Şərq vaqon deposu seksiyaların xx.xx.2018
4. 18-AEXP- xx.xx.2018 xx.xx.2018 rəhbər mexaniki 18-AEXP-540 1065 "xxxx" MMC-nin Şərq refrijerator vaqon deposu seksiyaların böyük xx.xx.2018 xx.xx.2019
5. mexaniki xx.xx.2018 xx.xx.2019 18-ASVS-230 19-AEXP- 281 "xxxx" MMC-nin Şərq refrijerator
6. vaqon deposu seksiyaların - xx.xx.2019 xx.xx.2019 rəhbər mexaniki 19-AEXP-250 "xxxx" MMC-nin Şərq refrijerator xx.xx.2023 xx.xx.2019
7. vaqon deposu seksiyaların böyük 23-AEXP- xx.xx.2019 xx.xx.2023 19-AEXPmexaniki 610/1 021
İşlədiyi müvafiq vəzifələr üzrə sosial sığorta (əmək) stajı 34 il 3 ay 20 gün təşkil edir. İşlədiyi refrijerator seksiyaların rəhbər mexaniki, böyük mexaniki və mexaniki vəzifələrinin əsas xüsusiyyətləri refrijerator hərəkət heyətinə məxsus avadanlığın fasiləsiz, texniki cəhətdən düzgün istismarının, etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanmasının təmin edilməsi üçün baxış, sınaq və profilaktik təmir üzrə işlərin yerinə yetirilməsindən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasına uyğundur.” Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim ediyiniz "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-B-3822/3-1/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il və xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt X2, Şərq vaqon deposunda, "xxxx" MMC Şərq vaqon deposunda, refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan vəzifəyə uyğun deyil. Bu səbəbdən də Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1983-xx.xx.1986-cı il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.” "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək refrijerator seksiyaların mexaniki, xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək refrijerator seksiyaların böyük mexaniki vəzifələrində işləmişdir. İddiaçı işlədiyi refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Bununla yanaşı, İddiaçı işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki və refrijerator seksiyaların böyük mexaniki vəzifələri Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1-ci hissəsi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin, yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr üzrə İddiaçı güzəştli iş stajı 34 il 3 ay 20 gün təşkil edir.” Başqa iş üzrə eyni məsələ ilə bağlı apellyasiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, “...refrijerator seksiyaların mexaniki ilə refrijerator seksiyaların rəhbər mexaniki arasında vəzifə təlimatlarına uyğun olaraq eyni refrijerator seksiyalarının texniki baxışı, cari təmiri və istismarının həyata keçirilməsi üzrə oxşar və vəzifə funksiyalarının icrası zamanı tabelilik üzrə fərqli cəhətlər mövcuddur. Həmçinin, refrijerator seksiyaların rəhbər mexaniki lazım olduqda mexaniki əvəz edir. Refrijerator seksiyaların mexaniki və rəhbər mexanikinin vəzifə təlimatlarının surətlərini qoşmada təqdim edirik.”
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:
İddiaçının əsaslandırması:
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 yanvar 2006-cı il tarixə 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli iş stajı olduğu üçün “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci tələblərinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahişi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 27 dekabr 2024-cü il tarixli 3-17-1/2-B-320358/2024 saylı məktubu ilə xahişini yerinə yetirməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, “refrijerator seksiyasının rəhbər mexaniki” vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan refrijerator seksiyasının mexaniki vəzifəsinə uyğun deyil. Hesab edir ki, cavabdehin imtinası qanuni deyil.
Cavabdehin etirazları:
İddiaya qarşı etirazın dəlilləri imtinanın dəlilləri ilə eynidir. Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2-1(120)-2671/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarın ləğv edilməsini və iddia tələbinin rədd olunmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayətlərinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2-1(120)-2671/2025 qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. ... 9.8 Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 47. Bu Qanun 2006-cı il yanvarın 1-dən qüvvəyə minir.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa;
“Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu: İ.“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, № 18, maddə 814; 1994-cü il, № 15, maddə 177; 1995-ci il, № 22, maddə 354) aşağıdakı dəyişikliklər və əlavələr edilsin:
1. Bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. ... Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ... v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ... ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti. ... Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”:
XXVİİİ (Nəqliyyat) bölməsi: “refrijerator qatarların (seksiyaların) mexanikləri - Kod23001000-23598
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:
21. Nəqliyyat bölməsi: 21.4 bənd. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrıayrı kateqoriyalı işçilər: 27-ci abzas: refrijerator qatarlarının (seksiyaların) mexanikləri
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının xx.xx.2006-cı il tarixə 25 ildən çox ümumi, o cümlədən həmin müddətin 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2006-cı ilədək 25 il ümumi iş stajı və 12 il 6 ay güzəştli iş stajı tələb olunur. Cavabdeh apellyasiya şikayətində iddiaçının tələb olunan yaş həddinə, yəni 57 yaşına çatmasını, qeyd edilən tarixə azı 25 il ümumi sığorta stajına malik olmasını mübahisələndirmir. Cavabdeh tərəfindən mübahisləndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, cavabdehin apellyasiya şikayətində aşağıdakılar qeyd olunmuşdur: “..."xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli 13-1/2-B-3822/3-1/2024 nömrəli arayışında xx.xx.1991-xx.xx.2018-ci il, xx.xx.2018-xx.xx.2018-ci il, xx.xx.2018xx.xx.2018-ci il və xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövrlər ərzində Yeni-Ələt X2, Şərq vaqon deposunda, "xxxx" MMC Şərq vaqon deposunda refrijerator seksiyalarının rəhbər mexaniki vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın nəqliyyat bölməsinin (21) dəmiryol nəqliyyatı, dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər bəndində (21.4) refrijerator qatarlarının (seksiyaların) mexanikləri vəzifəsi nəzərdə tutulmuşdur. Bu səbəbdən işlədiyiniz “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə deyil. İddiaçının güzəştli iş stajının müddəti 12 il 6 aydan az, yəni 5 il 11 ay 25 gün ay təşkil edir - xx.xx.1983-xx.xx.1986-cı il, xx.xx.2018-xx.xx.2019-cu il, xx.xx.2019-xx.xx.2023-cü illəri əhatə edir.” Göründüyü kimi, cavabdeh tərəfindən iddiaçının xx.xx.1991-xx.xx.2018, xx.xx.2018xx.xx.2018, xx.xx.2018-xx.xx.2018 və xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə işlədiyi “Refrijerator qatarların (seksiyaların) rəhbər mexaniki” vəzifəsi mübahisələndirilir. "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...ADY-nin Yeni Ələt refrijerator və Şərq vaqon depolarında İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1986-cı il tarixədək refrijerator seksiyaların mexaniki, xx.xx.1991-ci il tarixdən xx.xx.2018-ci il tarixədək, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək refrijerator seksiyaların rəhbər mexaniki, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək və xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək refrijerator seksiyaların böyük mexaniki vəzifələrində işləmişdir. İddiaçı işlədiyi refrijerator seksiyaların mexaniki vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 21.4-cü bəndin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Bununla yanaşı, İddiaçı işlədiyi refrijerator seksiyaların rəhbər mexaniki və refrijerator seksiyaların böyük mexaniki vəzifələri Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarının 1-1-ci hissəsi nəzərə alınmaqla həmin qərarla təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.4-cü bəndinin 27-ci abzasında qeyd olunmuş “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsi ilə uyğunluq təşkil edir. Göstərilənləri nəzərə alaraq, müvafiq qərarın 1-1-ci hissəsi ilə adıçəkilən siyahıda ümumi adla göstərilmiş peşələrdə və vəzifələrdə işləyən bütün adlardan (kiçik, böyük, baş, köməkçi və s.) olan işçilərin güzəştli pensiya hüququna malik olduğu müəyyən edilmişdir. Həmçinin, yuxarıda göstərilən dövr ərzində işlədiyi müvafiq vəzifələr üzrə İddiaçı güzəştli iş stajı 34 il 3 ay 20 gün təşkil edir.” Başqa iş üzrə eyni məsələ ilə bağlı apellyasiya məhkəməsi tərəfindən verilmiş sorğuya cavab olaraq "xxxx" Qapalı Səhmdar Cəmiyyəti xx.xx.2025-ci il tarixli məktubla bildirmişdir ki, “...refrijerator seksiyaların mexaniki ilə refrijerator seksiyaların rəhbər mexaniki arasında vəzifə təlimatlarına uyğun olaraq eyni refrijerator seksiyalarının texniki baxışı, cari təmiri və istismarının həyata keçirilməsi üzrə oxşar və vəzifə funksiyalarının icrası zamanı tabelilik üzrə fərqli cəhətlər mövcuddur. Həmçinin, refrijerator seksiyaların rəhbər mexaniki lazım olduqda mexaniki əvəz edir. Rrefrijerator seksiyaların mexaniki və rəhbər mexanikinin vəzifə təlimatlarının surətlərini qoşmada təqdim edirik.” Məhkəmə tərkibi qeyd edir ki, iş materiallarında olan “Yeni-Ələt refrijerator vaqon deposunun “refrijerator seksiyası mexaniki”nin vəzifə təlimatı ilə “refrijerator seksiyası rəhbər mexaniki”nin vəzifə təlimatının müqayisəli təhlil etdikdə müəyyən olunur ki, onların (mexanik və rəhbər mexanik) icra etdiyi funksional vəzifə (iş) demək olar ki, eynilik təşkil edir, hətta mexanikə münasibətdə rəhbər mexanik daha məsuliyyətli vəzifəni icra edir. Eyni zamanda “refrijerator seksiyası rəhbər mexaniki”nin vəzifə təlimatında onun lazım olduqda mexaniki əvəz etməsi qeyd edilmişdir. Nəzərə almaq lazımdır ki, oxşar işlər Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarında formalaşmış hüquqi mövqeyə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət, müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının işlədiyi “refrijerator seksiyalarının rəhbər mexaniki” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın XXVİİİ (Nəqliyyat) bölməsində “refrijerator qatarların (seksiyaların) mexanikləri (23001000- 23598)” peşəsinə, eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 21-ci bölmə. Nəqliyyat bölməsi: 21.4 bənd. Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər: 27-ci abzas: “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” uyğundur. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2023-cü il tarixli 2-1(102)-1885/2023-cü il tarixli qərarında “refrijerator qatarlarının (seksiyaların) mexanikləri” vəzifəsini güzəştli iş stajı kimi nəzərə almışdır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tələb olunan 25 il ümumi sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını xx.xx.2006-cı il tarixədək topladığından o, 57 yaşdan pensiya təyin edilməsi və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 iyun 2025-ci il tarixli 2-1(120)-2671/2025 qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.