Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-661/2025 30.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 2-1(120)-1065/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) xx.xx.1961-ci il təvəllüdlüdür. Seriya H3 № ******* nömrəli hərbi biletdən görünür ki, iddiaçı xx.xx.1980- xx.xx.1982ci il tarixlərdə hərbi xidmətdə olmuşdur (2 il 1 ay 1 gün). Seriya ИT-l ******* nömrəli əmək kitabçasından görünür ki, iddiaçı aşağıda qeyd olunan müəssisələrdə işləmişdir: 23 oktyabr 1979-cu ildə Əli-Bayramlı 44 nömrəli Tikinti Quraşdırma İdarəsinə 1-ci dərəcəli fəhlə peşəsinə işə qəbul edilmiş (əmr № 196, xx.xx.1979), 15 aprel 1980-ci ildə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş (əmr № 61, xx.xx.1980) (5 ay, 24 gün), 05 iyul 1982-ci ildə Əli-Bayramlı 44 nömrəli Tikinti Quraşdırma İdarəsinə 2-ci dərəcəli fəhlə peşəsinə işə qəbul edilmiş (əmr № 129, xx.xx.1982), 17 fevral 1982-ci ildə 3-cü dərəcəli suvaqçı keçirilmiş (əmr № 228, xx.xx.1983), 01 dekabr 1983-cü ildə 4-cü dərəcəli suvaqçı (əmr № 40, xx.xx.1983), 18 yanvar 1984-cü ildə 4 saylı Trestin 44 saylı TQİ adı 2 saylı Trestin 29 saylı Tİ-yə dəyişdirilmiş (əmr № 21-k, xx.xx.1980), 01 iyun 1985-ci ildə 2 saylı Trestin 29 saylı Tİ adı 7 saylı Trestin 73 saylı Tİ-yə dəyişdirilmiş (əmr № 58-k, xx.xx.1985), 29 dekabr 1985-ci ildə 4-cü dərəcəli üzlükçəkən işinə keçirilmiş (əmr № 229k, xx.xx.1985), 01 sentyabr 1986-cı ildə 7 saylı Trestin 75 saylı Tİ-yə köçürmə qaydasında işdən azad edilmişdir (əmr № 237-k, xx.xx.1986) (4 il, 1 ay, 28 gün), xx.xx.1986-cı ildə 75 saylı Tİ-dən köçürmə yolu ilə Əli-Bayramlı sahəsinə 4-cü dərəcəli üzlükçəkən qəbul edilmiş (əmr № 216k, xx.xx.1986), 01 avqust 1987-ci ildə 75 saylı Tikinti İdarəsinə köçürmə yolu ilə işdən azad edilmiş (əmr № 148/k, xx.xx.1987) (11 ay 1 gün), 07 avqust 1987-ci ildə 7 saylı Trestin 75 nömrəli Tİ-də 4-cü dərəcəli üzlükçəkən qismində köçürmə qaydasında işə qəbul edilmiş (əmr № 160-k, xx.xx.1987), 07 iyun 1988ci ildə işdən azad edilmiş (əmr № 75-k, xx.xx.1988) (10 ay, 1 gün), 06 iyul 1988-ci ildə X4 2 saylı kəsim sexinə 2-ci dərəcəli cəmdək emalçısı qəbul edilmiş (əmr № 111-k, xx.xx.1980), 27 iyul 1988-ci ildə işdən azad edilmiş (əmr № 135-k, xx.xx.1988) (22 gün), 03 avqust 1988-ci ildə 2 saylı kəsim sexinə cəmdək emalçısı qəbul edilmiş (əmr № 154k, xx.xx.1988), 03 oktyabr 1988-ci ildə işdən azad edilmiş (əmr № 204k, 3.10.1988) (2 ay 1 gün), 30 noyabr 1988-ci ildə bələdçi ehtiyatına bələdçi şagirdi qəbul edilmiş (əmr № 278, xx.xx.1988), 23 mart 1989-cu ildə işdən azad edilmiş (əmr № 59, xx.xx.1989) (3 ay 24 gün), 29 mart 1989-cu ildə X2 Birliyinin Təmir-Tikinti İdarəsinə 1 saylı sahəyə 4-cü dərəcəli suvaqçı qəbul edilmiş (əmr № 25-K, xx.xx.1989), 06 iyul 1989-cu ildə işdən azad edilmiş (əmr № 54-k, 04.07.89) (3 ay, 8 gün), 07 iyul 1989-cu il tarixdə “Jeleznodorojnik” Kooperativinə suvaqçı qəbul edilmiş (əmr № xx.xx.1989), 13 noyabr 1989-cu ildə işdən azad edilmiş (əmr 13.11.89) (4 ay 7 gün), 11 dekabr 1989-cu ildə X9 X10 Deposuna bələdçi ehtiyatına sərnişin vaqonları bələdçisi şagirdi qəbul edilmiş (əmr № 11.12.89), 26 mart 1990-cı ildə sərnişin vaqonları bələdçisi keçirilmiş (əmr № 216,06.03.90), 20 oktyabr 1990-cı ildə işdən azad edilmiş (əmr № 361, 02.10.90) (10 ay, 10 gün), 25 oktyabr 1990-cı ildə “Xidmət” Kooperativinin tikinti-təmir briqadasına usta təyin edilmiş (əmr № 23, 25.10.90), 28 sentyabr 1991-ci ildə “Universal” müstəqil kiçik müəssisəsinə keçirilmiş (əmr № 03, 28.09.91), 30 iyul 1993-cü ildə işdən azad edilmiş (əmr № 79, 30.07.93) (2 il, 9 ay, 6 gün), 01 avqust 1993-cü ildə Sabirabad 28 nömrəli İSMD-yə 3-cü dərəcəli quraşdırıcı qəbul edilmiş (əmr № 8, xx.xx.1993), 01 aprel 1994-cü ildə işdən azad edilmiş (əmr № 19, 01.04.94) (8 ay, 1 gün), 05 may 1994-cü ildə X5 İdarəsində 2 nömrəli avtobölməyə (3 d) SBQ-də üçüncü dərəcəli maşinist qəbul edilmiş (əmr № 39-k, 05.05.94), 01 mart 1995-ci ildə “Quruda Neft və Qazçıxarma” İstehsalat Birliyinin xx.xx.1995-ci il tarixli 52 saylı əmrinə əsasən Şirvan TNİ xx.xx.1995-ci ildən struktur bölmə kimi traktor nəqliyyat sexi adı ilə “Şirvanneft” NQÇİnin tabeliyinə keçirilmiş, 01 oktyabr 1996-cı ildə "xxxx" Müştərək Müəssisəsinə köçürmə yolu ilə işdən azad edilmiş (əmr № 75k-A, 01.10.96) (2 il, 4 ay, 27 gün) , 01 oktyabr 1996-cı ildə "xxxx" X1 Nəqliyyat sexinin a/bölməsinə “Şirvanneft” NQÇİnin TNS-dən köçürmə ilə SBQ-3-ə 3-cü dərəcəli maşinist (əmr № 115-r,xx.xx.1996), 30 noyabr 2000-ci ildə əmək müqaviləsinə xitam verilmiş (əmr № 1, xx.xx.2001) (4 il, 2 ay), 01 dekabr 2000-ci ildə Karasu Əməliyyat Şirkətinin Texnoloji Nəqliyyat sexinə 6-cı dərəcəli sürücü-maşinist qəbul edilmiş (əmr № 01, xx.xx.2001), 29 avqust 2001-ci ildə həmin sexə sürücü keçirilmiş (bildiriş 36, xx.xx.2001), 30 iyun 2004-cü ildə sürücü-maşinist vəzifəsinə keçirilmiş , 01 yanvar 2009-cu ildə avtomobil sürücüsü keçirilmiş, 01 iyun 2014cü ildə Nəqliyyat sexinə sementləyici aqreqatın motorçusu vəzifəsinə keçirilmiş, 03 sentyabr 2018-ci ildə Nəqliyyat sexinə avtomobil sürücüsü keçirilmiş, 15 sentyabr 2020-ci ildə “X6” Şirkətinin filialında Texnoloji-nəqliyyat sexinin yük, minik və icarəyə götürülmüş avtomobillər bölməsində 4-cü dərəcəli avtomobil sürücüsü vəzifəsinə keçirilmişdir (əmr № 338-AZ, 14.09.20) (15 sentyabr 2020-ci il tarixədək 19 il, 9 ay, 15 gün; xx.xx.2022-ci il tarixdə aparılmış qeydə əsasən həmin tarixədək sonuncu müəssisədə işləmişdir.) “SOCAR” Nəqliyyat İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən Siyahının 10-cu hissəsinin “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı” 10.2ci bölməsinin “Neft, qaz kondensatının hasilatı” “a” (fəhlələr) bəndini əsas tutaraq Sizə bildiririk ki, Sizin işlədiyiniz xx.xx.1994-cü il tarixindən xx.xx.1996-cı il tarixinə (02 il 04 ay 26 gün iş stajı) SBQ-3 maşinisti və xx.xx.1996-cı il tarixindən xx.xx.2000-ci il tarixinə qədər (04 il 01 ay 21 gün iş stajı) maşinist peşəsi siyahıda “buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri” peşə adı ilə uyğundur.” Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdə qeyd olunan məlumatlara əsasən Sizin güzəştli iş stajınız 12 il 6 aydan az (10 il 6 ay 12 gün (xx.xx.1994-xx.xx.2000-ci il, xx.xx.2014-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Məlumat üçün bildiririk ki, fərdi hesabınızın sığorta hissəsində 2017-ci ilin aprel, may və iyul ayları üzrə sığorta ödənişləri öz əksini tapmadığından həmin müddətin (3 ay) sosial sığorta stajınıza daxil edilməsi mümkün olmamışdır.” Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “...İddiaçı ümumi iş stajı 41 il 11 ay 6 gün (xx.xx.2006-cı il tarixinədək 24 il 0 ay 6 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət), xx.xx.1982xx.xx.1986-ci il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1989xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1989-cu il, xx.xx.1989-xx.xx.1990-cı il, xx.xx.1990xx.xx.1992-ci il, xx.xx.1993-01,04.1994-cü il, xx.xx.1994-xx.xx.1996-cı il, xx.xx.1996xx.xx.2000-ci il, xx.xx.2000-31,12.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 11 ay) təşkil edir. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2024-cü il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı cəmi 78052.88 manat təşkil edir.” “Karasu Əməliyyat Şirkəti” tərəfindən verilmiş İddiaçı güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair xx.xx.2024-cü il tarixli arayışda qeyd edilmişdir ki, “...“X6” Şirkətinin filialının Texnoloji-nəqliyyat sexinin yük, minik və icarəyə götürülmüş avtomobillər (YMİA) bölməsinin 4-cü dərəcə avtomobil sürücüsü İddiaçı (FİN: xxxxxxx, xx.xx.1961-ci il təvəllüdlü) ondan ötrü ki, o, həqiqətən xx.xx.2000-ci il tarixdən halhazıradək həmin Şirkətdə aşağıdakı peşələrdə işləmişdir:
1. Texnoloji Nəqliyyat sexi 6-cı xx.xx.2000 Əmr № 01; 0 il 8 ay 28 xx.xx.2001 (altıncı) dərəcəli sürücü maşinist xx.xx.2001 gün xx.xx.2001Bildiriş 36: 2 il 10 ay 1
2. Həmin sexdə sürücü xx.xx.2004 xx.xx.2001 gün
3. Sürücü maşinist xx.xx.2004 xx.xx.2009 4 il 6 ay 2 gün xx.xx.2009 Əmək
4. Nəqliyyat sexində Avtomobil müqaviləsinə əlavə. xx.xx.2014 5 il 5 ay 0 gün sürücüsü xx.xx.2008 Əmək müqaviləsinə
5. Nəqliyyat sexində sementləyici əlavə xx.xx.2018 4 il 3 ay 3 gün aqreqatın motorçusu xx.xx.2014
6. Nəqliyyat sexində avtomobil Əmək müqaviləsi 2 il 0 ay 12 xx.xx.2020 sürücüsü xx.xx.2018 gün
7. Texnoloji-nəqliyyat sexinin yük, xx.xx.2024 minik və icarəyə götürülmüş (hal- 4 il 2 ay 4 gün avtomobillər bölməsində 4-cü Əmr № 338- AZ. hazıradək) dərəcə avtomobil sürücüsü xx.xx.2020 Kayman adalarının “X6” Şirkətinin filialındakı ümumi iş stajı: 23 il 11 ay 19 gün
İddiaçı neft sənayesində güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən peşələr, vəzifələr üzrə Kayman Adalarının “X7” Şirkətində iş stajı haqqında qeydlər aşağıda göstərilmişdir;
1. Texnoloji Nəqliyyat sexi 6-cı (altıncı) dərəcəli sürücü maşinist: xx.xx.2000-xx.xx.2001
2. Sürücü maşinist: xx.xx.2004-xx.xx.2009
3. Nəqliyyat sexində sementləyici aqreqatın motorçusu: xx.xx.2014-xx.xx.2018
İddiaçı işlədiyi peşələrin güzəştli əmək pensiyası hüququna əsas olan işinin xüsusiyyətləri aşağıdakı kimidir:
Sürücü maşinist: - Karasu sürücülük siyasətinə uyğun olaraq, buxarla işləyən (və ya nasosla) avtosisterinin iş yerlərinə və iş yerlərindən geri idarə olunması; - Buxarın yaranması üçün forsunkanın Azərbaycanın Neft-Qaz təhlükəsiz istismar prosedurlarına uyğun olaraq işə salınması və istismarı; - Avadanlığın tələb olunduğu qaydada buxarla təmizlənməsi və ya qızdırılması; - Avtosisterinin və buxar yaradan avadanlığın gündəlik texniki xidmətinin icra edilməsi; - Avtosisterinin və buxar avadanlığının təhlükəsiz istismarı şəraitində olmasının təmin edilməsi;
Sementləyici aqreqatın motorçusu: - Quyuların sementlənməsi, layların hidravlik yarılması və quyuların kimyəvi işlənməsi aparıldıqda 150 MPa təzyiqə qədər (150 kq q/kv. sm) və 15 MPa daxil olmaqla ondan yuxan sementləmə aqreqatının güc avadanlığına və gediş (hərəkət edən) hissəsinə xidmət edilməsi; - Aqreqatın obyektdə işləmək üçün hazırlanması; - Yüksək və aşağı təzyiqli xətlərin quraşdırılması, sökülməsi, calaşdırılması və kipliyə yoxlanması; - Quyuların sementlənməsi, layların hidravlik yarılması, kimyəvi içlənməsi; - Quyuların fontandan dayandırılması və yuyulması prosesində, qazma borularının, qoruyucu kəmərlərin və manifoldların kipliyə yoxlanmasında iştirak edilməsi; - Aqreqatın mühərriklərinin normal işlənməsinin təmin edilməsi;
İddiaçı “Kayman Adalarının “X7” Şirkətində xx.xx.2000-ci il tarixdən xx.xx.2024-cü il tarixədək güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı isə 9 il 6 ay 3 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr- buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri və sementləşdirici aqreqatların motorçuları yarımbəndlərinə uyğundur. Arayışda olan məlumatlar işçinin Əmək kitabçasına və şəxsi işinə istinadən qeyd edilmişdir.” Cavabdehin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “...İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya sığorta kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 60 yaşının tamamlandığı 20 noyabr 2021-ci il tarixinə ona münasibətdə 40800.00 manat hesablandığı halda, adıçəkilən şəxsin fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 53553.34 manat təşkil edirdi.” Karasu Əməliyyat Şirkətinin sürücü/maşinist vəzifəsi üzrə təlimatından görünür ki, həmin vəzifə öhdəliklərinə Karasu sürücülük siyasətinə uyğun olaraq, buxarla işləyən və ya nasosla avtosisternin iş yerlərinə və iş yerlərindən geri idarə olunması, buxarın yaranması üçün forsunkanın Azərbaycanın neft-qaz təhlükəsiz istismar prosedurlarına uyğun olaraq işə salınması və istismarı, avadanlığın tələb olunduğu qaydada buxarla təmizlənməsi və ya qızdırılması, avtosisternin və buxar yaradan avadanlığın gündəlik texniki xidmətinin icra edilməsi və avtosisternin və buxar avadanlığının təhlükəsiz istismar şəraitində olmasının təmin edilməsi daxildir.
Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə:
İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşdan, yəni 20 noyabr 2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
İddiaçının əsaslandırması:
İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşının tamam olduğu 20 noyabr 2021-ci il tarixə 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olmuşdur. Güzəştli iş stajı xx.xx.1994-xx.xx.1996, xx.xx.1996-xx.xx.2000, xx.xx.2000xx.xx.2001, xx.xx.2004-xx.xx.2009, xx.xx.2014-xx.xx.2018 tarixləri arasında topladığı iş stajıdır ki, bunlardan xx.xx.1994-xx.xx.1996, xx.xx.1996-xx.xx.2000, xx.xx.2000xx.xx.2001, xx.xx.2004-xx.xx.2009-cu illərdə SBQ-3 qurğusunda (səyyar buxar, avtomaşın şassisi üzərində qurulmuş qurğudur) maşinist və sürücü-maşinist vəzifələrində topladığı iş stajıdır. Qeyd edilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bölməsində buxarla hərəkət edən parafınsizləşdirici qurğuların maşinistləri peşəsinin vəzifə xüsusiyyətləri ilə eynilik təşkil edir. Güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, lakin imtina edilmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır.
Cavabdehin etirazları:
Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, təqdim edilmiş sənədlərə əsasən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (10 il 6 ay 12 gün (xx.xx.1994-xx.xx.2000-ci il, xx.xx.2014-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bu səbəbdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməmişdir.
Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 2-1(120)-1065/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri:
Apellyasiya şikayətinin dəlilləri imtinanın və etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının xx.xx.2000-xx.xx.2001 və xx.xx.2004xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində sürücü maşinist vəzifəsində işlədiyi müddətdə onun buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinisti işləməsi ilə bağlı hər hansı məlumat qeyd olunmamışdır. Bu səbəbdən qeyd edilən dövrlər gözəştli iş stajı kimi nəzərə alınmamışdır. Qeyd edilən məsələ məhkəmə tərəfindən nəzərə alınmamış, o cümlədən iddiaçının tələb olunan pensiya kapitalına malik olub-olmaması məsələsinə qiymət verilməmişdir.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-1(120)-1065/2025 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq:
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.
Maddə 9. Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan digər şəxslər (13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddə yeni redaksiyada verilmişdir.) 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Əvvəlki redaksiyada deyilirdi: 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür): Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”:
21302000 - 2. Neft-qaz və qaz kondensatının hasilatı 2130200a a) fəhlələr: 2136200a-13969 buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri 2130200a-14754 sementləşdirici aqreqatların motorçuları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı:
10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr: - buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri. - sementləşdirici aqreqatların motorçuları
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının 60 yaşının tamam olduğu tarixə, yəni xx.xx.2021-ci il tarixə 25 ildən çox ümumi, o cümlədən 12 il 6 aydan çox güzəştli iş stajı vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin dəlili olan - iddiaçının tələb olunan pensiya kapitalına malik olub-olmaması məsələsinə qiymət verilməməsinə münasibətdə qeyd edilir ki, cavabdeh həmin məsələdə haqlıdır. Həqiqətən də birinci instansiya məhkəməsi həmin hala qiymət verməli idi. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu dövrdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinin dispoziya şərtlərinə görə şəxsə güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün digər şərtlərlə yanaşı onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərti də ödənilməli idi. Lakin bu hal işdə olan sübuta (xx.xx.2025-ci il tarixli məktub) əsasən iddiaçıya münasibətdə ödənilir və onunla bağlı tərəflər arasında mübahisə yoxdur. Odur ki, şikayətin qeyd edilən dəlili mübahisələndirilən qərarın qanuniliyinə təsir göstərmir. İddiaçı xx.xx.1961-ci il təvəllüdlüdür və güzəştli şərtlərlə pensiya təyininə dair xx.xx.2024-cü ildə müraciət etmişdir. İddiaçının ümumi iş stajı və pensiya kapitalı ilə bağlı mübahisə yoxdur. Əmək kitabçasına əsasən 60 yaşının tamam olduğu xx.xx.1961-ci il tarixə stajı iddiaçının ümumi stajı ən azı 25 ildir. İş üzrə tərəflər arasında mübahisələndirilən hal iddiaçının güzəştli iş stajı ilə bağlıdır. Belə ki, cavabdehin apellyasiya şikayətindən görünür ki, inzibati orqan iddiaçının güzəştli iş stajı kimi xx.xx.1994-xx.xx.2000-ci il, xx.xx.2014-xx.xx.2017-ci il, xx.xx.2017xx.xx.2017-ci il, xx.xx.2017-xx.xx.2018-ci il tarixləri arasındakı dövrləri, cəmi 10 il 6 ay 12 günü qəbul edir. İddiaçının xx.xx.2000-xx.xx.2001 və xx.xx.2004-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər ərzində sürücü maşinist vəzifəsində işlədiyi müddətdə onun buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinisti işləməsi ilə bağlı hər hansı məlumat qeyd olunmaması səbəbindən həmin dövrləri qəbul etmir. Qeyd edilən məsələyə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı xx.xx.2000xx.xx.2001 və xx.xx.2004-xx.xx.2009-cu il tarixlərdə “X6” Şirkətinin Azərbaycan Respublikasındakı filialında Texnoloji-Nəqliyyat sexində sürücü maşinist vəzifəsində işləmişdir. İddiaçının işlədiyi müəssisə tərəfindən qeyd edilən vəzifə üzrə də güzəştli arayış verilmiş, vəzifə təlimatı iş materiallarına əlavə edilmişdir. İddiaçının işlədiyi qeyd edilən vəzifə istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda 21302000 - 2. Neft-qaz və qaz kondensatının hasilatı, 2130200a a) fəhlələr: 2136200a-13969 buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri, istərsə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi a) fəhlələr: buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri kimi qeyd edilmişdir. Formalaşmış məhkəmə təcrübəsinə əsasən “İnzibati icraat haqqında” Qanunun 19cu maddəsinin tələbləri baxımından güzəştli arayış onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24.1-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Belə ki, inzibati orqan peşəsi və vəzifəsi ilə bağlı, xüsusilə də peşənin adı və aid olduğu fəaliyyət sahəsi ilə bağlı məlumatların sadəcə olaraq ifadə tərzinə istinad etməklə kifayətlənməməli, həm də həmin peşə və ya vəzifə üzrə şəxsin icra etdiyi əmək funksiyalarının və gördüyü işlərin məzmununu, peşə və vəzifənin xarakterini və bunun üzərindən onların fəaliyyət sahəsi baxımından universal keyfiyyətə malik ola biləcəyini də araşdırmağa və nəzərə almağa borcludur. Həmçinin, o, da nəzərə alınmalıdır ki, cavabdeh orqan iddiaçının eyni vəzifədə başa müəssisədə işlədiyi xx.xx.1994-xx.xx.2000-ci il dövrləri güzəştli iş stajı kimi nəzərə alır, sonradan başqa müəssisədə işlədiyi eyni vəzifəni isə güzəştli iş stajı kimi nəzərə almır və bunu əsaslı şəkildə əsaslandırmır. Yuxarıda qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçı tələb olunan 25 il ümumi sığorta stajını və 12 il 6 ay güzəştli iş stajını topladığından, o cümlədən 60 yaşının tamam olduğu vaxt fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdiyi üçün o hüququnun yarandığı 60 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən ona pensiya təyin edilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulmasını tələb etməkdə haqlıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2025-ci il tarixli 2-1(120)-1065/2025 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.