Məhkəmə qərarları › İş №2-1(106)-68/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-68/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-68/2024 15.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həşimov Yaşar xanoğlan oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-N(N20)-769/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən ilkin iddia “müharibə veteranı adının və vəsiqəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbinə dəyişdirilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 05 iyun 2023-cü il tarixli, 2- N(N20)-769/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının xidməti tam təsdiqini tapmamış, həmçinin ordu sıralarından qanuni əsaslarla tərxis olunması müəyyən edilməmiş, eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir subut (hərbi hissələrin nizami hissə üzrə əmri və ya arxiv arayışı) təqdim etməmişdir. Həmçinin məhkəmə araşdırılması zamanı sorğu cavablarına əsasən iddiaçının hospitala gedib qayıtmadığı üçün N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli əmri ilə ştatdan kənar edildiyi, vətəndaşın arxiv sənədlərində xx.xx.N997ci il tarixdə N85 saylı qərarla amnistiya tətbiq edilməsi müəyyən edilmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbinin onunla əsaslandırmışdır ki, 07 iyul N993-cü il tarixdə N saylı hərbi hissəyə qəbul edilmiş, N fevral N993-cü il tarixdə Füzuli istiqamətində gedən döyüşlərin birində ağır yaralanmış, uzun müddət müalicədən sonra Mərkəzi Hərbi Dəniz Qüvvələri Poliklinikası tərəfindən ona 60 günlük məzuniyyət verilmişdir. Məzuniyyətdən sonra Mərkəzi Hərbi Dəniz Qüvvələri Poliklinikasının sərəncamında olmuşdur. Müəyyən vaxtdan sonra Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən Azərbaycan Respublikası müdafiə edərkən yaralanmağı ilə bağlı və hərbiyə yararsız olduğu haqda sərəncam verilmişdir. Bu sənədlərin əsasında Əli Bayramlı şəhər Komissarlığında qeydiyyata salınmış və müharibə vəsiqəsi ilə təmin edilmişdir. Ailəsi böyük olması ilə əlaqədar işlədiyi üçün müharibə əlili statusunu (aldığı yaralar nəticəsində fiziki nöqsanla bağlı) almaqdan imtina etmişdir. Onun müharibə veteranı statusu ləğv olunmuşdur. Müharibə veteranı adının və vəsqiəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə və müxtəlif ünvanlara dəfələrlə müraciətlər etmiş, lakin bu müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdehin imtinasının dəlilləri ondan ibarətdir ki, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin arayışına əsasən iddiaçı A. İ.Bayramov N nömrəli hərbi hissə komandirinin N fevral N994-cü il tarixli əmri ilə 08 fevral N994-cü il tarixdən xidməti ezamiyyətə getmiş hesab edilmiş, hospitala gedib qayıtmadığı üçün N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli əmri ilə ştatdan kənar edilmişdir. Bu hal iddiaçıya müharibə veteranı statusu və vəsiqəsinin verilməsini istisna edir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsində qeyd olunan dəlillərlə uyğun məzmunda apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarnın ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, ona verilmiş müharibə veteranı vəsiqəsi özündədir, lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin müraciəti əsasında ona N994-cü ildən ödənilən müavinət 2 il əvvəl dayandırılmışdır. Ona görə yenidən vəsiqə almaq üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-N(N20)-769/2023 nömrəli qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 968 nömrəli məktubunda bildirilir ki, N966-cı il təvəllüdlü İddiaçı xx.xx.N984-cü il tarixdən xx.xx.N986-cı il tarixədək keçmiş Sovet ordusunda müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Vətəndaşın arxiv sənədlərində xx.xx.N997-ci il tarixdə N85 saylı qərarla amnistiya tətbiq edilməsi, həmçinin keçmiş Əli Bayramlı şəhər Hərbi Komissarlığı tərəfindən 49 saylı prtokolla xx.xx.N999-cu il tarixdə 0307N9 saylı müharibə veteranı vəsiqəsinin verilməsi qeyd edilmişdir. Xidmətin Şirvan şəhər şöbəsinə vətəndaş İddiaçı hərbi xidmətdən ehtiyata buraxılması, hərbi xidmət zamanı yaralanması, cinayət məsuliyyətinə cəlb edilməsi, məhkum edilməsi, bağlı məlumatlar daxil olmayıb. Ehtiyatda olmanın son yaş həddinə çatdığı üçün 20N6-cı ildən hərbi vəzifəlilərin qeydiyyatından çıxarılmışdır. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli, NN76 nömrəli məktubunda bildirilir ki, İddiaçı adına verilmiş xx.xx.N999-cu il tarixli 0307N9 nömrəli müharibə veteranı vəsiqəsinin geri alınması və ləğv edilməsi barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsində hər hansı bir məlumat yoxdur. -Notarial qaydada təsdiq edilmiş surəti işə əlavə edilmiş 0307N9 nömrəli, xx.xx.N999-cu il tarixli vəsiqədən görünür ki, İddiaçı müharibə veteranl statusu verilmişdir. -Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan şəhər şöbəsinin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-43-87/2-NN25/2023 nömrəli məktubunda bildirilir ki, müvafiq normativ aktların tələblərinə zidd olaraq veteran vəsiqələri verilmiş şəxslər şöbəyə dəvət edilərək, vəsiqələrin təhvil verilməsi tələb edilmiş, onlardan bəziləri, o cümlədən İddiaçı vəsiqəni təhvil verməmişdir. Buna baxmayaraq ona vəsiqə qeyd olunan pozuntu ilə verildiyindən qüvvədən düşümüş hesab olunur. Həmçinin iddiaçıya verilmiş 0307N9 nömrəli, xx.xx.N999-cu il tarixli vəsiqə təhvil verilmədiyi üçün ləğv edilməsi barədə şöbədə məlumat yoxdur. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəmə kollegiyasının sorğusuna cavab olaraq təqdim etdiyi xx.xx.2023-cü il tarixli, 3-25-4/2-6205/2023 nömrəli məktubunda bildirilir ki, İddiaçı verilmiş 0307N9 nömrəli, xx.xx.N999-cu il tarixli vəsiqənin qüvvədə olması barədə nazirlikdə məlumat yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.N-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” N0 aprel 20N5-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Təqdim edilmiş sübutlardan göründüyü kimi iddiaçıya müvafiq status və vəsiqə verilməsinə, eyni zamanda bu statusun ləğv edilməsi barədə hər-hansı inzibati aktın mövcud olmamasına baxmayaraq, iddiaçı yenidən həmin statusun əldə edilməsi ilə bağlı cavabdehə və məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi həmin vəsiqənin qüvvədə olub-olmamasına, başqa sözlə statusun ləğv edilməsi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərarın qəbul edilib-edilməməsinə, bu baxımdan iddiaçının hüquqularına müdaxilə olub-olmamasına qiymət vermədən və iddianın mümkünlük şərtləri üzrə hüquqi dəyərləndirmə aparmadan işə mahiyyəti üzrə baxaraq, iddianı rədd etmişdir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2-N(N20)-769/2023 nömrəli qərarı ləğv edilsin, iddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən N0 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar