Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-675/2025 11.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: qərarın ləğvi və əliliyin bərpa olunması) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “qərarın ləğvi və əlilliyin bərpa edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli 2-1(120)-683/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: İddiaçıya ilkin olaraq xx.xx.2015-ci ildə X2 V sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09-Simptomatik forma da daxil olmaqla, üzvi pozğunluqlar=>F02- Başqa rubrikalarda təsnif edilən, digər xəstəliklər zamanı d... Diaqnozun mətni: Mərkəzi sinir sisteminin üzvi xəstəliyi yaddaş və intelektin geriliyi ağıl zəifliyi...Meyar: 2.2. İkinci dərəcə əlillik =>Digər:mərkəzi sinir sisteminin üzvi xəstəliyi yaddaş və intelektin geriliyi ağıl zəifliyi....Ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ilkin əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixdə eyni diaqnoz və səbəb əlaqəsi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik, xx.xx.2021-ci il tarixdə isə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli bildirişdə qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şaxsi əyani müayinəyə cəlb edir. ...Qeyd edilənləri nəzərə alaraq, 24 yanvar 2023-ci il tarixində saat 13:25-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mirmahmud Kazımovski küç. 134) əyani müayinəyə dəvət olunursunuz. Əyani müayinəyə gələrkən özünüzlə mövcud xəstəliyinizə dair tibbi sənədləri, həmçinin varsa, əlillik səbəbini təsdiq edən müvafiq sənədləri (məs: qərar, şəhadətnamə, istehsalat zədəsi ilə əlaqədar əlilliyi olan şəxslərdə “İZ” formalı akt, həqiqi hərbi xidmətdə olan şəxslərin hərbi bileti, məhkəmə aktı və s.) gətirməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, əyani müayinəyə gəlmədiyiniz halda, iştirakınız olmadan barənizdə müvafiq inzibati akt qəbul ediləcəkdir.” Cavabdeh tərəfindən qəbul edilmiş yanvar 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, “...Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. ...Agentliyin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşlardan 22 nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 17 nəfərin isə tibbi-ekspert sənədlərini araşdırılmış və aşağıdakıları müəyyən etmişdir: Neftçala rayon sakini xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0305003AAGBB nömrəli göndərişi DTSERA-da xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş **********8 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı zəif eşitmədən şikayətlənmiş, alnında yumşaq toxuma çapığı izlənmiş, yıxıldığını bildirmişdir. Əksər sualları bilmirəm deyə cavablandırılmış, elementar suallara belə cavab verməkdən çəkinmişdir. Aqrovasiya elementləri hiss olunmuşdur. Vətəndaşda müşühidə edilən əlamətlərlə Forma 88-də rəsmiləşdirilən diaqnoz bir-birini tamamlamışdır. Anamnestik məlumatlar və obyektiv müayinə nəticələrinə əsasən “Tam reablitasiya barəsində” qərar qəbul edilsin.” Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndinilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X5 tarafindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2022-ci il tarixli, **********5 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2022-ci il tarixli, **********8 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixində Agentliyə dəvət edilmişdir. Həmin tarixdə İddiaçı əyani müayinədə iştirak etmiş və təqdim edilən tibbi sənədlər, həmçinin həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, xx.xx.2021-ci il tarixli əlillik təyinatı qərarı ləğv (etibarsız) edilərək, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.” Məhkəmə tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli sorğu ünvanlanaraq iddiaçının əyani müayinə edilməsini təsdiq edən sənədlərin (əyani müayinənin aparılmasına dair video görüntü, aparılmış müayinənin rəsmiləşdirilməsinə dair protokol və müayinənin aparıldığını təsdiq edən digər sənədlər) tam şəkildə təsdiqlənmiş surətlərinin əqdim edilməsi xahiş olunmuşdur. Qeyd edilən sorğu ilə bağlı cavabdeh xx.xx.2025-ci il tarixli məktubunnda qeyd etmişdir ki, “...Bildiririk ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər, həmçinin həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, xx.xx.2021-ci il tarixli əlillik təyinatı qərarı ləğv (etibarsız) edilərək, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Sorğunuzda qeyd etdiyiniz video görüntü ilə əlaqədar bildiririk ki, yalnız son 6 (altı) ay ərzində qeydə alınmış video görüntülərin əldə edilməsi mümkündür. Bununla əlaqədar xx.xx.2023-cü il tarixinə dair hər hansı video görüntü müəyyən edilməmişdir.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2023-cü il tarixli qərarın iddiaçıya aid hissədə ləğv edilməsi və ümumi xəstəliklə əlaqədar ikinci dərəcəli müddətsiz əlilliyin xx.xx.2023-cü il tarixdən bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, müddətli həqiqi hərbi xidmətə yararsız hesab edilmiş, xx.xx.2021-ci ildən ümumi xəstəliklə əlaqədar 2-ci dərəcəli müddətsiz əlildir və sosial müavinətlə təmin edilmişdir. xx.xx.2023-cü ildə sosial müavinəti dayandırılmışdır. Bu zaman elektron alt sistemə əlillik vəziyyətinin yoxlanılması məqsədi ilə baxış keçirən zaman məlum olmuşdur ki, əlillik vəziyyəti əsassız olaraq ona heç bir məlumat verilmədən etibarsız hesab edilərək sosial müavinəti dayandırılmışdir. Cavabdehin hərəkəti qanunsuzdur. Belə ki, əlilliyi əsassız olaraq ləğv edilmişdir. Bu səbəbdən də əlilliyinin yenidən qiymətləndirilməsinə ehtiyac yoxdur. Cavabdehin etirazları: Cavabdeh iddiaya qarşı etirazda qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Neftçala Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və X2: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00- F09 - Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07 - Baş beynin xəstəliyi, zədələnməsi və ya disfunksıyası nəticəsi.. Diaqnozun mətni: Üzvi mənşəli şəxsiyyət pozğunluğu. M.S.S-nin üzvi xəstəliyi (doğuş travması) nəticəsində kəskin ifadəli yaddaş və intellektin inkişafdan qalması (İQ-51%). Üzvi mənşəli şəxsiyyət pozğunluğu. M.S.S-nin üzvi xəstəliyi (doğuş travması) nəticəsində kəskin ifadəli yaddaş və intellektin inkişafdan qalması (İQ~51%). Məzkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Tam reabilitasiya olması - Səbəb: Tam reabilitasiya qərarı verilmişdir. Bundan əlavə, Neftçala rayon sakini xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0305003AAGBB nömrəli göndərişi DTSERA-da xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4-cü bəndinə müvafiq olaraq ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş **********8 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı zəif eşitmədən şikayətlənmiş, alnında yumşaq toxuma çapığı izlənmiş, yıxıldığını bildirmişdir. Əksər sualları bilmir deyə cavablandırmış, elementar suallara belə cavab verməkdən çəkinmişdir. Aqrovasiya elementləri hiss olunmuşdur. Vətəndaşda müşühidə edilən əlamətlərlə Forma 88-də rəsmiləşdirilən diaqnoz bir-birini tamamlamışdır. Anamnestik məlumatlar və obyektiv müayinə nəticələrinə əsasən “Tam reablitasiya barəsində” qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli 2-1(120)-683/2025 saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eynilik təşkil edir. Əlavə olaraq qeyd edilmişdir ki, iş üzrə ekspert rəyi olmadan məhkəmə mübahisəyə qiymət vermişdir. Apellyasiya şikayətinə dair etiraz: İddiaçının apellyasiya şikayətinə etirazının dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil edir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 11 dekabr 2025-ci il tarixli 2- 1(106)-675/2025-ci il tarixli qərardadı ilə iddiaçının nümayəndəsinin “İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı yanvar 2023-cü il tarixli qərarın ona aid hissədə ləğv edilməsi və ümumi xəstəliklə əlaqədar ikinci dərəcəli müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və səbəbi barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). İddiaçının nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək, bildirdi ki, iddiaçı əyani müayinəyə dəvət olunmamış və o, əyani müayinə olunmamışdır. Bundan başqa, heç iddiaçının əyani müayinə olunması üçün əsas da yoxdur. Əsassız olaraq müddətsiz əlillik ləğv edilmişdir. Sonda D.A.Sadıqov apellyasiya şikayətinin təmin edilməməsini, iddianın isə təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “İnzibati icraat haqqında” Qanun: Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.6. İnzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qaya nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan, subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ... 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: ... Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli 2-1(120)-683/2025 saylı qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh orqan Əsasnamənin 3.7-ci bəndinə əsasən əlillik təyinatı ilə bağlı qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim etməmiş, həmçinin etimad hüququa əsaslanmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçıya ilkin olaraq xx.xx.2015-ci ildə X2 V sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09-Simptomatik forma da daxil olmaqla, üzvi pozğunluqlar=>F02-Başqa rubrikalarda təsnif edilən, digər xəstəliklər zamanı d... Diaqnozun mətni: Mərkəzi sinir sisteminin üzvi xəstəliyi yaddaş və intelektin geriliyi ağıl zəifliyi...Meyar: 2.2. İkinci dərəcə əlillik =>Digər:mərkəzi sinir sisteminin üzvi xəstəliyi yaddaş və intelektin geriliyi ağıl zəifliyi....Ümumi xəstəlik səbəbi ilə 1 il müddətinə ilkin əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixdə eyni diaqnoz və səbəb əlaqəsi ilə 5 il müddətinə ikinci dərəcəli əlillik, xx.xx.2021-ci il tarixdə isə ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən qəbul edilmiş yanvar 2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, “...Nazirlik tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözügedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. ...Agentliyin tibbi-sosial ekspert komissiyası həmin vətəndaşlardan 22 nəfərin əyani müayinəsini həyata keçirmiş, digər 17 nəfərin isə tibbi-ekspert sənədlərini araşdırılmış və aşağıdakıları müəyyən etmişdir: Neftçala rayon sakini xx.xx.1994-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0305003AAGBB nömrəli göndərişi DTSERA-da xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və ona Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.4.4 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş **********8 nömrəli məktub əsasında xx.xx.2023-cü il tarixində əyani müayinəyə dəvət olunmuş və müayinədə iştirak etmişdir. Müayinə zamanı zəif eşitmədən şikayətlənmiş, alnında yumşaq toxuma çapığı izlənmiş, yıxıldığını bildirmişdir. Əksər sualları bilmirəm deyə cavablandırılmış, elementar suallara belə cavab verməkdən çəkinmişdir. Aqrovasiya elementləri hiss olunmuşdur. Vətəndaşda müşühidə edilən əlamətlərlə Forma 88-də rəsmiləşdirilən diaqnoz bir-birini tamamlamışdır. Anamnestik məlumatlar və obyektiv müayinə nəticələrinə əsasən “Tam reablitasiya barəsində” qərar qəbul edilsin.” Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda qeyd etmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndinilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Belə ki, vətəndaş X5 tarafindən İddiaçı əlillik təyinatının əsassız olması ilə əlaqədar Agentliyə xx.xx.2022-ci il tarixli, **********5 nömrəli müraciət ərizəsi daxil olmuşdur. Həmin ərizə əsasında Agentliyin Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən müvafiq qaydada araşdırmalar aparılmışdır. Bundan irəli gələrək, əlillik təyinatlarının əsaslılığının müəyyən risk qrupları üzrə araşdırılması çərçivəsində vətəndaş xx.xx.2022-ci il tarixli, **********8 nömrəli bildiriş məktubu əsasında xx.xx.2023-cü il tarixində Agentliyə dəvət edilmişdir. Həmin tarixdə İddiaçı əyani müayinədə iştirak etmiş və təqdim edilən tibbi sənədlər, həmçinin həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, xx.xx.2021-ci il tarixli əlillik təyinatı qərarı ləğv (etibarsız) edilərək, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir.” Məhkəmə tərəfindən cavabdehə xx.xx.2025-ci il tarixli sorğu ünvanlanaraq iddiaçının əyani müayinə edilməsini təsdiq edən sənədlərin (əyani müayinənin aparılmasına dair video görüntü, aparılmış müayinənin rəsmiləşdirilməsinə dair protokol və müayinənin aparıldığını təsdiq edən digər sənədlər) tam şəkildə təsdiqlənmiş surətlərinin əqdim edilməsi xahiş olunmuşdur. Qeyd edilən sorğu ilə bağlı cavabdeh xx.xx.2025-ci il tarixli məktubunnda qeyd etmişdir ki, “...Bildiririk ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər, həmçinin həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, xx.xx.2021-ci il tarixli əlillik təyinatı qərarı ləğv (etibarsız) edilərək, tam reabilitasiya olması barədə qərar qəbul edilmişdir. Sorğunuzda qeyd etdiyiniz video görüntü ilə əlaqədar bildiririk ki, yalnız son 6 (altı) ay ərzində qeydə alınmış video görüntülərin əldə edilməsi mümkündür. Bununla əlaqədar xx.xx.2023-cü il tarixinə dair hər hansı video görüntü müəyyən edilməmişdir.” Kollegiya ilk növbədə iddianın xüsusi mümkünlük (müddət ilə bağlı) şərti ilə bağlı bildirir ki, Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 2-1(120)-683/2025 nömrəli qərardadı ilə buraxılmış prosessual müddət bərpa edilmişdir. Cavabdeh apellyasiya şikayətində müddətlə bağlı məsələyə toxunmamışdır. Daha dəqiq desək, 19 iyun 2025-ci il tarixli 2-1(120)-683/2025 nömrəli qərardaddan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verməmişdir. İPM-in 83.4-cü maddəsinə əsasən bu Məcəllə ilə müstəqil qaydada mübahisələndirilməsinə yol verilməyən qərardadlardan məhkəmənin yekun qərarı ilə birlikdə şikayət verilə bilər. Qeyd edilən səbəbdən kollegiya hesab edir ki, iddia mümkündür. Kollegiya qeyd edir ki, inzibati orqan müddətsiz əlillik təyinatı ilə bağlı özünün əvvəlki qərarını qanunsuz inzibati akt kimi ləğv etmişdir. Bunu inzibati orqana aid sənədlərdən açıq-aşkar görmək olur. Belə ki, inzibati orqan bütün sənədlərdə “əvvəlki qərarın düzgünlüyünün şübhəli olmasını” göstərmiş, inzibati icraata məhz həmin qərarın düzgün olmamasını zənn edərək başlamışdır. Yekunda şəxsin tam reabilitasiya olunması qənaətinə gəlməsi inzibati orqan tərəfindən əlillik təyinatına dair özünün əvvəlki qərarının qanuni olduğunu qəbul etməsi anlamına gəlməməlidir. Çünki, “tam reabilitasiya olunması” barədə qərarın qəbul edilməsi hələ birmənalı şəkildə o, demək deyil ki, inzibati orqan əvvəlki qərarının qanuni olmasını qəbul etmişdir. Bu səbəbdən mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndində qanunverici inzibati orqana müəyyən şərtlər daxilində əvvəllər şəxsə müəyyən olunmuş əlilliklə bağlı qərarın dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul etmək imkanı tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Bununla bağlı olaraq kollegiya qeyd edir ki, qanunvericiliyin tələblərinə görə inzibati orqan istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliyin müəyyən olunması ilə bağlı qərarı sonradan təftiş etmək imkanına sahibdir. Ona görə də, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etməli, icraatı məhz bu sübutlara əsaslanmaqla başlamalı, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Qanunvericiliyin bu tələbləri hüquqi müəyyənlik və səmərəli idarəçilik prinsiplərinin təmin edilməsinə yönəlmişdir. “Əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar”ın mövcudluğu ilə bağlı məsələ qiymətləndirilərkən nəzərə alınmalıdır ki, burada əsaslı şübhədən kənar sübut standartı tətbiq olunmalıdır. Yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya çıxmış olmalıdır. Yalnız belə tələblərə cavab verən əsasların mövcudluğundan çıxış edilməklə müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın qanuniliyinin yoxlanılmasına dair icraata başlanıla bilər. Digər tərəfdən, belə əsaslar həm qərarın özü çıxarılarkən mövcud olan, lakin inzibati orqana bəlli olmayan hallar ola biləcəyi kimi, sonradan yaranmış, lakin qərarın qanuniliyinə təsir edə bilən hallar da ola bilər. Bundan başqa, sözügedən hallar konkret iddiaçı ilə birbaşa bağlı hallar olmalı, məhz ona təyin edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq mötəbər və rəsmi mənbələrdən əldə olunmuş əsaslar müəyyən edilmiş olmalıdır. Belə mübahisələr həll edilərkən həm də “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddəaları da nəzərə alınmalıdır. Buna görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Nəzərə almaq lazımdır ki, inzibati orqan hər bir halda, qüvvədə olan həmin aktı ləğv edərkən “İnzibati icraat haqqında” Qanunda və sahəvi aktlarda təsbit edilmiş icraatla bağlı müvafiq normaların əsas tələblərinə riayət etmək öhdəliyi də daşıyır. Həmin tələblər aşağıdakılardan ibarətdir. İlk növbədə, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əvvəlki əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti vəzifəsinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və lazımi icraat aparmağa, dinlənilmə hüququnu təmin etməyə, obyektiv araşdırma prinsipinin tələblərinə riayət etməyə, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Nəticə etibarilə təzələnmiş icraat əvvəlki əlverişli inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsinə dair yeni inzibati aktın çıxarılması ilə yekunlaşmalıdır. Fərqli yanaşma, “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı. Sözügedən məsələyə münasibətdə icraatla bağlı mütləq qaydada riayət edilməli olan tələblərdən biri də şəxsin sağlamlıq vəziyyəti ilə bağlı hallara istinad edildiyi hallarda, onun əyani müayinəyə cəlb edilmiş olmasıdır. Konkret obyektiv hallar istisna olmaqla, əyani müayinə aparılmadan müddətsiz əlillik müəyyən edilməsinə dair qərarlar ləğv edilə və ya dəyişdirilə bilməz. Əgər əyani müayinə baş tutmamışsa, inzibati orqan bunun səbəblərini ağlabatan və inandırıcı qaydada sübut etməlidir. Digər tərəfdən isə təzələnmiş icraat nəticəsində qəbul edilən yeni inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən lazımi qaydada əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında əlverişli inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. İşin hallarından müəyyən olunur ki, cavabdeh “əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu” müəyyən etmədən, yəni, müddətsiz müəyyən edilmiş əlilliklə bağlı əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq konkret, uyğun və yetərli əsaslar ortaya qoymadan (yalnız hər hansı bir şəxsin şikayəti birmənalı şəkildə bunun üçün əsas ola bilməz), iddiaçını əyani müayinəyə cəlb etmədən (əvvəlki qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların və şəxsin əyani müayinə olunmasını təsdiq edən sübutların təqdim edilməsi üçün məhkəmə tərəfindən sorğu göndərilsədə, qeyd edilən məsələlər ilə bağlı hər hansı bir sübut - aparılmış müayinənin rəsmiləşdirilməsinə dair protokol, müayinənin aparıldığını təsdiq edən tibbi sənədlər və sair təqdim edilməmiş) iddiaçıya münasibətdə hər hansı bir icraat aparmadan, onun məlumatlandırılmasını (iddiaçının əyani müayinəyə çağrılması barədə və ya cavabdeh tərəfindən göndərişin alınmasını təsdiq edəcək sübut (poçt sənədi) təqdim edilməmişdir.) və dinlənilməsini təmin etmədən mübahisələndirilən qərarı qəbul etmişdir. Beləliklə, inzibati orqan özünün əvvəlki qüvvədə olan əlverişli inzibati aktının ləğvi ilə bağlı məsələyə münasibətdə inzibati icraat haqqında hüquq normalarının və maddi hüquq normalarının tələblərinə riayət etməmişdir. Nəzərə alınmalıdır ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Tibbi-Sosial Ekspert Komissiyasının digər bir qərarının tarixi xx.xx.2021, nömrəsi 65LE2V006 nömrəli qeyd edilsədə, işin araşdırılması ilə müəyyən edilmişdir ki, iddiaçının müddətsiz əlilliyi yanvar 2023-cü il tarixli qərar ilə ləğv edilmişdir. Qeyd edilən qərarın tarixi kimi “yanvar 2023” göstərilmiş, qərarın təsviri hissəsində şəxsin xx.xx.2023-cü il tarixdə əyani müayinəyə cəlb edildiyi qeyd edilmişdir. Bu səbəbdən kollegiya hesab etmişdir ki, mübahisə predmeti yanvar 2023-cü il tarixli qərar olmalıdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia təmin olunmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 iyun 2025-ci il tarixli 2-1(120)-683/2025 saylı qərarı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin yanvar 2023cü il tarixli qərarı İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı təyin olunmuş ümumi xəstəliklə əlaqədar ikinci dərəcəli müddətsiz əlilliyin ləğv edildiyi tarixdən bərpa edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspetiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-675/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-675/2025
11.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver