Məhkəmə qərarları › İş №2-1(106)-642/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-642/2025

14.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-642/2025 14.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı qanuni nümayəndəsi X7 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi edilməsi və əlilliyin bərpa edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı qanuni nümayəndəsi X7 vəkili və nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı qanuni nümayəndəsi X7 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “qərarın ləğvi və əlillik dərəcəsinin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2- 1(120)-1870/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: xx.xx.1999-cu il tarixli, xxxxxxx0001 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 V sinif -Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29-Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20- Paranoid Şizofreniya... Diaqnozun mətni: Şizofreniya paranoid forma, psixi defekt vəziyyəti (DSMF məlumatlarına əsasən)...Meyar: 2.1. Birinci dərəcə əlillik => 2.1.17. Şizofreniya xəstəliyi nəticəsində baş verən ağır psixi qüsur halı....Ümumi xəstəlikdən müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2024-cu il tarixli, xxxxxxx0002 akt №-li qiymətləndirmə nəticəsindən görünür ki, X2 V sinif -Psixi pozğunluqlar və davranış pozğunluqları => F20-F29- Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları => F20- Paranoid Şizofreniya... Diaqnozun mətni: Şizofreniya paranoid forma, psixi defekt vəziyyəti (DSMF məlumatlarına əsasən)...Meyar: imtina edilir... Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-176/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən müəyyən olunur ki, ərizəçi X9 ərizə ilə məhkəməyə müraciət edərək xx xxxx 1982-ci ildə doğulmuş İddiaçı fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-176/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə ərizənin təmin edilməsi, xx xxxx 1982-ci il təvəllüdlü İddiaçı tam fəaliyyət qabiliyyyəti olmayan şəxs hesab edilməsi qət edilmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının “İddiaçı üzərində qəyyum təyin edilməsi barədə” 90 №-li, xx.xx.2024-cü il tarixli sərəncamı ilə Masallı rayonu, X16ində qeydiyyatda olan X7 əri İddiaçı üzərində qəyyum təyin edilməsi, öz qəyyumluğunda olanı saxlamaq, müalicəsini təmin etmək, qayğısına qalmaq, həmçinin hüquq və mənafelərini qorumağın onun hüquq və vəzifəsi hesab olunduğu X7 nəzərinə çatdırılması qərara alınmışdır. Agentliyin Tibbi-sosial ekspert komissiyasının xx.xx.2024-cü il tarixli qərarında göstərilir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən 1 (bir) nəfərin ünvanına, sonuncusu xx.xx.2024-cü il tarixinə olmaqla əyani müayinəyə çağırılması haqqında sifarişli-xəbərnaməli məktub göndərilmişdir. Agentliyinin tibbi-sosial ekspert- komissiyası tərəfindən həmin vətəndaşın mövcud sənədləri və ekspertiza üçün əhəmiyyətli digər məlumatları araşdırılmış və aşağıdakılar müəyyən edilmişdir: Masallı rayon sakini xx.xx.1982-ci il təvəllüdlü İddiaçı əlillik vəziyyəti Tibbi sosial ekepert komissiyası tərəfindən əyani müayinə əsasında xx.xx.1999-cu il tarixində qiymətləndirilmiş və ona “Şizofreniya paranoid forma, psixi defekt vəziyyəti” diaqnozu ilə ümumi xəstəlik səbəbindən müddətsiz birinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaşa, sonuncusu 3-17-4/2-R- 16473/2024 nömrəli, xx.xx.2024-cü il tarixli olmaqla bir neçə dəfə əyani müayinəyə dəvət üçün məktub göndərilmiş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnozun əlillik təyinatına əsas verən ağırlaşması aşkar edilmədiyindən Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, xx.xx.2024-cü il tarixdən “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Agentliyin Tibbi Sosial Ekspert Komissiyasının 1 NCY5GW0002 №-li, xx.xx.2024-cü il tarixli qərarla xx.xx.1982-ci il təvəllüdlü İddiaçı Diaqnoz əlillik təyin etməməsi əsası ilə əlillik verilməsindən imtina edilmişdir. Agentliyin 3-17-4/2-1479/2025 saylı xx.xx.2025-ci il tarixli və 3-17-4/2-5999/2025 saylı, xx.xx.2025-ci il tarixli eyni məzmunlu cavab məktublarında qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1999-cu il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun tələbləri çərçivəsində X10, audit, monitorinq və təhlil departamenti tərəfindən vətəndaşların müraciətlərinin araşdırılması zamanı bir sıra vətənaşların əlillik vəziyyətlərinin əsassız olması ilə bağlı şübhələr yaranmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müyayinəyə cəlb edir. Belə ki, vətəndaş X12 tərəfindən İddiaçı əlillik təyinatının saxta olması ilə əlaqədar Agentliyə xx.xx.2022-ci il tarixli, **********8 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında X10, audit, monitorinq və təhlil departamenti tərəfindən aparılan araşdırmadan sonra vətəndaşa dair mövcud əlilliyin əsassız ola biləcəyinə dair müəyyən şübhələr yaranmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk, qrupları üzrə quraşdırılması çərçivəsində İddiaçı məktub əsasında Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Nəticədə mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Masallı Rayon İcra Hakimiyyəti başçısının X16 İnzibati ərazi Dairəsi üzrə Nümayəndəsi tərəfindən verilmiş 5-66-14/2-09/2024 saylı, xx.xx.2025-ci il tarixli məktubda qeyd olunmuşdur ki, vətəndaş X6 Alvadı kənd qeydiyyatında belə bir adam yoxdur və ərazidə yaşamadığı qeyd olunmuşdur. DİN-in BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından, o cümlədən “Elektron Məhkəmə İnformasiya Sistemi”ndə axtarışdan məlum olur ki, “X12” adlı Azərbaycan Respublikasının vətəndaşı yoxdur. İddiaçının hazırkı iddia tələbi ilə bağlı müraciətinə cavabdeh inzibati orqan tərəfindən verilmiş 3-17-4/2-R24850/2024 saylı, xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə Tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bununla əlaqədar o, xx.xx.2024-cü il tarixdə Agentliyə əyani müayinəyə dəvət olunmuşdur. Həmin bildirişdə əyani müayinəyə gəlmədiyi halda, iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul ediləcəyi qeyd olunmuşdur. Onun ümumi xəstəlik səbəbindən xx.xx.1999-cu il tarixində təyin edilmiş müddətsiz birinci dərəcə əlilliyin ləğvi barədə qərar qəbul edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 71-73-cü maddəsinə əsasən barəsində qəbul edilən qərardan 30 gün müddətində şikayət vermək hüququ izah edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.1999-cu il tarixindən ümumi xəstəlik səbəbilə müddətsiz birinci dərəcə ilkin əlillik təyinatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X12 tərəfindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2022-ci il tarixli, **********8 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında X10, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2023-cü il tarixli, 3-17-4/2-R-26624/2023 nömrəli bildiriş məktubu əsasında Agentliyə əyani müayinəyə dəvət olunsa da, müayinədə iştirak etməmişdir. Nəticədə mövcud sənədlər üzrə aparılan araşdırmaya əsasən xx.xx.1999-cu il tarixli müddətsiz birinci dərəcə ilkin əlillik təyinatı barədə qərar ləğv edilmədən, xx.xx.2024-cü il tarixdən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra mətndə Agentlik) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona xx.xx.1999-cu il tarixdə təyin edilmiş müddətsiz birinci qrup əlilliyin ləğv edilməsi barədə 16 iyul 2024-cü il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (iddianın dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, iddia ərizəsində texniki səhv olaraq iddiaçı qismində İddiaçı qeyd edildiyi, iddiaçı qismində İddiaçı qanuni nümayəndəsi X5 göstərilməsini xahiş etmişdir. Daha sonra yenidən İPM 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, cavabdeh Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli xxxxxxx0002 №-li qərarının ləğv edilməsini və İddiaçı xx.xx.1999-cu il tarixdən ümumi xəstəlik səbəbilə müddətsiz olaraq təyin olunmuş birinci dərəcə əlilliyin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən bərpa edilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı “Şizofreniya paranoid forma, psixi defekt vəziyyəti” diaqnozu ilə anadangəlmə xəstəlikdən əziyyət çəkməklə uzun müddət müalicə olunsa da, sağalmamışdır. xx.xx.1999-cu il tarixdən ona birinci dərəcəli müddətsiz əlillik təyin edilmişdir. Ona əlilliyin müddətsiz təyin edilməsinə baxmayaraq cari il yenidən müayinəyə dəvət olunmuşdur. Halbuki, şizofreniya paranoid diaqnozundan uşaqlıqdan əziyyət çəkməklə həmin xəstəliyə görə uzun müddət Psixonevroloji Dispanserdə qeydiyyatda olmuş və ona müddətsiz əlillik təyin edilmişdir. O, yəni Sevil Rəhimova ona baxıcı kimi təyin olunmuşdur. Daha sonra isə Masallı Rayon Məhkəməsinin 28 fevral 2024-cü il tarixli 2(050)-176/2024 saylı qətnaməsi ilə müvafiq ekspertizanın rəyi əsasında fəaliyyət qabiliyyətsiz hesab olunmaqla Masallı Rayon İcra Hakimiyyəti başçısının 17 aprel 2024-cü il tarixli 90 saylı sərəncamı ilə o, İddiaçı qəyyum təyin edilmişdir. O, bir neçə dəfə ərizə ilə cavabdeh quruma müraciət edərək İddiaçı barəsində Ramiz Səmədov adlı şəxsin adından Masallı Rayon İcra Hakimiyyətinə müraciət olunması, lakin belə bir adamın mövcud olmadığı, ərizənin anonim şəxsin adından yazılmasının müəyyən edilməsi, eyni şəxs tərəfindən İddiaçı şikayət olunmuşdursa, ilk öncə şikayətçinin mövcud olubolmamasının araşdırılması, səhhətinin hazırda da yaxşı olmaması, səhhəti pisləşən vaxt onu saxlamağın, idarə etməyin çətin olması, belə halların isə həyəcanlı olanda, əsəbiləşəndə daha tez-tez baş verməsi, qeyd olunan vəziyyətdə Bakı şəhərinə gətirilməyinin mümkün olmaması göstərilmiş, bununla bağlı müəyyən sənədləri göndərməklə vəziyyətinin nəzərə alınması xahiş edilmişdir. Lakin xx.xx.2024-cü il tarixdə poçt vasitəsi ilə aldığı Agentliyinin xx.xx.2024-cü il tarixli məktubunda xx.xx.2024-cü il tarixdə əyani müayinəyə getmədiyi və iştirakı olmadığı halda, İddiaçı barəsində inzibati aktın qəbul edilərək xx.xx.1999-cu il tarixdən təyin edilmiş müddətsiz birinci dərəcəli əlilliyin ləğvi barədə qərar qəbul edilməsi göstərilmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının sonuncu dəfə Əlillik vəziyyəti Masallı Rayon Mərkəzi Xəstəxanasının xx.xx.1999-cu il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Şizofreniya paranoid forma, psixi defekt vəziyyəti (DSMF məlumatlarına əsasən). Mərkəz göndərilmənin/İmtina edilmənin səbəbi: Diqanoz əlillik təyin etməməsi-Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir...” Səbəbi ilə imtina edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2-1(120)-1870/2025 saylı qərarı (hakim Rəşidə Quliyeva) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, vətəndaş X12 tərəfindən İddiaçı əlillik təyinatının saxta olması ilə əlaqədar Agentliyə xx.xx.2022-ci il tarixli, **********8 nömrəli müraciət ərizəsi özlüyündə əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutdur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2-1(120)-1870/2025 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək, iddiaya uyğun izahat verərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Vəkil əlavə olaraq bildirdi ki, Masallı rayonu, X16ində “X12” adlı şəxs yoxdur. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. ... Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. ... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. ... Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. ... Maddə 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Maddə 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçını əyani müayinəyə cəlb etmədən, o cümlədən “İnzibati icraatı haqqında” Qanunun və “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərini pozmaqla əlilliyi ləğv etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlilinə münasibətdə aşağıdakıları qeyd edir. İddiaçının hüquqi marağı Dövlət Tibbi-Sosial Ekspertiza və X4 Sosial Ekspert Komissiyasının 1NC75GW0002 №-li, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə nail olmaqdan ibarətdir. İddia tələbinin hüquqi əsası ilə bağlı ilkin olaraq qeyd edilməlidir ki, cavabdeh əlilliyin ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni, inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. “İnzibati icraat haqqında” Qanunun 21, 24, 25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Bununla əlaqədar olaraq, məhkəmə ilkin olaraq mövcud qanunvericilik çərçivəsində iddiaçıya təyin olunmuş müddətsiz birinci dərəcə əlilliyin sonradan cavabdeh qurum tərəfindən ləğv edilməsi ilə bağlı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyin səlahiyyətinin olub-olmadığını, əgər varsa, onun hansı şərtlər çərçivəsində reallaşdırılması imkanının mövcudluğunun aydınlaşdırılmasını zəruri hesab edir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmişdir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin ləğvi imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Lakin iddiaçı əyani müayinəyə cəlb edilmədən ona xx.xx.1999-cu il tarixdən təyin edilmiş İ dərəcə əlilliyi diaqnozun təsdiqini tapmaması əsası ilə ləğv edilmişdir. İddiaçı əyani müayinəyə cəlb olunmamışdır. Əyani müayinəyə dəvət olunması ilə bağlı bildirişlərin iddiaçıya çatdırılması iş materialları ilə müəyyən olunmur. Cavabdeh inzibati orqan tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərar barədə məlumatı əks etdirən xx.xx.2024-cü il tarixli 3-17-4/2-R-24850/2024 saylı məktubun xx.xx.2024-cü il tarixdə iddiaçıya çatdırılması müəyyən olunur. İşin hallarından müəyyən olunur ki, iddiaçının əlillik vəziyyəti xx.xx.1999-cu il tarixli əyani müayinəyə əsasən qiymətləndirilmiş və ona “Şizofreniya paranoid forma, psixi defekt vəziyyəti (DSMF məlumatlarına əsasən)” diaqnozu ilə ümumi səbəblərdən müddətsiz olaraq birinci dərəcə əlillik təyin edilmişdir. İcraatla bağlı tələblərə riayət edilməsinin qiymətləndirilməsi baxımından yoxlanılmalı olan növbəti məsələ “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində göstərilmiş əlilliyin qiymətləndirilməsi barədə TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olub-olmadığı ilə bağlıdır. Bu əsasla bağlı kollegiya qeyd etməyi zəruri hesab edir ki, iş materiallarına əlavə edilmiş cavabdeh Agentlik tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17- 4/2-R-16473/2024 saylı məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Bundan əlavə iddiaçının əlilliyinin ləğv olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Belə ki, nə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat başlaması barədə iddiaçıya ünvanladığı xx.xx.2023-cü il, 3-17-4/2-R-26624/2023 saylı, xx.xx.2024-cü il tarixli 3-17-4/2-R- 1889/2024 saylı, xx.xx.2024-cü il tarixli, 3-17-4/2-R-16473/2024 saylı məktubu (bildirişlərində) nə də Agentliyin Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar barədə heç bir məlumat mövcud deyildir. Yalnız məhkəmənin müvafiq sorğusu əsasında Agentliyin 3-17-4/2-1479/2025 saylı xx.xx.2025-ci il tarixli, 3-17-4/2-5999/2025 saylı, xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli eyni məzmunlu cavab məktublarında şübhənin vətəndaş tərəfindən iddiaçının əlil olmaması ilə bağlı inzibati orqana ünvanlanmış müraciətin olması müəyyən edilmişdir. Göründüyü kimi cavabdeh iddiaçının vətəndaş müraciətinə istinad edərək əsassız olaraq iddiaçıya təyin edilmiş əlilliyi ləğv etmiş, inzibati icraatın aparılması məqsədlərinə uyğun olmadan onun vəziyyətini ağırlaşdıran qərar qəbul etmiş, əlilliyin təyini barədə qərarda etimadın qorunmasına istinadı istisna edən halların olmamasını nəzərə almamışdır. Bununla yanaşı, iddiaçı yalnız əyani müayinəyə cəlb edildikdən sonra həmin əyani müayinənin nəticələrinə əsasən iddiaçının əlil olmadığı müəyyən edildiyi halda cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində əlilliyin ləğvinə əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, əlilliyin təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə iddiaçının əyani müayinəyə cəlb edilmədən əlilliyinin ləğv edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Lakin, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, başladığı inzibati icraatda prosessual pozuntulara yol vermişdir. Belə ki, işin faktiki hallarından da göründüyü kimi əlilliyin ləğvi barədə qərarda istinad edilən əlillik təyinatlarının əsaslılığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədi ilə bağlı əyani müayinəyə iddiaçı çağrıldığı, gəlmədiyi səbəbindən əlillik təyinatı barədə qərar ləğv edilmişdir. Kollegiya bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatın inzibati orqanın öz təşəbbüsü ilə başlanılması mümkündür, lakin öz təşəbbüsü ilə icraatın başlanılması iddiaçı barəsində qəbul edilmiş inzibati aktın qanuniliyinə şübhə doğuracaq əsaslı şübhələrin mövcud olduğu hallarla bağlılığı zəruridir ki, məhkəmə həmin halların nədən ibarət olmasını iddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərlə yox, məhz iddiaçı barəsində aparılan yeni inzibati icraat sənədlərində müəyyən etməlidir. Başqa sözlə cavabdeh iddiaçını əyani müayinəyə çağırarkən, hansı səbəbdən əlilliyin ləğv edilməsi məsələsinə baxdığını qeyd edərkən təkcə “TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” ifadəsi ilə kifayətlənməməli, istər iddiaçının əyani müayinəsinə cəlb edilməsi barədə sənədlərdə, öz təşəbbüsü ilə inzibati icraatın aparılması barədə sənədlərdə, ən əsası da iddiaçı barəsində əlverişli inzibati aktın ləğvinə əsas olmuş qərarda konkret olaraq iddiaçıya təyin edilmiş əlilliyin şübhə doğurma əsaslarını əsaslandırılmalıdır. Lakin, iş materiallarından görünür ki, “TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” ifadəsi istisna olmaqla cavabdehin öz təşəbbüsü ilə inzibati icraatın başlanılması səbəbləri barədə hər hansı məlumat mövcud olmamışdır. Təkcə iddiaçının əyani müayinəyə cəlb edilməsi barədə bildirişdə əlilliyin təyininə əsas olmuş qərarın düzgünlüyünə şübhə yaradan sübutların təqdim edildiyinə istinad edilmişdir ki, həmin sübutların nədən ibarət olması, qərarın düzgünlüyünə şübhə olunan hallar barədə də heç bir məlumat mövcud olmamışdır. Başqa sözlə inzibati orqan reallıqda həqiqiliyi istisna edilməyən halları özlüyündə müəyyən edərək heç bir rəsmiləşmə aparmadan canlı müayinəyin keçirilməsinə çalışmış, əyani müayinə baş tutmadıqda da şəxsin əlilliyinin səhv olması qərarına gəlmişdir. Halbuki, ən azından əlilliyin təyininin qanunsuz hesab edilməsi ilə bağlı qəbul edilmiş inzibati akt əsaslandırılmalıdır. İnzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı iş üzrə mübahisələndirilən qərarın əsaslandırılmasından isə söhbət gedə bilməz. Halbuki, cavabdeh nəzərə almalıdır ki, iddiaçı da həqiqətən də əlilliyin təyininə əsas olan xəstəliklər mövcud olmasa belə bu barədə qəbul ediləcək qərar inzibati icraatla bağlı qanunvericiliyin təkcə maddi yox, prosessual hüquq normalarının tələblərinə görə də düzgün olmalıdır. Qəbul edilən qərarın əsaslandırılmaması prosessual pozuntudur ki, inzibati işlər üzrə formalaşmış məhkəmə təcrübəsi də bütün bunlar nəzərə alınmaqla inzibait aktın əsaslandırılmış olması barədə cavabdehin qərarlarının ləğvi barədə mövqe nümayiş etdirmişdir ki, hazırkı iş üzrə qəbul edilmiş qərarın həmin təcrübəyə uyğun olmadığı aşkar görünür. Lakin, kollegiya qeyd etməyi zəruri hesab edir ki, pozuntu təkcə inzibati icraat gedişində və qəbul edilən qərarda təyin edilmiş əlilliyin ləğvinə əsas ola biləcək inzibati araşdırmanın öz təşəbbüsü ilə başlanılması və əlilliyin ləğv edilməsinin əsaslandırılmaması ilə bağlı olmamış, cavabdeh əyani müayinəyə iddiaçını çağırarkən də növbəti prosessual pozuntuya yol vermişdir. Belə ki, araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının əyani müayinə barədə məlumatı olmamış, cavabdeh inzibati orqan tərəfindən qəbul olunmuş xx.xx.2024-cü il tarixli qərar barədə məlumatı əks etdirən xx.xx.2024-cü il tarixli 3-17-4/2-R-24850/2024 saylı məktubun xx.xx.2024-cü il tarixdə iddiaçıya çatdırılması müəyyən olunur. Şəxsin əyani müayinəyə çağrılmasına baxmayaraq, iddiaçının iştirakı olmadan müddətsiz olaraq təyin olunmuş əlilliyin təyinatı dayandırılmışdır. Bununla bağlı vurğulanması zəruridir ki, maraqlı şəxsin inzibati icraatda iştirakının təmin edilməsi vəzifəsi təkcə bildirişin göndərilməsi ilə bağlı olmayıb, həmin şəxsin iştirakının təmin edilməsinə yönəlmiş bütün tədbirlərin həyata keçirilməsini də ehtiva edir. Doğrudur cavabdeh tərəf iddiaçının bildiriş göndərək onu əyani müayinə dəvət etməsinə istinad etsə də, məhkəmə həmin halların əyani müayinəyə iddiaçının dəvət edilməsi üçün kifayət hesab etmir. Hər bir halda qeyd olunan xüsusat əlilliyin təyini barədə qərarın qüvvədə saxlanılmasına əsas yarada biləcək əyani müayinənin aparılmasını istisna edən hal hesab edilmir. Kollegiya məlumatlandırma ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, inzibati icraatda şəxsin inzibati icraatda iştirakını zəruri edən analoji mövqe inzibati məhkəmə icraatı üçün də keçərlidir ki, məhkəmə tərəfindən hətta ilkin baxışından uğurluluğun mövcud olma ehtimalı aşağı olan, eləcə də iddianın mümkünlüyü baxımından istisna edilməsi üçün ciddi əsasların olduğu işlər üzrə də şəxsin məhkəmə iclasında iştirakını təmin edir və etməlidir. Əks halda şəxsin iştirakı olmadan qəbul edilən qanuni qüvvəyə minməmiş qərar və qərardadların prossesual baxımından qanuniliyi əlavə yoxlama predmeti olur ki, necə ki, məhkəmənin qəbul etdiyi qərar və ya qərardad prosessual baxımından qanuni olmalıdır və bu qanuniliyin ən mühüm elementlərindən biri kimi şəxsin iştirakının təmin edilməsi dayanır, həmin tələblər inzibati orqanlar üçün də keçərlidir. Belə olduğu təqdirdə də cavabdeh inzibati orqan hər hansı üzrlü səbəb göstərmədən onun barəsində qəbul edilmiş əlverişli inzibati aktın ləğvi ilə bağlı şəxsi inzibati icraatla bağlı qanunvericilikdə nəzərdə tutulmuş istisnalar nəzərə alınmaqla məlumatlandırmağa, iştirakını təmin etməyə borcludur. Hazırkı iş üzrə isə həmin məlumatlandırma həyata keçirilməyinə baxmayaraq, iddiaçının iştirakını təmin edilmədən, əyani müayinədə iştirakı olmadan iddiaçının əlilliyi ləğv edilmişdir. Beləliklə, iddiaçı barəsində təyin edilmiş əlilliyin ləğv edilməsinə dair öz təşəbbüsü ilə inzibati icraatın başlanılmasının konkret əsasları müəyyən edilməmiş, qəbul edilmiş əlverişsiz inzibati akt əsaslandırılmamış, iddiaçının əyani müayinədə iştirakı təmin edilməmişdir. Bu səbəbdən də mübahisələndirilən qərarın ən azından prosessual baxımından qanuniliyindən söhbət gedə bilməz. Prosessual baxımından qanunsuz inzibati aktın qanuniliyindən isə “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinin tələbi baxımından söhbət gedə bilməz. Adıçəkilən maddənin tələbindən görünür ki, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Bunun davamı kimi də kollegiya qeyd etməyi zəruri hesab edir ki, nə qədər ki həmin inzibati akt prosessual baxımından qanunsuzdur, onun legitimləşdirilməsi baxımından məhkəmə iclasında iddiaçının iştirakının təmin edilməsi, əlilliyin ləğvinə əsas olmuş halların məhkəmə iclasında cavabdeh tərəfindən təqdim edilməsi, əyani müayinənin keçirilməsi və s yolverilməzdir. Belə ki, məhkəmə icraatı inzibati orqanın prosessual tələblərlə aparılmalı olan inzibati icraatın qanuniləşdirilməsinə xidmət etmir. Bu səbəbdən də inzibati orqan iddiaçının əlilliyinin ləğvinə əsas olan konkret halları apardığı öz inzibati icraatında əks etdirməli, əyani müayinəni həyata keçirilməlidir ki, məhkəmə həmin inzibati icraatın düzgünlüyünə qiymət verə bilsin. Lakin, indiki halda məhkəmənin cavabdehin cəlb etməli olduğu iddiaçının iştirakını təmin etməsi, əyani müayinəsini aparması hüquqi baxımından inzibati icraatın məhkəmə tərəfindən aparılması və yaxud da aparılmamış inzibati icraatdakı çatışmazlıqların doldurulmasına xidmət etmiş olacaqdır ki, prosessual normalara riayət edilməsi zərurəti də məhz həmin halların baş verməməsi baxımından əhəmiyyət daşıyır. Bundan əlavə iddiaçının əlilliyinin ləğv olunması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinin Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında göstərilmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Belə ki, nə “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat başlaması barədə iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-17-4/2-R-16473/2024 saylı məktubu (bildirişində), nədə Agentliyin Sosial Ekspert Komissiyasının xx.xx.2024-cü il tarixli qərarında TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar barədə heç bir məlumat mövcud deyildir. Yalnız məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan qərarın qəbul olunma əsası kimi vətəndaş müraciətini təqdim etmişdir. Bununla bağlı kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. Fiziki şəxsin müraciəti “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” kimi qəbul edilə bilər. Lakin həmin şübhənin iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, cavabdeh ümumi qaydada vətəndaş müraciətinə istinad edə bilməz, şübhənin əsaslarını müəyən etməlidir. Cavabdeh tərəfindən iddiaçıya təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın dəyişdirilməsinə yönəlmiş mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnən yeni icraatın başlanılmasına əsas olan vətəndaş müraciəti mötəbər sübut kimi qəbul olunmamalıdır. Həmçinin, oda nəzərə alınmalıdır ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, inzibati orqanın istinad etdiyi “vətəndaş müraciəti” - “X12” adlı şəxs yoxdur. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 3.0.15-ci maddəsinə əsasən anonim müraciət müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə vətəndaşın soyadı, adı, atasının adı, ünvanı, şəxsi və ya elektron imzası (hüquqi şəxslərə münasibətdə hüquqi şəxsin adı və hüquqi ünvanı, onun rəhbərinin imzası) olmadan yazılı formada göndərilən müraciətdir. Həmin Qanunun 6.4-cü maddəsinə müraciət hüquqi şəxslərin firma rekvizitləri olan blankda göndərildiyi, yaxud fiziki şəxsin əlaqə məlumatlarından ən azı birinin göstərildiyi hallar istisna olmaqla, bu Qanunun 6.3-cü maddəsinin tələblərinə cavab vermədikdə anonim sayılır. Anonim müraciətlər müraciətə baxan subyektlər və onların vəzifəli şəxsləri tərəfindən qəbul edilmir və onlara baxılmır. Kollegiya qeyd edir ki, qanunun tələbi baxımından inzibati orqanın istinad etdiyi “vətəndaş müraciəti” - “X12” adlı şəxsin olmaması belə bir ad altında edilmiş müraciətin də anonim müraciət kimi qiymətləndirilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Ali Məhkəmənin qərarlarında “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar” müddəasının mahiyyəti açıqlanaraq vurğulanmışdır ki, prinsipcə daxili audit yoxlaması ilə bağlı materiallar əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar kimi qəbul edilə bilər. Lakin həmin daxili audit yoxlaması, həm də iddiaçı ilə bağlı hallara aid olmalıdır. Yəni, daxili audit yoxlaması iddiaçının əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsasları ortaya çıxarmış olmalıdır. Başqa sözlə, qurum ümumi qaydada daxili audit yoxlamasına istinad edə bilməz, həmin yoxlama, həm də iddiaçıya aid hallarla bağlı olmalı, onun əlilliyinin müəyyən edilməsi ilə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edilmiş olmalıdır. İPM-in 74-cü maddəsinin tələbinə görə inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. “İnzibati icraat haqqında” Qanunun 14-cü maddəsinin müddəalarına əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır (14.2). Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz (14.3). İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktın qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Məhkəmə kollegiyası bəhs olunanlara əsasən hesab edir ki, yuxarıda istinad olunan normalara görə və qeyd edilən səbəblərdən birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə əsaslı və düzgün sayılmalı, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli 2-1(120)-1870/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar