Məhkəmə qərarları › İş №2-1(106)-70/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-70/2025

28.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-70/2025 28.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “İddiaçı 25 yanvar 2011-ci il tarixli, 08 saylı sərəncamına əsasən verilmiş Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 74 kv.m olan ikimərtəbəli binanın bir və ikinci mərtəbəsində 5 otaqdan ibarət mənzilin onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(120)-2095/2024 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı İddiaçı 25 yanvar 2011-ci il tarixli, 08 saylı sərəncamına əsasən verilmiş Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 74 kv.m olan ikimərtəbəli binanın bir və ikinci mərtəbəsində 5 otaqdan ibarət mənzilin onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(120)-2095/2024 saylı qərarı (Pərvanə Qurbanova) ilə iddia təmin edilməmişdir. Apellyasiya şikayəti və onun geri götürülməsi: Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək iş üzrə qəbul edilmiş Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(120)-2095/2024 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş edilmişdir. Sonradan İddiaçı apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 01 noyabr 2024cü il tarixli ərizəsində (vəsatətində) iddiaçı olaraq Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(120)-2095/2024 saylı qərarından vermiş olduğu apellyasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 88.1. Şikayət apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək geri götürülə bilər. Maddə 88.3. şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinin geri götürmə barədə ərizəsini nəzərə alaraq hesab edir ki, iddiaçı apellyasiya şikayətini geri götürdüyündən iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Belə ki, iş materialına əlavə edilmiş İddiaçı apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 01 noyabr 2024-cü il tarixli ərizəsində (vəsatətində) iddiaçı olaraq Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(120)-2095/2024 saylı qərarından vermiş olduğu apellyasiya şikayətini geri götürdüyünü bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin geri götürmə barədə ərizəsini, iş materialları ilə birgə tədqiq edərək yuxarıda sadalanan prosessual hüquq normalarını əsas tutaraq hesab edir ki, iddiaçının apellyasiya şikayətinin geri götürmə barədə ərizəsi nəzərə alınaraq iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 88ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı “İddiaçı 25 yanvar 2011-ci il tarixli, 08 saylı sərəncamına əsasən verilmiş Astara rayonu, Kijəbə qəsəbəsində yerləşən 74 kv.m olan ikimərtəbəli binanın bir və ikinci mərtəbəsində 5 otaqdan ibarət mənzilin onun adına özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 22 avqust 2024-cü il tarixli, 2-1(120)-2095/2024 saylı qərarından İddiaçı apellyasiya şikayətini geri götürmə barədə ərizəsi təmin edilsin və apellyasiya şikayəti üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar