Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-678/2025 19.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının və onun nümayəndəsi X2, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2-1(120)-1969/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyası təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 sentyabr 1996-cı il tarixindən, 01 may 2000-ci il tarixinədək Əli Bayramlı şəhər Xalq Təhsil Şöbəsi 4 saylı məktəbdə işləməsi, ümumi əmək stajının 25 ildən artıq olmasını nəzərə almaqla hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 12 iyun 2025-ci il tarixli, 2- 1(120)-1969/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus əmək kitaçasında xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixinədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti zamanı yalnız iddiaçının adına əmək haqqı hesablanan ayların onun stajında nəzərə alınması ilə bağlı cavabdeh inzibati orqanın irəli sürdüyü mülahizələrə münasibətdə bildirilir ki, göstərilən hal iddiaçının təqsiri nəticəsində baş verməmişdir və bu səbəbdən də onun məsuliyyət sferasına aid edilə bilməz. Belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması, yəni təsdiqedici sənədlərin, əmək haqqı cədvəllərinin arxivə verilməməsi iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Əks halda bu iddiaçının konstitusion hüquqlarının, yəni bərabərlik və sosial təminat hüququnun pozulması ilə nəticələnmiş olar. Belə olan halda iddiaçının hazırda mübahisələndirilən iş stajı “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi dövrədək qüvvədə olan qanunvericilik normaları ilə əhatə olunur. Yuxarıda qeyd olunanlardan göründüyü kimi, iddiaçı həmin illərdə işləməsi barədə əmək kitabçasını təqdim etmişdir. Həmin dövrlər qanunvericiliyə əsasən nəzərə alındıqda həm əmək kitabçasındakı qeydlərə, həmçinin arayışlara əsasən, iddiaçının sığorta stajı 25 ildən artıq olur və beləliklə də, iddiaçı tərəfindən 2006-cı ilə kimi 25 illik ümumi iş stajı tələbi ödənilmiş olur. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1996-cı il tarixdən Şirvan şəhər 4 saylı orta məktəbinə 134 Ş3 saylı əmrlə sinif müəllimi ixtisası üzrə müəllim təyin edilmişdir. 01 may 2000-ci ildə 99 saylı əmrlə öz ərizəsinə əsasən işdən azad olunmuşdur. 2018-ci il tarixdən bu günə kimi sosial pensiya alır. Pensiya yaşı 2024-cü ilin yanvar ayında çatdığı üçün pensiya təyinatının dəyişməsi ilə əlaqədar cavabdehə müraciət etmişdir. Lakin onun 4 saylı orta məktəbdə 01 sentyabr 1996-cı ildən 2000-ci ilin 01 may ayına kimi əmək stajı nəzərə alınmamışdır. Dərs cədvəlinə əsasən daima işdə olmaqla hər ay əmək haqqı almışdır. 4 saylı orta məktəbdə işləməyini onunla bir yedə işləyən müəllimlər təsdiq edə bilərlər. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi 034934 nömrəli diplomun surətində qeyd olunan məlumatlara əsasən, onun xx.xx.1977-ci il tarixdən xx.xx.1980-ci il tarixədək təhsil dövrü, Hacıqabul rayon Dövlət Arxivinin 23.02 2024-cü il tarixli 3-48-17RA/2-22/2024 nömrəli arayışına əsasən 7 il 7 ay kolxozdakı əmək fəaliyyəti dövrü. Fondun 1 saylı Şirvan-Salyan regional filialının Şirvan şəhər Dövlət Arxivi ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli aktına əlavə olunmuş əmək haqqı cədvəllərindən çıxarışa əsasən xx.xx.1988-ci il tarixindən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək əməkhaqqı qeydə alınan 4 il 8 ay, ******* nömrəli əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək olan əmək fəaliyyəti dövrləri nəzərə alınmaqla xx.xx.2006-cı il tarixədək 18 il 4 ay 29 gün, xx.xx.2006cı il tarixdən sonra Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemində olan məlumata əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2006-cı il tarixədək 4 ay əmək fəaliyyəti dövrləri və sözügedən əmək kitabçasının surətində qeyd olunan 1 il işsizlikdən sığorta ödənişinin verildiyi müddət nəzərə alınmaqla mübahisələndirilməyən sığorta stajı ümumilikdə 19 il 8 ay 29 gün təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixədək 19 il 04 ay 29 gün sığorta stajına uyğun olaraq 19562,35 manat. xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək (4 ay sığorta stajına uyğun) 76,43 manat olmaqla, ümumilikdə 19638,78 manat təşkil edir ki, bu məbləğ onun pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Əlavə olaraq bildirilir ki, iddiaçının təqdim etdiyi ******* №-li əmək kitabaçasının surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Şirvan şəhər qiyabi orta məktəbində və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək Şirvan şəhər 4 saylı orta məktəbdə əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun 1 saylı Şirvan-Salyan regional filialının xx.xx.2024-cü il tarixli aktına əsasən xx.xx.1988-ci il tarixdən xx.xx.1996-cı il tarixədək və xx.xx.1996-cı il tarixdən xx.xx.2000-ci il tarixədək əmək fəaliyyəti zamanı yalnız iddiaçının adına əmək haqqı hesablanan aylar onun sığorta stajında nəzərə alınmış, əmək haqqı hesablanmayan ayların sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazla eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı və nümayəndəsi apellyasiya şikayətini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində icraat zamanı iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960-cı il tarixdə anadan olmuşdur. -xx.xx.1980-cı il tarixli, ВТ № 034934 nömrəli diplomunun surətindən görünür ki, İddiaçı X15 texnikomunun ibtidai sinif müəlliməsi ixtisası üzrə 1977-ci il tarixdən 1980-cı il tarixədək təhsil almışdır. -Şirvan şəhər X1 xx.xx.2024-cü il tarixli, 28 nömrəli arayışında qeyd edilmişdir ki, Məmmədova (Qurbanova) Mülayim Qurban qızı 31 avqust 2002-ci ildən 01 aprel 2006-cı il tarixədək Əli Bayramlı şəhər X6 dərnək rəhbəri vəzifəsində işləmişdir. -X10 Filialının xx.xx.2024-cü il tarixli, 3-48-DA-14F/2-280/2024 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Əli Bayramlı şəhər əyani-qiyabi məktəbinin, 14 və 4 saylı məktəblərin sənədləri ayrılıqda filiala təhvil verilməyib. X13 filialında mühafizə olunan Əli Bayramlı şəhər X12 1988-2000-ci illərin işçi heyyətinə aid (əmr və əmək haqqı hesablanması cədvəlləri) sənədlərinə baxıldı:- 1. Əli Bayramlı şəhər X12 1988-1994-cü illərə aid əmrlər kitabında iddiaçının adına əmr aşkar olunmadı. 1988-ci ilin əmək haqqı cədvəlləri filiala təhvil verilməyib. 1989-1994 illərin əmək haqqı cədvəlindən adına (Qurbanova soy adı ilə) aşkar olunan qeydlərin çıxarışı, 2.1994-1996-cı illərə aid əmrlər kitabında adına aşkar olunan əmrlərin və əmək haqqı hesablanmasının çıxarışı, 3.1996- 2000-ci illərə aid əmrlər kitabında adına əmr aşkar olunmadı. Əmək haqqı cədvəllərindən adına aşkar olunan qeydlərin çıxarışı təqdim edilir. Qeyd: Əli Bayramlı şəhər Xalq Marif şöbəsi əyani-qiyabi məktəbinin 1991-ci ilin yanvar, iyul, 1992-ci ilin aprel, iyul, 1993-cü ilin fevral, aprel, iyun aylarının cədvəlləri filiala təhvil verilməyib. 1993-cü ilin mart, iyul, avqust, aylarının əmək haqqı hesablama cədvəllərində adına əmək haqqı hesablanması aşkar olunmadı. X4- pedaqoji orta təhsilli ibtidai sinif müəllimi, şəhər 14 №-li orta məktəbdə əvəzçiliklə ibtidai siniflərdə əmək və rəsm dərslərini aparan, 25 aprel 1994-cü il tarixdən həmin məktəbə ixtisası üzrə müəllim təyin edilsin. Əsas: Qurbanovanın 25/İV-94-cü il tarixli ərizəsi, şəhər 14 №-li orta məktəbin 25/İV-94 -cü il tarixli 613 №-li məktubu, şəhər maarif şöbəsinin kadr inspektoru X.Tağıyevin 25/İV-94-cü il tarixli razılığı. M.Q.Qurbanovanın işdən azad edilməsi haqqında. X4 Şəhər 14 saylı orta məktəbin pedaqoji orta təhsilli ibtidai sinif müəllimi, işə çıxmadığı ücün “15” iyun 1995-ci il 14 saylı orta məktəbin və Əli Bayramlı şəhər müəllimliyindən azad edilsin. Qeyd: Əli Bayramlı şəhər Xalq Marif şöbəsi 14 saylı məktəbinin 1994-ci ilin iyul, oktyabr, 1995-ci ilin sentyabr aylarının əmək haqqı hesablama cədvəllərində adına əmək haqqı hesablanması aşkar olunmadı. 1995-ci ilin iyul ayının cədvəlləri filiala təhvil verilməyib. Qeyd: Əli Bayramlı şəhər Xalq Təhsil şöbəsi 04 saylı məktəbinin 1996-cı ilin iyun ayında 1999-cu ilin sentyabr ayına qədər əmək haqqı hesablama cədvəllərində adı aşkar olunmadı. Əmək kitabçasında göstərilən Təsviri incəsənət şöbəsinin sənədləri filiala təhvil verilməyib. Əli Bayramlı şəhər Xalq Təhsil şöbəsinin 2002-2006-ci illərə aid əmrlər kitabında adı aşkar olunmadı. Bu səbəbdən 2002-2006-cı illərdə əmək fəliyyəti barədə məlumat vermək mümkün olmadı. -Hacıqabul rayon Dövlət Arxivi xx.xx.2024-cü il tarixli, 3-48-17RA/2-22/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçı Hacıqabul rayonu 1 may kolxozunda 1980-ci il tarixdən 1988-ci il tarixədək işləmiş və əmək haqqı almışdır. -Şirvan şəhər R.Həbibov adına 14 nömrəli tam orta məktəbin xx.xx.2024-cü il tarixli, 43 nömrəli arayışında qeyd edilmişdir ki, X4 25 aprel 1994-cü il tarixdən 13 may 1996-cı il tarixədək Şirvan şəhər R.Həbibov adına 14 nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi işləmişdir. -Şirvan-Salyan Regional Təhsil İdarəsinin Şirvan şəhər R.Həbibov adına 14 nömrəli tam orta məktəb üzrə 02 may 1994-cü il tarixli 259 nömrəli əmrdən çıxarışında qeyd edilmişdir ki, X4 pedoqoji orta ixtisas təhsilli ibtidai sinif müəllimi 25 aprel 1994-cü il tarixdən məktəbə ixtisası üzrə müəllim təyin edilsin. -İddiaçıya məxsus 02 noyabr 1990-cı il tarixli ИT-İ ******* nömrəli əmək kitabçasının surətindən müəyyən olunur ki, xx.xx.1988-ci il tarixdən Əli Bayramlı şəhər əyani-qiyabi orta məktəbinə kitabxana müdiri təyin edilmiş, xx.xx.1994-cü il tarixdən xx.xx.1996-cı il tarixədək 14 nömrəli orta məktəbə ixtisası üzrə müəllim, xx.xx.1996-xx.xx.2000-ci il tarixədək 4 saylı orta məktəbdə ixtisası üzrə müəllim, xx.xx.2002-xx.xx.2006-cı il tarixədək dərnək rəhbəri vəzifələrində işləməsi, xx.xx.2007-xx.xx.2007-ci il və xx.xx.2008xx.xx.2008-ci il tarixədək Əli Bayramlı şəhər Məşğulluq Mərkəzində işsizlik müavinəti alması qeyd edilmişdir. -Məktəbəqədər və Ümumi Təhsil Üzrə X11-Salyan Regional Təhsil İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Məmmədova (Qurbanova) Mülayim Qurban qızı 1 sentyabr 2000-ci il tarixdən 1 aprel 2006-cı il tarixədək Əli Bayramlı şəhər X6 çalışmışdır. İddiaçı Şirvan şəhər 4 nömrəli tam orta məktəbdə işləməsi barədə hüquqmüəyyənedici sənədlərin tapılması mümkün olmamışdır. -X14 Tərbiyə mərkəzi üzrə xx.xx.2000-ci il tarixli, 347 saylı əmrdən çıxarışdan görünür ki, X4 pedoqoji orta təhsilli 01 sentyabr 2000-ci il tarixdən üç qrup (18 saat) dərnək aparmaq işinə qəbul edilmişdir. xx.xx.2006-cı il tarixli, 232 saylı əmrdən çıxarışdan görünür ki, X4 dərnək rəhbəri vəzifəsindən azad edilmişdir. -Məhkəmə kollegiyasının müvafiq sorğusu əsasında X10 Filialının xx.xx.2025-cü il tarixli, 3-48-DA-14F/2-479/2025 nömrəli məktubu ilə Əli Bayramlı şəhər Xalq Maarif şöbəsində iddiaçının əmək haqqı almadığı 1993-cü ilin mart, iyul, avqust ayları üzrə, 1994cü ilin iyul, oktyabr, 1995-ci ilin sentyabr, 1996-cı ilin iyul-dekabr, 1997-1998-ci illərdə bütün aylar, 1999-cu ilin yanvar-sentyabr, 2000-ci ilin iyul-dekabr ayları üzrə əmək haqqı cədvəllərinin surətləri təqdim edilmiş, cədvəllərdə qeyd olunan dövrlər üzrə digər işçilərin adları qeyd edilsə də, iddiaçının adı qeyd edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin imtina, iddiaya qarşı etiraz və apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh iddiaçının 19 il 8 ay 29 gün sosial sığorta stajının mövcudluğunu qəbul etmiş, lakin iddiaçının əmək fəaliyyəti ilə bağlı bəzi dövrlərə münasibətdə əmək haqqı ödənişi və digər sənədlərin arxivə təhvil verilməməsi və ya işəgötürən qurumda saxlanılmaması halını, həmçinin işsizlikdən sığorta haqqı aldığı dövrləri nəzərə almamışdır. Belə ki, təqdim edilmiş arxiv arayışları və digər sübutlarla müəyyən edilir ki, iddiaçı xx.xx.1988-ci il tarixdə işə qəbul edilsə də həmin tarixdən 1989-cu ilin yanvar ayınadək, 1991-ci ilin yanvar, iyul, 1992-ci ilin aprel, iyul, 1993-cü ilin fevral, aprel, iyun, 1995-ci ilin iyul, 2002-2006-cı illər üzrə sənədlər aşkar edilməmişdir ki, bu hal həmin dövrlərin iddiaçının sığorta stajına daxil edilməməsinə əsas vermir. Bununla yanaşı qeyd edilməlidir ki, müvafiq illər üzrə əmək haqqı cədvəlləri aşkar edilsə də, 1993-cü ilin mart, iyul, avqust ayları üzrə, 1994-cü ilin iyul, oktyabr, 1995-ci ilin sentyabr, 1996-cı ilin iyul-dekabr, 1997-1998-ci illərdə bütün aylar, 1999-cu ilin yanvarsentyabr aralığında əmək haqqı cədvəllərində adına rast gəlinməmişdir ki, bu hal həmin dövrlərin onun sosial sığorta stajına daxil edilməsini istisna edir. Beləliklə araşdırma nəticəsində iddiaçının ümumilikdə 24 il 10 ay sosial sığorta stajı yaranır ki, bu hal ona yaşa görə əmək pensiyasının təyinatı baxımından cavabdeh orqanın imtinasının əsaslı olduğunu deməyə əsas verir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə görə iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının: 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən; 4.1.9. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin peşə hazırlığı keçdiyi müddət – MEİS-in “Məşğulluq” altsistemində həmin müddətləri təsdiq edən məlumatlara və ya Nazirliyin tabeliyində X3 müvafiq struktur bölməsinin verdiyi arayışa əsasən. Göründüyü kimi mövcud qanunvericilik pensiya təyin edilməsi məqsədilə sosial sığorta stajınının yaranmasını əmək kitabçası ilə yanaşı, həm də məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtləndirir. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2-1(120)-1969/2025 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.