Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-706/2025 21.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2-1(120)-1087/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiyanın ödənilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hal-hazıra kimi ödənilməmiş pensiyanın hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 07 iyul 2025-ci il tarixli, 2- 1(120)-1087/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilir. İddiaçı özü ilə birlikdə çalışmış digər şəxslərin (X2, X3, X1) məhkəmə qərarlarını iş materiallarına təqdim etmişdir. Təqdim edilmiş məhkəmə qərarları və iş materiallarından görünür ki, İddiaçı digər iş yoldaşları kimi eyni vəzifəyə-xx.xx.1998-ci ildə 5-ci dərəcəli quraşdırma çilingəri peşəsinə keçirilmişdir. xx.xx.2009-cu ildə işdən azad olunmuşdur. İddiaçı işlədiyi xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci il tarixədək Təmir-tikinti sexində quraşdırıcı çilingər peşəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr yarımbəndində əsas istehsalat sahələrində neftmədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər yarımbəndinə uyğun olması barədə “X6 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən güzəştli arayış təqdim edilmişdir. Təqdim edilmiş məhkəmə qərarları və iş materiallarına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, xx.xx.1998-ci ildən xx.xx.2009-cu ilədək quraşdırma çilingəri, xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci il tarixədək Təmir-tikinti sexində quraşdırıcı çilingər vəzifəsində işlədiyi dövr keçmiş iş yoldaşları X2, X3, X1 işlədiyi əmək funskiyası ilə eynilik təşkil etdiyi üçün həmin dövrlər güzəştli iş stajına daxil edilməlidir. Belə olan halda iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malik olur ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 60 yaşı tamam olan tarixə qədər 25 ildən çox ümumi, 12 il 6 aydan çox güzəştli pensiya hüququ verən iş stajı olduğu üçün cavabdehə rəsmi ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etməsini xahiş etmişdir. Cavabdeh isə özünün 02 aprel 2024-cü il tarixli, 3- 17-1/2-Q-74863/2024 saylı məktubu ilə iddiaçının xahişini yerinə yetirməkdən imtina etmiş və imtinasını onunla əsaslandırmışdır ki, güzəştli iş stajı yoxdur. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmaması barədə məlumat verilmişdir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun güzəştli iş stajı yoxdur. İddiaçı ümumi iş stajı 36 il 5 ay 12 gün (xx.xx.2006-cı il tarixədək 24 il 12 gün (xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1984-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 12 il 5 ay), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə 57713,09 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Bundan başqa, apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında olan “SOCAR” şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2/2-Q- 308-1/2023-2495 nömrəli arxiv arayışında iddiaçının işlədiyi vəzifələrin Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilən Siyahı üzrə hansı sahə və vəzifə ilə eyniyyət təşkil etdiyi qeyd edilməmiş, onun işlədiyi vəzifələrin güzəştli hesab edilibedilməməsi, güzəştli stajının olub-olmaması ilə bağlı hər hansı məlumat göstərilməmişdir. “SOCAR” şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2-1/2-Q-308-1/2023-464 nömrəli məktubda göstərilmişdir ki, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Tikintiquraşdırma idarəsində xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, “Şirvanneft” NQÇİ-nin Təmir-tikinti sexində xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, "xxxx" BMMM-in Təmir-tikinti sexində xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək dülgər, xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək quraşdırma çilingəri peşəsində işləmişdir. "Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Tikinti-quraşdırma idarəsində, Təmir-tikinti sexində və “Şirvan Oyl" BMMM-in Təmir-tikinti sexində işlədiyi dülgər və quraşdırma çilingəri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı”, 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” və 35-ci “Ümumi peşələr” bölmələrində nəzərdə tutulmuş peşələrlə eynilik təşkil etmir. İş yerindən verilən arayış məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, həmçinin ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməli olmasına baxmayaraq, məhkəmə bu hala hüquqi qiymət vermədən müvafiq arayışdakı vəzifələrin eyniyyət təşkil etməməsini nəzərə almadan qərar qəbul etmişdir. Həmçinin məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməli, bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman məhkəmə nəzərə almalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Məhkəmə qərar qəbul edərkən obyektiv araşdırma prinsipini pozaraq müəssisə tərəfindən verilən arayışlara dair araşdırma aparmamış, bu hala məhkəmə tərəfindən hüquqi qiymət verilmədən yalnız formal cəhətdən iddia tələbi təmin edilməklə qərar qəbul edilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərar qəbul etmək üçün zəruri olan bütün faktiki hallar müəyyən olunmamış qalmışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, cavabdehin apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, o, xx.xx.1962-ci ildə anadan olmuşdur. -X7 LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məhkəməyə verilmiş xx.xx.2025-ci il tarixli məktubda göstərilmişdir ki, İddiaçı Şirkətdə xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci il tarixədək işlədiyi Təmir-tikinti sexində quraşdırıcı çilingər peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01,2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr yarımbəndində əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər yarımbəndinə uyğundur. -X7 LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 39/A nömrəli arayışda göstərilmişdir ki, İddiaçı həqiqətən “X7 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci il tarixə kimi əmək fəaliyyəti aşağıdakı kimi olmuşdur: 1 Təmir tikinti sexində 5-ci xx.xx.2009 xx.xx.2018 (əmr 08 il 07 ay 13 dərəcəli quraşdırıcı çilingər (xx.xx.2009-cu il N°372 k gün tarixli əmək xx.xx.2018) müqaviləsi) “X7 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında 08 il 07 ay 13 ümumi iş stajı: gün İddiaçı işlədiyi peşənin güzəştli əmək pensiyası hüququna əsas olan işinin xüsusiyyətləri aşağıdakı kimidir:- Neft mədən avadanlıqları olan mancanaq dəzgahının təmiri və quraşdırılması, quyuların atqı xətlərinin və müxtəlif diametrli neft kollektorlarının çəkilməsi və işçi meydançasında mürəkkəb təmir işlərinin yerinə yetirilməsi; Müxtəlif tipli nasosların quraşdırılması; Mexaniki avadanlıqların yüklənilməsi və boşaldılması; İş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması. İddiaçı “X7 Ltd” Şirkətinin Azərbaycan Respublikasındakı Filialında xx.xx.2009-cu il tarixdən xx.xx.2018-ci il tarixə kimi işlədiyi müddət güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajı hesab edilir, 08 il 07 ay 13 gün təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007- ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin, 10.2. Neft, qaz və qaz kondensatının hasilatı, a) fəhlələr- əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirci çilingərlər yarımbəndinə uyğundur. -“SOCAR” şirkəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 14-2/2-Q-308- 1/2023- 2495 nömrəli arxiv arayışda göstərilmişdir ki, SOCAR-ın Mərkəzi Arxivində saxlanılan sənədlərə əsasən İddiaçı iş stajı aşağıdakı kimidir: xx.xx.1984-cü ildə (əmr N° 9/k, xx.xx.1984-cü il) “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Təsərrüfathesablı Tikinti-Quraşdırma İdarəsinə 2-ci dərəcəli dülgər peşəsinə işə qəbul edilmişdir. xx.xx.1987ci il tarixli 342 nömrəli əmrə əsasən 3-cü dərəcəli dülgər peşəsinə keçirilmişdir. SSR Neft Sənaye Nazirliyinin 4 sentyabr 1987-ci il tarixli 640 N°-li əmrinə əsasən, “Şirvanneft” NQÇİ-nin Təsərrüfathesablı Tikinti Quraşdırma İdarəsi “Şirvanneft” NQÇİ-nin Təmir-Tikinti Sexinə (TTS) çevrilmişdir. xx.xx.1990-cı ildə (əmr N° 51/k) 4-cü dərəcəli dülgər peşəsinə keçirilmişdir. ARDNŞ-nin xx.xx.1997-ci il tarixli 158 nömrəli əmrinə əsasən “Şirvanneft” NQÇİ xx.xx.1997-ci il tarixindən ləğv olunmuş və onun bazasında "xxxx" BMMM yaradılmışdır. xx.xx.1997-ci ildən "xxxx" BMMM-in TTS-də 4-cü dərəcəli dülgər kimi fəaliyyətini davam etdirmişdir. xx.xx.1998-ci ildə (əmr N° 95/k, xx.xx.1998-ci il) 5-ci dərəcəli quraşdırma çilingəri peşəsinə keçirilmişdir. xx.xx.2009-cu ildə (əmr N° 280, xx.xx.2009-cu il) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən, öz ərizəsi ilə əmək müqaviləsinə xitam verilmiş və işdən azad olunmuşdur. -“SOCAR” şirkəti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 14-2-1/2- Q-308-1/2023-464 nömrəli məktubda göstərilmişdir ki, “Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Tikinti-quraşdırma idarəsində xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, “Şirvanneft” NQÇİ-nin Təmir-tikinti sexində xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, "xxxx" BMMM-in Təmir-tikinti sexində xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək dülgər, xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək quraşdırma çilingəri peşəsində işləmişdir. "Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin Tikinti-quraşdırma idarəsində, Təmir-tikinti sexində və “Şirvan Oyl" BMMM-in Təmir-tikinti sexində işlədiyi dülgər və quraşdırma çilingəri peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 10-cu “Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı”, 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” və 35-ci “Ümumi peşələr” bölmələrində nəzərdə tutulmuş peşələrlə eynilik təşkil etmir. Məhkəmə kollegiyasının müvafiq sorğusuna cavab olaraq, “SOCAR” “X8”nin 14-2- 1/2-1802/2025 nömrəli 07 noyabr 2025-ci il tarixli məktubunda bildirilir ki, SOCAR-ın Mərkəzi Arxivi tərəfindən verilmiş 10 avqust 2023- cü il tarixli 14-2/2-Q-308-1/2023-2495 nömrəli arxiv arayışında İddiaçı "Şirvanneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) Tikintiquraşdırma idarəsində xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, "Şirvanneft” NQÇİ-nin Təmir-tikinti sexində xx.xx.1987-ci il tarixdən xx.xx.1997-ci il tarixədək, "Şirvan Oyl” BMMM-in Təmir-tikinti sexində xx.xx.1997-ci il tarixdən xx.xx.1998-ci il tarixədək dülgər, xx.xx.1998-ci il tarixdən xx.xx.2009-cu il tarixədək quraşdırma çilingəri peşəsində işlədiyi qeyd olunur. "Azneft” İB-nin tabeçilyində olan NQÇİ-lərin Təmir-tikinti sexlərinin əsas fəaliyyəti istehsalat binalarının və koməkçi obyektlərin, qurğu, mexanizim və digər texniki avadanlıqların təmir-tikintisi və quraşdırılması olmuşdur. NQÇİ-lərin tabeçiliyində fəaliyyət göstərən İstismar avadanlıqlarının təmiri sexinin (indiki; İstismar avadanlıqları sahəsinin) əsas fəaliyyəti isə istismar avadanlıqların təmiri və texniki xidməti, istehsalat obyektlərini vaxtında saz avadanlıqlarla komplektləşdirilməsi, işəsalma- sazlama işlərinin aparılmasının təmin edilməsi, avadanlıqların etibarlı və fasiləsiz işini təmin edilməsi, istismar avadanlıqlarının təmir-plan qrafiklərin uyğun vaxtında və keyfiyyətli təmir edilməsi, avadanlıqların təmirlə bağlı digər işlərin yerinə yetirilməsindən ibarətdir. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2007-ci il tarixli, 61 nömrəli ("Neftqaztikinti” trestinin strukturunun təsdiq edilməsi haqqında) əmri ilə "Azneft” İB-nin "Azərdənizneftinşaat” tresti və onun tabeçiliyində olan Tikinti Quraşdırma və Təmir İdarələri "Neftqaztikinti” trestinin tabeçiliyinə verilmişdir. Həmin prosesin davamı olaraq, SOCAR-ın xx.xx.2008-ci il tarixli, 10/ƏH-259 nömrəli "İdarəetmə strukturunun təkminləşdirilməsi haqqında” məktubuna və "Azneft” İB-nin xx.xx.2008-ci il tarixli 85 nömrəli "İdarəetmə strukturunun təkminləşdirilməsi haqqında” əmrinə əsasən "Azneft” İBnin struktur təşkilatlarının tərkibində təmir-tikinti və tikinti quraşdırma işlərini yerinə yetirən struktur bölmələri (sexlər) SOCAR-ın "Neftqaztikinti” trestinin tabeçiliyinə verilmişdir. Qeyd edilənlərə əsasən bildirilir ki, İddiaçı Təmir-tikinti sexində işlədiyi quraşdırma çilingəri peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu "Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 2-ci "Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi” yarımbölməsində nəzərdə tutulan "əsas istehsalat sahələrində neftmədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” və "texnoloji qurğuların təmiri üzrə çilingərlər” peşələri ilə uyğunluq təşkil etmir. Məhkəmə kollegiyası iddiaçının əmək fəaliyyəti dövrünün güzəştli kimi iddia olunan dövrlərini şərti olaraq 3 hissəyə bölməklə səciyyələndirilməsini zəruri hesab edir: -xx.xx.1984-xx.xx.1998-ci il tarixi aralığında “Şirvanneft” NQÇİ-nin və "xxxx" BMMMnin Təmir-tikinti sexində dülgər, -xx.xx.1998-xx.xx.2009-cu il tarixi aralığında “Şirvanneft” NQÇİ-nin və "xxxx" BMMM-nin Təmir-tikinti sexində quraşdırma çilingəri, -xx.xx.2009-xx.xx.2018-ci il tarixi aralığında X7 LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Təmir-tikinti sexində quraşdırıcı çilingər. İddiaçının xx.xx.1984-xx.xx.1998-ci il tarixi aralığında “Şirvanneft” NQÇİ-nin və "xxxx" BMMM-nin Təmir-tikinti sexində dülgər kimi çalışdığı peşəyə münasibətdə qeyd olunur ki, həmin peşə həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 32 saylı qərarı ilə təsdiq edilmiş Siahının müvafiq olaraq Xİİ (Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı) bölməsində, həm də xx.xx.2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş Siyahının 10-cu (Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı) bölməsində nəzərdə tutulmamışdır. xx.xx.1998-xx.xx.2009-cu il tarixi aralığında “Şirvanneft” NQÇİ-nin və "xxxx" BMMMnin Təmir-tikinti sexində quraşdırma çilingəri peşəsinə münasibətdə “X8”nin yuxarıda şərh olunan 07 noyabr 2025-ci il tarixli məktubunda aydınlıq gətirilmiş və “İstismar avadanlıqlarının təmiri sexi” ilə “Təmir-tikinti sexi”nin fərqli fəaliyyət istiqamətləri səciyyələndirilmiş və fərqli sahələr olması qeyd edilmişdir. İddiaçı “İstismar avadanlıqlarının təmiri sexi”ndə deyil, “Təmir-tikinti sexi”ndə quraşdırıcı çilingər peşəsində çalışdığından, həmin sahə isə müvafiq Siyahılarda nəzərdə tutulmadığından qeyd olunan dövr güzəştli iş stajı kimi nəzərə alınmamalıdır. İddiaçının xx.xx.2009-xx.xx.2018-ci il tarixi aralığında X7 LTD Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Təmir-tikinti sexində quraşdırıcı çilingər peşəsinə gəldikdə isə həmin qurum tərəfindən verilmiş arayışda iddiaçının faktiki olaraq, gördüyü işin xüsusiyyətləri (Neft mədən avadanlıqları olan mancanaq dəzgahının təmiri və quraşdırılması, quyuların atqı xətlərinin və müxtəlif diametrli neft kollektorlarının çəkilməsi və işçi meydançasında mürəkkəb təmir işlərinin yerinə yetirilməsi; Müxtəlif tipli nasosların quraşdırılması; Mexaniki avadanlıqların yüklənilməsi və boşaldılması; İş yerinin işə hazırlığı və işin sonunda yığışdırılması) “X8”nin yuxarıdakı abzasda şərh olunan 07 noyabr 2025-ci il tarixli məktubunda səciyyələndirildiyi kimi nəzərə alındığı təqdirdə onun bu dövrdə fəaliyyətinin “İstismar avadanlıqlarının təmiri”nə uyğun gəldiyini görmək olar. Şərti olaraq, həmin dövr güzəştli iş stajı kimi nəzərə alındığı təqdirdə 12 il 6 aydan azdır ki, bu da gözəştli pensiya təyinatına əsas vermir. Göründüyü kimi birinci instansiya məhkəməsi iddianın təmini əsası kimi işəgötürən (yalnız X7 LTD Şirkəti) tərəfindən verilmiş güzəştli iş stajı barədə arayışın mötəbərliyinə istinad etmiş, lakin həmin dövrün gözəştli pensiya hüququ verən müddətdən az olmasına, həmçinin iddiaçının çalışdığı digər dövrlərlə bağlı daşıdığı peşənin müvafiq Siyahılarda nəzərdə tutulub-tutulmamasına qiymət verməmişdir. “Əmək pensiyaları haqqında” Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın: 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı; 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 4.1.9-cu bəndinə görə, Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. -68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-nin 81-82-ci, 87-ci, 89cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, 2-1(120)-1087/2025 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-706/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-706/2025
21.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver