Məhkəmə qərarları › İş №2-1(106)-716/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-716/2025

21.05.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-716/2025 21.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi İddiaçı iddiaçı1, Üçüncü şəxs, həmçinin digər üçüncü şəxs üçüncü şəxs2 nümayəndəsi üçüncü şəxs1 iştirakları ilə, İddiaçılar iddiaçı4, iddiaçı2, iddiaçı1 və digərlərinin cavabdeh İmişli rayon Qulubəyli bələdiyyəsinə qarşı “İmişli rayon Qulubəyli bələdiyyəsinin kəndin ümumi istifadəsində olan 40,0 ha örüş ərazisinin 45 il müddətinə üçüncü şəxs2 icarəyə verilməsi haqqında ##.##.2004cü il tarixli, ** saylı qərarının və üçüncü şəxs1 adına verilmiş 3,00 ha torpaq sahəsinə dair ##.##.2007-ci il tarixli, ** saylı qərarının ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarından üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar iddiaçı4 və qeyriləri cavabdeh İmişli rayon Qulubəyli bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli rayon Qulubəyli bələdiyyəsinin kəndin ümumi istifadəsində olan 40,0 ha örüş ərazisinin 45 il müddətə üçüncü şəxs2 icarəyə verilməsi haqqında ##.##.2004-cü il tarixli, ** saylı qərarının və üçüncü şəxs1 adına verilmiş 3,00 ha torpaq sahəsinə dair ##.##.2007-ci il tarixli, ** saylı qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Tələb onunla əsaslandırmışdır ki, İmişli rayonunun Qulubəyli kəndində yaşayaraq fərdi təsərrüfatlarında mal-qara saxlayırlar. Əvvəllər mal qaralarını başqa kəndin ərazisində otarıblar. Yaşadıqları İmişli rayonunun Qulubəyli Bələdiyyəsinin mülkiyyətində olan örüşotlaq yerlərinin qanunsuz olaraq ayrı-ayrı şəxslərin uzunmüddətli istifadəsinə verilməsi səbəbindən şəxsi təsərrüfatlarında olan heyvanların otarılmasında çətinliklər yaranmış və bu səbəbdən səksən iki nəfərin imzası ilə İmişli rayonunun o zamankı İcra Hakimiyyəti başçısına edilən müraciətlərdən sonra örüş sahələri bələdiyyə mülkiyyətinə qaytarılaraq camaatın istifadəsinə verilmişdir. Keçmiş İcra Hakimiyyəti başçısı çoxsaylı müraciətlərinə vermiş olduğu cavabında bələdiyyənin bütün icarə müqavilələrinin ləğv olunacağına və mal qaralarının həmin örüşlərdə otaracaqlarına vəd vermişdir. Bundan sonra İmişli rayonunun Qulubəyli Bələdiyyəsinin mülkiyyətində olan, lakin Bələdiyyəsinin ## ### 2004-cü il tarixli, ** saylı icarə müqaviləsi ilə üçüncü şəxs2 45 il müddətinə icarəsinə verilmiş 40,0 ha örüş torpaq sahəsindən örüş-otlaq sahəsi kimi istifadə etməyə başlamışlar və qeyd etdikləri səbəbdən həmin sahədən özbaşına olaraq istifadə etməmişdirlər. İmişli rayonunun Qulubəyli Bələdiyyəsinin 40,0 ha örüş ərazisinin 45 il müddətə icarəyə verilməsi haqqında üçüncü şəxs2 ilə bağladığı ## ### 2004-cü il tarixli, ** saylı müqaviləsi qanunaziddir. Bu səbəbdən də həmin müqavilənin ləğv edilməsi barədə bələdiyyəyə dəfələrlə müraciətlər etdikdə bələdiyyə sədri də adı çəkilən müqavilənin ləğv olunduğunu demişdir. Bu səbəbdən İmişli rayonunun Qulubəyli Bələdiyyəsinin üçüncü şəxs2 ilə bağladığı ## ### 2004-cü il tarixli, ** saylı müqavilənin ləğv olunduğunu güman etmişdirlər. Lakin onlar özləri müqavilənin ləğvi ilə bağlı məhkəməyə müraciət etməmişdirlər. ## ### 2004-cü il tarixli, ** nömrəli “Torpağın icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Qulubəyli bələdiyyəsinin ## ##### 2004-cü il tarixli, ** saylı qərarına əsasən İmişli rayonu Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan 40,0 hektar örüş torpaq sahəsi istifadə olunması üçün 45 il müddətə üçüncü şəxs2 icarəsinə verilmişdir. Azərbaycan Respublikasi Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Beyləqan Ərazi İdarəsi tərəfindən verilmiş ## #### 2020-ci il tarixli, ************ saylı məktubundan görünür ki, üçüncü şəxs2 adına hərhansı bir torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkarlanmamışdır. X2 2004-cü illərdə rayon Qulubəyli kəndində sədri işləmiş, hazırda İmişli rayonunda İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışır. Mirzə Quliyev bələdiyyə sədri işləyən zaman ##.##.2004-cü il tarixli, ** saylı protokol əsasında 40 hektar torpaq sahəsi bir neçə nəfərin imzası ilə kənd sakini X3, müqavilə ilə kənd camaatına mal-qara otlaması üçün verilmişdir. Müqavilənin vaxtı 15 il olmuşdur. Bundan sonra Qulubəyli bələdiyyəsi qeyri-qanuni olaraq həmin müqavilənin şərtini pozmuş, 45 il müddətinə həmin torpaq sahəsini üçüncü şəxs2 saxta yolla satmışdır. Sonradan Qulubəyli kənd bələdiyyəsi ##.##.2017-ci il tarixli protokol 40 ha torpaq sahəsinin müqaviləsi ləğv olmamış 7,5 hektar sahəsini təkrar olaraq üçüncü şəxs1 Oləsgər oğluna saxta yol ilə satmışdır. Qanunsuz olaraq torpağın təyinatı dəyişdirilmədən bir neçə kilometr, 2 metr enində. 1 metr dərinlikdə xəndək çəkmiş və qeyri-qanuni olaraq əkin sahəsinə çevrimişdir. Həmin sahənin bir hissəsində özü yaşamaq üçün yaşayış evi tikmişdir. Qeyd olunan 40 hektar ərazi camaatın mal-qarasının otlaması üçün nəzərdə tutulsa da, əraziyə heyvan otarmağa heç kim buraxılmır. Göstərilənlərə əsasən Qulubəyli bələdiyyəsinin üçüncü şəxs2 Əbdulrəhim oğlunun ##.##.2004-ci il tarixli, * saylı qərarı və ##.##.2004-cü il tarixli, ** saylı protokolu və üçüncü şəxs1 ##.##.2007-ci il tarixli, ** saylı ləğv edilməlidir. Şirvan İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə İmişli Regional Ədliyyə İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli, *-*(***)-**/**** saylı qərardadı ilə mübahisələndirilən qərarlardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddət bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli, *-*(***)-**/**** saylı qərardadı ilə iddia tələbi İmişli rayon Qulubəyli bələdiyyəsinin üçüncü şəxs1 adına verilmiş 3,00 ha torpaq sahəsinə dair ##.##.2007-ci il tarixli, ** saylı qərarının ləğv edilməsi hissəsində mümkün sayılmamışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ###### 2024-cü il tarixli, *-*(***)- **/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, İmişli rayon Qulubəyli bələdiyyəsinin kəndin ümumi istifadəsində olan 40,0 ha örüş ərazisinin 45 il müddətinə üçüncü şəxs2 icarəyə verilməsi haqqında ##.##.2004-cü il tarixli, ** saylı qərarın ləğv edilməsi, 50 manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh İmişli rayon Qulubəyli bələdiyyəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Qərardan üçüncü şəxs üçüncü şəxs2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya instansiya məhkəməsində birinci icraat Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (hakimlər Fikrət Hüseynov /sədrlik edən və məruzəçi/, Samir Həsənov, Pərviz Hacıyev) 2024-cü il ## ####### tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan İnzibati Məhkəməsinin 2024-cü il ## ###### tarixli, *-*(***)-**/**** nömrəli qərarı iddianın təmin olunması hissəsində ləğv edilmiş, iddiaçılar iddiaçı4 və qeyrilərinin cavabdeh İmişli rayon Qulubəyli bələdiyyəsinə qarşı İmişli rayon Qulubəyli bələdiyyəsinin kəndin ümumi istifadəsində olan 40,0 ha örüş ərazisinin 45 il müddətə üçüncü şəxs2 icarəyə verilməsi haqqında ##.##.2004-cü il tarixli, ** saylı qərarının ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. İddiaçı iddiaçı1 Şirvan Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycaan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2024-cü il ## ####### tarixli, *-*(***)- ***/**** nömrəli qərarının ləğv edilməsi və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) ## ###### 2024-cü il tarixli, *-*(***)- **/**** nömrəli qərarı ilə iddianın təmin edilməsi, İmişli rayon Qulubəyli bələdiyyəsinin kəndin ümumi istifadəsində olan 40,0 ha örüş ərazisinin 45 il müddətinə üçüncü şəxs2 icarəyə verilməsi haqqında ##.##.2004-cü il tarixli, ** saylı qərarın ləğv edilməsi, 50 manat ekspertiza tədqiqatının dəyərinin cavabdeh İmişli rayon Qulubəyli bələdiyyəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: -İmişli rayon Qulubəyli bələdiyyəsinin ##.##.2004-cü il tarixli, ** saylı iclas protokolundan çıxarışın surətindən görünür ki, İmişli rayonu Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan otlaq sahəsindən 40 ha torpaq sahəsinin 45 il müddətinə üçüncü şəxs2 Əbdürrəhman oğluna ayrılması qərar alınmışdır. -“Torpaq sahəsinin icarəyə verilməsi haqqında” ## ### 2004-cü il tarixli, ** nömrəli müqaviləsinin surətindən görünür ki, İmişli rayon Qulubəyli bələdiyyəsinin sədri M.Quliyev ilə İmişli rayonu Qulubəyli kənd sakini üçüncü şəxs2 Əbdürrəhman oğlu arasında Qulubəyli bələdiyyəsinin ## ##### 2004-cü il tarixli, ** saylı qərarına əsasən İmişli rayonu Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan 40,0 hektar örüş torpaq sahəsi istifadə olunması üçün 45 il müddətinə üçüncü şəxs2 icarəsinə verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, **/**** nömrəli ekspert rəyində bildirilir: -İmişli rayon Qulubəyli bələdiyyəsinin ##.##.2004-ci il tarixli ** saylı qərarına əsasən üçüncü şəxs2 icarəyə verilən İmişli rayonu Qulubəyli kəndində yerləşən 40.0 ha torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. Həmin torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyasına aid Qulubəyli bələdiyyəsinin mülkiyyətində olan örüş sahəsidir. Torpaq sahəsinin koordinatları üçüncü şəxlərin qanuni istifadəsində olan torpaq sahəsi və tikililəri ilə üst-üstə düşmür. Həmin torpaq sahəsi göstərilən texniki göstəricilərə uyğundur və təyinatı üzrə örüş sahəsi kimi istifadəyə yararlıdır. Həmin torpaq sahəsi elektron məlumat bazasında olan Qulubəyli bələdiyyəsinə dair tərtib olunmuş yerquruluşu planında bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Həmin torpaq sahəsi naturada mövcuddur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Bələdiyyə tərəfindən inzibati akt iddiaçılara münasibətdə inzibati icraat haqqında qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edilmişdir. Belə ki, qanunvericiliyin tələblərinə əsasən müəyyən edilir ki, ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir. Ümumi istifadədə olan örüş sahələri icarə və alqı-satqı müqaviləsinin predmeti ola bilməz və hər hansısa bir şəxsə ayrıla bilməz. Qeyd edilən hal Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16-cı maddəsinin ## ##### 2023-cü ilədək qüvvədə olan və ## ##### 2023-cü il tarixindən sonra qüvvədə olan mətnlərində birmənalı olaraq qeyd edilmişdir. Cavabdehin mübahisələndirilən qərarı iddiaçılara münasibətdə “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən artıq formal-hüquqi baxımdan qanunsuz olduğundan, onun ləğvi üçün şərtlər mövcuddur. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, iddiaçıların istifadəsində və icarəsində olan 40 hektar torpaq sahəsinin ümumi istifadəsində olması barədə iddiaları əsassız və qanunsuzdur ona görə ki, həmin torpaq sahəsi İmişli rayon Qulubəyli kənd Bələdiyəsinin ##.##.2004-cü il tarixli, ** nömrəli qərarı ilə 45 il müddətə icarəyə verilmiş, hazırda da torpaq sahəsi onun istifadəsindədir. Lakin, Azərbaycan Respublikasını Ədliyyə Nazirliyinin Məhkəmə Ekspetizasını Mərkəzinin eksperti tərəfində verilmiş ##.##.2023–cü il tarixli, **/**** nömrəli rəyi düzgün tərtib edilməmiş, Bələdiyyənin həmin qərarı əsasında ona 45 il müddətə icarəyə verilmiş 40 ha torpaq sahəsini bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsi kimi qeyd olunmuşdur. Torpaq sahəsi ona icarəyə verilərkən atası Abdulrəhim 1-ci Qarabağ müharibəsində şəhid olması nəzərə alınmış, istifadəyə yararlı olmayan 40 hektar torpaq sahəsinin yararlı hala gəlməsi üçün ümumilikdə 50 000 manat xərc çəkmişdir. Belə ki, torpaq sahəsinin şoranlığını aradan qaldırılması üçün yeraltı boru çəkdirmiş, həmin əraziyə içməli su çəkdirmiş, məhz bu gördüyü işlər nəticəsində həmin torpaq sahəsi yararlı hala gətirilmişdir. İddiaçılar heç bir hüquqi əsas olmadan istifadəsində və icarəsində olan 40 hektar torpaq sahəsinin onlara verilməsi barədə əsassız iddia qaldırmışdır. Halbuki, onların həmin yerə dair subyektiv hüquqları olmamışdır. Bundan əlavə iddiaçılardan mərhum X4 adına 40 hektar torpaq sahəsinə dair hər hansı bir sənəd mövcud olmadığı halda məhkəmə mərhum Gülxoş Qasımovun oğlu – iddiaçı X1 əlində hər hansı bir sübutu olmadığı halda onun yalnız izahatına əsaslanaraq guya ##.##.2004-cü il tarixli, ** saylı protokol əsasında 40 hektar sahəsi bir neçə nəfərin imzası ilə kənd sakini X4, müqavilə ilə kənd camaatına mal-qara otlaması üçün 15 il müddətə Qulubəyli bələdiyyəsi tərəfindən verilməsinə dair hər hansı bir təsdiqedici sübut növü müqavilə, yuxarıda qeyd edilən ** saylı protokolda qeyd olunmadan həmin torpaq sahəsinin Qulubəyli bələdiyyəsinin müqavilənin şərtini pozmaqla 45 il müddətini ona saxta yolla satması barədə məhkəmə əsassız və qanunsuz nəticəyə gəlmişdir. Belə ki, məhkəmə baxışı zamanı mərhum X4 ##.##.2004-cü il tarixli, ** saylı protokol iddiaçılar tərəfindən məhkəməyə təqdim olunmamış, əldə olmayan sübuta istinad etməklə məhkəmə onun adına olan ##.##.2004-cü il tarixli, * saylı qərarın ləğv edilməsinə dair əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə həmçinin İmişli rayon Qulubəyli bələdiyyəsinin 40 hektar torpaq sahəsinin ona verilməsi barədə və həmin yerin ümumi istifadədə olmaması barədə ## ###### 2024-cü il tarixli, ** nömrəli arayışını, yəni 1996-cı ildə İmişli rayonu ərazisində islahat aparılan zaman İmişli rayonunun Qulubəyli bələdiyyəsinin ərazisində örüş torpaq sahəsinin ayrılmamasının qərar çıxararkən nəzərə almamaqda haqlı olmamışdır. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2- 1 (***)-**/**** nömrəli qərarının ləğv edilərək İmişli rayon Qulubəyli bələdiyyəsinin kəndin ümumi istifadəsində olan 40.0 hektar örüş ərazisinin 45 il müddətinə üçüncü şəxs2 icarəyə verilməsi haqqında ##.##.2004-cü il tarixli, ** saylı qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddiaçı1 apellyasiya şikayətinin təmin edilməməsini, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** nömrəli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Üçüncü şəxs, həmçinin digər üçüncü şəxs üçüncü şəxs2 nümayəndəsi üçüncü şəxs1 apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2-1 (***)-**/**** nömrəli qərarının ləğv edilərək İmişli rayon Qulubəyli bələdiyyəsinin kəndin ümumi istifadəsində olan 40.0 hektar örüş ərazisinin 45 il müddətinə üçüncü şəxs2 icarəyə verilməsi haqqında ##.##.2004-cü il tarixli, ** saylı qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş edir. Digər proses iştirakçıları işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəmə kollegiyasına bildirməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə digər proses iştirakçılarının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ## #### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydalarının”: Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, malqara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Ehtiyat fondu torpaqlarında qalan örüş sahələri və biçənəklər hüquqi və fiziki şəxslərin icarəsinə yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilir. Dövlət mülkiyyətində olan örüş, biçənək, yay və qış otlaq sahələrinin icarəyə verilməsi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: - qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; - qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; 12-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi 1.Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri (uqodiyaları), meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Kənd təsərrüfatı yerlərinə (uqodiyalarına) əkin, çoxillik əkmələrin altında olan torpaqlar, dincə qoyulmuş torpaqlar, biçənəklər, örüşlər və otlaqlar aid edilir.

4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyrikənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsatət qaldırırlar. 16-cı maddəsinə əsasən Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (## ##### 2023-cü ilədək qüvvədə olan mətn) ...

4. Ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən uzadılır keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin istifadəçilərinin və icarəçilərinin mal-qarasının sayı iki dəfədən çox azaldıqda, yaxud heyvanlar tamamilə ləğv edildikdə və ya onların mülkiyyətçisi dəyişdikdə icarə müqaviləsinə və istifadə haqqında qərara qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən baxılır. ... Ümumi istifadədə olan örüş sahələrinə, habelə hüquqi və fiziki şəxslərin icarəsinə verilən örüş və biçənək sahələrinə tələbat hesablanarkən mal-qaranın sayı, sahələrin həcmi, tutumu və yerləşməsi, suvarma imkanları, torpaqların keyfiyyəti və digər normativ-texniki tələblər nəzərə alınır.

16-cı maddəsinə əsasən Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri (## ##### 2023-cü ildən qüvvədə olan mətn)

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra– informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. 47-ci maddəsinə əsasən Bələdiyyənin torpaq üzərində mülkiyyət hüququ

1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

2. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır.

3. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

İnzibati Prosessual Məcəllə: 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

Apellyasiya baxışının hədləri

Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qərarının əsaslığını tam həcmdə mübahisələndirir, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2-1 (***)-**/**** nömrəli qərarının ləğv edilərək İmişli rayon Qulubəyli bələdiyyəsinin kəndin ümumi istifadəsində olan 40.0 hektar örüş ərazisinin 45 il müddətinə üçüncü şəxs2 icarəyə verilməsi haqqında ##.##.2004-cü il tarixli, ** saylı qərarının qüvvədə saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Tələb qərarın ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qərarın əsaslılığını tam yoxlayır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası müəyyən etmişdir ki, İmişli rayonu Qulubəyli kəndində yerləşən bələdiyyəyə məxsus 40 hektar örüş torpaq sahəsi 2004-cü ildə bələdiyyə qərarı ilə 45 il müddətinə üçüncü şəxs2 icarəyə verilmiş, 2007-ci ildə isə həmin sahədən 3 hektar hissə üçüncü şəxs1 ayrıca icarəyə ayrılmışdır. Mübahisə bu qərarların qanuniliyinə aiddir. Kənd sakinləri və iddiaçılar həmin torpağın ümumi istifadədə olan örüş sahəsi olduğunu, kənd əhalisinin mal-qarasının otarılması üçün nəzərdə tutulduğunu, buna baxmayaraq bələdiyyə tərəfindən uzunmüddətli icarəyə verilməsinin qanunsuz olduğunu iddia edərək inzibati məhkəməyə müraciət etmişlər. Birinci instansiya məhkəməsi iddianı təmin edərək 40 hektarlıq icarə qərarını qanunsuz hesab edib ləğv etmiş, 3 hektarlıq sahə ilə bağlı isə prosessual baxımdan iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Yüksək İnstansiya Məhkəməsinin Hüquqi mövqeyini və qanuni göstərişlərini nəzərə alan Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 13-cü maddəsinə nəzər yetirdikdə yaşayış məntəqələrinin ümumi istifadədə olan bələdiyyə torpaqlarından istifadə qaydalarının və şərtlərinin açıq şəkildə qeyd olunduğu müəyyən edilir. Lakin qanunun digər normalarında ümumi istifadədə olan örüş sahələrinin istifadə qaydaları ilə bağlı hər hansı tənzimləmə qeyd edilməmişdir. Həmin Qanunun 12.2-ci maddəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlardan istifadə qaydaları və şərtləri Azərbaycan Respublikasının torpaq və aqrar qanunvericiliyi ilə tənzimlənir. Eyni zamanda Həmin Qanunun 1-ci maddəsində qeyd edilmişdir ki, Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. Məhkəmə kollegiyası ilk növbədə bildirir ki, “Torpaq Məcəlləsi” torpaq münasibətlərini tənzimləyən başlıca normativ hüquqi aktlardan hesab edilir. Torpaq Məcəlləsi Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsinə, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsinə və torpaq üzərində hüquqlarının müdafiəsinə, torpaqlardan səmərəli istifadə və onların mühafizəsi üçün şərait yaradılmasına, torpağın münbitliyinin bərpasına və artırılmasına, texnogen çirklənmə və dağılmadan korlanmış torpaqların rekultivasiyasına, təbii mühitin qorunub saxlanmasına və yaxşılaşdırılmasına yönəlmişdir. Həmin Məcəllənin 16-cı maddəsinin 4-cü bəndinə görə ümumi istifadədə olan örüş sahələri əhalinin istifadəsinə müddətsiz verilir (## ##### 2023-cü ilədək qüvvədə olan redaksiya). Həmçinin həmin maddənin ## ##### 2023-cü ildən qüvvədə redaksiyasının 3-cü bəndində qeyd edilmişdir ki, ... bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Göründüyü kimi, “Torpaq Məcəlləsi”nin həm qüvvədə olan, həm də qüvvədən düşmüş normalarına əsasən ümumi istifadədə olan örüş sahələri əhalinin müddətsiz istifadəsi üçün nəzərdə tutulmuşdur. Hazırda araşdırılmalı olan əsas məsələ : ##.##.2004-cü il tarixli, ** saylı qərara əsasən üçüncü şəxs2 Abdurrəhim oğluna 45 il müddətinə icarəyə verilmiş 40 hektar örüş ərazisi bələdiyyənin mülkiyyətində olan ümumi istifadədə olan torpaq sahəsi, yoxsa bələdiyyənin ehtiyat fonduna daxil olan torpaq sahəsi olmasının müəyyən edilməsi olmuşdur. Bu səbəblə məhkəmə kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə iş üzrə yerquruluşu ekspertizası təyin edilmiş, ekspert qarşısında qeyd edilən sual qoyulmuşdur. Azərbаycаn Respublikаsının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Beyləqan Ərazi Dairəsi tərəfindən verilmiş ## ##### 2026-cı il tarixli, ****/**** nömrəli mütəxəssis rəyində göstərilmişdir: ##.##.2004-cü il tarixli, ** saylı qərara əsasən üçüncü şəxs2 Abdurrəhim oğluna 45 il müddətinə icarəyə verimiş 40 hektar örüş ərazisi bələdiyyənin mülkiyyətində olan ümumi istifadədə olan torpaq sahəsidir.Qeyd edilən 40 hektar torpaq sahəsi bələdiyyənin ehtiyat fonduna daxil olan torpaq sahəsi deyildir. Eyni zamanda İmişli rayonu, Qulubəyli kənd ərazi vahidinin hüdudları daxilində yerləşən bütün örüş sahələri “Torpaq islahatı” aparılan zamanı tərtib olunmuş komleks yerquruluşu və bələdiyyə xəritələrində bələdiyyənin mülkiyyətində olan ümumi istifadədə olan torpaq sahələri kimi qeyd olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, ##.##.2004-cü il tarixli, ** saylı qərarla üçüncü şəxs2 Abdurrəhim oğluna 45 il müddətinə icarəyə verilmiş 40 hektar örüş sahəsi bələdiyyənin mülkiyyətində olan ümumi istifadədə olan torpaq sahəsidir və həmin sahə ehtiyat fonduna daxil olan torpaq kateqoriyasına aid deyildir. Eyni zamanda rəyə əsasən, mübahisəli ərazi Qulubəyli kəndinin yerquruluşu və bələdiyyə xəritələrində də ümumi istifadədə olan örüş sahəsi kimi qeyd edilmişdir ki, bu da onun hüquqi rejimini və təyinatını bir daha təsdiq edir. Beləliklə, həmin torpaq sahəsinin hüquqi statusu əhalinin ümumi istifadəsinə xidmət edən torpaq olması ilə müəyyən edilir və fərdi şəxsin uzunmüddətli icarəsinə verilməsi onun təyinatını dəyişdirən nəticə yaradır. Bu halda bələdiyyənin qəbul etdiyi inzibati akt ümumi istifadədə olan torpağın qanunla müəyyən edilmiş sosial funksiyasını faktiki olaraq məhdudlaşdırmış olur. Halbuki mövcud torpaq qanunvericiliyinə görə belə sahələr kənd əhalisinin malqarasının otarılması üçün ümumi və müddətsiz istifadə rejimində saxlanılmalı, fərdi iqtisadi məqsədlərlə uzunmüddətli icarəyə verilməməlidir. Məhz buna görə də mütəxəssis rəyində təsdiq edilən hüquqi statusla bələdiyyənin qərarı arasında ziddiyyət yaranır və bu ziddiyyət inzibati aktın qanunvericiliyin məqsəd və ruhuna uyğun olmamasını göstərir. Nəticə etibarilə, ümumi istifadədə olan torpağın icarəyə verilməsi ilə bağlı qərar əhalinin qanunla qorunan istifadə hüququnu məhdudlaşdırdığı üçün hüquqi baxımdan əsassız hesab olunmaqdadır. Odur ki, əhalinin istifadəsi üçün nəzərdə tutulmuş sahənin bələdiyyənin mübahisələndirilən qərarı ilə üçüncü şəxsin icarəsinə verilməsi qanunun qeyd olunan normalarında nəzərdə tutulmuş məqsədlərinə zidd olmuşdur. Apellyasiya şikayətində qeyd olunan investisiya, şəxsi xərclərin çəkilməsi və faktiki istifadə halları isə torpağın hüquqi statusunu dəyişdirməməklə mülkiyyət rejimini qanunvericiliklə müəyyən edilmiş qaydadan kənara çıxarmaq üçün əsas təşkil etməmişdir. Həmçinin iddiaçıların sübut təqdim etməməsi barədə dəlillər iş üzrə mövcud rəsmi sənədlər və ekspert rəyi ilə ziddiyyət təşkil edir, çünki mübahisə subyektiv iddia ilə deyil, torpağın hüquqi kateqoriyasının müəyyən edilməsi ilə həll olunur. Buna görə apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni təkzib etmir və qərarın ləğvi üçün hüquqi əsas yaratmır. İddiaçı iddiaçı1 (və digərlərinin) iş üzrə müəyyən şəxslər barədə xüsusi qərardad çıxarılması barədə vəsatətlərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, MPM-nin 265.4cü maddəsinə əsasən məhkəmə işə baxarkən, proses iştirakçılarının və ya digər şəxslərin əməllərində cinayətin əlamətlərini aşkara çıxararsa, o bu barədə xüsusi qərardad çıxarmaqla materialları ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Lakin həmin normanın tətbiqi üçün cinayət əlamətlərinin mövcudluğu barədə məhkəmədə kifayət qədər və aydın faktiki əsaslar formalaşmalıdır. Hazırkı iş materialları üzrə isə belə bir hal yəni hər hansı şəxsin əməllərində cinayətin əlamətlərinin aşkar olunması və ya bu istiqamətdə şübhə doğuran konkret faktlar müəyyən edilmir. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını araşdırıb və Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən etmiş, tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də üçüncü şəxs üçüncü şəxs2 apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

qərаrа аldı:

Üçüncü şəxs üçüncü şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *-*(***)-**/**** saylı qərarı dəyişdirilmədən saxlansın. Qərardan onun tam formada təqdim olunduğu gündən 1 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar