Məhkəmə qərarları › İş №2-1(106)-670/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-670/2025

18.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-670/2025 18.06.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi; orqanizmin funksiyalarının pozulması 61-80 faiz aralığında ardıcıl olaraq 10 il müddətində əlillik vəziyətində olması səbəbindən əlilliyin müddətsiz müəyyən edilməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və X1 ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçı İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: Əlillik vəziyyəti barədə elektron alt sistemdən çıxarışlardan və TSEK-də müayinə aktlarından çıxarışdan görünür ki, İddiaçı ##.##.2009-cu il tarixdə X11: XIV Sinif-Sidik-cinsiyyət sisteminin xəstəlikləri=>N17-N19-Böyrək çatmamazlığı=>N18-Xronik böyrək çatmamazlığı=>N18.8-Xroniki böyrək çatmamazlığının digər təzahürləri, Diaqnoz: Tez-tez kəskinləşən xr qlomeronefrit qarışıq forma XBCIIdərxr hepatoxolosistit xr qastroduodenit, Meyar: 2.2 İkinci dərəcəli əlillik=>Digər: Tez-tez kəskinləşən xr qolmeronefrit qarışıq forma XBÇIIdərxr hepatoxolosistir xr diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik xəstəlik səbəbi ilə ilkin əlillik; ##.##.2010-cu ildən ##.##.2011-ci ilə qədər ümumi xəstəlik xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik, ##.##.2011-ci ildən ##.##.2012-ci ilə qədər ümumi xəstəlik xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik, ##.##.2012-ci ildən ##.##.2013-cü ilə qədər ümumi xəstəlik xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik, ##.##.2013-cü ildən ##.##.2014-cü ilə qədər ümumi xəstəlik xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik, ##.##.2014-cü il tarixdə X11: XIV Sinif-Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19-Böyrək çatmamazlığı => N18-Xronik böyrək çatmamazlığı => N18.8- Xroniki böyrək çatmamazlığının digər təzahürləri, Diaqnoz: Tez-tez kəskinləşən xr qlomeronefrit qarışıq forma XBCIIdərxr hepatoxolosistit xr qastroduodenit, Meyar: 2.2 İkinci dərəcəli əlillik=>Digər: Tez-tez kəskinləşən xr qolmeronefrit qarışıq forma XBÇIIdərxr hepatoxolosistir xr diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə əlillik; ##.##.2015-ci il tarixdə eyni diaqnoz və səbəb əlaqəsi ilə 1 il müddətinə ikinci dərəcə əlillik, ##.##.2015-ci il tarixdə X11: XIVSinif- Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19-Böyrək çatmamazlığı=>N18-Xronik böyrək çatmamazlığı => N18.8-Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnoz: Xronik nefritik sindrom, diffuz membranoz qlomerulonefrit, xroniki böyrək xəstəliyi, II mərhələ, xroniki xolesistit; Meyar: 2.2 İkinci dərəcəli əlillik=>Digər: Diffuz membranoz qlomerulonefrit. Xroniki böyrək xəstəliyi II mərhələ diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik; ##.##.2016-cı il tarixdə eyni diaqnoz ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Üçüncü şəxs publik hüquqi şəxs tərəfindən iddiaçı barəsində əsas diaqnoz: J44.8- Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, Ağırlaşmalar: I26 Ağciyər emboliyası, xroniki ağciyər ürəyi, G47.3 Yuxuda apnoe, gecə apnoe, J84.1 Fibroz oldugu göstərilməklə digər interstisial ağciyər xəstəlikləri, Yanaşı xəstəliklər: A18.0 Sümük və oynaqların vərəmi, L3-L4 fəqərəsinin vərəmi obyektiv xəstəliyi diaqnozu ilə bağlı ##.##.2023-cü il tarixli U********RUZ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli *******0010 nömrəli qərar ilə “Göndərişin natamam doldurulması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, qərar sistemə ##.##.2024-cü il tarixdə daxil edilmişdir. Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli *** nömrəli qərarından görünür ki, iddiaçının xəstəliyi ilə bağlı “Bədənin çoxsaylı qəlpə yaraları, kəskin pielonefrit. L3-L4 fəqərələrinin vərəmli spondiliti” diaqnoz qoyulmuş və xəstəliyin səbəb əlaqəsinin “Hərbi travma olması, Azərbayan Respublikasının müdafiəsi zamanı alınması” müəyyən edilmişdir. Səhiyyə Nazirliyi “Elmi-X4 İnstitutu” publik hüquqi şəxs tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*/*-**/**** nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, “...Aparılmış müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnozlar aparılmış müayinə nəticələrinə uyğundur və aparılmış müayinə nəticələri müvafiq diaqnozların təyin olunması üçün kifayətdir. Mütəxəssis rəyi tərtib edilərkən xəstənin İnstitutda olan bütün müayinə sənədlərinə baxılmışdır (ümumilikdə 5 dəfə stasionarda yatış, 4 dəfə ambulator müayinədə olmuşdur). Müayinə nəticələrinə əsasən “AXOX ağır gedişli. Xroniki tənəffüs çatışmazlığı. Pulmonar hipertenziya. Xroniki ağciyər ürəyi. Th10-11 fəqərələrin vərəm spondiliti, spondilitik faza. Aşağı ətrafların funksiyasının pozulması, davamlı ağrı sindromu, kifoz” diaqnozu təyin edilmişdir. İddiaçının xəstəliyində ağırlaşma halları mövcuddur. “AXOX-a bağlı xroniki respirator çatışmazlığı, pulmonar hipertenziya, xroniki ağciyər ürəyi. Th10-11 fəqərələrin spondiliti ilə bağlı ağırlaşmalar- aşağı ətrafların funksiyasının pozulması və davamlı ağrı sindromu” mövcuddur. AXOX və spondilitə bağlı ağırlaşmalar xroniki xarakter daşıyır. Diaqnoz xəstənin şikayətləri, anamnezi, obyektiv baxışı (quru xırıltılar) və aşağıdakı müayinələr əsasında qoyulmuşdur. Rentgen - hər iki tərəfdə sıxlaşma fondunda peribronxit əlaməti, sol kökdə deformasiya, sağ parakostal plevrada və sinusda zəif plevral qalınlaşma. Ürək sərhədinin bir qədər sola böyüməsi görünür. Torakal kifozun artması, Th9-Th12 fəqərəarası sahələrin kəskin daralması subxondral səthlərin qeyri dəqiq olması TH9- TH11 fəqərə cisimlərinin strukturunda deformasiya görünür. Qan qazı arterial- Ph 7.405, p02 49, pC02 66.5, Sp02 82% SPQ- Restriksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu. (FEV1 42% l.k, FVC 41% l.k) ExoKQ- Xroniki ağciyər ürəyi, SPAP 55mmHG, EF- 50% KT- Kardiomeqaliya. Hər iki ağciyərdə peribronxial, perivaskulyar fibroz dəyişikliklər. Aşağı paylarda bazal seqmentlərdə interstisial iltihab infiltrasiyaları. Torakal fəqərələrdə osteofitlər.” ##.##.2023-cü il tarixli *******0009 nömrəli qərardan görünür ki, iddiaçıya əlilik meyarı: 1.1.1.2. Tənəffüs sistemi orqonlannın xəstəlikləri => Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri =>Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi => Təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, II və III dərəcəli xroniki tənəffüs çatışmazlığı; IIA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı xəstəliyi ilə bağlı orqanizmin funksiyalarının pozulması faizi 80%, müddəti 2 il olmaqla ##.##.2023-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarın ona aid hissədə ləğv edilməsi və həmin tarixdən müddətsiz təyin olunmuş əlilliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, birinci Qarabağ müharibəsi zamanı ağır yaralanması nəticəsində ## ###### 1993-cü ildən ## ###### 1993-cü il tarixədək Ağdam Rayon Mərkəzi Xəstəxanasında “Bədənin çoxsaylı qəlpə yaraları, kəskin pielonefrit” diaqnozu ilə müalicə olunmuşdur. ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixə kimi xxxxnın vərəm şöbəsində “xxxx” diaqnozu ilə müalicə olunmuşdur. Tibb müəssisələri tərəfindən verilmiş arayışlardan və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının həkim mütəxəssisinin rəyi ilə təsdiq olunur ki, düçar olduğu xəstəlik və aldığı xəsarət “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” Bununla əlaqədar ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin məlum olmayan səbəbdən əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Cavabdehin etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı (FİN:*******) əlillik vəziyyəti ##.##.2023-cü il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə zamanı qiymətləndirilmiş və “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 1.1.1.2. bəndinə müvafiq olaraq ümumi xəstəlik ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması barədə qərar qəbul edilmişdir (ESDAS: 3-17-4/3-1- 13289/2023). Növbəti dəfə əlillik təyinatının səbəb əlaqəsinin dəyişdirilməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında ##.##.2024-cü il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2023-cü il tarixli *** nömrəli qərar verilmişdir. Həmin qərarda “Bədənin çoxsaylı qəlpə yaraları. Kəskin pielonefrit. L3-L4 fəqərələrinin vərəmli spondiliti” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş ##.##.2023-cü il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı şikayətləri təngnəfəslikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında sümük vərəmi olduğunu, lakin bunu bilmədiyini, reanimasiya şöbəsində ağciyərlərlə bağlı 5 ay intensiv müalicə aldığını bildirmişdir. Müayinə zamanı sol diz və sol saidin yuxarı 1/3-də çapıq toxumalar izlənilmiş, yuxarı və asağı ətraflarda hərəkətlər sərbəst və ağrısız izlənilmişdir. Auskultasiyada sağ ağciyər üzərində tək-tək yaş xırıltılar eşidilmiş, saturasiyası 77%, nəbzi 98 vurğu, tənəffüs sayı 20, boyu 174 sm, çəkisi 106 kq BKİ=35 müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən xroniki tənəffüs çatışmazlığı əlamətləri aşkar olunmuşdur. Vətəndaş rentgen müayinəsinin görüntülərini təqdim etməmişdir” kimi qeyd olunmuş, xüsusi səbəbdən “Diaqnoz əlillik əlaməti təyin etmir, ümumi səbəbdən orqanizmin funksiyalarının 2 il müddətinə 80 faiz pozulması barədə” qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sümük vərəmindən əziyyət çəkdiyini bildirmiş, belində ağrı, təngnəfəslik, boğulma hallarından şikayətlənmişdir. Müayinə zamanı boyu 174 sm, çəkisi 105 kq müəyyən edilmişdir. Nevroloji müayinə zamanı reflekslər D=S zəif alınmış, (dərialtı piy qatı qalındır), əzələ gücü tam, tonusu normal, hipotrofiya, atrofiya, parez müəyyən edilməmişdir. Vərəm spondiliti əlillik təyinatına əsas verməmişdir. West Hospitalın ##.##.2022-ci il tarixli döş qəfəsinin KT müayinəsinin nəticəsi “Mediastinumda sağ üst-alt pataraxeal, anterior medistinal və subkarinal 10 mm-dən kiçik bir necə limfa düyünü. Onurğa sütununun döş hissəsində mətndə ankilotik və paravertebral yumşaq toxumalarda ödem-infiltrasiya” kimi qeyd edilmişdir. X2 ##.##.2022-ci il tarixli döş qəfəsi fəqərələrinin MRT müayinəsinin nəticəsi “Döş kifozu artmışdır. Th3-Th12 səviyyəsində ankilozlaşan və ciddi degenerativ dəyişikliklər mövcuddur. Fəqərə cisimlərinin siqnal intensivliyi heterogendir. Th10 fəqərə cisminin hündürlüyü azalmışdır. Th10-11 disk məsafəsi izlənilməmişdir. Th6-Th10 səviyyəsində prevertebral və hər iki paravertebral yumşaq toxumalarda yer-yer millimetrik maye toplantıları qeyd edilir” kimi qeyd olunmuşdur. Elmi-X5 İnstitutunun ##.##.2023-cü il tarixli döş qəfəsinin KT müayinəsinin nəticəsi “Kardiomeqaliya. Hər iki ağciyərdə peribronxial, perivaskulyar fibroz dəyişiklikləri, aşağı payların bazal seqmentlərində interstisial iltihab infiltrasiyaları” kimi qeyd edilmişdir. Elmi-X4 İnstitutunun ##.##.2023-##.##.2023-cü il tarixli ******* nömrəli çıxarışında diaqnoz “L3-L4 fəqərələrinin vərəm spondiliti. Spondilitik faza, ACXOX, ağır gedişli kəskinləşmə mərhələsi” kimi qeyd olunmuş, spondilit klinik olaraq öz təsdiqini tapmamışdır. Elmi-X4 İnstitutunun ##.##.2023-##.##.2023-cü il tarixli ******* nömrəli çıxarışında diaqnoz “L3-L4 fəqərələrinin vərəm spondiliti, ACXOX, ağır gedişli, remissiya mərhələsi. Xroniki ağciyər ürəyi. ÜİX. Aterosklerotik kardioskleroz. Gecə apnoesi, TC II-III dərəcə” kimi qeyd olunmuşdur. Elmi-X4 İnstitutunun ##.##.2023-##.##.2023-cü il tarixli ******* nömrəli çıxarışında diaqnoz “Ağciyərlərin xroniki destruktiv xəstəliyi, ağır gedişli kəskinləşmə mərhələsi. İkitərəfli pnevmoniya, ağır gedişli. Tənəffüs çatışmazlığı, II dərəcə. Hiperişemik ensefalopatiya” kimi qeyd olunmuş, əlillik təyinatına əsas vermişdir. ƏƏSMN tabeliyində DTSERA-da ##.##.2024-cü il tarixli spirometriya müayinəsinin nəticəsi “FVC 2.03 46%, FEV1 1.34 37% qarışıq tipli ağır ventilvasiya pozğunluğu qeyd olunur. Auskultasiyada ağciyərlər üzərində zəif vezikulyar tənəffüs eşidilir. Patoloji xırıltılar eşidilmir, kliniki dəyərləndirmə tövsiyə olunur” kimi müəyyənləşdirilmişdir. Ekspertizaya təqdim edilmiş Zəfəran Hospitalın ##.##.2023-cü il tarixli Thorax KT diskində onurğada, fəqərələrdə əlillik təyinatına əsas verə biləcək dəyişikliklər müşahidə edilməmişdir. Əlillik təyinatına əsas verən ağciyər vərəminin xüsusi səbəb əlaqəsi təsdiqlənməmiş, səbəb-əlaqə dəyişikliyinə əsas verməmişdir. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmiş, vərəm spondiliti təsdiqlənməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq xüsusi səbəbdən “Diaqnoz əlillik əlaməti təyin etmir və ##.##.2023-cü il tarixli ümumi xəstəlik ilə əlaqədar 2 (iki) il müddətinə orqanizmin funksiyalarının 80 faiz pozulması barədə” qərar qüvvədə saxlanılmışdır. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmiş, Tibbi-sosial ekspert komissiyasının ##.##.2024-cü il tarixli *-**-*/*-*-****/**** nömrəli qərarı iddiaçıya münasibətdə ləğv edilmiş, İddiaçı təyin olunmuş əlilliyin səbəbinin ##.##.2024-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdəfiəsi ilə əlaqədar” kimi dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2026-cı il tarixli 2-1(106)- 670/2025-ci il tarixli qərardadı ilə iddiaçının “Tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli *******0010 nömrəli qərarının ləğv edilməsi, həmin tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlillik müəyyən edilməsi və ardıcıl olaraq 10 il müddətində ikinci dərəcəli əlillik vəziyyətində olması nəzərə alınaraq, qiymətləndirmə zamanı əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri onda ibarətdir ki, məhkəmə qərarında əlilliyin səbəb əlaqəsinin hərbi xidməti dövrü ilə əlaqədar olduğu təsdiq edilsə də, Müdafiə Nazirliyindən zəruri sənədlər alınmamış, Forma 88-in düzgün doldurulub-doldurulmadığını araşdırmamışdır. Müdafiə Nazirliyinin Məhkəməyə ünvanladığı məktubda şəxsin travmaları hərbi xidmət dövründə aldığı qeyd edilsə də, konkret olaraq diaqnozlar həmin qərarda öz əksini tapmamışdır. Eyni zamanda, ekspert rəyindən müəyyən olunur ki, Forma-88 də konkret olaraq əlilliyin səbəb əlaqəsinin hərbi xidmət dövrü ilə əlaqədar olması barədə göndəriş doldurulmamışdır. Qanunvericiliyə əsasən əlillik göndəriş əsasında qiymətləndirilir. Göndərişin düzgün doldurulmamasına görə cavabdeh məsuliyyət daşıya bilməz. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs Üçüncü şəxs publik hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, əlillik səbəbinin dəyişdirilməsi ilə bağlı göndəriş rəsmiləşdirilməsi üçün aidiyyəti orqana müraciət etmiş, Üçüncü şəxs publik hüquqi şəxs tərəfindən barəsində ##.##.2023-cü il tarixli U********RUZ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndərişdə digər xəstəlikləri ilə birhə yanaşı xəstəlik kimi “A18.0 Sümük və oynaqların vərəmi, L3-L4 fəqərəsinin vərəmi obyektiv” xəstəliyindən əziyyət çəkməsi göstərilmişdir. Həmin xəstəlik xüsusi səbəbdən olduğu üçün ona daha üstün sosial təminat verir. Qeyd edilən xəstəlikdən əziyyət çəkməsi iş materiallarında olan sənədlər, xəstəliyin səbəb əlaqəsi isə Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli *** nömrəli qərarı ilə təsdiq edilir. Apellyasiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza ilə bağlı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2026-cı il tarixli qərarı qəbul etmir. Belə ki, rəyin verilməsi ilə bağlı müayinə olunmamışdır. Müayinəsi həyata keçirilmədən verilmiş rəy sübut kimi qəbul edilə bilməz. 10 ildən artıq müddətdə ikinci dərəcəli əlil olduğu, həmçinin xəstəliyinin səbəb əlaqəsi Azərbayan Respublikasının müdafiəsi ilə bağlı olduğu üçün ona Azərbayan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlilik təyin edilməlidir. Sonda İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini və ona Azərbayan Respublikasının müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcəli əlillik təyin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”: 1.1.8. digər orqanların vərəmi A18 Qiymətləndirmə 1.1.8.2. zədələnmiş orqan və sistemlərin funksiyalarının geridönməz 65-80 2 il təzahür edən dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydası: 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: ... 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; ...

4. Əlilliyin müddətləri 4.2. Müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. 4.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. ... 1.14-cü bəndində göstərilmişdir ki, peşə xəstəliyi və istehsalat zədəsi istisna olmaqla, əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə hal üzrə orqanizmin funksiyalarının pozulmasının fərqli faizləri müəyyənləşdirildiyi hallarda, daha üstün sosial müdafiə təminatları nəzərdə tutulan əlillik səbəbi və orqanizmin funksiyalarının pozulmasının ən yüksək faizi müəyyən edilir.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası tərəfləri dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan sübutlar iddiaçının əlilliyinin səbəb əlaqəsini dəyişdirməyə imkan verir. İşin hallarından müəyyən edildi ki, İddiaçı (bundan sonra - iddiaçı) ##.##.2009-cu il tarixdə X11: XIV Sinif-Sidik-cinsiyyət sisteminin xəstəlikləri=>N17-N19-Böyrək çatmamazlığı=>N18- Xronik böyrək çatmamazlığı=>N18.8-Xroniki böyrək çatmamazlığının digər təzahürləri, Diaqnoz: Tez-tez kəskinləşən xr qlomeronefrit qarışıq forma XBCIIdərxr hepatoxolosistit xr qastroduodenit, Meyar: 2.2 İkinci dərəcəli əlillik=>Digər: Tez-tez kəskinləşən xr qolmeronefrit qarışıq forma XBÇIIdərxr hepatoxolosistir xr diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik xəstəlik səbəbi ilə ilkin əlillik; ##.##.2010-cu ildən ##.##.2011-ci ilə qədər ümumi xəstəlik xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik, ##.##.2011-ci ildən ##.##.2012-ci ilə qədər ümumi xəstəlik xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik, ##.##.2012-ci ildən ##.##.2013-cü ilə qədər ümumi xəstəlik xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik, ##.##.2013-cü ildən ##.##.2014-cü ilə qədər ümumi xəstəlik xəstəlik səbəbi ilə ikinci dərəcəli əlillik, ##.##.2014-cü il tarixdə X11: XIV Sinif-Sidikcinsiyyət sisteminin xəstəlikləri => N17-N19-Böyrək çatmamazlığı => N18-Xronik böyrək çatmamazlığı => N18.8-Xroniki böyrək çatmamazlığının digər təzahürləri, Diaqnoz: Tez-tez kəskinləşən xr qlomeronefrit qarışıq forma XBCIIdərxr hepatoxolosistit xr qastroduodenit, Meyar: 2.2 İkinci dərəcəli əlillik=>Digər: Tez-tez kəskinləşən xr qolmeronefrit qarışıq forma XBÇIIdərxr hepatoxolosistir xr diaqnozu ilə 1 il müddətinə ümumi xəstəlik səbəbi ilə əlillik; ##.##.2015-ci il tarixdə eyni diaqnoz və səbəb əlaqəsi ilə 1 il müddətinə ikinci dərəcə əlillik, ##.##.2015-ci il tarixdə X11: XIVSinif-Sidik-cinsiyyət sisteminin xəstəlikləri => N17-N19-Böyrək çatmamazlığı=>N18-Xronik böyrək çatmamazlığı => N18.8-Xroniki böyrək çatmamazlığının digər təzahürləri; Diaqnoz: Xronik nefritik sindrom, diffuz membranoz qlomerulonefrit, xroniki böyrək xəstəliyi, II mərhələ, xroniki xolesistit; Meyar: 2.2 İkinci dərəcəli əlillik=>Digər: Diffuz membranoz qlomerulonefrit. Xroniki böyrək xəstəliyi II mərhələ diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 1 il müddətinə ikinci dərəcəli əlillik; ##.##.2016-cı il tarixdə eyni diaqnoz ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli *******0009 nömrəli qərar ilə əlilik meyarı: 1.1.1.2. Tənəffüs sistemi orqonlannın xəstəlikləri => Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri =>Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi => Təngnəfəsliyin artması, tez-tez kəskinləşmələri olan ağır gedişli forma (kəskinləşmələr ildə 6 dəfədən çox), hipoksemik və hiperkapnik xroniki respirator çatışmazlığı, II və III dərəcəli xroniki tənəffüs çatışmazlığı; IIA dərəcəli xroniki ağciyər-ürək çatışmazlığı xəstəliyi ilə bağlı orqanizmin funksiyalarının pozulması faizi 80%, müddəti 2 il olmaqla ##.##.2023-cü il tarixdən ümumi xəstəlik səbəbi ilə müddətsiz əlillik təyin edilmişdir. İddiaçı əlilliyinin səbəb əlaqəsinin dəyişdirilməsi ilə bağlı göndəriş rəsmiləşdirilməsi üçün Üçüncü şəxs publik hüquqi şəxsə müraciət etmiş, Xəstəxana tərəfindən barəsində əsas diaqnoz: J44.8-Ağciyərin digər dəqiqləşdirilmiş xroniki obstruktiv xəstəliyi, ağciyərlərin xroniki obstruktiv xəstəliyi, Ağırlaşmalar: I26 Ağciyər emboliyası, xroniki ağciyər ürəyi, G47.3 Yuxuda apnoe, gecə apnoe, J84.1 Fibroz oldugu göstərilməklə digər interstisial ağciyər xəstəlikləri, Yanaşı xəstəliklər: A18.0 Sümük və oynaqların vərəmi, L3-L4 fəqərəsinin vərəmi obyektiv xəstəliyi diaqnozu ilə bağlı ##.##.2023-cü il tarixli U********RUZ nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2023-cü il tarixli *******0010 nömrəli qərar ilə “Göndərişin natamam doldurulması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmiş, qərar sistemə ##.##.2024-cü il tarixdə daxil edilmiş, iddiaçı ##.##.2024-cü il tarixdə iddia ilə (poçt vasitəsi ilə) məhkəməyə müraciət etmişdir. Səhiyyə Nazirliyi “Elmi-X4 İnstitutu” publik hüquqi şəxs tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*/*-**/**** nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, “...Aparılmış müayinələrin nəticələrinə dair tibbi sənədlərdə, həmçinin müvafiq tibb müəssisələri tərəfindən verilmiş göndəriş və digər tibbi sənədlərdə İddiaçı təyin olunmuş diaqnozlar aparılmış müayinə nəticələrinə uyğundur və aparılmış müayinə nəticələri müvafiq diaqnozların təyin olunması üçün kifayətdir. Mütəxəssis rəyi tərtib edilərkən xəstənin İnstitutda olan bütün müayinə sənədlərinə baxılmışdır (ümumilikdə 5 dəfə stasionarda yatış, 4 dəfə ambulator müayinədə olmuşdur). Müayinə nəticələrinə əsasən “AXOX ağır gedişli. Xroniki tənəffüs çatışmazlığı. Pulmonar hipertenziya. Xroniki ağciyər ürəyi. Th10-11 fəqərələrin vərəm spondiliti, spondilitik faza. Aşağı ətrafların funksiyasının pozulması, davamlı ağrı sindromu, kifoz” diaqnozu təyin edilmişdir. İddiaçının xəstəliyində ağırlaşma halları mövcuddur. “AXOX-a bağlı xroniki respirator çatışmazlığı, pulmonar hipertenziya, xroniki ağciyər ürəyi. Th10-11 fəqərələrin spondiliti ilə bağlı ağırlaşmalar- aşağı ətrafların funksiyasının pozulması və davamlı ağrı sindromu” mövcuddur. AXOX və spondilitə bağlı ağırlaşmalar xroniki xarakter daşıyır. Diaqnoz xəstənin şikayətləri, anamnezi, obyektiv baxışı (quru xırıltılar) və aşağıdakı müayinələr əsasında qoyulmuşdur. Rentgen - hər iki tərəfdə sıxlaşma fondunda peribronxit əlaməti, sol kökdə deformasiya, sağ parakostal plevrada və sinusda zəif plevral qalınlaşma. Ürək sərhədinin bir qədər sola böyüməsi görünür. Torakal kifozun artması, Th9-Th12 fəqərəarası sahələrin kəskin daralması subxondral səthlərin qeyri dəqiq olması TH9- TH11 fəqərə cisimlərinin strukturunda deformasiya görünür. Qan qazı arterial- Ph 7.405, p02 49, pC02 66.5, Sp02 82% SPQ- Restriksiyanın üstünlüyü ilə qarışıq tipli ağır ventilyasiya pozğunluğu. (FEV1 42% l.k, FVC 41% l.k) ExoKQ- Xroniki ağciyər ürəyi, SPAP 55mmHG, EF- 50% KT- Kardiomeqaliya. Hər iki ağciyərdə peribronxial, perivaskulyar fibroz dəyişikliklər. Aşağı paylarda bazal seqmentlərdə interstisial iltihab infiltrasiyaları. Torakal fəqərələrdə osteofitlər.” Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli *** nömrəli qərarından görünür ki, iddiaçının xəstəliyi ilə bağlı “Bədənin çoxsaylı qəlpə yaraları, kəskin pielonefrit. L3-L4 fəqərələrinin vərəmli spondiliti” diaqnoz qoyulmuş və xəstəliyin səbəb əlaqəsinin “Hərbi travma olması, Azərbayan Respublikasının müdafiəsi zamanı alınması” müəyyən edilmişdir. Məhkəmə kollegiya gəlidiyə nəticə ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə iddianın mümkünlüyü ilə bağlı iddia müddətinə münasibəıtdə bildirilir ki, mübahisələndirilən qərarın iddiaçıya nə zaman təqdim edilməsi müəyyən edilmir, qərar elektron sistemə ##.##.2024-cü il tarixdə daxil edilmiş (məhkəmə təcrübəsinə əsasən bu cür qərarlar elektron sistemə daxil edildikdən sonra şəxsə SMS vasitəsi ilə məlumat verilir), iddiaçı ##.##.2024-cü il tarixdə iddia ilə (poçt vasitəsi ilə) məhkəməyə müraciət etmişdir. İddia mümkün iddiadır. İddiaçının hüquqi marağı ##.##.2023-cü il tarixli *******0010 nömrəli qərarın ləğv edilməsi və həmin tarixdən ona Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlillik müəyyən edilməsi və ardıcıl olaraq 10 il müddətində ikinci dərəcəli əlillik vəziyyətində olması nəzərə alınaraq, qiymətləndirmə zamanı əlilliyin müddətsiz təyin edilməsindən ibarətdir. İşdə olan Səhiyyə Nazirliyi “Elmi-X4 İnstitutu” publik hüquqi şəxs tərəfindən verilmiş ##.##.2025-ci il tarixli *-**-*/*-**/**** nömrəli mütəxəssis rəyindən görünür ki, iddiaçı barəsində Üçüncü şəxs publik hüquqi şəxs tərəfindən rəsmiləşdirilmiş ##.##.2023-cü il tarixli U********RUZ nömrəli göndərişdə “A18.0 Sümük və oynaqların vərəmi, L3-L4 fəqərəsinin vərəmi obyektiv” yanaşı xəstəlik kimi göstəriliş xəstəlik onda mövcuddur və həmin xəstəlik şəxsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1.8. digər orqanların vərəmi - A18; 1.1.8.2 zədələnmiş orqan və sistemlərin funksiyalarının geridönməz təzahür edən dərəcəli pozuntusu ilə müşahidə olunan müxtəlif lokalizasiyalı vərəmin müalicədən sonrakı vəziyyəti bəndlərinə uyğun orqanizmin funksiyalarının pozulması faizi - 65-80; müddəti - 2 il olmaqla əlillik təyinatına əsas verir. Nəzərə almaq lazımdır ki, iddiaçıya əlillik təyin edilməsinə əsas olan “A18.0 Sümük və oynaqların vərəmi, L3-L4 fəqərəsinin vərəmi obyektiv” yanaşı xəstəlik üzrə rəy Respublikada ixtisaslaşmış tibb müəssisəsi olan Səhiyyə Nazirliyi “Elmi-X4 İnstitutu” publik hüquqi şəxs tərəfindən verilmişdir. Kollegiya iş materiallarında olan ##.##.2024-cü il tarixli (səh. 73) rəyə tənqidi yanaşaraq, bildirir ki, həmin rəy hər hansı tədqiqatın nəticəsinə əsaslanmır. Yalnız iş materiallarında olan sənədlər sadalanmışdır. Bu səbəbdən sübut kimi qəbul edilmir. Eyni zamanda, Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2026-cı il tarixli **/*** nömrəli rəyə də tənqidi yanaşılır. Belə ki, həmin rəy verilərkən şəxs tibbi müayinədən keçirilməmiş, rəy üzrə gəlinmiş nəticənin nəyə əsaslanması, hansı tədqiqat aparılması rəydə görünmür. Halbuki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının ##.##.2023-cü il tarixli *** nömrəli qərarından görünür ki, iddiaçının xəstəliyi ilə bağlı “Bədənin çoxsaylı qəlpə yaraları, kəskin pielonefrit. L3-L4 fəqərələrinin vərəmli spondiliti” diaqnoz qoyulmuş və xəstəliyin səbəb əlaqəsinin “Hərbi travma olması, Azərbayan Respublikasının müdafiəsi zamanı alınması” müəyyən edilmişdir. İnzibati orqan ##.##.2023-cü il tarixli *******0010 nömrəli qərar ilə “Göndərişin natamam doldurulması” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina etsədə, ##.##.2023-cü il tarixli U********RUZ nömrəli göndərişə diqqət yetirildikdə aydın olur ki, həmin göndəriş inzibati orqanın şəxsə ümumi əlillik təyin etdiyi ##.##.2023-cü il tarixli qərarın qəbul edilməsinə əsas olmuş ##.##.2023-cü il tarixli göndərişdən fərqlənmir, eynidir. Əlilliyin təyinat tarixi imtina qərarının verildiyi tarixdən, ##.##.2023-cü il tarixdən müəyyən edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 4.2 və 4.3-cü bəndlərinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3-cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın qüvvəyə mindiyi günədək əlilliyi müəyyən edilmiş şəxslərin əlillik müddətləri İ, II və III dərəcə üzrə müvafiq olaraq 81-100 faiz, 61-80 faiz və 31-60 faiz kimi bu Qaydanın 4.2-ci bəndində qeyd edilmiş müddətlərə daxil edilir. Həmin tarixədək müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddəti orqanizmin funksiyalarının pozulmasının hər üç faiz aralığı müddəti üzrə nəzərə alınır. İş materiallarından görünür ki, iddiaçı 2009-2021-ci illər üzrə 10 ildən artıq müddətdə ardıcıl olaraq ikinci dərəcəli əlillik vəziyyətində olmuşdur. Qaydalardan görünür ki, “ardıcıllıq” məsələsi əlilik ilə bağlı məsələyə aiddir, “növbəti qiymətləndirmə” isə onu tələb etmir ki, əlillik müddəti məhz qurtardıqdan sonra dərhal əlillik qiymətləndirilməlidir. Qanunvericilk belə bir tələb irəli sürmür. Bununla bağlı qanunvericiliyin məqsədi qeyd edilən müddətlər keçdikdən sonra da şəxsin əlillik vəziyyətində olmasıdır. Məsələn, şəxsin ikinci dərəcə əlillik ilə bağlı tələb olunan 10 illik əlillik müddəti 2020-ci ildə bitir, şəxs həmin il deyil, 2023-cü ildə göndəriş rəşmiləşdirilməsi üçün müraciət edir, göndəriş rəsmiləşdirilir və ona 2 il müddətinə əlillik təyin edilir. Təbii ki, belə bir vəziyyətdə cavabdeh orqan şəxsə hazırkı xəstəliyi ilə bağlı 2 il müddətinə, 10 illik müddət bitdiyi üçün isə müddətsiz əlillik təyin etməlidir. Həmçinin, inzibati orqan Qanunun həmin tələbini məhkəmənin gəldiyi nəticəyə uyğun nəzərə alaraq iddiaçıya ##.##.2023-cü il tarixdə ümumi səbəbdən əlillik təyin edərkən orqanizmin funksiyalarının pozulması müddəti - 2 il, lakin əlilliyin müddətini (10 ildən artıq olduğu üçün) müddətsiz etmişdir. Müddətsiz əlilliyin müəyyən olunmasının məqsədi dövlət tərəfindən şəxsin sağlamlığında sabit və geridönməz pozuntuların olduğunun və həmin pozuntularda əhəmiyyətli yaxşılaşmanın obyektiv səbəblərdən mümkün olmadığının qəbul edilməsidir. Başqa sözlə, qanunverici müddətsiz əllilik müəyyən edilmiş şəxslərə münasibətdə onların reabilitasiya imkanlarının tükəndiyini qəbul edir, buna görə də, onların təkrar müayinəyə cəlb edilməsi zərurəti aradan qalxmış olur. Belə yanaşma, bir tərəfdən, şəxsin sağlamlığında əhəmiyyətli yaxşılaşmaların artıq istisna edildiyi hallarda onun mütəmadi təkrar müayinələrdən keçirilməsi ilə bağlı dövlət orqanlarını əlavə yükdən azad edir və dövlət resurslarına qənaət olunmasına xidmət edir. Digər tərəfdən isə, müddətsiz əlilliyi müəyyən olunmuş şəxs sabit və davamlı sosial dəstək təminatı əldə edir və yenidən müayinədən keçmədən, sosial dəstək təminatlarını itirmək qorxusunu yaşamadan öz həyatını planlaşdırmaq imkanı qazanır. Beləliklə, əlilliyin müddətsiz müəyyən olunması ilə həm dövlət orqanlarının və şəxsin əlavə inzibati yükdən azad olunmasına nail olunur, xüsusən dövlət reabilitasiyası artıq mümkün olmayan həmin şəxslərin təkrar müayinəsi ilə bağlı əlavə resurs sərfindən azad edilir, həm də müvafiq sahədəki dövlət idarəçiliyinin səmərəliliyi və proqnozlaşdırıla bilən olması, eləcə də şəxslərin hüquqi statuslarının sabitliyi və müəyyənliyi təmin edilir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Üçüncü şəxs publik hüquqi şəxs inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Göründüyü kimi qanunvericilik hər hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir. Hazırki işin faktiki halından, birinci instansiya məhkəməsinin qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, baxılan işin nəticəsi olaraq, Üçüncü şəxs publik hüquqi şəxsin üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar həmin şəxs üçün hüquqi nəticə, o cümlədən vəzifə və öhdəlik yaratmır. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərilməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilməli və iddia təmin edilməli, həmçinin, hazırkı iş üzrə Üçüncü şəxs publik hüquqi şəxsin inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-****/**** nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Tibbi-sosial ekspert komissiyasının ##.##.2023-cü il tarixli *******0010 nömrəli qərarı ləğv edilsin, həmin tarixdən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar orqanizmin funksiyalarının pozulması faizi 65-80 faiz olmaqla 2 il müddətinə əlillik müəyyən edilməsi və ardıcıl olaraq 10 il müddətində ikinci dərəcəli əlillik vəziyyətində olması nəzərə alınaraq, qiymətləndirmə zamanı əlilliyin müddətsiz təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Cavabdehn üzərinə qoyulsun. Üçüncü şəxs publik hüquqi şəxsin iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar