Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-66/2025 11.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X3 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi İddiaçı cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixli, 3-17-1/1E57535/2023 saylı qərarın ləğv edilməsi və dayandırıldığı tarixdən X26 ailə başçısını itirməyə görə müavinətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(120)-757/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2023-cü il tarixli, 3-17-1/1E- 57535/2023 saylı qərarın ləğv edilməsi və dayandırıldığı tarixdən X26 ailə başçısını itirməyə görə müavinətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “X26 ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbinə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.2023-cü il tarixli, 3-17-1/1E- 57535/2023 saylı qərarın ləğv edilməsi və dayandırıldığı tarixdən X26 ailə başçısını itirməyə görə müavinətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X30 ilə 05 aprel 1991 -ci il tarixində rəsmi nikaha daxil olmuşdur. Uzun müddət nikahda olsalar da birgə nikahdan 6 (altı) uşaqları doğulmuş, lakin hamısı körpə yaşlarında zamansız vəfat etmişdirlər. X30 ilə övladlarının olmaması səbəbi ilə qardaşı X27 ilə X9 birgə nikahlarından 09 avqust 2013-cü il təvəllüdlü övladları X31 doğulmuşdur. Doğulduğu gündən X20 əri ilə o övladlığa götürüb saxlamışlar. X10 22 fevral 2021-ci il tarixində qəflətən vəfat etmişdir. Ərinin vaxtsız vəfat etməsi səbəbindən övladlığa götürmənin rəsmiləşdirilməsi yarımçıq qalmışdır. Bu səbəbdən də Biləsuvar rayon məhkəməsinə müraciət edərək 09 avqust 2013-cü il təvəllüdlü X12 onun övladlığına verilməklə, doğum haqqında akt qeydləri kitabında uşağın ata adı qrafasında X13 və ana adı qrafasında İddiaçı yazılması barədə qətnamə çxarılmasmı məhkəmədən xahiş etmişdir. Biləsuvar rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)- 480/2022 nömrəli qətnaməsi ilə onun iddia ərizəsi təmin edilərək 09 avqust 2013-cü il təvəllüdlü X12 onun övladlığına verilməsi, doğum haqqında akt qeydləri kitabında uşağın ata adı qrafasında X13 və ana adı qrafasında İddiaçı yazılması qət edilmişdir. Uşağın saxlanılması ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun təmin edilməsi üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Biləsuvar Rayon Şöbəsinə müraciət etsə də, oradan ona imtina cavabı verilərək ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququnun yalnız məhkəmə yolu ilə ala biləcəyi bildirilib. Buna görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-17-1/2- 199447/2023 nömrəli etiraz məktubunda göstərilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialına qarşı "ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair 2- 1(120)-2967/2023 nömrəli inzibati iş vardır. Bununla əlaqədar etirazı təqdim edir və icraatına qəbul edib hüquqi qiymət verilməsini xahiş edir. İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialına müraciət edərək ona ailə başçısını itirməyə görə müavinət təyin edilməsini xahiş etmişdir.İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq ona Fondun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2023-cü il tarixli, 3-17-1/1- E-57535/2023 nömrəli qərarla imtina verilmişdir. İddiaçı öz tələbini onunla əsaslandırmışdır ki, o, məhrum yoldaşı X32yla xx.xx.1991-ci il tarixdə rəsmi nigaha daxil olmuşdur. Bundan sonra onlar iddiaçının qardaşı X27 ilə X9 birgə nigahlarından olan xx.xx.2013-cü il təvəllüdlü övladları X20 övladlığa götürüb saxlamışlar. İddiaçının əri X32 22 fevral 2021 -ci il tarixdə vəfat etmişdir. Buna görə də onların övladlığagötürməni rəsmiləşdirilməsi yarımçıq qalmışdır. Bundan sonra iddiaçı TEyvazova Biləsuvar rayon Məhkəməsinə müraciət edərək övladlığa götürdüyü 09 avqust 2013-cü il təvəllüdlü X14 iddiaçıya övladlığa verilməklə doğum haqqındakı akt qeydləri kitabında uşağın ata adı qrafasında X15 və ana adı qrafasında İddiaçı qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)-480/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir: cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, "Sosial müavinətlər haqqında” Qanunun 1.0.1 -ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı- ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir.Qanunun 9.1.4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına -18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir.Vətəndaşın təqdim etdiyi övladlığa götürmə haqqında şəhadətnamədə ata bölməsində mərhum əri X15 adı qeyd edilməmiş və Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)-480/2022 nömrəli qətnaməsi Ə.Eyvazovun ölümündən sonra qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən X26 ailə başçısını itirməyə görə müavinət təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. "Əmək pensiyaları haqqında” Qanunun 17-ci maddəsində göstərilir ki, ailə başçısını itirməyə görə əmək pensiyası ölüm gününədək ailə başçısının bu qanunun 12.1 -ci maddəsində tələb edilən sığorta stajı olduqda (bu qanunun qüvvəyə mindiyi günədək ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) təyin olunur. Lakin işin faktiki hallarından görüldüyü kimi, iddiaçı övladlığa götürməni mərhum ərinin ölümündən sonra rəsmiləşdirə bilmiş, buna görə də övladlığa götürülmüş 09 avqust 2013-cü il təvəllüdlü X14 ailə başçısını itirməyə görə pensiya hüququ yaranmamışdır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1 -ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda qeyd edilənləri, AR İPM 47-ci maddələrinin tələblərini rəhbər tutaraq İddiaçı 2-1(120)-2967/2023 nömrəli inzibati iş üzrə iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(120)-757/2024 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına (bundan sonra Mərkəzi Filial) qarşı “ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirik ki, iddiaçının ərizəsi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçı ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialına müraciət edərək ona ailə başçısını itirməyə görə müavinət təyin edilməsini xahiş etmişdir. İddiaçının müraciətinə aidiyyəti üzrə baxılaraq ona Mərkəzi Filial tərəfindən xx.xx.2023-cü il tarixli 3- 17-1/1-E-57535/2023 nömrəli məktubla imtina verilmişdir. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1 (120)-757/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli, 3-17-1/1E-57535/2023 saylı qərarı ləğv edilərək İddiaçı X8 təyin edilmiş ailə başçısını itirməyə görə müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsi və həmin vaxtdan ödənilməmiş müavinətin məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. İPM-nin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Aşağıda qeyd olunanlara əsasən hesab edirik ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(120)-757/2024 nömrəli qərarı ləğv edilməli və iddiaçının iddiasının təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, mərhum yoldaşı X32yla xx.xx.1991-ci il tarixdə rəsmi nigaha daxil olmuşdur. Bundan sonra onlar iddiaçının qardaşı X27 ilə X9 birgə nigahlarından olan xx.xx.2013-cü il təvəllüdlü övladları X20 övladlığa götürüb saxlamışlar. İddiaçının əri X32 22 fevral 2021-ci il tarixdə vəfat etmişdir. Buna görə də onların övladlığagötürməni rəsmiləşdirilməsi yarımçıq qalmışdır. Bundan sonra İddiaçı Biləsuvar rayon Məhkəməsinə müraciət edərək övladlığa götürdüyü 09 avqust 2013-cü il təvəllüdlü X14 iddiaçıya övladlığa verilməklə doğum haqqındakı akt qeydləri kitabında uşağın ata adı qrafasında X15 və ana adı qrafasında İddiaçı qeyd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(022)-480/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. Bildiririk ki, iddiaçıya hüququ olmadığı halda xx.xx.2022-ci il tarixdə elektron qaydada ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya Azərbaycan Respublikası Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2(022)- 480/2022 nömrəli qətnaməsi Ə.B.Eyvazovun vəfatından (xx.xx.2021-ci il tarixindən) sonra qüvvəyə mindiyindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 660,00 (altı yüz altmış) manat vəsaitin artıq ödənildiyi aşkarlanması barədə məlumat verilmişdir. Bu səbəbdən X21 təyin edilmiş sosial müavinətin ödənişi Mərkəzi Filialın xx.xx.2023-cü il tarixli qərarı ilə dayandırılmışdır. Əvvəlcə məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Sosial müavinətlər haqqında" Qanunun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonramüavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Qanunun 9.1 4-cü maddəsinə əsasən ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla) təyin edilir. Vətəndaşın təqdim etdiyi övladlığa götürmə haqqında şəhadətnamədə ata bölməsində mərhum əri X15 adı qeyd edilməmiş və Biləsuvar rayon Məhkəməsinin xx.xx.2022-ci ii tarixli 2(022)-480/2022 nömrəli qətnaməsi Ə.Eyvazovun ölümündən sonra qüvvəyə minmişdir. Qeyd olunanlara əsasən X26 ailə başçısını itirməyə görə müavinət təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Belə ki, iddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli AZ № 014588 nömrəli "övladlığa götürmə haqqında" şəhadətnamədə X12 atasının adı və soyadı qeyd edilməmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Eyni zamanda bildiririk ki, Şirvan İnzibati Məhkəməsinin qərarında istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2- 1(102)-813/2024 nömrəli qərarının 32-ci bəndində qeyd olunmuşdur ki, apellyasiya məhkəməsinin mövqeyinə görə M.Hüseynov vəfat edərkən A.X.Əsədullayeva onun himayəsində olmadığından, onun övladlığına verilmədiyindən və doğum şəhadətnaməsinin ata qraf asında M.Hüseynov qeyd edilmədiyindən M.Hüseynov A.X.Əsədullayevanın ailə başçısı sayıla bilməz. Ali Məhkəmənin qərannın 33-cü bəndində qeyd edilmişdir ki, Ali Məhkəmə apellyasiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qiymət verilməli olan halın R.Əsədullayeva vəfat edərkən aldığı pensiya məbləği olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 sentyabr 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(120)-757/2024 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 10.2. Hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri inzibati orqanlar tərəfindən inzibati icraatın həyata keçirilməsi zamanı birbaşa tətbiq olunur; Maddə 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 14. Ailə başçısını itirməyə görə əmək pensiyası hüququ olan ailə üzvləri 14.1. Vəfat etmiş və ya həlak olmuş ailə başçısının aşağıdakı ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır: 14.1.1.1. vəfat etmiş və ya həlak olmuş şəxslərin övladları: 14.1.1.2. 18 yaşına çatmamış; 14.1.1.3. 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxs; 14.1.1.4. təhsil müəssisələrinin əyani şöbəsində təhsil alanlar, lakin ən çoxu 23 yaşına çatanadək; 14.1.2. ata, ana, ər, arvad bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş pensiya yaşına çatmışdırsa, yaxud orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsdirsə; yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən biri və ya ər (arvad), yaxud baba, nənə, qardaş, bacı vəfat etmiş və ya həlak olmuş ailə başçısının 8 yaşına çatmamış uşaqlarına, qardaşlarına, bacılarına, nəvələrinə baxırsa və işləmirsə; Maddə 34. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə 34.1. Əmək pensiyaçısının əmək pensiyasının bir növündən başqa növünə keçmək hüququ vardır. Əmək pensiyasının bir növündən başqa növünə keçirilmə bu barədə ərizənin və müvafiq əmək pensiyasının təyin edilməsi üçün bu Qanunun 5.3-cü maddəsində nəzərdə tutulan qayda ilə müəyyən edilmiş sənədlərin təqdim edildiyi tarixdən, şəhid ailə üzvlərinə münasibətdə isə bu Qanunun 5.1-ci maddəsinin şərti nəzərə alınaraq ailə başçısına şəhid statusunun verildiyi tarixdən hesablanmaqla aparılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi (İPM): Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur; Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1E57535/2023 saylı qərarının ləğv edilməsi və dayandırıldığı tarixdən X26 ailə başçısını itirməyə görə müavinətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçıya əlilliyin təyin olunması ilə bağlı arxiv sənədlərinə (surət) əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 №-li Zona TSEK-də tərtib olunmuş xx.xx.2002-ci il tarixli müayinə aktından 506432 №-li çıxarışdan müəyyən olunur ki, X33 xx.xx.2002-ci il tarixdə müayinə olunmuş və ona üçüncü qrup əlillik təyin olunmuş və əlilliyin səbəbi “Uşaqlıqdan” göstərilmişdir. İddiaçı 18 yaşı tamam olduqdan sonra rəsmi qaydada, müvafiq orqanın qərarı ilə əlilliyi olan şəxs hesab edilmişdir. Qanunverici isə əlilliyi olan şəxs statusunun əldə edilməsini məhz əlilliyin qiymətləndirilməsini həyata keçirən orqanın müvafiq qərarı ilə şərtləndirmişdir. Bu halda, 18 yaşı tamam olmamış şəxsin əlilliyinin müəyyən edilməsi üçün onun qanuni nümayəndəsinin həmin orqana müraciət etməsi, bundan sonra isə əlilliyi müəyyən edən orqanın bu barədə qərar verməsi vacibdir. Hazırkı halda iddiaçının 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə valideynlərinin əlilliyi müəyyən edən orqana müraciət etməsinə dair işdə sübut olmamasına və 18 yaşına çatanadək əlilliyinin müəyyən olunması barədə inzibati aktın (arayışın) olmamasına baxmayaraq, onun uşaqlıqdan gözdən əlil olması təsdiq olunduğundan, o, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan şəxslərə bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.2-ci maddəsinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İşdə olan AA seriyalı 358188 saylı şəxsiyyət vəsiqəsinin və l-JQ seriyalı, 325412 nömrəli doğum haqqında şəhadətnamənin müvafiq qaydada təsdiq olunmuşsurətlərindən görünür ki, İddiaçı xx xxxx 1972-ci ildə Biləsuvar rayonunun Dərvişli kəndində anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli **********7 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialından daxil olmuş ərizəyə və ona əlavə olunmuş sənədlərə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.1.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının 18 yaşma çatmamış və təhsil müəssisələrinin əyani şöbəsində təhsil alan, lakin ən çoxu 23 yaşınadək övladlarının ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Təqdim etdiyi X28 övladlığa götürməsi haqqında şəhadətnamədə ata bölməsində mərhum X10nun adı qeyd edilməmiş, həmçinin Azərbaycan Respublikası Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2(022)-480/2022 nömrəli qətnaməsi ərinin vəfatından sonra qüvvəyə minmişdir. X8 mərhum əri X16 ölümü ilə əlaqədar ailə başçısını itirməyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1 -ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır. İşdə olan Azərbaycan Respublikası Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2(022)-480/2022 nömrəli qətnaməsi ilə 09 avqust 2013-cü il tarixdə Biləsuvar rayonu Bağbanlar kəndində anadan olmuş X5 Təranə Meyxoş qızına övladlığa verilmiş və 09 avqust 2013-cü il tarixdə anadan olmuş X12 doğumu haqqında akt qeydində atası qrafasında X30, anası qrafasında isə İddiaçı yazılması qət edilmişdir. İşdə olan Biləsuvar Rayon Məhkəməsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış 2(022)-480/2022 nömrəli 24 oktyabr 2023-cü il tarixli məktubda göstərilmişdir ki, Biləsuvar Rayon Məhkəməsinə daxil olmuş 09 oktyabr 2023-cü il tarixli 2-1(120)- 2967/2023 saylı sorğu ilə əlaqədar Biləsuvar Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(022)-480/2023 saylı qətnaməsi göndərilir. Biləsuvar Rayon Məhkəməsinin 06 iyul 2022ci il tarixli 2(022)-480/2022 saylı qətnaməsi 08 avqust 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir. İşdə olan AZ-İV seriyalı, 740696 seriyalı doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X35 09 avqust 2013-cü-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuşdur. Uşağın atası X30, anası isə İddiaçıdır. İşdə olan xx.xx.2010-cu il tarixli, ******* nömrəli əmək kitabçasından görünür ki, X30 xx.xx.1986-xx.xx.2021-ci illərdə müxtəlif yerlərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. İşdə olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin AZ-İ№014588 nömrəli, xx.xx.2022ci il tarixli övladlığa götürmə haqqında şəhadətnamədən görünür ki, X31 09 avqust 2013cü il tarixdə Biləsuvar rayonu Bağbanlar kəndində anadan olmuşdur. İddiaçı tərəfindən övladlığa götürülmüşdür. X17 ata adı verilmişdir. İşdə olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin AZ-İİ№141329 nömrəli, xx.xx.2021ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X30 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2- E-78373/2023 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına daxil olmuş xx.xx.2023- cü il tarixli 3-17-1/3-1- 32583/2023 nömrəli müraciətinə Fondun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı tərəfindən aidiyyəti üzrə baxılmışdır. Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022 tarixli 3-17-1/1-E-57535/2023 saylı qərara əsasən, X8 təyin edilmiş ailə başçısını itirməyə görə sosial müavinət işi üzrə (iş № 001223, Biləsuvar rayonu) təqdim olunan övladlığa götürmə haqqında şəhadətnamədə ata bölməsində mərhum X10nun adı qeyd edilməmiş və Azərbaycan Respublikası Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli № 2(022)-480/2022 nömrəli qətnaməsi Ə.B.Eyvazovun vəfatından (xx.xx.2021- ci il tarixindən) sonra qüvvəyə mindiyindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövr üçün 660,00 (altı yüz altmış) manat vəsaitin artıq ödənildiyi aşkarlanmışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq həmin vəsaitin aşağıda qeyd olunan rekvizitlər üzrə Dövlət Sosial Müdafiə Fondunun hesabına geri qaytarmaq və bu barədə Fondun müvafiq filiallarına və ya "DOST” Mərkəzinə məlumat vermək xahiş olunur. Artıq ödənilmiş vəsaitin geri qaytarılması təmin edilmədiyi təqdirdə qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir. İşdə olan Biləsuvar rayon Qeydiyyat şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-16-5/8-13-469/2023 nömrəli məktubunda göstərilmişdir ki, X22 doğumu övladlığa götürmə haqqında akt qeydlərinin təsdiq olunmuş surətləri, həmçinin X22 övladlığa götürülməsi haqqında qeydin əsası olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(022)-480/2022 nömrəli qətnaməsinin surəti göndərilmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli 11011037 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X3509 avqust 2013-cü il tarixdə Biləsuvar rayonu Bağbanlar kəndində anadan olmuşdur. Ata qrafasında X30, anası qrafasında isə İddiaçı qöstərilmişdir. İşdə olan **********2082022 nömrəli övladlığa götürmə haqqında akt qeydindən görünür ki,X4 Rayon Məhkəməsinin 06 iyul 2022-ci il tarixli 2(022)-480/2022 saylı qətnaməsi İddiaçı tərəfindən övladlığa götürülmüşdür. İşin faktiki hallarından və iş materiallarında olan sübutlardan müəyyən olunur ki, azyaşlı X6 Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2(022)-480/2022 nömrəli qətnaməsi ilə, İddiaçı övladlığa verilmiş və 09 avqust 2013-cü il tarixdə anadan olmuş X12 doğumu haqqında akt qeydində atası qrafasında X30, anası qrafasında isə İddiaçı yazılması qərara alınmışdır. Həmin qətnamə əsasında X22 adına AZ-İV seriyalı, 740696 seriyalı doğum haqqında şəhadətnamə tətib edilmişdir. Həmin şəhadətnamədən görünür ki, 09 avqust 2013-cü-ci ildə Biləsuvar rayonunun Xırmandalı kəndində anadan olmuş X22 ata qrafasında X30, anası qrafasında isə İddiaçı yazılmışdır. Bundan sonra X13 ölümü ilə əlaqədar iddiaçının X8 xx.xx.2022-ci il tarixdən ailə başçısını itirməyə görə müavinət təyin edilmişdir. Lakin, sonradan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/1E-57535/2023 saylı qərarı ilə X26 ailə başçısını itirməyə görə təyin edilmiş müavinət təyin dayandırılmışdı və ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Həmin qərarın məzmunundan görünür ki, müavinətin dayandırılmasının səbəbi X28 övladlığa götürməsi haqqında şəhadətnamədə ata bölməsində mərhum X13 adı qeyd edilməməsi, həmçinin Azərbaycan Respublikası Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli № 2(022)-480/2022 nömrəli qətnaməsi X13 vəfatından sonra qüvvəyə minməsi olmuşdur. Yəni, cavabdeh orqanın mövqeyinə görə Ə.Eyvazov vəfat edərkən S.Eyvazlı onun himayəsində olmadığından, onun övladlığına verilmədiyindən və doğum şəhadətnaməsində ata qrafasında Ə.Eyvazov qeyd edilmədiyindən mərhum Ə.X29 ailə başçısı sayıla bilməz. Hazırkı iş üzrə iddiaçının hüquqi marağı övladı S.Eyvazlının ailə başçısını itirməyə görə atası mərhum X13 vəfatı ilə bağlı ailə başçısını itirməyə görə müavinətin bərpa olunmasına nail olmaqdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə razılaşmayaraq, dəlilləri üzrə aşağıdakıları qeyd edir: Belə ki, cavabdeh orqan imtina məktubunda X28 övladlığa götürməsi haqqında şəhadətnamədə ata bölməsində mərhum X13 adı qeyd edilmədiyini bildirsə də qanuni qüvvəsini almış Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, № 2(022)-480/2022 nömrəli qətnaməsindən görünür ki, 09 avqust 2013-cü il tarixdə Biləsuvar rayonu Bağbanlar kəndində anadan olmuş X5 Təranə Meyxoş qızına övladlığa verilmiş və 09 avqust 2013-cü il tarixdə anadan olmuş X12 doğumu haqqında akt qeydində atası qrafasında X30, anası qrafasında isə İddiaçı yazılması qət edilmişdir. Həmin qətnamənin əsaslandırma hissəsindən görünür ki, X31 anadan olduğu andan İddiaçı himayəsində yaşamışdır. Uşağın bioloji valideyinləri uşaqla birlikdə yaşamamış, onun tərbiyəsində və saxlanılmasında hər hansı formada iştirak etməmiş, uşağa valideynlik qayğısı və diqqəti göstərməmişdirlər. Həmin müddətdə uşağın saxlanması və tərbiyəsi ilə əlaqədar bütün tədbirlər İddiaçı tərəfindən həyata keçirilmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına əsaslanaraq qeyd edir ki, iddiaçı ilə X30 arasında xx.xx.1991-ci il tarixindən rəsmi nikah bağlandığından və bir ailə kimi X13 öldüyü xx.xx.2021-ci ilə qədər birlikdə Biləsuvar rayon Dərvişli kəndində yaşadığından və X31 anadan olduğu vaxtdan onlar ilə birgə həmin ünvanda yaşadığından, bütün maddi və mənəvi ehtiyacları bir valideyin kimi X30 ilə İddiaçı tərəfindən təmin edildiyindən, daha sonra məhkəmənin qətnaməsinə əsasən X23 məxsus doğumu haqqında şəhadətnamədə atası qrafasında X13 adı yazıldığından sonuncunun ölümü ilə əlaqdərar X23 ailə başçısını itirməyə görə müavinət təyin edilməlidir. Bütün qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, övladlığa götürmə X13 ölümündən sonra baş tutsa da, X2 (doğulduğu andan) bir övlad kimi onun himayəsində və qayğısında olmuş, sadəcə olaraq sağlığında bunu rəsmiləşdirməmişdir. Bununla belə, X7 məhkəmənin qətnaməsi ilə iddiaçının övladlığına verilmiş və onun doğum haqqında akt qeydində ata adı qrafasında mərhum X13 adının yazılması müəyyən edilmişdir. Hazırkı halda iddiaçı tərəfindən X22 övladlığa götürülməsi X13 ölümündən sonra baş tutmasına baxmayaraq, körpəlikdən (doğulduğu andan) bir övlad kimi X30 ilə İddiaçı himayəsində və qayğısında olduğundan, o, 18 yaşına çatmamış övlada bərabər statuslu hesab edilməklə, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.1-ci və 16.1-ci maddələrinə əsasən ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.1-ci və 16.1-ci maddələrinin məqsədi ona yönəlmişdir ki, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ vəfat etmiş şəxsin övladları sırasından həm də o şəxslərə verilsin ki, onlar 18 yaşına çatmayan övlad olsunlar. Hazırkı mübahisəni həll edərkən sözügedən normanın tətbiqi ilə bağlı qanunvericinin sözügedən məqsədi nəzərə alınmalıdır. Bu mənada, həlledici şərtlərdən biri 18 yaşına çatmayan şəxsin ailə başçısının övladı olmalı və ya övladlığına götürülməlidir. Kollegiya hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 14.1.1.1-ci və 16.1ci maddələrinin tətbiqi zamanı uşağın yəni, X1 övladlığa götürən X30 ilə İddiaçı himayəsində olmasının mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, bununla bağlı rəsmiləşmənin gec yəni, ailə başçısının (X13) ölümündən sonra həyata keçirilməsinə təsadüf etməsi halında rəsmiləşmənin (məhkəmə qətnaməsinin qəbul edildiyi) tarixinə üstünlük verilməsi həddən artıq formalizmə səbəb olmaqla, məzmunun formadan üstünlük təşkil etməsi prinsipi ilə, eləcə də ədalətlilik və mütənasiblik prinsipləri ilə ziddiyyət yaratmış olardı. Qeyd etmək lazımdır ki, qanunçuluq prinsipinin tələblərindən biri də qanunun mətnində məzmunun formadan üstün olmasıdır. Buna görə, qanunun hərfi mənada sözbəsöz və formal şəkildə - tətbiqi onun məzmununa, yəni “qanunun ruhuna” xələl gətirməməlidir. Belə ki, kontekst və hər bir halın unikallığı nəzərə alınmalıdır, əks halda, “qanunun həddindən artıq sərt şəkildə tətbiq olunması ədalətsizliyə gətirib çıxarır” («Summun jus, summa injuria»). Ümumi hüquqi prinsip olan mütənasiblik prinsipinin tələblərinə görə, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu mənada, nəzərə alınmalıdır ki, güdülən qanuni məqsəd uşağın ailə başçısının sağlığında onun himayəsində olmasıdır. Əgər hazırkı işdə olduğu kimi bu hal mötəbər sübutlarla təsdiq olunursa, sırf ailə başçısının ölümündən sonra övladlığa götürmənin rəsmiləşməsi iddiaçını və onun övladını həddən artıq yükə məruz qoymaqla, fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı pozur, güdülən qanuni məqsədə öz məzmunu baxımından zəruri və yararlı olmayan müdaxilə edilməsinə gətirib çıxarır. Ədalət prinsipi hüququn ümumi prinsiplərinin əsasını təşkil edir, tənzimləyici prinsipdir və ona görə də hər kəs ədalət prinsipinə istinad edərək düzgün, bərabər və ağlabatan rəftar tələb edə bilər. Məhkəmə icraatı zamanı ədalət prinsipi qanunun həddindən artıq sərtliyini düzəltməyə, boşluqlar olduqda onu tamamlamağa və aydın olmadıqda şərh etməyə imkan verir. Bu zaman hakim mütləq işin xüsusi halları ilə əlaqələndirməklə qanunun formal və sərt şəkildə tətbiqinin qeyri-bərabər vəziyyət yaradacağını, eləcə də əsassız və ədalətsiz nəticələrə səbəb olacağını nəzərə almaqla mübahisənin həllində ədalət meyarını önə çəkə bilər. İnzibati hüquqda ədalət prinsipi bəzi hallarda mövcud qanunvericiliyin çatışmazlıqlarının kompensasiya edilməsinin vasitəsi kimi də çıxış edə bilər. Hakim mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatının nəticəsində onda formalaşmış daxili inam əsasında qərar qəbul edərkən həmin inamı həm də öz vicdani qənaətinə və ədalət prinsipinə uyğun formalaşdırmalıdır. Ədalətli yanaşma bütün hallarda proses iştirakçılarının və əgər varsa cəmiyyətin əsaslı mənafeləri, tərəflərin daxil olduğu münasibətlərin xarakteri, eləcə də hər bir işin xüsusi halları nəzərə alınmaqla fərdi və ictimai maraqların qiymətləndirilməsi nəticəsində müəyyənləşdirilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin İ hissəsində məhkəmə fəaliyyətinin ədalət mühakiməsi adlandırılması bu fəaliyyətin ədalət anlayışına uyğun həyata keçirilməsini tələb edir. Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində, eləcə də “Məhkəmələr və hakimlər haqqında” Qanunun 8 və 99-cu maddələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsiplərindən biri kimi işlərə ədalətlə baxılması təsbit olunmuş, ədalətli olmaq həm də hakimin vəzifəsi kimi müəyyən edilmişdir. Hüququn bütün sahələrində əsas başlanğıc prinsiplərdən biri kimi çıxış edən ədalətlilik hüquq tətbiqedicilər, o cümlədən hakim qarşısında ədalət, insaf və mənəviyyat tələblərini nəzərə almaq öhdəliyi də qoyur. Beləliklə, mübahisənin həlli və bu zaman tətbiq edilməli olan qanunvericilik normaları həm də ədalət mühakiməsinin təməlini təşkil edən ədalətlilik meyarı əsasında dəyərləndirilməlidir. Ədalətlilik prinsipi ilə bağlı qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından kollegiya hesab edir ki, sırf övladlığa götürmə haqqında məhkəmə qətnaməsinin ailə başçısının ölümündən sonra qüvvəyə minməsi arqumenti qəbul ediləcəyi halda iddiaçıya münasibətdə ədalətlilik prinsipi pozulmuş olar. Beləliklə, ailə başçısını itirməyə görə pensiya təyin edilməsi məsələsində həm fərdi, həm də ictimai maraq baxımından həlledici olan 18 yaşına çatmayan övladın ailə başçsının öldüyü vaxta kimi onun himayəsində olmasının müəyyən olunması halıdır. Belə olan halda, prosesin hər iki iştirakçısına münasibətdə ədalətli yanaşma məhz bu məqam nəzərə alınmaqla təmin olunmalıdır. Kollegiya hesab edir ki, 18 yaşına çatmayan uşağın - X22 ailə başçsının öldüyü vaxta kimi onun himayəsində olması mötəbər sübutlarla təsdiq olunmasına baxmayaraq, yalnız onun rəsmiləşməsinin ailə başçısının ölümündən sonraya təsadüf etməsini əsas götürməklə iddiaçının tələbinin təmin olunmasından imtina olunması, qanunun formal və ifrat tətbiqi halını yaradar, bununla da, iddiaçıya münasibətdə ədalətlilik prinsipinin pozulmasına səbəb olardı. O da nəzərə alınmalıdır ki, 18 yaşınadək övladın övladlığa götürülməsi və ona müavinətin təyin olunması məsələsi, bir qayda olaraq, şəxslərin özlərinin deyil, onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin hərəkətlərindən asılı olur. Bu mənada, fəaliyyət qabiliyyəti olmayan şəxslərin (körpə uşaqların) özlərinin birbaşa iradəsi və hərəkətləri ilə bağlı olmayan halların onların barəsində hüquqların həyata keçirilməsində məhdudiyyətlər yaratması ədalətlilik prinsipi ilə uzlaşmır. Həmçinin nəzərə alınamlıdır ki, hazırda X22 barəsində tərtib edilmiş AZ-İV seriyalı, 740696 seriyalı doğum haqqında şəhadətnamədə ata qrafasında mərhum X13 adı qeyd edilmişdir. Göstərilənlərə əsasən, Ə.Eyvazovun vəfatından sonra X22 barəsində tərtib edilmiş AZ-İV seriyalı, 740696 seriyalı doğum haqqında şəhadətnamə və məhkəmə qətnaməsində qeyd edilənlərə əsasən, atası mərhum X30 qeyd edildiyi üçün və ata qrafasında bu barədə məlumatlar qeyd edildiyinə görə ailə başçısını itirməyə görə müavinət almaq hüququ yarandığından, müavinət dayandırıldığı vaxtdan bərpa edilməlidir. Bundan başqa, cavabdeh inzibati orqan tərəfindən iddiaçının övladlığa götürdüyü S.Eyvazlıya xx.xx.2022-ci il tarixdən tarixdən təyin edilmiş sosial müavinətin dayandırılması cavabdehin öz təşəbbüsü ilə həyata keçirilmiş və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının sosial müavinətin təyin edilməsinin mümkün olmaması haqqında xx.xx.2023-cü il tarixli qərar qəbul edilmişdir. Hazırki işdə müavinətin dayandırılmasından öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda qanuni nümayəndə olaraq iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Halbuki, "İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. "İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Eyni Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan sosial müavinətin dayandırılması məsələsini həll edərkən həm "Sosial müavinətlər haqqında” Qanunun normalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməmişdir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan faktiki hərəkətlər etməklə müavinəti dayandıra bilməzdi. Bütün bu qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası bildirir ki, işə baxan birinci instansiya məhkəməsi ailə başçısını itirməyə görə əmək pensiyasının bərpa edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla düzgün nəticəyə gəlmişdir. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 iyul 2024-cü il tarixli, 2-1(120)-757/2024 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-66/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-66/2025
11.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver