Məhkəmə qərarları › İş №2-1(106)-654/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-654/2025

15.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-654/2025 15.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: doğum akt qeydində dəyişiklik edilməsindən imtina) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X3 ibarət tərkibdə, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı1, İddiaçı2 vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdehnə qarşı “doğum akt qeydlərində dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(120)-1354/2025 nömrəli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Cavabdeh tərəfindən təqdim olunmuş xx.xx.1971-ci ildə tərtib edilmiş 783 nömrəli doğum qeydlərinin bərpa aktından görünür ki, uşaq haqqında məlumat qrafasında uşağın soyadı Mənsumova, adı Şəfəq, ata adı Vəli qızı, anası qrafasında X4, doğulduğu vaxt xx.xx.1968; xx.xx.1971-ci ildə tərtib edilmiş 784 nömrəli doğum qeydlərinin bərpa aktından görünür ki, uşaq haqqında məlumat qrafasında uşağın soyadı Mənsimova, adı Leyla, ata adı Vəli qızı, anası qrafasında X4, doğulduğu vaxt xx.xx.1969; xx.xx.1971-ci ildə tərtib edilmiş 56 nömrəli doğum haqqında akt qeydindən görünür ki, uşaq haqqında məlumat qrafasında uşağın soyadı Mənsimov (soyad sonradan “Həsənova”a dəyişdirilmişdir), adı Rəsul, ata adı Vəli oğlu, anası qrafasında X2, doğulduğu vaxt xx.xx.1970; uşağın doğumunu təsdiq edən sənədlər qrafasında xx.xx.1970-ci il tarixli tibbi arayış qeyd edilmişdir. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, “...Xəstəxananın arxiv bölməsində saxlanılan, doğum evi ilə bağlı 1969-1971-ci illərə aid mövcud sənədlərə baxış keçirilmişdir. Bu zaman X1 1969- 1971-ci illərdə uşaq dünyaya gətirməsi ilə bağlı heç bir qeydiyyat aşkarlanmamışdır.” “Ağcabədi Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki, “...Sizin xx.xx.2024-cü il tarixli 2-1(120)-4127/2024 saylı sorğunuz Ağcabədi RMX PHŞ-nin Qaravəlli kənd həkim məntəqəsinə xx.xx.2025-ci ildə və Sarıcalı kənd həkim məntəqəsinə xx.xx.2025-ci il tarixlərində daxil olmuşdur. Hər iki həkim məntəqəsindən yazılı məlumat alınmış və məlum olmuşdur ki, məktubda adı qeyd olunan X1 1969-1971-ci illərdə Qaravəlli kənd həkim məntəqəsində və ya Sarıcalı kənd həkim məntəqəsində doğuş həyata keçirməsi barəsində heç bir tibbi sənəd mövcud deyildir.” Cavabdeh tərəfindən iddiaçılar ünvanlanmış xx.xx.2024-cü il tarixli məktublarda göstərilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv Qaydaları”nının 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxsin seçdiyi ərazinin qeydiyyat şöbəsi tərəfindən həyata keçirilir. Kifayət qədər əsaslar olmadığı üçün doğum haqqında bərpa akt qeydində (X5 münasibətdə doğum haqqında akt qeydində) düzəliş edilməsi mümkün deyildir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməyiniz tövsiyə olunur.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçıların əsaslandırması: İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, iddiaçılar ailədə 4 uşaq olmuşlar və onlar ev şəraitində, yəni xəstəxanadan kənar şəraitdə doğulmuşlar. Onlardan İddiaçı1 xx.xx.1967-ci ildə doğulmasına baxmayaraq, onun doğum tarixi xx.xx.1968-ci il, doğum yeri isə Ağcabədi rayonu, Sarıcalı kəndi olaraq qeyd edilmiş və bu barədə Cavabdehndə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 183 № ilə qeydiyyat aparılmışdır. Digər İddiaçı2 xx.xx.1968-ci ildə doğulmasına baxmayaraq, onun doğum tarixi xx.xx.1969-cu il, doğum yeri isə Ağcabədi rayonu, Sarıcalı kəndi olaraq qeyd edilmiş və bu barədə Cavabdehndə doğum haqqında akt qeydləri kitabında xx.xx.1971-ci il tarixdə 184 № ilə qeydiyyat aparılmışdır. Digər İddiaçı3 isə xx.xx.1969-cu ildə Bərdə şəhərində doğulmasına baxmayaraq, onun barəsində tərtib edilmiş 56 №-li doğum haqqında akt qeydi xx.xx.1971-ci ildə Ağcabədi rayon Sarıcalı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmiş və doğum tarixi xx.xx.1970-ci il kimi qeyd edilmişdir. İddiaçıların qardaşı X6 xx.xx.1971-ci ildə Ağcabədi rayonu, Qaravəlli kəndində doğulmuşdur. Bu barədə doğum haqqında 146 №-li akt qeydi xx.xx.1971-ci ildə Ağcabədi rayon Sarıcalı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində tərtib edilmişdir. Qeyd edilən yalnışlığın aradan qaldırılması üçün cavabdeh orqana müraciət olunmuş, lakin məsələ müsbət həllini tapmamışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya münasibət bildirilməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1354/2025 saylı qərarı (hakim Şahəli Musayev) ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçılar apellyasiya şikayətləri verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçıların apellyasiya şikayətlərinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, İddiaçı3 barəsində doğum haqqında akt qeydi xx.xx.1971-ci il tarixdə, Leyla və İddiaçı1ların barəsində doğum haqqında akt qeydi isə eyni vaxtda xx.xx.1971-ci il tarixdə tərtib edilmişdir. İddiaçı1 doğum tarixi xx.xx.1968-ci il, İddiaçı2 doğum tarixi isə xx.xx.1969-cu ildir. Belə aydın olur ki, İddiaçı2 İddiaçı1 5 ay sonra doğulmuşdur. Bu hal isə tibbi cəhətdən mümkün deyil. Qeyd edilənlər bir daha sübut edir ki, doğum haqqında akt qeydləri formal olaraq tərtib edilmişdir və düzəliş edilməsi zəruridir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı3 və cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Həmçinin, cavabdeh məhkəməyə məktub ünvanlayaraq məhkəmə iclasının nümayəndənin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı3 və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçı2 vəkili və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ … 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 166. Doğumun qeydə alınması qaydası 166.1. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Maddə 168. Doğum haqqında qeydiyyat 168.1. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası” Bənd 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş akt qeydlərini bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar” Bu əsas müddəalar Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri (bundan sonra-qeydiyyat şöbələri və konsulluq idarələri) tərəfindən vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edir. ...

3. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişikliklər aşağıdakı hallarda edilir: ... vətəndaşlıq vəziyyəti akt qeydlərindəki səhvlər düzəldikdə;

4. Vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ... vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edilməsinə əsas verən digər sənədlər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanması qaydası və müddətləri”

1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinin (bundan sonra - qeydiyyat şöbələri və konsulluq idarələri) arxivlərin və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində və Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün dövlət arxivinə verilir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 doğum akt qeydlərindəki doğum tarixlərinin və doğum yerlərinin düzgün göstərilməməsi ilə bağlı heç bir sübutu nə inzibati icraatda, nə də hazırkı məhkəmə icraatında təqdim etmədiklərindən, Cavabdeh imtinası qanuna zidd sayılmamalı, eləcə də iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Bundan başqa, uzun illər ərzində iddiaçılar doğum akt qeydinə etimad göstərərək ondan istifadə etmişlər və bu barədə məlumatlı olmuşdurlar. Odur ki, iddia tələbi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Doğum haqqında akt qeydlərinə dəyişiklik edilməsi üçün qanunvericilikdə nəzərdə tutulan əsas hazırkı iş üzrə mövcud deyildir. Belə ki, işin hallarından görünür ki, iddiaçılar doğum haqqında akt qeydlərində onların doğum tarixlərinin düzgün qeyd edilmədiyini, İddiaçı3 isə qeyd edilən ilə yanaşı onun doğulduğu yerin də düzgün qeyd edilmədiyini iddia edir. Lakin onlar bununla bağlı məhkəməyə nə hər hansı bir sübut təqdim etmişlər, nədə ki, işin araşdırılması zamanı onların iddia etdikləri təsdiqini tapmışdır. İddiaçıları ev şəraitində doğulmuşlar. İddiaçıların dəlili yalnız ondan ibarətdir ki, İddiaçı3 barəsində doğum haqqında akt qeydi xx.xx.1971-ci il tarixdə, Leyla və İddiaçı1ların barəsində doğum haqqında akt qeydi isə eyni tarixdə xx.xx.1971-ci il tarixdə tərtib edilmişdir. İddiaçı1 doğum tarixi xx.xx.1968-ci il, İddiaçı2 doğum tarixi isə xx.xx.1969-cu ildir. Belə aydın olur ki, İddiaçı2 İddiaçı1 5 ay sonra doğulmuşdur. Bu hal isə tibbi cəhətdən mümkün deyil. Kollegiya apellyasiya şikayətlərinin dəlili olan yuxarına qeyd edilən məsələyə münasibətdə bildirir ki, Cavabdeh tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, İddiaçı1 və İddiaçı2 münasibətdə xx.xx.1971-ci ildə doğum qeydlərinin bərpa aktı tərtib edilmişdir. Tarix baxımından akt qeydlərinin tarixlərinin eyni olması mümkündür, çünki onlar doğum haqqında akt qeydi deyil, doğum qeydlərinin bərpa aktlarıdır. İddiaçılardan İddiaçı1 doğum tarixi (xx.xx.1968) ilə İddiaçı2 doğum tarixi (xx.xx.1969) arasında 5 aydan bir qədər çox müddətin olması hələ birmənalı şəkildə akt qeydlərində səhvliyin olması demək deyil. Hətta, akt qeydlərində səhvliyin olması açıq-aşkar olsaydı (məsələn, övladlar arasında 1-2 ay yaş fərqinin olması və s.) belə, bu hələ o, demək deyil ki, həmin səhvliklər iddiaçıların iddia etdikləri şəkildədir. Məhkəmə cavabdeh qurumun hazırki imtinasının qanunsuz olması qənaətinə gəlməsi üçün hər hansı əsas görmür. Lakin kollegiya hesab edir ki, iddiaçılar arzuladığı nəticəyə nail olmaq üçün mülki icraat qaydasında aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə haqlı mövqe sərgiləmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

İddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 may 2025-ci il tarixli 2-1(120)-1354/2025 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar