Məhkəmə qərarları › İş №2-1(106)-639/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-639/2025

09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-639/2025 09.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İslam oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: göndərişdə əks olunmuş diaqnozun təsdiqlənməməsi; əlilliyin təyin edilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı İddiaçı İslam oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı “##.##.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 31-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində əsas diaqnoz: I20.8- Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası, FS III; Ağırlaşmalar: I50.0- Durğunluq ürək çatmamazlığı, ürək çatışmamazlığı III dərəcə, Z95.1-Aortokoronar şuntlu transplantatın olması, AKŞ əməliyyatdan sonrakı vəziyyət; Yanaşı xəstəliklər: I11.0-Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, hipertoniya xəstəliyi III mərhələ çox yüksək əlavə risk diaqnozu ilə bağlı ##.##.2023-cü il tarixli K********XRH nömrəli göndəriş rəsmiləşdirilmişdir. İddiaçı barəsində tərtib edilmiş K********XRH nömrəli göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş və ##.##.2023-cü il tarixli “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Qərar elektron sistemə ##.##.2023-cü il tarixdə yerləşdirilmişdir. ##.##.2022-ci il tarixli **** nömrəli xəstəlik şəhatənaməsindən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası, üçüncü-dördüncü funksional sinif. Qan dövranı çatışmazlığı, üçüncü funksional sinif. Miokardın arxa divarında koronar qan dövranının pozulmasına görə ##.##.2016-cı il tarixdə aparılmış “Aorta koronar şuntlama” əməliyyatından sonrakı vəziyyət. Hipertoniya xəstəliyi, ikinci dərəcəli” diaqnoz qoyulmuş, o, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, xəstəliyin hərbi xidmət dövründə alınması müəyyən edilmiuşdir. Agentliyin Tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarında qeyd edilmişdir ki, “...##.##.2023-cü il tarixdə aşağıda adlan göstərilən 22 nəfər vətəndaşların müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Füzuli rayon sakini ##.##.1984-cü il təvəllüdlü İddiaçı İslam oğlunun (FİN:*******) əlillik vəziyyəti tibb müəssisəsinin *******AALPJ nömrəli ##.##.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərarı verilmişdir. Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2022-ci il tarixli **** nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Ürəyin işemik xəstəliyi, gərginlik stenokardiyası, üçüncü-dördüncü funksional sinif qan dövranı çatışmazlığı, üçüncü funksional sinif miokardın arxa divarında koronar qan dövranının pozulmasına görə 25.10.16-cı il tarixdə aparılmış “Aorta-koronar şuntlama əməliyyatından sonrakı vəziyyət. Hipertoniya xəstəliyi, ikinci dərəcəli diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı təngnəfəslik, tez yorulma, tərləmə, ürək nahiyəsində ağrılardan şikayətlənmiş, anamnestik məlumatlarında aorta koronar şuntlama əməliyyatı keçirdiyini bildirmişdir. Müayinə zamanı ətraflarda ödəm izlənməmiş, tük örtüyü saxlanılmış, ağciyərlərdə durğunluq qeyd edilməmişdir. X5 ##.##.2022-##.##.2022-ci il tarixli çıxarışında diaqnoz “ÜIX stabil gərginlik stenokardiyası III fs. AKŞ əməliyyatından sonrakı vəziyyət. Xroniki ürək çatışmazlığı III fs. Arterial hipertenziya III dər. Çox yüksək əlavə risk” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun ##.##.2022- ##.##.2022-ci il tarixli çıxarışda diaqnoz “ÜIX Stabil gərginlik stenokardiyası III FS. İnfarktdan sonrakı kardiosleroz. AKŞ əməliyyatından sonrakı vəziyyət, xroniki ürək çatışmazlığı Il f.s” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun ##.##.2023-cü il tarixli Holter müayinəsinin nəticəsi “Xəstədə 24 saat EKQ-nin monitor müşahidəsi olub. Monitorinq müddətində sinus ritmi qeydə alındı. Ürək yığılmalarının ortalama sayı 77, max ÜYS- 125, min OYS 60 olmuşdur. Monitor dövrü ərzində taxi epizodu qeydə alınmamışdır Monitor dövrü ərzində pauza epizodu qeydə alınmadı. Monitor dövrü ərzində 5 SVE qeydə alındı. Monitor dövrü ərzində 16263 VE kompleks qeydə alındı” kimi qeyd olunmuşdur. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2023-cü il tarixli transtorakal exokardioqrafiya müayinəsinin nəticəsi “AKŞ əməliyyatından sonrakı vəziyyət (2016), sol mədəciyin sistoladiastolik boşluq ölçüləri böyüməyib və sisitolik funksiyası (LVEF-60%) pozulmayıb. Sol qulaqcıq və sağ boşluqlar normaldır. İVS və İAS tamdır. Seqmentar divar hərəkat qüsuru qeyd edilmir. Aorta kökü və qapaqlan digər qapaq aparatı normaldır. Perikard boşluğu təmizdir, PDA, ASD, VSD yoxdur. Rəngli Doppler EXO-KQ-də min MÇ, min-TÇ qeyd edilir kimi müəyyənləşdirilmişdir. Anamnestik məlumatlarda, instrumental və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas veren patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.” “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 tərəfindən verilmiş ##.##.2024cü il tarixli T***/**** saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...Vətəndaş S.İ.Həsənovun tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: I20.8-Stenokardiyanın digər formaları. ÜİX, stabil gərginlik stenokardiyası fs III; Ağırlaşma: Z95.1-Aorta koronar şuntlu transplantatın olması, AKŞ əməliyyatından sonrakı vəziyyət, I50.0-Durğunluq ürək çatmamazlığı, ürək çatışmamazlığı III dərəcə; Yanaşı xəstəliklər: I11.0-Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), hipertoniya xəstəliyi III mərhələ, çox yüksək əlavə risk” diaqnoz şəxsin stasionarda müalicəsi zamanı anamnestik kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilsə də, vətəndaşın ##.##.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı anamnestik məlumatlarda, instrumental və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən ürəyin patofunksional dəyişiklikləri aşkarlanmamış, saturasiyası (Sp02)-97%, nəbzi 80 vurğu kimi qiymətləndirilmişdir. Belə ki, ##.##.2024-cü il tarixdə özünün əyani müayinəsi zamanı aşağı ətraflarda periferik ödem, trofik pozuntular aşkar edilmədi. Forma 088 göndərişdə qeyd edilmiş əsas diaqnoz, ağırlaşmalar, yanaşı xəstəliklər hərbi xidmət dövründə alınmışdır (Əsas: **** nömrəli, ##.##.2022-ci il tarixli xəstəlik şəhadətnaməsi). Vətəndaş S.İ.Həsənov müəyyən edilən diaqnozla əlaqədar əlavə bərpaedici müalicəyə zərurət yarandığı təqdirdə cəlb edilə bilər. Vətəndaş S.İ.Həsənov barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdur.” “Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu” X1 tərəfindən verilmiş iddiaçıya aid epikrizdən görünür ki, “...İddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə Xroniki ürək çatışmazlığı II FS, ÜİX. İnfarktdan sonrakı kardioskleroz. AKŞ-dan sonrakı vəziyyət diaqnozu ilə stasionar müayinə və müalicə almışdır.” “Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu” X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli T***/**** saylı mütəxəssis rəyindən görünür ki, müayinə nəticəsində iddiaçıya I20.8 ÜİX: Stabil gərginlik stenokartdiyası İ fs. Z95.1 Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Məhkəmə sorğusu əsasında “Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...İddiaçı İslam oğlu müayinələrdən keçmişdir. İddiaçı İslam oğlunun tibbi kartında qeyd olunan müayinələrdən keçmiş və onların nəticələrinə əsasən İnstitutun həkim-kardioloqları tərəfindən xəstəyə funksional sinif İ uyğun diaqnoz təyin edilmişdir. Aparılmış kardioloji müayinələrin nəticələri III funksional sinif diaqnozunun obyektiv təsdiqini verməmişdir. Qeyd edilməlidir ki, ürək çatışmazlığının funksional sinfi xəstənin müalicə prosesindən, vəziyyətinin dinamikasından və yanaşı xəstəliklərin təsirindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən əvvəlki tibb müəssisələrindən təqdim edilən sənədlərdə qeyd olunan III funksional sinif hazırkı klinik vəziyyətlə uyğunluq təşkil etmir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “##.##.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 31-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildə hərbi xidmət vəzifələrini icrası edərkən idman hazırlığı zamanı döş qəfəsində göynəmə xarakterli ağrılar yaranmış və yıxılmışdır. Daha sonra onu tibb məntəqəsinə aparılmış, sonradan isə DSX Hərbi Hospitalına göndərilmişdir. ##.##.2016-cı il tarixdə açıq ürək əməliyyatı - “Aorta koronar şuntlama" əməliyyatı icra olunmuşdur. 2017-ci ildə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilməklə hərbi xidmətdən tərxis olunmuş və ona ikinci dərəcəli əlillik təyin olunmuşdur. 2022-ci ildə əlillik müddətinin qurtarması səbəbindən əlliliyə yenidən baxılması əsasıyla TSEK-ə göndəriş ünvanlanmış, lakin təkrar stasionar müalicəyə ehtiyacın olması əsası ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Bu səbəbdən xəstəliyi ilə əlaqədar stasionar müalicə aldıqdan sonra təkrarən TSEK-ə göndəriş ünvanlanması üçün müraciət etmişdir. Lakin ##.##.2023-cü tarixli qiymətləndirmənin nəticəsi olaraq TSEK tərəfindən əlilliyin müəyyən olunmasından imtina edilmiş, səbəb olaraq isə diaqnozun əlillik əlaməti təyin etməməsi göstərilmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan etirazını onunla əsaslandırılmışdır ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Beyləqan Rayon Mərkəzi Xəstəxanasının ##.##.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Stenokardiyanın digər formaları, ÜİX Stabil, gərginlik stenokardiyası. Aorto koronar şuntlu transplantatın olması, AKŞ əməliyyatından sonrakı vəziyyət”, Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, Agentliyin Tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli *-**- */*-*-*****/**** nömrəli qərarında qeyd edilənlər təkrarlanmışdır. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, göndərişdə qeyd olunan diaqnoz təsdiqini tapmadığı halda məhkəmə eksepert rəyinə əsaslanaraq qərar qəbul etmişdir. Halbuki, ekspert rəyi ilə əlillik təyin edilmişdir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı, cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişlər və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

2. Göndərişin verilməsi qaydası

2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları

2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”

2.2. Ürəyin işemik I20 xəstəliyi I25 Qiymətləndirmə 2.2.1. ÜDS-nin mülayim 35- 1 il disfunksiyası: 60 stenokardiya və ya ağrısız işemiya FS III (50 Vatt və ya 2- 3,9 METs); XÜÇ IIA mərhələ olduqda. Miokardın revaskulyarizasiyası mümkün olmadıqda 2.3. Ürəyin xroniki işemik I25 xəstəliyi Ürək çatışmazlığı I50 Ürək ritminin digər I49 pozuntuları

Ürək və damar Z95 implantlarının və qreftlərin (transplantlarının) olması Qiymətləndirmə

2.3.1 ÜDS-nin mülayim 35- 1 il disfunksiyası: FS 60 III, XÜÇ IIA mərhələ

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, göndərişdə qeyd edilmiş xəstəliklər işdə olan sübutlarla təsdiqinin tapır və bu səbəbdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Əsasnaməyə əsasən əlillik təyinatına əsas verir. İşin müəyyən edilmiş hallarından görünür ki, Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində əsas diaqnoz: I20.8-Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası, FS III; Ağırlaşmalar: I50.0-Durğunluq ürək çatmamazlığı, ürək çatışmamazlığı III dərəcə, Z95.1-Aortokoronar şuntlu transplantatın olması, AKŞ əməliyyatdan sonrakı vəziyyət; Yanaşı xəstəliklər: I11.0-Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, hipertoniya xəstəliyi III mərhələ çox yüksək əlavə risk diaqnozu ilə bağlı ##.##.2023-cü il tarixli K********XRH nömrəli göndəriş rəsmiləşdirilmişdir. İddiaçı barəsində tərtib edilmiş K********XRH nömrəli göndəriş cavabdeh tərəfindən qiymətləndirilmiş və ##.##.2023-cü il tarixli “Diaqnoz əlillik əlaməti təyin etməməsi” barədə qərar qəbul edilmişdir. Qərar elektron sistemə ##.##.2023-cü il tarixdə yerləşdirilmişdir. ##.##.2022-ci il tarixli **** nömrəli xəstəlik şəhatənaməsindən görünür ki, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən iddiaçıya “Ürəyin işemik xəstəliyi. Gərginlik stenokardiyası, üçüncü-dördüncü funksional sinif. Qan dövranı çatışmazlığı, üçüncü funksional sinif. Miokardın arxa divarında koronar qan dövranının pozulmasına görə ##.##.2016-cı il tarixdə aparılmış “Aorta koronar şuntlama” əməliyyatından sonrakı vəziyyət. Hipertoniya xəstəliyi, ikinci dərəcəli” diaqnoz qoyulmuş, o, həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, xəstəliyin hərbi xidmət dövründə alınması müəyyən edilmiuşdir. İddiaçının müraciətinə əsasən vətəndaşın əyani müayinəsini həyata keçirmiş və Agentliyin Tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.” Həmin qərarın iddiaçıya təqdim edilməsi barədə məlumat yoxdur. “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 tərəfindən verilmiş ##.##.2024cü il tarixli T***/**** saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, “...Vətəndaş S.İ.Həsənovun tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş göndərişdə qeyd edilən “Əsas diaqnoz: I20.8-Stenokardiyanın digər formaları. ÜİX, stabil gərginlik stenokardiyası fs III; Ağırlaşma: Z95.1-Aorta koronar şuntlu transplantatın olması, AKŞ əməliyyatından sonrakı vəziyyət, I50.0-Durğunluq ürək çatmamazlığı, ürək çatışmamazlığı III dərəcə; Yanaşı xəstəliklər: I11.0-Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəlik(-yi), hipertoniya xəstəliyi III mərhələ, çox yüksək əlavə risk” diaqnoz şəxsin stasionarda müalicəsi zamanı anamnestik kliniki, laboratorinstrumental müayinələrin nəticələri əsasında müəyyən edilsə də, vətəndaşın ##.##.2024-cü il tarixdə DTSERA-da əyani müayinəsi zamanı anamnestik məlumatlarda, instrumental və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verən ürəyin patofunksional dəyişiklikləri aşkarlanmamış, saturasiyası (Sp02)-97%, nəbzi 80 vurğu kimi qiymətləndirilmişdir. Belə ki, ##.##.2024-cü il tarixdə özünün əyani müayinəsi zamanı aşağı ətraflarda periferik ödem, trofik pozuntular aşkar edilmədi. Forma 088 göndərişdə qeyd edilmiş əsas diaqnoz, ağırlaşmalar, yanaşı xəstəliklər hərbi xidmət dövründə alınmışdır (Əsas: **** nömrəli, ##.##.2022-ci il tarixli xəstəlik şəhadətnaməsi). Vətəndaş S.İ.Həsənov müəyyən edilən diaqnozla əlaqədar əlavə bərpaedici müalicəyə zərurət yarandığı təqdirdə cəlb edilə bilər. Vətəndaş S.İ.Həsənov barəsində müvafiq tibb müəssisəsinin verdiyi göndəriş tam doldurulmuşdur.” “Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu” X1 tərəfindən verilmiş iddiaçıya aid epikrizdən görünür ki, “...İddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə Xroniki ürək çatışmazlığı II FS, ÜİX. İnfarktdan sonrakı kardioskleroz. AKŞ-dan sonrakı vəziyyət diaqnozu ilə stasionar müayinə və müalicə almışdır.” “Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu” X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli T***/**** saylı mütəxəssis rəyindən görünür ki, müayinə nəticəsində iddiaçıya I20.8 ÜİX: Stabil gərginlik stenokartdiyası İ fs. Z95.1 Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Məhkəmə sorğusu əsasında “Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu” X1 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...İddiaçı İslam oğlu müayinələrdən keçmişdir. İddiaçı İslam oğlunun tibbi kartında qeyd olunan müayinələrdən keçmiş və onların nəticələrinə əsasən İnstitutun həkim-kardioloqları tərəfindən xəstəyə funksional sinif İ uyğun diaqnoz təyin edilmişdir. Aparılmış kardioloji müayinələrin nəticələri III funksional sinif diaqnozunun obyektiv təsdiqini verməmişdir. Qeyd edilməlidir ki, ürək çatışmazlığının funksional sinfi xəstənin müalicə prosesindən, vəziyyətinin dinamikasından və yanaşı xəstəliklərin təsirindən asılı olaraq dəyişə bilər. Bu səbəbdən əvvəlki tibb müəssisələrindən təqdim edilən sənədlərdə qeyd olunan III funksional sinif hazırkı klinik vəziyyətlə uyğunluq təşkil etmir.” Kollegiya iddia müddəti ilə bağlı xüsusi mümkünlük şərtinə münasibətdə bildirir ki, mübahisələndirilən ##.##.2023-cü il tarixli qərar elektron sistemə ##.##.2023-cü il tarixdə yerləşdirilmişdir. İddiaçının müraciətinə əsasən vətəndaşın əyani müayinəsini həyata keçirmiş və Agentliyin Tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli *-**-*/*-*-*****/**** nömrəli qərarı ilə “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.” Həmin qərarın iddiaçıya təqdim edilməsi barədə məlumat yoxdur. İddiaçının iddia ərizəsi ##.##.2023cü ildə qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsi iddianı mümkün hesam etmişdir. İddia müddəti ilə bağlı xüsusi mümkünlük şərti apellyasiya şikayətinin dəlili deyil. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti üzrə gəldiyi nəticə aşağıdakılarından irəli gəlir. Normativ tənzimləməyə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında həyata keçirilir və bu qiymətləndirmə məhz göndərişdə əks olunmuş diaqnozlar, tibbi göstəricilər və sənədlər çərçivəsində aparılır. Bu baxımdan, əlillik dərəcəsinin müəyyən edilməsi göndərişdə göstərilən xəstəlik və funksional pozuntuların tibbisosial ekspertiza zamanı təsdiqini tapması ilə şərtlənir. Formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Beyləqan Rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçı barəsində ##.##.2023-cü il tarixli K********XRH nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə iddiaçıya qoyulmuş diaqnozlar aşağıdakı qaydada olmuşdur: Əsas diaqnoz: I20.8-Stenokardiyanın digər formaları, ÜİX stabil gərginlik stenokardiyası, FS III; Ağırlaşmalar: I50.0-Durğunluq ürək çatmamazlığı, ürək çatışmamazlığı III dərəcə, Z95.1- Aortokoronar şuntlu transplantatın olması, AKŞ əməliyyatdan sonrakı vəziyyət; Yanaşı xəstəliklər: I11.0-Durğunluq ürək çatmamazlığı ilə müşayiət olunan, əsasən ürəyin zədələnməsi ilə hipertenziv (hipertoniya) xəstəliyi, hipertoniya xəstəliyi III mərhələ çox yüksək əlavə risk. Kollegiya iş materiallarında olan “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli T***/**** saylı ekspert rəyinə tənqidi yanaşır. Belə ki, həmin rəy hər hansı tədqiqat nəticəsində gəlinmiş nəticəni əks etdirmir. Rəydə göndərişdə, cavabdehin qərarında və digər tibbi sənədlərdə göstərilənlər rəyin nəticə hissəsinə köçürülmüşdür. Həmin rəy ilə birinci instansiya məhkəməsi də razılaşmamış və buna görə də iddiaçının xəstəliyi ilə bağlı ixtisaslaşmış tibb müəssisəsi olan “Akademik C.M.Abdullayev adına Elmi- Tədqiqat Kardiologiya İnstitutu” X1 tərəfindən rəy alınmışdır. İddiaçı barəsində tərtib edilmiş ##.##.2023-cü il tarixli K********XRH nömrəli göndərişdə qeyd edilmiş xəstəlik ilə bağlı Respublikada ixtisaslaşmış tibb müəssisəsi olan - Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu” X1 tərəfindən verilmiş iddiaçıya aid epikrizdən görünür ki, “...İddiaçı ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixə Xroniki ürək çatışmazlığı II FS, ÜİX. İnfarktdan sonrakı kardioskleroz. AKŞ-dan sonrakı vəziyyət diaqnozu ilə stasionar müayinə və müalicə almışdır.” Həmçinin, “Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu” X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli T***/**** saylı mütəxəssis rəyindən də görünür ki, müayinə nəticəsində iddiaçıya I20.8 ÜİX: Stabil gərginlik stenokartdiyası İ fs. Z95.1 Aorta koronar şuntlama əməliyyatından sonrakı vəziyyət” diaqnozu qoyulmuşdur. Göndərişdə isə xəstəlik üzrə qeyd edilən vəziyyət III FS kimi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması Meyarları”nda iddiaçının xəstəliyi ilə bağlı “Qan dövranı sisteminin xəstəlikləri” adlanan 2-ci bəndə olan xəstəliklər araşdırılarkən məlum olur ki, iddiaçıya göndərişdə qeyd edilən xəstəlik üzrə əlillik təyin edilməsi üçün “FS azı III” olmalıdır. İddiaçı isə bu “FS II” dir. Nəzərə almaq lazımdır ki, iddiaçı barəsində rəsmiləşdirilmiş ##.##.2023-cü il tarixli K********XRH nömrəli göndərişdə qeyd edilmiş diaqnoz həmin xəstəlik üzrə Respublikada ixtisaslaşmış tibb mərkəzi olan Səhiyyə Nazirliyi “Akademik C.M.Abdullayev adına Elmi- Tədqiqat Kardiologiya İnstitutu” X1 tərəfindən qiymətləndirilmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə “Beyləxan Rayon Mərkəzi Xəstəxanası” X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Göründüyü kimi qanunvericilik hər hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir. Hazırki işin faktiki halından, birinci instansiya məhkəməsinin qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, baxılan işin nəticəsi olaraq, “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” X1 üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar həmin şəxs üçün hüquqi nəticə, o cümlədən vəzifə və öhdəlik yaratmır. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərilməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Beləliklə, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən iddiaçı ##.##.2023-cü il tarixli qərarın ləğv edilməsini və həmin tarixdən ona əlilik təyin edilməsini tələb etməkdə haqlı sayıla bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməli, həmçinin, hazırkı iş üzrə “Beyləxan Rayon Mərkəzi Xəstəxanası” X1 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı İddiaçı İslam oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi X1rşı “##.##.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 31-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi təmin edilməsin. “Beyləxan Rayon Mərkəzi Xəstəxanası” X1 iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar