Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-7/2024 07.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X9 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Hüseynov Fikrət Cilingir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərbi xidmətdən ehtiyata buraxılmağı barədə xx.xx.2021-ci il tarixli, 050 ƏÇ nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi” tələbinə dair iddiası üzrə Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli 2-1(120)-1665/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini- Azərbaycan Ordusunun Baş Qərargah rəisinə qarşı iddia ərizəsiilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Tərtər Hərbi Prokurorluğunun 2/59C-21 saylı, 28 oktyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən, “Cinayət isinin başlanmasının rədd edilməsinə dair” qərarı nəzərə alınaraq, Azərbaycan Respublikası X6 müavini - Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin 20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa olunaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətə göndərilməyi və buraxılmış müddətə görə əmək haqqının və digər müavinətlərin tam olaraq ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafıə Nazirliyinin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsi iddiaçının qeydiyyat ünvanının Cəbrayıl rayonu olduğunu, Cəbrayıl rayonu isə Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırki mübahisəyə həmin məhkəmə tərəfindən baxılmalı olması qənaətinə gələrək xx.xx.2022-ci il tarixli, 2-1(112)-5234/2022 nömrəli qərardadı ilə işi baxılması üçün aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisi Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz olunmuşdur. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 20 oktyabr 2021-ci il tarixli, 050 əç nömrəli əmrinin ləğv edilməsi və hərbi xidmətə bərpa olunması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxx 1996-cı ildə Hacıqabul rayonunda anadan olmuşdur. Orta təhsillidir. Hərbi vəzifəlidir, 04 iyul 2014-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılaraq, Müdafıə Nazirliyinin N saylı hərbi hissəsinin şəxsi heyətinin siyahısına salınmışdır. 24 avqust 2014-cü il tarixdə N saylı hərbi hissədə hərbi and qəbul etmişdir. 01 oktyabr 2014-cü il tarixdən 01 yanvar 2016-cı il tarixədək MN- nin N saylı hərbi hissəsində hərbi xidmət etmişdir. Ehtiyata buraxıldıqdan sonra könüllü olaraq, 18 may 2016-cı il tarixdən 19 aprel 2019-cu il tarixədək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının 12318 saylı Hərbi Hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət etmişdir. 01 aprel 2021-ci il tarixdən N oktyabr 2021-ci il tarixədək Müdafıə Nazirliyinin N saylı Hərbi Hissəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi sürücü vəzifəsində xidmət etmişdir. Azərbaycan RespublikasıMüdafıə Nazirinin 20 oktyabr 2021-ci il tarixli, 050 əç saylı əmri ilə “Hərbi xidmətkeçmə lıaqqında” Əsasnamənin 156-cı maddəsinin “E” bəndinə əsasən «xidməti uyğunsuzluğa görə» Müdafıə Nazirliyinin N saylı hərbi hissə komandirinin N oktyabr 2021-ci il tarixli, 316 saylı əmri ilə ehtiyata buraxılaraq, qeydiyyata durmaq üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Cəbrayıl Rayon Şöbəsinə göndərilmişdir. Hərbi qanunvericiliyə riayət edərək, 28 oktyabr 2021-ci il tarixdən hərbi qeydiyyata alınmışdır. Onun hərbi xidmətdən vaxtından əvvəl tərxis olunmağına əsas səbəb kimi, Kürdəmir rayonunda ezamiyyətdə olarkən, hərbi qulluqçular arasında basvermiş anlaşılmaz hadisə ilə əlaqədar toplanmış material sənədləri olmuşdur. Tərtər Hərbi Prokurorluğunda 22/59C-21 saylı araşdırma materialı üzrə 28 oktyabr 2021-ci il tarixlibarəsində cinayət isinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2 (əməlində cinayət tərkibinin olmaması) maddəsinə əsasən rədd edilməsi barədə qərar qəbul edilmişdir. Xidmət etdiyi Miidafıə Nazirliyinin N saylı Hərbi Hissə Komandanlığı Tərtər Hərbi Prokurorluğu tərəfındən araşdırmanın nəticəsini gözləmədən, tələm-tələsik onunbarəsində ədalətsiz qərar qəbul edərək, onun konstitusion hüquqlarını pozmuşdur. Hesab edir ki, X6 müavini - Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin barəsində çıxartdığı 20 oktyabr 2021-ci il tarixli, 050 əç saylı əmri ləğv edilməli, onun hərbi xidmətə bərpa olunaraq hərbi xidmətini davam etdirmək barədə qərar qəbul edilməlidir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli müvafiq əmrini yalnız 2022-ci ilin yanvarında məhkəməyə müraciət edərək mübahisələndirmiş, bununla da iddia müddətini ötürmüşdür. Qeyd etmək lazımdır ki, Tərtər hərbi prokurorluğunun “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı xx.xx.2021-ci il tarixdə qəbul olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarında qeyd olunmuşdur ki, “inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə qərara alınır ki, ... məhkəmələr ilk növbədə ... İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini ... yoxlamalıdırlar (2.3-cü bənd); ... Məhkəmənin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tututlmuş mümkünlük şərtləri ilə yanaşı ayn-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (... iddianın verilməsi müddətinə əməl olunması) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd) Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.2-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Mülki Məcəllənin375.2-ci maddəsində göstərilib ki, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair’’ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarında göstərilmişdir: “Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərinin qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüququ bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərını müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerınə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüququ münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zamin yaradardı. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı xx.xx.2021-ci il tarixli əmri 2 ay keçdikdən sonra mübahisələndirilməklə iddia müddətini ötürmüşdür. Göstərilənlərə əsasən məhkəmədən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(120)-1665/2022 saylı qərarı ilə (hakim Fehruz Abbasov) iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia tələbinə qarşı verilmiş etirazla əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi iş materialları üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmamış, işdə olan sübutlara düzgün qiymət verməmiş və bunun nəticəsində qanuni və əsaslı olmayan yekun məhkəmə aktı qəbul etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(120)-1665/2022 saylı qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(120)-1665/2022 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək inzibati işə “hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin Birincimüavini - Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2021-ci il tarixli, 050əç nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi” kimi baxılmasını xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. 76-cı maddəsinin İ hissəsinə görə vətəni müdafiə hər bir vətəndaşın borcudur. Qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçirlər. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41.0-cı maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: 41.0.1. xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); 41.0.2. yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; 41.0.3. xəstəliyə görə – hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; 41.0.4. ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.5. ailə vəziyyətinə görə qadınlar və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – «Hərbi xidmətkeçmə haqqında» Əsasnamədə müəyyən edilmiş əsaslara görə; 41.0.6. xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla); 41.0.7. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə uyğun olaraq və ya intizam qaydasında hərbi rütbədən məhrum edildikdə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və «Azərbaycan Respublikası Silahlı X2»nin 61-ci bəndinin «z)» yarımbəndində nəzərdə tutulmuş hallar istisna olmaqla); 41.0.8. törədilmiş cinayətə görə hərbi vəzifələri tutma hüququndan məhrum etmə və ya müəyyən müddətə azadlıqdan məhrumetmə (bu Qanunun 38.5-ci maddəsində nəzərdə tutulmuş hallar və şərti məhkum edilmiş şəxslər istisna olmaqla) növündə cəzalara məhkum edildikdə; 41.0.9. öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər; 41.0.10. Azərbaycan Respublikasının vətəndaşı olan hərbi qulluqçularla bağlaşma ləğv edildikdə. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin; 156-cı bəndinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: “... e) xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ...” 161-ci bəndinə əsasən həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. 162-ci bəndinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir; 168-ci bəndinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156–158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir.. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun: 1-ci maddəsinə əsasən Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 48.1-ci maddəsinə əsasən inzibati icraatla bağlı hərəkətlər bu Qanunla və Azərbaycan Respublikasının başqa müvafiq qanunları ilə müəyyən edilmiş müddətlərdə həyata keçirilir. 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. 61.2-ci maddəsinə görə əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. 61.4-cü maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. 61.5-ci maddəsinə görə aşağıdakı hallarda inzibati aktın əsaslandırılması tələb olunmur: (61.5.1) inzibati orqan tərəfindən maraqlı şəxsin ərizəsi təmin olunduqda və ya maraqlı şəxsə münasibətdə əlverişli inzibati akt qəbul edildikdə, (61.5.2) inzibati orqan tərəfindən çoxlu sayda analoji inzibati aktlar qəbul edildikdə və ya inzibati aktlar texniki (avtomat) qurğuların köməyi ilə qəbul edildikdə və hər belə inzibati aktı ayrılıqda əsaslandırmağa ehtiyac olmadıqda, (61.5.3) inzibati orqan tərəfindən qəbul edilmiş ümumi xarakterli sərəncam aşkar surətdə qeyri-müəyyən sayda şəxsə elan olunduqda və ya kütləvi informasiya vasitələrində dərc olunduqda, (61.5.4) Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hallarda. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3-cü madəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli və iddia təmin edilməlidir. Belə ki, işin hallarına görə iddiaçı “hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Müdafiə Nazirinin Birincimüavini - Azərbaycan Ordusunun Baş Qərargah Rəisinin xx.xx.2021-ci il tarixli, 050əç nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası AR İPM-nin 13-cü maddəsini rəhbər tutub, tələbin dəqiləşdirilməsi ilə bağlı iddiaçıya yardım etmiş və iddiaçı məhkəmənin yardımını nəzərə alıb, tələbini dəqiqləşdirərək “hərbi xidmətdən ehtiyata buraxılmağı barədə xx.xx.2021-ci il tarixli, 050 ƏÇ nömrəli əmrin ona aid olan hissədə ləğv edilməsi və hərbi xidmətə bərpa edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, onun hüquqi marağı həmin əmrin yalnız ona aid hissəsinin ləğv edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası iddiaçının tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəsinin icraata qəbul etmişdir. Məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir. Mübahisələndirmə haqqında iddia onunla səciyyələnir ki, iddiaçı onu əlverişsiz vəziyyətə salan, yəni onun hüquqi sferasına müdaxilə edən inzibati aktın ləğv edilməsini və ya dəyişdirilməsini məhkəmədən tələb edir. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Başqa sözlə mübahisələndirmə haqqında iddia o halda əsaslı sayılır ki, mübahisələndirilən inzibati akt qanuna zidd olsun və bunun nəticəsində iddiaçının hüquqlarını pozsun. Eyni zamanda Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsində mübahisələndirmə haqqında iddianın təmin edilməsi üçün hansı şərtlərin mövcud olması sadalanmışdır. Həmin maddəyə əsasən məhkəmə inzibati aktı, yalnız onun qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda ləğv edir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, N nömrəli hərbi hissənin “müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının şərəf məhkəməsi”nin xx.xx.2021-ci il tarixli qərarında qeyd olunan “müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu çavuş İddiaçı xidmət etdiyi müddət ərzində “vəzifəsinin öhdəsindən çətinliklə gəlməsinin, nizam-intizamsız hərbi qulluqçu olmasının” yalnız sözlə ifadə olunan nöqsanlar olmasınıvə hər hansı bir sübut və ya dəlillə təsdiq edilməməsini, habelə 24 iyul 2021-ci il tarixində Kürdəmir rayonu Şıxımlı kəndində ezamiyyətdə olduğu zaman İddiaçı avtomobili yaxınlıqda yerləşən kafenin birinə sürərək spirtli içki qəbul etməsi, daha sonra yol hərəkət qaydalarını kobud şəkildə pozaraq avtonəqliyyat vasitəsini idarə etməsi, kənd ərazisində ictimai əsayişi pozaraq özü ilə bir maşında gedən yoldaşı gizir B.Zeynalova məxsus olan səs tapançasından 7-10 dəfə atış açaraq kənd sakinləri arasında qorxu,təşviş yaratması, eləcə də N nömrəli hərbi hissənin komandanlığı tərəfindən İddiaçı barəsində qərarda qeyd olunan nöqsanların əsaslılığını təsdiq edənsübutların mövcudluğunun araşdırılmamasını nəzərə alaraq, məhkəmə çavuş İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrin verilməsinə səbəb olan “şərəf məhkəməsi”nin xx.xx.2021-ci il tarixli qərarının hərbi qulluqçunun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması üçün mötəbər sübut və ciddi əsas kimi qiymətləndirilməsini mümkün hesab etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, işin mahiyyəti üzrə əlavə olaraq aşağıdakıları qeyd edir: Belə ki, hazırda mübahisələndirilən Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin 20 oktyabr 2021-ci il tarixli, 050əç nömrəli əmrinin və həmin əmrin verilməsinə əsas olan N nömrəli hərbi hissənin komandiri tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli təqdimatın, o cümlədən N nömrəli hərbi hissənin MAHHXHQ-nın xx.xx.2021-ci il tarixli şərəf məhkəməsinin qərarının məzmunundan görünür ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına əsas onun 24 iyul 2021-ci il tarixində Kürdəmir rayonu Şıxməmmədli kəndində ezamiyyətdə olduğu zaman saat 20:30 radələrində qaydaları pozaraq hərbi hissəyə məxsus avtonəqliyyat vasitəsini təyin olunmuş marşurutla idarə etməmiş, avtomobili yaxınlıqda yerləşən kafenin birinə sürərək spirtli içki qəbul etmiş daha sonra yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtonəqliyyat vasitəsini idarə etmiş, kənd ərazisində ictimai asayişi pozaraq özü ilə bir maşında gedən yoldaşı gizir B.Zeynalova məxsus olan səs tapançısından 7-10 dəfə atəş açaraq kənd sakinləri arasında qorxu, təşviş yaratması olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin əsaslılığını və hazırda mübahisələndirilən inzibati aktın qanuniliyini yuxarıda şərh olunan hüquq normaları ilə yanaşı aşağıdakı sübutlarla qiymətləndirməyi zəruri hesab edir: İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirinin Birincimüavini - Azərbaycan Ordusunun Bas Qərargah Rəisinin 20 oktyabr 2021-ci il tarixli, 050əç nömrəli əmrindən çıxarışdan görünür ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, mühafizə və təminat briqadasının (N nömrəli hərbi hissə) avtomobil taborunun avtomobil bölüyünün (minik avtomobillərinin) avtomobil tağımının avtomobil manqasının sürücüsüçavuş İddiaçı həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İş materiallarında olan Tərtər hərbi porkurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X4 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 oktyabr 2021-ci il tarixli qərarının surətindən görünür ki, N nömrəli hərbi hissənin giziri X3 24 iyul 2021-ci il tarixdə saat 23:00 radələrində Kürdəmir rayon Yeni Şıxımlı kənd ərazisində üzərində olan siqnal tapança ilə havaya 6-7 dəfə atəş açması əməlində cinayət tərkibi olmadığından barəsində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, eləcə də N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi qulluqçusu, çavuş İddiaçı B.G.Zeynalovun törətdiyi əməlləri ilə əlaqəsi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən məhkəməyə ünvanlanmış N nömrəli hərbi hissənin xx.xx.2023-cü il tarixli, 1093 nömrəli məktubunda qeyd olunur ki, N nömrəli hərbi hissə komandirinin nizami hissə üzrə əmrlər və hərbi hissəyə müvəqqəti gəlmiş və müvəqqəti getmiş hərbi qulluqçuların qeydiyyat kitabları (forma-5) xx.xx.2022-ci il tarixli telefonoqrammaya əsasən Dövlət Təhlükəsizlik Xidmətinə göndərilmişdir. Odur ki, N nömrəli hərbi hissənin sabiq müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu çavuş İddiaçı xx.xx.2021-ci il tarixdə töhmət, xx.xx.2021-ci il tarixdə xəbərdarlıq olması barədə məlumatları, həmçinin sonuncunun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ezamiyyətdə olub-olmamasını təsdiq edən sənədləri təqdim etmək mümkün deyildir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 31 iyul 2023-cü il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş N nömrəli hərbi hissənin komandirinin nizami hissə üzrə 43 nömrəli əmrlər kitabının 4-cü cildindən minik avtomobilləri bölüyünün sürücüsü MAHHXHQ çavuş İddiaçı Kürdəmir və Yevlax şəhərlərinə ezam olunması haqqında xx.xx.2021-ci il tarixli, 188 nömrəli əmrin 2-ci paraqrafının 4-cü bəndinin surəti məhkəməyə təqdim olunması üçün göndərilmiş, lakin qeyd olunan əmrlər kitabında İddiaçı xx.xx.2021-ci il tarixdə töhmət, xx.xx.2021-ci il tarixdə xəbərdarlıq növündə intizam cəzası almasına dair əmr aşkar olunmamışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 04 noyabr 2023-cü il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin sabiq hərbi qulluqçusu çavuş İddiaçı ilə bağlı töhmət və xəbərdarlıq əmrlərin, eləcə də onun ezamiyyətdə olması və xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına dair əmrin verilməmişdən öncə izahatının alınması ilə bağlı sənədlərin həmin hərbi hissə tərəfindən DTX-yə təqdim edilmiş sənədlərin sırasında olmadığından həmin sənədlərin göndərilməsi mümkün olmamışdır. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 31 iyul 2023-cü il tarixli məktubuna əlavə edilmiş Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin komandirinin nizami hissə üzrə 43 nömrəli əmrlər kitabının 4-cü cildindən görünür ki, minik avtomobilləri bölüyünün sürücüsü MAHHXHQ çavuş İddiaçı Kürdəmir və Yevlax şəhərlərinə 30 (otuz) günlük ezamiyyətə (baş leytenant A.Əhmədovun raportu əsasında) göndərilmişdir. İş materiallarında olan İ-82139 nömrəli vəsiqənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (2-ci Qarabağ müharibəsində) iştirakına görər “Vətən müharibəsi iştirakçısı” medalı verilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, özünün təhkim olunduğu komandirdən razılıq aldıqdan sonra çavuş Bəhruzun xahişi ilə onun yanına getmiş və onu dediyi ərazidən götürmüş və sonra özü hərbi hissəyə qayıtmışdır. Bu zaman spirtli içki içməmiş, avtoxuliqanlıq etməmiş və tapança ilə havaya atəş açmamışdır. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən, iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına əsas olan əmrdə və təqdimatda, o cümlədən şərəf məhkəməsinin qərarında göstərilən faktiki hallar mövcud olmamışdır. Yəni, müəyyən edilmişdir ki, təqdimatda, əmrdə və şərəf məhkəməsinin qərarında yazılanların iddiaçı ilə heç bir əlaqəsi yoxdur. Başqa sözlə, iddiaçının spirtli içki qəbul etməsi, daha sonra yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtonəqliyyat vasitəsini idarə etməsi, kənd ərazisində ictimai asayişi pozaraq özü ilə bir maşında gedən yoldaşı gizir B.Zeynalova məxsus olan səs tapançısından 7-10 dəfə atəş açaraq kənd sakinləri arasında qorxu, təşviş yaratması sübut olunmamışdır və həmin halların iddiaçı tərəfindən törədilməsinə dair cavabdeh hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda xidmət dəftərində qeyd edilən xx.xx.2021-ci il tarixdə töhmət, xx.xx.2021-ci il tarixdə xəbərdarlıq növündə intizam cəzalarının iddiaçıya elan edilməsi və ümumiyyətlə belə bir əmrlərin iddiaçının xidmət etdiyi dövrdə qəbul edilməsi müəyyən edilməmişdir. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 155-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılması aşağıdakı qaydada “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır. Hərbi qulluqçu törətdiyi xətalara görə həqiqi hərbi xidmətdən müvafiq şərəf məhkəməsinin vəsatəti ilə, yaxud birbaşa buraxılırsa, buraxılma bu Əsasnamənin 156-cı maddəsinin “ə” bəndinə əsasən yerinə yetirilir. Həmin Əsasnamənin 156-cı maddəsinə əsasən hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ... xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılırlar (“e” bəndi) Həmin Əsasnamənin 162-ci maddəsinə əsasən hərbi qulluqçularla onların həqiqi hərbi xidmətdən qarşıdakı buraxılışı (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) haqqında ən azı iki fərdi söhbət aparılır. Birinci söhbət buraxılmağa təqdim olunmazdan qabaq aparılır və onun gedişində buraxılmanın səbəbləri və vaxtı, işə düzəlmənin maddi-məişət təminatının güzəştləri və üstünlükləri izah olunur, digər məsələlər üzrə zəruri izahatlar və buraxılmadan sonra qeydiyyatın müəyyən edilmiş qaydasında hərbi qulluqçu tərəfindən yaşayış yeri müəyyənləşdirilir, hərbi qulluqçunun xahişləri aydınlaşdırılır. İkinci söhbət bilavasitə rəis tərəfindən buraxılma haqqında təqdimatın (raportun) göndərilməsi vaxtı aparılır. Onun gedişində hərbi qulluqçunun birinci söhbət zamanı verdiyi suallara və xahişlərə cavab verilir, buraxılma ilə bağlı hərbi-həkim komissiyasının rəyi və digər səbəblər nəzərə alınmaqla buraxılmanın səbəbləri dəqiqləşdirilir. Aparılan söhbətlərin məzmunu söhbət vərəqəsində öz əksini tapır. Söhbət vərəqəsi buraxılan hərbi qulluqçu tərəfindən imzalanır, şəxsi işə tikilir və saxlanılır. Xidməti uyğunsuzluğa, hərbi qulluqçu şərəfini ləkələyən xətalara və ya törətdiyi cinayətə görə azadlıqdan məhrum edilməməklə cəza tədbirlərinə məhkum olunmuş hərbi qulluqçularla hərbi hissəni tərk etməzdən qabaq söhbət aparılır və onlara zəruri izahat və məsləhətlər verilir. Həmin Əsasnamənin 168-ci maddəsinə əsasən hərbi qulluqçuların həqiqi hərbi xidmətdən buraxılmaları haqqında (bu Əsasnamənin 156 — 158-ci maddələri) şəxsi heyət üzrə əmrlərin verilməsindən sonra buraxılma zamanı qüvvədə olan qanunvericiliyin pozulması hallarına yol verilməmişdirsə və buraxılma ilə əlaqədar yeni hallar aşkar edilməmişdirsə, dəyişikliyə yol verilmir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 11.2-ci maddəsinə əsasən inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər Həmin Qanunun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur Həmin Qanunun 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən inzibati orqan işin faktiki hallarının müəyyən olunması üçün yararlı və zəruri hesab etdiyi sübutları müstəqil şəkildə toplayır və nəzərə alır. Həmin Qanunun 47.1-ci maddəsinə əsasən inzibati orqan sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verir. Həmin Qanunun 58.1-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Həmin Qanunun 61.1-ci maddəsinə əsasən yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 61.2-ci maddəsinə əsasən əsaslandırma zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar, habelə inzibati akt qəbul edilərkən istinad olunan qanunlar və digər normativ hüquqi aktlar göstərilməlidir. Həmin Qanunun 61.3-ci maddəsinə əsasən inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Həmin Qanunun 61.4-ci maddəsinə əsasən inzibati orqan qəbul etdiyi aktı yalnız icraat zamanı tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırmağa borcludur. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Belə ki, işin müəyyən edilmiş mübahisələndirilməyən hallarına görə iddiaçının hərbi xidmətdən ehtiyata buraxılmasına dair əmr xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Həmin əmrin verilməsinə əsas olan xx.xx.2021-ci il tarixli şərəf məhkəməsinin qərarı və xx.xx.2021-ci il tarixli N nömrəli hərbi hissə komandirinin təqdimatının məzmunundan görünür ki, iddiaçının ehtiyyata buraxılmasına səbəb onun spirtli içki qəbul edib, daha sonra yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtonəqliyyat vasitəsini idarə etməsi və səs tapançısından 7-10 dəfə atəş açması olmuşdur. Lakin, Tərtər hərbi porkurorluğunun müstəntiqi vəzifəsi üzrə stajor X4 “cinayət işinin başlanmasının rədd edilməsi barədə” 28 oktyabr 2021-ci il tarixli qərarından iddiaçının yuxarıda qeyd edilən hərəkətlərə yol verməsi sübut olunmamış və həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçının ehtiyata buraxılması ilə bağlı əmrin 2021-ci ilin oktyabr ayının 20-də verildiyini, “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarın isə 28 oktyabr 2021-ci il tarixdə qəbul edildiyini və həmin qərarla iddiaçının təqdimat və şərəf məhkəməsinin qərarında göstərilən hərkətlərə yol vermədiyini nəzərə alsaq cavabdeh inzibati orqan ən azından “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 168-ci madəsini rəhbər tutub, düzgün olmayan əsaslarla qəbul etdiyi əmri dəyişdirməli idi. Məhkəmə kollegiyası müəyyən etdiyi işin faktiki hallarını və apellyasiya şikayətinin dəlillərini yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan 20 oktyabr 2021-ci il tarixli, 050əç nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda mübahisələndirilən əmr «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun, «Hərbi vəzifə və xidmət haqqında» Azərbaycan Respublikası Qanununun və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edilməmiş və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilməmiş, cavabdeh orqan inzibati aktı qəbul edərkən şərh olunan hüquq normalarının tələblərini pozmuş və iddiaçının hüquqlarına əsassız olaraq müdaxilə etmişdir. Bundan başqa qeyd olunmalıdır ki, 20 oktyabr 2021-ci il tarixli, 050əç nömrəli əmrin verilməsinə əsas olmuş pozuntular yəni, iddiaçının spirtli içki qəbul edib, daha sonra yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtonəqliyyat vasitəsini idarə etməsi və səs tapançısından 7-10 dəfə atəş açması işdə olan sənədlərlə təsdiq olunmasada, iddiaçının hərbi hissəyə məxsus avtonəqliyyat vasitəsini təyin olunmuş marşurutdan kənar idarə etməsi (hərçənd ki, bu barədə tabe olduğu komandirə məlumat verib avtonəqliyyat vasitəsini idarə etmişdir) onun həmin əsasla məhz xidmətdən azad olunması anlamına gəlmir. Məhkəmə kollegiyası qeyd edir ki, hərbi hissəyə məxsus avtonəqliyyat vasitəsinin təyin olunmuş marşurutdan kənar idarə edilməsinə münasibətdə hazırki intizam tənbeh tədbirinin tətbiqi qeyd olunan əmələ mütənasib deyil. Belə ki, həmin pozuntu (hərbi hissəyə məxsus avtonəqliyyat vasitəsinin təyin olunmuş marşurutdan kənar idarə edilməsi) özü-özlüyündə intizam məsuliyyətinin tətbiq edilməsi üçün əsas olsa da, həmin əsaslar üzrə məhz xidmətdən azad edilmənin zəruriliyi inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Lakin, mübahisələndirilən əmrdə bununla bağlı (xaric olunmanı şərtləndirən) hər hansı açıqlama və ya əsas göstərilməmişdir. Hansı ki, inzibati orqan «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunun 61.1-ci, 61.2, 61.3-cü, 61.4-cü maddələrinə əsasən qəbul etdiyi inzibati aktı yazılı şəkildə əsaslandırlmalı, bu zamanı işin faktiki və hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutları göstərməli və diskresion səlahiyyətlər daxilində qəbul etdiyi halda isə öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində tətbiq edilmiş “uyğunsuluğa görə hərbi xidmətdən ehtiyata buraxılma” ilə bağlı əmr törədilmiş pozuntunun xarakterinə və ağırlıq dərəcəsinə, həmçinin İddiaçı xidməti xasiyyətnaməsinə uyğun olmamışdır. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli, 885 saylı Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Silahlı X1 43-cü maddəsinə əsasən hərbi qulluqçu hərbi intizamı, yaxud ictimai asayişi pozarsa, komandir (rəis) ona vəzifə borcunu xatırlatmalı, lazım gələrsə, intizam cəzası verməlidir. Həmin Nizamnamənin 48-ci maddəsinə əsasən əsgərlərə və matroslara: a) məzəmmət; b) töhmət; v) şiddətli töhmət; q) hissənin yerləşdiyi yerdən kənara, yaxud gəmidən sahilə növbəti buraxılmadan məhrumetmə; ğ) növbədənkənar xidmət naryadına təyin etmə (qarovula, növbəyə və döyüş növbətçiliyinə göndərmək istisna edilməklə) — 5 xidmət naryadına qədər; d) hauptvaxtda saxlanılmaqla 10 sutkayadək həbs; s) əlaçı döş nişanından məhrumetmə; ə) baş əsgər (baş matros) hərbi rütbəsindən məhrumetmə cəzaları verilə bilər. Həmin Nizamnamənin 85-ci maddəsinə əsasən hər bir intizam cəzası hərbi intizamın möhkəmləndirilməsi və hərbi qulluqçuların tərbiyə edilməsi tədbiri kimi törədilən nalayiq hərəkətin ağırlığına və təqsirin dərəcəsinə müvafiq olmalıdır. Cəzanın növü və dərəcəsi təyin edilərkən, nalayiq hərəkətin xarakteri, törədilmə şəraiti, təqsirkarın bundan əvvəlki davranışı, hərbi qulluqdakı xidmət müddəti və qulluq qaydası ilə tanışlıq dərəcəsi nəzərə alınır. Məhkəmə kollegiyasının qənaətinə görə inzibati orqan ən azından iddiaçını yol verdiyi pozuntuya görə yuxarıda qeyd edilən intizam cəzalarından biri ilə cəzalandıra bilərdi. "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi anlamına gəlir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də başa düşülə bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Məhkəmə araşdırması zamanı məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 31 iyul 2023-cü il tarixli və 04 noyabr 2023-cü il tarixli məktublardan və iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən edilmişdir ki, iddiaçı xidmət etdiyi müddət ərzində hər hansı intizam məsuliyyətinə cəlb edilməmişdir (əksinə dair cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir). İddiaçı ona edilən iradları anlayışla qəbul etmiş, qeyd olunan nöqsana yol verdiyini səmimi etiraf etmiş (hərçənd ki, həmin nöqsanların onun tərəfindən edilmədiyi sübuta yetirilmişdir) və buna görə baş vermiş hadisə ilə bağlı özünü tam təqsirkar bilməklə gələcəkdə bir daha belə hallara yol verməyəcəyini və xidmət etmək istədiyini bildirmişdir. İddiaçı hərbi xidmətdən xaric edilərkən onun şəxsiyyəti, kollektivdəki nüfuzu, peşəkarlıq səviyyəsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə (2-ci Qarabağ müharibəsində) iştirakı, bununla əlaqədar “Vətən müharibəsi iştirakçısı” medalının alması nəzərə alınmamış və iddiaçıya ilk dəfə yol verdiyi irəli sürülən pozuntuya görə ən sərt tənbeh verilməklə xidmətdən xaric edilmişdir. Hansı ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunununa əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır (maddə 17). Məhkəmə kollegiyasının mövqeyinə görə hazırki halda cavabdeh inzibati orqan diskresion səlahiyyətlərini həyata keçirən zaman iddiaçının hüquqlarına əsassız müdaxiləyə yol vermiş və diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hədlərdə və inzibati orqanın güddüyü qanuni məqsədinə uyğun həyata keçirməmişdir. Cavabdeh inzibati orqan isə hazırda mübahisələndirilən inzibati aktın verilməsini şərtləndirən faktiki əsasları inzibati aktında və məhkəmə icraatında iddiaya qarşı münasibətində bildirməmişdir. Başqa sözlə cavabdeh inzibati orqan ən ağır nəticələrə səbəb olan inzibati aktın qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasları sübuta yetirə bilməmişdir. Cavabdehin apellyasiya şikayətinin digər dəlili iddiaçının hazırki iddianı qaldırması üçün nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi ilə bağlıdır. Məhkəmə kollegiyası iş materiallarında olan sənədlərdən müəyyən etmişdir ki, iddiaçı hazırki iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(009)-3072/2021 nömrəli qərardadı ilə işə ümumi məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilmiş və həmin qərardadda hazırki iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olması iddiaçıya izah edilmişdir. Bundan sonra iddiaçı poçt vasitəsi ilə məhkəməyə müraciət etmiş, iddiaçının müraciəti xx.xx.2022-ci il tarixdə poçtda, xx.xx.2022-ci il tarixdə isə Bakı İnzibati Məhkəməsində qeydə alınmışdır. Göründüyü kimi, iddiaçı hazırki iddianı vaxtında irəli sürsə də aidiyyəti üzrə düzgün məhkəməyə müraciət etməmiş, nəticədə onun iradəsindən asılı olmayan səbəblərdən əmrin mübahisələndirilməsi üçün qanunda nəzərdə tutulmuş 30 gün müddət ötürülmüşdür. Bu səbəbdən də məhkəmə hesab edir ki, müddəti buraxan proses iştirakçısına mane olan hallar onun iradəsindən asılı olmayan səbəblərdən yaranmış və iddia müddətinin ötürülməsi iddiaçının təqsiri nəticəsində baş verməmişdir. Eyni zamanda cavabdeh inzibati orqan iddiaçıya əmr verdikdən sonra razılaşmadığı halda konkret olaraq hansı məhkəməyə müarciət etməli olduğunu da izah etməmişdir. Müəyyən olunur ki, iddiaçı elə əvvəlcədən hərbi xidmətdən ehitiyyata buraxılmasını istəməmiş və hazıki iddianı irəli sürməkdə və hüquqlarının qorunması üçün məhkəmə müdafiəsindən istifadə etməkdə maraqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, hüquqi sabitliyin təmin olunması və ədalətlilik prinsiplərinin nəzərə alınaraq ilkin hüquqi vəziyyət yaradılmalı, buraxılmış prosessual müddət iddiaçıya münasibətdə bərpa edilməli və şəxsin məhkəməyə müraciət etmək hüququnun həyata keçirilməsinə imkan yaradılmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizəsini təmin etmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, inzibati aktın qəbul edilməsini şərtləndirən faktiki və hüquqi əsasları və prinsipləri nəzərə alaraq hesab edir ki, sübutetmə yükü üzərində olan tərəf kimi cavabdeh inzibati orqan xx.xx.2021-ci il tarixli, 050 ƏÇ nömrəli əmrin qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Ona görə də, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə: Beləliklə, apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(120)-1665/2022 saylı qərarı dəyişdirilməli, iddia təmin edilməli, İddiaçı “hərbi xidmətdən ehtiyata buraxılmağı barədə xx.xx.2021-ci il tarixli, 050 ƏÇ nömrəli əmr ona aid olan hissədə ləğv edilməli və o, hərbi xidmətə bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2022-ci il tarixli, 2-1(120)-1665/2022 saylı qərаrı dəyişdirilsin. İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirinin birinci müavini-Azərbaycan Ordusunun Baş Qərargah rəisinin xx.xx.2021-ci il tarixli, 050 ƏÇ nömrəli əmri İddiaçı aid olan hissədə ləğv edilsin və İddiaçı hərbi xidmətə bərpa edilsin. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. .
Məhkəmə qərarları › İş №2-1(106)-7/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-7/2024
07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver