Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2-1(106)-648/2025 09.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: iddianın mümkün sayılmamas) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə qarşı “qeyri-yaşayış binasına mülkiyyət hüququnun qeydiyyata alınmaqla daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və üçüncü şəxs2 zəruri cəlbetmə qaydasında cəlb edilmiş üçüncü şəxslər) dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-**/**** nömrəli qərarından cavabdeh və üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının ## ####### 2003-cü il tarixli *** nömrəli sərancamından görünür ki, Cəlilabad şəhəri ərazisində şimaldan Cəlilabad Şəhər İstehlak Cəmiyyətinin binası ilə, cənubdan Qurtuluş küçəsi ilə, şərqdən Sabir küçəsi ilə, qərbdən Cəlilabad Şəhər İstehlak Cəmiyyətinin həyəti ilə sərhədlənən 80.5 kv.m (11.5m x 7m) ölçüdə torpaq sahəsi kommersiya xidməti məqsədilə İddiaçı istifadəsinə verilmişdir. Cəlilabad Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin ## ##### 2005-ci il tarixli ** nömrəli arayışından görünür ki, Cəlilabad şəhərində İddiaçı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının ## ####### 2003-cü il tarixli *** nömrəli sərancamına əsasən verilmiş 0.0805 ha (80.5 kv.m) torpaq sahəsindən kommersiya obyektinin tikintisinə icazə verilmişdir. ## ###### 2021-ci il tarixli Ö/****** nömrəli “İstismara hazırlıq” aktından görünür ki, Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, ümumi sahəsi 40.0 kv.m, tikintialtı sahəsi 42.0 kv.m, həcmi 457.0 kub.m olan qeyri-yaşayış binası ilə bağlı (tikinti işləri aparılmışdır: ## ###### 2003-## ### 2004) akt Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən təsdiq edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2021-ci il tarixli məktubundan görünür ki, qeyri-yaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının sərəncamı və istismara icazə sənədi təqdim edilmədiyi üçün hüququn qeydiyyatından imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən birmərtəbəli qeyri-yaşayış binasının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2004-cü ildə şəxsi vəsaiti hesabına bir mərtəbəli, ümumi sahəsi 40 kv.m olan qeyri-yaşayış binası inşa etdirmiş, elə həmin vaxtdan da fəaliyyətdədir. Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının ##.##.2003-cü il tarixli *** nömrəli sərəncamına əsasən kommersiya xidməti məqsədi ilə ona Cəlilabad şəhəri ərazisində 80.5 kv.m torpaq sahəsi ayrılmasına qərar verilmişdir. Sərəncama əsasən həmin torpaq sahəsinin qanunamüvafıq qaydada təhkim edilməsi barədə akt və torpağın planı tərtib edilmişdir. Eyni zamanda görülmüş tikinti işləri sərəncamda göstərildiyi kimi Cəlilabad Rayon İH-nin Memarlıq və tikinti şöbəsi ilə razılaşdırılmış, binanın planı və smeta-layihə sənədləri rayonun baş memarı tərəfindən təsdiq edilmişdir. Tikilmiş binanın istismarına dair Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyi tərəfindən ##.##.2021-ci il tarixli akt verilmişdir. Həmin aktda tikintinin müvafiq qaydalara uyğun həyata keçirilməsi təsdiq olunur. İnşa etdirdiyi qeyri-yaşayış binası mülkiyyətində olan torpaq sahəsində yerləşir. Qeyri-yaşayış binası üzərində hüququn qeydiyyatı ilə bağlı cavabdehə müraciət etmiş, lakin əsassız olaraq imtina edilmişdir. Cavabdehin etirazları: Etirazın dəlilləri imtinanın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” JN-2131 KOD ******** saylı Dövlət aktı arxiv sənədlərində aşkar edilməmişdir. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-**/**** saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Eyni zamanda qərardan üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti də apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin ## ###### 2025-ci il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Cəlilabad Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynidir. Əlavə olaraq qeyd edilmişdir ki, mübahisəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir və həmin torpaq sahəsinə münasibətdə iddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlanmamışdır. Üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri: Mübahisəli qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətinə aid torpaq sahəsidir və həmin torpaq sahəsinə münasibətdə iddiaçı ilə Əmlak Məsələləri Dövlət Xidməti arasında icarə müqaviləsi bağlanmamışdır. Bundan başqa, mübahisənin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanı ilə yaradılmış bir mexanizm mövcuddur. Apellyasiya şikayətlərinə dair etiraz: İddiaçı icarə müqaviləsi bağlamaq üçün cavabdehə müraciət etmiş, bundan imtina edilərək, hüquq qeydiyyata alındıqdan sonra ərazi idarəsinə yaxınlaşmaq məsləhət görülmüşdür. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayələri mümkün sayılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçının vəkili məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının iddiaçının və onun vəkilinin iştirakı olmadan keçirilməsini xahiş etmiş, üçüncü şəxslər isə məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə iddiaçının və üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsinini xahiş etdi. ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi iddiaya uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-**/**** saylı qərarının qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə dair: ... 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il ## ##### tarixli, * nömrəli Qərarı Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyərək, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının ## ####### 2003-cü il tarixli *** saylı sərəncamı ilə ayrılmış torpaq sahəsində inşa edilmiş qeyri-yaşayış sahəsinin istismarına icazə verilmişdir və tikilinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün hüquqi əsas var. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və iddianın mümkün sayılmamasını şərtləndirilən aşağıdakı halların qeyd olunmasını zəruri sayır. İşin hallarının araşdırılması (obyektiv araşdırma) prinsipinin tələbinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün fakitiki halları araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu qayda eynilə iddianın mümkünlüyü ilə bağlı şərtlərin yoxlanılmasına da şamil olunur. Belə ki, obyektiv araşdırma prinsipi yalnız iddianın əsaslılığının yoxlanılması zamanı da tətbiq olunmalıdır. Məhkəmə iddianın mümkünlüyünə dair bütün şərtlərin mövcud olmasını xidməti vəzifəsinə görə yoxlamağa borcludur. İşin hallarına görə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının ## ####### 2003-cü il tarixli *** nömrəli sərancamı ilə Cəlilabad şəhəri ərazisində şimaldan Cəlilabad Şəhər İstehlak Cəmiyyətinin binası ilə, cənubdan Qurtuluş küçəsi ilə, şərqdən Sabir küçəsi ilə, qərbdən Cəlilabad Şəhər İstehlak Cəmiyyətinin həyəti ilə sərhədlənən 80.5 kv.m (11.5m x 7m) ölçüdə torpaq sahəsi kommersiya xidməti məqsədilə iddiaçının istifadəsinə verilmişdir. Mübahisəli tikili 2004-cü ildə tikilmişdir. Cəlilabad Rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin ## ##### 2005-ci il tarixli ** nömrəli arayışı ilə Cəlilabad şəhərində İddiaçı Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının ## ####### 2003-cü il tarixli *** nömrəli sərancamına əsasən verilmiş 0.0805 ha (80.5 kv.m) torpaq sahəsindən kommersiya obyektinin tikintisinə icazə verilmişdir. ## ###### 2021-ci il tarixli Ö/****** nömrəli “İstismara hazırlıq” aktı ilə Cəlilabad şəhəri, H.Əliyev prospektində yerləşən torpaq sahəsində inşa edilmiş 1 mərtəbəli, ümumi sahəsi 40.0 kv.m, tikintialtı sahəsi 42.0 kv.m, həcmi 457.0 kub.m olan qeyri-yaşayış binası ilə bağlı (tikinti işləri aparılmışdır: ## ###### 2003-## ### 2004) akt Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X2 Agentliyinin Baş Dövlət Tikinti Müfəttişliyi tərəfindən təsdiq edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış ##.##.2021-ci il tarixli məktubdan görünür ki, qeyriyaşayış binasının tikintisinin aparılmasına dair icazə barədə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının sərəncamı və istismara icazə sənədi təqdim edilmədiyi üçün hüququn qeydiyyatından imtina edilmişdir. Nəzərə almaq lazımdır ki, qeyri-yaşayış sahəsinin üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün qanunvericilkdə müəyyən şərtlərin ödənilməsi tələb olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.9 və 8.0.9.2-ci maddələrinin tələbinə görə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il ######ın #-dək) inşa edilmiş tikililərə münasibətdə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı hüququn dövlət qeydiyyatı üçün əsasdır. Hüququn dövlət qeydiyyatı üçün tələb edilən sənədlərin (tam və ya qismən) inzibati orqana təqdim edilməməsi və nəticədə yaranan məhkəmə mübahisəsi iddianın əsaslılığına qiymət verilməsi yönümdə deyil, iddianın mümkünlüyü baxımından qiymətləndirilməlidir. Qanunvericiliklə tələb edilən sənədlər tam şəkildə qeydiyyat orqanına təqdim edilərsə, lakin hər hansı bir əsas üzrə qeydiyyatdan imtina edilərsə, bu zaman yaranan mübahisəyə mahiyyəti üzrə baxılmalıdır. Məsələn, şəxs qanunvericilklə tələb edilən sənədləri inzibati orqan tam şəkildə təqdim edir. İnzibati orqan iddia edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində təyinatına uyğun olmayan tikinti aparılmışdır. Təbii ki, bu mübahisəyə iddiaya mahiyyəti üzrə baxılaraq, qiymət verilməlidir. Hər hansı bir şəxsin “istismara qəbul aktı”ı deyil, ümumiyyətlə hüququn qeydiyyatı üçün qanunvericilklə tələb olunan heç bir sənədi olmasa idi və faktiki inşa edilmiş tikiliyə mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı məhkəmədə iddia qaldırsa idi, onda da məsələyə mahiyyəti üzrə baxılacaqdır? Təbii ki, xeyr. Qanunvericilik fərq qoymur ki, hüququn qeydiyyatı ilə bağlı tələb edilən sənədlərdən heç biri, biri və ya bir neçəsi təqdim edilərsə, hansı hallarda işə mahiyyəti üzrə baxılmaldır, hansı hallarda isə iddia mümkün sayılmamalıdır. Oxşar məsələ üzrə məsələn, şəxs güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırır. İşlədiyi müəssisə mövcuddur, lakin şəxsə güzəştli arayış təqdim etmir ki, işlədiyi vəzifə güzəştli deyil. Şəxs işlədiyi müəssisə tərəfindən güzəştli arayış verilmədən məhkəmədə iddia qaldırır. Hesab edilir ki, bu zaman da şəxsin güzəştli arayışı olmadan məhkəmə şəxsin iddia etdiyi vəzifənin güzəştli vəzifə olub-olmaması yönümdə araşdırma aparmamalı, iddianı mümkün hesab etməməlidir (bu zaman şəxs ilkin olaraq işlədiyi müəssisəyə qarşı güzəştli arayışın verilməsi ilə bağlı iddia qaldırmalıdır). Belə ki, bunun əksi qanunvericiliyin tələbini heçə endirər. Çünki, istər güzəştli şərtlərlə pensiya təyinatı zamanı güzəştli arayışın, istərsədə, hüququn qeydiyyatı üçün əsas olan sənədlərin cavabdehə təqdim edilməsi tələb olunur. Həmin sənədlər təqdim edildikdən sonra yaranan mübahisəyə mahiyyəti üzrə baxıla bilər. İş materiallarında olan “istismara hazırlıq aktı” birinci instansiya məhkəməsinin qiymətləndirdiyi kimi “istismara qəbul aktı” deyil. İddiaçı üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasını iddia etdiyi tikilinin istismarına icazə verilməsi ilə bağlı qanunvericiliyin ondan tələb edilən şərtlərinə əməl etməlidir. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2023-cü il tarixli **** nömrəli Fərmanı ilə yaradılmış mexanizm mövcuddur. İndiki halda iddiaçıya münasibətdə hüquqi müdafiə vasitələri tükənməmişdir. Oxşar məsələ ilə bağlı mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2024-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarında mövqe eyni olmuşdur. İPM-in 111.5-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçılarından hər hansı birinin təqsiri üzündən meydana gəlmiş prosessual xərcləri ödəmək vəzifəsi, həmin iştirakçının üzərinə qoyula bilər. Beləliklə, məhkəmə kollegiyası işin faktiki və hüquqi hallarını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia mümkün sayılmamalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-**/**** saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-648/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-648/2025
09.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver