Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-689/2025 21.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2-1(120)-2789/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, 1975-1977, 1981-1984-cü illərdə Puşkin rayonu İctimai İaşə Birliyində, 1981-ci ildə “Başazmeliorasiyasutikinti” İdarəsinin 55 saylı bufet-yeməkxanasında, 1985-2005-ci illərdə X3 Birliyində olan sığorta stajı, 1977-1979-cu illərdə hərbi xidmət dövrü nəzərə alınaraq, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 07 iyul 2025-ci il tarixli, 2-1(120)- 2789/2025 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ümumi sosial sığorta stajı hesablanarkən yalnız hərbi xidmət illəri (2 il 1 ay 20 gün) və Masallı şəhər İctimai İaşə Birliyində xx.xx.1986-xx.xx.2006-cı illəri əhatə edən əmək fəaliyyəti dövrünə qiymət verilmiş, bu zaman adına əməkhaqqı hesablanan aylar nəzərə alınmaqla cəmi sığorta stajı 17 il 4 ay 19 gün müəyyən edilmişdir. Lakin onun 03 fevral 1975-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasında əksini tapmış Biləsuvar rayon İctimai İaşə Birliyində işlədiyi xx.xx.1975 – 09.031976-cı il, xx.xx.1977 – xx.xx.1977-ci il, xx.xx.1981 - xx.xx.1981-ci il, xx.xx.1981 – xx.xx.1984-cü il, xx.xx.1984 - xx.xx.1984-cü il dövrlərdə topladığı 4 il 11 ay 18 gün, Masallı şəhər İctimai İaşə Birliyində işlədiyi xx.xx.1985 – xx.xx.1985-ci il və xx.xx.2006 - xx.xx.2010-cu il dövrlərdə topladığı 5 il 3 ay 15 gün olmaqla, cəmi 10 il 3 ay 3 gün sığorta stajı araşdırılmadan nəzərə alınmamışdır. Həmçinin, iddiaçının xx.xx.2010-cu il tarixdən xx.xx.2014-cü il tarixədək “Dünya Kriminalı” qəzetinin redaksiyasinda işlədiyi və topladığı 3 il 11 ay 22 gün iş stajına qiymət verilməmişdir. Halbuki, iddiaçının adına tərtib və notarial qaydada təsdiq edilən ИТ-İ ******* nömrəli əmək kitabçasından görünür ki, Biləsuvar rayon İctimai İaşə Birliyində və Masallı şəhər İctimai İaşə Birliyində yuxarıda sadalanan dövrlərdə işlədiyi həmin müəssisələrin səlahiyyətli şəxslərinin imzaları və möhürləri ilə təsdiq olunmuşdur. Beləliklə, İddiaçı “Dünya Kriminalı” qəzetinin redaksiyasinda işlədiyi və topladığı 3 il 11 ay 22 gün iş stajı nəzərə alınmadan belə, hərbi xidmət illəri (2 il 1 ay 20 gün), Biləsuvar rayon İctimai İaşə Birliyində və Masallı şəhər İctimai İaşə Birliyindəki əmək fəaliyyəti illəri (32 il 1 ay 16 gün) nəzərə alınmaqla ümumilikdə 34 il 3 ay 6 gün sosial sığorta stajına malik olması iş materialları ilə tam təsdiq olunur. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 1975-2006-cı illər ərzində ümumilikdə 28 il sığorta stajı vardır. Bu dövrə İT-İ seriyalı ******* nömrəli əmək kitabçasına əsasən təsdiq edilən 1975-1977, 1981-1984-cü illərdə Puşkin rayonu İctimai İaşə Birliyində, 1981-ci ildə “Başazmeliorasiyasutikinti” İdarəsinin 55 saylı bufet-yeməkxanasında, 1985-2005-ci illərdə Masallı rayon İctimai İaşə Birliyində qeyd edilmiş sığorta stajı, 1977-1979-cu illərdə hərbi xidmət dövrü daxildir. 08 oktyabr 2010-cu il tarixdə 4027 saylı şəhadətnamə ilə qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyalarının rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 3.1.1-ci bəndinə əsasən Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı ilədək) əmək pensiyası hüquqlarının nəzərə alınması əmək kitabçasına əsasən müəyyən edilir. Bu səbəbdən Masallı rayon İctimai İaşə Birliyində bufetçi işlədiyi dövrdə müəssisə tərəfindən hər ay ona satış dövriyyəsinə əsasən haqq ödənildiyindən, plan öhdəliklərinə əsasən hesablanan əməkhaqqı məbləğləri hər ay standart olmadığından və bu səbəbdən əməkhaqqları barədə arayış təqdim edə bilmədiyindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X1 Təyinatı üzrə Mərkəzi filialı ona əmək pensiyası təyin etməkdən imtina etmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət, xx.xx.1986-cı il tarixdən xx.xx.2006-cı il tarixədək Masallı rayon X2 Birliyində əmək fəaliyyəti göstərdiyi müddətdə iddiaçının adına əməkhaqqı hesablanan dövrlər də nəzərə alınmaqla cəmi sığorta stajı 17 il 4 ay 19 gün təşkil edir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək iddiaçının fərdi şəxsi hesabının sığorta hissəsində avtomatlaşdırılmış qaydada pensiya təminatına imkan verən pensiya kapitalı qeydə alınmayıb. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaya qarşı etiraz dəlilləri ilə eyni məzmunlu apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmiş, həmçinin iddiaçının ölməsi ilə əlaqədar qəbul ediləcək qərarın məhkəmə kollegiyasının mülahizəsinə buraxdığını bildirmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixdə ölmüşdür. Göründüyü kimi birinci instansiya məhkəməsində yekun qərar qəbul edilməzdən əvvəl iddiaçı artıq ölmüşdür və qərar ölmüş şəxsin barəsində qəbul edilmişdir. Başqa sözlə, məhkəmə tərəfindən ölmüş iddiaçının hüquq varisinin müəyyən edilməsi və əvəz edilməsi istiqamətində prosessual hərəkətlər aparılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Odur ki, qeyd olunan hallar baxımından birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və işin tam, hərtərəfli və obyektiv araşdırılması məqsədilə iş materiallarının birinci instansiya məhkəməsinə qaytarılması məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin qərarı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2-1(120)-2789/2025 nömrəli qərarı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(106)-689/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-689/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver