Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-65/2025 11.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 nömrəli iclas protokolu ilə və Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq Cavabdeh üzərinə qoyulmasına, mərhumə R.X.Rzayevanın ölümündən sonra Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının olmasına baxmayaraq Maraqlı şəxs qanunsuz olaraq satdıqları sahəni sənədlərdə azaltmadan tam sahə 0,06 ha göstərildiyindən qüvvədə olan sənədlərə uyğun həmin sahənin 0,03 ha hissədə məcburi azaldılması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2- 1(120)-2084/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı Cavabdehnə qarşı “Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 nömrəli iclas protokolu ilə və Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq Cavabdeh üzərinə qoyulmasına, mərhumə R.X.Rzayevanın ölümündən sonra Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının olmasına baxmayaraq Maraqlı şəxs qanunsuz olaraq satdıqları sahəni sənədlərdə azaltmadan tam sahə 0,06 ha göstərildiyindən qüvvədə olan sənədlərə uyğun həmin sahənin 0,03 ha hissədə məcburi azaldılması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə Maraqlı şəxs üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Lənkəran şəhəri, M.Ağayev küçəsi, 9 saylı ev ona bağışlama yolu ilə mərhum nənəsi X4 qalmışdır. Həmin zaman nənəsi X6 məxsus torpaq və üzərində tikinti sahəsi ümumən 403.5 kv.m olmuşdur. Hətta Lənkəran dövlət Notariat Kontorunda vərəsəlik əsasında həmin torpaq sahəsi və tiklilər nənəsi X5 adına qeydiyyatdan keçən zaman belə həmin sahə 403,5 kv.m sahəni əhatə etmişdir. Həmin mülkiyyətindəki ərazi və torpaq sahəsi daima bu vəziyyətdə mülkiyyətində və istifadəsində olmuşdur. Əlində mülkiyyət hüquqlarını təsdiq edən sənədlərin olmasına baxmayaraq mülkiyyətindəki evin və sahənin əks istiqamətində nənəsi ilə qonşu olmuş və yaşamış X19, vəfat edəndən sonra isə R.X.Rzayevanın nəvəsi olan Maraqlı şəxs sonradan torpağın 0,03 ha hissəsini nənəsi sağlığında ikən dayısı oğlu, vətəndaş X1 baxmayaraq bu barədə cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinin qüvvədə olan qərarının olmasına və Lənkəran şəhər X17 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 №li protokolundan çıxarışın olmasına baxmayaraq, torpaq sahəsini 0,03 ha hissədə satmasını gizli saxlamaqla qanunsuzluqlara yol verərək yalan məlumatlar verməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi İdarəsindən R.X.Rzayevanın adına RX ******* saylı çıxarışı və ona uyğun çəkilmiş plan sxemi, R .X. Rzayevanın ölümündən sonra xx.xx.2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq sonradan 19 aprel 2013-cü ildə qanunsuz ölçü və həqiqəti əks etdirməyən məlumatlar əsasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən adına 0,06 ha satdığı sahəni azaldılmadan düzgün olmayan məlumatlar daxil etməklə, qanunsuzluq və saxtakarlıq edərək satdıqları mübahisəli hissəni azaltmadan 0,03 ha satılmış sahə əvvəlki qaydada saxlanılmaqla adına çıxarış verilmiş və sxem çəkilmişdir. Maraqlı şəxs mərhum nənəsi X10 qanunsuz hərəkətləri nəticəsində nənəsinin adına aldığı RX ******* saylı çıxarışın və ona uyğun çəkilmiş plan sxem əsasında xx.xx.2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq, nənəsinin 12 may 1987-ci ildə satmış olduğu 0,03 ha sahəni azatmadan və bu barədə sənədlərində düzəlişlər aparılması ilə bağlı cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətini xəbərdar etmədən tam sahə göstərilməklə adına çıxarış alaraq əsassız yollarla varlanaraq, qanunsuz yollarla artıq sahə əks olunmuş sənədi əldə etmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran Filialında saxlanılan arxiv məlumatlarına əsasən Maraqlı şəxs qanunsuz olaraq rəsmiləşdirdiyi 600 kv.m torpaq sahəsindən hələ sağlığında ikən mərhumə nənəsi X2 şəhər X22 İcraiyyə Komitəsinə müraciət edərək 300 kv.m toraq sahəsini 1987-ci il may ayında mərhumə R.X.Rzayevanın dayısı oğlu, vətəndaş X7 vermiş və orada fərdi ev tikmək üçün onun adına keçirmişdir. X19 və dayısı oğlu X11 həyətlərindən küçə istiqamətinə çıxış üzrə ünvanları 1980-2000-ci illər ərzində ünvan 1 X31 küçəsi, dalan 2 ünvanı üzrə olmuşdur. X24 və ailə üzvləri aldıqları torpaq sahəsində yaşayış evi tikdiklərindən həyətin küçə istiqamətinə olan çıxışına maraqlı şəxs üçün maneələr yarandığından öz aralarında ailə daxili mübahisələri olmuşdur. Hazırda mərhumə X10 nəvəsi Maraqlı şəxs mübahisəli olan həmin sahəni azaltmadan qanunsuz olaraq 600 kv.m toraq sahəsinə qanunsuz yollarla düzgün olmayan məlumatları daxil etməklə cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinin qüvvədə olan qərarı və Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin verdiyi və hazırda saxlanılan arxiv məlumatlarında saxlanılmasına baxmayaraq satmış olduqları ərazini azaltmadan 0,06 ha sahə göstərilməklə nənəsi R.X.Rzayevanın adına verilmiş RX ******* saylı çıxarışın və plan sxemin, öldükdən sonra isə nəvəsi Maraqlı şəxs 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» almaqla 19 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adına nənəsinin satdığı 0,03 ha hissəsini azaltmadan tam 0,06 ha sahəni saxlamaqla Maraqlı şəxs öz adma RX seriyalı ******* saylı çıxarış almış və sxem çəkdirmişdir. Maraqlı şəxs nənəsi X19 öldükdən sonra isə 2013-cü ildə özü sənədlərə düzgün olmayan məlumatları daxil etməklə, çıxarışdakı və plan sxemdəki həmin ərazinin sahəsi 0,03 ha azaltmalı olduğu halda qanunsuz olaraq sahəni artıq göstərməklə cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinin qərarının icra olunmasında qəsdən maraqlı olmamış, arxiv məlumatlarında saxlanılan satdıqları ərazini azaltmadan həmin sahəni tam olaraq 0,06 ha sahə göstərilməklə qanunsuz olaraq həm R.X.Rzayeva özünün çıxarışında, həm də öldükdən sonra nəvəsi olan Maraqlı şəxs xx.xx.2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» almaqla sonradan 19 aprel 2013-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adma qanunsuz olaraq sahəni 0,03 ha hissədə azaltmadan RX seriyalı ******* saylı çıxarış almış və sxem çəkdirmişdir. Göründüyü kimi arxiv sənədlərinə baxarkən mərhumə X19 öz ərizəsində özünə məxsus ərazisini artıq göstərsə də Lənkəran şəhər X22 İcraiyyə Komitəsi sənəd üzrə R.X.Rzayevamn müraciəti ilə 300 kv.m toraq sahəsini 1987-ci il may ayında dayısı oğu X14 verdikdən sonra əslində qərar ilə istifadəsində 300 kv.m torpaq sahəsinin qaldığını göstərmiş və möhürü ilə təsdiq etmişdir. Lakin Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 №li iclas protokolu ilə və qüvvədə olan qərarı ilə mərhum R.X.Rzayevaya RX ******* saylı çıxarış və plan sxemi verilmiş, ölümündən sonra isə Maraqlı şəxs 0,03 ha ərazini azaltmadan 0,06 ha tam sahə göstərilməklə nənəsinin satdığı 0,03 ha hissəni tam göstərməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən RX seriyalı ******* saylı adma 0,06 ha sahəyə çıxarış almışdır. Cavabdeh uzun sürən süründürməçilikdən sonra bu kimi qanunsuz hərəkətlərindən göndərdiyi sorğulara 2022-ci ilin dekabr ayında cavablar verdikdən sonra bu sənədləşmələrdən məlumatlı olmuşdur. Bütün bu qanunsuzluqları aradan qaldırmaq üçün Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 №li iclas protokolu ilə və Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalıdır. X20 Lənkəran filialında saxlanılan maraqlı şəxsin nənəsi R.X.Rzayevanın satdığı 0,03 ha hissəni azaltmadan mərhum R.X.Rzayevaya maraqlı şəxs tərəfindən RX ******* saylı verilmiş çıxarışın və plan sxemin 0,03 ha hissədə, mərhumənin ölümündən sonra qanunsuz olaraq artıq sahə göstərilməklə Maraqlı şəxs qızma nənəsinin satdığı sahə tam 0,06 ha göstərilmiş həmin sahə 0,03 ha hissədə məcburi azaldılmalıdır. Ona görə də pozulmuş mülkiyyət və prosessual hüquqlarının qorunması üçün Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 №li iclas protokolu ilə və Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmalı, maraqlı şəxsin nənəsi R.X.Rzayevanın satdığı 0,03 ha hissə azaltmadan mərhum R.X.Rzayevaya qanunsuz olaraq artıq sahə göstərilməklə sonradan nəvəsi Maraqlı şəxs nənəsinin satdığı sahə azaldılmadan tam 0,06 ha göstərilmiş həmin sahə 0,03 ha hissədə məcburi azaldılmalıdır. Cavabdehlərin qanunsuz hərəkətlərini görüb, vəkilə müraciət edərək arxiv sənədlərini əldə edib, öz hüquqlarımı müdafiə etməyə başlamışam. Ona görə də mən öz pozulmuş konstitusion və prosessual hüquqlarını müdafiə etmək üçün cavabdehə qarşı üzərinə öhdəlik qoyulması ilə bağlı tələb ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin məhkəməyə daxil olmuş etirazından göründüyü kimi cavabdeh iddiaçının iddia tələbini etirazla qarşılayır və bu halı onunla əsaslandırır ki, İddiaçı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə qarşı “Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 15 nömrəli iclas Protokolu ilə və Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması, mərhumə R.X.Rzayevanın ölümündən sonra Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının olmasına baxmayaraq Maraqlı şəxs qanunsuz olaraq satdıqları sahəni sənədlərdə azaltmadan tam sahə 0,06 ha göstərildiyindən qüvvədə olan sənədlərə uyğun həmin sahənin 0,03 ha hissədə məcburi azaldılması” barədə iddia tələbinə dair işlə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinin münasibəti: Bildiririk ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər İcra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. Məktubda qeyd edilən sənədin verilmə tarixi idarə daxili arxivdə müvəqqəti saxlanılma müddətim keçdiyi üçün tərəfimizdən Arxiv İdarəsinin Lənkəran Filialına müraciət olunmuş və filialda “Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 15 nömrəli iclas Protokolundan çıxarışında 207 nömrəli “Vətəndaşların birindən digərinə torpaq sahəsinin ayrılması, yeni evlərin tikintisi, köhnə evlərin sökülməsi barədə qərar aşkarlanmışdır. Qərarın icrası və mülkiyyətinə alınması barədə dövlət qeydiyyatı ilə bağlı heç bir sənəd aşkarlanmamışdır. Bu səbəbdən tərəfimizdən iddia ilə bağlı münasibətin bildirilməsi imkan xaricindədir. Lənkəran Şəhər İcra Hakimiyyəti məsələni məhkəmənin mühakiməsinə verərək, qanunamüvafiq baxılmasına etiraz etmirlər. Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-2084/2024 saylı qərarı (Hilal Nəcəfov) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-2084/2024 saylı qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Şirvan İnzibati Məhkəməsi bu iş üzrə tərəflərin bərabərliyini qorumamış, çəkişmə prinsipini pozmuş, 24 may 2024-cü il tarixli 2-1(120)-2084/2024 saylı qərardadı ilə ədalətsiz və mücərrəd nəticəyə gəlmişdir. Mənim cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 nömrəli iclas protokolu ilə və Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq Cavabdeh üzərinə qoyulmasına, mərhumə R.X.Rzayevanın ölümündən sonra X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının olmasına baxmayaraq Maraqlı şəxs qanunsuz olaraq satdıqları sahəni sənədlərdə azaltmadan tam sahə 0,06 ha göstərdiyindən qüvvədə olan sənədlərə uyğun həmin sahənin 0,03 ha hissədə məcburi azaldılması tələbinə dair iddiam qanunsuz və ədalətsiz olaraq mümkün sayılmamışdır. Qeyq edirəm ki, Lənkəran şəhəri, M.Ağayev küçəsi, 9 saylı evi mənə bağışlama yolu ilə mərhum nənəm X4 qalmışdır. Həmin zaman nənəm X15ma məxsus torpaq və üzərində tikinti sahəsi ümumən 403.5 kv.m olmuşdur. Hətta Lənkəran dövlət Notariat Kontorunda vərəsəlik əsasında həmin torpaq sahəsi və tikililər mərhumə nənəm X5 adma qeydiyyatdan keçən zaman belə həmin sahə 403,5 kv.m sahəni əhatə edir. Əlimizdə mülkiyyət hüquqlarımızı təsdiq edən sənədlərimizin olmasına baxmayaraq mülkiyyətimdəki evin və sahənin əks istiqamətlərində nənəm ilə qonşuluqda yaşamış X19, o, vəfat edəndən sonra isə R.X.Rzayevanın nəvəsi olan cavabdeh Maraqlı şəxs sonradan torpağın 0,03 ha hissəsini nənəsi sağlağında ikən dayısı oğlu X1 baxmayaraq heç bir azaltma aparmadan bu barədə cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinin qüvvədə olan qərarının olmasına və Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 nömrəli iclas protokolundan şıxarışın olmasına baxmayaraq torpaq sahəsini 0,03 ha hissədə satmasını gizli saxlamaqla qanunsuzluqlara yol verərək yalan məlumatlar verməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən R.X.Rzayevanın ölümündən sonra 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq, sonradan həmin şəhadətnamədə nənəsinin satdığı sahəni bilərəkdən və qəsdən azaldıldığını göstərmədən, düzgün olmayan, qanunsuz ölçü və həqiqəti əks etdirməyən məlumatlar əsasında hazırki maraqlı şəxs satdığı 0.06 ha ərazini yenidən tam özünə məxsus olduğu kimi göstərməklə satdıqları sahəni tam sahə göstərməklə adma çıxarış almış və plan sxem çəkdirmişdir. Maraqlı şəxs mərhumə nənəsi X10 qanunsuz hərəkətləri nəticəsində nənəsinin adma aldığı RX ******* saylı çıxarışı və ona uyğun çəkilmiş plan sxem əsasında 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» alaraq nənəsinin 12 may 1987-ci ildə satmış olduğu 0,03 ha hissəni azaltmadan və bu barədə sənədlərdə düzəlişlər aparılması ilə bağlı cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətini xəbərdar etmədən tam sahə göstərilməklə adına çıxarış alaraq əsassız yollarla varlanaraq, qanunsuz yollarla artıq sahə əks olunmuş sənədi əldə etmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Lənkəran filialında saxlanılan arxiv məlumatlarına əsasən Maraqlı şəxs qanunsuz olaraq rəsmiləşdirdiyi 600kv.m torpaq sahəsindən hələ sağlığında ikən mərhumə nənəsi X2 şəhər X22 İcraiyyə Komitəsinə müraciət edərək 300 kv.m toraq sahəsini 1987-ci il may ayında mərhumə R.X.Rzayevanın dayısı oğlu X14 vermiş və orada fərdi ev tikmək üçün onun adma keçirmişdir. X19 və dayısı oğlu X11 həyətlərindən küçə istiqamətinə çıxış üzrə ünvanları 1980- 2000-ci illər ərzində ünvan 1 X31 küçəsi, dalan 2 ünvanı üzrə olmuşdur. X24 aldıqları torpaq sahəsində yaşayış evi tikdiklərindən həyətin küçə istiqamətinə olan çıxışına maneələr yarandığından öz aralarında ailə daxili mübahisələri olmuşdur. Hazırda mərhumə X10 nəvəsi Maraqlı şəxs mübahisəli olan həmin ərazini azaltmadan qanunsuz olaraq 600 kv.m torpaq sahəsinə qanunsuz yollarla düzgün olmayan məlumatları daxil etməklə cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinin qüvvədə olan qərarı və Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin verdiyi və hazırda saxlanılan arxiv məlumatlarında saxlanılmasına baxmayaraq satmış olduqlıarı ərazini azaltmadan 0,06 ha sahə göstərməklə nənəsi R.X.Rzayevanın adma verilmiş RX ******* saylı çıxarışın və plan sxemin , öldükdən sonra isə nəvəsi Maraqlı şəxs 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» almaqla 19 aprel 2013-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adma nənəsinin satdığı 0,03 ha hissəni azaltmadan tam 0,06 ha sahəni saxlamaqla Maraqlı şəxs öz adma RX seriyalı ******* saylı çıxarış almış və sxem çəkdirmişdir. Maraqlı şəxs nənəsi X19 öldükdən sonra isə 2013-cü ildə özü sənədlərə düzgün olmayan məlumatları daxil etməklə, çıxarışdakı və plan sxemdəki həmin ərazinin sahəsi 0,03 ha azaltmalı olduğu halda qanunsuz olaraq sahəni artıq göstərməklə cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinin qərarının icra olunmasında qəsdən maraqlı olmamış, arxiv məlumatlarında saxlanılan satdıqları ərazini azaltmadan həmin sahəni tam olaraq 0,06 ha sahə göstərməklə qanunsuz olaraq həm R.X.Rzayeva özünün çıxarışında, həm də öldükdən sonra nəvəsi olan maraqlı şəxs B.Ə.Rərimova 12 aprel 2013-cü ildə «Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə» almaqla sonradan 19 aprel 2013-cü ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən öz adına qanunsuz olaraq sahəni 0,03 ha hissədə azaltmadan RX seriyalı ******* saylı çıxarış almış və sxem çəkdirmişdir. Göründüyü kimi arxiv sənədlərinə baxarkən mərhumə X19 öz ərazisi ilə özünə məxsus ərizəsində öz sahəsini bilərəkdən artıq göstərsə də Lənkəran şəhər X22 İcraiyyə Komitəsi sənəd üzrə R.X.Rzayevanın müraciəti ilə 300 kv.m toraq sahəsini 1987-ci il may ayında dayısı oğu X14 verdikdən sonra əslində qərar ilə istifadəsində 300 kv.m torpaq sahəsinin qaldığı göstərmiş və möhürü ilə təsdiq etmişdir. Lakin Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli 15 N-li iclas protokolu ilə və qüvvədə olan qərarı ilə mərhmə R.X.Rzayeva RX ******* saylı çıxarış və plan sxemi verilmiş, ölümündən sonra isə maraqlı şəxa Maraqlı şəxs 0,03 ha hissəni azaltmadan 0,06 ha tam sahə göstərməklə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən RX seriyalı ******* saylı adıma 0.06 ha sahəyə çıxarış almışdır. Cavabdeh uzun sürən süründürməçilikdən sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Lənkəran Ərazi idarəsindən bu kimi qanunsuz hərəkətlərindən göndərdiyi sorğulara 2022-ci ilin dekabr ayında cavablar verdikdən sonra bu sənədləşmələrdən məlumatı olmuşdur. Bütün bu qanunsuzluqları aradan qaldırmaq üçün Lənkəran şəhər Xalq Deputatları İcraiyyə Komitəsinin cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 nömrəli iclas protokolu ilə və Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq Cavabdeh üzərinə qoyulmasına, mərhumə R.X.Rzayevanın ölümündən sonra X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının olmasına baxmayaraq Maraqlı şəxs qanunsuz olaraq satdıqları sahəni sənədlərdə azaltmadan tam sahə 0,06 ha göstərdiyindən qüvvədə olan sənədlərə uyğun həmin sahənin 0,03 ha hissədə məcburi azaldılması tələbinə cavabdeh Lənkəran rayon İcra Hakimiyyətinə qarşı Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 nömrəli iclas protokolu ilə və Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq Cavabdeh üzərinə qoyulmalı, mərhumə R.X.Rzayevanın ölümündən sonra X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının olmasına baxmayaraq Maraqlı şəxs qanunsuz olaraq satdıqları sahəni sənədlərdə azaltmadan tam sahə 0,06 ha göstərdiyindən qüvvədə olan sənədlərə uyğun həmin sahənin 0,03 ha hissədə məcburi azaldılmalıdır. Şirvan İnzibati Məhkəməsi ümumiyyətlə mənim tərəfimdən təqdim olunan sübutları ya araşdırmaq istəməmiş ya da cavabdehin və maraqlı şəxsin qanunsuzluqlarına göz yumaraq heç bir araşdırma aparmadan səthi, birtərəfli, qanunsuz və ədalətsiz qərardad çıxarmışdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-2084/2024 saylı qərarının ləğv edilərək işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62-ci maddəsinə əsaslanaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: «İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.2. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Maddə 2.0.11. Əlverişsiz (yükləyici) inzibati akt - maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir. Həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 may 2008-ci il tarixli Qərarında ortaya qoyulmuş hüquqi mövqe aşağadıkılardan ibarət olmuşdur: «Subyektiv hüququn həyata keçirilməsi, onun hüdudlarının qanunvericilik səviyyəsində tənzimlənməsi hüquqi müəyyənlik və hüquqi təmin olunma prinsiplərinə xidmət edir. Bu, həmçinin hüququn təmin olunması üçün məhkəmə müdafiə mexanizmlərindən istifadə zamanı ədalət mühakiməsinin obyektiv meyarlarından faydalanmaq imkanı yaradır. Son dərəcə əhəmiyyətli hal isə ondan ibarətdir ki, maraqlı şəxslər məhkəmədə qanunun tələblərinin düzgün tətbiq edildiyini güman etməyə haqlıdırlar. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.» Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 13. Məhkəmənin yardım etmək vəzifəsi. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçının tələbi “Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin xx.xx.1987-ci il tarixli, 15 nömrəli iclas protokolu ilə və Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının icrası öhdəlik olaraq Cavabdeh üzərinə qoyulmasına, mərhumə R.X.Rzayevanın ölümündən sonra Lənkəran şəhər X22 İcraiyyə Komitəsinin qüvvədə olan qərarının olmasına baxmayaraq Maraqlı şəxs qanunsuz olaraq satdıqları sahəni sənədlərdə azaltmadan tam sahə 0,06 ha göstərildiyindən qüvvədə olan sənədlərə uyğun həmin sahənin 0,03 ha hissədə məcburi azaldılması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı mümkün hesab etməmiş və mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı hüquqmüəyyənedici sənədlər aşkar olunmamışdır. Odur ki, iş üzrə iddiaçının qeyd edilən iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. İddiaçı tərəfindən son 5 il ərzində cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə heç bir müraciət daxil olmadığından məsələ ilə bağlı inzibati icraat aparılmamışdır. İddiaçı üçüncü şəxs Maraqlı şəxs barəsində tərtib edilən sənədlərin onun hansı hüquqlarını pozduğunu əaslandıra bilmir. Eləcə də, tərtib edilən sənədlərdə iddiaçıya xələl gətirə bilən bir icraatda aparılmadığı müəyyən edilir. Tərəflər arasında gedən uzun məhkəmə prosesləri olmuşdur ki, həmin icraatların nəticəsində İddiaçı iddiaları təmin edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (sərəncamları) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə ilkin olaraq iddiaçının subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulub-pozulmadığı aydınlaşdırılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə, işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Qeyd olunmalıdır ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia iddiaçının publik hüquqdan irəli gələn subyektiv hüquqlarının müdafiəsi məqsədilə qaldırılır və iddianın mümkün sayılması üçün mübahisəli münasibətə dair cavabdeh orqanın cavabdehliyi, onun hüquqi mövqeyini ehtiva edən iradə ifadəsi (inzibati akt, faktiki hərəkəti və ya hərəkətsizliyi) mövcud olmalıdır. Başqa sözlə, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut etməlidir. İş materialında olan Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində mülkiyyətində olan 0,03 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 4 otaqlı, 87,2 kv.m yaşayış, 248,0 kv.m köməkçi sahədən ibarət 9 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Maraqlı şəxs Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsində 0.06 ha həyətyani torpaq sahəsi verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 91 nömrəli reyestr kitabının 60 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, İddiaçı Lənkəran şəhəri, Mirhaşım Ağayev küçəsi, ev 9-da 0.038 ha yaşayış məntəqələrinin torpaq sahəsi verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 9 nömrəli reyestr kitabının 79 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materialında olan Azərbaycan Respublikası Dövlət X9 xx.xx.2023-cü il tarixli, 9-48- DA-7F/1-251-1/2023 nömrəli arxiv çıxarışından görünür ki, Lənkəran Şəhər X22 İcraiyyə Komitəsinin 31 iyul 1987-ci il tarixli, 15 №-li iclas protokolundan çıxarışında Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X12 3 №-li qeydəalma vəsiqəsinə əsasən 600 kvm torpaq sahəsindən X13 fərdi yaşayış evi tikintisindən ötrü 300 kvm torpaq sahəsi ayrılsın və sahənin planı təsdiq edilsin. Ş.Rustavelli küçəsində X14 ayrılmış 300 kvm torpaq sahəsində yaşayış sahəsi 61,6 kvm olan bir mərtəbəli 4 otaqlı yaşayış evin layihəsi təsdiq edilsin və ona həmin layihə üzrə ev tikməyə icazə verilsin. Ş.Rustavelli küçəsi 11 №-li evdə yaşayan X12 3 №-li qeydəalma vəsiqəsinə əsasən 600 kvm torpaq sahəsindən 300 kvm azaldılsın və 300 kvm saxlanılsın. İİ. Şəhər XDS icraiyyə komitəsinin memarlıq şöbəsinə tapşırılsın ki, fərdi evlərin layihə və qərara uyğun tikilməsinə nəzarət etsin. Şəhər kommunal təsərrüfatı şöbəsinə tapşırılsın ki, vətəndaşların ev sənədlərində həmin qərara uyğun dəyişikliklər aparsın və bu barədə şəhər maliyyə şöbəsinə məlumat versin. İş materialında olan Azərbaycan Respublikası Lənkəran şəhər İcra Hakimiyyəti başçısının aparatının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 5-2-8/2-1554/2023 nömrəli məktubundan görünür ki, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər İcra hakimiyyətinin idarə arxivində sənədlərin müvəqqəti mühafizə müddəti 5 il müəyyən edilmiş və qeyd edilən müddət keçdikdən sonra arxiv sənədləri daimi mühafizə edilməsi üçün dövlət arxivinə təhvil verilir. İddiaçı tərəfindən son 5 il ərzində cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə heç bir müraciət daxil olmadığından məsələ ilə bağlı inzibati icraat aparılmamışdır. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə hesab edir ki, cavabdeh inzibati orqanın inzibati aktları ilə (qərarı) iddiaçının mülkiyyət və ya digər hüquqlarına müdaxilə edilməmişdir. Belə ki, iddiaçının hüquqi marağının müəyyən edilməsi məqsədilə birinci instansiya məhkəməsində hüquqi yardım üzrə müzakirələr aparılmış və nəticə olaraq iddiaçının marağının Maraqlı şəxs ünvanına gedən yolun onun ərazisindən keçməsi ilə bağlı olduğunu və bu halın onun hüquqlarının pozulması səbəbindən məhkəməyə müraciət etdiyi müəyyən edilmişdir. Həmçinin iş materiallarına üçüncü şəxs Maraqlı şəxs tərəfindən təqdim edilən qüvvəsini alan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(102)-120/2024 saylı qərarıda əlavə edilmiş və həmin qərara nəzər yetirilən zaman İddiaçı hal-hazırki iddia üzrə mübahisələndirdiyi torpaq sahəsi üzrə şəhadətnamənin, çıxarışın və plan-ölçü sənədinin qismən ləğvi üzrə iddia tələbi əsassız və subyektiv hüququnun olmaması səbəbindən təmin edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının hüquqi marağının həlli inzibati məhkəmə müstəvisində öz həllini tapan mübahisə deyil və qeyd edilən torpaq sahəsi ilə bağlı subyektiv hüququ olmadığından, eləcə də üçüncü şəxsə məxsus sənədlərdə qanun pozuntusu aşkar edilmədiyindən iddiaçıya tələbin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardımın göstərilməsinə də ehtiyac yoxdur. Beləliklə də birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı iddiaçının məhkəmə iclasında verdiyi izahatından və iş materiallarında olan sənədlərdən (qanuni qüvvəyə minmiş məhkəmə qərarları daxil olmaqla) müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçının hüquqmüəyyənedici sənədləri mövcud deyildir. Yəni, sözügedən torpaq sahəsi ilə bağlı iş üzrə iddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ olmamışdır. Eyni zamanda İddiaçı tərəfindən son 5 il ərzində hazırki tələblə bağlı cavabdeh Lənkəran Şəhər İcra Hakimiyyətinə heç bir müraciət daxil olmadığından məsələ ilə bağlı ümumiyytlə inzibati icraat aparılmamışdır. Bundan başqa qeyd edilməlidir ki, ümumiyyətlə İddiaçı üçüncü şəxs Maraqlı şəxs barəsində tərtib edilən sənədlərin onun hansı hüquqlarını pozduğunu əaslandıra bilmir. Başqa sözlə, məhkəmə kollegiyası hesab edir ki, Lənkəran Şəhər X22 İcraiyyə Komitəsinin 31 iyul 1987-ci il tarixli, 15 №-li iclas protokolunun ( qərarının) icrasını cavabdehdən tələb etməsi ilə bağlı iddiaçının subyektiv hüququ yoxdur. Belə ki, Lənkəran Şəhər X22 İcraiyyə Komitəsinin 31 iyul 1987-ci il tarixli, 15 №-li iclas protokolunun ( qərarının) məzmunundan görünür ki, X12 3 №-li qeydəalma vəsiqəsinə əsasən 600 kvm torpaq sahəsindən X13 fərdi yaşayış evi tikintisindən ötrü 300 kvm torpaq sahəsinin ayrılması qərara alınmışdır. Yəni, Lənkəran Şəhər X22 İcraiyyə Komitəsinin 31 iyul 1987-ci il tarixli, 15 №-li iclas protokolu ( qərarı) ilə X8 ayrılması nəzərdə tutulan 300 kv.m torpaq sahəsinin iddiaçıya deyil, başqa şəxsə verilməsi qərara alınmışdır. Başqa sözlə, Lənkəran Şəhər X22 İcraiyyə Komitəsinin 31 iyul 1987-ci il tarixli, 15 №-li iclas protokolunda ( qərarında) 300 kv.m torpaq sahəsinin iddiaçıya ayrılması ilə bağlı hər hansı məsələ həll edilməmişdir. Belə olduğu halda hətta hesab etsək ki, həmin qərar icra olunmalıdır yenə də həmin qərarın icrası iddiaçının hüquqi vəziyyətində müsbətə doğru hər hansı dəyişklik etməyəcəkdir. Çünki qərarın icrasının tələb etməkdə iddiaçının subyektiv hüququ o halda yarana bilərdi ki, həmin qərarın icrası nəticəsində sözügedən 0,03 ha torpaq sahəsi iddiaçıya verilməsi ilə nəticələnsin. Lakin, icrası tələb olunan hazırki Lənkəran Şəhər X22 İcraiyyə Komitəsinin 31 iyul 1987-ci il tarixli, 15 №-li iclas protokolun ( qərarın) məzmununa görə bu mümkün deyildir. Bu baxımdan həmin qərarın icrasını tələb etməsi iddiaçının qanuni maraqlarına xidmət etmir. Yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Lənkəran Şəhər X22 İcraiyyə Komitəsinin 31 iyul 1987-ci il tarixli, 15 №-li iclas protokolunun ( qərarının) icrasını cavabdehdən tələb etməsi ilə bağlı iddiaçının subyektiv hüququ olmamışdır. Eləcə də, tərtib edilən sənədlərdə iddiaçıya xələl gətirə bilən bir icraatın aparıdığı da müəyyən edilmir. Tərəflər arasında gedən uzun məhkəmə prosesləri olmuşdur ki, həmin icraatların nəticəsində İddiaçı iddiaları təmin edilməmiş və həmin ərazi (torpaq sahəsi) üzrə əmlak hüquqlarının olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 24 may 2024-cü il tarixli, 2-1(120)-2084/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. X30 Samir H
Məhkəmə qərarları › İş №2-1(106)-65/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-65/2025
11.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver