Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-7/2023 15.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2-1(120)-640/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 09 avqust 2022-ci il tarixli, 2-1(120)-640/2022 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2011-ci il tarixdə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Keçirilmiş sol ağciyərin yuxarı payının vərəmindən sonrakı qalıq əlamətləri – fibroz və bərk ocaqlar şəklində, əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur. O, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixli, 30 saylı xəstəlik haqqında şəhadətnamə ilə şəhadətləndirilmiş, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Ali Tibb-Ekspertizası Komissiyası tərəfindən xx.xx.2011-ci il tarixdə ona ikinci dərəcə əlillik təyin edilmişdir. O, xx.xx.2011-ci il, xx.xx.2012-ci il, xx.xx.2013-cü il, xx.xx.2014-cü il, xx.xx.2015-ci il, xx.xx.2016-cı il tarixlərdə müvafiq tibbi ekspertiza müayinələrindən keçmiş, onun xx.xx.2021-ci il tarixə kimi ikinci dərəcə əlilliyi təsdiq edilmişdir. Əlillik dərəcəsinin müddətinin 10 il tamam olması, həmçinin növbəti və sonuncu müayinə müddəti çatdığı üçün xx.xx.2021-ci il tarixli elektron göndərişlə cavabdeh inzibati orqana müraciət etmiş, lakin ona əsassız, formal imtina cavabları verilmişdir. O, dəfələrlə müayinə olunmuş, stasionar və ambulator müalicələr almış, lakin səhhətində müsbət dəyişikliklər olmamış, müalicələr nəticəsiz qalmışdır. Məhkəmə qərarına əsasən cavabdeh inzibati orqanda xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərdə əyani müayinədə olmuş, ondan tələb olunan xəstəlik sənədlərinin əsillərini həmin orqana təqdim etmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2021-ci il tarixli göndərişi ilə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda əyani müayinədə olmuş və ona əsas xəstəlik kimi “Bronxial astma, qarışıq forma, nəzarət edilməyən (XBT-10 üzrə kod: J45.8)”, “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” ağırlaşması ilə, yanaşı xəstəliklər kimi “Xroniki bronxit, kəskinləşmə mərhələsində. Keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri – fibroz bərk ocaqlar şəklində (XBT-10 üzrə kod: J42, B90.9)” diaqnozu qoyulmuşdur. Göründüyü kimi, cavabdeh inzibati orqanın formal imtinalarında göstərilən köməkçi diaqnostik müayinələrdən, o cümlədən spirometriya müayinələrindən keçmiş, ixtisaslaşmış dövlət tibb müəssisəsində, yəni Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ətraflı müayinə olunmuşdur. Bütün bunlara baxmayaraq cavabdeh inzibati orqan tərəfindən onun hazırkı vəziyyəti barədə ixtisaslı həkim rəyinin səthi yazıldığı əsas gətirilərək ona müddətsiz ikinci dərəcə əlillik təyin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində o, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, cavabdeh inzibati orqanın formal imtinalarında göstərilən köməkçi diaqnostik müayinələrdən, o cümlədən spirometriya müayinələrindən keçmiş, ixtisaslaşmış dövlət tibb müəssisəsində, yəni Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ətraflı müayinə olunmuşdur. Tibbi müayinələr şüa vasitəsilə aparıldığından hər dəfə müayinəyə getdikdə şüaya məruz qalır, bu da onun səhhətinə əlavə ziyan vurur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək ona xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsi X12 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iddiaçının hazırkı obyektiv vəziyyəti onun “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu.” diaqnozu qoyulmuş əsas xəstəliyi olan “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) xəstəliyini təsdiq etməyə imkan vermir. İddiaçı tərəflərindən əyani müayinə edilmiş, lakin xəstəliyinin dərəcəsi onun “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) olmasını müəyyən etməyə əsas verməmişdi. Bu səbəbdən sağlamlıq vəziyyətinin aydınlaşdırılması üçün iddiaçıya Klinik Tibbi Mərkəzdə müayinə edilməsi bildirilmişdir. Lakin müayinənin nəticəsi barədə hal-hazıra kimi onlara məlumat daxil olmamışdır. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən üçüncü şəxs “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan Bakı İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli, 2-1(112)-5062/2021 nömrəli qərarının surətindən görünür ki, İddiaçı əlillik dərəcəsinin təyin edilməsi ilə bağlı iddiaçının müraciətinə dair inzibati icraatın yenidən aparılması öhdəliyinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin iş üzrə iş materialları ilə müəyyən edilmişdir ki, cavabdeh iddiaçıya əlilliyin təyin edilməsinə dair əsaslı şübhələr olduğunu (vərəmin sağalma mərhələsində olması və sair) qeyd etsə də, bununla bağlı iddiaçını şəxsi əyani müayinəyə cəlb etməmişdir. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsi sözügedən qərarda qeyd etmişdir ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilərkən müvafiq qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcud olması və bununla əlaqədar iddiaçının əyani müayinəyə cəlb edilməsi məhkəmə araşdırması ilə öz təsdiqini tapmamışdır. Beləliklə də, cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarında nəzərdə tutulmuş qaydada inzibati icraatın tam və hərtərəfli olaraq aparılmadığı müəyyən edilir. İşdə olan “Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” Publik Hüquqi Şəxs tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 338/03 nömrəli məktubda qeyd edilmişdir ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı 2 dəfə (xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə) Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Konsultativ poliklinika şöbəsinə müraciət etmişdir. Müvafiq müayinələrdən sonra İddiaçı xx.xx.2021-ci il tarixdə “Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu” spirometriyanın nəticəsi, xx.xx.2021-ci il tarixdə “Bronxial astma, qarışıq forma, nəzarət edilməyən. Xroniki bronxitin kəskinləşməsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Keçirilmiş vərəmdən sonra qalıq əlamətləri – fibroz bərk ocaqlar şəklində” diaqnozu ilə ambulator kartadan çıxarış verilmiş və “Seretid. 50/250 mg” istifadəsi tövsiyə edilmişdir. İşdə olan “Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” Publik Hüquqi Şəxs tərəfindən təqdim edilən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli spirometriyanın nəticələrindən görünür ki, iddiaçının xəstəliyi ilə əlaqədar spirometriyanın nəticələri olaraq “Qarışıq tipli kəskin (əhəmiyyətli) ventilyasiya pozğunluğu” qeyd edilmişdir. İşdə olan “Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, TQS 027 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışın surətindən görünür ki, Mirzəyev X8 Rayon Mərkəzi Xəstəxanası tərəfindən xx.xx.2021-ci il tarixli göndəriş əsasında Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilmiş, ona əsas xəstəlik kimi “Bronxial astma, qarışıq forma, nəzarət edilməyən (XBT-10 üzrə kod: J45.8)”, “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” ağırlaşması ilə, yanaşı xəstəliklər kimi “Xroniki bronxit, kəskinləşmə mərhələsində. Keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri – fibroz bərk ocaqlar şəklində (XBT-10 üzrə kod: J42, B90.9)” diaqnozu qoyulmuşdur. Qısa anamnez: 13 ildir xəstədir. Ambulator və stasionar müalicə alır. Şikayəti – təngnəfəslik, boğulma, öskürək. Pasiyentin obyektiv müayinəsinin nəticələri: Auskultasiyada ağciyərlər üzərində fitverici quru xırıltılar eşidilir. Diaqnostik müayinələr hissəsində qeyd edilmişdir: xx.xx.2021-ci il tarixdə keçirilmiş rentgen müayinəsinin nəticəsi: Solda fibroz fonunda bərk ocaqlar və sağda iltihabi dəyişikliklər görünür. xx.xx.2021-ci il tarixdə keçirilmiş S.P QN 360 müayinəsinin nəticəsi: Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu qeyd olunur. Müalicəvi və əmək məsləhəti olaraq Rayon Mərkəzi Xəstəxanasına göndərilmiş, xəstəyə “Seretid. 50/250 mg” istifadəsi tövsiyə olunmuşdur. İşdə olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubda qeyd edilmişdir ki, vətəndaşın müraciəti əsasında xx.xx.2021-ci il tarixdə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, 30 nömrəli şəhadətnamədə “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Keçirilmiş sol ağciyərin yuxarı payının vərəmindən sonrakı qalıq əlamətləri – fibroz və bərk ocaqlar şəklində. Əhəmiyyətli ventilyasiya pozuntusu. Asteno-nevrotik vəziyyət. Xroniki farinqit” diaqnozlu xəstəliyinin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin obyektiv vəziyyətinin müayinəsi zamanı İddiaçı sağlamlıq vəziyyətinin aydınlaşdırılması üçün Klinik Tibbi Mərkəzdə müayinə edilməsi bildirilmişdir. Müayinənin nəticəsi barədə hal-hazıra kimi Agentliyə məlumat daxil olmamışdır. İşdə olan “Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, PHŞ/6.91-2-2022-435 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, vətəndaş İddiaçı xəstəliyinin hazırkı vəziyyətinin ağırlıq dərəcəsini qiymətləndirmək məqsədilə təkrar müayinədən keçməsi üçün “Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” Publik Hüquqi Şəxsə (ETAXİ) dəvət edildi, lakin o təkrar müayinədən imtina etdi. Bu səbəbdən onun ambulator kitabçasında (№12012) olan məlumatlara əsaslanaraq rəy hazırlanmışdır. Kitabçaya əsasən xəstə ilk dəfə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2021-ci il tarixində ETAXİ-də spirometriya müayinəsindən keçmişdir. Müayinənin nəticəsi: Qarışıq tipli kəskin ventilyasiya pozğunluğu (FVC-22%, FEV1-24%). Xəstə növbəti dəfə Dövlət Tibbi Sosial Ekspertiza Xidmətinin Təşkili Departamentinin xx.xx.2021-ci il tarixli göndərişi ilə tam müayinə və tibbi rəy üçün ETAXİ-yə gəlmişdir. Xəstə müayinələrdən keçib və xəstəyə həkim baxışı olmuşdur. Xəstəyə “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Xroniki bronxit kəskinləşmə mərhələsi. Keçirilmiş vərəmdən sonra qalıq əlamətləri – fibroz bərk ocaqlar şəklində” diaqnoz qoyulmuşdur. Şirvan Apellyasiya Məhkəməsi tərəfindən verilən suallara cavab olaraq bildirilir ki, 1. Dövlət Tibbi Sosial Ekspertiza Komissiyasına ünvanlamaq məqsədə uyğundur. 2. Xəstənin anamnezi, fizikal, instrumental müayinələrinin nəticəsinə əsasən təyin olunmuş “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Xroniki bronxit kəskinləşmə mərhələsi. Keçirilmiş vərəmdən sonra qalıq əlamətləri – fibroz bərk ocaqlar şəklində” diaqnozu kifayət edir. Xəstə ETAXİ-də yalnız ambulator olaraq müayinələrdən keçmiş və daimi olaraq “Seretide. 250/50 mg” diskindən istifadəsi məsləhət görülmüşdür. Nəzərə alsaq ki, bronxial astma xroniki, tez-tez kəskinləşən patologiya olduğundan bu xəstəyə daima həkim müayinəsi və müşahidəsi tələb olunur. Xəstənin keçdiyi spirometriya müayinələrinin nəticəsinə əsasən xəstəliyin orta ağır, tez-tez kəskinləşmə fazasında olması xəstənin həyat keyfiyyətini aşağı salmasına dəlalət edir. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş “Sabirabad Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin həkimi X10 ifadə verərək və məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, o, Sabirabad Rayon Mərkəzi Xəstəxanasının həkimidir. O, həkim kimi iddiaçının müayinəsində və müalicəsində iştirak etmişdir. İddiaçının əvvəlcə “Ağciyərin fibroz vərəmi” xəstəliyi olmuş, aldığı müalicələrlə həmin xəstəliyi qismən sağalmış, lakin həmin xəstəlik nəticəsində iddiaçının ağciyəri zədələndiyindən onda “Qarışıq astma” xəstəliyi yaranmışdır. Belə ki, daxili işlər orqanlarında xidmət keçdiyi dövrdə iddiaçıda “Ağciyərin fibroz vərəmi” xəstəliyi müəyyən edilmişdir. İddiaçının şikayətləri bəlğəmli öskürək, təngnəfəslik, baş ağrıları və baş gicəllənməsi, tez əsəbləşmə ilə əlaqədar olmuşdur. İddiaçı təhkim olunduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1 saylı poliklinikasında xx.xx.2010-cu il tarixdə müayinə olunmuş və ona “Sol tərəfli ocaqlı vərəm” diaqnozu qoyulmuşdur. Diaqnozu dəqiqləşdirmək üçün iddiaçı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müayinə olunmuşdur. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2011ci il tarixədək Sabirabad rayon Ağciyər Xəstəxanasında “Sol ağciyərin ocaqlı vərəmi, infiltrasiya və sağa səpələnmə fazada. Xroniki diffuz endobronxit, boğulma tutmaları ilə” diaqnozu ilə stasionar müalicə almışdır. İddiaçı xx.xx.2011-ci il tarixdə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yenidən müayinədən keçmiş və ona “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Keçirilmiş sol ağciyərin yuxarı payının vərəmindən sonrakı qalıq əlamətləri – fibroz və bərk ocaqlar şəklində. Əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur. İddiaçı uzun müddət xəstəliklə əlaqədar işə çıxmamışdır. Obyektiv müayinənin məlumatları, o cümlədən xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və sair) nəticələri nəzərə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi Xüsusi Həkim Komissiyası qeyd edilən diaqnozu təsdiqləyərək iddiaçının xəstəliyi daxili işlər orqanlarında xidmət keçmə dövründə alması və xidmətə yararsız olması barədə qərar qəbul etmiş və bununla əlaqədar iddiaçıya daxili işlər orqanlarında xidmətə yararsızlıqla əlaqədar xəstəlik haqqında şəhadətnamə təqdim etmişdir. İddiaçının daxili işlər orqanlarında xidmət keçmə dövründə yaranmış xəstəliyi ilə əlaqədar 2011-ci ildə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun bir illik müddətinə ikinci qrup əlilliyi müəyyən edilmiş, daha sonra 2016-cı ilə qədər ikinci qrup əlilliyi hər il bir il müddətinə uzadılmışdır. xx.xx.2016-cı il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyi daha 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Bu qeyd edilənlər işdə olan sənədlərlə mübahisəsiz olaraq öz təsdiqini tapır. İddiaçı xəstələndiyi ilk günlərdən hal-hazıradək Sabirabad Rayon Mərkəzi Xəstəxanasının nəzarətində olmuş, müayinələri və müalicələri davam etdirilmişdir. İddiaçının əlillik müddətinin bitməsi ilə əlaqədar 2021-ci ilin fevral ayında iddiaçıya “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Keçirilmiş sol ağciyərin yuxarı payının vərəmindən sonrakı qalıq əlamətləri – fibroz və bərk ocaqlar şəklində. Əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu qoyularaq bu barədə müvafiq göndəriş Sabirabad Rayon Mərkəzi Xəstəxanasında fəaliyyət göstərən həkim-məsləhət komissiyası tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək, elektron sənəd formasında “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemə ötürülmüş, lakin əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. İşdə olan sənədlərdən də göründüyü kimi, iddiaçının xəstəliyi ilə əlaqədar müvafiq göndərişlər təkrarən xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemə ötürülmüş, lakin müxtəlif səbəblərdən imtinalar verilmişdir. İmtinalara səbəb – “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə əlavə müalicə təyin edilir. Diaqnoz dəqiqləşdirilsin.”; “Göndərişin natamam doldurulması - Səbəb: Köməkçi diaqnostik müayinələr yetərli deyil. Spirometriya müayinəsi”; “Göndərişin natamam doldurulması - Səbəb: 2009-cu ildən xəstə olmasına baxmayaraq stasionar müalicələr haqqında məlumat yoxdur. Xəstəliyin hazırkı ağırlıq dərəcəsini qiymətləndirmək üçün ixtisaslaşmış tibb müəssisəsində (Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu) müayinə tövsiyə olunur.”; “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun ağırlaşmaları və ağırlıq dərəcəsi dəqiqləşdirilsin və ətraflı qeyd edilsin.”; “Göndərişin natamam doldurulması - Səbəb: Əsas diaqnozun ağırlaşmalarını təsdiq edən instrumental müayinələr dəqiqləşdirilsin və ətraflı qeyd edilsin.”; “Göndərişin natamam doldurulması - Səbəb: Xəstənin əsas diaqnozu və ağırlaşmaları dəqiqləşdirilsin və F88 TSER Alt Sistemə yerləşdirilsin.”; “Diaqnozun əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir.”; “Göndərişin natamam doldurulması - Səbəb: Xəstəliyin dinamikası ətraflı qeyd edilsin.” – olmuşdur. İddiaçı 2021-ci ilə qədər, həmçinin 2021-ci ildə əlilliyin müəyyən edilməsi üçün kifayət edəcək qədər Sabirabad Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur (həm ambulator, həm stasionar), daim həkim nəzarətində olmuş, həmçinin diaqnozunun dəqiqləşdirilməsi üçün ixtisaslaşdırılmış xəstəxanaya, yəni Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna göndərilmişdir. Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən xx.xx.2021-ci il tarixdə iddiaçıya əsas xəstəlik kimi “Bronxial astma, qarışıq forma, nəzarət edilməyən (XBT-10 üzrə kod: J45.8)”, “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” ağırlaşması ilə, yanaşı xəstəliklər kimi “Xroniki bronxit, kəskinləşmə mərhələsində. Keçirilmiş vərəmdən sonrakı qalıq əlamətləri – fibroz bərk ocaqlar şəklində (XBT-10 üzrə kod: J42, B90.9)” diaqnozu ilə ambulator kartadan çıxarış verilmişdir. Həmçinin iş materiallarında olan sənədlərə əsasən iddiaçının anamnezi, fizikal, instrumental müayinələrinin nəticəsi onun əsas xəstəliyinin “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) olmasının təsdiq edilməsi üçün kifayət edir. İddiaçının “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu.” diaqnozu qoyulmuş əsas xəstəliyi olan “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) xəstəliyi bir dəfə aparılan müayinə ilə, yəni bir dəfəyə müəyyən ediləsi xəstəlik deyildir. İldə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan bu xəstəlik müəyyən müddət ərzində həkim nəzarəti altında müayinə və müalicələrin həyata keçirilməsi nəticəsində müəyyən edilə bilər. “Qarışıq tipli kəskin (əhəmiyyətli) ventilyasiya pozğunluğu” ilə “kəskin tənəffüs çatışmazlığı” eyni anlayışlardır. İddiaçının xəstəliyi ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunmasaydı ixtisaslaşmış xəstəxana olan Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən ona “Bronxial astma, qarışıq forma, nəzarət edilməyən (XBT-10 üzrə kod: J45.8)”, “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” ağırlaşması ilə diaqnozu qoyulmazdı. Başqa sözlə, həmin əlamətlər olmadan “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) xəstəliyi təsdiq edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddiaçıda tənəffüs çatışmazlığı sözügedən diaqnozu qoymaq üçün tələb olunan ikinci dərəcədən daha yüksək üçüncü dərəcədir. İddiaçıya təyin olunan sözügedən diaqnoz xronikidir və tez-tez kəskinləşən patalogiya olduğundan Sabirabad Rayon Mərkəzi Xəstəxanası tərəfindən ona təyin olunan dərman preparatları ilə hər ay təmin olunur. Hazırda iddiaçının vəziyyəti ağır və tez-tez kəskinləşmə fazasında olduğundan onun həyat keyfiyyəti aşağıdır. İş üzrə apellyasiya instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin məhkəmə-tibb eksperti X6 ifadə verərək və məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirdi ki, onun əlilliyi müəyyən etmək səlahiyyəti yoxdur, əlilliyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertləri müəyyən edir. O, məhkəmə-tibb eksperti kimi xəstəliyi, onun diaqnozunu müəyyən edir. İş üzrə “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, T230/2022 nömrəli ekspert rəyi məhkəmə-tibb eksperti kimi o, yəni X6 və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial eksperti X7 tərəfindən tərtib edilmişdir. Həmin rəy verilən zaman hesab etmişdirlər ki, iddiaçının xəstəliyi ilə əlaqədar dövlət səhiyyə müəssisəsi tərəfindən verilmiş göndərişlərdə olan diaqnozun dəqiqləşdirilməsi üçün iddiaçı ixtisaslaşmış səhiyyə müəssisəsində, yəni Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda əlavə müayinə və müalicə olunmalıdır. Çünki, iddiaçının “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu.” diaqnozu qoyulmuş əsas xəstəliyi olan “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) xəstəliyi bir dəfə aparılan müayinə ilə, yəni bir dəfəyə müəyyən ediləsi xəstəlik deyildir. İldə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan bu xəstəlik müəyyən müddət ərzində həkim nəzarəti altında müayinə və müalicələrin həyata keçirilməsi nəticəsində müəyyən edilə bilər. Hazırda iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı uzun müddət Sabirabad Rayon Mərkəzi Xəstəxanasında müayinə və müalicə olunmuşdur. Həmçinin iddiaçı 2 dəfə ayrı-ayrı vaxtlarda ixtisaslaşmış səhiyyə müəssisəsi olan Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müayinə olunmuş və onun əsas xəstəliyinin “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) olması müəyyən edilmişdir. Həmçinin iddiaçının ayrı-ayrı vaxtlarda keçirilmiş spirometriya müayinəsinin nəticəsində “Qarışıq tipli kəskin (əhəmiyyətli) ventilyasiya pozğunluğu”nun müəyyən edilməsi iddiaçının xəstəliyinin “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) olmasını təsdiqləyir. “Qarışıq tipli kəskin (əhəmiyyətli) ventilyasiya pozğunluğu” ilə “kəskin tənəffüs çatışmazlığı” eyni anlayışlardır. İddiaçının xəstəliyi ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunmasaydı ixtisaslaşmış səhiyyə müəssisəsi olan Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən ona “Bronxial astma, qarışıq forma, nəzarət edilməyən (XBT-10 üzrə kod: J45.8)”, “Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu” ağırlaşması ilə diaqnozu qoyula bilməzdi. Başqa sözlə, həmin əlamətlər olmadan “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) xəstəliyi təsdiq edilə bilməz. Həmçinin qeyd edilməlidir ki, iddiaçıda tənəffüs çatışmazlığı sözügedən diaqnozu qoymaq üçün tələb olunan ikinci dərəcədən daha yüksək üçüncü dərəcədir. Həmçinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən iddiaçının əsas xəstəliyinin ağırlaşması halları, yanaşı xəstəlikləri müəyyənləşdirilmişdir. İş materiallarında olan sənədlərə əsasən iddiaçının anamnezi, fizikal, instrumental müayinələrinin nəticəsi onun əsas xəstəliyinin “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) olmasının təsdiq edilməsi üçün kifayət edir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər (maddə 60). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Avropa İnsan Haqları Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İddiaçının əlilliyin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9, J96-J96.9) (bənd 2.2.3); ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31- J32.9, J35-J37.1, J41.0-J70.9, J84-J86.9, J91-J95.8) (bənd 2.2.4). Həmin Əsasnamənin 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərlə və şahid ifadələri ilə müəyyən etdi ki, iddiaçının əvvəlcə “Ağciyərin fibroz vərəmi” xəstəliyi olmuş, aldığı müalicələrlə həmin xəstəliyi qismən sağalmış, lakin həmin xəstəlik nəticəsində iddiaçının ağciyəri zədələndiyindən onda “Qarışıq astma” xəstəliyi yaranmışdır. Belə ki, daxili işlər orqanlarında xidmət keçdiyi dövrdə iddiaçıda “Ağciyərin fibroz vərəmi” xəstəliyi müəyyən edilmişdir. İddiaçının şikayətləri bəlğəmli öskürək, təngnəfəslik, baş ağrıları və baş gicəllənməsi, tez əsəbləşmə ilə əlaqədar olmuşdur. İddiaçı təhkim olunduğu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 1 saylı poliklinikasında xx.xx.2010-cu il tarixdə müayinə olunmuş və ona “Sol tərəfli ocaqlı vərəm” diaqnozu qoyulmuşdur. Diaqnozu dəqiqləşdirmək üçün iddiaçı Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müayinə olunmuşdur. İddiaçı xx.xx.2010-cu il tarixdən xx.xx.2011-ci il tarixədək Sabirabad rayon Ağciyər Xəstəxanasında “Sol ağciyərin ocaqlı vərəmi, infiltrasiya və sağa səpələnmə fazada. Xroniki diffuz endobronxit, boğulma tutmaları ilə” diaqnozu ilə stasionar müalicə almışdır. İddiaçı xx.xx.2011-ci il tarixdə Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda yenidən müayinədən keçmiş və ona “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Keçirilmiş sol ağciyərin yuxarı payının vərəmindən sonrakı qalıq əlamətləri – fibroz və bərk ocaqlar şəklində. Əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu qoyulmuşdur. Xüsusi müayinələrin (rentgenoloji, laborator, instrumental və sair) nəticələri nəzərə alınmaqla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Tibb İdarəsi Xüsusi Həkim Komissiyası qeyd edilən diaqnozu təsdiqləyərək iddiaçının xəstəliyi daxili işlər orqanlarında xidmət keçmə dövründə alması və xidmətə yararsız olması barədə qərar qəbul etmiş və iddiaçıya daxili işlər orqanlarında xidmətə yararsızlıqla əlaqədar təsdiq edilmiş surəti iş materiallarına əlavə edilmiş xəstəlik haqqında şəhadətnamə təqdim etmişdir. İddiaçının daxili işlər orqanlarında xidmət keçmə dövründə yaranmış xəstəliyi ilə əlaqədar 2011-ci ildə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən onun bir illik müddətinə ikinci qrup əlilliyi müəyyən edilmiş, daha sonra 2016-cı ilə qədər ikinci qrup əlilliyi hər il bir il müddətinə uzadılmışdır. xx.xx.2016-cı il tarixdə Tibbi Sosial Ekspert Komissiyası tərəfindən iddiaçının xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlilliyi daha 5 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Əlillik müddətinin bitməsi ilə əlaqədar 2021-ci ildə dövlət səhiyyə müəssisəsi tərəfindən iddiaçıya “Xroniki bronxit, kəskinləşmə mərhələsi. Keçirilmiş sol ağciyərin yuxarı payının vərəmindən sonrakı qalıq əlamətləri – fibroz və bərk ocaqlar şəklində. Əhəmiyyətli ventilyasiya pozğunluğu” diaqnozu, daha sonra isə ixtisaslaşmış səhiyyə müəssisəsi olan Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən verilmiş iddiaçının dəqiqləşdirilmiş diaqnozuna dair ambulator kitabçadan çıxarış əsasında “Qarışıq astma, nəzarət edilməyən kəskin ventilyasiya pozğunluğu, üçüncü dərəcə tənəffüs çatışmazlığı” diaqnozu qoyularaq bu barədə müvafiq göndərişlər 7 dəfə “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemə ötürülmüş, lakin hər dəfə cavabdeh tərəfindən müxtəlif səbəblər göstərilərək iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan kimi cavabdeh ilk imtinaların səbəblərini tam aydın şəkildə göstərilməli idi ki, süründürməçiliyə səbəb olmasın, məlumatları göndərən dövlət səhiyyə müəssisəsinin vəzifəli şəxsi hansı texniki səhvlərə yol verməsini ilkin imtinalardan görsün, texniki səhvlərini aradan qaldırsın, əlilliyin təyin edilməsi üçün müraciət edən şəxsin müayinə və müalicəsi ilə əlaqədar bütün tədbirlərini görsün. 2021-ci ildə dövlət səhiyyə müəssisəsi tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə daxil edilərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemə ötürülmüş göndərişlərdə texniki yanlışlıqların olmasında iddiaçının heç bir təqsiri yoxdur. Eyni zamanda, qanunvericilik imkan verir ki, zərurət yarandığı təqdirdə əlilliyin təyin edilməsi üçün müraciət edən şəxs əyani müayinəyə cəlb edilsin. İşin faktiki hallarından da, görünür ki, Bakı İnzibati Məhkəməsi tərəfindən əlillik dərəcəsinin təyin edilməsinə dair iddiaçının müraciəti ilə əlaqədar inzibati icraatın cavabdeh tərəfindən davam etdirilməsi ilə əlaqədar qərar qəbul edildikdən sonra iddiaçı barədə dövlət səhiyyə müəssisəsinin göndərişlərinə bir neçə dəfə müxtəlif səbəblərdən yenidən imtina verilmiş, iddiaçı xəstəliyi ilə əlaqədar ixtisaslaşmış səhiyyə müəssisəsi olan Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda 2 dəfə müayinə olunmuş, nəhayət, xx.xx.2021-ci il tarixdə iddiaçı müraciəti əsasında cavabdeh tərəfindən əyani müayinə olunmuşdur. Əyani müayinənin nəticəsi olaraq iddiaçıya sağlamlıq vəziyyətinin aydınlaşdırılması üçün Klinik Tibbi Mərkəzdə müayinə edilməsi bildirilmişdir. Lakin iddiaçının 2 dəfə ixtisaslaşmış səhiyyə müəssisəsində, yəni Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müayinə olunmasına baxmayaraq onun hansı səbəbdən Klinik Tibbi Mərkəzdə müayinə edilməli olması cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır. Həmçinin işdə olan “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, T230/2022 nömrəli ekspert rəyi həmin Publik Hüquqi Şəxsin ali dərəcəli məhkəmə-tibb eksperti X6 və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial eksperti X7 tərəfindən tərtib edilmişdir. Göründüyü kimi, sözügedən rəyi tərtib edən iki ekspertdən biri olan X7 cavabdeh inzibati orqanın ekspertidir. Həmçinin həmin ekspert rəyi əsaslandırılmamış, cavabdeh inzibati orqanın mövqeyi əsaslandırılmadan təsdiq edilmişdir. Ona görə də, hazırkı iş üzrə düzgün nəticəyə gəlmək üçün sözügedən ekspert rəyi mötəbər hesab edilə bilməz. Ona görə də, “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin məhkəmətibb eksperti X6 iş üzrə apellyasiya instansiyası məhkəməsinin iclasında şahid qismində dindirilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının ixtisaslaşmış səhiyyə müəssisəsi olan Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu.” diaqnozu qoyulmuş əsas xəstəliyi olan “Qarışıq astma” (“Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı. 10-cu baxış” (XBT-10) üzrə kod: J45.8) xəstəliyi bir dəfə aparılan müayinə ilə, yəni bir dəfəyə müəyyən ediləsi xəstəlik deyildir. Bu xəstəlik müəyyən müddət ərzində həkim nəzarəti altında müayinə və müalicələrin həyata keçirilməsi nəticəsində müəyyən edilə bilər. İddiaçı Sabirabad Rayon Mərkəzi Xəstəxanasında daim həkim nəzarətində olmuş və uzun müddətdir ki, müayinə və müalicə olunur. Həmçinin iddiaçı 2 dəfə ayrı-ayrı vaxtlarda ixtisaslaşmış səhiyyə müəssisəsi olan Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müayinə olunmuş və onun əsas xəstəliyinin “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) olması müəyyən edilmişdir. Həmçinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən iddiaçının əsas xəstəliyi, əsas xəstəliyinin ağırlaşması halları, yanaşı xəstəlikləri müəyyənləşdirilmişdir. Bununla yanaşı, işə apellyasiya qaydasında baxılarkən iş üzrə apellyasiya instyansiyası məhkəməsinin mütəxəssis rəyinin verilməsinə dair qərardadı əsasında “Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu” Publik Hüquqi Şəxs tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, PHŞ/6.91-2-2022-435 nömrəli mütəxəssis rəyi ilə də müəyyən edilmişdir ki, iddiaçının anamnezi, fizikal, instrumental müayinələrinin nəticəsi ona “Bronxial astma, qarışıq forma, nəzarət olunmayan kəskinləşmə mərhələsi. Qarışıq tipli əhəmiyyətli ventilyasiya pozğunluğu. Xroniki bronxit kəskinləşmə mərhələsi. Keçirilmiş vərəmdən sonra qalıq əlamətləri – fibroz bərk ocaqlar şəklində” diaqnozunun təyin edilməsi üçün kifayət edir. Eyni zamanda, sözügedən mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, bronxial astma xroniki, tez-tez kəskinləşən patologiya olduğundan iddiaçıya daima həkim müayinəsi və müşahidəsi tələb olunur. İddiaçının keçdiyi spirometriya müayinələrinin nəticəsinə əsasən xəstəliyin orta ağır, tez-tez kəskinləşmə fazasında olması onun həyat keyfiyyətini aşağı salır. Həmçinin iş üzrə apellyasiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin məhkəmə-tibb eksperti X6 da işdə olan sənədlərə əsasən iddiaçının anamnezinin, fizikal, instrumental müayinələrinin nəticəsinin onun əsas xəstəliyinin “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) olmasının təsdiq edilməsi üçün kifayət etdiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması nəticəsində iş materialları və şahid ifadələri ilə iddiaçının əsas xəstəliyinin “Qarışıq astma” (XBT-10 üzrə kod: J45.8) olması öz təsdiqini tapmışdır. İddiaçının əlilliyin təyin edilməsi ilə bağlı cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci və 2.2.3-cü bəndlərinə əsasən ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31- J32.9, J35-J37.1, J41.0-J70.9, J84-J86.9, J91-J95.8) olduğu halda şəxsə ikinci dərəcə əlillik təyin edilir. Həmçinin iddiaçı 2011-2021-ci illərdə fasiləsiz ikinci dərəcə əlil olmuşdur. Belə olan halda, iddiaçıya əlilliyinin növbəti qiymətləndirmə tarixindən, yəni xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Beləliklə, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2-1(120)-640/2022 nömrəli qərarı ləğv edilməli, İddiaçı iddia tələbi təmin edilməli, İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 2-1(120)-640/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı iddia tələbi təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən müddətsiz ikinci dərəcə əlilliyin təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-7/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-7/2023
15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver