Məhkəmə qərarları › İş №2-1(106)-697/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-697/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-697/2025 22.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X4 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(120)-1032/2025 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə qarşı ayrı təsərrüfat kimi qeydə alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Laçın Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, ayrı təsərrüfatın olması öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 30 aprel 2025-ci il tarixli, 2- 1(120)-1032/2025 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1990-cı ildə Laçın rayonu, Bozgüney kəndində anadan olmuş və həmin kənddə daimi pasport qeydiyyatındadır. Laçın rayon sakini X5 ilə 2022-ci ildə ailə qurmuş, Ağcabədi rayonu, Taxtakörpü qəsəbəsində müvəqqəti olaraq yaşayır. Ailədə böyük övladdır. Ondan başqa iki qardaşı vardır. Hazırda bir azyaşlı övladı var. Laçın rayonunda Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olaraq işləyir. Dəfələrlə Laçın rayon icra hakimiyyətinə və Laçın rayon İH-in Vağazin kənd ərazi nümayəndəliyinə ərizə ilə müraciət edərək onun ayrı təsərrüfat olmasını xahiş etməsinə baxmayaraq ona heç bir cavab verilmir və onu ayrı təsərrüfat etmirlər. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Laçın rayonunun Vağazin kənd ərazi dairəsinin Bozgüney kəndində daimi qeydiyyatda olan, 1990-cı il təvəllüdlü, hazırda Ağcabədi rayonunun Taxtakörpü ərazisində 256 ailəlik məcburi köçkün qəsəbəsində müvəqqəti məskunlaşmış İddiaçı valideynləri ilə birgə ev təsərrüfatında olduğuna görə və atasının təsərrüfat başçısı olduğu təsərrüfat üzrə işğaldan azad edilmiş Laçın rayonunun Bozgüney kəndinə köçürüləcək əhalinin qayıdış siyahısına daxil edildiyi üçün onun müraciətinin təmin edilməsi mümkün olmamışdır. Eyni zamanda İddiaçı müraciəti ilə əlaqədar fərdi qəbullarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 2020-ci il 28 avqust tarixli, 19/11 nömrəli “Kənd inzibati ərazi dairələri üzrə təsərrüfatbaşına uçot sənədlərinin və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişin təsdiq edilməsi haqqında” qərarının tələbləri ətraflı şəkildə ona izah edilərək, yazdığı müraciət üzrə müvafiq izahat və düzgün istiqamət verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları nəzərə alınmamış, sübutlara düzgün qiymət verilməmişdir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı barədə məlumat verilsə də, gəlməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1990-cı il tarixdə Laçın rayonu, Bozgüney kəndində anadan olmuşdur. -xx.xx.2022-ci il tarixli, AZ-İİ 509551 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X1 xx.xx.2022-ci il tarixdə nikaha daxil olmuşdur. -AA № 384705 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilmişdir. -AA № 329373 nömrəli vəsiqənin surətindən görünür ki, X2 məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının: -26-cı maddəsinin İ və İİ hissəsinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. -60-cı maddəsinin İ və İV hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. -68-ci maddəsinin İ hissəsinə görə hər kəsin dövlət orqanlarının ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranışına hüququ vardır. -71-ci maddəsinin İ, İİ və X hissəsinə görə Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Dövlət orqanları yalnız bu Konstitusiya əsasında, qanunla müəyyən edilmiş qaydada və hüdudlarda fəaliyyət göstərə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 may tarixli 273 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ev təsərrüfatlarının uçotu” Qaydasına əsasən:

1. Bu Qayda “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə uyğun olaraq hazırlanmışdır və ev təsərrüfatlarının uçotunun (bundan sonra – uçot) aparılması qaydasını tənzimləyir.

2. Uçot Azərbaycan Respublikasının rayon, şəhər, şəhər rayonu icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və sahə inzibati ərazi dairələri üzrə yerli icra hakimiyyəti başçısının nümayəndəlikləri (bundan sonra – nümayəndəliklər) tərəfindən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təsdiq etdiyi təsərrüfatbaşına uçot sənədlərinə və təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun aparılır.

3. Uçot aparılarkən ev təsərrüfatının daimi yaşayan üzvləri (bir şəxs və ya şəxslər qrupu) müəyyən edilir. Şəxslər qrupu o halda ev təsərrüfatı hesab edilir ki, onlar bir yaşayış sahəsində (fərdi yaşayış evində, mənzildə) yaşasınlar, öz gəlir və əmlakını tam və ya qismən birləşdirsinlər və bir sıra mal və xidmətlərin, əsasən də mənzilkommunal xidmətləri və qida məhsullarının istehlakını birgə həyata keçirsinlər.

4. Uçot nümayəndəliklər tərəfindən yanvarın 1-dən 30-dək bütün təsərrüfatlarda təsərrüfat başçısını (və ya təsərrüfatın mülki hüquq və fəaliyyət qabiliyyəti olan digər üzvünü) sorğu etmək yolu ilə hər il yanvarın 1-i vəziyyətinə aparılır.

5. Uçot yaşayış məntəqələrində daimi yaşayan şəxslər üzrə aparılır. Ərazidə müvəqqəti məskunlaşmış təsərrüfatlar barədə məlumatlar xüsusi formada qeydə alınır.

6. Bütün üzvləri vəfat edən, yaxud bütün üzvləri digər inzibati ərazi dairəsinə köçən ev təsərrüfatı uçotdan çıxarılır. Cavabdehin imtina məktubu ilə müəyyən olunur ki, Laçın rayonuna köçürülmə işləri ilə əlaqədar təsərrüfatların qeydiyyata alınmasının mümkün olmadığı izah edilmişdir. Qeyd edilməlidir ki, iddia ərizəsinin məzmunundan da göründüyü kimi iddiaçı ayrıca təsərrüfatda yaşamır, gələcəkdə ayrı təsərrüfatda yaşayacağı ehtimalına və niyyətinə əsaslanaraq hazırki iddianı qaldırmışdır. Bu baxımdan da iddia hüquqi və faktiki əsaslara söykənmədiyindən təmin edilməsi üçün əsas yoxdur. Bundan əlavə, yuxarıda qeyd edilmiş normativ sənədə əsasən iddiaçı valideynləri ilə birlikdə yaşayaraq, birgə təsərrüfat apardığından və ayrıca təsərrüfatda (evdə) yaşamadığından onun ayrı təsərrüfat kimi qeydiyyata alınması üçün hüquqi əsas mövcud deyil. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 2-1(120)-1032/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar