Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-695/2025 05.11.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X14 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, 2-1(120)-1234/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı kompensasiyanın ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ona məxsus fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı 150.000 (bir yüz əlli min) manat kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 09 iyul 2025-ci il tarixli, 2-1(120)- 1234/2025 nömrəli qərarı ilə iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı Masallı rayonu, Qəriblər kəndində yerləşən ona məxsus fərdi yaşayış evlərinin sökülməsi ilə bağlı kompensasiyanın ödənilməsini tələb etsə də, əmlakın sökülməsinə dair hər hansı sübut təqdim etməmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olmuş Qəriblər kəndi ərazisində yerləşən 0.53 ha torpaq sahəsi 2018-ci il tarixdə bölünərək notariat qaydasında bağlanmış alqı-satqı müqavilələri əsasında İddiaçı satılmışdır. Həmin torpaq sahəsi üzərində hüquqları Dövlət qeydiyyatına alınandan sonra üzərində fərdi yaşayış evi inşa etmişdir. Hal-hazırda həmin fərdi yaşıyış evində ailəsi ilə birlikdə yaşayır. Hazırda fərdi yaşayış evinin sökülmədiyi, şəxslərin həmin sahədən çıxarılmadığı müəyyən edilir. Eləcə də, iş üzrə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi qeyd edilsə də, inzibati orqanın iddiaçının hansı hüquqlarını pozduğu müəyyən edilməmiş və iddiaçı tərəfindən iddiasının əsasını təşkil edən hər hansısa sübut, sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçının gələcəkdə hüquqları pozulduğu təqdirdə hazırkı formada iddiaya cavab verməli olan inzibati Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 8 saylı Cəlilabad Ərazi İdarəsi və ya Masallı rayonu Qəriblər bələdiyyəsi olması halı dəqiq müəyyən edilməlidir. İddiaçıya məxsus tikili sökülmədiyindən, qeyd edilən torpaq sahəsindən çıxarılmadığından və qeyd edilənlərin əsasını təşkil edəcək qüvvədə olan yekun məhkəmə aktı olmadığından iddiaçının həmin evin sökülməsi ilə kompensasiya ödənilməsi tələbini irəli sürməyə subyektiv hüququ mövcud olmamışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olmuş Qəriblər kəndi ərazisində yerləşən 0.53 ha torpaq sahəsi 2018-ci il tarixdə bölünərək notariat qaydasında bağlanmış alqı-satqı müqavilələri əsasında müxtəlif ölçülərdə satılmışdır. Həmin şəxslərin almış olduqları torpaq sahələri üzərində xüsusi mülkiyyət hüquqları dövlət qeydiyyatına alınaraq, Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafq çıxarışlar verilmişdir. Torpaq sahələri üzərində hüquqları Dövlət qeydiyyatına alınandan sonra isə təyinatına uyğun üzərində fərdi yaşayış evləri inşa olunmuşdur. X4 iddiaçı qismində Masallı Rayon Məhkəməsinə müraciət edərək cavabdehlər Masallı rayon Qəriblər bələdiyyəsinə, X23 Xidmət Mərkəzinə və DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər İddiaçı, X12, X13 və X5 qarşı AN-İN ******* və AN-İN ******* saylı, 03 aprel 2018-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilələrdən irəli gələn çıxarışların etibarsız sayılmasını tələb etmişlər. Masallı Rayon Məhkəməsi tərəfindən iddia təmin olunmasa da, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(106)-145/221 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətləri təmin edilərək alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi qət edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-6301/2021 saylı qərarı ilə apellyasiya məhkəməsinin sözügedən qərarı qüvvədə saxlanmışdır. Daha sonra iddiaçılar X10 və X11 cavabdehlər İddiaçı, X8 və X9, üçüncü şəxs Masallı rayon Qəriblər Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Qəriblər kəndində yerləşən və 1940-cı illərdən kənd stadionu qismində kənd sakinlərinin istifadəsinə verilən 0.60 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(050)-31/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, tikilmiş fərdi yaşayış evlərinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunsa da Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır və 2(106)-749/2024 iş nömrəsi ilə icraatındadır. İddiaçıların tələbləri təmin olunacağı təqdirdə Masallı rayon Qəriblər Bələdiyyəsi tərəfindən cavabdehlərin uğradıqları maddi zərər üzrə kompensasiya mütləq şəkildə ödənilməlidir. Qəriblər kəndi ərazisində yerləşən həmin torpaq sahəsi əvvəllər stadion tipli idman meydançası olsa da, sonradan Masallı rayon Qəriblər Bələdiyyəsinin qərarı ilə həmin torpağın təyinatı dəyişdirilərək yaşayış məntəqələri torpaq sahəsinə aid edilmişdir. Belə ki, Memarlıq və Tikinti şöbəsinin 05 mart 2018-ci il tarixli rəyinə əsasən həmin torpaq sahəsinin yaşayış kateqoriyalı torpaq sahəsi hesab edildiyi açıq şəkildə görünür. Eləcə də Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən hazırlanmış Daşınmaz Əmlakın texniki vəziyyətini əks etdirən müayinə aktı, torpaq sahəsinin kadastr göstəriciləri, eyni zamanda 24 avqust 2017-ci il tarixli 519 saylı rəyə əsasən torpaq sahəsinin yaşayış məntəqələri torpaqları kateqoriyasına aid hesab edildiyini bildirirmişlər. Əhalinin ümumi istifadəsi üçün yeni stadion başqa ərazidə yenidən inşa edilmişdir. Belə ki, Masallı rayon İcra Hakimiyyəti Başçısı Aparatının Memarlıq və Tikinti Şöbəsinin 05 iyun 2007-ci il tarixli rəyindən görünür ki, Qəriblər kəndində futbolun inkişaf etdirilməsi məqsədi ilə futbol idman meydançası üçün torpaq sahəsi kəndin şimalında yerləşir. Bu səbəblə həmin torpaq sahəsini alarkən bu sənədlərlə tanış olan və bələdiyyənin qərarına etimad edən cavabdehlərdə torpaq sahəsinin təyinatına münasibətdə hər hansı bir şübhə yarana bilməzdi. Digər tərəfdən cavabdehlərin sadəcə bələdiyyə ilə deyil bu torpaq sahəsində fərdi yaşayış evi inşa edərkən birbaşa dövlətin razılığını aldıqlarını, bu səbəblə həmin tikilinin heç bir halda özbaşına tikili olmadığını bildir. Belə ki, fərdi yaşayış evinin layihəsi “Şəhərsalma və Tikinti Məcəlləsi”nin tələblərinə müvafiq olaraq məlumatlandırma icraatı qaydasında Masallı rayon İcra Hakimiyyəti Başçısının Aparatı Memarlıq və Tikinti Şöbəsi ilə 27 sentyabr 2018ci ildə razılaşdırılmışdır. Bununla da icra hakmiyyətinin timsalında dövlətin həmin tikililərdən məlumatlı olduğunu və həmin ərazidə bu tikililərin inşasına dair hər hansı qadağa və ya etiraz edilməmişdir. Eləcə də dövlətin mərkəzi hakimiyyət orqanlarından hesab olunan DƏDRX-in 8 saylı Ərazi İdarsi də alıcıların torpaq üzərində olan mülkiyyət hüququnu tanımışdır ki, bu da sözügedən alqı-satqı müqaviləsi üzrə verilmiş çıxarışlarla öz təsdiqini tapır. Belə ki, Daşınmaz Əmlakın AN-İN ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, 12 mart 2018-ci il tarixli, **********46 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestirindən çıxarışa əsasən Masallı rayonu Qəriblər bələdiyyəsinin mülkiyyətində olan 0.53 ha torpaq sahəsindən 0.06 ha torpaq sahəsi alqı-satqı qaydasında X3, Daşınmaz Əmlakin AN-İN ******* saylı algı-satqı müqaviləsinin surətindən görünür ki, 12 mart 2018-ci il tarixli **********46 reyestr, ********** qeydiyyat nömrəli dövlət reyestirinden çıxarışa əsasən Masallı rayon Qəriblər bələdiyyəsinin mülkiyyətindəolan 0.53 ha torpaq sahəsindən 0.12 ha torpaq sahəsi alğı-satqı qaydasında İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, Masallı rayonu, Qəriblər Bələdiyyəsinin 16 may 2017-ci il tarixli, 05 saylı qərarı, Seçim aktı, torpaq sahəsinin planı, torpaq sahəsinin müayinə aktı, Masallı rayon İcra Hakimiyyətinin Memarliq və Tikinti şöbəsinin xx.xx.2017-ci il tarixli məktubu, rəyi, Komitənin 15 saylı Ərazi şöbəsinin rəyi, yerquruluşundan çıxarışı əsasında Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.53 ha torpaq sahəsinə Masallı rayonu, Qəriblər Bələdiyyəsinin adına 12 mart 2018-ci il tarixli, **********46 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsü və çıxarış verilmişdir. Sonra həmin torpaq sahəsinin 0.12 ha hissəsi İddiaçı Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi ilə alqı-satqı edilmiş və Ərazi İdarəsi tərəfindən 16 aprel 2018-ci il tarixli, **********46 reyestr nömrəli çıxarış və plan-ölçü verilmişdir. Bununla yanaşı həmin torpaq sahəsinin 0.06 ha hissəsi X8 Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsi ilə alqı-satqı edilmiş və Ərazi İdarəsi tərəfindən 16 aprel 2018-ci il tarixli, **********45 reyestr nömrəli çıxarış və plan-ölçü verilmişdir. Masallı rayonu, Qəriblər Bələdiyyəsi Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli alqı- satqı müqaviləsi ilə 0.08 ha torpaq sahəsini X1 və Mənsurə Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.08 ha torpaq sahəsinə öz adına 16 aprel 2018-ci il tarixdə **********48 nömrəli çıxarış və plan və ölçü sənədi almışdır. Masallı rayonu, Qəriblər Bələdiyyəsi Notariat Kontorunun 03 aprel 2018-ci il tarixli alqı-satqı müqaviləsi ilə 0.06 ha torpaq sahəsini X2 və Gülnaz Masallı rayonu, Qəriblər kəndində yerləşən 0.06 ha torpaq sahəsinə öz adına 16 aprel 2018-ci il tarixdə **********47 nömrəli çıxarış və plan və ölçü almışdır. İddiaçılar X6, X7 torpaq sahələrinə verilmiş alqı-satqı müqavilələrin və çıxarışların ləğvi tələbinə qarşı 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən çıxarışlar müdafiə edilmiş və iddia tələbinə qarşı 10 dekabr 2018-ci il tarixdə **********22 saylı məktubla etiraz münasibəti bildirilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)-145/2021 saylı qətnaməsi ilə iddiaçıların iddia tələbləri təmin edilmiş və torpaq sahələrinə verilmiş çıxarışlar ləğv edilmişdir. Həmin Şirvan Apelyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)-145/2021 saylı qətnaməsini Ali Məhkəmənin 29 noyabr 2021-ci il tarixli 2(102)-6301/2021 saylı qərarı ilə dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Şirvan Apelyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)-145/2021 saylı qətnaməsi icra üçün Masallı rayon İcra və Probasiya şöbəsinin 16 avqust 2022-ci il tarixli 30192/22-2 saylı məktubu ilə 8 saylı Cəlilabad Ərazi İdarəsinə daxil olmuşdur. Şirvan Apelyasiya Məhkəməsinin 21 may 2021-ci il tarixli 2(106)- 145/2021 saylı qətnaməsinə əsasən torpaq sahələrinə dair 16 aprel 2018-ci il tarixli **********48 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********45 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********46 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********46 reyestr nömrəli çıxarış, 16 aprel 2018-ci il tarixli **********47 reyestr nömrəli çıxarış ləğv edilmişdir. İnzibati iş üzrə Masallı rayonu Qəriblər Bələdiyyəsinin məhkəməyə cəlb edilməsi məqsədə müvafiqdir. Göstərilən əsaslardan görünür ki, sənədləşmə prosesləri təqdim edilmiş bələdiyyə qərarına əsasən aparılmışdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi sübutlara düzgün qiymət verməmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Masallı rayonu Qəriblər bələdiyyəsinin xx.xx.2018-ci il tarixli, 05 saylı qərarının surətindən görünür ki, Masallı rayonu Qəriblər kənd sakinləri İddiaçı 0,12 ha, Qəriblər bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlarına aid torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədilə ayrılması məqsədə müvafiq hesab edilmişdir. -Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Masallı rayonu, Qəriblər kəndində 0.12 hektar olan torpaq sahəsi İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 109 nömrəli reyestr kitabının 2 nömrəli vərəqində qeydiyyata alınmışdır. -Surətləri təqdim edilmiş məhkəmə qərarlarından görünür ki, X7 cavabdehlər Masallı rayon Qəriblər bələdiyyəsinə, X23 Xidmət Mərkəzinə və DƏDRX-nin 8 saylı Ərazi İdarəsinə, üçüncü şəxslər İddiaçı, X12, X13 və X5 qarşı AN-İN ******* və AN-İN ******* saylı, 03 aprel 2018-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab olunması, həmin müqavilələrdən irəli gələn çıxarışların etibarsız sayılmasını tələbinə dair iddia Masallı Rayon Məhkəməsi tərəfindən iddia təmin olunmmış, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 may 2021-ci il tarixli, 2(106)-145/221 saylı qətnaməsi ilə iddiaçıların apellyasiya şikayətləri təmin edilərək alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş çıxarışların ləğv edilməsi qət edilmişdir. AR Ali Məhkəməsi Mülki Kollegiyasının 29 noyabr 2021-ci il tarixli, 2(102)-6301/2021 saylı qərarı ilə apellyasiya məhkəməsinin sözügedən qərarı qüvvədə saxlanmışdır. Daha sonra iddiaçılar X10 və X11 cavabdehlər İddiaçı, X8 və X9, üçüncü şəxs Masallı rayon Qəriblər Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Qəriblər kəndində yerləşən və 1940-cı illərdən kənd stadionu qismində kənd sakinlərinin istifadəsinə verilən 0.60 ha torpaq sahəsində cavabdehlər tərəfindən inşa edilmiş tikililərin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Masallı Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(050)-31/2022 saylı qətnaməsi ilə iddia təmin olunaraq, tikilmiş fərdi yaşayış evlərinin sökülməsi və cavabdehlərin həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunsa da, Ali Məhkəmənin qərarı ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə qaytarılmışdır. -Masallı rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 5-66/2-1721/2024 nömrəli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Tikinti və Şəhərsalma Məcəlləsinin 80-cı maddəsinin tələblərinə əsasən mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq- planlaşdırma bölməsinin hazırlanması tələb olunur. Sifarişçi İddiaçı sözü gedən fərdi yaşayış evinə dair memarlıq-planlaşdırma bölməsini hazırlatmış və Rayon İcra Hakimiyyəti başçısı aparatının Tikinti və memarlıq şöbəsinin müdiri-baş memarı tərəfindən xx.xx.2018-ci il tarixdə təsdiq olunmuşdur. Şərh olunan sənədlərdən göründüyü kimi məhkəmə qərarları ilə iddiaçıya torpaq sahəsinin satılması ilə bağlı bələdiyyənin və bundan sonra əldə edilmiş digər hüquqmüəyyənedici sənədlər ləğv edilmiş, həmçinin həmin sahədə inşa edilmiş fərdi yaşayış evinin sökülməsi tələbi ilə bağlı məhkəmə araşdırması davam edir, lakin həmin ev faktiki olaraq sökülməmiş və iddiaçıya real zərər vurulması faktı baş verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar olmadığından birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 iyul 2025-ci il tarixli, 2-1(120)-1234/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-695/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-695/2025
05.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver