Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-645/2025 13.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X5 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyası təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 2-1(120)-2107/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı (bundan sonra-iddiaçı) xx.xx.1960-cı il təvəllüdlüdür. İddiaçıya məxsus xx.xx.1978-ci il tarixli ИT-İ № ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1976-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Cəlilabad rayon “Füzuli” adına sovxozda fəhlə (20 il, 7 ay, 2 gün), 17 fevral 2001-ci il tarixdən 01 iyul 2001-ci il tarixədək Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində xidmətçi vəzifələrində (4 ay 15 gün) əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Ağdaş kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışda qeyd olunmuşdur ki, “... Cəfərova X1 tam orta məktəbi və Ağdaş kənd mədəniyyət evində işləmiş və 2001-2003-cü illərin əmək haqqı cədvəlləri üzrə iddiaçının iş stajı aşağıdakı kimidir: Aylar İllər 2001 2002 2003 Yanvar - 30380 30225 Fevral - 30380 30225 Mart 30380 30225 29915 Aprel 30380 30225 29915 May 30380 30225 125265 Xəstəliklə əlaqədar İyun 30380 30225 - İyul - 30225 - Avqust 30380 30225 - Sentyabr 30070 30225 - Oktyabr 30380 30225 - Noyabr 30380 30225 - Dekabr 30380 30225 -
1. İddiaçı xx.xx.2001-ci il tarixli 8 nömrəli əmrə əsasən məktəbə xidmətçi təyin edilsin.
2. İddiaçı xx.xx.2001-ci il tarixli 25 nömrəli əmrlə ərizəsinə əsasən işdən azad edilsin. Əsas: Əmək haqqı cədvəlləri 2001-2003-cü illər.” Cəlilabad Rayon Mədəniyyət və Turizm şöbəsinin 01 noyabr 2003-cü il tarixli 159 nömrəli əmrindən çıxarışda qeyd olunmuşdur ki, “...İddiaçı - Ağdaş kənd Mədəniyyət evinin xadiməsi. Körpə uşağını böyütmək üçün ona uşağının 3 yaşı tamam olana kimi 01 noyabr 2003-cü il tarixdən haqqı qismən ödənilən əlavə məzuniyyət verilsin.” Cəlilabad Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, “...Cəlilabad Rayon Dövlət Arxivində mühafizə olunan “Füzuli” adına sovxozda işləmiş 1976-1997-ci illər üzrə şəxsi hesab kitablarından İddiaçı iş stajı barədə illik əmək haqqı aylar üzrə məbləğ aşağıda tərtib olunmuş cədvəldəki kimidir:
İllər
1997 AYLAR 1976 1977 1978 1979 1980 1981 1982 1983 1984 1985 1986 1987 1988 1989 1990 1991 1992 1993 1994 1995 1996 - Yanvar - - 42 71 24 71 75 117 83 65 59 94 - - - 17866 60 62 80 28 6860 - - Fevral 16 54 56 40 37 33 64 19 74 59 65 52 22 18 49 - 89 948 6860 17866 - - Mart 66 62 75 34 16 52 9 56 31 14 37 16 56 6 14 170 1293 971 32010 17866 - - Aprel 75 70 57 71 24 76 10 111 71 45 57 47 52 50 47 33 3798 2702702 7261 17866 - - May 69 63 65 75 67 91 159 89 69 69 44 60 122 28 59 211 4439 1918 10585 17866 - İyun 40 76 62 64 100 107 79 152 90 96 118 76 75 9 68 12 126 3585 2692 11853 17866 - İyul 56 61 86 66 83 100 83 152 150 103 143 47 46 22 18 39 278 1130 1464 197125 - - Avqust 9 45 80 5 25 59 9 30 120 61 163 44 45 34 33 72 58 394 4150 115764 - - Sentyabr 48 66 53 71 115 128 80 188 111 111 187 38 31 76 15 15 123 4187 789 150892 - - Oktyabr 27 125 49 69 38 27 27 30 194 33 2504 2604 - - 8 22 100 80 120 8 60 - Noyabr 38 57 16 85 84 59 54 62 12 48 77 48 144 66 74 71 316 1393 26061 - - Dekabr - 42 65 49 85 97 94 69 101 74 115 87 61 152 114 18 106 76 27022 - - -
1. İddiaçı Vədud qızı - xx.xx.1976-cı il tarixli 384 nömrəli əmrlə ərizəsinə əsasən sovxoza 11 nömrəli briqadaya fəhlə qəbul edilsin.
2. İddiaçı Vədud qızı xx.xx.1997-ci il tarixli 13 nömrəli əmrlə 6 nömrəli üzümçülük briqadası ləğv edildiyi üçün sovxoz fəhləliyindən azad edilsin. Əsas: Fond, Şəxsi hesab kitabları 1976-1997-ci il.”
Məhkəmənin sorğusu əsasında Cəlilabad Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, “...Cəlilabad Rayon Dövlət Arxivində mühafizə olunan “Füzuli” adına sovxozda işləmiş 1976-1997-ci illər üzrə şəxsi hesab kitablarından İddiaçı iş stajı barədə illik əmək haqqı aylar üzrə məbləğ aşağıda tərtib olunmuş cədvəldəki kimidir:
AYLAR İllər
1976 1977 1978 1979 1980 1981 1982 1983 1984 1985 1986 1987 1988 1989 1990 1991 1992 1993 1994 1995 1996 1997
Yanvar - - 60 42 71 24 71 75 117 83 65 62 59 80 94 28 - - - 6860 17866 -
Fevral - 16 54 56 40 37 33 64 19 74 59 65 52 22 18 49 - 89 948 6860 17866 -
Mart - 66 62 75 34 16 52 9 56 31 14 37 16 56 6 14 170 1293 971 32010 17866 -
Aprel - 75 70 57 71 24 76 10 111 71 45 57 47 52 50 47 33 3798 2702702 7261 17866 -
May - 69 63 65 75 67 91 159 89 69 69 44 60 122 28 59 211 4439 1918 10585 17866 -
İyun 40 76 62 64 100 107 79 152 90 96 118 76 75 9 68 12 126 3585 2692 11853 17866 -
İyul 56 61 86 66 83 100 83 152 150 103 143 47 46 22 18 39 278 1130 1464 197125 - -
Avqust 9 45 80 5 25 59 9 30 120 61 163 44 45 34 33 72 58 394 4150 115764 - -
Sentyab 48 66 53 71 115 128 80 188 111 111 187 38 31 76 15 15 123 4187 789 150892 - r Oktyabr 8 22 100 27 125 80 49 120 69 38 8 27 27 60 30 194 33 2504 2604 - - -
Noyabr 38 57 16 85 84 59 54 62 12 48 77 48 144 66 74 71 316 1393 26061 - - -
Dekabr 42 65 49 85 97 94 69 101 74 115 87 61 152 114 18 106 76 27022 - - - -
1. İddiaçı Vədud qızı - xx.xx.1976-cı il tarixli 384 nömrəli əmrlə ərizəsinə əsasən sovxoza 11 nömrəli briqadaya fəhlə qəbul edilsin.
2. İddiaçı Vədud qızı xx.xx.1997-ci il tarixli 13 nömrəli əmrlə 6 nömrəli üzümçülük briqadası ləğv edildiyi üçün sovxoz fəhləliyindən azad edilsin. Qeyd: 1977, 1992, 1993, 1994, 1995, 1996, 1997-ci illərin əmək haqqı cədvəllərinə tərəfimizdən baxış keçirildi, lakin 1977-ci ildə yanvar ayı, 1992-ci ildə yanvar - fevral ayı, 1993- cü ildə yanvar ayı, 1994-cü ildə yanvar və dekabr ayı, 1995-ci ildə oktyabr - noyabr dekabr aylarında, 1997-ci ilin 12 ayında əmək haqqı alanların sırasında İddiaçı Vədud qızının adı aşkar olunmadı. 1996-cı ilin əmək haqqı cədvəllərinin iyul ayından dekabr ayına qədər olan kitabları arxivdə aşkar olunmadı. Əsas: Fond Şəxsi hesab kitabları 1976-1997-ci il.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. ... Təqdim etdiyiniz sənədlərin surətlərinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1977-ci il tarixədək, xx.xx.1977-ci il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1994cü il tarixdən xx.xx.1994-cü il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1996-cı il tarixdən xx.xx.1996-cı il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2001-ci il tarixədək, xx.xx.2001-ci il tarixdən xx.xx.2003-cü il tarixədək olan əmək fəaliyyəti dövrləri və xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək övladınız X4 qulluq etdiyiniz dövr nəzərə alınmaqla cəmi sığorta stajınız 23 il 11 ay təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təyinatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Ümumi sığorta stajınız qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) Sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. ... Qeyd olunan maddənin tələblərinə əsasən bildiririk ki, Sizə xx.xx.2024-cü il tarixdən 220 manat məbləğində yaşa görə sosial müavinət təyin edilib.”
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı il tarixdə doğulmuşdur. 15 sentyabr 1976-cı il tarixdə Cəlilabad rayon “Füzuli” adına sovxozda fəhlə kimi əmək fəaliyyətinə başlamış və 16 aprel 1997-ci il tarixdə üzümçülük briqadası ləğv edildiyi üçün sovxoz fəhləliyindən azad edilmişdir. Daha sonra 17 fevral 2001-ci il tarixdə Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbinə xidmətçi təyin olunmuş, 01 iyul 2001-ci il tarixdə işdən azad olunmuşdur. 2001-ci ilin avqust ayında isə Ağdaş kənd mədəniyyət evinə xadimə işinə qəbul olunmuş və 01 noyabr 2003-cü il tarixdə körpə uşağı böyütmək üçün uşağın 3 yaşı tamam olana kimi 01 noyabr 2003-cü il tarixdən haqqı qismən ödənilən əlavə məzuniyyətə çıxmışdır. Məzuniyyəti bitdikdən sonra isə işdən çıxmışdır. İşləməsini təsdiq edən əmək kitabçası olmasa da, iş stajı arxiv arayışları ilə təsdiq olunur. Övladı 20 iyun 2003-cü il tarixdə doğulduğu üçün onun 3 yaşı 20 iyun 2006-cı il tarixdə tamam olur. Bunu da nəzərə alındıqda Ağdaş kənd mədəniyyət evində sığorta stajı 04 il 10 ay 10 gün edir. Ümumi sığorta stajı 25 il 10 ay 23 gün təşkil edir. Bu səbəbdən hesab edir ki, ona yaşa görə əmək pensiyası təyin edilməlidir.
Cavabdehin etirazları:
Cavabdehin iddiaya qarşı etirazının dəlilləri imtinanın dəlilləri ilə eynilk təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının tələb olunan sosial sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmadığından yasa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır.
Şirvan İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 2-1(120)-2107/2025 nömrəli qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri imtinanın və etirazın dəlilləri ilə eynilik təşkil edir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 2-1(120)-2107/2025 nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, 1996-cı ildə kolxozun dağılması ilə bağlı işdən çıxmış, işləmədiyi üçün 1996-cı ilin ortalarından sonra əmək haqqı almamışdır. Lakin işdən azad edilməsi ilə bağlı əmr xx.xx.1997-ci ildə verilmişdir. Sonda İddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür):
Maddə 3. Əmək pensiyası hüququ olan şəxslər Qanunla nəzərdə tutulmuş başqa şərtlərə əməl etməklə ictimai faydalı əməklə məşğul olan aşağıdakı şəxslərin əmək pensiyası almaq hüququ vardır: a) mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmək şərti ilə;
Maddə 12. Yaşa görə pensiya təyin edilməsinin şərtləri Yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: kişilər-60 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda; qadınlar-55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda. Pensiya təyin edilməsi üçün qanunla başqa yaş həddi də müəyyən edilə bilər.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 1.0.7. fərdi şəxsi hesab - hər bir sığortaolunana müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sosial sığorta nömrəsi ilə açılan, dövlət sosial sığorta sistemində fərdi uçot məlumatlarının əks olunduğu hesabdır;
Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 112. Məzuniyyətin növləri
1. İşçilərin məzuniyyət hüququ aşağıdakı məzuniyyət növləri ilə təmin edilir: ... b) sosial məzuniyyət; ... Maddə 125. Hamiləliyə və doğuşa görə məzuniyyətlər
1. Hamiləlik dövründə və doğuşdan sonrakı dövr üçün işləyən qadınlara 126 təqvim günü (doğuşdan əvvəl 70 təqvim günü və doğuşdan sonra 56 təqvim günü) müddətində ödənişli məzuniyyət verilir. Doğuş çətin olduqda, iki və daha çox uşaq doğulduqda doğuşdan sonrakı məzuniyyət 70 təqvim günü müddətində verilir. ... Maddə 127. Qismən ödənişli sosial məzuniyyət hüququ və ondan istifadə qaydaları
1. Uşağa bilavasitə qulluq edən valideynlərdən biri, yaxud ailənin başqa üzvü uşağın üç yaşı tamam olanadək ona qulluq etməkdən ötrü qanunvericiliklə müəyyən edilmiş məbləğdə müavinət verilən qismən ödənişli sosial məzuniyyət almaq hüququna malikdirlər.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlilinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv ediməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı qanunvericilklə tələb olunan yaş həddinə (63 yaşa xx.xx.2024) çatdıqda əmək kitabçasındakı və arxiv arayışındakı məlumatlara əsasən o, azı 25 il sığorta stajına malik olduğu üçün cavabdehin imtinası əsassız olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Kollegiya qeyd edir ki, işin hallarının araşdırılması prinsipinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qeyd edilməlidir ki, istər xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu, istərsə də, həmin tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu şəxsin əmək pensiyası almaq hüququnu sığorta haqlarının ödənilməsi ilə şərtləndirir. Aydın məsələdir ki, sığorta haqları alınmış əmək haqlarına münasibətdə ödənilir. İddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.1976-cı il tarixdən xx.xx.1997-ci il tarixədək Cəlilabad rayon “Füzuli” adına sovxozunda fəhlə işlədiyi dövrlər üzrə əmək haqqı alıb-almaması məsələsinin aydınlaşdırıması üçün məhkəmə tərəfindən arxivə sorğu göndərilmişdir. Cəlilabad Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arxiv arayışında qeyd olunmuşdur ki, “...1977, 1992, 1993, 1994, 1995, 1996, 1997-ci illərin əmək haqqı cədvəllərinə tərəfimizdən baxış keçirildi, lakin 1977-ci ildə yanvar ayı, 1992-ci ildə yanvar - fevral ayı, 1993-cü ildə yanvar ayı, 1994-cü ildə yanvar və dekabr ayı, 1995-ci ildə oktyabr - noyabr - dekabr aylarında, 1997-ci ilin 12 ayında əmək haqqı alanların sırasında İddiaçı Vədud qızının adı aşkar olunmadı. 1996-cı ilin əmək haqqı cədvəllərinin iyul ayından dekabr ayına qədər olan kitabları arxivdə aşkar olunmadı.” İddiaçı da məhkəmə iclasında verdiyi etirafedici izahatında göstərmişdir ki, 1996-cı ildə kolxozun dağılması ilə bağlı işdən çıxmış, işləmədiyi üçün 1996-cı ilin ortalarından sonra əmək haqqı almamışdır. Lakin işdən azad edilməsi ilə bağlı əmr xx.xx.1997-ci ildə verilmişdir. Kollegiya belə bir vəziyyətdə hesab edir ki, iddiaçının əmək kitabçasında qeyd edilən xx.xx.1976-cı il tarixdən xx.xx.1997-ci il tarixədək olan dövrlər üzrə əmək haqqı almadığı - 1977-ci ildə yanvar ayı, 1992-ci ildə yanvar - fevral ayı, 1993-cü ildə yanvar ayı, 1994-cü ildə yanvar və dekabr ayı, 1995-ci ildə oktyabr - dekabr ayları, 1996-cı ildə iyul-dekabr və 1997-ci ildə yanvar-aprel ayları iş stajı kimi nəzərə alınmamlıdır. Belə bir vəziyyətdə əmək kitabçasında və arxiv arayışında qeyd edilmiş illər (1976-cı ilin iyun, iyul və avqust ayları nəzərə alınmaqla) üzrə iddiaçının iş stajı - 19 il 4 ay 7 gün təşkil edir. Kollegiya iddiaçının əmək kitabçasında qeyd edilmiş 17 fevral 2001-ci il tarixdən 01 iyul 2001-ci il tarixədək Cəlilabad rayon Soyuqbulaq kənd tam orta məktəbində xidmətçi vəzifəsində işlədiyi iş stajına münasibətdə isə bildirir ki, işdə olan arxiv arayışından görünür ki, qeyd edilən dövrə aid əmək haqqları barədə məlumat mövcuddur və iddiaçı mart-iyul ayları üzrə əmək haqqı almışdır. Beləliklə qeyd edilən dövr üzrə iddiaçının iş stajı 4 ay 1 gün (xx.xx.2001-xx.xx.2001) təşkil edir. Kollegiya iddiaçının xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (xx.xx.2003-cü il tarixdən 3 illik müddətə sosial məzuniyyətə çıxması) iş stajına münasibətdə bildirir ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində yaşa görə pensiya təyin edilməsinin şərti kimi “iş stajı” terminindən istrifadə edilirdi. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində yaşa görə pensiya təyin edilməsinin şərti kimi “sığorta stajı” terminindən istrifadə edilir. Sığorta stajı isə əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. xx.xx.2006-cı il tarixdən sonrakı fəaliyyət dövrünün sosial sığorta stajına daxil edilə bilməsi üçün şəxsin adına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi tələb olunur. Hazırkı işin hallarından isə xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək olan dövrlə bağlı məhz iddiaçının adına sosial sığorta ödənişlərinin edildiyi müəyyən edilmir. Beləliklə qeyd edilən dövr üzrə iddiaçının iş stajı 4 il 5 ay 1 gün (xx.xx.2001-xx.xx.2006) təşkil edir. Kollegiya qeyd edir ki, iddiaçının ümumən sığorta stajı 24 il 1 ay 9 gün (9 il 4 ay 7 gün + 4 ay 1 gün + 4 il 5 ay 1 gün = 24 il 1 ay 9 gün) təşkil edir. Hətta, iddiaçının analıq məzuniyyətində olduğu dövrlər tam şəkildə (xx.xx.2006-xx.xx.2006-cı dövrlər də) nəzərə alınsa belə, yenə də onun qanunvericiliyin tələb etdiyi azı 25 il sığorta stajı olmur. İddiaçıya iddia etdiyi pensiyanın təyin olunması üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin dispozisiya şərtləri ödənilmir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsindən cavabdehin imtinası qanunauyğun olmuşdur. İddiaçı yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 2-1(120)-2107/2025 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddiası təmin edilməsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.