Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-70/2024 06.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), X6 və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, iddiaçılar İddiaçı1 və İddiaçı2, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X2 iştirakları ilə, Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-2101/2023 nömrəli qərarından iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı övladlığa götürmə ilə əlaqədar cavabdehin imtinasının qanunsuz hesab edilməsi və uçotun bərpa edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Sosial Xidmətlər Agentliyinin övladlığa götürmə ilə əlaqədar imtinasının ləğv olunması, uçotun bərpa edilməsi və onlara 1-3 yaş arasında oğlan uşağının övladlığa verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdirlər. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 23 iyun 2023-cü il tarixli, 2- 1(120)-2101/2023 nömrəli qərarı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən apellyasiya şikayəti verilmişdir. İddiaçılar həmçinin Şirvan Apellyasiya Məhkəməsinin 06 mart 2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, övladlığa götürmə ilə əlaqədar cavabdehin imtinasının qanunsuz hesab edilməsi və uçotun bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Şirvan Apellyasiya Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(106)-70/2024 nömrəli qərardadı ilə iddiaçıların iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edildi. İşin halları İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, tibbi analizlərin nəticəsinə görə Zeynəb xanımın özünün dünyaya uşaq gətirmək qabiliyyətinin olmadığı müəyyən edilmişdir. Bununla əlaqədar dövlətdən, uşaq evlərindən qanuni yolla övladlığa uşaq götürmək qərarına gəlmişlər. Bu məqsədlə ər və arvadın notariat qaydasında birgə ərizəsi, Lerik, Lənkəran, Bakı şəhərlərində yerləşən xəstəxanalardan xəstəliklərin bütün növlərinə aid sağlamlıq arayışları, kredit öhdəliyinin olmaması barədə və sair sənədlər “DOST” xidməti vasitəsilə Sosial Xidmətlər Agentliyinə göndərilmişdir. Bundan sonra bir ay müddətində hərəsi 3 saat olmaqla 4 dəfə təlim kurslarında fəal iştirak etmişlər. İmtahan günü müəyyənləşdirilmiş, həmin gün saat 10-da onları bir otağa salıb, ayrılıqda “imtahan” götürülmüşdür. 20 suallı, 80 variantlı təklifləri tam oxumamış, yəni 20 dəqiqədən sonra imtahan vərəqələri qarşılarından götürülmüş, bir aydan sonra isə onlara imtina xəbəri verilmişdir. İkinci dəfə imtina verilmişdir ki, onlar sənədlərin birini 6 ay gec vermişlər. Üçüncü imtinada isə belə yazılmışdır: müşahidə mərhələsində övladlığa götürmənin məqsədlərinin uşagın mənafeyinə uyğun olmadığı səbəbindən imtina verilir. Onların məqsədi xoş niyyətlə, xoş arzularla övladlığa götürüb doğma uşaq kimi bütün yaş dövrlərində onunla ünsiyyət yaratmaq, səhhətinin, təhsilinin qayğısına qalaraq boya-başa çatdırmaq, cəmiyyət üçün vətənpərvər, kamil bir insan yetişdirmək olmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçılar iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdirlər. Apellyasiya şikayətində onlar birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadıqlarını, iddialarının əsassız olaraq təmin edilmədiyini bildirmişlər, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdirlər. Prosessual məsələlər İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək övladlığa götürmə ilə əlaqədar cavabdehin imtinasının qanunsuz hesab edilməsi və uçotun bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi X5 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, İddiaçı2 xx.xx.1939cu il tarixdə doğulmuşdur. İşdə olan AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1970-ci il tarixdə doğulmuşdur. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi barədə elektron arayışdan görünür ki, İddiaçı1 xx.xx.2016-cı il tarixdə baş beynin üzvi xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişgənliyi tez-tez qıcolma tutmaları diaqnuzu ilə 2-ci dərəcəli əlillik təyin edilmişdir. Ağır fiziki işlər əks göstərişdir. Əlillik müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər X1 ünvanlanmış 07 sentyabr 2022-ci il tarixli, **********7 nömrəli məktubunda qeyd edilmişdir ki, “Siz xx.xx.2022-ci il tarixində Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə altsistemi”ində övladlığa uşaq götürmək istəyən şəxs kimi müraciət etmisiniz. Müraciətiniz üzrə sizinlə xx.xx.2022-ci il tarixində müsahibə aparılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarılmısınız. Bildiririk ki, xx.xx.2022ci il tarixli müraciətinizin imtina səbəbi ilə bağlı Nazirliyin “e-sosial.az” internet portalı üzərindən “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsistemində şəxsi kabinetinizə daxil olaraq ətraflı məlumat əldə edə bilərsiniz. Qeyd edək ki, Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarıldığınız üçün həmin məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq 1 (bir) ildən sonra təkrar müraciət etmək hüququnuz var”. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış 13 noyabr 2023-cü il tarixli, 3-17-3/2-33883/2023 saylı məktubunda qeyd edilmişdir ki, övladlığagötürmə ilə bağlı müraciət etmiş valideyn-namizədlər İddiaçı2 və İddiaçı1 xx.xx.2022-ci il tarixində Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsistemi”ndə övladlığa uşaq götürmək istəyən şəxs kimi uçota alınmışlar. xx.xx.2022-ci il tarixində valideyn-namizədlərlə müsahibə aparılmış, xx.xx.2022-ci il tarixində yaşadıqları mənzilin maddi-məişət şəraitinin müayinəsi aparılaraq akt tərtib edilmişdir. Həmçinin, xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində təlimlərə cəlb edilmişlər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.8-ci maddəsinə əsasən təlim mərhələsinin nəticəsi müsbət qiymətləndirilmədiyi üçün xx.xx.2022-ci il tarixində valideyn-namizədlərin müraciətindən imtina edilmişdir. Valideynnamizədlər xx.xx.2022-ci il tarixində Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsistemi”ndə övladlığa uşaq götürmək istəyən şəxs kimi təkrar müraciət etmişlər. xx.xx.2022-ci il tarixində valideyn-namizədlərin müraciətinə baxılarkən müəyyən edilmişdir ki, onlar qeydiyyatdan keçərkən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X11 tərəfindən müəyyən edilmiş formada tibbi arayış təqdim etməmişlər və həmçinin qanunvericiliklə övladlığagötürməyə imkan verməyən xəstəliklərlə bağlı müayinədən keçmələri barədə məluamtları təqdim etməmişlər. Qeyd edilənləri nəzərə alaraq, onların müraciətlərindən imtina edilməsi qüvvədə olan qanunvericiliyin tələbinə uyğun hesab edilmişdir. xx.xx.2022ci il tarixində nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsistemi”ndə valideyn-namizədlər övladlığa uşaq götürmək istəyən şəxs kimi təkrar müraciət etmişlər. Müraciət üzrə xx.xx.2022-ci il tarixində müsahibə aparılmışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.3.1-ci maddəsinə əsasən müsahibə mərhələsindən övladlığagötürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmaması səbəbindən Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarılmışlar. İşdə olan xx.xx.2022-ci il tarixdə valideyn namizəd İddiaçı2 ilə keçirilmiş imtahana dair cavab kartından görünür ki, o, 20 sualdan 17-sinə düzgün, 3-nə isə yalnış cavab vermiş və imtahanın nəticələri 17 balla qiymətləndirilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixdə valideyn namizəd İddiaçı1 ilə keçirilmiş imtahana dair cavab kartından görünür ki, o, 20 sualdan 6-sına düzgün, 14-nə isə yalnış cavab vermiş və imtahanın nəticələri 6 balla qiymətləndirilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli valideyn-namizədlərin keçdiyi mərhələyə dair elektron imtina məlumatında qeyd edilmişdir ki, təlim mərhələsinin nəticəsinə görə valideynnamizəd(lər)in müraciətindən imtina edilir. İşdə olan xx.xx.2022-ci il tarixli valideyn-namizədlərin keçdiyi mərhələyə dair elektron imtina məlumatında qeyd edilmişdir ki, uçot məlumatları düzgün təqdim edilmədiyi və ya düzgün olmadığı üçün valideyn-namizədlərin müraciətindən imtina edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli valideyn-namizədlərin keçdiyi mərhələyə dair elektron imtina məlumatında qeyd edilmişdir ki, valideyn-namizəd(lər) Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibə mərhələsindən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədiyi üçün Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarılır. Valideyn-namizədlər Ailə Məcəlləsinin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarıldıqları üçün Ailə Məcəlləsinin 119.11-ci maddəsinə uyğun olaraq 1(bir) ildən sonra təkrar uçota alına bilər(lər). İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış 27 dekabr 2023-cü il tarixli, 3-17-3/2-48482/2023 saylı məktubda qeyd edilmişdir ki, hazırkı iş üzrə iddiaçıların müraciəti ilə əlaqədar ayrıca inzibati akt formasında qərar qəbul olunmamışdır. Qərarlar Nazirliyin “e-sosial.az” internet portalı üzərindən “valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə altsistemi”ndən valideyn-namizədlərin şəxsi kabinetində əks olunmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 118.1-ci maddəsinə əsasən övladlığa götürmə övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması, övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi və övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi ardıcıllığı ilə üç mərhələdə həyata keçirilir. Həmin məcəllənin 118.2-ci maddəsinə əsasən övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması bu Məcəllənin 119-cu maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin məcəllənin 118.3-cü maddəsinə əsasən övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müvafiq icra hakimiyyəti orqanı tərəfindən 1 (bir) ildən çox olmayan müddətdə aşağıdakı qaydada müəyyən edilir: 118.3.1. övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə aparılması; 118.3.2. övladlığa götürmək istəyən şəxsin (şəxslərin) təlimlərə cəlb edilməsi; 118.3.3. övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşağın, övladlığa götürülən uşağa uyğun valideynin seçilməsi; 118.3.4. övladlığa götürülən uşaqla övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uşağın yerləşdiyi müəssisədə görüşünün təşkili; 118.3.5. övladlığa götürülən uşağın sınaq müddətində uşağı övladlığa götürmək istəyən şəxsin (şəxslərin) evində yerləşdirilməsi. Həmin məcəlləsinin 118.4-cü maddəsinə əsasən, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin məcəllənin 118.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə elektron informasiya sistemində uçota alınma ardıcıllığına uyğun olaraq seçilmiş övladlığa götürmək istəyən şəxslə (şəxslərlə) müsahibə keçirir, habelə bu Məcəllənin 118.4-cü maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq həmin şəxsin (şəxslərin) maddiməişət şəraitinin müayinəsini aparır. Həmin məcəllənin 118.7-ci maddəsinə əsasən təlimin nəticələri bu Məcəllənin 118.4cü maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən meyarlara əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən qiymətləndirilir. Həmin məcəllənin 118.8-ci maddəsinə əsasən təlimin nəticələri müsbət qiymətləndirildikdə, müvafiq icra hakimiyyəti orqanı, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) və valideyn himayəsindən məhrum olmuş uşağın istək və mənafeyini nəzərə almaqla, övladlığa götürülən uşağa uyğun valideyn və övladlığa götürmək istəyən şəxsə (şəxslərə) uyğun uşaq seçir və uşağın yerləşdiyi müəssisədə sosial işçinin iştirakı ilə onların görüşünü (görüşlərini) təşkil edir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların və övladlığa götürmək istəyən şəxsin (şəxslərin) vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi üzərindən dövlət orqanlarının (qurumlarının) apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparır. Həmin məcəllənin 119.10-cu maddəsinə əsasən uşağı övladlığa götürmək istəyən şəxs (şəxslər) vəfat etdikdə, bu Məcəllənin 118.3.1-ci maddəsinə uyğun olaraq müsahibədən övladlığa götürmənin məqsədlərinin uşağın mənafeyinə uyğun olmadığı səbəbindən keçmədikdə, bu Məcəllənin 120.1.6-cı maddəsində göstərilən cinayət əməllərinin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə, bu Məcəllənin 120.2-ci maddəsi ilə müəyyən edilən xəstəliklərdən birinə tutulduqda, barəsində cinayət təqibi üzrə icraat aparılan şəxslər, cinayət təqibi müddətində müvafiq icra hakimiyyəti orqanı tərəfindən uçotdan çıxarılır. Həmin məcəllənin 119.11-ci maddəsinə əssən bu Məcəllənin 119.10.2-ci maddəsinə əsasən uçotdan çıxarılan şəxslər, bu Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq 1 (bir) ildən sonra təkrar uçota alınırlar. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam dolğun araşdırmadığından və iddiaçıların iddia tələbi dəqiqləşdirilmədiyindən birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbi üzrə yeni qərar qəbul edilməlidir. Valideyn-Namizədlərin qiymətləndirilməsinin hesabatında qeyd edilmişdir ki, İddiaçı2 və İddiaçı1 övladlığa uşaq götürmək üçün uçota alındıqdan sonra Ailə Məcəlləsinin 118-ci maddəsinə uyğun olaraq xx.xx.2022-ci il tarixində ünvan 2 ünvanında müsahibə aparılmışdır. Valideyin namizədlər 0-1 yaş aralığında, tam sağlam, valideynləri vəfat etmiş və ya valideynləri tərəfindən atılmış bir oğlan uşağını övladlığa götürmək istədiklərini bildirdilər. Valideyn namizədlər həmçinin uşağın övladlığa götürülməsi ilə bağlı həqiqəti ona heç vaxt söyləmək istəmədiklərini bildirdilər. Valideyn namizədlər uşağı övladlığa götürməkdə əsas səbəb gələcəkdə tənhalıqlarının aradan qaldırılması, onlara qulluq göstərilməsini bildirdilər. Valideyn namizədlərin qeydlərinə əsasən onların övladlığa götürmə üzrə motivasiyası praqmatik motivasiya hesab edilir. Valideyn namizədlər səhhətlərində heç bir ciddi problemin olmadığını bildirsələr də valideyn namizəd atanın əllərinin əsdiyi, yeriməyə çətinlik çəkdiyi, yerimək üçün əl ağacından istifadə etdiyi müşahidə olunmuşdur. Valideyn namizəd ata əlləri əsdiyi üçün sənədlərə imza atarkən çox çətinlik çəkdiyi də müşahidə olunmuşdur. Valideyn namizəd ana 2019-cu ildə Bakı şəhərində yerləşən İstanbul Klinikasında göz qapağından əməliyyat olunduğunu, halhazırda isə heç bir narahatlıq hiss etmədiyini və heç bir müalicə almadığını bildirdi. Lakin müsahibə zamanı valideyn namizəd ananın əvvəllər ikinci qrup (baş beynin üzvi xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişgənliyi tez-tez qıcolma tutmaları) əlilliyi olan şəxs kimi pensiya aldığı da məlum olmuşdur. Valideyn namizəd ata isə 2017-ci ildə Bakı şəhərində adını xatırlamadığı xəstəxanada onurğasında 3 fəqərənin sıradan çıxmasına görə əməliyyat olunduğunu və hal-hazırda ciddi ağrılar hiss etməsə də, bəzi ağrıkəsici dərmanlardan istifadə etdiyini bildirdi. Valideyn namizəd ata bildirdi ki, əvvəllər tütün məmulatlarından istifadə edirmiş, lakin 6 il bundan əvvəl səhhətində problem yaratdığı üçün tütün məmulatlarından istifadəni dayandırmışdır. Valideyn namizədlər hal-hazırda heç bir zərərli vərdişlərinin olmadıqlarını da bildirdilər. Valideyn ana ona verilən suallara cavab verməkdə çətinlik çəkirdi. Uşaqların inkişafı ilə bağlı verilən suala “Mənim uşağım yoxdur mən hardan bilim uşağa nə ehtiyacdır” cavabını vermişdir. Valideyn namizəd ana sosial əhatəsinin qohumları, qonşuları və iş yoldaşlarından ibarət olduğunu bildirdi. Qohumları ilə bəzən görüşdüyünü, telefon əlaqəsi saxladığını, ümumi olaraq ətrafdakı insanlarla xoş, mehriban münasibətlərinin olduğunu bildirsə də dostlarının olmadığını və əsəbi olduğunu da qeyd etmişdir. Valideyn namizəd anada gərginlik hiss olunurdu. Valideyn namizəd ata isə sosial əhatəsinin qohumları, dostları və qonşuları olduğunu bildirdi. Qohumları ilə tez-tez görüşdüyünü, eyni zamanda dostları ilə asudə vaxtlarını keçirdiyini vurğuladı. Valideyn namizəd ata da əsəbi olduğunu qeyd etmişdir. Valideyn namizəd atada da gərginlik müşahidə olunmuşdur. Ailədaxili münasibətlərin mövcud vəziyyətini qiymətləndirdikdə onların ailə tipi patrialxal ailə tipi olaraq müəyyənləşdirilmişdir. Valideyn namizəd ananın uşağın tərbiyəsi, inkişaf ehtiyacları, uşağa göstəriləcək qayğı və əsas uşaq hüquqları ilə əlaqədar məlumatları aşağı səviyyədədir. Valideyn namizəd atanın uşağın tərbiyəsi, inkişaf ehtiyacları, uşağa göstəriləcək qayğı və uşaq hüquqları ilə əlaqədar məlumatları orta səviyyədədir. Valideyn namizədlərin ümumi vəziyyətinə nəzər salsaq valideyn namizəd ata yaşla əlaqədar olaraq səhətində yaranan problemlər əllərin əsməsi, yeriyərkən əl ağacından istifadə etməsi, özünü qiymətləndirərkən əsəbi olduğunu qeyd etməsi və yaranan xırda problemə görə tez reaksiya verməsi, valideyn namizəd ananın əvvəllər baş beynin üzvi xəstəliyi nəticəsində yaranan şəxsiyyət dəyişgənliyi tez-tez qıcolma tutmalarından əziyyət çəkməsi özünü qiymətləndirərkən əsəbi olduğunu qeyd etməsi azyaşlı uşağa xidmət göstərmələrində çətinlik törədəcəkdir. Valideyn namizədlərə digər yaş aralığında uşaqlar təklif olunsa da valideyn namizədlər israrla 0-1 yaş aralığında 1 oğlan uşağı istədiklərini bildirdilər. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu cavabdeh inzibati orqan tərəfindən bir ildən çox olmayan müddətdə müəyyən edilir. Övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi üçün cavabdeh inzibati orqan övladlığa götürmək istəyən şəxslərlə müsahibə aparır və həmin şəxsləri təlimlərə cəlb edir. Hazırkı iş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçılarla müsahibə aparılmış və onlar təlimlərə cəlb edilmişdirlər. Lakin aparılmış müsahibə və təlimlər nəticəsində iddiaçıların övladlığa götürmək istəyi müsbət qiymətləndirilməmiş, iddiaçılar tərəfindən övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğu müəyyən edilməmişdir. İddiaçılar formal əsaslarla apellyasiya şikayəti verərək cavabdeh inzibati orqanın hərəkətlərinin qanunsuz olmasının qanunvericiliyin tələbləri baxımından əsaslandırmamışlar. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)- 2101/2023 nömrəli qərarı ləğv edilməli, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladlığa götürmə ilə əlaqədar cavabdehin imtinasının qanunsuz hesab edilməsi və uçotun bərpa edilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 23 iyun 2023-cü il tarixli, 2-1(120)-2101/2023 nömrəli qərarı ləğv edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 övladlığa götürmə ilə əlaqədar cavabdehin imtinasının qanunsuz hesab edilməsi və uçotun bərpa edilməsi barədə iddia tələbləri təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kasasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-70/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-70/2024
06.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver