Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-679/2025 11.03.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının hüquqi varisi X2, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(120)-924/2025 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı kompensasiya ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, əmlakına dəymiş ziyanla bağlı 288.000 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli nömrəli qərardadına əsasən iş baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-62/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə İddiaçı torpaq sahəsinə dəymiş ziyanla bağlı 17.400 manat məbləğində pulun ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyulmuşdur. Həmin qərar icra olunaraq cavabdeh tərəfindən 17.400 manat məbləğində kompensasiya İddiaçı bank hesabına köçürülmüşdür. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-165/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-62/2023 saylı qərarı ləğv edilərək, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “torpaq sahəsinə dəymiş ziyanla bağlı 15.350 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmiş və Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunmuş, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “17.400 və 15.350 manat dəymiş ziyanın cavabdehdən alınaraq ona ödənilməsi” kimi dəyişdirilmiş, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi “onun əmlakına dəymiş ziyanla bağlı 15.350 manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəyişdirilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 05 iyun 2025-ci il tarixli, 2- 1(120)-924/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, 100 (bir yüz) manat ekspertiza tədqiqatının dəyərinin iddiaçı və cavabdehdən müvafiq nisbətdə, yəni 50 manat İddiaçı və digər 50 manat isə cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SFİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ekspert rəylərinə əsasən Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan rayonu ərazisində yerləşən 240 kv.metr torpaq sahəsində qazıntı işləri nəticəsində torpaq sahəsində yerləşən Reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus olan qeyri-yaşayış binasına dəymiş ziyanın məbləği 15350.00 manat təşkil etdiyi və Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Memarlıq və tikinti şöbəsinin müdiri-baş memarı tərəfindən təsdiq edilmiş “Beyləqan şəhər sakini İddiaçı mal bazarının qarşı tərəfindən ayrılmış 240.00 m2 torpaq sahəsinin və abadlaşdırılaraq yaşıllıq zonasının” Situasiya sxemi (lahiyə) üzrə görülmüş işlər və ona uyğun çəkilmiş xərclər müəyyən edilməklə (hesablamaqla) Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş 240.0 kv.m torpaq sahəsində qazıntı işləri nəticəsində həmin torpaq sahəsində aparılmış əlavə işlərin və inşa edilmiş əlavə tikililərə dəymiş ziyanın təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 17400 manat məbləğində olduğu müəyyən edilir. Beləliklə, iddiaçıya kompensasiya ödənilmədən ona məxsus torpaq sahəsində Dövlət Sərhəd Xidməti tərəfindən Beyləqan aerodromunun uçuş-enmə zolağının genişləndirilməsi işləri həyata keçirilərkən cavabdeh tərəfindən müəyyən işlər görülməklə iddiaçıya məxsus əmlakın istifadəsiz vəziyyətə gətirilməsi onun konstitusion qaydada müdafiə olunan mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Qərardan iddiaçı və cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Beylaqan Rayon İcra Hakimiyyətinin 24 sentyabr 2007-ci il tarixli, 94 nömrəli sərəncamı ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədilə 240 kv.m torpaq sahəsi icarə əsasında ona ayrılmış və onun üzərində inşa edilmiş ümumi sahəsi 64.4 km.m olan 2 mərtəbəli qeyri-yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ ilə Daşınmaz Əmlakın dövlət reyestri xidməti tərəfindən adına qeydiyyata alınmışdır. Bu sahə üzərində mülkiyyət hüququnun bütün aidiyyəti orqanlar tərəfindən tanınmışdır. Müraciət etdiyi aidiyyəti orqanlar zərərin əvəzini, yəni kompensasiyasını almaq üçün məhkəməyə müraciət etməyi tövsiyə etdiyi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Dövlət Sərhəd Xidmətinin tikinti işlərini aparan podratçı Bakı şəhərində yerləşən “Qaraçay” şirkəti tərəfindən ona kompensasiya ödənilmədən böyük zəhmətlə ağır xərclər gördüyü işlər xidməti obyekti “Həyat” restoranı yararsız hala salınaraq sahibkarlıq fəaliyyəti qanunsuz olaraq dayandırılmışdır. Bunun nəticəsində ona Dövlət Sərhəd Xidməti tərəfindən zərər vurulmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iş materiallarında olan ekspert rəylərindən və digər maddi sübutlardan aşkar surətdə göründüyü kimi iddiaçının torpaq sahəsinə 17.400 manat ziyan DSX tərəfindən vurulmuş, həmin torpaq üzərində yerləşən tikiliyə (qeyri-yaşayış sahəsi) isə 15.350 manat ziyan vurulmuşdur və həmin 15350 manat ziyan Müdafiə Nazirliyi tərəfindən vurulmuşdur. Şirvan İnzibati Məhkəməsində birinci icraat zamanı iddiaçının iddia tələbi Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-62/23 saylı qərarı ilə təmin edilmiş, həmin qərardan DSX tərəfindən apellyasiya şikayəti verilməmiş və qərar qanuni qüvvəsini aldıqdan sonra məhkəmənin müvafiq icra məktubuna müvafiq olaraq, adıçəkilən qərar DSX Maliyyə-Plan İdarəsi tərəfindən icra edilərək, xx.xx.2023-cü il tarixdə İddiaçı bank hesabına dəymiş ziyana görə 17.400 manat ödənilmişdir. Lakin buna baxmayaraq qanuni qüvvəsini almış məhkəmə qərarından iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Şirvan İnzibati Məhkəməsinin 19 iyun 2023-cü il tarixli, 2-1(120)-62/23 saylı qərarı ləğv edilərək, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Bundan başqa iddiaçı tərəfindən tərtib edilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, o, 15350 manat məbləğində tikiliyə vurulmuş zərərin Müdafiə Nazirliyi tərəfindən vurulması və həmin vəsaitin ona ödənilməsi barədə birinci instansiya Məhkəməsinin qərarında hər hansı bir qeydin əks olunmamasından narazı olmuşdur. Habelə qeyri-yaşayış sahəsinə vurulmuş 15.350 manat ziyanın Müdafiə Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı iddiaçı tərəfindən sonuncuya ilkin müraciəti olmalı və bununla bağlı iddia tələbinə dəqiqləşmə ərizəsi verməlidir. İşin hazırki halından da, habelə əvvəlki icraat zamanı iddiaçının izahatından, apellyasiya şikayətinin məzmunundan da göründüyü kimi o, 15.350 manat məbləğində tikiliyə vurulmuş zərərin Müdafiə Nazirliyi tərəfindən vurulması və həmin vəsaitin ona ödənilməsi barədə birinci instansiya məhkəməsinin qərarında hər hansı bir qeydin əks olunmamasından narazı olmuşdur. Lakin buna baxmayaraq iddiaçı tərəfindən qeyriyasayış sahəsinə vurulmuş 15.350 manat ziyanın Müdafiə Nazirliyi tərəfindən ödənilməsi ilə bağlı sonuncuya ilkin müraciəti olmamış və bununla bağlı iddia tələbinə dəqiqləşmə ərizəsi verməmişdir. İddiaçı tərəfindən verilmiş sonuncu dəqiqləşmə ərizəsi qeyri-yaşayış sahəsinə Müdafiə Nazirliyi tərəfindən vurulmuş 15.350 manat ziyanın DSX tərəfindən ödənilməsi olmuşdur ki, iddiaçının hazırki hüquqi marağı bu yöndə olmamaqla iddia tələbi əsassızdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində qərarın qismən ləğv edilməsini və ona dəymiş 132.000 ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh məzmunu iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilməsini, iddianın rədd olunmasını xahiş etmişdir. Prosessual məsələlər İddiaçı xx.xx.2025-ci il tarixdə ölməsi ilə əlaqədar onun vərəsəsi (oğlu) X5 məhkəmə kollegiyasının xx.xx.2026-cı il tarixli qərardadı ilə iddiaçının hüquqi varisi kimi tanınmışdır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında təmsil etdiyi qurumun şikayətini müdafiə etmiş, eyni zamanda iddiaçı tərəfindən verilmiş şikayətin dəlillərini qəbul etməmiş, həmçinin kollegiyanın suallarına cavab olaraq, əvvəlki məhkəmə iclasında iddiaçıya məxsus tikiliyə hər-hansı ziyan dəymədiyini, yalnız qapı və pəncərələrinin naməlum şəxs və ya şəxslər tərəfindən söküldüyünü bildirmiş, hazırki məhkəmə iclasında isə bildirmişdir ki, tikili iddiaçının hüquqi varislərinin xəbəri olmaqla, naməlum şəxslər tərəfindən tamamilə sökülmüşdür. Belə ki, tikilinin sökülməsini müşahidə edən hərbi hissənin komendantının sualına cavab olaraq, söküntü işlərini aparan şəxslər tikilini sahibinin göstərişi ilə sökdüklərini bildirmişlər. İddiaçının hüquqi varisi məhkəmə iclasında iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, cavabdehin apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirmişdir. Hüquqi varis kollegiyanın suallarına cavab olaraq bildirmişdir ki, tikili onun xəbəri olmadan sökülmüş, eşitdiyinə görə cavabdehin əməkdaşları tərəfindən sökülmüşdür. Həmçinin tikilinin sökülməsi barədə hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Hər iki tərəfin tikilinin sökülməsi ilə bağlı təqdim etdikləri audio-video diskə onların iştirakı ilə məhkəmə iclasında baxış keçirilmiş, görüntülərdən müəyyən edilmişdir ki, tikili naməlum şəxslər tərəfindən sökülərək, tikinti materialları yük avtomobilinə daşınır. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli, 94 nömrəli sərəncamının surətindən görünür ki, İddiaçı xidmət obyektinin tikintisi üçün mal bazarına gedən yolun sağ tərəfində yerləşən ərazidən 240,0 kv.m torpaq sahəsi ayrılmışdır. -Daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, MH ******* nömrəli çıxarışının surətindən görünür ki, Beyləqan şəhərində icarəsində olan 0.024 ha torpaq sahəsində yerləşən 2 girişli, 61.4 kv.m ümumi, 55.3 kv.m əsas, 6.1 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmışdır. -Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2012-ci il tarixli, 184 saylı sərəncamı ilə Dövlət Sərhəd Xidmətinə Beyləqan rayonunun "xxxx" qoyunçuluğu üzrə X8 X1 ərazisindən xidməti zərurətlə əlaqədar olaraq (uçuş zolağının uzadılması üçün) 1-ci aerodroma bitişik ərazidən əlavə olaraq 21,2 hektar torpaq sahəsi ayrılmışdır. -Dövlət Sərhəd Xidmətinin xx.xx.2019-cu il tarixli, K/273/15/A-427 nömrəli məktubunda bildirilir ki, daşınmaz əmlakının dəyərinin ödənilməsinə köməklik göstərilməsinə dair əvvəlki müraciətinin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə xx.xx.2014-cü ildə onun, həmin dövrdə Beyləqan Rayon İcra hakimiyyəti başçısının 1-ci müavini Telman Məstanovun, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Beyləqan rayon şöbəsinin həmin dövrdə rəisi Rəfail Pəsiyevin və DSX-nin nümayəndələrinin iştirakı ilə qeyd olunan məsələ araşdırılmışdır. Əraziyə naturada baxış keçirilərkən müəyyən edilmişdir ki, daşınmaz əmlakının ərazisi “Beyləqan” aerodromunun ərazisi ilə həmsərhəddir və qonşuluqda yerləşir, eyni zamanda torpaq sahəsi kateqoriyasının dəyişdirilərək müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar kateqoriyasına keçirilməklə DSX-nın daimi istifadəsinə verilmədiyindən, həmin daşınmaz əmlak DSX tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. Həmçinin qeyd olunan ərazi Müdafiə Nazirliyinin istifadəsinə verilmişdir. Daşınmaz əmlakın ərazisi “Beyləqan” aerodromunun ərazisi ilə həmsərhəddir və qonşuluqda yerləşdiyindən həmin əmlak DSX tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. -Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2019-cu il tarixli, **********89 nömrəli məktubunda bildirilir ki, Beyləqan aerodromunun uçuş-enmə zolağının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini cənab A.Şərifovun 14 dekabr 2012-ci il tarixli, 17/5842-25/10/29 nömrəli dərkənarına əsasən həmin ərazidə 21,2 ha torpaq sahəsi, o cümlədən iddiaçının icarəsində olan 240 kv.m torpaq sahəsi də daxil olmaqla Beyləqan Rayon İcra Hakimiyyətinin 29 dekabr 2012-ci il tarixli, 184 nömrəli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Beyləqan aerodromuna ayrılmışdır. Beyləqan Rayon İcra Hakimiyyəti başçısının aparatının xx.xx.2019-cu il tarixli, 9/A- 104-039 nömrəli məktubunda bildirilir ki, iddiaçının icarəsinə verilmiş torpaq sahəsi ümumilikdə Beyləqan şəhəri də daxil olmaqla "xxxx" qoyunçuluq üzrə kənd təsərrüfatı istehsalı Müəssisəsinin torpaqlarıdır, icarəyə ayrılmış 240 kv.m torpaq sahəsi Beyləqan Aerodromuna 1958-ci ildə ayrılmış 48 hektar torpaq sahəsi ilə köhnə mal bazarı olan torpaqların arasında yerləşir və əkinə yararsız torpaq sahəsi olmaqla Dövlət mülkiyyətindədir. Beyləqan Aerodromunda uçuş-enmə zolağının genişləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası Baş Nazirinin müavini cənab Abid Şərifovun 4.12.2012-ci il tarixli, 17/5842-25/10/29 saylı dərkanarına əsasən 21.2 hektar torpaq sahəsi İcra Hakimiyyəti başçısının 29 dekabr 2012-ci il tarixli, 184 saylı sərəncamı ilə ayrılmışdır. İcarəyə ayrılan 240 kv.m torpaq sahəsi də Aerodroma ayrılmış torpaq sahəsinə aid olan hissəsidir. Dövlət Sərhəd Xidmətinin xx.xx.2020-ci il tarixli, K/292/15/A-241/2 nömrəli məktubunda bildirilir ki, daşınmaz əmlakın ərazisi “Beyləqan” aerodromunun ərazisi ilə həmsərhəddir və torpaq sahəsi kateqoriyasının dəyişdirilərək müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar kateqoriyasına keçirilməklə DSX-nin daimi istifadəsinə verilmədiyindən, həmin daşınmaz əmlakının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” 20 aprel 2010-cu il tarixli, 987-İİİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən sərhəd mühafizə orqanları tərəfindən dövlət ehtiyacları üçün alınmamışdır. Həmçinin qeyd olunan ərazi Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən Müdafiə Nazirliyinin müvəqqəti istifadəsinə verilmişdir. -Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022ci il tarixli, 10/7122 nömrəli ekspert rəyində aşağıdakılar bildirilir: -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 09 avqust 2021-ci il tarixdə **********53 nömrəli məktubuna əsasən: Reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında iddiaçıya məxsus olan qeyri-yaşayış binası (yemekxana), Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş Beyləqan rayonu ərazisində yerləşən 240.0 kv.metr torpaq sahəsinin daxilində yerləşir; İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş 240 kv.m torpaq sahəsi və Reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********5, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus olan qeyri-yaşayış binası (yeməkxana), Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 29 dekabr 2012-ci il tarixli, 184 saylı sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə ayrılmış 21.2 hektar torpaq sahəsinin hüquqları daxilinə düşür; İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş 240 kv.metr torpaq sahəsində qazıntı işləri nəticəsində torpaq sahəsində yerləşən Reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus olan qeyri-yaşayış binasına dəymiş ziyanın məbləği 15350.00 manat təşkil edir. -Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022ci il tarixli, 10/5892 nömrəli ekspert rəyində aşağıdakılar bildirilir: -Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş 240 kv.metr torpaq sahəsində qazıntı işləri nəticəsində torpaq sahəsində yerləşən Reyestr nömrəsi **********65-06301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2009-cu il olan Seriya MH ******* nömrəli çıxarış əsasında İddiaçı məxsus olan qeyri-yaşayış binasına dəymiş ziyanın məbləği 15350.00 manat təşkil edir; İddiaçı ayrılmış S=240.00 m2 torpaq sahəsinin və abadlaşıdırılaraq yaşıllıq zonasının” Situasiya sxemi (lahiyə) üzrə görülmüş işlər və ona uyğun çəkilmiş xərclər müəyyən edilməklə (hesablamaqla) Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 24 sentyabr 2007-ci il tarixli, 94 saylı sərəncamı ilə İddiaçı xidmət obyektinin tikintisi üçün verilmiş 240.0 kv.m torpaq sahəsində qazıntı işləri nəticəsində həmin torpaq sahəsində aparılmış əlavə işlərin və inşa edilmiş əlavə tikililərə dəymiş ziyanın təqribi dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq 17400,00 manat məbləğində olduğu müəyyən edilmişdir. -Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-38- 16/2-1100/23 nömrəli məktubunda bildirilir ki, Şirvan İnzibati Məhkəməsinin 2-1(120)- 62/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının icrası ilə əlaqədar İddiaçı bank hesabına 17.400 manat məbləğində kompensasiya köçürülmüşdür. Şərh edilən və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş sənədlərdən və işin faktiki hallarından göründüyü kimi iddiaçının müvafiq tələbi üzrə Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-62/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının icrası ilə əlaqədar İddiaçı verilmiş 240.0 kv.m torpaq sahəsində qazıntı işləri nəticəsində həmin torpaq sahəsində aparılmış əlavə işlərin və inşa edilmiş əlavə tikililərə dəymiş ziyan qismində 17.400 manat məbləğində pul ödənilmiş, həmin qərar iddiaçının apellyasiya şikayəti əsasında ləğv edilmiş və işin birinci instansiya məhkəməsində icraatı nəticəsində həmin torpaq sahəsində mövcud olmuş əmlakına (tikiliyə) dəymiş ziyanla bağlı 15.350 manat məbləğində pulun ödənilməsi tələbi də təmin edilmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı bir neçə dəfə iddianı dəqiqləşdirmiş, sonuncu tələbi 15.350 manat məbləğində pulun ödənilməsi ilə bağlı olmuşdur. Buna baxmayaraq, şikayətində qərarın qismən ləğv edilməsini və 132.000 ziyanın ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Odur ki, birinci instansiya məhkəməsi öz təşəbbüsü ilə tələbin həcmini artıraraq, qeyd olunan məbləğdə pulun tutulması məsələsinə baxmaqda haqlı ola bilməzdi. Həmçinin qeyd edilməlidir ki, iddiaçı apellyasiya şikayətində ona məhz həmin həcmdə ziyan dəyməsinin maddi və hüquqi əsaslarını göstərməmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edilir ki, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən xx.xx.2022-ci il tarixli, 10/7122 nömrəli ekspert rəyininin həm təqiqi hissəsində, həm də nəticə hissəsində iddiaçıya məxsus tikiliyə ziyan dəyməsi və ziyanın məbləği qeyd edilsə də, ziyanın nədə ifadə olunduğu, daha doğrusu tikilinin hansı hissələrinə ziyan vurulması, ziyan vurulması nəticəsində tikilinin istismara yararlı vəziyyətdə qalması və yaxud yararsız hala salınması şəhr edilməmiş, ümumi ifadələr toplusundan ibarət rəy verilmişdir. Odur ki, məhkəmə kollegiyası qeyd olunan rəyi ziyanın dəyməsi və həcminə münasibətdə mötəbər hesab etmir. Digər tərəfdən iddiaçı da qeyd olunan hallarla bağlı əsaslı sübutlar təqdim etməmiş, həmçinin nümayəndəsi və hüquqi varisi də məhkəmə kollegiyasının iclasında qeyd olunan halları təsdiq edən dəlillər ortaya qoymamışlar. İddiaçının əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi, ümumiyyətlə, hazırki mübahisə üzrə ziyan dəyməsi iddia olunan tikilinin hansı vəziyyətdə olması, ziyanın nədən ibarət olması barədə məlumatlı olmadığını bildirmiş, hüquqi varisi isə tikilinin hazırda söküldüyünü və mövcud olmadığını bildirmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, sözügedən tikili işin apellyasiya icraatı zamanı söküldüyündən, əlavə və yaxud təkrar ekspertizanın keçirilməsi imkanı da aradan qalxmışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti iddianın təmin edilməsi hissəsində qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının:- -13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfındən müdafiə olunur. -29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşmmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.Əmlakın tam müsadirəsinə yol verilmir.Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. “İnzibati icraat haqqında” Qanunun 89-cu maddəsinə görə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İnzibati Prosessual Məcəllənin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. -82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaəti əsaslı hesab etmir və hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti iddianın təmin edilməsi hissəsində əsaslı olduğundan həmin hissədə təmin edilməli, qərar iddianın təmin edilməsi hissəsində ləğv edilməli, qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 2-1(120)-924/2025 nömrəli qərarı iddianın təmin edilməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia təmin edilməsin. Qərar qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-679/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-679/2025
11.03.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver