Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-652/2025 23.07.2026 ŞIRVAN APELLYASIYA MӘHKӘMӘSI İddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Әmir oğlu (sədrlik edən və məruzəçi), X4 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı “## ###### 2023-cü il tarixli *******0013 nömrəli qərarın ləğv edilməsi və həmin tarixdən əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” ## ######## 2019-cu il tarixli ** nömrəli təhqiqat aktında qeyd edilmişdir ki, “...Bədbəxt hadisənin başvermə tarixi və vaxtı ## ###### 2019-cu il saat 09:00 radələrində,...Təhqiqat komissiyası tərəfindən toplanılmış sənədlərdən və alınmış izahatlardan məlum olmuşdur ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Ağcabədi Subartezian quyularının istismarı idarəsinin sahə rəisi X10 ## ###### 2019-cu it tarixdə Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli kəndi ərazisində yerləşən **/*** nömrəli subartezian quyularında nasosun nasaz olması barədə məlumat almışdır. Bu məqsədlə də həmin gün usta X6 “ZİL” markalı (ZİL-Aqreqat) avtomaşının sürücüsü X7 çilingər İddiaçı **/*** nömrəli quyuya göndərərək quyuda olan su nasosunu çıxarılıb idarəyə gətirilməsi tapşırığını vermişdir. Briqada üzvləri su quyusundan nasosu çıxararaq Şotlanlı kəndində yerləşən təmir sexinə gətirirlər. ## ###### 2019-cu il tarixində su nasosunu təmirdən sonra həmin briqada üzvləri **/*** nömrəli quyuya yerinə qoymaq üçün Yuxarı Qiyaməddinli kəndinə gəlirlər. Quyunun üzərində aqreqatı saxlayaraq nasosu boruların vasitəsi ilə su quyusuna sallamağa başlayırlar. Nasosu və üç ədəd borunu suyuya buraxırlar. Sonuncu 2 ədəd bir-birinə qaynaq olunmuş təxminən 18 metr borunu quyuya buraxmaq üçün borunu nizamlamaq məqsədi ilə çilingər İddiaçı aqreqatın qülləsinə çıxır. Oradan o, borunu nizamlayaraq quyuya istiqamətləndirir. Borunu növbəti boruya bağlayan zaman boru qaynaq olunduğu yerdən qırılaraq yuxarıda qalan hissəsi yellənməyə başlayır. Boru yelləndikcə aqreqatın qülləsidə yellənib yırğalanır. Bunu görən çilingər İddiaçı ozünü qüllədən aşağı atır və nəticədə bədən xəsarətləri alır. Ağcabədi Rayon Məhkəməsinin ## ### 2020-ci il tarixli *(***)-**/**** nömrəli hökmündən görünür ki, ## ###### 2019-cu il saat 09:00 radələrində baş vermiş hadisə nəticəsində İddiaçı kranın qülləsinin aşmasına görə qüllədən yıxılaraq yerə düşməsi nəticəsində sol bazu sümüyünün aşağı üçdə birinin açıq qəlpəli yerini dəyişən sınığı, sağ əng sümüyünün basılmışyerdəyişmiş sınığı, burun sümüklərinin basılmış sınığı, alt dodaqda əzilmiş-cırılmış yara ilə müşayiət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya aid xəsarət almışdır. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 tərəfindən İddiaçı (bundan sonra - iddiaçı) əsas diaqnoz: T92 - Yuxarı ətraf travmalarının nəticələri, sol yuxarı ətraf travmaların nəticələri, Ağırlaşmalar: M19.1 - Digər oynaqların posttravmatik artrozu, sol dirsək oynaqların artrozu, M24.5 - Oynaqların kontrakturası, sol dirsək onağın kontrakturası, R52.0- Kəskin ağrı, sol dirsək oynağında ağrılı sindrom, M84.0- Sümük sınığının pis bitişməsi, sol bazunun 1/3 nin qeyri-düzgün bitişmiş sınığı, M19.1- Digər oynaqların posttravmatik artrozu, sol dirsək oynağın valqus deformasiyası, Z73.6- Әmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, Z96.7- Digər sümüklərin və vətərlərin implantatların olması, bazu sümüyün distal ucunda inpilantın olması, L91.0- Hipertrofik çapıq, dəridə kobud kelloid çapıq diaqnozu ilə bağlı ##.##.2021-ci il tarixli *******AAYNJ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Elektron sistemdən çıxarışdan görünür ki, cavabdeh tərəfindən ##.##.2021-ci il tarixli qərar ilə “Diaqnoz əlillik əlamət təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı “##.##.2021-ci il tarixli qərarın ləğv edilməsi və əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmış, Məhkəmənin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzə alınmaqla cavabdehin üzərinə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. Tibbi-sosial ekspert komissiyasının avqust 2023-cü tarixli qərarında qeyd edilmişdir ki, “... Agentliyin Tibbi-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) ##.##.2023-cü il tarixdə aşağıda adı göstərilən 4 nəfər vətəndaşın məhkəmə qəradadına müvafiq olaraq tibbi-sosial ekspertizanın keçirilməsi məqsədi ilə əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir:
1. Ağcabədi rayon sakini ##.##.1979-cu il təvəllüdlü İddiaçı (FİN:*******) əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədi ilə etdiyi müraciət əsasında 5 dəfə göndəriş rəsmiləşdirilsə də, əlillik təyinatı aparılmamış (##.##.2021-GND, ##.##.2021 GND, ##.##.2021-MDE, ##.##.2021-GND, ##.##.2021-DӘӘTE), sonuncu dəfə “Diaqnozun əlillik əlaməti təyin etməməsi” qərarı verilmişdir. Qərardan narazı olan vətəndaş məhkəməyə müraciət etmiş və məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirilmişdir. Müayinəyə gələrkən istehsalat travması nəticəsində sol bazu oynağındaki xəsarət aldığını bildirmiş, hazırda qolunda olan ağrı və hərəkət məhdudluğundan şikayətlənmiş, bəzi sənədlər təqdim etmişdir. “Azərbaycan xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ##.##.2021-ci ildə təqdim edilmiş *** nömrəli arayışda vətəndaşın ##.##.2019-cu ildə istehsalat travması ilə nəticələnən xəsarət aldığı qeyd edilmişdir. Təqdim olunmuş ET-Travmotologiya və Ortopediya İnstitunun ##.##.2020-ci il tarixli 200311874-nömrəli arayışında diaqnoz “Sol bazu sümüyünün kondiluslarından keçən oynaq daxili bitişməkdə olan sınığı (metal fiksatorla osteosintezindən sonra), sol dirsək oynağının açıcı-bükücü kəskin kontrakturası, saidin tam pronasiya vəziyyətində qalması, daimi ağrı sindromu” olmuşdur. Obyektiv müayinə zamanı sol yuxarı ətraf əzələlərində atrofiya izlənilməmiş, dirsək oynağında hərəkətlər ağrılı olmuş, pronasiya, supinasiya hərəkətləri icra edilmişdir. Sol dirsək oynağında hərəkət həcminin təyininə ağrıdığını əsas gətirərək icazə verməmiş ~30 dərəcə və daha artıq hərəkəti icra etməyi bacarmış, sol əlin tutma funksiyası pozulmamışdır. Anamnestik məlumatlar, obyektiv və instrumental müayinə nəticələrinə əsasən hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntu aşkar edilmədiyi üçün Tibbi-sosial ekspert komissiyası tərəfindən “Diaqnozun əlillik əlaməti təyin etməməsi”nə dair qərar qüvvədə saxlanılmışdır.” Cavabdeh tərəfindən ## ###### 2023-cü il tarixli *******0013 nömrəli qərar ilə “Diaqnoz əlilik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Cavabdehin ##.##.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, “...İddiaçının əlillik vəziyyəti xxxxnın *******AAYNJ nömrəli göndərişi əsasında ##.##.2021-ci il tarixdə qiymətləndirilmiş və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarına uyğun olaraq həmin göndəriş əsasında ##.##.2023-cü il tarixdə Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan ##.##.2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Әlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Әsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə ##.##.2021-ci il tarixli qərar qüvvədə saxlanılmışdır.” “Azərbaycan xxxx” Açıq Səhmdar Cəmiyyəti X11 İdarəsi tərəfindən “xxxx” X1 ünvanlanmış ##.##.2024-cü il tarixli *** nömrəli məktubda qeyd edilmişdir ki, “...İddiaçı ## ###### 2019-cu il tarixdə istehsalatda işləyərkən xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş vermişdir. Bu səbəbdən də ##.##.2021-ci il tarixdə işdən azad edilmişdir.” Azərbaycan Respublikası Səhiyyə Nazirliy “xxxx” X1 tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli T***/**** saylı rəydə qeyd edilmişdir ki, “...1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:
1. Vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərişlərdə şəxsin səhhətini əks etdirən “Әsas diaqnoz: T92 - Yuxarı ətraf travmalarının nəticələri, sol yuxarı ətraf travmaların nəticələri, Ağırlaşmalar: M 19.1 - Digər oynaqların posttravmatik artrozu, sol dirsək oynaqların artrozu, M24.5 - Oynaqların kontrakturası, sol dirsək oynağın kontrakturası, R52.0 - Kəskin ağrı, sol dirsək oynağında ağrılı sindrom, M84.0- Sümük sınığının pis bitişməsi, sol bazunun 1/3 nin qeyridüzgün bitişmiş sınığı, M 19.1- Digər oynaqların posttravmatik artrozu, sol dirsək oynağın valqus deformasiyası, Z73.6- Әmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, Z96.7- Digər sümüklərin və vətərlərin implantatların olması, bazu sümüyün distal ucunda implantın olması, L91.0- Hipertrofik çapıq, dəridə kobud kelloid çapıq” diaqnozu onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. ##.##.2026-cı il tarixdə məhkəmə tibbi müayinəsi zamanı sol bazu və saiddə keçirilmiş cərrahi əməliyyata məxsus çapıq vardır. Sol dirsək nahiyə deformasiyalıdır, yarımbükülü vəziyyətdədir. Әtrafların əzələlərində üzülmə və atrofiya izlənilmədi. İddiaçı ##.##.2026-cı il tarixdə “Azərbaycan Elmi-Tədqiqat Travamtologiya və Ortopediya İnstitutu” PHŞ-ə müarciət edərkən əyani və instrumental müayinələr nəticəsində ona “Sol bazu sümüyünün distal ucunun qeyri-düzgün bitişmiş sınığı. Metal lövhə ilə osteosintezi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol dirsək oynağının ankilozu. Sol dirsək sümüyünün proksimal ucunun deformasiyası. Osteoparoz. XBT: M84.0; Z98.8; M24.6; M21.8; M81.9” diaqnozu qoyulmuşdur.”
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “## ###### 2023-cü il tarixli *******0013 saylı qərarın ləğv edilməsi və ona həmin tarixdən müvafiq əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
İddiaçının əsaslandırması:
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ilin avqust ayının əvvəllərində Yuxarı Qiyaməddinli kəndində yerləşən Subartezian Quyularının İstismarı İdarəsinin balansında olan subartezian quyusunun nasosu yandığı üçün nasosu quyudan çıxarıb təmir üçün Şotlanlı kəndindəki sexə aparmışdır. Nasos sexdə təmir olunduqdan sonra ##.##.2019-cu il tarixdə saat 08 radələrində nasosu götürüb subartezian quyusunun yanına gətirmişdir. Həmin vaxt istismar sahəsində usta işləyən Surxay və sürücü Naiblə birlikdə olmuşdurlar. Nasosu və 3 borunu quyuya sallayıb bağladıqdan sonra təxminən 18 metr uzunluğunda olan su borusunu quyuya sallayanda boru ortadan, yəni qaynaq olunduğu hissədən qırılmışdır. Həmin vaxt borunu qaldıran kranın yuxarı hissəsinə çıxıb dayanmışdır ki, borunu yuxarı hissədən tutub nizamlaya bilsin. Boru qırıldıqdan sonra aşağı hissə yerə doğru düşmüş, yuxarı hissəsi, yəni trosa bağlanmış hissə isə yellənib kranı da tərpətməyə başlamışdır. Borunun quyunun yanındakı transformatora doğru hərəkət etdiyin görüb onun üstündən özünü yerə atmış və kranın sol tərəfində üzü üstə yerə düşmüşdür. Yerə düşdükdən sonra sol qolunun sındığını hiss etmişdir. Bundan sonra iş yoldaşları onu yerdən qaldırıb həmin vaxt orada olan “VAZ-21015” markalı avtomobilə qoyub, xxxxna aparmışdırlar. Xəstəxanada ona müvafiq tibbi yardım göstərilmiş, 2 ay xəstəxanada stasionar müalicə aldıqdan sonra, ambulator müalicə almaq üçün evə buraxılmışdır. Krandan üzü üstə yerə yıxılarkən sol qolunun sınmasından əlavə çənə sümüyü və burun sümüyü də sınmışdır. Xəsarəti ilə bağlı bir neçə dəfə əməliyyat olunmuşdur. Xəstəxanadan çıxarıldıqdan sonra da uzun müddət ərzində müalicə olunsa da, sağlamlığı bərpa edilməmiş, aldığı xəsarətlər nəticəsində sol qolu tamamilə işləmir və əlil olmuşdur. İşdə olan sənədlər və sağlamlıq vəziyyəti ona əlillik təyin edilməsinə əsas verməsinə baxmayaraq, cavabdeh orqan əsassız olaraq bundan imtina etmişdir.
Cavabdehin etirazları:
İddiaya etirazda qeyd edilənlər Tibbi-sosial ekspert komissiyasının avqust 2023-cü tarixli qərarında qeyd edilənlər ilə eynilik təşkil edir. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddia təmin edilmiş, Tibbi-sosial ekspert komissiyasının iddiaçı İddiaçı əlilliyin təyinatından imtinası barədə ## ###### 2023-cü il tarixli *******0013 saylı qərarı ləğv edilməklə, iddiaçıya ## ###### 2023-cü il tarixdən 35-40 faizlə əlillik dərəcəsinin təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat:
Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə iş üzrə cavabdeh Cavabdeh X1 əsl cavabdeh “xxxx” X1 ilə əvəz edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə iddiaçının “İddiaçı İddiaçı cavabdeh “xxxx” X1rşı ## ###### 2023-cü il tarixli *******0013 saylı qərarın ləğv edilməsi və ona həmin tarixdən istehsalatda baş vermiş bədbəxt hadisə ilə əlaqədar orqanizmin funksiyalarının pozulması 40 faiz dərəcəsinə uyğun 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə xxxxnın ##.##.2021-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: T92 Yuxarı ətraf travmalarının nəticələri, Sol yuxarı ətraf travmaların nəticələri. Ağırlaşma M19.1 Digər oynaqların posttravmatik artrozu, Sol dirsək oynaqların artrozu. Ağırlaşma M24.5 Oynaqların kontrakturası, Sol dirsək onağın kontrakturası. Ağırlaşma R52.0 Kəskin ağrı, Sol dirsək oynağında ağrılı sindrom. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir qərarı qəbul edilmişdir səbəbi ilə imtina verilmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının tələbi istehsalat zədəsi və ya peşə xəstəliyi ilə bağlı əmək qabiliyyətinin itirilməsinin müəyyənləşdirilməsi ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş Әlilliyin qiymətləndirilməsi qaydalarının 2.10-cu bəndinə əsasən istehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilən şəxs peşə əmək qabiliyyətini itirmə faizinin təyin edilməsi üçün işəgötürənin yazılı sorğusu ilə birlikdə istehsalat zədəsinin baş verməsini təsdiq edən aktı və ya məhkəmənin qərarını, V.Y.Axundov adına Elmi-X12 İnstitutu tərəfindən verilən sağlamlığın peşə ilə əlaqədar pozulmasını təsdiq edən tibbi sənədi kağız daşıyıcıda və ya elektron formada Agentliyə təqdim edir. Agentlik qiymətləndirmə apararaq, peşə əmək qabiliyyətinin itirilmə faizini təyin edir və altsistemə daxil edir. İş materiallarının hərtərəfli təhlili göstərir ki, iddiaçı tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə riayət edilməmişdir. Habelə, məhkəmə, tibb müəssisəsinin göndərişini (Forma 88) əsas götürmüş, məhkəmə yekun aktının əsaslandırmasında şəxsin pataloji vəziyyətini, ağırlaşmalarla bağlı mülahizələri qeyd etmişdir. Yekun məhkəmə aktının əsaslandırıcı hissəsində hakimin tibbi sahəyə aid subyektiv mülahizələrə, şəxsin patoloji vəziyyətinə və xəstəliyin fəsadlaşma dərəcələrinə istinad etməsi əsassızdır. Әgər məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırsa idi, işin faktiki hallarının qanunla müəyyən edilmiş ilkin zəruri inzibati prosedurun tələblərinə uyğun olmadığı aşkar edilərdi. Belə olan təqdirdə, məhkəmə iddiaya mahiyyəti üzrə baxmamalı idi. Bu səbəbdən birinci instansiya məhkəməsinin mövcud yanaşması maddi və prosessual hüquq normalarının yanlış təfsiri və tətbiqi kimi qiymətləndirilməlidir.
Apellyasiya şikayətinə etiraz:
Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, dəyişdirilmiş iddianın təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq:
“Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Әlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Әlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Әlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Әlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.
2. Göndərişin verilməsi qaydası
2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:
1. Ümumi müddəalar 1.1. Bu Qayda “Әlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Әmək və Әhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.1.2. istehsalat zədəsi; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Әlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Әlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Әlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Әlilliyin müəyyən olunması meyarları”na Әlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.
2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları
2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Әsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Әlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə (İddiaçı barəsində ##.##.2021-ci il tarixli *******AAYNJ nömrəli göndəriş rəsmiləşdirilərkən qüvvədə olmuş)
2. Әlilliyin müəyyən olunması meyarları ... 2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Әmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0);
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”
Qiymətləndirmə 13.3.8. bazu sümüyünün psevdoartrozu: qeyri- 40 1 il stabil
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona müvafiq əlilik dərəcəsi təyin edilməlidir. İşin halları ilə müəyyən edildi ki, “İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında” ## ######## 2019-cu il tarixli ** nömrəli təhqiqat aktı, Ağcabədi Rayon Məhkəməsinin ## ### 2020ci il tarixli *(***)-**/**** nömrəli qanuni qüvvəyə minmiş hökmü, “Azərbaycan xxxx” Açıq Səhmdar Cəmiyyəti X11 İdarəsi tərəfindən “xxxx” X1 ünvanlanmış ##.##.2024-cü il tarixli *** nömrəli məktub ilə təsdiq edilir ki, İddiaçı (bundan sonra - iddiaçı) ## ###### 2019-cu il tarixdə əmək funksiyasının icrası ilə bağlı baş vermiş hadisə nəticəsində sol bazu sümüyünün aşağı üçdə birinin açıq qəlpəli yerini dəyişən sınığı, sağ əng sümüyünün basılmış-yerdəyişmiş sınığı, burun sümüklərinin basılmış sınığı, alt dodaqda əzilmiş-cırılmış yara ilə müşayiət olunan və dərəcəsinə görə həyat üçün təhlükəli olan ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurmaya aid xəsarət almışdır. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 tərəfindən iddiaçı barəsində əsas diaqnoz: T92 - Yuxarı ətraf travmalarının nəticələri, sol yuxarı ətraf travmaların nəticələri, Ağırlaşmalar: M19.1 - Digər oynaqların posttravmatik artrozu, sol dirsək oynaqların artrozu, M24.5 - Oynaqların kontrakturası, sol dirsək onağın kontrakturası, R52.0- Kəskin ağrı, sol dirsək oynağında ağrılı sindrom, M84.0- Sümük sınığının pis bitişməsi, sol bazunun 1/3 nin qeyridüzgün bitişmiş sınığı, M19.1- Digər oynaqların posttravmatik artrozu, sol dirsək oynağın valqus deformasiyası, Z73.6- Әmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, Z96.7- Digər sümüklərin və vətərlərin implantatların olması, bazu sümüyün distal ucunda inpilantın olması, L91.0- Hipertrofik çapıq, dəridə kobud kelloid çapıq diaqnozu ilə bağlı ##.##.2021-ci il tarixli *******AAYNJ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2021-ci il tarixli qərar ilə “Diaqnoz əlillik əlamət təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. İddiaçı “##.##.2021-ci il tarixli qərarın ləğv edilməsi və əlillik təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi ilə Şirvan İnzibati Məhkəməsində iddia qaldırmış, Məhkəmənin ##.##.2023-cü il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, məhkəmənin hüquqi mövqeyi nəzə alınmaqla cavabdehin üzərinə iddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı inzibati icraat üzrə zəruri araşdırmanın aparılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyi qoyulmuşdur. Bundan sonra məhkəmə qərarının icrası ilə bağlı xxxx tərəfindən iddiaçı barəsində rəsmiləşdirilmiş ##.##.2021-ci il tarixli *******AAYNJ nömrəli göndəriş əsasında iddiaçının əyani müayinəsi həyata keçirilmiş və ## ###### 2023-cü il tarixli *******0013 nömrəli qərar ilə “Diaqnoz əlilik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1 tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli T***/**** saylı rəydə qeyd edilmişdir ki, “...1979-cu il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir:
1. Vətəndaş İddiaçı iş materiallarında əlillik vəziyyətinin Tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün göndərişlərdə şəxsin səhhətini əks etdirən “Әsas diaqnoz: T92 - Yuxarı ətraf travmalarının nəticələri, sol yuxarı ətraf travmaların nəticələri, Ağırlaşmalar: M 19.1 - Digər oynaqların posttravmatik artrozu, sol dirsək oynaqların artrozu, M24.5 - Oynaqların kontrakturası, sol dirsək oynağın kontrakturası, R52.0 - Kəskin ağrı, sol dirsək oynağında ağrılı sindrom, M84.0- Sümük sınığının pis bitişməsi, sol bazunun 1/3 nin qeyridüzgün bitişmiş sınığı, M 19.1- Digər oynaqların posttravmatik artrozu, sol dirsək oynağın valqus deformasiyası, Z73.6- Әmək qabiliyyətinin azalması və ya itirilməsi ilə əlaqədar fəaliyyətin məhdudlaşması, Z96.7- Digər sümüklərin və vətərlərin implantatların olması, bazu sümüyün distal ucunda implantın olması, L91.0- Hipertrofik çapıq, dəridə kobud kelloid çapıq” diaqnozu onun stasionarda müalicəsi zamanı kliniki, laborator-instumental müayinələrin nəticələri əsasında müəyyən edilmişdir. ##.##.2026-cı il tarixdə məhkəmə tibbi müayinəsi zamanı sol bazu və saiddə keçirilmiş cərrahi əməliyyata məxsus çapıq vardır. Sol dirsək nahiyə deformasiyalıdır, yarımbükülü vəziyyətdədir. Әtrafların əzələlərində üzülmə və atrofiya izlənilmədi. İddiaçı ##.##.2026-cı il tarixdə “Azərbaycan Elmi-Tədqiqat Travamtologiya və Ortopediya İnstitutu” PHŞ-ə müarciət edərkən əyani və instrumental müayinələr nəticəsində ona “Sol bazu sümüyünün distal ucunun qeyri-düzgün bitişmiş sınığı. Metal lövhə ilə osteosintezi cərrahi əməliyyatdan sonrakı vəziyyət. Sol dirsək oynağının ankilozu. Sol dirsək sümüyünün proksimal ucunun deformasiyası. Osteoparoz. XBT: M84.0; Z98.8; M24.6; M21.8; M81.9” diaqnozu qoyulmuşdur.” Məhkəmə kollegiyası qəbul etdiyi məhkəmə aktı ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə mübahisə predmetinin hansı qərar olması ilə bağlı kollegiya qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarət olmuşdur ki, “məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla cavabdehin üzərinə mübahisə üzrə yenidən inzibati icraat üzrə zəruri araşdırmanın aparılması” ilə bağlı qəbul edilmiş məhkəmə aktlarından şikayət verilə bilməz, verilsədə, həmin şikayət mümkün hesab edilməyərək, qəbulundan imtina edilirdi. Belə bir vəziyyətdə şəxsin həmin qərarın icrası nəticəsində qəbul edilmiş qərarı məhkəmə qaydasında mübahisələndirilməsi imkanının tanınmaması şəxsin fakitiki olan hüququnun pozulmasına səbəb olur. Məsələn, hazırkı iş üzrə qəbul edilmiş yekun məhkəmə aktının (aralıq inzibati aktın deyil) nəticəsi üzrə qəbul edilimiş ##.##.2023-cü il tarixli qərarın mübahisələndirilməsi imkanının şəxsin təqsiri olmadan tanınmaması ədalətli deyil. Halbuki, şəxs vaxtında ona əlilik təyin edilməsindən imtina barədə qərarı mübahisələndirmişdir. Məhkəmənin mübahisə üzrə hüquqi mövqeyi nəzərə alınmaqla qəbul etdiyi qərarın icrası nəticəsində qəbul edilmiş qərarın mübahisələndirilməsi imkanının tanınmaması real olaraq şəxsin əlillik vəziyyətinin illərlə qiymətləndirilməməsinə, hətta bəzən əlilliyi ola-ola faktiki olaraq əlillik ilə bağlı hüquqdan istifadə edilə bilməməsinə səbəb olur. Halbuki, qeyd edilən məsələdə şəxsin təqsiri yoxdur, lakin baş vermiş nəticə onun əleyhinə olur. Bu məsələdə həmçinin, məhkəmə qərarının icrasını həyata keçirən birinci instansiya məhkəməsi nəzərə almışdır ki, inzibati orqan yeni inzibati aktı məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla qəbul etmişdir. Bunun əksi baş vermiş olsa idi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası ilə bağlı tədbir görülərdi. İşdə olan digər göndəriş (##.##.2024) iddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra rəsmiləşdirilmiş, digər qərar isə (##.##.2024) aralıq inzibati akt əsasında qəbul edilmişdir. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisə predmeti ##.##.2023-cü il tarixli qərar olmalıdır. Apellyasiya şikayətinin dəlilləri olan digər məsələlər ilə bağlı bildirilir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, mütəxəssis rəyi, göndəriş və s.), o cümlədən “xxxx” X1 tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli T***/**** saylı ekspert rəyi təsdiq ilə edilir ki, iddiaçıda olan xəstəlik ona istər ##.##.2021-ci il tarixli *******AAYNJ nömrəli göndəriş rəsmiləşdirilən vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il ## ###### tarixli *** nömrəli qərarı ilə “Әlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Әsasnamənin 2.3 və 2.3.1-ci bəndlərinə (Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Әmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.3.1. ətraflardan birinin yalançı oynağı (M84.0-M84.4, M96.0), istərsədə hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Әlilliyin müəyyən olunması meyarları”nın “13.3.8. bəndi ilə qiymətləndirilməklə 40 faiz dərəcəsi ilə 1 il müddətinə əlillik təyin edilməsinə əsas verir. Әlilliyin səbəb əlaqəsi isə ümumi səbədən - istehsalat zədəsi ilə əlaqədardır və bunu yuxarıda göstərilən sənədlər təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Әlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İddiaçı barəsində İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 tərəfindən göndəriş rəsmiləşdirilərkən onun xəstəlik vəziyyətinin göstəriciləri olan tibbi sənədlər yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Әks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar (həmin sübutlar yuxarıda göstərilmişdir) onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona əlillik təyinatına əsas verir. Әlilliyin təyinat tarixi imtina qərarının verildiyi tarixdən, ##.##.2023-cü il tarixdən müəyyən edilməlidir. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarında əlilliyin səbəb əlaqəsi və orqanizmin funksiyalarının pozulması müddəti göstərilməmişdir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Göründüyü kimi qanunvericilik hər hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir. Hazırki işin faktiki halından, birinci instansiya məhkəməsinin qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, baxılan işin nəticəsi olaraq, İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar həmin şəxs üçün hüquqi nəticə, o cümlədən vəzifə və öhdəlik yaratmır. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərilməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilməli və iddia təmin edilməli, həmçinin, hazırkı iş üzrə İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir. Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli *******0013 nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı ##.##.2023-cü il tarixdən “istehsalat zədəsi” səbəbi ilə orqanizmin funksiyalarının pozulması 40 faiz dərəcəsinə uyğun 1 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh “xxxx” X1 üzərinə qoyulsun. İnzibati məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxs X1 iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.