Məhkəmə qərarları › İş №2-1(106)-677/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-677/2025

16.07.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-677/2025 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh cavabdeh1 X2ə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Forma-088-də qeyd olunan diaqnozun əlillik təyinatına əsas verməsi) Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Quliyev Ceyhun Əmir oğlu (sədrlik edən və məruzəçi), X3 və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Rzayev Rüfət İlham oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh cavabdeh1 X2inə qarşı “qərarın ləğv edilməsi və əlilliyin təyin olunması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi: İşin halları: ##.##.2016-cı il tarixli ** nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, İddiaçı (bundan sonra - iddiaçı) xəstəliyi Hərbi-həkim komissiyasının qərarı ilə Diaqnoz: “Üzvi mənşəli şizofreniyayabənzər pozuntu”, “Xəstəliklər cədvəlinin 15 maddəsinin II qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2008-ci il tarixli ** nömrəli qərarı və DİNnin ##.##.2008-ci il tarixli *** nömrəli təlimatının “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə qoşma) əsasən: “D” - Hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsızdır. “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qiymətləndirilmişdir. Əlillik altsistemdən çıxarışdan görünür ki, iddiaçıya ##.##.2016-cı il tarixdə X9: V sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları=>F20-F29-Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları=>F23-kəskin və ötüb keçən psixotik pozğunluqlar=>F23.2kəskin şizofreniya..., Diaqnozun mətni: Kəskin şizofreniyaya bənzər psixotik pozuntu. Üzvi mənşəli şizofreniya psixoz. Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9,F4S-F4S.9, F48-F48.9) ilə hərbi xidmət dövrü ilə əlaqədar ##.##.2021-ci il tarixədək 5 il müddətinə ilkin üçüncü dərəcəli əlillik təyin edilmişdir. “xxxx” X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli məktubda qeyd edilmişdir ki, “...İddiaçı ##.##.2025-ci il tarixdə həkim-psixiatr Şəbinə Nəcəfova tərəfindən müayinə olunub t.e.d. professor Fuad İsmayılova məruzə edilib. Diaqnoz: Uzun sürən psixi xəstəlik nəticəsində (bir neçə dəfə F23.1 Şizofreniyayabənzər psixoz diaqnozu ilə stasionar müalicə alıb) yaranan xroniki şəxsiyyət dəyişikliyi F62.1 (2016, 2019, 2021, 2022-ci il epikrizlər əsasında). Ağdam Ruhi Əsəb Dispanseri tərəfindən iddiaçı barəsində əsas diaqnoz: F62.1. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, uzunsürən psixi xəstəliklər nəticəsində (bir neçə dəfə F23.1 şizofreniyayabənzər psixoz diaqnozu ilə müalicə alıb) yaranan xroniki şəxsiyyət dəyişikliyi ilə bağlı ##.##.2025-ci il tarixli İ********PMV nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli *******0006 nömrəli qərar ilə “Diaqnoz əlilik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...İddiaçı hal-hazırda uzun sürən psixi xəstəlik nəticəsində (bir neçə dəfə F23.1 Şizofreniyayabənzər psixoz diaqnozu ilə stasionar müalicə alıb) yaranan xroniki şəxsiyyət dəyişikliyi (F62.1) aşkar olunur. Bunu anamnestik məlumatlar- qıcolmalarının olması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssaslığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxx PHŞ-də uzun sürən psixi xəstəlik nəticəsində (bir neçə dəfə F23.1 Şizofreniyayabənzər fisixoz diaqnozu ilə stasionar müalicə alıb) yaranan xroniki şəxsiyyət dəyişikliyi F62.1 diaqnozu təyin olunması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. Rəyin “Psixi status” adlanan hissəsində qeyd edilmişdir ki, “...Zahirən səliqəli görsənsə də, bir qədər narahatlığı nəzərə çarpır. Düşüncəsi kobud pozulmamış, bələdliyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Sorğu zamanı verilən sualları bir qədər ləng dərk edir, çox vaxt təkrarən verilən sualı soruşur, bir qədər əsəbi tərzdə və qısa cavablar verir. Təfəkküründə zəif ifadə olunmuş torpidlik əlamətləri müəyyən edilir. Aparılan sorğu-sualın gedişatında kəskin produktiv psixopatoloji əlamət (qavrama pozuntuları, sayıqlama fikirləri və s.) aşkar etmir. Əhvalruhiyyə fonu dəyişkən, enməyə meyillidir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, yaddaşında nisbətən zəifləmə əlamətləri nəzərə çarpır. Hazırda hər hansı şikayəti barəsində soruşduqda hərbi xidmət zamanı qıcolmalarının olduğunu, vəziyyəti ilə əlaqədar hospitala gətirilərək orada müalicə almasını, təxris edildikdən sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, səs götürə bilməməsi, yuxu pozuntusu baş verərək yuxusunda qarabasmalar görməsi, oyanaraq həyacanlı tərzdə evdə qışqırması, əsəbi gərginliklər keçirdiyi zaman ətraflarında qıcolmaların biruzə verməsi, hal-hazırda ona təyin edilmiş dərmanları qəbul etməsinə baxmayaraq, psixi vəziyyətində nəzərə çarpan yaxşılaşma (sabitlik) əldə edilmədiyi məlum olur. Yoxlanılan şəxslə aparılan söhbət gedişatında tez yorulması, affektiv qeyri-sabitliyi nəzərə çarpır.” Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdehə qarşı iddia ərizəsi və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Tibbi-sosial ekspert komissiyasının ##.##.2022-ci il tarixli *******0004 nömrəli qərarının ləğv edilməsi və həmin tarixdən “Hərbi xidmət dövrü ilə əlaqdar” ilə əlaqədar müvafiq əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2014-cü il tarixdə SHXÇDX-nin Ağcabədi rayon şöbəsindən müddətli həqiqi hərbi xidmətə çağırılmış, Azərbaycan Respublikası DİN-in DQda N saylı hərbi hissədə hərbi xidmətdə olmuş və xəstəliyi ilə əlaqədar ##.##.2016-cı il tarixdən müddətli həqiqi hərbi xidmətdən hərbi xidmətə yararsız kimi və hərbi uçotdan çıxarılmaqla tərxis olunmuşdur. Hərbi xidmət zamanı psixi xəstəlik tapmış, ilk öncə ##.##.2016-cı ildən ##.##.2016cı il tarixədək * saylı X8 “Üzvi mənşəli şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə stasionar qaydada müalicədə olmuş, sonra isə müalicəsinin davamı olaraq ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixədək Azərbaycan Respublikası DİN-nin DQ-nın Hospitalında eyni diaqnozla stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Həmin Hospitalda müalicənin sonunda şəhadətləndirilmiş, “Üzvi mənşəli şizofreniyayabənzər pozuntu” diaqnozu ilə hərbi uçotdan çıxardılmaqla hərbi xidmətə yararsız hesab olunmuşdur. Xəstəliyinin hərbi xidmət dövründə alındığı təsdiqini tapmışdır. Həmin xəstəlik üzrə ona səbəb əlaqəsi “hərbi xidmət dövrü ilə əlaqədar” ##.##.2016-cı ildə ilkin olaraq 5 il müddətinə “Kəskin şizofreniyaya bənzər psixotik pozuntu. Üzvi mənşəli şizofreniya psixoz” diaqnozu ilə 3-cü dərəcə əlillik təyin edilmişdir. Qərarda əmək zəmanəti barədə qrafada şəxsin yüngül işlərdə işləyə bilməsi qeyd edilmişdir. Xəsarətlərlə bağlı ##.##.2016-cı il tarixdən ##.##.2016-cı il tarixədək, ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixədək, ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək “Üzvi mənşəli şizofreniyaya bənzər pozuntu” diaqnozu ilə Ağdam Ruhi Əsəb Dispanserində stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Həmin Dispanserdən ona “Kəskin şizofreniyaya bənzər psixotik pozuntu. “F23.1” diaqnozu üzrə ##.##.2022-ci il tarixdə **** nömrəli tibbi rəy verilmişdir. Həmçinin, qeyd olunan xəsarətlərlə bağlı ##.##.2019-cu il tarixdən ##.##.2019-cu il tarixədək, ##.##.2020-ci il tarixdən ##.##.2020-ci il tarixədək “Kəskin şizofreniyaya bənzər psixotik pozuntu” diaqnozu ilə Ağcabədi Rayon MRX-da stasionar qaydada müalicə və müayinələrdə olmuşdur. Əlilliyinin qiymətləndirilməsi ilə bağlı göndəriş rəsmiləşdirilsə də, cavabdeh əsassız olaraq əlillik təyin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları: İddiaya etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Ağdam RƏD-in ##.##.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Üzvi sayıqlama (şizofreniyayabənzər) pozuntusu, üzvi mənşəli sayıqlama (şizofreniyayabənzər) pozuntusu amillər”. Mərkəzə göndərilmənin İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, İddiaçı (FİN: *******) əlillik vəziyyəti tibb müəssisəsinin *******AA*EH nömrəli göndərişi əsasında ##.##.2022-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacı olması barədə qərarı verilmişdir. (ESDAS 22420296870) Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2016-cı il tarixli ** nömrəli xəstəlik haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Üzvi mənşəli şizofreniyayabənzər pozuntu” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin müayinəsi zamanı şikayətləri həyəcandan, bayılmadan, əsmələrdən, baş ağrısından, şübhələrindən olmuşdur. Psixi statusu: davranışı adekvat olmuş, sayıqlama pozuntuları aşkarlanmamışdır. Qəbul etdiyi dərmanlar haqqında məlumat verə bilməmiş, SN reyestrində qeydiyyata alınmamışdır. Kəllə-beyin travması haqqında məlumat verə bilməmiş, təqdim olunmuş sənədlərdə öz təsdiqini tapmamışdır” kimi qeyd olunmuş, “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zahirən səliqəli, ünsiyyətə həvəssiz daxil olmuş, bələdliyi qorunmuş, tənqidi tam, emosional stabil olmuşdur. Şikayətlərini “Elə bilirəm hamı üstümə gəlir” kimi bildirmişdir. Qəbul etdiyi medikamentoz preparatın adını bilməmiş, ağ rəngli tablet olduğunu söyləmişdir. Hazırkı psixi vəziyyətində şəxsiyyət dəyişkənliyi, ruhi xəstəlik əlamətləri aşkarlanmamış, dinamikada ağırlaşma müşahidə edilməmişdir. Ağdam Rayon Ruhi Əsəb Dispanserinin ##.##.2022-ci il tarixli **** nömrəli tibbi rəyində diaqnoz “Kəskin sizofreniya bənzər psixotik pozuntu” kimi qeyd edilmişdir. Verdiyi anamnestik məlumatlarda və klinik əlamətlərdə əlillik təyinatına əsas verə biləcək patoloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı (hakim Pərvanə Qurbanova) ilə iddia təmin edilmiş, Tibbi-sosial ekspert komissiyasının ##.##.2022-ci il tarixli *******0004 nömrəli nömrəli qərarı ləğv edilmiş, ##.##.2022-ci il tarixdən İddiaçı “Hərbi xidmət dövrü ilə əlaqdar” ilə əlaqədar 2 il müddətinə orqanizmin funksiyalarının 35-60 faiz aralığında pozulması ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarının ləğv edilməsini və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Şirvan Apellyasiya Məhkəməsinin ## #### 2026-cı il tarixli *-*(***)-***/**** saylı qərardadı ilə iddiaçının nümayəndəsinin “İddiaçı İddiaçı cavabdeh cavabdeh1 X2ə qarşı Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******0006 nömrəli qərarının ləğv edilməsi, ##.##.2025-ci il tarixdən ona “Hərbi xidmət dövrü ilə əlaqdar” orqanizmin funksiyalarının pozulması 35-60 faiz dərəcəsinə uyğun 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddianın dəyişdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin dəlilləri etirazın dəlilləri ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etiraz: Apellyasiya şikayətinə etiraz daxil olmamışdır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş üçüncü şəxs “xxxx” X2inin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxaraq iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Belə ki, iş üzrə proses iştirakçılarına təqdim edilmiş məhkəmə bildirişində proses iştirakçılarına iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur. (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsi). Cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, bildirdi ki, iddiaçı Ağdam Ruhi Əsəb Dispanseri tərəfindən rəsmiləşdirilmiş İ********PMV nömrəli göndəriş qiymətləndirilmiş və ##.##.2025-ci il tarixli *******0006 nömrəli qərar ilə “Diaqnoz əlilik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Hər hansı bir diaqnozun klinik təsdiqi faktı, qüvvədə olan qanunvericiliyin tələbləri çərçivəsində şəxsə əlillik dərəcəsinin təyin edilməsi üçün birbaşa və mütləq hüquqi əsas formalaşdırmır. Maddi hüquq normalarının mahiyyətinə görə, əlillik təyinatı patologiyanın nomenklatur (ad) təsdiqinə deyil, həmin xəstəliyin orqanizmdə yaratdığı davamlı funksional pozuntuların və ağırlaşmaların dərəcəsinə əsaslanır. Başqa sözlə, tibbi diaqnoz şəxsin xəstəlik vəziyyətini müəyyən etdiyi halda sosial-ekspertiza meyarları həmin vəziyyətin şəxsin həyat fəaliyyətini nə dərəcədə məhdudlaşdırdığını qiymətləndirir. Sonda K.H.Abdulrəhimov Şirvan İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli *- *(***)-***/**** nömrəli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək, dəyişdirilmiş iddianın təmin edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 (on) iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 (on beş) iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. ... 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: ... 1.5. Göndəriş verilməsi üçün əsas şərtlər aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə bu Qaydaya * nömrəli əlavədə qeyd olunan xəstəliklərin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin bu Qaydaya * nömrəli əlavədə qeyd olunan müalicə müddətləri nəzərə alınmaqla davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 1.6. Bu Qaydanın 1.5-ci bəndində göstərilən əsas şərtlər mövcud olmadıqda, habelə şəxs bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda zəruri diaqnostik müayinələrdən keçməkdən imtina etdikdə Komissiya göndəriş verməkdən imtina edir.

2. Göndərişin verilməsi qaydası

2.1. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra dərhal qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. ... 2.5. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), həyat fəaliyyətinin əsas kateqoriyalarının məhdudlaşma dərəcələri onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X9na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən qərarın qəbul edildiyi gündən sonra 5 (beş) iş günü müddətindən gec olmayaraq göndəriş tərtib edilir. ... 2.8. Bu Qaydanın 1.6-cı bəndində nəzərdə tutulan hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi Qaydası”:

1. Ümumi müddəalar 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsi ilə bağlı münasibətləri tənzimləyir. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 1.3. TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. ... 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: ... 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; ... 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur.

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları

2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.5. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. 2.6. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. ... 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”

7.7.1. psixi xəstəlikdən sonra şəxsiyyətin F62.1 davamlı dəyişikliyi Qiymətləndirmə 7.7.1.1. fərdin fəaliyyətinə (özünü necə hiss 35-60 2 il etməsi, insanlarla qarşılıqlı əlaqəsi, davranışa nəzarət) mənfi təsir edən tez-tez (ildə 3 dəfədən çox) və/və ya uzunmüddətli periodlar (3 aydan çox davam edən dekompensasiyalar); münaqişəli, yayınma və ya yüksək dərəcəli asılılıqla ətrafdakılarla münasibət, ailə, peşə və sosial dezadaptasiya, özünə və ya ətrafa zərər yetirmə riski

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər:

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** saylı qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Birinci instansiyası məhkəməsi iddianı təmin etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı barəsində tərtib edilmiş göndərişdə qeyd edilən xəstəliklərin onda olması işdə olan sübutlarla təsdiqini tapır və bu səbəbdən ona müvafiq əlilik dərəcəsi təyin edilməlidir. İşin halları ilə müəyyən edildi ki, İddiaçı (bundan sonra - iddiaçı) xəstəliyi ilə bağlı Hərbihəkim komissiyasının qərarı ilə “Üzvi mənşəli şizofreniyayabənzər pozuntu” diaqnozu qoyulmuş, həmin diaqnoza görə o, hərbi uçotdan çıxarılmaqla hərbi xidmətə yararsız hesab edilmiş, xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qiymətləndirilmişdir. İddiaçıya ##.##.2016-cı il tarixdə X9: V sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları=>F20-F29-Şizofreniya, şizotipik və sayıqlama pozğunluqları=>F23-kəskin və ötüb keçən psixotik pozğunluqlar=>F23.2kəskin şizofreniya..., Diaqnozun mətni: Kəskin şizofreniyaya bənzər psixotik pozuntu. Üzvi mənşəli şizofreniya psixoz. Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar (F60.0-F62.9,F4S-F4S.9, F48-F48.9) ilə hərbi xidmət dövrü ilə əlaqədar ##.##.2021-ci il tarixədək 5 il müddətinə ilkin üçüncü dərəcəli əlillik təyin edilmişdir. “xxxx” X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli məktubda qeyd edilmişdir ki, “...İddiaçı ##.##.2025-ci il tarixdə həkim-psixiatr Şəbinə Nəcəfova tərəfindən müayinə olunub t.e.d. professor Fuad İsmayılova məruzə edilib. Diaqnoz: Uzun sürən psixi xəstəlik nəticəsində (bir neçə dəfə F23.1 Şizofreniyayabənzər psixoz diaqnozu ilə stasionar müalicə alıb) yaranan xroniki şəxsiyyət dəyişikliyi F62.1 (2016, 2019, 2021, 2022-ci il epikrizlər əsasında). Ağdam Ruhi Əsəb Dispanseri tərəfindən iddiaçı barəsində əsas diaqnoz: F62.1. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi, uzunsürən psixi xəstəliklər nəticəsində (bir neçə dəfə F23.1 şizofreniyayabənzər psixoz diaqnozu ilə müalicə alıb) yaranan xroniki şəxsiyyət dəyişikliyi ilə bağlı ##.##.2025-ci il tarixli İ********PMV nömrəli göndəriş rəsmiləşdirilmişdir. Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli *******0006 nömrəli qərar ilə “Diaqnoz əlilik əlaməti təyin etməməsi” səbəbi ilə əlilliyin təyin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli ekspert rəyində qeyd edilmişdir ki, “...İddiaçı hal-hazırda uzun sürən psixi xəstəlik nəticəsində (bir neçə dəfə F23.1 Şizofreniyayabənzər psixoz diaqnozu ilə stasionar müalicə alıb) yaranan xroniki şəxsiyyət dəyişikliyi (F62.1) aşkar olunur. Bunu anamnestik məlumatlar- qıcolmalarının olması, bundan sonra əsəbi olması, xarici qıcıqlara qarşı həssaslığı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi xxxx PHŞ-də uzun sürən psixi xəstəlik nəticəsində (bir neçə dəfə F23.1 Şizofreniyayabənzər fisixoz diaqnozu ilə stasionar müalicə alıb) yaranan xroniki şəxsiyyət dəyişikliyi F62.1 diaqnozu təyin olunması, həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər - nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. Rəyin “Psixi status” adlanan hissəsində qeyd edilmişdir ki, “...Zahirən səliqəli görsənsə də, bir qədər narahatlığı nəzərə çarpır. Düşüncəsi kobud pozulmamış, bələdliyi zamana, məkana və öz şəxsiyyətinə görə saxlanılıb. Sorğu zamanı verilən sualları bir qədər ləng dərk edir, çox vaxt təkrarən verilən sualı soruşur, bir qədər əsəbi tərzdə və qısa cavablar verir. Təfəkküründə zəif ifadə olunmuş torpidlik əlamətləri müəyyən edilir. Aparılan sorğu-sualın gedişatında kəskin produktiv psixopatoloji əlamət (qavrama pozuntuları, sayıqlama fikirləri və s.) aşkar etmir. Əhvalruhiyyə fonu dəyişkən, enməyə meyillidir. Kobud yaddaş və intellekt pozuntuları müəyyən edilməsə də, yaddaşında nisbətən zəifləmə əlamətləri nəzərə çarpır. Hazırda hər hansı şikayəti barəsində soruşduqda hərbi xidmət zamanı qıcolmalarının olduğunu, vəziyyəti ilə əlaqədar hospitala gətirilərək orada müalicə almasını, təxris edildikdən sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, səs götürə bilməməsi, yuxu pozuntusu baş verərək yuxusunda qarabasmalar görməsi, oyanaraq həyacanlı tərzdə evdə qışqırması, əsəbi gərginliklər keçirdiyi zaman ətraflarında qıcolmaların biruzə verməsi, hal-hazırda ona təyin edilmiş dərmanları qəbul etməsinə baxmayaraq, psixi vəziyyətində nəzərə çarpan yaxşılaşma (sabitlik) əldə edilmədiyi məlum olur. Yoxlanılan şəxslə aparılan söhbət gedişatında tez yorulması, affektiv qeyri-sabitliyi nəzərə çarpır.” Məhkəmə kollegiyası qəbul etdiyi məhkəmə aktı ilə bağlı aşağıdakıları qeyd edir. İlk növbədə iddianın mümkünlüyü ilə bağlı iddia müddətinə münasibətdə kollegiya qeyd edir ki, iddiaçı ##.##.2025-ci il tarixli *******0006 nömrəli qərarı mübahisələndirir. İPM-in 38-ci maddəsinin tələbi baxımından iddia müddəti ilə bağlı bir problem yoxdur. İddia mümkün iddiadır. Mübahisə ilə bağlı isə bildirirlir ki, iş materiallarında olan sübutlarla (tibbi sənədlər, “xxxx” X2 tərəfindən verilmiş mütəxəssis rəyi, göndəriş və s.), o cümlədən “xxxx” X2 tərəfindən verilmiş ##.##.2025-ci il tarixli **** nömrəli ekspert ekspert rəyi ilə təsdiq edilir ki, iddiaçıda olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın “7.7.1. Psixi xəstəlikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi F62.1” bəndinə uyğun 7.7.1.1-ci bəndlə qiymətləndirilməklə 35- 60 faiz dərəcəsi ilə 2 il müddətinə əlillik təyin edilməsinə əsas verir. Əlilliyin səbəb əlaqəsi isə ümumi səbəbdən - hərbi xidmət dövrü ilə əlaqədardır. Belə ki, Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş ##.##.2016-cı il tarixli ** nömrəli xəstəlik haqqında şəhadətnamə ilə iddiaçıya “Üzvi mənşəli şizofreniyayabənzər pozuntu” diaqnozu qoyulmuş və həmin xəstəliyin səbəb əlaqəsinin “Hərbi xidmət dövrü ilə əlaqədar olması” müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”na görə əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş verilir. Qaydanın 1.6-cı bəndinə əsasən Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. İddiaçı barəsində Ağdam Ruhi Əsəb Dispanseri tərəfindən ##.##.2025-ci il tarixli İ********PMV nömrəli göndəriş rəsmiləşdirilərkən onun xəstəlik vəziyyətinin göstəriciləri olan tibbi sənədlər yoxlanılmış və əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəlik müəyyən edildiyi üçün göndəriş rəsmiləşdirilmişdir. Əks halda, göndəriş verilməzdi. Təbii ki, kollegiya qəbul edir ki, şəxs barəsində göndərişin rəsmiləşdirilməsi hələ birmənalı şəkildə şəxsdə əlilliyin təyin edilməsinə əsas ola biləcək xəstəliyin olması demək deyil. Lakin hazırki işə münasibətdə işdə olan sübutlar onu deməyə əsas verir ki, şəxsdə olan xəstəlik ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.7.1. və 7.7.1.1-ci bəndlərinə uyğun əlillik təyin edilməsinə əsas verir. Nəzərə almaq lazımdır ki, iş üzrə ekspert rəyi iddiaçının xəstəliyi ilə bağlı Respublikada ixtisaslaşmış tibb müəssisəsi olan “xxxx” X2 tərəfindən verilmişdir. Həmçinin, iddiaçı barəsində göndəriş rəsmiləşdirmiş Ağdam Ruhi Əsəb Dispanseri də onun xəstəliyi ilə bağı ixtisaslaşmış tibb müəssisəsidir. Əlilliyin təyinat tarixi imtina qərarının verildiyi tarixdən, ##.##.2025-ci il tarixdən müəyyən edilməlidir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə Üçüncü şəxs X2 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Halbuki, iddiaçı barəsində Üçüncü şəxs X2 tərəfindən hər hansı bir göndəriş rəsmiləşdirilməmişdir. Hətta, iddiaçı barəsində qeyd edilən Xəstəxana tərəfindən göndəriş rəsmiləşdirilmiş olsa idi, bu onun inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. 28.2. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Göründüyü kimi qanunvericilik hər hansı şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsini məhkəmə qərarının həmin şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarla şərtləndirmişdir. Hazırki işin faktiki halından, birinci instansiya məhkəməsinin qərarının məzmunundan və nəticə hissəsindən görünür ki, baxılan işin nəticəsi olaraq, Üçüncü şəxs X2in üzərinə hər hansı öhdəlik qoyulmamış, qərar həmin şəxs üçün hüquqi nəticə, o cümlədən vəzifə və öhdəlik yaratmır. “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2022-ci il tarixli, **/**** nömrəli qərardadında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərilməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər. Məhkəmə cəlbetmə barədə qərardadı həm öz təşəbbüsü, həm də icraat iştirakçılarının vəsatəti ilə dəyişdirə və ya ləğv edə bilər, habelə üçüncü şəxsin icraatda iştirakına xitam verə bilər. Sözügedən prosessual hərəkətlər işə baxılması gedişində müvafiq əsasların yaranmasından asılı olaraq hər üç instansiya məhkəməsində edilə bilər. Bu zaman, məhkəmə cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasın dəyişdiyinə və ya aradan qalxdığına, yaxud cəlbetmənin əvvəldən səhv olduğuna istinad etməlidir. Cəlbetmənin dəyişdirilməsi adi cəlbetmədən zəruri cəlbetməyə və ya əksinə keçidi nəzərdə tutur. Cəlbetmə üçün əvvəllər mövcud olmuş əsasların aradan qalxdığı hallarda, məhkəmə icraata cəlb edilmiş üçüncü şəxsin məhkəmə icraatında iştirakına xitam verilməsi barədə qərardad qəbul edir. Bu halda, üçüncü şəxsin məhkəmə icraatında iştirakına bu barədə qərardadın qüvvəyə mindiyi vaxtdan xitam verilmiş sayılır. Cəlbetmənin əvvəldən səhv olduğu hallarda isə məhkəmə cəlbetmə barədə qərardadı ləğv edir. Bu halda, üçüncü şəxs məhkəmə icraatına cəlb edilməmiş sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilməli və iddia təmin edilməli, həmçinin, hazırkı iş üzrə Üçüncü şəxs X2i inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilməlidir.

Nəticəvi hissə:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Tibbi-sosial ekspert komissiyasının ##.##.2025-ci il tarixli *******0006 nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı ##.##.2025-ci il tarixdən “Hərbi xidmət dövrü ilə əlaqdar” orqanizmin funksiyalarının pozulması 35-60 faiz dərəcəsinə uyğun 2 il müddətinə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh cavabdeh1 X2in üzərinə qoyulsun. Üçüncü şəxs X2in iş üzrə inzibati məhkəmə icraatında üçüncü şəxs qismində iştirakına xitam verilsin. Məhkəmə qərarından tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar