Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-641/2025 14.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğv edilməsi ilə bağlı inzibati icraatın aparılması, qərarın ləğv edilməsinə əsas olan halın inzibati orqana məlum olma vaxtı, etimad hüququ və hüquqi müəyyənlik) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ÖdənişlərinTəyinatı üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyanın bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli 2-1(120)-1474/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçıya məxsus AZE seriyalı 0******* №-li şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1956-cı ildə Sabirabad rayonu, Muğangəncəli kəndində doğulmuş Hüseynov X1 rayonu, Muğan Gəncəli kəndində qeydiyyatdadır. H3 seriyalı ******* №-li hərbi biletdən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək Azərbaycan SSR Ordu sıralarında hərbi xidmət keçmişdir (2 il 11 gün). MT-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq və tərcümə olunmuş surətindən görünür ki, İddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: - “Az. KəndTəsərrüfatı Su kəməri tikintisi” İ/B PMK-5 qəbul olana qədər - xx.xx.1977ci ildə ikinci çökdürmə çəni obyektinə 2-ci dərəcə ilə fəhlə qəbul edilmişdir ( xx.xx.1977-ci il tarixli 45 №-li əmr); - xx.xx.1977-ci ildə 2-ci dərəcəli fəhlə 3-cü dərəcə ilə 93-29 saylı yük qaldırma 2,5 ton olan avtomobil sürücüsü vəzifəsinə köçürülmüşdür (xx.xx.1977-ci il tarixli 72 №-li əmr); - xx.xx.1979-cu ildə sürücü öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.1979-cu il tarixli 87 №-li əmr) (2 il 5 ay 29 gün); - xx.xx.1979-cu ildə sürücü vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.1979-cu il tarixli 108 №-li əmr); - xx.xx.1980-ci ildə ikinci dərəcə ilə fəhlə köçürülmüş (xx.xx.1980-ci il tarixli 11 №-li əmr); - xx.xx.1980-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir ( xx.xx.1980ci il tarixli 49 №-li əmr) (5 ay 24 gün); - xx.xx.1980-ci il də 2709 saylı avtokolona üçüncü dərəcə sürücü vəzifəsinə qəbul edilmişdir ( xx.xx.1980-ci il tarixli 1111/s №-li əmr); - xx.xx.1983-cü ildə öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.1983-cü il tarixli 42/1s №-li əmr) (2 il 10 ay 24 gün); - xx.xx.1983-cü il tarixdə “Az. X10 kəməri tikintisi” İ/B PMK-5 - xx.xx.1983-cü il tarixdən boru çəkilişi sahəsinə 2-ci dərəcə ilə fəhlə vəzifəsinə qəbul edilmişdir ( xx.xx.1983-cü il tarixli 47 №-li əmr 8-5); - xx.xx.1983-cü ildə 1 saylı briqadaya 5-ci dərəcə ilə izoləedici vəzifəsinə qəbul edilmişdir (xx.xx.1983-cü il tarixli 74a №-li əmr); - xx.xx.1984-cü ildə 24 aprel tarixindən 03 may 1984-cü il tarixinə qədər özbaşına işə çıxmadığı üçün 3 may 1984-cü ildən işdən azad edilmişdir ( xx.xx.1984-cü il tarixli 37 №-li əmr) (11 ay 3 gün); - xx.xx.1984-cü ildə 3 saylı Trestin Salyan UMSR-ə 3-cü dərəcə ilə sürücü vəzifəsinə qəbul edilmişdir (xx.xx.1984-cü il tarixli 46 №-li əmr); - xx.xx.1986-cı ildə öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.1986-cı il tarixli 37 №-li əmr) (1 il 10 ay 24 gün); - xx.xx.1986-cı il tarixdə “Az. X10 kəməri tikintisi” İ/B PMK-5- 4-cü dərəcə ilə müvəqqəti olaraq avtomobil qarajına avto çilingər vəzifəsinə qəbul edilmişdir (xx.xx.1986cı il tarixli 37 №-li əmr); - xx.xx.1986-cı il tarixdə 22-62 AQP MAZ-504 avtomobilinə 3-cü dərəcə ilə sürücü vəzifəsinə qəbul edilmişdir (xx.xx.1986-cı il tarixli 62a №-li §7); - xx.xx.1986-cı il tarixdə Müvəqqəti olaraq 4-cü dərəcə ilə traktor parkına çilingər vəzifəsinə qəbul edilmişdir (xx.xx.1986-cı il tarixli 105 №-li əmr §7); - xx.xx.1987-ci ildə DT-75 traktoruna 4-cü dərəcə ilə traktorçu vəzifəsinə qəbul edilmişdir (xx.xx.1987-ci il tarixli 105 №-li əmr §5); - xx.xx.1987-ci ildə 5-ci dərəcə ilə traktorçu vəzifəsinə köçürülmüşdür (xx.xx.1987-ci il tarixli 31 №-li əmr §6); - xx.xx.1987-ci il tarixdə avtomobil qarajına 4-cü dərəcə ilə çilingər vəzifəsinə köçürülmüşdür (xx.xx.1987-ci il tarixli 43 №-li §10); - xx.xx.1987-ci ildə öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.1987-ci il tarixli 70 №-li əmr) (1 il 4 ay 4 gün); - xx.xx.1987-ci ildə Salyan MRSP-yə 1-ci dərəcə ilə fəhlə vəzifəsinə qəbul edilmişdir (xx.xx.1987-ci il tarixli 6 №-li əmr §-1); - xx.xx.1988-ci il tarixdə 4-cü dərəcə ilə bənna vəzifəsinə qəbul edilmişdir (xx.xx.1988-ci il tarixli 36 №-li əmr §-1); - xx.xx.1990-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (xx.xx.1990-cı il tarixli 58 №-li § 1) (3 il 1 ay 12 gün); - xx.xx.1990-cı il tarixdə bənna vəzifəsinə qəbul edilmişdir Əmr № § -1 55); - xx.xx.1992-ci ildə öz ərizəsinə əsasən bənna vəzifəsindən azad edilmişdir ( §1 Əmr № 79) (1 il 3 ay 27 gün); - xx.xx.1992-ci ildə 13 №-li Mexaniki İdarəyə bənna vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 15) - xx.xx.1994-cü ildən öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 90, xx.xx.1994-cü il (tarixli) (2 il 8 ay 15 gün). - MT-İ ******* №-li əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdən Salmanlı nasos stasiyasına 4-cü dərəcəli maşinist vəzifəsinə qəbul edilmişdir (xx.xx.1994-cü il tarixli 130 №-li əmr); - xx.xx.2003-cü il tarixdə öz ərizəsinə əsasən işdən azad edilmişdir (Əmr № 66, xx.xx.2003-cü il) (8 il 4 ay 12 gün). Azərbaycan Meliorasiya və X11 Səhmdar Cəmiyyətinin X5 İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 142 №-li arayışdan görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixli 130 №li əmrə əsasən Salmanlı nasos stasiyasına 4-cü dərəcəli maşinist işinə daxil olduğu gündən 2003-cü ilədək DSMM fonduna tutulmalar olmuşdur. X7 İdarəsinin B-3 formalarına əsasən əmək haqqından 28136 AZN tutularaq DSMM fondu hesabına köçürülmüşdür. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2- 213i30/2024 saylı məktubu ilə təqdim olunmuş İddiaçı məxsus pensiya işinə və inzibati icraat materialına əlavə olunmuş Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın “Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Sözügedən qərarın 12-ci bəndinin qeyd hissəsində Fondun Mil-Muğan regional Filialında pensiya işlərinin seçmə üsulla araşdırılması zamanı məlum olmuşdur ki, vətəndaş İddiaçı pensiya təyin edilərkən sosial sığorta stajı düzgün müəyyən edilməmişdir. Belə ki, əmək kitabçasının doldurulması qaydası pozulduğu üçün xx.xx.1994-cü il və xx.xx.2003-cü illərin sığorta stajında hesablanması qaydası qanuna müvafiq hesab olunmur. Tərtib olunmuş aktda isə əmək haqqı cədvəlləri saxlanılmadığı qeyd edilmişdir. Vətəndaşın tələb olunan 25 il sığorta stajı və xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilə qədər pensiya kapitalı olmadığı üçün pensiya işi dayandırılır. Ümumilikdə ödənilmiş 5427.28 manat nəzərə alınsın. “Əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-1/1-H-74711/2024 saylı qərardan görünür ki, qərarın 8-ci bəndində imtinanın səbəbi “Əmək pensiyaları haqqında” Azərbaycan Respulikası Qanununun 7-ci maddəsinə uyğun olaraq tələb olunan pensiya kapitalı və sığorta stajı olmadığından vətəndaşın yaşa görə əmək pensiyası hüququ yaranmır. xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1992xx.xx.1994-cü il tarixli əmr nömrələrinin tarixləri olmadığından və işdən azad olma kiril qrafikalı SSR möhürü olduğundan staja daxil edilmədiyi qeyd olunmuşdur. X8 Filialı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-48-DA/9F-2-591/2024 saylı arxiv çıxarışından (X8 filialında mühafizə olunan Salyan rayon 5 №-li X2 1977-1980, 1983- 1984, 1986-1987, Salyan rayon Təsərrüfatlararası Təmir Tikinti müəssisənin 1987-1990, Salyan 13 saylı Mexaniki idarəsinin 1992-1994-cü illərə aid şəxsi heyət üzrə əmr və əmək haqqı cədvəllərindən) görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən 2-ci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir (Əmr № 45, §4, xx.xx.1977); 2-ci dərəcəli fəhlə həmin tarixdən 3-cü dərəcəli sürücü vəzifəsinə keçirilmişdir) Əmr № 72, §7, xx.xx.1977); xx.xx.1979-cu il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (Əmr № 87, §4, xx.xx.1979); xx.xx.1979-cu il tarixdən sürücü qəbul olunmuşdur (Əmr № 108, §1, xx.xx.1979); sürücü 2-ci dərəcəli fəhlə keçirilmişdir (Əmr № 11, §1, xx.xx.1980); 2-ci dərəcəli fəhlə öz arzusu ilə işdən azad edilmişdir (Əmr № 49, §1, xx.xx.1980); xx.xx.1983-cü il tarixdən 2-ci dərəcəli fəhlə qəbul olunmuşdur (Əmr № 47, §5, xx.xx.1983); İddiaçı Salyan-Astara yolunda təzyiqli su boru çəkilişi üçün ayrılmışdır- izalyator 5-ci dərəcə (Əmr № 74a, xx.xx.1983); 5-ci dərəcəli izalyator 24.04.-xx.xx.1984-cü il tarixlərində işə gəlmədiyi üçün xx.xx.1984-cü ildə işdən azad olmuşdur (Əmr № 37, §7, xx.xx.1984); xx.xx.1986-cı il tarixdə 4-cü dərəcəli avtoslesser qəbul olunmuşdur (Əmr № 67, §7, xx.xx.1986); xx.xx.1986-cı il tarixdə 3-cü dərəcə sürücü keçirilsin (Əmr № 62a, §7, xx.xx.1986); 3-cü dərəcəli sürücü müvəqqəti olaraq xx.xx.1986-cı il tarixdən traktor parkına çilingər keçirilmişdir (Əmr № 105, §7, xx.xx.1986); müvəqqəti 3-cü dərəcəli çilingər 4-cü dərəcəli troktrist keçirilmişdir (Əmr № 5, §5,xx.xx.1987); 4-cü dərəcəli troktrist xx.xx.1987-ci ildə 5-dərəcə verilsin (Əmr № 31, §6,xx.xx.1987); xx.xx.1987-ci il tarixdə 4-dərəcə çilingər keçirilmişdir (Əmr № 43, §10,xx.xx.1987); 4-dərəcəli çilingər öz xahişi ilə xx.xx.1987-ci il tarixdən işdən azad edilmişdir (Əmr № 70, §xx.xx.1987); Salyan rayon Təsərrüfatlararası Təmir Tikinti müəssisəsi - xx.xx.1987-ci il tarixdən 1-ci dərəcəli fəhlə qəbul olunsun (Əmr № 6, §1); növbəti məzuniyyət vaxtı çatdığı üçün xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi 17 iş günü məzuniyyətə buraxılmışdır (Əmr № 77, §1); xx.xx.1990-cı il tarixdən verdiyi ərizəyə əsasən işdən azad edilmişdir ( Əmr № 75, §2). Salyan 13 saylı Mexaniki İdarəs i- İddiaçı xx.xx.1992-ci il tarixdən tikinti ustası Məmmədovun sahəsinə 5-ci dərəcəli bənna peşəsinə qəbul edilmişdir (Əmr № 36, §1, xx.xx.1992). 1994-cü ilə aid idarənin şəxsi heyət üzrə əmrləri filiala təhvil verilmədiyi üçün İddiaçı işdən azad olmasını təsdiq etmək mümkün olmamışdır. Arayışda İddiaçı (ata adı qeyd edilməmişdir) 1994-cü ilun yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları üzrə əmək haqqı aldığı müəyyən olunur. Arayışın qeyd hissəsində-Salyan rayon 2709 №-li Avtobazanın heç bir işi, 3 №-li Trestin 1984-1986-cı illərə aid heç bir işi, “Mənzil” Koopertivinin heç bir işi filiala təhvil verilmədəyi üçün İddiaçı həmin təşkilatlarda iş fəaliyyətini təsdiq etmək mümkün olmamışdır. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqanın xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-269042/2023 saylı cavab məktubunda qeyd olunmuşdur ki, “...Sizə xx.xx.2021-ci il tarixdən 27 il 6 ay 21 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2023-cü il tarixinədək ödənişi davam etdirilmişdir. Əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövrün araşdırılması zərurəti yaranmışdır. Fondun Mil-Muğan filialının xx.xx.2023-cü il tarixli aktına əsasən xx.xx.1994cü il tarixdən xx.xx.2003-cü il tarixinədək X4 əmək haqqı kitablarının müəssisədə saxlanılmaması səbəbindən sözügedən dövrlərin araşdırılaraq sığorta stajına daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. xx.xx.2006-cı il tarixidnən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Xidməti yoxlama nəticəsində 19 il 2 ay 13 gün sığorta stajı (xx.xx.1974-cü il tarixindən xx.xx.1976-cı il tarixinədək hərbi ixdmətdə olduğu müddət də nəzərə alınmaqla) olduğu halda, ona 27 il 6 ay 21 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyasının təyin edildiyi müəyyən olunmuşdur. Bu səbəbdən yaşa görə əmək pensiyası ləöv edilmiş və xx.xx.2021-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək ona əmək pensiyası üzrə ödənilən məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta altsistemində olan məlumatlara əsasən aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunveiciliyin tələbləri baxımından mümkün hesab edilmir. Aktiv vergi ödəyicisi kimi fəaliyyətinin dondurulması və ya ləğv olunması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən ətraflı vergi arayışı təqdim etdikdən sonra təkrar müraciəti əsasında yaşa görə sosial müavinət hüququna yenidən baxılacaqdır.” “Yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması haqqında” cavab məktubunda (məktubun tarixi və nömrəsi qeyd olunmamışdır) qeyd olunmuşdur ki, “...Təqdim olunmuş sənədlərin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixindək hərbi xidmətdə olduğu müddətdə nəzərə alınmaqla ümumi sığorta stajı 23 il 1 ay 1 gün təşkil edir. Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əmək kitabçasının və təqdim olunmuş X5 İdarəsinin xx.xx.2024-cü il tarixli arayışının surətindən qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1994-cü il tarixinədən xx.xx.2003-cü il tarixinədək X6 əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun Mil-Muğan regional filialının xx.xx.2024-cü il tarixində tərtib etdiyi akta əsasən sözügedən dövr üzrə adına əmək haqqı hesablanması xx.xx.1994-cü il tarixindən xx.xx.2002-ci il tarixinədək olan dövr sığorta stajına daxil edilmişdir. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən əmək kitabçasının surətində qeyd edilmiş müvafiq dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1990cı il tarixdən xx.xx.1992-ci il tarixinədək olan dövr üzrə işə daxil olma və işdən azad olma əmri kiril qrafikalı SSRİ möhürü ilə təsdiq olunduğundan) sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilmir. Ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün nəzərdə tutulan (25 ildən) az olduğuna görə ona bu növ pensiyanın təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib. Ona xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ÖdənişlərinTəyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək onun xx.xx.1994-cü ildən 2003-cü ilədək X6 işlədiyi illərin sığorta stajı kimi hesablanaraq ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, ona yaşa görə təyin olunmuş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1956-cı il təvəllüdlüdür. İstehsalatın müxtəlif sahələrində işləmiş və onun ümumi iş stajı 25 ildən çoxdur. Ona xx.xx.2021-ci il tarixdən 27 il 6 ay 21 gün sığorta stajı əsasında yaşa görə əmək pensiyası təyin edilmiş və həmin pensiya ona xx.xx.2023-cü il tarixədək verilmişdir. Sonradan pensiyası dayandırılmışdır. Pensiyasının dayandırılmasına səbəb isə xx.xx.1994-cü il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövr araşdırılmış və X4 əmək haqqı kitablarının müəssisədə saxlanılmaması səbəbindən sözügedən dövrlərin sığorta stajına daxil edilməsinin qanunvericiliklə nəzərdə tutulmaması qeyd olunmuşdur. O, xx.xx.1994-cü ildən 2003-cü ilədək X6 işləmişdir. İşlədiyi bütün dövr ərzində illər üzrə əmək haqqından Dövlət Sosial Müdafiə Fonduna tutulmalar olmuşdur. Bu barədə X5 idarəsinin 29 mart 2024-cü il tarixli 142 nömrəli arayışında illər üzrə Fonda təqdim olunmuş hesabatlarda bütün tutulmaların məbləğləri və yekun məbləğ qeyd olunmuşdur. Bundan əlavə 2 il həqiqi hərbi xidmət etmişdir. Lakin bütün bunlar nəzərə alınmadan əsassız bir qərarla pensiyası dayandırılmışdır. Ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin bundan imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda göstərmişdir ki, iddiaçının təqdim etdiyi ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət illəri, ******* nömrəli əmək kitabçasının surətinə əsasən xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986-cı il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək mübahisələndirilməyən ümumi iş stajı 23 il 1 ay 1 gün təşkil edir. “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş müvafiq dövrlərin doldurulma qaydası pozulduğu üçün (xx.xx.1990-cı il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövr üzrə işə daxil olma və işdən azad olma əmrlərinin tarixi qeyd olunmadığından, həmçinin xx.xx.1992-ci il tarixdən xx.xx.1994-cü il tarixədək işə daxil olma əmrinin tarixi qeyd olunmadığından və işdən azad olma əmri kiril qrafikalı SSRİ möhürü ilə təsdiq olunduğundan) sözügedən dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Həmçinin, Nazirliyin elektron informasiya sisteminin Pensiya altsistemində aşkar edilən məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Hazırda qüvvədə olan istərsə də mübahisəli dövrlər üzrə qüvvədə olmuş pensiya qanunvericiliyinə görə işçiyə pensiya ödənilməsi üçün müəssisə tərəfindən müvafiq sosial sığorta ödənişi aparılması mütləqdir və yalnız bu halda iş müddəti sosial sığorta stajına daxil edilir. Hazırkı işlə əlaqədar müəssisənin MDSS üzrə hesabatları aşkarlanmadığından həmin illər sosial sığorta stajına daxil edilməmişdir. İddiaçının yaşa görə pensiya hüququnun yaranması üçün tələb olunan iki şərtdən heç birini ödənilmədiyindən, yəni fərdi hesabın sığorta hissəsində əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalına, pensiya kapitalı toplanmadığı təqdirdə ən azı 25 il sığorta stajına malik olmadığından yaşa görə pensiya almaq hüququ yaranmamışdır. Şirvan İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli 2-1(120)-1474/2025 nömrəli qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə mübahisəli dövrlərə dair iddiaçının işlədiyi müəssisələrin fəaliyyəti məhkəmə tərəfindən araşdırma aparılmamışdır. Apellyasiya şikayətinə dair etiraz: Etiraz onunla əsaslandırılmışdır ki, 1994-cü ildə işdən çıxması barədə əmr arxiv məlumatlarında aşkarlanmasada, oktyabr ayı daxil əmək haqqı alması faktı təsdiq olunur. Bununla da onun hərbi xidmət dövrü də daxil olmaqla sığorta stajı 26 il 1 ay 29 gün təşkil etdiyi müəyyən olunmuşdur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. İddiaçı məhkəməyə teleqramla müraciət edərək, səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini qeyd edərək, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iştirakı olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Kollegiya iddiaçının məhkəmə iclasının təxirə salınması barədə ərizəsinin nəzərə alınmaması ilə bağlı bildirir ki, İPM-in 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. MPM-in 185ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Göründüyü kimi qanunvericilk işdə iştirak edən şəxslərin üzərinə məhkəmə iclasına gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmək və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmək öhdəliyi qoymuşdur. Hələ bundan sonra məhkəmə həmin halı üzürlü hesab edərsə, məhkəmə iclası təxirə salına bilər. Hazırki iş üzrə isə iddiaçı qanunvericiliyin tələb etdiyi şəkildə davranmayaraq, heç bir sübut olmadan yalnız səhhəti ilə əlaqədar olmasını bildirərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və iclasın təxirə salınmasını xahiş etmişdir. Bunun əksi isə o, anlama gəlir ki, istənilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək heç bir sübut olmadan məhkəmə iclasının təxirə salınmasını xahiş edərsə, məhkəmə məhkəmə iclasını təxirə salmalıdır. Bu isə qanunauyğun davranış deyil. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli 2-1(120)-1474/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 №-li qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə (xx.xx.2006-cı il tarixədək qüvvədə olmuşdur):
1. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları: 3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq 2 hissəyə bölünür: Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2.1. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır.
Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur.
Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işdə olan sübutlarla iddiaçının 65 yaşının və azı 25 il sığorta stajının olması sübut edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İş üzrə müəyyən edilir ki, cavabdeh orqan iddiaçının mübahisələndirilən xx.xx.2023cü il tarixli qərar üzrə əmək kitabçasında qeyd edilmiş xx.xx.1994-xx.xx.2003-cü illər üzrə əmək fəaliyyəti dövrlərini sonradan nəzərə almamış və nəticədə xx.xx.2021-ci il tarixdə təyin etdiyi yaşa görə əmək pensiyasını dayandırmışdır. Sonradan xx.xx.2024-cü il tarixli 3-17-1/1-H-74711/2024 saylı qərar ilə bu dəfə iddiaçının xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmət müddətini, xx.xx.1979-cu il tarixdən xx.xx.1979-cu il tarixədək, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1980-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1986-cı il tarixədək, xx.xx.1986cı il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək, xx.xx.1994-cü il tarixdən xx.xx.2002-ci il tarixədək əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla mübahisələndirilməyən ümumi iş stajı kimi 23 il 1 ay 1 gün sığorta stajını qəbul etmiş, xx.xx.1990-xx.xx.1992-ci il və xx.xx.1992-xx.xx.1994-cü il tarixli əmr nömrələrinin tarixləri olmadığından və işdən azad olma kiril qrafikalı SSR möhürü olduğundan qeyd edilən dövləri nəzərə almamışdır. Bininci instansiya məhkəməsi xx.xx.1990-xx.xx.1992-ci il üzrə dövrləri nəzərə almadan iddiaçının azı 25 il sığorta satjının olmasını müyyən etmişdir. Kollegiya ilk öncə iddiaçıya təyin olunmuş əmək pensiyasının bərpa olunması ilə bağlı vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırkı iddiaçıya ümumiyyətlə, yaşa əmək pensiyasının təyin olunması üçün iki şərtdən birinə əməl olunmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt (xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir) iddiaçı tərəfindən ödənilmişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi xx.xx.1956-cı il təvəllüdlü iddiaçının xx.xx.2021-ci il tarixdə, 65 yaşının tamam olması yəni pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. Azı 25 il sığorta stajına münasibətdə kollegiya işin mübahisəli halı ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və "hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Yuxarıda istinad olunan normalara görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, təqdim olunan sənədlərdəki məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, istinad olunan normaların müddəaları baxımından iddiaçının iş illəri onun əmək kitabçası və arxiv arayışı ilə təsdiq olunmuşdur. Belə ki, X8 Filialının xx.xx.2024-cü il tarixli 3-48DA/9F-2-591/2024 saylı arxiv çıxarışı ilə İddiaçı xx.xx.1992-ci il tarixdən xx.xx.1994cü il tarixədək Salyan 13 saylı Mexaniki İdarəsində işləməsi və əmək haqqı alması təsdiq olunur. Belə ki, İddiaçı 1994-cü ildə işdən çıxması barədə əmr olmasa da, arayışda sonuncunun oktyabr ayı daxil əmək haqqı alması faktı təsdiq olunur. Beləliklə iş materialları ilə hətta əmək kitabçasında qeyd edilmiş xx.xx.1990xx.xx.1992-ci illər üzrə nəzərə alınmadan iddiaçının azı 25 il sığorta stajının olması təsdiq edilir (xx.xx.1974-xx.xx.1976 hərbi xidmət 2 il 11 gün + xx.xx.1977-xx.xx.1979 2 il 5 ay 29 gün + xx.xx.1979-xx.xx.1980 5 ay 24 gün + xx.xx.1980-xx.xx.1983 2 il 10 ay 24 gün + xx.xx.1983-xx.xx.1984 11 ay 3 gün + xx.xx.1984-xx.xx.1986 1 il 10 ay 24 gün + xx.xx.1986-xx.xx.1987 1 il 4 ay 4 gün + xx.xx.1987-xx.xx.1990 3 il 1 ay 12 gün + xx.xx.1992-xx.xx.1994 2 il 6 ay 15 gün + xx.xx.1994-xx.xx.2002 8 il 1 ay 1 gün, cəmi 25 il 9 ay 27 gün). Həmçinin, kollegiya qeyd edir ki, mübahisəyə qiymət verilməsi baxımından araşdırılmalı olan digər məsələ inzibati orqan tərəfindən inzibati aktın ləğv olunması qanunvericiliyin tələbləri gözlənilməklə düzgün həyata keçirilib-keçirilməməsi məsələsinin qiymətləndirilməsidir. Bununla bağlı kollegiya qeyd edir ki, prinsipcə şəxsə əmək pensiyasının cavabdehin özü tərəfindən təyin olunduğu hallarda, cavabdeh özünün əvvəlki təyinatla bağlı qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlıdır. Lakin inzibati orqanların malik olduğu bu səlahiyyətin həyata keçirilməsi müəyyən məhdudiyyətlərə tabedir və yalnız qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətdə və proseduralar çərçivəsində həyata keçirilə bilər. Həmin prosedurları və müddəti isə “Əmək pensiyaları haqqında” Qanunun və “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları müəyyən edir. Ona görə də, cavabdeh özünün təyinatla bağlı əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etmək üçün sözügedən qanunvericiliyin tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. Cavabdeh inzibati orqan 17 avqust 2023-cü il tarixli qərarı qəbul edərkən “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbinə əməl etməmiş, həmin normanın pozuntusunun baş vermədiyini əsaslandırmamışdır. Qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Cavabdeh mübahisələndirilən qərarında müddətlə bağlı məsələyə hər hansı bir münasibət bildirmədən təxminən 2 ilə yaxın bir müddətdən sonra qəbul etdiyi qərarın qanunsuz olmasını iddia edir. Halbuki, keçən bu müddət ərzində pensiya işi onun tərəfindən dəfələrlə təftiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). Odur ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, şikayət təmin edilməməli və birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 may 2025-ci il tarixli 2-1(120)-1474/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.