Məhkəmə qərarları › İş №2-1(106)-72/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-72/2025

04.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-72/2025 04.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Salyan rayonu Arbatan Bələdiyyəsinə qarşı “bələdiyyənin 17 ha torpaq sahəsinin X10 50 il müddətinə icarəyə ayrılması barədə 21 oktyabr 2014-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2-1(120)-3712/2024 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdehlər Salyan rayonu Arbatan Bələdiyyəsinə və Salyan rayonu X6rşı iddia ərizəsi ilə müraciət edərək, “qərarların ləğv edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(120)-1000/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi və X19 üçüncü şəxs qismində cəlb edilmişdirlər. Sonradan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək iddia tələbinin Salyan rayonu X13 X7 Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli sərəncamı ilə verilmiş 70,0 hektar torpaq sahəsindən 15 illik istifadə müddəti 05 mart 2013-cü il tarixdə başa çatdığı üçün həmin şəhadətnaməyə xitam verilməsinə dair 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı; Salyan rayonu Arbatan bələdiyyəsinin “17 ha torpaq sahəsinin X10 50 il müddətinə icarəyə ayrılması” barədə 21 oktyabr 2014-cü il tarixli, 20 nömrəli qərarı; Salyan rayonu X13 “70 ha torpaq sahəsinin X10 15 il müddətinə icarəyə ayrılması” barədə 18 noyabr 2014- cü il tarixli, 19 nömrəli qərarı və Salyan rayonu X13 “6,0 ha torpaq sahəsinin X10 15 il müddətinə icarəyə ayrılması” barədə 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ləğv edilməsi kimi baxılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1000/2022 nömrəli qərardadı ilə iddianın dəyişdirilməsi qəbul olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1000/2022 nömrəli qərarı ilə iddia təmin edilərək Salyan rayonu X13 X7 Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli sərəncamı ilə verilmiş 70,0 hektar torpaq sahəsindən 15 illik istifadə müddəti 05 mart 2013-cü il tarixdə başa çatdığı üçün həmin şəhadətnaməyə xitam verilməsinə dair 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı; Salyan rayonu Arbatan bələdiyyəsinin “17 ha torpaq sahəsinin X10 50 il müddətinə icarəyə ayrılması” barədə 21 oktyabr 2014-cü il tarixli, 20 nömrəli qərarı; Salyan rayonu X13 “70 ha torpaq sahəsinin X10 15 il müddətinə icarəyə ayrılması” barədə 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı və Salyan rayonu X13 “6,0 ha torpaq sahəsinin X10 15 il müddətinə icarəyə ayrılması” barədə 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ləğv edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(106)- 95/2023 nömrəli qərarı ilə cavabdehlər və üçüncü şəxs X19 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-1000/2022 nömrəli qərarı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2- 1(102)-1725/2023 nömrəli qərardadı ilə iddiaçının kassasiya şikayətinin geri qaytarılması barədə ərizəsi təmin olunmuş, kassasiya icraatına xitam verilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə inzibati iş üzrə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əsl iddiaçı “X35” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. X23 Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı cavabdeh Salyan rayonu Arbatan Bələdiyyəsinə qarşı “bələdiyyənin 17 ha torpaq sahəsinin X10 50 il müddətinə icarəyə ayrılması barədə 21 oktyabr 2014-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi” tələbinə dair 2- 1(120)-1231/2024 saylı iş müstəqil işlər üzrə icraata ayrılmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı sərəncamı ilə A.Ağabəyli adına təsərrüfat ərazisindən 70,43 hektar torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinə əkinçilik və heyvandarlıqla məşğul olması üçün daimi istifadəsinə verilməsi qərara alınmışdır. Göstərilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixdə X5 və "xxxx" kiçik müəssisəsinin adlarına JN-262, kod 80903028 nömrəli «Torpaqdan daimi istifadə hüququna dair» şəhadətnamə verilmişdir. Həmçinin Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamı ilə 103,0 hektar torpaq sahəsinin uzun müddətli istifadəyə verilməsi qərara alınmışdır. Göstərilən torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixdə X5 adına JN-0031, kod 80903028 nömrəli şəhadətnamə verilmişdir. Göstərilən torpaq sahələrindən istifadə hüququndan istifadə edilərək həmin dövrdən göstərilən torpaq sahələrində əkinçilik və heyvandarlıqla məşğul olunmuşdur. Lakin, son vaxtlar ona məxsus torpaq sahəsinin bir hissəsini başqa şəxslər zəbt etmişlər. Dəfələrlə onlara torpaq sahəsinin boşaldılmasına dair müraciət edilməsinə baxmayaraq, onlar bunu inkar etmiş və qanunsuz olaraq ona məxsus torpaq sahəsini zəbt etməkdə davam etmişlər. Torpaq sahəsini zəbt etmiş şəxslər hər dəfə zəbt etdikləri torpaq sahəsinə bələdiyyə tərəfindən rəsmi qaydada icazə verildiyini bildirmişlər. Bununla əlaqədar olaraq, bələdiyyə orqanına rəsmi qaydada müraciət edərək həmin ərazilərin digər şəxslərə istifadəyə və ya icarəyə verilməsi ilə bağlı hər hansı bir qərarın olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuş, Arbatan bələdiyyəsinin 18 may 2020-ci il tarixli, 72 saylı məktubunda qeyd edilmişdir ki, istifadəsində olan torpaq sahəsi heç kimə icarəyə verilməmişdir. Arbatan bələdiyyəsi tərəfindən verilmiş göstərilən məktubu həmin şəxslərə təqdim etdikdə, ona Arbatan bələdiyyəsinin 17 oktyabr 2014cü il tarixli, 10 nömrəli Protokolunu təqdim edərək 17,0 hektar torpaq sahəsinin onlara icarəyə verilməsini bildirmişlər. Həmin protokoldan görünür ki, onun daimi istifadəsində olan torpaq sahəsindən 17 ha torpaq sahəsi hərraca çıxarılaraq X27, X19 və X11 arasında müsabiqə keçirilmiş və nəticədə müsabiqənin qalibi kimi 17 ha torpaq sahəsi X10 50 illik müddətə icarəyə verilmiş və xx.xx.2014- cü il tarixdə həmin torpaq sahəsinə dair Salyan rayonu Arbatan bələdiyyəsi ilə X19 arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 adına şəhadətnamə verilmişdir. Bələdiyyə orqanının məktubunda göstərilən məlumata baxmayaraq keçirilmiş hərrac protokolundan, icarə müqaviləsindən və Nizami Hüseynovun adına verilmiş şəhadətnamədən görünür ki, bələdiyyə orqanı səlahiyyət həddini aşaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada istifadəsində olan torpaq sahəsini qanunsuz olaraq digər şəxsin istifadəsinə vermişdir. Eyni zamanda X22 tərəfindən ona məxsus torpaq sahəsinin digər şəxslərə verilməsi barədə məlumat əldə edilmişdir. Bələdiyyə orqanına rəsmi qaydada müraciət edilərək bu barədə məlumat verilməsi xahiş olunmuşdur. Dəfələrlə müraciət etdikdən sonra X13 xx.xx.2020-ci il tarixli, 18 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, "xxxx" MMC-nin daimi istifadəsində olan 70 ha torpaq sahəsi "xxxx" MMC-nin istfiadəsindədir və X22 tərəfindən heç bir vətəndaşla icarə müqaviləsi bağlanmamışdır. Əlavə olaraq istifadələrinə ayrılmış X13 mülkiyyətinə aid olan 76 (yetmiş altı) ha torpaq sahəsinin istifadə müddəti bitdiyi üçün həmin torpaq sahəsi qanunvericiliyə əsasən hərraca çıxarılmışdır. 2014-cü ilin noyabr ayında keçirilmiş hərracda qalib gəlmiş Bakı şəhər sakini X10 həmin torpaq sahəsi 15 (on beş) il müddətinə icarəyə verilmişdir. Həmin torpaq sahəsi üzrə keçirilmiş hərracın nəticələri barədə hər hansı sənəd əldə etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən iddiaçı "xxxx" MMC cavabdehlər Salyan rayonu Arbatan Bələdiyyəsinə və Salyan rayonu X6rşı Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçısının) torpaq hərrac və müsabiqəsinin nəticələri barədə xx.xx.2014-cü il tarixli 10 saylı Protokolunun, Arbatan Bələdiyyəsi ilə X19 arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və X8 adına verilmiş şəhadətnamənin, X13 ərazisində yerləşən "xxxx" MMC-nin daimi istfıadəsində olan torpaq sahəsi ilə bağlı keçirilmiş hərracın nəticələri barədə yekun protokolun, onun hüquqi nəticələrinin və X8 adına verilmiş şəhadətnamənin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət etmişdir. Salyan Rayon Məhkəməsininin 2(057)-1152/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon və şəhər torpaq hərrac və müsabiqə Komissiyasının (Təşkilatçısının) torpaq hərrac və müsabiqəsinin nəticələri barədə xx.xx.2014-cü il tarixli, 10 saylı Protokolunun, Arbatan Bələdiyyəsi ilə X19 arasında bağlanmış xx.xx.2014-cü il tarixli icarə müqaviləsinin ləğv edilməsi və X8 adına verilmiş şəhadətnamənin, X13 ərazisində yerləşən "xxxx" MMC-nin daimi istifadəsində olan torpaq sahəsi ilə bağlı keçirilmiş hərracın nəticələri barədə yekun protokolun, onun hüquqi nəticələrinin və X8 adına verilmiş şəhadətnamənin etibarsız hesab edilməsi qət edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 may 2021-ci il tarixli, 2(106)-767/2021 saylı qərardadı ilə Salyan Rayon Məhkəməsininin 2(057)-1152/2020 saylı, 16 oktyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilərək, işin aidiyyəti üzrə baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Arbatan bələdiyyəsinin 72 nömrəli, 18 may 2020-ci il tarixli məktubundan göründüyü kimi, onun istifadəsində olan torpaq sahəsinin heç kimə icarəyə verilməməsini bildirsə də, Arbatan bələdiyyəsinin 17 oktyabr 2014-cü il tarixli, 10 nömrəli protokolundan görünür ki, onun daimi istifadəsində olan torpaq sahəsindən 17 ha torpaq sahəsi hərraca çıxarılaraq X27, X19 və X11 arasında müsabiqə keçirilmiş və nəticədə müsabiqənin qalibi kimi 17 ha torpaq sahəsi X10 50 illik müddətə icarəyə verilmiş və xx.xx.2014-cü il tarixdə həmin torpaq sahəsinə dair Salyan rayonu Arbatan bələdiyyəsi ilə X19 arasında icarə müqaviləsi bağlanmışdır. İcarə müqaviləsi bağlandıqdan sonra Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X8 adına şəhadətnamə verilmişdir. X13 xx.xx.2020-ci il tarixli, 18 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, ona məxsus 76 ha torpaq sahəsinin istifadə müddəti bitdiyindən həmin ərazi X10 icarəyə verilmişdir. Göründüyü kimi, cavabdeh Arbatan Bələdiyyəsi göstərilən torpaq sahəsinə dair qanuni əsaslarla hüquqlara malik şəxs kimi ona məlumat vermədən, digər cavabdeh X22 isə 76 ha torpaq sahəsinin istifadə müddətinin bitməsinə əsaslanmaqla qanuni əsaslarla istifadəsində olan torpaq sahəsinə dair hərrac keçirmiş və ona məxsus torpaq sahəsinə dair digər cavabdeh N.Hüseynovla icarə müqaviləsi bağlamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 453 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilmişdir. Həmin Fərmanın 2.1-ci bəndinə əsasən ləğv edilmiş Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin dövlət torpaq kadastrı, yerquruluşu, geodeziya, torpaq bazarının təşkili, dövlət torpaq reyestrini aparmaq, bələdiyyələrin elektron daşıyıcıda və kağız üzərində xəritəni, habelə rübdə bir dəfə bələdiyyələrin hüdudları daxilində dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq sahələrində baş vermiş dəyişikliklər barədə arayışı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına təqdim etmək sahəsindəki funksiyaları Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Göründüyü kimi, həm hərracı keçirmiş Azərbaycan Respublikasının DTXK-nin rayon torpaq hərrac və müsabiqə komissiyası və qeydiyyatı aparmış orqan hazırda eyni orqan olmaqla göstərilən hərəkətlər eyni orqan tərəfindən həyata keçirilir. Göründüyü kimi, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı sərəncamı və 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamı ilə ayrılmış hər iki torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınaraq buna dair müvafiq şəhadətnamə verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası MM-nin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası MM-nin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikası MM-nin 158.4-cü maddəsinə əsasən, mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən, torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Göstərilənlərə əsasən, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı sərəncamı və 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamı ilə ayrılmış hər iki torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınaraq buna dair müvafiq şəhadətnamələr verildiyindən göstərilən torpaq sahəsinə dair dövlət tərəfindən qanunla qorunan hüquqlara malikdir. Odur ki, cavabdehin onun torpaq sahəsi üzərində istifadə müddətinin başa çatmasına dair dəlilləri əsassızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır. Əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 50-ci maddəsinin 1-ci bəndinə əsasən, torpaqdan müvəqqəti istifadə qısamüddətli və uzunmüddətli olur. Qısamüddətli müvəqqəti istifadə on beş ilədək müəyyən oluna bilər. Uzunmüddətli müvəqqəti istifadə xüsusi mülkiyyətdə olan torpaqlar üçün - on beş ildən 99 ilədək, dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlar üçün isə - on beş ildən 49 ilədək müəyyən oluna bilər. Şərh olunduğu kimi, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı sərəncamı ilə A.Ağabəyli adına təsərrüfat ərazisindən 70,43 hektar torpaq sahəsinin əkinçilik və heyvandarlıqla məşğul olması üçün daimi istifadəyə verilməsi qərara alınmışdır. Həmçinin Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamı ilə 103,0 hektar torpaq sahəsinin uzun müddətli istifadəyə verilməsi qərara alınmışdır. Göründüyü kimi, ayrılmış 70,43 hektar torpaq sahəsi daimi istifadədədir. 103,0 hektar torpaq sahəsinin ayrılması tarixi olan 05 mart 1998-ci il tarixdən qanunla göstərilən müddət keçməmişdir. Digər tərəfdən Azərbaycan Respublikası 3 saylı Yerli İqtisad Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə "xxxx" kiçik müəssisəsinin (hazırkı "xxxx" MMC) iddiası təmin edilərək, Salyan rayonu X14 xx.xx.2005-ci il tarixli, 02 saylı və xx.xx.2005-ci il tarixli, 03 saylı qərarlarının qəbul edildiyi andan etibarsız hesab olunması; Salyan rayonu X25 ilə Salyan rayonu Noxudlu kənd sakinləri X20 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 02 saylı və X12 arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 03 saylı icarə müqavilələrinin ləğv edilməsi; X9 və X4 Salyan rayonu X17 xx.xx.2005-ci il tarixli, 02 saylı və xx.xx.2005-ci il tarixli, 03 saylı qərarları ilə onlara verilmiş "xxxx" kiçik müəssisəsinin qanuni istifadə hüququna malik olduğu müvafiq olaraq 20 hektar və 50 hektar torpaq sahələrindən çıxarılmaları qət edilmişdir. Azərbaycan Respublikası 3 saylı Yerli İqtisad Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi ilə müəyyən olunmuşdur ki, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı sərəncamı "xxxx" kiçik müəssisəsinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 70 hektar torpaq sahəsi ayrılmış və həmin sahəyə dair 08 oktyabr 1998-ci il tarixli JN-262, kod 80903028 olan dövlət aktı verilmişdir. Həmin dövlət aktı 08 oktyabr 1998-cı il tarixdə 162 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. Məhkəmə tərəfindən "xxxx" kiçik müəssisəsinin 70 hektar torpaq sahəsindən daimi istifadə hüququnun qanunverciliyin tələblərinə tam uyğun olaraq rəsmiləşdirilməsi öz təsdiqini tapmışdır. Həmçinin həmin torpaq sahəsinin "xxxx" kiçik müəssisəsinin daimi istifadəsində qanuni əsaslarla olduğu bələdiyyə tərəfindən nəzərə alınmadan həmin torpaq sahəsi barəsində sərəncam hüququnun həyata keçirilməsi (icarə müqaviləsinin bağlanması) qanunvericiliyin tələblərinin pozulması kimi qiymətləndirilmişdir. Azərbacan Respublikası İqtisad Məhkəməsinin 30 noyabr 2006-cı il tarixli qətnaməsi ilə 3 saylı Yerli İqtisad Məhkəməsinin 11 sentyabr 2006-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-70/2011 saylı, 13 iyul 2011-ci il tarixli qətnaməsi ilə iddiaçı Arbatan Bələdiyyəsinin cavabdeh "xxxx" kiçik müəssisəsinə (MMC) qarşı «torpaq sahəsi üzərində pozulmuş hüquqların bərpası, daşınmaz əmlakın özgənin qanunsuz sahibliyindən geri alınması» tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmişdir. Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-70/2011 saylı, 13 iyul 2011-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinin 1-ci bəndinə əsasən, mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri dövlət ehtiyacları üçün geri alına bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, torpaq sahəsi mülkiyyətçilərin, istifadəçilərin və icarəçilərin razılığı olduqda müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (və ya müqavilə) əsasında geri alına (satın alına) bilər. Göründüyü kimi, fiziki və hüquqi şəxslərin qanuni istifadələrində olan torpaq sahələri yalnız dövlət ehtiyacları üçün geri alına bilər. Digər hallarda isə yalnız torpaq istifadəçilərinin razılığı olduqda müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı əsasında geri alına bilər. Mübahisəli torpaq sahəsi "xxxx" kiçik müəssisəsinin (MMC) daimi istifadəsində olduğundan o qanunvericiliyin tələblərinə görə icarə haqqı deyil, torpaq vergisi ödəməlidir (əvvəlki məhkəmə qərarlarında da məhkəmələr bu qənaətə gəlmişlər). Şirvan Apellyasiya Məhkəməsinin İnzibati-İqtsadi Kollegiyasının 03 noyabr 2011-ci il tarixli, 2-1(106)-66/2011 saylı qətnaməsi ilə iddiaçı Arbatan Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməmiş, Şirvan İnzibati-İqtisadi Məhkəməsinin 2-2(86)-70/2011 saylı, 13 iyul 2011- ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. Göstərilənlərə əsasən, mübahisəli torpaq sahələrinin qanuni əsaslarla istifadədə olması, bununla da onun və "xxxx" MMC-nin göstərilən torpaq sahəsinə dair dövlət tərəfindən tanınan və qorunan hüquqlara malik olması, torpaq sahəsinin icarə hüququ əsasında deyil, daimi istifadə hüququ əsasında onun və "xxxx" MMC- nin istifadəsində olması və buna görə də icarə haqqı deyil (bələdiyəyə icarə haqqı deyil), torpaq vergisi (dövlət vergisi) ödənilməli olması; habelə həmin torpaq sahələrinin geri alınması üçün Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsində sadalanan əsaslardan hər hansı birinin olmaması qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən olunduğundan, göstərilən xüsusatlar hazırkı işdə yenidən mübahisələndirilə bilməz və həmin faktlar yenidən sübut edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə proseesində mübahisələndirilmir və yenidən sübut edilmir. X3 şikayəti üzrə Azərbaycan Respublikası Konstiutusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeydşərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlığı müvafiq şərt və tələblərə məhəl qoyulmadan ondan yuxarı instansiya məhkəmələrinə şikayət verilməsini, həmçinin yuxarı instansiya məhkəmələrində belə şikayətin baxılmasını qeyri-mümkün edir. Məhkəmə aktının müstəsnalığı isə artıq bir dəfə həll olunmuş məsələnin yenidən hər hansı formada miibahisələndirilməsinə və məhkəmələrdə yenidən baxılmasına yol vermir. Təsadüfü deyildir ki, MPM-nin 233-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər. Habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cü maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən olunmuş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icraya məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir. Qanunvericinin məhkəmə qərarlarının (qanuni qüvvəyə minmiş məhkəmə qərarları da daxil olmaqla) müvafiq məhkəmə instansiyalarında miibahisələndirilməsinə yuxarıda qeyd olunan tərzdə yanaşması ilk növbdə hüquqi müəyyənlik prinsipilə əhatələndirilməsi də ehtiva edilən qüvvəyə minmiş məhkəmə aktlarının sabitliyinin təmin olunmasına yönəlmişdir. Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin praktikasında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumınyaya qarşı” 28 oktyabr 1999-cu il tarixlə qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə həll olunan yekun qərar şübhə doğurmamalıdır. Həmin məhkəmənin başqa bir qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik, “res yudicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmasının yolverilməzliyi) nəzərdə tutur. Eyni zamanda bir məsələyə ikili yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Göstərilənlərə əsasən qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olubolmamasını qəti surətdə müəyyənləşdirdiyindən və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva etdiyindən, qanuni qüvvədə olan məhkəmə aktları ilə müəyyən edilmiş mübahisəli torpaq sahələrinin qanuni əsaslarla onun və "xxxx" MMC-nin daimi istfiadəsinə verilməsi və onun və "xxxx" MMC-nin göstərilən torpaq sahəsinə dair dövlət tərəfindən tanınan və qorunan hüquqlara malik olması və həmin torpaq sahəsinin geri alınması üçün Azərbaycan Respublikası Torpaq Məcələsinin 73-cü maddəsində sadalanan əsaslardan hər hansı birinin olmamasına dair göstərilən faktlara və hüquq münasibətlərinə qarşı başqa proses olan hazırkı işdə yenidən mübahisə edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 2-ci abzasına əsasən, torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1ci bəndinə əsasən, bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11- ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Göründüyü kimi, qanunvericilik aktları normalarına əsasən torpaq sahəsinə dair hüquqa müvafiq aktın qəbul edilməsi ilə və ya məhkəmə qərarına əsasən və həm də torpaq sahəsi istifadəçisinin razılığı ilə xitam verilir. Belə bir razılıq və bunun əsasında akt isə qəbul edilməmiş və ya məhkəmə qərarı mövcud deyildir. Bununla da daimi istifadə hüququ əsasında verilmiş torpaq sahəsi qanunla müəyyən edilmiş əsaslar olmadan və qanunla müəyyən edilmiş qaydada geri alınmadan, həmin torpaq sahəsinə dair hərracın keçirilməsi və göstərilən torpaq sahəsinin N.Hüseynova icarəyə verilməsinə dair müqavilə qanunsuzdur. Odur ki, həmin müqavilə etibarsız hesab edilməlidir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 29-cu maddəsinə əsasən, torpaq icarəsi haqqında qanunvericiliyin tələbləri pozulmaqla bağlanmış əqdlər etibarsızdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən, torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarından Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya Araşdırmalarında sübutları qiymətləndirərkən bir qayda olaraq sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tuturlar. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzib edilməsi oxşar fakt ehtimallarından irəli gələ bilər. Qavazov Bolqarıstana qarşı işi üzrə 06 mart 2008-ci il tarixli qərarından İnsan hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən bir qayda olaraq sübüt standartları tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi «Kravçenko Rusiya Federasiyasına» qarşı 02 aprel 2009-cu il tarixli qərarında hüquqi mövqeyini belə bildirmişdir ki, əgər tələb təbiətinə görə «maddi» məna kəsb edirsə və mübahisənin yaranmasından asılı olmayaraq həm də maddi məna daşıyan və ehtimal olunan hüquq pozuntularına əsaslanırsa, konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu kimi qəbul edilməlidir. Şirvan Kommersiya Məhkəməsində işə baxılması zamanı məlum olmuşdur ki, X13 10 iyun 2014-cü il tarixli qərarı ilə X5 Salyan Rayon İHB-nin 05 mart 1998-ci il tarixli qərarı ilə 15 il müddətinə verilmiş şəhadətnamənin müddəti 05 mart 2013cü il tarixdə başa çatdığı üçün həmin şəhadətnaməyə xitam verilməsi qərara alınmışdır. Həmçinin Salyan Rayon İcra Hakimiyyəti Başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı və 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamları ilə "xxxx" kiçik müəssisəsinin istifadəsinə verilmiş və həmin sərəncamlar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixdə X5 və "xxxx" kiçik müəssisəsinin adlarına JN-262, kod 80903028 nömrəli və JN-0031, kod 80903028 nömrəli «Torpaqdan daimi istifadə hüququna dair» şəhadətnamə verilmiş torpaq sahələrinin özəlləşdirmə proseslərinə başlanmışdır. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən məhkəməyə göndərilmiş sənədlərdən görünür ki, Salyan rayonu Arbatan Bələdiyyəsnin 10 iyul 2014-cü il tarixli, 12 nömrəli qərarı ilə Salyan rayonu Arbatan Bələdiyyəsinin ərazisindən 17 ha torpaq sahəsinin özəlləşdirilməsi (qeydiyyata alınması) qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində Arbatan Bələdiyyəsinin adına qeydiyyata alınmış, buna dair həmin tarixdə Arbatan bələdiyyəsinin adına Seriya RX № 04855766 nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair Arbatan bələdiyyəsinin adına reyestr nömrəsi **********78 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X13 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 3.3 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********60 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X13 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 4.7 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********67 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X13 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 4.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № * * * * * * * nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********64 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X13 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 4.9 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № * * * * * * * nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********76 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X18 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 4.6 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № * * * * * * * nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********74 olan planölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X13 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 4.3 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 28 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № * * * * * * * nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********68 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X18 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 4.4 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 28 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № * * * * * * * nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********70 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X13 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 4.5 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № * * * * * * * nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********66 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X13 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 4.6 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № * * * * * * * nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********65 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X18 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 4.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № * * * * * * * nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********62 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X13 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 4.8 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 28 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № * * * * * * * nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********69 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X13 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 3.8 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № * * * * * * * nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********63 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X13 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 4.7 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 27 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № * * * * * * * nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********71 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X13 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 5.0 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № * * * * * * * nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********73 olan plan-ölçü tərtib edilmişdir. Həmçinin Salyan rayonu X13 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 4.9 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 29 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № * * * * * * * nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********75 olan planölçii tərtib edilmişdir. Həmçinin Salyan rayonu X13 18 iyun 2014-cü il tarixli, 10 nömrəli qərarı ilə Salyan rayonu X13 ərazisindən 3.5 ha torpaq sahəsinin qeydiyyata alınması proseduruna başlanması qərara alınmış, həmin qərar əsasında göstərilən torpaq sahəsi DƏDRX-nin 13 saylı Ərazi İdarəsi tərəfindən 26 avqust 2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində X13 adına qeydiyyata alınmış, buna dair həmin tarixdə X13 adına Seriya RX № * * * * * * * nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmiş və həmin torpaq sahəsinə dair X13 adına reyestr nömrəsi **********61 olan plan-ölçü tərtib edilmişdir. Salyan rayonu X13 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ilə 6.0 ha torpaq sahəsinin X10 15 il müddətinə icarəyə ayrılması qərara alınmışdır. Salyan rayonu X13 18 noyabr 2014-cü il tarixli, 19 nömrəli qərarı ilə 70 ha torpaq sahəsinin X10 15 il müddətinə icarəyə ayrılması qərara alınmışdır. Salyan rayonu Arbatan Bələdiyyəsinin 21 oktyabr 2014-cü il tarixli qərarı ilə 17 ha torpaq sahəsinin X10 50 il müddətinə icarəyə ayrılması qərara alınmışdır. Göstərilənlərə əsasən, Salyan Rayon İcra Hakimiyyəti başçısının 14 dekabr 1996-cı il tarixli, 361 saylı və 05 mart 1998-ci il tarixli, 81 saylı sərəncamları ilə "xxxx" kiçik müəssisəsinin istifadəsinə verildiyindən və həmin sərəncamlar əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 08 oktyabr 1998-ci il tarixdə X5 və "xxxx" kiçik müəssisəsinin adlarına JN-262, kod 80903028 nömrəli və JN-0031, kod 80903028 nömrəli «Torpaqdan daimi istifadə hüququna dair» şəhadətnamə verildiyindən, bununla da göstərilən torpaq sahələri iddiaçıların hüquqları ilə yüklü olduğundan, göstərilən torpaq sahələrinin başqa şəxslərin (iddiaçıların) hüquqları ilə dövlət qeydiyyatına alınmasına dair cavabdehlərin qərarları qanunsuz və əsassızdır. Odur ki, göstərilən qərarlar ləğv edilməlidirlər. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2-1(120)-3712/2024 saylı qərardadı (hakim Hilal Nəcəfov) ilə iddia mümkün sayılmamışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2-1(120)-3712/2024 saylı qərardadının ləğv edilməsini və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır və əlavə olaraq bildirmişdir ki, Salyan Rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1998-ci il tarixli sərəncamı ilə ayrılmış hər iki torpaq sahəsi qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınaraq buna dair müvafiq şəhadətnamələr verildiyindəngöstərilən torpaq sahəsinə dair dövlət tərəfindən qanunla qorunan hüquqlara malikdir. Buna görə də iddiaçı "xxxx" MMC (İddiaçı MMC) istifadə hüququna malik olduğu torpaq sahəsi ilə bağlı cavabdehlər tərəfindən qəbul edilmiş qərarların ləğv edilməsinə dair iddia tələbi irəli sürməsinə dair subyektiv hüquqlara malikdir. Buna görə də birinci instansiya məhkəməsinin iddiaçının subyektiv hüququnun olmamasına dair gəldiyi nəticə də əsassızdır. Birinci instansiya məhkəməsinin iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunnınması mübahisləndirmə haqqında iddianın xüsusi mümkünlük şərtlərinə istinad etməsi də əsassızdır. Belə ki, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən bələdiyyə orqanlarına rəsmi qaydada müraciət edərək onun istifadəsində olan torpaq sahələrimdən digər şəxslərə istifadəyə və ya icarəyə verilməsi ilə bağlı hər hansı bir qərarın olub-olmaması barədə məlumat verilməsi xahiş olunmuş, Arbatan bələdiyyəsinin 18 may 2020-ci il tarixli, 72 saylı məktubunda qeyd edilmişdir ki, istifadəmdə olan torpaq sahəsi heç kimə icarəyə verilməmişdir. Eyni zamanda X22 tərəfindən torpaq sahəsinin digər şəxslərə verilməsi barədə məlumat əldə edildi. Bələdiyyə orqanına rəsmi qaydada müraciət edilərək bu barədə məlumat verilməsi xahiş olundu. Dəfələrlə müraciət etdikdən sonra X13 xx.xx.2020-ci il tarixli, 18 nömrəli cavab məktubu ilə bildirildi ki, "xxxx" MMC-nin daimi istifadəsində olan 70 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsindədir və X22 tərəfindən heç bir vətəndaşla icarə müqaviləsi bağlanmamışdır.Göstərilənlən sübutlar birinci instansiya məhkəməsinə təqdim olunmuş və mümkünlük şərtləri araşdırılaraq Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən iddiaçının nümayəndəsinin buraxılmış müddətin bərpası barədə ərizəsi təmin edilmişdir. Göründüyü kimi, mübahisəli torpaq sahəsinin heç kimə icarəyə verilməməsinə dair Arbatan bələdiyyəsinin 18 may 2020-ci il tarixli, 72 saylı məktubu, həmçinin "xxxx" MMC- nin daimi istifadəsində olan 70 ha torpaq sahəsi "xxxx" MMC-nin istifadəsində olması və X22 tərəfindən heç bir vətəndaşla icarə müqaviləsi bağlanmamasına dair X13 xx.xx.2020-ci il tarixli, 18 nömrəli cavab məktubu iş materiallarında mövcuddur. Göstəritlənlərə əsasən, mübahisəli torpaq sahəsinin iddiaçıya ayrılmasına dair Salyan rayon İcra hakimiyyətinin sərəncamları, Salyan rayon İH tərəfindən mübahisəli torpaq sahələrinın iddiaçıya daimi istifadəyə ayrılmasını göstərərək Salyan Rayon İcra Hakimiyyətinin həmin torpaq sahələri ilə bağlı sərəncam vermək hüququnun qalmamasını bildirməsi nəticəsində həmin sərəncamların еtibarlı olması və hələ də qüvvədə olması tam sübuta yеtirilmişdir. Odur ki, işin bu cür halında birinci instansiya məhkəməsinin Sərəncamın hüquqi qüvvəsinin uzadılması və ya torpaq ayırma məsələsinə yenidən baxılması üçün rayon İcra Hakimiyyətinə müraciətinin daxil olmamasına dair dəlilləri əsassızdır.Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən torpaq sahəsinin ayrılma məqsədləri, istifadə hüququnun yaranma əsasları mübahisənin хaraktеri və mahiyyəti, tərəflərin hüquq və vəzifələri düzgün müəyyən еdilməmiş, nəticədə iş üzrə əsassız və formal, habеlə işin həqiqi halları ilə uzluşmayan dəlillər əsasında qərardad qəbul olunmuşdur. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2-1(120)-3712/2024 saylı qərardadının ləğv edilməsi və iddia tələbinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılması xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X15 apellyasiya şikayətinin dəlillərini müdafiə etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməsini, Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2-1(120)-3712/2024 saylı qərardadının ləğv edilərək iddia tələbinə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iş üzrə digər tərəflərə məlumat verilsədə məhkəmə iclasında iştirak etmir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilmişdir ki, “...İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir...Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir”. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” xx.xx.2015-ci il tarixli 5 nömrəli qərarında (6.1, 6.2 və 7-ci bəndlərində) qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, “inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Belə ki, İPM-in 13-cü maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər”. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2-1(120)-3712/2024 saylı qərardadı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “bələdiyyənin 17 ha torpaq sahəsinin X10 50 il müddətinə icarəyə ayrılması barədə 21 oktyabr 2014-cü il tarixli, 10 nömrəli qərarının ləğv edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiyası məhkəməsi iddianı mümkün hesab etməmiş və gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdeh inzibati orqanın inzibati aktı ilə onların hansı subyektiv hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilmir. İddiaçı “X35” Məhdud Məsuliyyətli Cəmiyyəti Salyan rayonu Arbatan Bələdiyyəsinin 21 oktyabr 2014-cü il tarixli, 10 nömrəli qərarını mübahisələndirir. Əsas arqumenti isə MMCyə ayrılmış torpaq sahəsi ilə bağlı hüquqlarının uzunmüddətli qeydə alınaraq müvafiq şəhadətnamənin verilməsi və cavadehin dəlillərinin əsassız olmasıdır. İddiaçı mübahisələndirilən qərarlarla onun hüquqlarının və qanunla qorunan maraqlarının pozuntusunun nədə ifadə olunduğunu əsaslandıra bilmir. İstər Salyan rayon İcra Hakimiyyəti Başçısının 05 mart 1998-ci il tarixli, 71 saylı saylı sərəncamında, istərsə də, sərəncam əsasında tərtib edilmiş JN-0031, kod 80903028 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamədə iddiamıya verilən torpaq sahəsinin uzunmüddətli verilməsi qeyd edilməmişdir. Sərəncamla müddətli verildiyi, şəhadətnamə ilə isə 15 il müddətinə verildiyi müəyyən edilir. Tətbiq edilməli olan Torpaq Məcəlləsinin 16-cı maddəsinin xx.xx.2023-cü il tarixədək qüvvədə olmuş mətninə əsasən örüş sahələrinin ən çoxu 15 ilədək müddətə mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə icarəyə verilə bildiyi açıq şəkildə qeyd edilmişdir. İddiaçının müddətin başa çatdığı 2013-ci ildən sonrakı dövrdə Sərəncamın hüquqi qüvvəsinin uzadılması və ya torpaq ayırma məsələsinə yenidən baxılması üçün rayon İcra Hakimiyyətinə müraciətinin daxil olmadığı, mübahisə predmeti olan torpaq sahəsi isə müvafiq bələdiyyələrlə digər şəxs arasında bağlanılan icarə müqavilələri əsasında 2014-cü ildən X19 tərəfindən istifadə olunduğu müəyyən edilir. Qeyd edilən sənədlərə əsasən 2014-cü ildən iddiaçı tərəfindən bələdiyyəyə hər hansı vergi məbləğinində ödənilmədiyi müəyyən edilir. Belə olan halda məhkəmə, mübahisələndirilən qərarlarla iddiaçının hər hansı bir hüququnun və qanunla qorunan maraqlarının pozulmadığı, subyektiv hüququnun mövcud olmadığı qənaətinə gəlir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, işin müəyyən edilmiş hallarına görə sözügedən torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydə alınmış, torpaq sahəsi satılması üçün bələdiyyənin müvafiq qərarı ilə açıq hərraca çıxarılmışdır. İş materiallarında olan “müsabiqənin nəticələri barədə” xx.xx.2014-cü il tarixli iclas protokolunun surətindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Salyan Torpaq hərrac və müsabiqə komissiyası (Təşkilatçı) tərəfindən Salyan rayonu X13 (Satıcı) mülkiyyətinə aid 70,0 ha torpaq sahəsi “Təşkilatçı” tərəfindən xx.xx.2014-cü il tarixdə müsabiqəyə çıxarılmış, ünvan 1 ünvanında yaşayan, 12 nömrəli biletin sahibi X19 müsabiqənin qalibi hesab olunmuşdur. Bundan sonra hazırda mübahisələndirilən 21 oktyabr 2014-cü il tarixli, 10 nömrəli qərarı qəbul olunaraq “müsabiqənin nəticələri barədə” xx.xx.2014-cü il tarixli iclas protokolu nəzərə alınmaqla sözügedən torpaq sahəsinin X1 qərara alınmışdır. Göründüyü kimi, hazırda mübahisələndirilən qərar qəbul edilməmişdən öncə yuxarıda qeyd edilən prosedurlar həyata keçirilmiş, müvafiq qərarlar qəbul edilmiş və müqavilə bağlanmışdır. Belə ki, həmin sənədlər ləğv edilməmiş, geri çağırılmamış və hazırda qüvvədədir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, sözügedən torpaq sahəsi Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 71-s saylı sərəncamı əsasında onların uzunmüddətli istifadəsində olduğundan hərraca çıxarıla və bununla bağlı müvafiq qərar qəbul edilə bilməzdi. Beləliklə də məhkəmə kollegiyasını qənaətinə görə iddiaçı hesab edirsəki, həmin torpaq sahəsi uzun müddətdir onun istifadəsindədir və buna görə də həmin torpaq sahəsi hərraca çıxarıla bilməz, bu zaman torpağın hərraca çıxarılması ilə bağlı bələdiyyənin (cavabdehin) qərarı mübahisə predmeti olmalıdır. Belə olan halda birinci instansiya məhkəməsi sözügedən torpaq sahəsinin hərraca çıxarılması barədə cavabdeh tərəfindən qərar qəbul edilib-edilmədiyini aydınlaşdırmalı, qərar qəbul edildiyi təqdirdə həmin qərarın ləğv edilməsinə dair iddia irəli sürəcəyi barədə iddiaçıya hüquqi təklif edilməlidir. Əks təqdirdə, yəni belə qərar mövcud olmadıqda hərracın nəticələrinin ləğv edilməsi (etibarsız hesab edilməsi) ilə bağlı mülki mühakimə icraatı qaydasında müvafiq məhkəmədə iddia qaldırılması hüququ iddiaçıya izah edilməlidir. Bundan başqa hazırki iş üzrə mübahisə predmeti olaraq “Salyan rayonu Arbatan Bələdiyyəsinin 21 oktyabr 2014-cü il tarixli, 20 nömrəli iclas protokolu” çıxış edir. Lakin birinci instansiya məhkəməsi hazırki inzibati işə “Salyan rayonu Arbatan Bələdiyyəsinin 21 oktyabr 2014-cü il tarixli, 10 nömrəli iclas protokolunun ləğv olunması” kimi baxmışdır. Odur ki, qeyd olunan xüsusat araşdırılmalı və iddia tələbinin dəqiqləşdirilməsi yönündə prosessual hərəkətlər həyata keçirilməlidir. Bundan başqa hazırda mübahisə predmeti olan Salyan rayonu Arbatan Bələdiyyəsinin 21 oktyabr 2014-cü il tarixli, 10 nömrəli qərarından görünür ki, həmin iclasda X32 məsələləri daimi komissiyasının xx.xx.2014-cü il tarixli, 06 nömrəli qərarı müzakirə edilmiş və hazırki məzmunda mübahisələndirilən qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası obyektiv araşdırma prinsipini rəhbər tutaraq qeyd edir ki, həmin qərar (X32 məsələləri daimi komissiyasının xx.xx.2014-cü il tarixli, 06 nömrəli qərarı) müvafiq sorğu əsasında əldə edilməli və onun məzmunu barəsində tərəflərlə müzakirə aparılmalıdır. Bu baxımdan işə baxan birinci instansiya məhkəməsi İPM-in 12-ci maddəsinin tələbini rəhbər tutaraq proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmalıdır. Bundan başqa birinci instansiya məhkəməsi qərardadında istinad etdiyi sənədlərin əsillərini deyil, kserosurətlərini iş materiallarına əlavə etmişdir. (Salyan rayonu Arbatan Bələdiyyəsinin 21 oktyabr 2014-cü il tarixli, 20 nömrəli iclas protokolu, Salyan Rayon İcra Hakimiyyəti başçısının 05 mart 1998-ci il tarixli, 71-s saylı sərəncamı və s.) Odur ki, birinci instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğuna görə həmin qərar ləğv edilməli, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxan birinci instansiyası məhkəməsi məhkəmənin “yardım etmək” vəzifəsini yerinə yetirməli, zərurət yaranarsa müvafiq sorğular verməli, iddiaçı üçün açıqaşkar əlverişsiz inzibati akt hesab olunan qərarı müəyyən etməli və yaxud iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən istifadə edibetmədiyini aydınlaşdırmalı, bundan sonra iddiaçıya hüquqi marağına uyğun iddia tələbinin dəyişdirilməsi ilə bağlı yardım etməli, bu barədə ərizə verə biləcəyi təklif edilməli, iddia tələbinin dəyişdirilməsi qəbul olunduğu halda yeni iddianın mümkünlük şərtlərini yoxlamalı, iddia mümkün sayılacağı halda yalnız bundan sonra işə mahiyyəti üzrə baxılmalı və hüquqi qiymət verilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 09 avqust 2024-cü il tarixli, 2-1(120)-3712/2024 saylı qərardadı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar