Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-71/2023 06.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinnat üzrə Mərkəzi filialına qarşı iş üzrə Açar sözlər: (hərbi qulluqçu kimi əlilliyə görə təyin edilmiş pensiyafərqinin əvvəlki dövrlər üzrə yenidən hesablanaraq ödənilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı «xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq ödənilməsi» tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(120)1129/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək ödənilməyən pensiya fərqinin ödənilməsi ilə əlaqədar inzibati orqana müraciət etmiş, lakin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli, **********5 saylı məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən,lakin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablamaqla ödənilir. Qanunvercilikdə keçmiş müddət üçün alınmamış əmək pensiyasının ən çoxu üç il müddət üçün hesablanması nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq birdəfəlik ödənilməsi” öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, ağır yaralanmış və xx.xx.1993-cü ildən 2-ci qrup müddətsiz müharibə əlilidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 1993-cü ilin mart ayından 2021-ci ili may ayınadək əmək pensiyası almışdır. xx.xx.2021 -ci il tarixdən Müdafiə Nazirliyinin məlumat vərəqəsi əsasında ona 2-ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya təyin olunmuş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən aldığı əmək pensiyası dayandırılmışdır. Qeyd edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən 2021-ci ilin may ayından etibarən 2ci dərəcə əlilliyə görə hərbi qulluqçu kimi pensiya hesablanıb ödənilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən ona xx.xx.2006-cı ildən xx.xx.2021-ci ilədək olan müddət üçün pensiyanın yenidən hesablanması barədə müraciət etmişdir. Lakin cavabdeh ona xx.xx.2018-ci ildən xx.xx.2021-ci ilədək olan 3 il müddət üçün ödəniş etmiş, qalan xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək olan müddət üçün ödəniş etməkdən imtina etmişdir. Dəfələrlə cavabdehə bu barədə ərizə ilə müraciət etsə də, cavabdeh hər dəfə cavab məktubunda qeyd etmişdir ki, keçmiş dövr üzrə alınmamış pensiya məbləğinin ən çoxu üç il müddəti üçün hesablanaraq ödənilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, cavabdehin ona yazdığı cavab məktubları əsasız və qanunsuzdur. Belə ki, ona xx.xx.2006-cı ildən xx.xx.2018-ci ilədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq ödənilməsi qanuna müvafiqdir. Qeyd edir ki, Ali Məhkəmənin 2-1(102)-1539/2021 nömrəli, xx.xx.2021-ci il tarixli analoji qərarına əsasən iddia tələbi haqlıdır və təmin edilməsi qanuna müvafiqdir. Həmçinin, qeyd edir ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” 2006-cı il 28 noyabr tarixli 184-İİİOD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən və həmin qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 saylı Fərmanı ilə Müdafiə Nazirliyinin hərbi qulluqçularının pensiya təminatı ilə bağlı funksyaları Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna verilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci ıl 31 avqust tarixli 781 saylı Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Haqqında Əsasnamənin” 8.5ci maddəsində məcburi dövlət sosial sığorta vəsaiti və dövlət büdcəsi vəsaiti hesabına ölkədə bütün əmək pensiyalarının maliyyələşdirilməsinin həyata keçrilməsi, 8.6.1-ci maddəsində isə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununa müvafiq olaraq “Əmək pensiyaları xərclərini məcburi dövlət sosial sığorta vəsaiti hesabına maliyyələşdirilməsinin təmin edilməsi” fondun əsas vəzifələri kimi göstərilmişdir. Həmin Əsasnamənin 9-cu maddəsində “məcburi dövlət sosial sığorta vəsaitini idarə etmək, əmək pensiyaları sahəsində idarəetməni, əmək pensiyalarının təyin edilməsinin maliyyələşdirilməsinə və ödənilməsinə nəzarəti həyata keçirmək” fondun əsas funksiyalarından biri kimi göstərilmişdir. Bundan başqa, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 37.7-ci maddəsində keçmiş müddət üçün alınmış əmək pensiyasının məbləğinin müddətindən asılı olmayaraq ödənilməsi” göstərilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” 07 fevral 2006-cı il tarixli 54-111Q nömrəli Azərbaycan Respublikası Qanunun 20.16.1-ci maddəsinə əsasən İ qrup müharibə əlillərinə (o cümlədən xidməti vəzifələri yerinə yetirərkən əlil olanlara) müvafiq təminat xərcliyinin-100 faizi, İİ qrup müharibə əlillərinə-80 faizi, İİİ qrup müharibə əlillərinə 55 faizinin 2006-cı ilin yanvar ayından 2018-ci ilin may ayına qədər fərq məbləğinin tam şəkildə ona qanunla ödənilməsi mümkündür və tam şəkildə ödənilməlidir. İddiaçı xx.xx.2022-ci ildə və xx.xx.2022-ci il tarixlərdə məhkəməyə ərizə təqdim edərək iddianın dəyişdirilərək “ona xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (xx.xx.2021-ci ilədək Dövlət Sosial Müdafiə Fondunun müvafiq rayon şöbəsindən 2-ci dərəcə əlilliyə görə aldığı əmək pensiyası ilə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsindən xx.xx.2021-ci ildən hərbi qulluqçu kimi 2-ci dərəcə əlilliyə görə aldığı pensiya arasındakı fərqin) hesablanaraq fərq məbləğinin ödənilməsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(116)-1129/2022 saylı qərardadı ilə iddianın dəyişdirilməsi qəbul edilmişdir. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hesab edirlər ki, icraatda olan 2- 1(120)-1129/2022 saylı iş üzrə iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək, ona ödənilməli olan xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin hesablanaraq birdəfəlik ödənilməsini xahiş etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı tərəfindən ona Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 03 may 2021-ci il tarixli MN- 14728 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə təminat xərcliyinin (591,00 manat) 80 faizi - 472,80 manat məbləğində əmək pensiyası təyin edildiyi, eyni zamanda keçmiş üç il müddət üçün yenidən hesablandığı barədə məlumat verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları ona almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair qərardadına əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair qərarında göstərilir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası adıçəkilən qərardadında “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi ilə bağlı göstərmişdir ki, yeni tənzimləmələri nəzərdə tutan qanun 2017-ci il 10 mart tarixində qəbul edilmiş, 2017-ci il may ayının 3-də mətbuatda dərc edilmiş, 2017-ci il 1 iyul tarixindən etibarən isə qüvvəyə minmişdir. Yəni faktiki keçid dövrü nəzərdə tutan yeni tənzimləmələr hüququ əvvəlki normalar əsasında yaranmış şəxslərin hüquqlarının həyata keçirilməsini təmin etmək üçün real vaxt və imkanlar nəzərdə tutmuşdur. Bu kateqoriya şəxslər qanunun qüvvəyə mindiyi günədək müraciət etməklə özlərinin hüquqlarının əvvəlki normanın müəyyən etdiyi qaydada həyata keçirilməsinə nail ola bilərdilər. Məhz buna görə də, kollegiya hesab etmişdir ki, yeni tənzimləmələrin əmək pensiyaçılarının hüquqlarına təsirini minimuma endirmək üçün faktiki imkan və işlək mexanizmlər mövcud olmuşdur. Bunu nəzərə alaraq Ali Məhkəmənin İnzibati Kollegiyası belə nəticəyə gəlmişdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər. Konstitusiya Məhkəməsi Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəasının pensiya hüququ 2017-ci il 1 iyul tarixinədək yaranmış lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə tətbiq edilməsi istisna edilməmiş, 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırması öhdəliyi məhkəməni üzərinə qoyulmuşdur. Belə ki, İddiaçı xx.xx.1993-cü il tarixdən İİ qrup əlillik təyin edilmiş, o, həmin tarixdən xx.xx.2021-ci il tarixədək əlilliyə görə əmək pensiyası almışdır. xx.xx.2021-ci il tarixdən hərbi qulluqçu kimi əmək pensiyası təyin edilmiş, həmin tarixdən əvvəl hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı inzibati orqana müraciət etməmiş, müraciət etməməsinin səbəbləri barədə hər hansı sübut təqdim etməmişdir. Qeyd olunan maddi normalara istinad edərək belə nəticəyə gəlmək olar ki, İddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin birdəfəlik ödənilməsi qanuna müvafiq hesab edilmir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2022-cı il tarixli, 2-1(120)-1129/2022 saylı qərarı ilə (hakim F.N.Abbasov) iddia təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırki iş üzrə düzgün olmuyan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. İş üzrə birici instansiya məhkəməsinin qərarı apellyasiya icraatı qaydasında ləğv edilməli və iş üzrə iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddiaçının iddiasını təmin edərək xx.xx.2006-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərginin hesablanaraq ödənilməli olduğu qənaitinə gəlmiş, iddiaçının hərbi qulluqçu kimi əmək pensiyası hüququnun əvvəl yarandığına istinad edərək, hazırki mübahisənin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı dövrdə qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinin 2-ci hissəsinin (pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir) əsasında həll edilməli olması ilə əsaslandırmışdır. Halbuki İddiaçı pensiyasının Fondun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi filialının təqsiri üzündən vaxtında almamağı ilə bağlı hər hansı sübut aşkar edilməmişdir. İşin hallarından məlum olur ki, İddiaçı tərəfindən hərbi qulluqçu kimi pensiyanın təyin edilməsi ilə bağlı müraciəti 20 may 2021-ci il tarixdə yəni 2017-ci il 1 iyul tarixdən sonra olmuşdur. 20 may 2021-ci il tarixədək inzibati orqana müraciət etməməsinin şəxsin səhhəti ilə və ya yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərə bağlı olması barədə hər hansı sübut təqdim etməmişdir və bu hal məhkəmə tərəfindən araşdırılmamışdır. Məhkəmə qanunvericinin sosial təminat sistemi ilə bağlı qanunvericilkdə mülahizə sərbəstliyini tanımalı, onun bütün faktorlarını nəzərə alaraq formalaşdırıldığı sistemə ziddiyət təşkil edəcək tövsifdən və təfsirindən çəkinməli, qanunun ümumi məqsədlərini nəzərə almalıdır. Yuxarıda göstərilən hallar birinci instasiya məhkəməsi tərəfindən düzgün araşdırlmamış və əsaslı hüquqi qiymət verilmədən yekun qərar çıxarılmışdır. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1129/2022 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Apellyasiya şikayətinə etirazın dəlilləri İddiaçının apellyasiya şikayətinə etirazı iddia tələbi eynilik təşkil edir. Əlavə olaraq bildirmişdir ki, cavabdehin apellyasiya şikayəti əsassızdır, qanunsuzdur və formal xarakterli olduğu üçün Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2- 1(120)1129/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edib şikayətin dəlillərinə uyğun izahat verərək, Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1129/2022 nömrəli qərarının ləğv olunmasını və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı oğu apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, hərbi biletin surəti, arayış və cavabdehin imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Qanun: Maddə 32.1-1. Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir (xx.xx.2017-ci ilə qədər olan redaksiya). Maddə 37.7. Keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği bu Qanunun 32.1-1-ci maddəsində göstərilən şərt nəzərə alınmaqla ödənilir (xx.xx.2017-ci ildən qüvvəyə minmiş redaksiya). “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanun: Maddə 49. Keçmiş müddət üçün pensiyaların ödənməsi Pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığı pensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.1993-cü il tarixdən İİ qrup əlillik təyin edilmiş və o, xx.xx.2021-ci il tarixdək əlilliyə görə əmək pensiyası almışdır (iş vərəqi 7,91). Eyni zamanda iş materiallarından müəyyən olunur ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2021-ci il tarixli, MN-14728 nömrəli məlumat vərəqəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.16.1-ci maddəsinin tələblərinə uyğun olaraq “Azərbaycan Respublikasının ərazi bötüvlüyünün müdafiəsi ilə əlaqədar” İİ dərəcəli əlilliyə görə təminat xərcliyinin (591 manat) 80 faizi- 472,80 manat məbləğində əmək pensiyası təyin edilmiş və əvvəlki üç il üçün hesablanıb ödənilmişdir. Cavabdehin apellyasiya şikayətinin məzmunundan müəyyən olunur ki, cavabdeh hazırkı mübahisənin “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında həll edilməsi qənaətindədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının pensiya hüququ xx.xx.1993-cüil tarixdə yarandığından, hazırkı mübahisə cavabdehin apellyasiya şikayətdə iddia etdiyi kimi “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbləri əsasında deyil, iddiaçının pensiya hüququnun yarandığı zaman qüvvədə olmuş “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun müddəaları əsasında həll edilməlidir. Nəzərə almaq lazımdır ki, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanunun 49-cu maddəsinə əsasən pensiya təyin edən orqanların təqsiri üzündən pensiyaçının vaxtında almadığıpensiya məbləğləri keçmiş müddət üçün heç bir məhdudiyyət qoyulmadan ödənilir. Qeyd edilən normanın müddəaları baxımından, iddiaçı xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək olan müddət üçün pensiya fərqinin (iddiaçının ümumi əsaslarla aldığı əmək pensiyası ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Xüsusi ŞərtlərləTəyinat İdarəsindən xx.xx.2018-ci ildən hərbi qulluqçu kimi İİ dərəcə əlilliyə görə aldığı pensiya arasında fərqin) hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır və birinci instansiya məhkəməsinin bununla bağlı gəldiyi nəticə qanuni sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(120)- 1129/2022 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-71/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-71/2023
06.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver