Məhkəmə qərarları › İş №2-1(106)-681/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-681/2025

29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-681/2025 29.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X8, üçüncü şəxsin nümayəndəsi X5, üçüncü şəxs X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2-1(120)-805/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı mülkiyyət hüquqlarının ölmüş şəxsə məxsus olması olması haqqında arayışın verilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, 13.5 kv.metr ölşüdə qeyri-yaşayış obyektinin (ayaqqabı təmiri köşkü) mülkiyyət hüquqlarının vəfat etmiş əri X14 məxsus olması haqqında arayışın (hüququn ölmüş şəxsə məxsus olmasına dair) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən X11, Əhaliyə Məişət Xidməti X17 və X9 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb olunmuşlar. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 25 iyun 2025-ci il tarixli, 2- 1(120)-805/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.1997-ci il tarixli, 01 nömrəli Auksion Protokolundan görünür ki, Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyri-yaşayış “Ayaqqabı təmiri” köşkü Lənkəran şəhər ƏMX "xxxx" İKF tərəfindən ******* manat müqabilində auksion vasitəsi ilə X1. Bundan sonra 3987 nömrəli, xx.xx.1997-ci il tarixli Müəssisənin (obyektin) alqı-satqı müqaviləsi ilə Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyri-yaşayış “Ayaqqabı təmiri” köşkü Lənkəran şəhər ƏMX "xxxx" İKF tərəfindən ******* (iki milyon altı yüz doxsan doqquz) manat müqabilində auksion vasitəsi ilə X1. Beləliklə də, iddiaçının mərhum əri həmin əmlak üzərində mülkiyyət hüquqlarını tam qanunauyğun şəkildə əldə etmiş, həmin hüquqlar dövlət tərəfindən tanınmışdır. Belə olan halda 3-cü şəxslərin həmin əmlak üzərində mübahisəsi olsa da, lakin mülkiyyət hüquqları mövcud deyildir. Həmçinin onlar tərəfindən mülkiyyət hüququnu təsdiq edən hər hansı bir sübut əhəmiyyəti daşıyan sənəd də məhkəməyə təqdim edilməmişdir. Cavabdeh orqanın imtinasında göstərilən əsas tələbin təmin edilməsindən imtina üçün əsas ola bilməz, bu dəlillər formal mülahizələrə əsaslanır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 31 may 2017-ci il tarixdə vəfat etmiş əri X12 Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binası olan “Ayaqqabıların təmiri Köşkü” vərəsə olaraq İddiaçı miras qalmışdır. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi ilə Lənkəran şəhər ƏMX (Əhaliyə Məişət Xidməti) "xxxx" İKF (X6) arasında bağlanmış 17 fevral 1997-ci il tarixli, “Müəssisənin (obyektin) 3987 № alqı-satqı müqaviləsi” əsasında ümumi sahəsi 13,5 kv.m. ölçülərində qeyriyaşayış binası olan “Ayaqqabıların təmiri Köşkü” həyat yoldaşı X1. Bu səbəbdən həyat yoldaşı X12 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin ona verilməsi ilə bağlı Lənkəran Rayon 1 saylı Notariat Kontoruna müraciət etmişdir. Notariat kontoru X13 xx.xx.2017-ci il tarixdə vəfat etməsini və vərəsələrin dairəsini müəyyən etmişdir. Əmlak Məsələləri Dövlət Xidmətindən “Ayaqqabı təmiri emalatxanasına” aid sənədlərin təsdiq olunmuş surətləri poçt vasitəsi ilə ona göndərilmişdir. Mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından ötrü 10 saylı Lənkəran Ərazi İdarəsinə müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, hazırki iş üzrə İddiaçı tərəfindən təqdim olunmuş ilkin hüquqmüəyyənedici sənədlər ekspertiza olunan zaman məlum olmuşdur ki, onun tərəfindən hüquqmüəyyənedici sənədlərin əsli təqdim olunmamış, həmçinin əmlak üzərində mübahisə mövcuddur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini) onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, sənədlərin qanunamüvafiqliyi araşdırılarkən faktiki yerində keçirilən müayinənin (çöl ölçmə işləri) nəticəsi olaraq məlum olmuşdur ki, iddiaçı tərəfindən hüquqmüəyyənedici sənədlərin əsli təqdim olunmamış, həmçinin əmlak üzərində mübahisə mövcuddur. Əlavə olaraq bildirilir ki, qeyd olunan daşınmaz əmlak dövlət mülkiyyətində yerləşir. Prosessual məsələlər İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razılaşdığını bildirmiş, həmçinin bildirmişdir ki, mübahisə predmeti olan koşkdə Fərəcov Adillə yanaşı eyni vaxtda digər işçi X10 da işləmişdir və özəlləşmə zamanı əmlakın dəyərinin bir hissəsi onun tərəfindən ödənilmişdir. Hazırda da köşkün bir hissəsindən istifadə edir. Üçüncü şəxs X10 birinci instansiya məhkəməsinin qərarından narazılığını ifadə edərək bildirmişdir ki, həmin köşkdə Fərəcov Adillə birlikdə işləmişdir, buna baxmayaraq, əmlak yalnız Adilin adına özəlləşdirilmiş, bununla da onun hüquqları pozulmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq digər üçüncü şəxs və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -xx.xx.2019-cu il tarixli, 946 nömrəli arayışın surətindən görünür ki, X19 ilə X7 arasında xx.xx.1983-cü il tarixdə 150 nömrəli aktla nikah qeydə alınmışdır. -Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2017-ci il tarixdə ölmüşdür. -xx.xx.1997-ci il tarixli, 01 nömrəli Auksion Protokolundan və 3987 nömrəli, xx.xx.1997-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Lənkəran şəhəri, Səmədzadə küçəsində yerləşən, qeyri-yaşayış “Ayaqqabı təmiri” köşkü Lənkəran şəhər ƏMX "xxxx" İKF tərəfindən ******* (iki milyon altı yüz doxsan doqquz) manat müqabilində auksion vasitəsi ilə X1. Cavabdeh iddiaçı tərəfindən mübahisəli obyektə dair sənədlərin əslinin təqdim olunmadığını bildirsə də, bu hal işin faktiki halları ilə öz təsdiqini tapmır. Belə ki, iş materiallarında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin birinci instansiya məhkəməsinə ünvanladığı məktubda təqdim edilən sənədlərin surətinin həmin sənədlərin arxivdə saxlanılan sənədlərin nüsxəsi ilə eyni olduğu təsdiq edilir (İş materialları, 1-ci cild, 74-84-cü səhifələr). Bununla yanaşı, cavabdehin apellyasiya şikayətində irəli sürdüyü əmlakın mübahisəli olması ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, həmin əmlaka dair mübahisənin mövcudluğu mülkiyyət hüququna dair çıxarışın verilməsini istisna etmir. Belə ki, həmin əmlakın yalnız X2 işdə olan sübutlarla öz təsdiqini tapır, həmçinin üçüncü şəxslər əmlakın A.Fərəcova satılması halının mübahisələndirməmişlər. Cavabdehin imtinasının digər səbəbi ayaqqabı təmiri köşkünün dövlət mülkiyyətində olmasıdır. Nəzərə alınmalıdır ki, iddiaçının vəfat etmiş həyat yoldaşı X3 qeyri-yaşayış obyektini (ayaqqabı təmiri köşkü) öz mülkiyyətinə keçirmədiyindən obyektin hazırda dövlət mülkiyyətində olması qanunauyğundur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. -139-1.1-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. -8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsidir. -12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. -22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın 7.1-ci maddəsinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqları əldə etmiş şəxs həmin hüququ təsdiq edən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış (bundan sonra – çıxarış) almadan öldükdə onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında hüququn ölmüş şəxsə məxsus olması haqqında bu Təlimatın 7.3-cü bəndində göstərilən məzmunda ərazi idarəsinin rəhbərliyi tərəfindən müvafiq elektron imza ilə təsdiqlənmiş elektron arayış verilir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədlərini təqdim edən vərəsənin adına rəsmiləşdirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. -24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 iyun 2025-ci il tarixli, 2-1(120)-805/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar