Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-667/2025 02.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburiliyi; qanunsuz əlverişsiz inzibati aktın ləğvi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X2 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2022-ci il tarixli *********** nömrəli qərarın ləğv edilməsi” barədə iddia tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli 2- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçı (bundan sonra - iddiaçı) ##.##.2015-ci il tarixli qərar ilə ##.##.2015-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli *-*(**)-***/**** saylı qərarından görünür ki, İddiaçı iddia tələbi təmin edilmiş, İddiaçı onun ##.##.1987-ci il tarixdən ##.##.1991-ci il tarixədək Saatlı rayonu Bayramovka kand X5 İcraiyyə Komitəsinin katibi vəzifəsində işlədiyi dövrün dövlət qulluğu stajı kimi nəzərə alınmaqla ##.##.2002-ci il tarixdə qəbul edilmiş, *** nömrəli Azərbaycan Respublikasının Prezidentinin fərmanında nəzərdə tutulmuş dövlət qulluqçularına aylıq əmək haqqının 3 misli həcmində verilən mükafatlar, ##.##.2003-cü il tarixdə qəbul edilmiş, *** nömrəli Azərbaycan Respublikasının Prezidentinin fərmanında nəzərdə tutulmuş dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində verilən müavinət, ##.##.2001-ci il tarixdə qəbul edilmiş, *** nömrəli Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqq, ##.##.2008-ci il tarixdə qəbul edilmiş, *** nömrəli Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, ##.##.2002-ci il tarixdə qəbul edilmiş, *** nömrəli Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən dövlət qulluğunda 15 ildən yuxarı qulluq stajına görə hər ay aylıq vəzifə maaşına 30 faiz əlavə haqqın nəzərə alınmaqla dövlət qulluqçusu pensiyasının hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi haqqında öhdəlik cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarından görünür ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli *-*(**)-***/**** saylı qərarı iddianın iddiaçının ##.##.1987-ci il tarixdən ##.##.1991-ci il tarixədək Saatı rayonu Bayramovka kend X4 İcraiyyə Komitəsinin katibi vəzifəsində işlədiyi dövrün dövlət qulluğu stajı kimi nəzərə alınması və dövlət qulluğunda 15 ildən yuxarı qulluq stajına görə hər ay aylıq vəzifə maaşına 30 faiz əlavə haqqın nəzərə alınması hissələrində ləğv olunmuş, iddia həmin hissələrdə təmin olunmamışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli *-*(**)-***/**** saylı məktubdan görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli *-*(**)-***/**** saylı qərarı və Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli *-*(***)- ***/**** nömrəli qərarı icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış ##.##.2016-cı il tarixli **/*** nömrəli məktubda qeyd edilmişdir ki, “...Məhkəmə qərarı tərəfimizdən aidiyyəti üzrə icra olunmuşdur. 1. İddiaçı ” “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli *********** nömrəli qərardan görünür ki, iddiaçının pensiyası inventarizasiya (artıq ödəmə) səbəbindən yenidən hesablanmış, bu zaman pensiya məbləği 647.89 manatdan 487.01 manata endirilmiş, 10138.05 manat artıq ödəmə, 96.30 manat artıq maddi yardım müəyyən edilmişdir. Cavabdeh tərəfindən Məhkəməyə ünvanlanmış ##.##.2022-ci il tarixli *********** nömrəli məktubda qeyd edilmişdir ki, “...İddiaçı pensiya işinə aid sənədlərdə ona Fondun Saatlı rayon şöbəsi tərəfindən # #### 2015-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin olunduğu qeyd edilib. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı # #### 2015-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 290.00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 87.00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55.00 manat olmaqla orta aylıq əmək haqqı 432.00 manat təşkil etmişdir. Bununla əlaqədar İddiaçı əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun # #### 2017-ci il tarixinədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə əsasən 17 il 5 ay 6 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (432.00 manat) 80 faizi-345.60 manat məbləğində hesablanıb. Qeyd olunanlara əsasən ona ##.##.2015-##.##.2018-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 11059.20 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 13585.08 manat ödənilib. Buna görə də adıçəkilən şəxsə yuxarıda qeyd olunan dövr üzrə 2525.88 manat artıq pul vəsaiti ödənilib. Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il ####un #-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il ####un #dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin # #### 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar İddiaçı 17 il 5 ay 6 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 57.25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən İddiaçı # #### 2018-ci il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 320.00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 96.00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55.00 manat olmaqla orta aylıq əmək haqqısı 471.00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada # #### 2018-ci il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (432.00 manat) ilə # #### 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqısı (471.00 manat) arasındakı fərq məbləğinin (39.00 manat) 57.25 faizi-22.33 manat # #### 2018-ci il tarixinədək hesablanmış pensiyasının (345.60 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 367.93 manat məbləğində hesablanmalı olduğu halda, 487.70 manat müəyyən edilməklə ##.##.2018- ##.##.2019-cu il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə ona 2155.86 manat artıq pul vəsaiti ödənilib. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən # ######## 2019-cu il tarixindən İddiaçı vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 480.00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 144.00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55.00 manat olmaqla orta aylıq əmək haqqısı 679.00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada # ######## 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (471.00 manat) ilə # ######## 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqısı (679.00 manat) arasındakı fərq məbləğinin (208.00 manat) 57.25 faizi-119.08 manat # ######## 2019-cu il tarixinədək hesablanmış pensiyasının (367.93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 487.01 manat məbləğində hesablanmalı olduğu halda, 647.49 manat məbləğində müəyyən edilməklə ##.##.2019-##.##.2022-ci tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına köçürülüb. Buna görə də həmin dövr üzrə adıçəkilən şəxsə 5456.32 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanlara əsasən İddiaçı ##.##.2015-##.##.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 10138.06 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. # ###### 2022-ci il tarixindən hesablanmaqla adıçəkilən şəxsə “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il # #### tarixli **** nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında yardım ödənilir.” Məhkəmə sorğusuna əsasən cavabdeh ## ### 2026-cı il tarixli məktubla bildirmişdir ki, “...# ###### 2022-ci il tarixindən hesablanmaqla “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il # #### tarixli **** nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi miqdarında maddi yardım ödənilir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən # ######## 2019-cu il tarixindən vaxtilə qulluq keçdiyi vəzifə üzrə İddiaçı vəzifə maaşı 480.00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 144.00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 55.00 manat olmaqla orta aylıq əmək haqqısı 679.00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il ## #### tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada # ######## 2019-cu il tarixinədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqısı (471.00 manat) ilə # ######## 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqın (679.00 manat) arasındakı fərq məbləğinin (208.00 manat) 57,.25 faizi- 119.08 manat # ######## 2019-cu il tarixinədək hesablanmış pensiyanın (367.93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 487.01 manat məbləğində hesablanmalı olduğu halda, 647.49 manat məbləğində müəyyən edilib. Bununla əlaqədar adıçəkilən şəxsə ##.##.2022- ##.##.2022-ci tarixləri arasındakı dövr ərzində 96.30 manat artıq maddi yardım ödənilib. Eyni zamanda bildiririk ki, İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2022-ci il tarixli *********** nömrəli qərar qəbul edilərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmadığından nəzərə alınmamışdır. Əlavə olaraq bildiririk ki, sözügedən qərarın icrası zamanı adıçəkilən şəxsin əmək pensiyasından yalnız ona artıq ödənilmiş 96.30 manat maddi yardım tutularaq büdcəyə bərpa edilib.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2022ci il tarixli *********** nömrəli qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ## #### 1952-ci il təvəllüdlüdür. ## #### 1987ci il tarixdən ## ##### 2006-cı il tarixə kimi 18 il fasiləsiz dövlət qulluğunun müxtəlif vəzifələrində işləmişdir. ## #### 1987-ci il tarixdən ## ###### 1991-ci il tarixə kimi Saatlı rayonu keçmiş Bayramovka kənd X5 İcraiyyə Komitəsinin katibi vəzifəsində işləmişdir ki, buda Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli *** saylı Fərmanı ilə nəzərdə tutulmuş dövlət qulluqçusuna dövlət qulluğu stajı kimi nəzərə alınmaqla aylıq əmək haqqının üç misli həcmində mükafat kimi aylıq pensiya hesablanmalıdır. Həmçinin, Azərbaycan Respublikası Prezidentinin ##.##.2003-cü il tarixli *** saylı Fərmanı ilə dövləf qulluqçusuna məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində mükafat, Azərbaycan Respublikası Prezidentinin ##.##.2001-ci il tarixli *** saylı Fərmanına əsasən dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqq, Azərbaycan Respublikası Prezidentinin ##.##.2008-ci il tarixli *** saylı Fərmanına əsasən dövlət qulluqçusu üçün aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqqı, Azərbaycan Respublikası Prezidentinin ##.##.2002-ci il tarixli *** saylı Fərmanına əsasən dövlət qulluğunda 15 ildən yuxarı qulluq etmiş dövlət qulluqçusuna qulluq stajına görə hər ay aylıq vəzifə maaşının 30 faizi həcmində əlavə haqq dövlət qulluqçusu kimi aylıq pensiyasına hesablanıb ona ödənilməlidir. İddia ərizəsinə əlavə etdiyi ##.##.1974-cü il taixli NT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, ##.##.1972-ci il tarixdən ##.##.2009-cu il tarixədək dövlət qulluğunda əmək fəaliyyəti olmaqla 15 ildən yuxarı dövlət qulluğunda işləmişdir. Həmçinin, əmək kitabçasında ##.##.1987-ci il tarixdən ##.##.1991-ci il tarixədək Saatlı rayonunun keçmiş Bayramovka kənd X5 İcrayyə Komitəsinin katibi vəzifəsində, ##.##.1991-ci il tarixdən ##.##.2006-cı il tarixədək Saatlı rayonunun keçmiş Bayramovka kənd İƏD-si üzrə nümayəndəsinin müavini, Saatlı RİHB-nın Dədə Qorqud kənd İƏD-si üzrə nümayəndəsinin müavini, Saatlı RİHB-nın Əhmədbəyli kənd İƏD-si üzrə nümayəndəsi vəzifəsində işləmişdir. Həmin dövrdə Saatlı rayonunun “Ukrayna” kolxozunda partiya təşkilatı katibi vəzifəsində işləmişdir ki, buda dövlət qulluqçusu hesab edilir. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, Fondun Saatlı rayon şöbəsi tərəfindən ##.##.2015-ci il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, ##.##.2015-ci il tarixində vaxtilə iddiaçı İddiaçı qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 290.00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 87.00 manat, ixtisas dərəcəsinə görə əlavə 55.00 manat olmaqla, orta aylıq əmək haqqı 432.00 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun ##.##.2017-ci il tarixədək qüvvədə olmuş 20.11.3-cü maddəsinə müvafiq olaraq 17 il 05 ay 06 gün qulluq stajına uyqun olaraq iddiaçı İddiaçı orta aylıq əmək haqqının (432.00 manat) 80 faizi-345.60 manat məbləğində hesablanmışdır. Qeyd olunanlara əsasən ona ##.##.2015-##.##.2018-ci illər ərzində ümumilikdə 11059.20 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda, həmin müddət ərzində 13585.08 manat ödənilmişdir. Buna görə də iddiaçı İddiaçı yuxarıda qeyd olunan dövr üzrə 2525.88 manat artıq pul vəsaiti ödənilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 26.3-cü maddəsinə əsasən 2017-ci il ####un #-dək Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin edilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il ####un #-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il tarixli 25 iyun *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “2017-ci il ####un #-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.3-cü bəndinə əsasən Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş əlavələrin təyin edilməsi üçün əsas götürülmüş aidiyyəti sahədə qulluq stajı 15 il və daha çox olan şəxslərin pensiyalarına əlavələr əmək haqqındakı artım məbləği nəzərə alınmaqla, 15 il qulluq etmiş şəxslərə orta aylıq əmək haqqının artım məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının artım məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının artım məbləğinin 80 faizi miqdarından çox olmamaq şərtilə faktiki qulluq dövrünün aylarına uyğun olaraq hesablanır və həmin şəxslərin # #### 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. İddiaçı İddiaçı dövlət qulluğu orqanlarında 15 ildən yuxarı qulluq etdiyinə görə onun sosial sığorta stajı orta aylıq əmək haqqına münasibətdə aşağıdakı kimi hesablanmalıdır: 15 il sosial sığorta stajı - əməkhaqqının 50 %-i məbləğində; 15 ildən yuxarı sosial sığorta stajı - hər tam il üçün 3%, 80%-dən çox olmamaqla: 02 il 05 ay 06 günə münasibətdə 7.25% 50% + 7.25% = 57.25%. Bununla əlaqədar iddiaçı İddiaçı 17 il 05 av 06 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 57.25 faiz təşkil edir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ##.##.2018-ci il tarixdən vaxtilə iddiaçı İddiaçı qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 320.00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 96.00 manat, ixtisas dərəcəsinə görə əlavə 55.00 manat olmaqla orta aylıq əmək haqqı 471.00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan ##.##.2018-ci il tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada ##.##.2018-ci i! tarixədək vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqı (432.00 manat) ilə ##.##.2018-ci il tarixdən sonrakı orta aylıq əmək haqqı (471.00 manat) arasındakı fərq məbləğinin (39.00 manat) 57.25 faizi-22.33 manat ##.##.2018-ci il tarixədək hesablanmış pensiyanın (345.60 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 367.93 manat məbləğində hesablanmalı olduğu halda, 487.70 manat müəyyən edilməklə ##.##.2018-##.##.2019-cu illər ərzində müvafiq kart hesabına köçürülmüdür. Buna görə də həmin dövr üzrə iddiaçı İddiaçı 2155.86 manat artıq pul vəsaiti ödənilmişdir. Dövlət qulluqçularının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən ##.##.2019-cu il tarixindən vaxtilə iddiaçı İddiaçı qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 480.00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavə 144.00 manat, ixtisas dərəcəsinə görə əlavə 55.00 manat olmaqla orta aylıq əmək haqqı 679.00 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin ##.##.2018-ci il tarixli *** nömrəli Fərmanının tələblərinə uyğun qaydada ##.##.2019-cu il tarixədək vaxtilə qulluq keçdiyi vəzife üzrə orta aylıq əmək haqqı (471,00 manat) ilə ##.##.2019cu il tarixdən sonrakı orta aylıq əmək haqqı (679.00 manat) arasındakı fərq məbləğinin (208.00 manat) 57.25 faizi-119.08 manat ##.##.2019-cu il tarixədək hesablanmış pensiyanın (367.93 manat) üzərinə əlavə olunmaqla əmək pensiyası 487.01 manat məbləğində hesablanmalı olduğu halda, 647.49 manat məbləğində müəyyən edilməklə ##.##.2019-##.##.2022-ci illər ərzində müvafiq kart hesabına köçürülmüdür. Buna görə də yuxarıdakı dövrlər üzrə ümumilikdə İddiaçı 5456.32 manat artıq pul vəsaiti ödənilmişdir. Aparılan araşdırma nəticəsində iddiaçı İddiaçı pensiyasının məbləği cari ilin iyul ayından etibarən qanunvericiliyə uyğunlaşdırılaraq 647.49 manatdan 487.01 manata azaldılmış, həmçinin, ona ##.##.2015-##.##.2022-ci illər ərzində 10138.06 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. ##.##.2022-ci il tarixdən hesablanmaqla iddiaçı İddiaçı “Əmək pensiyasına qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarının sosial müdafiəsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2022-ci il tarixli **** nömrəli Sərəncamına əsasən aylıq pensiya məbləğinin 10 faizi - 48.70 manat maddi yardım ödənilir. İddiaçı İddiaçı artıq ödənilmiş 10138.06 manat ilə əlaqədar əmək pensiyasından hər hansı tutulma aparılmır. Şirvan İnzibati Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı (hakim Amilya Hüseynova) ilə iddia təmin edilmiş, iddiaçı İddiaçı barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ##.##.2022-ci il tarixli *********** saylı qərarı ləğv edilmiş, iş üzrə təyin edilmiş məhkəmə ekspertizasının keçirilməsinə görə 200 (iki yüz) manat ekspertiza tədqiqatının dəyəri Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını xahiş etdi. ##.##.2026-cı il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş mütəxəssis X1 bildirmişdir ki, İddiaçı DSMF-nin Saatlı rayon şöbəsi tərəfindən təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası düzgün hesablanmamışdır. Belə ki, 15% hakimiyyət səlahiyyəti və 1 il ərzində ödənilən 3 mükafat, 1 müavinət səhv olaraq (əmək haqqı arayışı olmadan) hesablanmışdır. “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli *********** nömrəli qərar qəbul edilərkən iddiaçının vəzifə maaşı, ixtisas dərəcəsinə görə əlavə və qulluq stajına görə əlavə nəzərə alınmış, məhkəmə qərarlarından məlumatlı olmadıqları üçün nəzərə alınmamışdır. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. ... 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. ... 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və bu zaman etimad hüququna, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinə, tərəflər arasında mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin halları ilə müəyyən edildi ki, İddiaçı (bundan sonra - iddiaçı) ##.##.2015-ci il tarixli qərar ilə ##.##.2015-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli *-*(**)-***/**** saylı qərarı ilə İddiaçı onun ##.##.1987-ci il tarixdən ##.##.1991-ci il tarixədək Saatlı rayonu Bayramovka kand X5 İcraiyyə Komitəsinin katibi vəzifəsində işlədiyi dövrün dövlət qulluğu stajı kimi nəzərə alınmaqla ##.##.2002-ci il tarixdə qəbul edilmiş, *** nömrəli Azərbaycan Respublikasının Prezidentinin fərmanında nəzərdə tutulmuş dövlət qulluqçularına aylıq əmək haqqının 3 misli həcmində verilən mükafatlar, ##.##.2003-cü il tarixdə qəbul edilmiş, *** nömrəli Azərbaycan Respublikasının Prezidentinin fərmanında nəzərdə tutulmuş dövlət qulluqçusuna məzuniyyətə çıxdıqda 1 aylıq vəzifə maaşı həcmində verilən müavinət, ##.##.2001-ci il tarixdə qəbul edilmiş, *** nömrəli Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən dövlət qulluqçusuna ixtisas dərəcəsinə görə verilən əlavə haqq, ##.##.2008-ci il tarixdə qəbul edilmiş, *** nömrəli Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq, ##.##.2002-ci il tarixdə qəbul edilmiş, *** nömrəli Azərbaycan Respublikasının Prezidentinin fərmanına əsasən dövlət qulluğunda 15 ildən yuxarı qulluq stajına görə hər ay aylıq vəzifə maaşına 30 faiz əlavə haqqın nəzərə alınmaqla dövlət qulluqçusu pensiyasının hüququnun yarandığı tarixdən yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi haqqında öhdəlik cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin üzərinə qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli *-*(***)-***/**** nömrəli qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmuş, iş üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli *-*(**)-***/**** saylı qərarı iddianın - iddiaçının ##.##.1987-ci il tarixdən ##.##.1991-ci il tarixədək Saatı rayonu Bayramovka kend X4 İcraiyyə Komitəsinin katibi vəzifəsində işlədiyi dövrün dövlət qulluğu stajı kimi nəzərə alınması və dövlət qulluğunda 15 ildən yuxarı qulluq stajına görə hər ay aylıq vəzifə maaşına 30 faiz əlavə haqqın nəzərə alınması hissələrində ləğv olunmuş, iddia həmin hissələrdə təmin olunmamışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsi tərəfindən verilmiş ##.##.2017-ci il tarixli *-*(**)-***/**** saylı məktubdan görünür ki, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin ## ###### 2016-cı il tarixli *-*(**)-***/**** saylı qərarı və Şirvan Apellyasiya Məhkəməsinin ##.##.2016-cı il tarixli *-*(***)- ***/**** nömrəli qərarı icra edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinə göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən Şirvan İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış ##.##.2016-cı il tarixli **/*** nömrəli məktubdan görünür ki, İddiaçı ilə bağlı məhkəmə qərarı icra edilmişdir. “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli *********** nömrəli qərardan görünür ki, iddiaçının pensiyası inventarizasiya (artıq ödəmə) səbəbindən yenidən hesablanmış, bu zaman pensiya məbləği 647.89 manatdan 487.01 manata endirilmiş, 10138.05 manat artıq ödəmə, 96.30 manat artıq maddi yardım müəyyən edilmişdir. Məhkəmə sorğusuna əsasən cavabdeh ## ### 2026-cı il tarixli məktubla bildirmişdir ki, “...İddiaçı əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2022-ci il tarixli *********** nömrəli qərar qəbul edilərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud olmadığından nəzərə alınmamışdır. Kollegiya qeyd edir ki, İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı inzibati məhkəmə icraatının iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Tərəflər arasında mübahisə ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmasına baxmayaraq, məhkəmə qərarı nəzərə alınmadan inzibati orqan tərəfindən “Əmək pensiyasının yenidən hesablanması haqqında ##.##.2022-ci il tarixli *********** nömrəli qərar qəbul edilmişdir. Mübahisələndirilən “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli *********** nömrəli qərar qəbul edilərkən qanuni qüvvəyə minmiş məhkəmə qərarının nəzərə alınmaması işin mübahisəsiz tərəfidir. İnzibati orqan bunu onlarda qanuni qüvvəyə minmiş məhkəmə qərarının mövcud olmaması ilə əlaqələndirmişdir. Kollegiya qeyd edir ki, “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022ci il tarixli *********** nömrəli qərar ilə artıq ödəmə kimi müəyyən edilmiş 96.30 manat maddi yardım da ##.##.2022-ci il tarixli *********** nömrəli qərarın qanuniliyinə verilən qiymətdən asılıdır, həmin qərarın ləğvi maddi yardım qismində hesablanan artıq ödəmənin də ləğvinə səbəb olur. Kollegiya işdə olan ekspert rəylərinə tənqidi yanaşaraq, bildirir ki, həmin rəylər iş üzrə sübut kimi qəbul edilə bilməz. Belə ki, rəylər ilə qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyən edilmiş hallara qiymət verilmişdir. Halbuki, Qanun qanuni qüvvəyə minmiş məhkəmə qərarının məcburiliyini tanıyır. Göstərilənlər onu deməyə əsas verir ki, iddiaçı “Əmək pensiyasının yenidən hesablanması haqqında” ##.##.2022-ci il tarixli *********** nömrəli qərarın ləğv edilməsini tələb etməkdə haqlıdır. İPM-in 110.1-ci maddəsinə əsasən posessual xərclər ödənilmiş tələblərə münasib olaraq inzibati məhkəmə icraatının iştirakçılarına aid edilir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə haqlı mövqe sərgiləmişdir. Yuxarıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci intansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-667/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-667/2025
02.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver