Məhkəmə qərarları › İş №2-1(106)-722/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-722/2025

08.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Şirvan şəhəri İş № 2-1(106)-722/2025 08.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Sadıqov Mirlətif Süleyman oğlu və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin bərpa olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Tibbi-Sosial Ekspert Komissiyasının ## ###### 2023-cu il tarixli “Tam Reabilitasiya” səbəbilə əlilliyin ləg v edilməsi ilə bag lı qərarın ləg v edilməsi və əlilliyinin bərpa edilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) ## #### 2025-ci il tarixli, *- *(***)-***/**** nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər şəxsə təyin olunmuş əlillik dərəcəsinin dəyişdirilməsi imkanını tanımışdır. Bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Hazırki mübahisə üzrə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların olması öz təsdiqini tapmır. Bunun əksi olaraq iş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirliyinin X2 ##.##.2024-cü il tarixli, *** nömrəli arxiv arayışından görünür ki, X1 həqiqətən ##.##.1994-cü il tarixdən ##.##.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmuşdur. Diaqnoz: Sol budun aşağı 1/3nin yumşaq toxumalarının dəlib keçən güllə yaralanması qeyd edilmişdir. Qeyd edilən diaqnoz ona ilkin müddətsiz əlillik təyin edilən zaman qoyulmuş diaqnozla ümumən eynilik təşkil edir. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 1992-ci ildə hərbi xidmətdə olan zaman do yu ş tapşırıqlarını yerinə yetirməsi ilə əlaqədar ciddi bədən xəsarətləri almışdır. Həmin xəsarətlər nəticəsində onun sag lamlıg ına ciddi ziyan dəymişdir. Hərbi xidmətdən tərxis olduqdan sonra 1997-ci ildən etibarən müddətsiz ikinci qrup əlil kimi pensiya almışdır. Cavabdeh 2023-cu ilin oktyabr ayının 31-də onu əyani mu ayinəyə dəvət etmişdir. İki-u ç nəfər həkim sadəcə xəsarətlərinə kənardan baxmış və sənədlərini yoxladıqlarını deyərək ona cavabın sonra veriləcəyini bildirərək yola salmışlar. Həmin gu n xəstəliyi ilə əlaqədar heç bir yoxlanışdan keçirilmədən u zu nə baxmaqla onun təqau du nu kəsmişlər. Təqau du nu n dayandırılması ilə bag lı məlumat isə ona heç bir formada verilməmişdir. Dekabr ayında təqau du nu n verilmədiyini go rdu kdə 142 çag rı mərkəzinə mu raciət edəndən sonra onun əlilliyinin dayandırıldıg ını demişlər. Verilən imtinada qeyd olunur ki, onun xu susi səbəbdən olan xəstəliyi tam sag alıb, u mumi səbəbdən isə təyinat verilməsi u çu n yeni go ndərişlə mu raciət etməlidir. Cavabdeh qurumun onun 30 ilə çatan əlilliyini dayandırmaqda məqsədi prezident təqaüdündən məhrum edilməsidir. Onlara hansı səbəblə bu qədər mu ddətdən sonra o z verdikləri qərarı ləg v etmək u çu n mu ayinəyə çag ırdıqlarını soruşduqda isə ona heç bir qanuni əsas verə bilməmişlər. Dəfələrlə çag rı mərkəzinə və əlillərin bərpa mərkəzinə gedib mu raciət etsə də mu raciətini qeydə almamışlar, yalnız yeni forma-88 go ndərməli oldug unu demişlər. Onun mo vcud bu tu n xəstəliklərini hərbi xidmətdə aldıg ı travmaların ag ırlaşmalarıdır. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Lerik Rayon Mərkəzi Xəstəxanasının ##.##.1997-ci il tarixli göndərişi əsasında baxılmış və X6: XX Sinif-Xəstələnmənin və ölümün xarici səbəbləri=> Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36 4-Hərbi əməliyyatlar nəticəsində odlu Diaqnozun mətni: Sol budun orta 1/3- nin odlu silah dəlib-keçən güllə yaralanması (##.## 1994) qamış sinirin hissəvi zədələnməsi, funksiyanın mülayim pozulması. Məzkəzə göndərilmənin imtina edilmənin səbəbi: Tam reabilitasiya olması-Səbəb Xüsusi səbəbdən- Tam reabilitasiya olunması barədə qərar qəbul edilmişdir. Ümumi xəstəlik səbəbi ilə əlaqədar- Əlillik təyinatına əsas verən xəstəlik qeyd edilməklə yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülür... qərarı verilmişdir. X1 əlillik vəziyyəti ##.##.1997-ci il tarixində * nömrəli Tibbi-Sosial Ekspertiza Komissiyası tərəfindən əyani müayinə zamanı qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmiş, lakin Əlillik altsisteminə daxil edilməmişdir. Vətəndaş əlillik təyinatının Əlillik altsisteminə daxil edilməsi üçün müraciət etmiş, müraciəti əsasında ##.##.2023-cü il tarixində əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İ.Əliyevə Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.1994cü il tarixli **/*** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Sol budun orta 1/3-nin odlu silah dəlib-keçən güllə yaralanması (##.##.1994) qamış sinirin hissəvi zədələnməsi, funksiyanın mülayim pozulması" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı müayinə otağına əsa ilə daxil olmuş, aşağı ətraflarda keyimə hissindən şikayətlənmiş, 1993-cü ildən şəkərli diabet xəstəliyindən əziyyət çəkdiyini bildirmişdir. Medikamentoz preparatlardan Diabeton, Metforex qəbul etdiyini qeyd etmişdir. Baxış zamanı sol budun aşağı 1/3-də çapıq izlənmişdir. Sağ budun orta 1/3-də törəmə və autodermoplastikadan sonrakı çapıq qeyd edilmiş, yumşaq toxumanın sarkomasına görə əməliyyat olunduğu məlum olmuşdur. Nevroloji müayinə zamanı sol aşağı ətrafda aqrovasiya edərək əzələ gücünü aşağı göstərməyə çalışmış, şəkərli diabet xəstəliyinə bağlı olaraq sol aşağı ətrafda diz və axil refleksi bir qədər enmiş, hipotrofiya, atrofiya müşahidə edilməmişdir. Hər iki topuq nahiyəsində ön və arxa qamış arteriyasının periferik şaxələri üzərində normal nəbz əllənmişdir. Sumqayıt Onkoloji Dispanserinin ##.##.2023-##.##.2023-cü il tarixli Çıxarışında diaqnoz “Bədxassəli fibroz hisiositoma. Aşağı ətrafın və budun yuxarı hissəsinin birləşdirici, dərialtı və digər yumşaq toxumaları. Mərhələ İ. Yüksək differensasiyalı GI kimi qeyd olunmuşdur. Hərbi travmanın qalıq əlamətləri əlillik təyinatına əsas verməmişdir. Əlillik təyinatına əsas verən onkoloji xəstəliyin xüsusi səbəb əlaqəsi aşkar edilməmişdir. Vətəndaşa əlillik təyinatına əsas verən onkoloji xəstəlik qeyd edilməklə Ümumi xəstəlik səbəbindən yeni göndərişin rəsmiləşdirilməsi məsləhət görülmüşdür. Nəticədə ##.##.1997-ci il tarixli Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar müddətsiz ikinci dərəcə əlillik təyinatının Əlillik altsisteminə daxil edilməsi barədə qərar qəbul edilmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq Xüsusi səbəbdən Tam reabilitasiya olunması və Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işi yetərincə araşdırmadan qanunsuz, əsassız qərar qəbul etmiş, həmçinin inzibati orqanın diskresion səlahiyyətlərinə müdaxilə etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını xahiş etdi. İddiaçı birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir: -Əlillik altsistemindən çıxarışdan və digər sənədlərdən görünür ki, iddiaçıya ##.##.1997-cü il tarixdə “X6: XX Sinif-Xəstələnmənin və ölümün xarici səbəbləri=> Y35- Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar => Y36 - Hərbi əməliyyatlar => Y36 4-Hərbi əməliyyatlar nəticəsində odlu Diaqnozun mətni: Sol budun orta 1/3- nin odlu silah dəlib-keçən güllə yaralanması (##.## 1994) qamış sinirin hissəvi zədələnməsi, funksiyanın mülayim pozulması” diaqnozuna əsasən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” səbəb əlaqəsi ilə müddətsiz ikinci dərəcə əlillik təyin edilmiş, iddiaçının təyin edilmiş əlilliyin Əlillik altsisteminə daxil edilməsi ilə bağlı müraciəti əsnasında müayinəyə cəlb edilmiş, nəticə etibarilə ##.##.2023-cü il tarixli qərarla Xüsusi səbəbdən Tam reabilitasiya olunması və Ümumi xəstəlik ilə əlaqədar 1 (bir) il müddətinə orqanizmin funksiyalarının 50 faiz pozulması nəticəsinə gəlinmişdir. Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” publik hüquqi şəxsinin ##.##.2025-ci il tarixli, T ***/**** nömrəli rəyində qeyd edilmişdir ki, İ.Ş.Əliyev ##.##.2025-ci il tarixdə məhkəmə-tibbi ekspertiza-dan keçərkən “Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnsitutu” phş-nə göndərilmiş və 26.# #.2025-ci il tarixli, ********** saylı arayışa əsasən həmin tarixdə müayinələrdən sonra ona komissiya tərəfindən “Odlu silah yaralanması, sol budun dəlib-keçən güllə yaralanmasından sonrakı vəziyyət, sol bud nahiyəsində yumşaq toxumalarda köhnə posttravmatik dəyişiklik, hər iki bud-çanaq oynağının koksartrozu başlanğıc mərhələ, sol aşağı ətraf əzələlərinin atrofiyası, pəncənin sallanması, sol aşağı ətrafda peroneal və tibial sinirlərin ağır dərəcəli aksonal tipli neyropatiyası, yerişin çətinləşməsi, zədədən sonrakı çapıq-(Y36.4; M16.0; M62.5; G57.3; M21.3; R26.8; L91.0)” diaqnozu təyin edilmişdir. İ.Ş.Əliyevin məhkəmətibbi müayinəsi zamanı sol baldırın aşağı lY-nin diametri 25sm, sağda isə 34sm-dir. Pəncədə hərəkət yoxdur. Məhkəmə kollegiyası hazırki mübahisəyə tətbiq edilməli olan normaların şərh olunmasını zəruri hesab edir. "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1. maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. maddəsinə əsasən İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. maddəsinə əsasən İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -24.4. maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. -58.1 -ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. -67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: -68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; -68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; -68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; -68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsinin vahidliyini təmin edən 3 ulduz statusu verilmiş *-*(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərarında sərgilədiyi mövqe ondan ibarət olmuşdur ki, əgər inzibati orqan müddətsiz əlillik təyinatına dair qərarın qanunsuz əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmişsə, bu halda, mübahisə “İnzibati icraat haqqında” Qanunun 3.3-cu və 67-ci maddəsinin, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinin müvafiq müddəaları nəzərə alınmaqla həll olunmalıdır. İnzibati orqanın özünün müddətsiz əlliliklə bağlı əvvəlki qərarının qanuniliyi qəbul etdiyi, lakin sonradan yaranmış hüquqi və ya faktiki hallara görə qərarın ləğv edilməli olduğunu qənaətində olduğu halda, mübahisənin həllinə tətbiq edilməli olan hüquq Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli, ** nömrəli Qərarı ilə təsbit edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndi deyil, “İnzibati icraat haqqında” Qanunun 68-ci maddəsinin müvafiq normalarıdır. Hazırki mübahisə üzrə cavabdeh əlillik təyinatına dair əvvəlki qərarın qanuni əlverişli inzibati akt olduğu qənaətindən hərəkət etmiş, lakin iddiaçının müayinəyə cəlb edilməsi əsaslarına dair hər-hansı əsaslı sübut və dəlil təqdim etməmiş, sadəcə iddiaçının əlilliyin əlillik altsisteminə daxil edilməsi ilə bağlı müraciəti əsnasında onu müayinəyə cəlb etmiş və xüsusi səbəbdən əlillik təyinatına əsas olmuş pozuntuların reabilitasiya olunması qənaətinə gəlmişdir. Şəxsin əlillik təyinatı üzrə yenidən müayinəsini şərtləndirən əsaslar olmadan onun müayinəyə cəlb edilməsi öz-özlüyündə qanunvericiliyin, o cümlədən "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinin tələblərinə ziddir. Sözügedən Qaydanın 3.7-ci bəndində Agentliyin əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb etməsi şərtləri və əsasları öz əksini tapmışdır. Qanunverici cavabdeh quruma müəyyən şərtlər daxilində əvvəllər təyin edilmiş əlilliyin yenidən araşdırılması imkanını tanımışdır. İstinad olunan normanın dispozisiya şərtlərinə görə bunun üçün iki şərt ödənilmiş olmalıdır: birincisi, TSEK-in əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar mövcud olmalıdır, ikincisi isə şəxs əyani müayinəyə cəlb olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyin tələblərinə görə cavabdeh istənilən hər bir halda deyil, yalnız əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında qüvvədə olan əlilliklə bağlı qərarı sonradan təftiş etmək imkanına malikdir. Ona görə də, "Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə istinad etdiyi hallarda, cavabdeh əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğunu müəyyən etməli, yalnız bundan sonra şəxsi əyani müayinəyə cəlb etməklə qərar verməlidir. Şərti olaraq qəbul etsək ki, birinci şərt ödənilmişdir və iddiaçının əlillik vəziyyətində olması məsələsinə yenidən baxılmalı idi, bu halda ikinci şərt də öz növbəsində ödənilməli idi. Başqa sözlə, yenidən müayinə nəticəsində yeni hüquqi və ya faktiki hallar ortaya çıxdığı təqdirdə cavabdeh öz əvvəlki qərarını ləğv edə, dəyişdirə bilərdi. Ekspert rəyi ilə müəyyən edilir ki, iddiaçı ilkin əlillik təyinatı aparılan zaman mövcud olan xəstəlikdən həm XBT kodları, həm də xəstəliyin ağırlaşmaları baxımından hazırda da əziyyət çəkir və cavabdeh həmin xəsətliyin reabilitasiya olunması qənaətinə gəlsə də, bunun hansı tibbi göstəricilərə əsasən müəyyən olunmasını əsaslandırmamışdır. Qeyd edilməlidir ki, iddiaçının orqanizmində olan patofunksional pozuntular həm ilkin əlillik təyinatının aparıldığı zaman qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına dair” Əsasnamənin, həm də Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın tələbləri baxəmından əlillik təyinatına əsas verir. Odur ki, cavabdeh iddiaçının əvvəlki təyinata əsas vermiş pozuntunun reabilitasiya olunması qənaətinə gəlmiş olduğu halda belə, hazırda qüvvədə olan meyarlar əsasında eyni qənaətə gəlmək imkanı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin ## #### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar