Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-69/2024 12.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X15 və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X16, İddiaçı, cavabdehin nümayəndəsi X12 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-703/2023 nömrəli qərarından Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01 yanvar 2006-cı il tarixə kimi topladığı ümumi və güzəştli iş stajı əsasında, 14 fevral 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən 36 ay əvvəl 16 iyun 2019-cu il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 23 iyun 2023-cü il tarixli, 2-1(120)- 703/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 14 fevral 2019-cu il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və müraciət tarixindən 36 ay əvvəl, yəni 16 iyun 2019-cu il tarixindən hal-hazıra kimi ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının işlədiyi xx.xx.1983-xx.xx.1998-ci il tarixləri əhatə edən müddət güzəştli iş stajı kimi nəzərə alınmalıdır. Həmin müddət üzrə müvafiq illəri cəmlədikdə iddiaçının güzəştli iş stajı 12 il 06 aydan çox təşkil edir. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 25 sentyabr 1978-ci ildə X10 Zavodunda transportyorçu vəzifəsinə işə qəbul edilmiş, 12 iyun 1979-cu il tarixdə işdən çıxmış, 10 avqust 1979-cu ildə X9 X11 fəhlə vəzifəsinə qəbul edilmiş və 10 oktyabr 1980-ci ildə işdən çıxmışdır. 10 noyabr 1980-29 noyabr 1982-ci il tarixlərində həqiqi hərbi xidmətdə olmuş, 03 mart 1983-cü ildə X1 Müəssisəsinə istilik elektrik stansiyalarında turbogeneratorların təmiri üzrə elektrik çilingəri vəzifəsinə işə qəbul edilmiş və 01 fevral 1995-ci il tarixinə kimi həmin vəzifədə çalışmışdır. 01 fevral-02 mart 1998-ci il tarixində ERA Azərbaycan-X13 usta vəzifəsində çalışmış, 02 mart 1998-15 may 2002-ci illərdə Azeneıjitəmirsazlama müəssisəsində Əli-Bayramlı sahəsində generator və elektrik mühərrikləri təmiri sexində usta işləmişdir. 16 may 2002-19 noyabr 2007-ci il tarixdə Azərenerjixüsusitəmirsazlama MMC-də Generator və Elektrik mühərriklərinin təmiri Sexinin Əli-Bayramlı Sahəsində elektrik çilingəri vəzifəsində işləmişdir. Əmək fəaliyyəti dövrünün 01 yanvar 2006-cı ilə qədər olan hissəsində 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli iş stajı vardır. 01 yanvar 2006-cı ilə qədər ümumilikdə 25 ildən çox ümumi və 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı toplamışdır ki, bu da ona 01 yanvar 2006 -cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə əsasən nəzərdə tutulan yas və staj tələbləri əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün hüquqi əsas verir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı 16 iyun 2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və müraciət tarixindən əvvəlki son 3 il üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi xahiş etmişdir. Lakin iddiaçının ümumi iş stajı 25 ildən, güzəştli stajı isə 12 il 6 aydan az olduğu üçün müraciətin müsbət həllinin mümkün olmayacağı bildirilmişdir. iş materiallarında olan 29 sentyabr 1978-ci il tarixli əmək kitabçasında və "xxxx" ASC-nin iddiaçıya dair 1 aprel 2022-ci il tarixli 08 nömrəli arayışında onun xx.xx.1983-cü il tarixdən xx.xx.1998-ci il tarixədək dövr ərzində “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş istehsalat müəssisəsində çilingər və elektrik çilingəri vəzifələrində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, İddiaçı işlədiyi “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi yuxarıda qeyd olunan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Bu səbəbdən də onun güzəştli iş stajı 1 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan az (2 il 11 ay 29 gün (xx.xx.2003- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Eyni zamanda təqdim edilmiş sənədlərdə qeyd olunan məlumatlara əsasən iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı da 25 ildən az (23 il 1 ay 27 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1980xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1994-cü il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli **********261400 nömrəli məktubunda “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi, Elektro-ERA Azərbaycan-X22 adlı hüquqi şəxslərin dövlət qeydiyyatından keçmələri barədə məlumatın mövcud olmadığı bildirilmişdir. Eyni zamanda 2008-ci ildə Ədliyyə Nazirliyindən təhvil götürülmüş arxiv sənədləri arasında həmin müəssisələrə aid qovluq aşkar edilmədiyi qeyd edilmişdir. Həmçinin iddiaçının işlədiyi “Qafqazenerjitəmir" Xüsusiləşdirilmiş istehsalat müəssisəsi yuxarıda qeyd olunan elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyildir. Birinci instansiya məhkəməsi qeyd olunan sənədlərə və xüsusatlara düzgün hüquqi qiymət verməmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X19 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. -iddiaçıya məxsus hərbi biletin surətindən görünür ki, xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur. -iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, ИТ-l ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2012-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2019-cu il tarixli, 01-7P/313 nömrəli arxiv arayışında bildirilir ki, İddiaçı xx.xx.1998-ci ildən (əmr № 24-ш, xx.xx.1998-ci il) xx.xx.2002-ci ilədək (əmr № 17-ş, xx.xx.2002-ci il) “Azərenerji təmirsazlama müəssisəsinin” Generator və Elektrik Mühərriklərinin Təmiri sexinin Əli-Bayramlı sahəsində usta işləmiş və xx.xx.2007-ci ildən (əmr № 224/3-kş, xx.xx.2007-ci il) xx.xx.2008-ci ilədək (əmr № 123/3-kş, xx.xx.2008-ci il) "xxxx" MMC-nin Tikinti İstehsalat və Xidmət İdarəsinin Əli-Bayramlı Tikinti sahəsində elektrik işləmiş və xx.xx.2009-cu ildən (əmr № 19/8-kş, xx.xx.2009-cu il) xx.xx.2011-ci ilədək (əmr № 30/8-kş, xx.xx.2011-ci il) "xxxx" ASC-nin Sənaye Tikinti İdarəsinin 3 saylı (Şirvan) Tikinti sahəsində elektrik montyoru işləmiş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinə 2-ci hissəsinin “b” bəndindən (əmək müqavilə müddətinin qutarması) əsasən işdən azad edilmişdir. "xxxx" ASC-nin xx.xx.1999-cu il tarixli, 91№-li əmrinə əsasən “Azərenerjitəmirsazlama müəssisəsi” S.İ.Lətifov adına “Azərenerjitəmirsazlama müəssisəsi” adlandırılıb. "xxxx" ASC-nin xx.xx.2002-ci il tarixli, 13 №-li əmrinə əsasən S.İ.Lətifov adına “Azərenerjitəmirsazlama müəssisəsi” ləğv edilmiş və yeni hüquqi şəxs kimi "xxxx" MMC yaradılmışdır. "xxxx"ASC-nin xx.xx.2004-cü il tarixli, AÜ 032 №-li əmrinə əsasən "xxxx" MMC "xxxx" MMC adlandırılmışdır. "xxxx"ASC-nin xx.xx.2005-ci il tarixli, AÜ 040 №-li əmrinə əsasən isə "xxxx"MMC adlandırılıb. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il tarixli, 323 №-li sərəncamına əsasən "xxxx"ASC adlandırılıb. -"xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli, 08 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.1983-cü ildə “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin X8 Stansiyalarındakı Avadanlığın zərərli əmək şəraitində Turbin generatorlarının təmiri üzrə 2-ci dərəcəli çilingər peşəsinə qəbul edilib, xx.xx.1983-cü ildə həmin müəssisədə 3-cü dərəcəli çilingər peşəsinə keçirilib, xx.xx.1987-ci ildə həmin müəssisədə 5-ci dərəcəli elektrk çilingəri peşəsinə keçirilib, xx.xx.1988-ci ildə həmin müəssisədə əmək haqqına yeni tariflərin tətbiqi ilə əlaqədar 4-cü dərəcəli elektrk çilingəri dərəcəsinə keçirilib, xx.xx.1991 -ci ildə həmin sahədə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə keçirilib. xx.xx.1994-cü ildə "Qafqazenerjitəmir" İstehsalat Birliyi xx.xx.1994-cü il tarixli, 61 №-li Əmri ilə "xxxx" Birgə Müəssisəsi adlandırılmışdır və İddiaçı həmin müəssisədə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmişdir, xx.xx.1995-ci ildə həmin müəssisədə usta vəzifəsinə keçirilib və xx.xx.1998-ci ildə Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-ci maddəsinə ( öz xahişi ilə ) əsasən işdən azad edilib. xx.xx.1983-xx.xx.1998-ci il tarixlərində işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının “Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı” fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxar-qaz turbini) avadanlığının, yanacaqötürmə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən və “b” “rəhbər və mütəxəssislər” bəndinə əsasən ustaların işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarının 2 №-li əlavəsinin “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatı”nın 2140000b —23362 saylı şifrəsinə əsasən avadanlığin qoyulmuş yerlərdə təmiri üzrə ustaların və 2140000a- 18455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına uyğun güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. -Azərbaycan Respublikası "xxxx" Açıq Səhmdar Cəmiyyəti “X18” MMC-nin xx.xx.2022-ci il tarixli, 20/206/1/28 nömrəli arayışında bildirilir ki, İddiaçı həqiqətən xx.xx.2003-cü il tarixdən (əmr № 02-n, xx.xx.2003-cü il) xx.xx.2007-ci il tarixinə (əmr № 80-y, xx.xx.2007-ci il) kimi “X21 Satansiyası” MMC-nin Elektrik sexində elektrik avadanlıqlarının təmiri üzrə 6-cı dərəcəli elektrik çilingəri işləmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı, xx.xx.2007-ci il tarixli Qərarının 24-cü, Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölümünün a) fəhlələr bəndinin 28-ci xanasında qeyd edildiyi kimi elektrik çilingərlərinə güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi məqsədəuyğundur. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********4 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçıya məxsus əmək kitabçanda və "xxxx" ASC-nin 1 aprel 2022-ci il tarixli, 08 nömrəli arayışında qeyd edilmiş xx.xx.1983-xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsində çilingər və elektrik çilingəri vəzifələrində işləməsi qeyd olunmuşdur. “Qafqazenerjitəmir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı sahəsinə aid deyil. Eyni zamanda onun təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən 1 yanvar 2006cı il tarixinədək ümumi iş stajı da 25 ildən az (23 il 1 ay 27 gün (xx.xx.1978-xx.xx.1979-cu il, xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1994-cü il, xx.xx.1998-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir, fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cəmi 35726,64 manat təşkil edir. -"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2023-cü il tarixli, 01-PH/504 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışında bildirilir ki, xx xxxxxx 1962-ci il təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1983-cü ildə “Qafqazenerjitəmir” Xüsusiləşdirİlmiş İstehsalat müəssisəsinin X8 Stansiyalarmdakı Avadanlığın zərərli əmək şəraitində Turbin generatorlarının təmiri üzrə çilingər peşəsinə qəbul edilib. xx.xx.1991-ci ildə həmin sahədə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə keçirilib, xx.xx.1994-cü ildə Qafqazenerjitəmir" İstehsalat Birliyi xx.xx.1994-cü il " tarixli, 61 №-li Əmri ilə "xxxx" Birgə Müəssisəsi adlandırılmışdır və İddiaçı həmin müəssisədə 5-ci dərəcəli elektrik çilingəri peşəsinə qəbul edilmişdir. xx.xx.1995-ci ildə həmin müəssisədə usta vəzifəsinə keçirilib və xx.xx.1998-ci ildə Azərbaycan Respublikasının Əmək Qanunlar Məcəlləsinin 37-cİ maddəsinə ( öz xahişi ilə) əsasən işdən azad edilib. xx.xx.1998-ci ildə Azenerjitəmirsazlama” Müəssisəsinin X2 Generator yə Elektrik mühərriklərinin təmiri sahəsinə usta vəzifəsinə qəbul edilib və xx.xx.2002-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən işdən azad edilib. xx.xx.2002-ci ildə "xxxx"ASC-nin "xxxx" MMC-nin Generator və Elektrik mühərriklərinin təmiri sexinin Əli-Bayramlı sahəsinə elektrik çilingəri peşəsinə qəbul edilib və 02.01,2003-cü ildə “Azərenerji" ASC~nin AÜ/195 Saylı, xx.xx.2002-ci il tarixli Əmrinin icrası ilə əlaqədar olaraq "Azərenerjixüsusitəmirsazlama’' MMC-nin Əli-Bayramlı sahəsinin işçilərini Enerjisistemin işinin fasiləsiz idarə olunması və Elektrik Stansiyasında təmir işlərinin operativ şəkildə həyata keçirilməsini təmin etmək məqsədilə Əli-Bayramlı Dövlət Rayon Elektrik Stansiyasına elektrik çilingəri kimi Elektrik sexinin tabeçiliyinə verilib. xx.xx.2007-ci ildə "xxxx"ASC-nin "xxxx" MMC-nin Tikinti İstehsalat və Xidmət İdarəsinin Əli-Bayramlı Tikinti İdarəsinə elektrik peşəsinə qəbul edilib və 31,05.2008-ci ilədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilib. xx.xx.2009-cu ildə "xxxx" ASC-nin Sənaye Tikinti İdarəsinin 3 Saylı Şirvan Tikinti sahəsinə elektrik mantyoru peşəsinə qəbul edilib və 30.03. 2011-ci ildə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması ilə) əmək müqaviləsinə xitam verilib. İddiaçı işlədiyi “Qafqazenerjitəmir’' Xüsusiləşdirilmiş İstehsalat müəssisəsi, "xxxx" Birgə Müəssisəsi, Azenerjitəmirsazlama” Müəssisəsi, "xxxx"MMC-nin Tikinti İstehsalat və Xidmət İdarəsinin Əİi- Bayramlı Tikinti İdarəsi, “Azenco" ASC-nin Sənaye Tikinti İdarəsinin 3 Saylı Şirvan Tikinti sahələri göründüyü kimi X3 olmuşdur və həmin sahələrdə işlədiyi peşə və vəzifələr güzəştli iş staji hesab edilən eyni peşə və vəzifələrin siyahilarında göstərilmişdir. İddiaçı işlədiyi peşələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li Qərarının ‘'Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı" fəsilinə əsasən Elektrik Stansiyaların qazanxana, turbin (buxarqaz turbini) avadanlığının, yarıacaqötünnə avadanlığına və onların işini təmin edən ölçü vasitələri və avtomatikasına xidmət üzrə çilingərlər, elektrik montyorları, bütün adlardan olan elektrik çilingərləri “a” fəhlələr bəndinə əsasən çilingər, elektrik çilingəri və elektrik mantyorlarmm işi xüsusi zərərli əmək şəraitində işlərə aid olduğuna görə güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Saylı Qərarının 2 №-li əlavəsinin "Əmək şəraiti zərəıii və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin“ 2 №-li siyahısının, Xİİİ Fəslinin “Elektrik stansiyaları, enerji qatarları, buxar güc təsərrüfatf'nın 2140000a-18455 saylı şifrəsinə əsasən xidmət üzrə çilingərlər və bütün adlardan olan elektrik çilingərləri kodlarına və 2140000b—23362 saylı şifrəsi ilə qeyd olunan kodlarına uyğundur və güzəştli şərtlərlə pensiya hüququna malikdirlər. Hazırkı arayış işçiyə məxsus əmək kitabçasındakı qeydlər və Azərbaycan Respublikası Ali Məhkəməsinin ləğv edilmiş və fəaliyyət göstərməyən müəssisələrdə çalışan işçilərin ümumi və güzəştli iş stajının təsdiq edilməsi ilə bağlı 18 noyabr 2020-ci il tarixli icmal məktubunun müddəaları əsasında verilir, "xxxx" ASC öz istehsalat profilinə görə hazırda fəaliyyət göstərməyən və ləğv edilmiş “Qafqazenerjitəmir" və “Elektro-ERA" Azərbaycan-X22 ilə eyni istehsalat profili üzrə ixtrisaslaşmışdır. -"xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 01-PH/09 nömrəli məktubunda bildirilir ki, İddiaçı həqiqətən xx.xx.1983-cii ildə "Qafqazenerjitamir” Xüsusiləşdirilmiş İstehsalat müəssisəsinin X8 Stansiyalarındakı Avadanlığın zərərli əmək şəraitində Turbin generatorlarının təmiri üzrə çilingər peşəsinə qəbul edilib. xx.xx.1991-ci ildə həmin sahədə 5-ci dərəcəli elektrik çiliııgəri peşəsinə keçirilib. xx.xx.1994-cu ildə "Qafqazenerjitamir" İstehsalat Birliyi 26.0S,1994-cü il tarixli 61 Ns-ii Əmri ilə "xxxx" Birgə Müəssisəsi adlandırılmışdır və İddiaçı həmin müəssisədə 5-ci dərəcəli elektrik çiliııgəri peşəsinə qəbul edilmişdir. xx.xx.1995-ci ildə həmin müəssisədə usta vəzifəsinə keçirilib və xx.xx.1998-ci ildə öz xahişi ilə əsasən işdən azad edilib. Yuxanda qeyd edilən müəssisələr SSRİ Energetika Nazirliyinə tabe olduğuna görə X14 yarandığı zaman həmin müəssisələrin arxiv sənədləri də Rusiyya Federasiyasının ərazisində (dəqiq yerləri məlum deyildir) qalmişdir. X5 Qazanxana, Turbin və Generatorların təmiri və sazlanma işləri isə Azərbaycan Respublikası Müstəqillik qazandıqdan sonra "xxxx"ASC və onun struktur bölmələri tərəfində yerinə yetirilir. Qeyd olunan məktublarla cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri təkzib olunur və iddiaçının güzəştli iş stajının birinci instansiya məhkəməsinin müəyyən etdiyi həcmdə olması öz təsdiqini tapır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi sosial sığorta stajının olduğu müəyyən edilmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-703/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-69/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-69/2024
12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver