Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-659/2025 23.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə QƏRARDADİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X9 və Hüseynov Fikrət Cilingir oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı2 və İddiaçı1 vəkil və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh “Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “fərdi yaşayış evi ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində aparılmış akt qeydinin və bununla bağlı çıxarışın etibarsız hesab edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli 2-1(120)-1438/2025 nömrəli qərardadından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi: İşin halları: Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən seriya RX ******* nömrəli, xx.xx.2018-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və ümumi sahəsi 88.7 kv.m olan fərdi yaşayış evi üzərində X1 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 14 may 2019-cu il tarixli, reystrdə 4Ə-58 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın bağışlanması” müqaviləsindən görünür ki, X6 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsinin 0.0147 ha hissəsini X10 bağışlamışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0147 ha torpaq sahəsi üzərində X7 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. "xxxx" MMC tərəfindən hazırlanmış ********** qeydiyyat nömrəli çıxarışa əsasən mülkiyyətdə olan torpaq sahəsində tikilməsi nəzərdə tutulan ikimərtəbəli, üç otaqlı fərdi yaşayış evinin memarlıq-planlaşdırma bölməsi Lənkəran şəhərinin baş memarı ilə razılaşdırılmışdır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0147 ha torpaq sahəsi və ümumi sahəsi 202.7 kv.m olan fərdi yaşayış evi üzərində X7 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2020-ci il tarixli 2(049)-1463/2020 saylı qətnaməsi ilə Lənkəran rayon 1 saylı Notariat ofisinin notariusu X5 tərəfindən təsdiq edilmiş 2V-206 nömrəli xx.xx.2018-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X6, İddiaçı2 və İddiaçı3 arasında bağlanılmış 3M-113 nömrəli, xx.xx.2018-ci il tarixli miras payın bağışlanma müqaviləsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixdə qeydə alınmış çıxarış etibarsız hesab edilmiş və X2 miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88.7 kv.m olan iki otaqlı, bir mərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və X1 1/3 hissə payları müəyyən edilmişdir. Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 26 oktyabr 2020-ci il tarixli 2(049)-1463/2020 saylı qərardadından görünür ki, Lənkəran Rayon Məhkəməsinin 2(049)- 1463/2020 saylı 26 oktyabr 2020-ci il tarixli qətnaməsinin nəticəvi hissəsində qeyd olunmuş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixdə qeydə alınmış çıxarışın etibarsız hesab edilməsi” “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixdə qeydə alınmış çıxarışın etibarsız hesab edilsin” cümləsi kimi oxunması qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli 2(049)-372/2023 saylı qətnaməsi ilə 8 saylı “Səyyar-Asan” xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-58 reyestr № ilə qeyd edilmiş daşınmaz əmlakın bağışlanması müqaviləsi, cavabdeh X10 verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli və X3 verilmiş 04 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar etibarsız hesab edilmişdir. Cavabdeh tərəfindən Lənkəran Rayon İcra və Probasiya şöbəsinə ünvanlanmış 13 iyul 2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, “...Lənkəran Rayon Məhkəməsinin icraatında olan 2(049)-1463/2020 saylı iş üzrə qəbul edilmiş qərarla əlaqədar icra sənədi Ərazi idarəsinə 03 iyun 2022-ci il tarixdə daxil olmuşdur. Məlumat üçün bildiririk ki, həmin iş üzrə göndərilən xx.xx.2022-ci il tarixli icra sənədi üzrə daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilmiş, habelə X4 miras qalmış Lənkəran şəhəri, Şəhidlər Xiyabanı, dalan 4, ünvanında yerləşən ümumi sahəsi 88.7 kv.m olan iki otaqlı, birmərtəbəli, 11 saylı fərdi yaşayış evi və yerləşdiyi 0.0393 ha torpaq sahəsi üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və X1 1/3 hissə payları müəyyən edilmişdir. Belə ki, hazırki icra sənədinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi hissəsində icrası təmin olunmuşdur. Lakin qalan hissədə, yəni X2 miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0,0393 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88.7 kv.m olan iki otaqlı, birmərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və X1 1/3 hissə payları müəyyən edilməsi mümkün olmamışdır. Məlumat üçün bildiririk ki, miras əmlak olaraq həmin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin müəyyən hissəsi (0.0147 ha hissəsi xx.xx.2019-cu il tarixli, 4Ə-58 nömrəli bağışlanma müqaviləsi üzrə) hazırki iş üzrə qətnamə qəbul edilənədək özgəninkiləşdirildiyindən və həmin hissəyə dair digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli müvafiq çıxarış verildiyindən, gələcəkdə də həmin çıxarış və notarial müqavilə ləğv olunduğu təqdirdə, hazırki icra sənədinin həmin hissədə icrası təmin oluna bilər.” Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 08 iyul 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...2(049)-372/2023 saylı mülki iş üzrə çıxarılmış 13 fevral 2023-cü il tarixli məhkəmə qətnaməsi ilə ərazi idarəsinin üzərinə ********** qeydiyyat nömrəli çıxarışın ləğvi qoyulsa da, həmin çıxarışın ləğvi mümkün olmamışdır. Belə ki, sonradan sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışla mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı aparılmışdır.” Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 08 iyul 2024-cü il tarixli məktubda (iddiaya münasibət) qeyd edilmişdir ki, “...Məlumat üçün bildiririk ki, hazırki iş üzrə İddiaçı1 tərəfindən ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin çıxarışın nömrəsinin verilməsi barədə 10 saylı Lənkəran Ərazi İdarəsinə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət olunmuşdur. Bununla əlaqədar bildiririk ki, 2(049)-372/2023 saylı mülki iş üzrə çıxarılmış 13 fevral 2023-cü il tarixli məhkəmə qətnaməsi ilə Ərazi İdarəsinin üzərinə ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi öhdəliyi qoyulsa da, həmin çıxarışın etibarsız hesab edilməsi Milli Qeydiyyat Sistemində aktiv olmadığı üçün tərəfimizdən mümkün olmamışdır. Belə ki, sonradan sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatı aparılmışdır.” Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış 08 iyul 2024-cü il tarixli məktubda (iddiaya münasibət) qeyd edilmişdir ki, “...Məlumat üçün bildiririk ki, Daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********42-10301 reyestr nömrəli, inventar nömrəsi 55 olan xx.xx.2020-ci il tarixli X7 adına verilmiş texniki pasporta əsasən ümumi sahəsi 202.7 kv.m olan fərdi yaşayış evinin 2019-cu ildə tikildiyi qeyd olunmuşdur. Həmçinin bildiririk ki, Lənkəran Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab olunması və ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab olunması ilə əlaqədar müvafiq qətnaməsi 13 fevral 2023-cü il tarixinə aiddir. Sözügedən 0.0147 ha torpaq sahəsinin üzərində inşa edilmiş 202.7 kv.m fərdi yaşayış evi 28 avqust 2020-ci il tarixində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış tərtib edilmişdir. Əlavə olaraq bildiririk ki, fərdi yaşayış evinə dair tərtib edilmiş xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab olunan ********** qeydiyyat nömrəli çıxarış əsasında verilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçılar cavabdehə qarşı (üçüncü şəxs: X14) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-372/2023 saylı qətnaməsi ilə 8 saylı “Səyyar-Asan” xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin etibarsız hesab edildiyini, həmçinin həmin müqavilənin əsasında X10 verilmiş xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edildiyi nəzərə alınaraq iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində X14 tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin barəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış akt qeydinin, həmçinin evə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. İddiaçıların əsaslandırması: İddiaçılar tələblərini onunla əsaslandırmışdırlar ki, mərhum miras qoyan X8 08 iyul 1969-cu il tarixində vəfat etdikdən sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88.7 kv.m olan iki otaqlı, birmərtəbəli fərdi yaşayış evinin üzərində onların da vərəsəlik hüquqlarının tanınması şərtilə, miras əmlakda İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və X1 1/3 hissə payları müəyyən edilməsi, həmin miras əmlaka verilmiş 2V-206 nömrəli, xx.xx.2018ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 3M-113 nömrəli xx.xx.2018-ci il tarixli bağışlanma müqaviləsinin və onların əsasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin yanında DƏDRX hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın etibarsız hesab edilməsi barədə İddiaçı1 iddia tələbi Lənkəran Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(049)-1463/2020 saylı qətnaməsi ilə təmin edilmiş və Lənkəran rayon 1 saylı Notariat ofisinin notariusu X5 tərəfindən təsdiq edilmiş 2V-206 nömrəli xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə, X6, İddiaçı2 və İddiaçı3 arasında bağlanılmış 3M-113 nömrəli xx.xx.2018-ci il tarixli miras payın bağışlanma müqaviləsi, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixdə qeydə alınmış çıxarış etibarsız hesab edilmiş və X2 miras əmlak kimi qalmış ünvan 1 ünvanında yerləşən 0.0393 ha torpaq sahəsi və onun üzərində ümumi sahəsi 88.7 kv.m olan iki otaqlı, birmərtəbəli fərdi yaşayış evinin üzərində İddiaçı1 vərəsəlik hüququ tanınmaqla, həmin əmlak üzərində İddiaçı1 1/6 hissə, İddiaçı2 1/6 hissə, İddiaçı3 1/3 hissə və X1 1/3 hissə payları müəyyən edilmişdir. Qətnamə qanuni qüvvəsini almış, lakin qətnamə icra edilməmişdir. Belə ki, həmin qətnamə çıxarılmazdan əvvəl M.Ə.Mirzəyevaya və A.Ş.Mirzəyevaya aid iki ədəd çıxarış, yəni 24 may 2019-cu il tarixli ********** qeydiyyat nömrəli və 04 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışlar verildiyindən qətnamənin icrasında çətinlik yaranmışdır. Bundan sonra iddiaçılar yenidən Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(049)-372/2023 saylı qətnaməsi ilə iddia təmin edilmiş və 8 saylı “Səyyar-Asan” xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi, cavabdeh X12 verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli və X3 verilmiş 04 iyun 2019-cu il tarixli ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışlar etibarsız hesab edilmişdir. Lakin həmin qətnamə də icra edilməmiş, səbəb kimi sonradan sözügedən torpaq sahəsi üzərində inşa edilmiş fərdi yaşayış evinin xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyatının aparılması göstərilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)- 372/2023 saylı qətnaməsi ilə 8 saylı “Səyyar-Asan” xidmət mərkəzində Notariat Ofisinin xüsusi notariusu X11 tərəfindən təsdiq edilmiş xx.xx.2019-cu il tarixli 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi etibarsız hesab edildiyi, həmçinin həmin müqavilənin əsasında X10 verilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edildiyi nəzərə alınaraq iddiaçılara mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsində X14 tərəfindən qanunsuz inşa edilmiş fərdi yaşayış evinin barəsində daşınmaz əmlakın dövlət reyestrində aparılmış akt qeydi, həmçinin evə dair xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməlidir. Şirvan İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli 2-1(120)-1438/2025 nömrəli qərardadı (hakim Pərvanə Qurbanova) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayətləri verərək, Şirvan İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli 2-1(120)-1438/2025 nömrəli qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətlərində göstərilmişdir ki, işdə olan həmin materialdan açıq-aşkar görünür ki, hazırki iddia tələbində məhkəmə qaydasında etibarsız hesab edilməsi tələb edilən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış məhz Lənkəran Rayon Məhkəməsindəki 2(049)-1463/2020 nömrəli mülki iş üzrə üçüncü şəxs kimi iştirak edən, həmçinin məhkəmə tərəfindən göndərilmiş sorğulara cavab verən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (onun 10 saylı Lənkəran Ərazi İdarəsi) tərəfindən hazırki işin tərəfləri arasında aparılan həmin məhkəmə araşdırılması dövründə verilmişdir. Belə ki, həmin məhkəmə işi 21 may 2020-ci il tarixdə (hazırda mübahisələndirilən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış iş üzrə üçüncü şəxs tərəfindən həmin iş üzrə üçüncü şəxs olan X10 verilməzdən əvvəl) iddia ərizəsinin məhkəməyə verilməsi və 09 oktyabr 2020-ci il tarixdə məhkəmə qətnaməsinin çıxarılması ilə yekunlaşmışdır. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.5ci maddəsində göstərilmişdir ki, bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Bundan başqa, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reseyestrindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış məhz üçüncü şəxs X14 tərəfindən 2019-cu ildə ümumi sahəsi 202.7 kv.m olan fərdi yaşayış evinin tikilməsi və yaşayış üçün yararlı olması faktının dövlət qeydiyyatına alınmasına əsasən verilmişdir. Ona görə də hazırki mübahisə əmlak hüquqları ilə bağlı yaranmadığından və mübahisə predmeti olan hüquqların dövlət qeydiyyatından çıxarış alğı-satqı müqaviləsinin nəticəsi olmadığından hazırki tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Üçüncü şəxs X15 ilə paylı mülkiyyətlərinə aid olan, lakin payları naturada hələ də müəyyənləsdirilməmiş və müvafiq akt qevdi əsasında dövlət qeydiyyatına alınmamış torpaq sahəsinin üzərində, özüdə birbaşa aralarında baş verən məhkəmə mübahisəsi (araşdırması) dövründə qanunsuz olaraq fərdi yasayış evini inşa etməsinə, bu azmış kimi, elə həmin məhkəmə araşdırmasında üçüncü şəxs kimi iştirak edən Azərbavcan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında “Daşınmaz Əmlakın Dövlət Revestri Xidməti PHŞ”-nin 10 saylı Lənkəran ərazi idarəsinin qüvvədə olan qanunvericiliklə hesablaşmayan əməkdaşları tərəfindən qeydiyyata alınmalı olan üçüncü səxs A.Mirzəvevanın hüququ barəsində mübahisə edən digər maraqlı şəxsdən sikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək davandırmaq əvəzinə, əksinə tələm-tələsik olaraq həmin fərdi yaşavıs evinə A.S.Mirzəyevanın mülkiyyət hüququnun qanunsuz olaraq dövlət qeydiyyatına alınması faktına birinci instansiya məhkəməsi əhəmiyyət verməmişdir. Bundan əlavə, birinci instansiya məhkəməsi hazırki iddia tələbinin inzibati orqan tərəfindən daşınmaz əmlaka mülkiyyət hüququnun hər hansı müqavilə əsası ilə yox, həmin daşınmaz əmlakın tikilməsi (yəni, mülkiyyət hüququnun əmələ gəlməsi əsaslarından biri olan - daşınmaz əmlakın yeni yaradılması) əsası ilə mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı olduğunu da aydınlaşdırmamışdır. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətlərinə etiraz daxil olmuşdur. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı3, cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İddiaçı3, cavabdehin nümayəndəsi və üçüncü şəxslərin iştirakları olmadan işə baxaraq yekun məhkəmə aktı qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsi). İddiaçının vəkil və nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli 2-1(120)-1438/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini müdafiə edərək, Şirvan İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli 2-1(120)-1438/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi ... 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz əqdlər ... 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Hüquqların dövlət qeydiyyatının dayandırılması ... 14.5. Bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 may 2014-cü il tarixli Qərarı: “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarı: Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası inzibati məhkəmə icraatının iştirakçılarını dinləyərək, apellyasiya şikayətlərinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli 2- 1(120)-1438/2025 saylı qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və mövqeyini onunla əsaslandırmışdır ki, mübahisələndirilən çıxarışın verilməsinə əsas xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarış və həmin çıxarışın verilməsinə əsas mülki əqd olan bağışlanma müqaviləsi olduğundan, həmçinin həmin çıxarış və əqdin mülki məhkəmə icraatı qaydasında etibarsız hesab olunduğundan mübahisələndirilən çıxarış da mülki icraat qaydasında ümumi (rayon, şəhər) məhkəmədə mübahisələndirməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq apellyasiya şikayətinin dəlilləri üzrə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, işin halları ilə müəyyən edilir ki, mübahisələndirilən akt qeydi (xx.xx.2020-ci il tarixli) tərəflər arasında baş vermiş mübahisə ilə bağlı məhkəmədə işə baxılarkən inşa edilmiş fərdi yaşayış evi (torpaq sahəsinə əvvəldən hüquq qeydiyyata alınmışdır) ilə bağlı aparılmış və müvafiq çıxarış verilmişdir. Hansı ki, həmin iş üzrə hazırkı cavabdeh işdə iştirak edən şəxslərdən olmuşdur. Halbuki, “Daşınmaz əmlakın Dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 14.5-ci maddəsinə əsasən bu Qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Bundan başqa, işin hallarından görünür ki, mübahisələndirilən akt qeydinin (xx.xx.2020-ci il tarixli) aparılmasına əsas olmuş 14 may 2019-cu il tarixli, reystrdə 4Ə-58 nömrə ilə qeyd edilmiş “Daşınmaz əmlakın bağışlanması” müqaviləsi və xx.xx.2019-cu il tarixli çıxarış etibarsız hesab edilmişdir. İddiaçılar da qeyd edilən hallara əsaslanaraq “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsinə əsasən cavabdehə müraciət etmişdilər. Qanunun 28.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin ərizəsi inzibati icraatın başlanılması üçün əsasdır. Qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, mübahisə inzibati hüquq münasibəti ilə bağlı mübahisədir. Odur ki, apellyasiya şikayəti təmin edilməli, qərardad ləğv edilməli, inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin Məhkəməyə göndərilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli 2-1(120)-1438/2025 saylı qərardadı ləğv edilsin. İş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-659/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-659/2025
23.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver