Məhkəmə qərarları › İş №2-1(106)-707/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-707/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-707/2025 22.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X10 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2-1(120)-2031/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 21 iyul 2025-ci il tarixli, 2- 1(120)-2031/2025 nömrəli qərarı ilə iddia təmin edilməsi, İddiaçı 60 yaşdan (xx.xx.2021-ci il tarixdən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının ümumi iş stajı 25 ildən çoxdur. İddiaçının Siyahıda nəzərdə tutulan peşələrdə iş stajının minimum 12 il 6 ay olması şərti yerinə yetirilir. Mübahisələndirilən dövr xx.xx.1982-ci il tarixdən - xx.xx.1986-cı ilə qədər 3 il 2 ay 28 gün fəhlə, xx.xx.1999-cu il tarixdən xx.xx.2009-cu ilə qədər 10 il 8 ay 8 gün dövr işlədiyi fəhlə, karotaj-perforatorçu, motorçu, maşinist peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin 10.1. Qazma (quyularda geofiziki tədqiqat işlərini icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri, karotajçılar, özühərəkətedən karotaj stansiyasının motorçuları, partladıcılar) kodu üzrə bölməsində qeyd olunan işin xüsusiyyətlərinə uyğun olması səlahiyyətli təşkilatın müvafiq məktubu ilə təsdiq edilir. Odur ki, iddiaçı tələb olunan 12 il 6 aydan artıq güzəştli iş stajına malikdir ki, bu da ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün kifayət edir. Qərardan cаvаbdеh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, əmək fəaliyyətinə xx.xx.1978-ci ildə başlamışdır. Fasiləsiz olaraq əmək fəaliyyətinə xx.xx.1980-ci ilə qədər davam etmiş, hərbi çağırışla bağlı müddətli həqiqi hərbi xidmətə çağırılıb və xx.xx.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra əmək fəaliyyətini davam etdirib. Əmək fəaliyyəti ərzində müxtəlif vəzifələrdə çalışmışdır. Hazırda ümumlikdə 42 (hərbi xidməti nəzərə alsaq 46 il) ildən artıq əmək stajı olduğunu bildirir. O, xx.xx.1978-ci ildən hazırki SOCAR-ın Mexaniki-təmir emalatxanasında (avtomaşınların təmiri üzrə çilingər peşəsi) əmək fəaliyyətə başlamışdır. Daha sonra “Azneftmədəngeofizika" Trestinində “Neftçala" X11 gözətçi pesəsinə işə qəbul olunmuşdur. Daha sonra isə “Əli bayramlı" X7 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stsansivasına 5-ci dərəcəli maşinist vəzifəsinə işə qəbul olunmuşdur. Daha sonra isə “Şirvan" X1 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasına 5-ci dərəcəli maşinist peşəsinə keçirilmişdir. Uzun müddətli əmək fəaliyyətinin xeyli hissəsini zərərli iş yerlərində çalışmışdır. Lakin qeyd etmək istəyir ki, işlədiyi müəssisə müxtəlif dövrlərdə müxtəlif adlarda, eləcə də müxtəlif dövlət orqanlarının tabeçiliyində olmaqla fəaliyyət göstərmişdir. Pensiya hüququndan yararlanmaq məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə pensiya hüququnu təmin etməmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 31 il 4 gün (xx.xx.2006-cı il tarixədək 20 il 8 ay 4 gün (xx.xx.1978-xx.xx.1980-ci il, xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü), xx.xx.1982-xx.xx.1986-cı il, xx.xx.1986xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1991-ci il və xx.xx.1997-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 il 4 ay), güzəştli iş stajı 3 il 10 ay 29 gün (xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.2000-xx.xx.2001-ci il və xx.xx.2008-xx.xx.2009-cu il tarixləri arasındakı dövrlər), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə 46280,73 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) buruqlara xidmət üzrə çilingərlər vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1978-xx.xx.1982-ci il tarixləri arasındakı dövr ərzində "Küryanı” X5 Təmir emalatxanasında avtomaşınların təmiri üzrə çilingər vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi işlədiyi vəzifə yuxarıda qeyd olunan buruqlara xidmət üzrə çilingərlər vəzifəsinə uyğun deyil. Eyni zamanda təqdim etdiyi sənədlərdə xx.xx.1982-xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində Perforator Partiyasında fəhlə, xx.xx.1997-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "Neftçala” X11 gözətçi və fəhlə, xx.xx.2001 -xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə "Neftçala” X8 sürücü maşinist, sürücü motorçu vəzifələrində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifələr yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahının neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) Qazma bəndində (10.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan az (10 il 3 ay 19 gün (xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2008-xx.xx.2010-cu il, xx.xx.2011xx.xx.2013-cü il, xx.xx.2013-xx.xx.2016-cı il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2016xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər)) təşkil edir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddiaya qarşı etirazla eynilik təşkil edir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən “SOCAR” tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli və xx.xx.2025-ci il tarixli məktubların məzmununa istinad etmişdir. Həmin məktubların məzmununda ziddiyyət mövcuddur. Belə ki, xx.xx.2022-ci il tarixli məktubda güzəştli iş stajı 19 il 3 ay 21 gün, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli məktublarda isə 13 il 11 ay 6 gün olaraq qeyd edilmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. -9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. -ИТ-İ № ******* nömrəli, xx.xx.1978-ci il tarixli əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.2016-cı il tarixədək müxtəlif idarələrdə işləmişdir. -Geofizika və Geologiya İdarəsinin X2 tərəfindən verilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışda qeyd edilmişdir ki, İddiaçı fəhlə, perferatorçu (karotajçı), maşinist peşələri üzrə 19 il 3 ay 21 gün sosial sığorta stajı vardır. İşlədiyi vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.1 (a) bəndinə uyğundur. -"SOCAR"-ın xx.xx.2022-ci il tarixli **********80020123X00066 nömrəli arxiv arayışında göstərilmişdir ki, İddiaçı həqiqətən “Küryanı” Geofizika Kontorunun arxiv sənədlərində Onun Mexaniki Təmir emalatxanasında avtomaşınların təmiri üzrə çilingər, 51/48 və 52/48 saylı Perforator Partiyasında fəhlə karotajçı-perforatorçu “Azneftmədəngeofizika” Trestinin “Neftçala” X12 gözətçi, fəhlə, karotajçı, perforatorçu, motorçu, maşinist, Neftçala X9 86 saylı kompleks mədən geofiziki dəstəsində maşinist, “Neftçala”, “Əlibayramlı” və “Şirvan” X1 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasında maşinist peşəsində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1978-ci il tarixli 85-k saylı əmrə əsasən Mexaniki Təmir emalatxanasına avtomaşınların təmiri üzrə çilingər peşəsinə işə qəbul olunub. xx.xx.1982-ci il tarixli 63 saylı əmrə əsasən 5148 saylı Perforator Partiyasına 2-ci dərəcəli fəhlə, 06 08 1984-cu il tarixli 72 saylı əmrə əsasən 51/48 saylı Perforator Partiyasına 4-cü dərəcəli karotajçı perforatorçu vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.1986-ci il tarixli 2-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. İşə qəbul olma: “Azneftmədəngeofizika” Trestinin xx.xx.1997-ci il tarixli 29C-k saylı əmrə əsəsən “Neftçala” X15 gözətçi peşəsinə işə qəbul olunub. 24 03 1999-cu il tarixli 57-k saylı əmrə əsasən həmin sahədə 3-cü dərəcəli fəhlə, xx.xx.2000-ci il tarixli 07-k saylı əmrə “Neftçala” X13 4-cü dərəcəli karotajçı-perforatorçu, xx.xx.2001-ci il tarixli 47-k saylı əmrə əsasən həmin dəstədə 4-cü dərəcəli matorçu, xx.xx.2002-ci il tarixli 15-k saylı əmrə əsasən 5-ci dərəcəli maşinist, xx.xx.2008-ci il tarixli 139-k saylı əmrə əsasən “Əlibayramlı” Quru X1 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasına 5-cı dərəcəli maşinist 01 07 2008-ci il tarixli 177-k saylı əmrə əsasən "Şirvan" X1 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasına 5-ci dərəcəli maşinist peşəsinə keçirilib. İşdən azad olma: 01 12 2009-cu il tarixli 258-k saylı əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cu bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1978-ci il tarixdən - xx.xx.1986-cı ilə qədər 7 il 2 ay 21 gün. xx.xx.1997-ci il tarixdən - xx.xx.2009-cu ilə qədər 12 il 1 ay. Cəmi güzəştli iş stajı: 19 il 3 ay 21 gün. İddiaçı çalışdığı çilingər, fəhlə, karotajçı-perferatorçu, gözətçi, matorçu, karotaj qaldırıcı stansiyanın maşinisti peşəiən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş Güzəştli şərtlərlə yaşa gerə pensiya hüququ verən istehsalatların ışlənn peşələrin və göstəricilərin Siyahısında 10 Neftin qazılması və hasilatı neft qaz kondensatı kömür va şistin emalı bəndinin 10 1 Qazma a) fəhlələr buruqlara xidmət üzrə çilingərlər quyularda geofiziki tədqiqat işlərini icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri yarımbəndindəki karotaj stansiyasının qaldırıcı maşinistləri, karotajçılar, özühərəkətedən karotaj stansiyasının motorçuları, partladıcılar peşələrində göstərilmişdir. -"SOCAR"-ın xx.xx.2025-ci il tarixli 214-2-4/2-182/2025 nömrəli məktubunda göstərilmişdir ki, “Küryanı” Geofizika Kontorunun (indiki X2) arxiv sənədlərində İddiaçı həqiqətən Mexaniki Təmir emalatxanasında avtomaşınların təmiri üzrə çilingər, 51/48 və 52/48 saylı Perforator Partiyasında fəhlə, karotajçı-perforatorçu, “Azneftmədəngeofizika” Trestinin "Neftçala” X12 gözətçi, fəhlə, karotajçı-perforatorçu, motorçu, maşinist, "Neftçala” X9 86 saylı kompleks mədən geofiziki dəstəsində maşinist, "Neftçala”, “Əlibayramlı” və “Şirvan” X1 70 saylı kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasında maşinist peşəsində çalışması haqqında məlumat vardır. İşə qəbul olma: xx.xx.1978-ci il tarixli 85-k nömrəli əmrə əsasən Mexaniki Təmir emalatxanasına avtomaşınların təmiri üzrə çilingər peşəsinə işə qəbul olunub. xx.xx.1982-ci il tarixli 63 nömrəli əmrə əsasən 51/48 saylı Perforator Partiyasına 2-ci dərəcəli fəhlə, xx.xx.1984-cü il tarixli 72 nömrəli əmrə əsasən 51/48 saylı Perforator Partiyasına 4-cü dərəcəli karotajçı-perforatorçu vəzifəsinə keçirilib. İşdən azad olma: xx.xx.1986-cı il tarixli 2-k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən işdən azad edilmişdir. İşə qəbul olma: “Azneftmədəngeofizika” Trestinin xx.xx.1997-ci il tarixli 290-k nömrəli əmrinə əsasən "Neftçala” X15 gözətçi peşəsinə işə qəbul olunub. xx.xx.1999-cu il tarixli 57-k nömrəli əmrə əsasən həmin sahədə 3-cü dərəcəli fəhlə, xx.xx.2000- ci il tarixli 7-k nömrəli əmrə əsasən "Neftçala” X13 4-cü dərəcəli karotajçıperforatorçu, xx.xx.2001-ci il tarixli 47-k nömrəli əmrə əsasən həmin dəstədə 4-cü dərəcəli motorçu, xx.xx.2002-ci il tarixli 15-k nömrəli əmrə əsasən 5-ci dərəcəli maşinist, xx.xx.2008-ci il tarixli 139-k nömrəli əmrə əsasən “Əlibayramlı” Quru X1 70 nömrəli kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasına 5-ci dərəcəli maşinist, xx.xx.2008-ci il tarixli 177-k nömrəli əmrə əsasən "Şirvan” X1 70 nömrəli kompleks mədən geofiziki dəstəsinin karotaj qaldırıcı stansiyasına 5-ci dərəcəli maşinist peşəsinə keçirilib. İşdən azad olma: xx.xx.2009-cu il tarixli 258-k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69.3-cü bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Cəmi iş stajı: xx.xx.1978-ci il tarixdən - xx.xx.2009-cu il tarixə qədər 19 il 3 ay 11 gündür. Cəmi güzəştli iş stajı: xx.xx.1982-ci il tarixdən - xx.xx.1986-cı il tarixə qədər 3 il 2 ay 28 gün. xx.xx.1999-cu il tarixdən - xx.xx.2009-cu ilə qədər 10 il 8 ay 8 gündür. İddiaçı çalışdığı fəhlə, karotajçı-perforatorçu, motorçu, karotaj qaldırıcı stansiyanın maşinisti peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007 -ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 10. Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bəndinin 10.1. Qazma (quyularda geofiziki tədqiqat işlərini icra edən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyasının qaldırıcı maşinistləri, karotajçılar, özühərəkətedən karotaj stansiyasının motorçuları, partladıcılar) kodunda çalışanlarla eyni əmək funksiyasını yerinə yetirir. Mexaniki Təmir emalatxanasının avtomaşınların təmiri üzrə çilingər, həmçinin X11 gözətçi peşələri Siyahıda yoxdur. Qeyd: Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən təklif olunan bir sıra Vahid Tarif- X6 təsdiqi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 31 yanvar 2012-ci il tarixli 1 nömrəli qərarı ilə təsdiq edilmiş "Topoqrafiya, geodeziya və kartoqrafiya sahəsinə aid olan fəhlə peşələrinin X19 Sorğu Kitabçası”na əsasən Karotaj stansiyasının maşinisti peşəsi kitabça qüvvəyə minməmişdən əvvəl Qaz karotaj stansiyasının maşinisti, Karotaj stansiyasının qaldırıcısının maşinisti, Özüyeriyən karotaj stansiyasının motorçusu peşələri adlandırılmışlar. Adlandırma: Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2006-cı il tarixli 15 nömrəli əmrinin 2.1 bəndinə əsasən "Azneftgeofizika” və "Xəzərdənizneftgeofizika” trestləri birləşdirilib "Geofizika və geologiya İdarəsi”nin tabeliyində olaraq "Mədəngeofizika” İdarəsi adlandırılıb. Geofizika və geologiya İdarəsinin tabeliyində olan "Mədəngeofizika” İdarəsi xx.xx.2013-cü il tarixli ARDNŞ/13-1000-SM-08- 000033 nömrəli əmri ilə "Mədəngeofizika” İstehsalat Bölümü adlandırılmışdır. Cavabdeh apellyasiya şikayətində iddiaçının çalışdığı vəzifələrin (xx.xx.1978xx.xx.1980-ci il ərzindəki dövr üzrə avtomaşınların təmiri üzrə çilingər; xx.xx.1982xx.xx.1984-cü il tarixləri arasındakı dövr ərzində Perforator Partiyasında fəhlə; xx.xx.1997xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Neftçala” X11 gözətçi və fəhlə, xx.xx.2001-xx.xx.2008-ci il tarixləri arasındakı dövr ərzində isə “Neftçala” X3 maşinist, sürücü motorçu) yuxarıda qeyd edilən Siyahıda neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin, qazma bəndində nəzərdə tutulmadığını qeyd etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçının çalışdığı peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 10.1 (a) bəndinə uyğun olması yuxarıda qeyd edilən iş materialları ilə öz təsdiqini tapır. Həmçinin cavabdeh apellyasiya şikayətində “SOCAR” tərəfindən verilmiş məktublarda iddiaçının güzəştli iş stajında ziddiyyət olduğunu qeyd etmişdir. Belə ki, “SOCAR” tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubda iddiaçının güzəştli iş stajı 19 il 3 ay 21 gün olaraq göstərilsə də, həmin müəssisə tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli arayışlarda iddiaçının xx.xx.1986-cı il tarixdən xx.xx.1991-ci il tarixədək sürücü və xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək gözətçi peşəsində çalışdığı dövrlər onun güzəştli iş stajından çıxarılmaqla, iddiaçının güzəştli iş stajı 13 il 11 ay 6 gün olaraq (həmin məktublarda iddiaçının cəmi iş stajı 19 il 3 ay 21 gündür) qeyd edilmişdir. Qanunvericiliyə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün şəxsin ən az 12 il 6 ay güzəştli iş stajının olması tələb edildiyindən məhkəmə kollegiyası qeyd edir ki, Alim İslamovun 13 il 11 ay 6 gün güzəştli iş stajı olduğundan, iddiaçı bu tələbə tam şəkildə cavab verir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırki mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 21 iyul 2025-ci il tarixli, 2-1(120)-2031/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar