Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-694/2025 22.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X25 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X11, üçüncü şəxsin nümayəndəsi X16 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2-1(120)-2088/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı qərarın hissəvi ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Saatlı Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X8 mülkiyyətinə verilmiş 0,20 ha həyətyanı torpaq sahəsinə əsas olan, Saatlı rayon AİK-nın xx.xx.2022-ci il tarixli, 02 saylı qərarının ona aid olan hissədə ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 02 iyul 2025-ci il tarixli, 2-1(120)- 2088/2025 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia qaldırması üçün müvafiq subyektiv hüquqa malik olub-olmaması və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı mühüm əhəmiyyət kəsb etdiyindən, məhkəmə ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamalıdır. Məhkəmə qeyd etmişdir ki, hər hansı bir subyektiv hüququn mövcudluğu mütləq normativ hüquqi aktlara əsaslanmalıdır. Subyektiv hüquq konstitusiyadan, digər ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gələ bilər. Belə olan halda məhkəmə iddiaçının hazırki iddianı qaldırmaq üçün subyektiv hüququnun olmadığı qənaətinə gəlir. Həmçinin məhkəmə qeyd etmişdir ki, mübahisə predmet olan Saatlı rayon X21 03 may 2002-ci il tarixli, 02 saylı qərarı iddiaçı tərəfindən qanunvericilikdə qeyd edilən müddətlə bağlı şərtlər pozulmaqla 2024-cü ilin noyabr ayında (məhkəməyə daxil olduğu vaxt), yəni uzun müddətdən sonra mübahisələndirmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı mübahisələndirdiyi qərardan uzun müddətdir məlumatlı olmuşdur. Belə ki, həmin qərara əsasən torpaq sahəsi X5 istifadəsində olmuşdur. İş materiallarına əlavə edilən tərəflər arasında 2023-cü ildən başlayan məhkəmə çəkişmələri də iddiaçının uzun müddətdir mübahisələndirdiyi qərardan məlumatlı olduğunu deməyə əsas verir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 1950-1960-cı illərdə atası mərhum X2 rayonu Qara Nuru kəndində həyətyanı sahə almışdır. Həmin həyətyanı sahədə köhnə ev olmuşdur. X20 həmin həyətyanı sahədə köhnə evi sökərək, özünə ev tikmiş və vəfat edənə qədər 14 nəfər ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. Özü xx xxxxxx 1973cü ildə anadan olmuş, həmin tarixdən də mübahisə predmeti olan evdə qeydiyyatda və yaşayır. X7 24 dekabr 2012-ci ildə, anası X3 isə 03 yanvar 2020-ci ildə vəfat etmişdir. Valideynləri vəfat etdikdən sonra X13 ilə birlikdə mübahisəli evdə qeydiyyatdadırlar. Lakin qardaşı X4 rayon Qara Nuru kəndində olan və atasına məxsus evdə yaşamağa qoymamışdır. X1 qarşı Saatlı rayon Qara Nuru kənd 03 saylı təsərrüfat başına kitabın 163cü səhifəsində 261 saylı təsərrüfatda qeydiyyatda olduğu fərdi yaşayış evinə köçürülməyi barədə Saatlı Rayon Məhkəməsində iddia qaldırmışdır. Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(055)-63/2023 saylı qətnaməsi ilə, iddia tələbi təmin edilmişdir. Mərhum X7nun adına olan Saatlı rayon Qara Nuru kənd 03 saylı təsərrüfat başına kitabın 163-cü səhifəsində 261 saylı təsərrüfatda qeydiyyatda olduğu fərdi yaşayış evinə köçürülməyi qət edilmişdir. Hal-hazırda Saatlı Rayon Məhkəməsinin 24 yanvar 2023-cü il tarixli, 2(055)-63/2023 saylı qətnaməsi qüvvədədir. Azərbaycan Respublikasının Dövlət X19 24 noyabr 2023-cü il tarixdə verilmiş 3-48-DA-14F/2-626/2023 saylı arxiv arayışına əlavə olunmuş sənədlərdən görünür ki, mərhum atası X2 rayonu Qara Nuru kəndində yaşamış və onun həyətyanı sahəsi və həmçinin evi olmuşdur. Saatlı rayonu Dövlət Arxivindən 27 noyabr 2023-cü il tarixdə verilmiş 3-48-37 RA saylı arxiv arayışına əlavə olunmuş sənədlərdən görünür ki, şəxsi hesab vərəqəsinin İİİ bölməsində mərhum X7na aid ev 1971-ci ildə tikilib və ümumi sahəsi təqribən 180 kv.m-dir. JN-822A, KOD: 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli, 02 saylı qərarı ilə, X7nun və anası X6 mülkiyyətlərinə 0.25 (iyirmi beş sot) hektar həyətyanı torpaq sahəsi verilmişdir. JN-1138A, KOD: 90806018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında, Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli, 02 saylı qəran ilə, cavabdeh X5 mülkiyyətinə 0.20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Saatlı rayonu İHB-nin Saatlı rayon Qara Nuru kənd İƏD tərəfindən verilmiş 13 noyabr 2023-ci il tarixli, 1275 saylı arayışında qeyd edilir ki, Saatlı rayon Qara Nuru kənd 03 saylı təsərrüfat başına kitabın 163-cü səhifəsində 261 saylı təsərrüfatda mərhum X7ndan qalan evdə X13 ilə birlikdə qeydiyyatdadırlar. Valideynlərindən qalmış əmlakın vərəsələr arasında bölünməsi üçün, Saatlı rayon Notariat Ofisinə ərizə ilə müraciət etmiş, lakin Saatlı rayon Notariat Ofisinin ona göndərdiyi 14 noyabr 2023-cü il tarixli, 527 saylı məktubunda vərəsələr arasında ixtilaf olduğu üçün, vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Saatlı rayon AİK-nın xx.xx.2002ci il tarixli, 02 saylı qərarından onun 2023-cü ildə məlumatı olmuşdur. Həmin tarixdən də məhkəməyə müraciət etmişdir. Buna görə də hesab edir ki, məhkəmədə iddia qaldırmaq üçün müddəti ötürməmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etdi. Cavabdehin və üçüncü şəxsin nümayəndələri ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etməmişlər və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -JN-822A (kod ********) nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Saatlı rayonu, Qara Nuru kənd sakini X17 Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli, 02 saylı qərarı ilə 0,25 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. -JN-1138A (kod ********) nömrəli “Torpağın Mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, Saatlı rayonu Qara Nuru kənd sakini X9 Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli, 02 saylı qərarı ilə 0,20 hektar torpaq sahəsi mülkiyyətinə verilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Saatlı rayonu, Qara Nuru kəndində 0.199970 hektar olan torpaq sahəsi X5 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Saatlı Rayon İcra Hakimiyyəti başçısının Qara Nuru kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli, 1275 nömrəli arayışından görünür ki, İddiaçı halhazırda Saatlı rayon Qara Nuru kənd 03 saylı təsərrüfatbaşına kitabın 163-cü səhifəsində 261 saylı təsərrüfatda mərhum X7ndan qalan evdə bacısı X13yla birlikdə qeydiyyatdadır. -Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli, 02 nömrəli iclas protokolundan çıxarışdan görünür ki, Sabiq “Xətai” adına kolxoz aqrar islahatı komissiyasının 25 dekabr 2001-ci il tarixli, 5 nömrəli iclas protokolu təsdiq edilmişdir. -Saatlı rayonunun Qara Nuru kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəldən görünür ki, X20 və X10 dövlət aktının nömrəsi 52, xəritədə nömrəsi 822, qanuni istifadəsində olan həyətyanı sahə 0,25 ha olaraq qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd olunan əsaslarla iddianı mümkün hesab etməmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir (maddə 10). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin, vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Saatlı rayon Aqrar İslahat Komissiyasının qərarının hissəvi ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisələndirilən Saatlı rayon Aqrar İslahat Komissiyasının 03 may 2002-ci il tarixli, 02 nömrəli qərarı Sabiq “Xətai” adına kolxozun aqrar islahatı komissiyasının 25 dekabr 2001-ci il tarixli, 5 nömrəli iclas protokolunun təsdiq edilməsi ilə bağlıdır və həmin qərarla üçüncü şəxsə, yaxud hərhansı subyektə torpaq sahəsi verilməmişdir. Odur ki, həmin qərarın qanuniliyinin araşdırılması iddiaçının hüquqi marağına xidmət etmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 iyul 2025-ci il tarixli, 2-1(120)-2088/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-694/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-694/2025
22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver