Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-724/2025 29.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X10 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2-1(120)-718/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin müəyyən edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2023-cü il tarixli qərarın ləğv edilməsi və həmin tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022ci il tarixli, 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarının” 7.6.2-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması 35-60 % olmaqla əlilliyin müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 04 avqust 2025-ci il tarixli, 2- 1(120)-718/2025 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanası tərəfindən göndərilmiş V00120779TJF saylı, xx.xx.2023-cü il tarixli göndərişlə qeyd olunan xəstəliklər üzrə müalicələr qəbul etsə də, xəstəliyinin xroniki olması, xəstəliyin ağırlıq dərəcəsinin orta ağır olması göstərilmişdir. Qeyd olunanlar nəzərə alındıqda, tibb müəssisəsi tərəfindən stasionar və ambulator müalicə proseslərində əldə edilmiş və Göndərişdə təsbit olunan məlumatların mötəbərliyi qəbul edilməlidir. Göründüyü kimi, tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya hərbi həkim komissiyaları tərəfindən tərtib olunmuş Göndərişdəki məlumatlar şəxsin əlilliyinin qiymətləndirilməsinin əsasını təşkil edir. İddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Cavabdeh orqan tərəfindən iddiaçıya müəyyən edilən həmin xəstəliklərin sağalması istiqamətində mövqe nümayiş etdirməmiş, xəstəliyin diaqnozunun əlillik əlamətinin təyin edilməməsinə istinad etmişdir. Halbuki iddiaçının adıçəkilən xəstəliklərdən əziyyət çəkməsi müşahidə edilir. V00120779TJF saylı, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixdə imzalanmış göndəriş əsasında əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnoz digər səhiyyə müəsissələri tərəfindən də qoyulduğundan, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz “Psixi və davranış pozuntuları bölməsi-Sıra №-si 7.6.2, üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0” - 7.6.2.1. əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” bəndi müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırki iddia tələbi əsaslıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 07 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində “qapalı kəllə beyin travması” xəsarəti almışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyasının xəstəliyin və xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında 28 yanvar 2022-ci il tarixli qərarı ilə ona “keçirilmiş qapalı kəlləbeyin travması, baş-beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər; keçirilmiş qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsindən sonrakı vegeiativ damar davamsızlığı; partlayış travması (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 3, sol qulaqda 4,5 metr məsafədən eşitməsi ilə. Hərbi travmadır. Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. Hərbi xidmətə yararlıdır”. Xəstəlik şəhadətnaməsi tərtib olunmuş və bu barədə 1104 saylı arayış verilmişdir. 31 mart—21 aprel 2022-ci il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının tibbi reabilitasiya bölməsində stasionar müayinə və müalicə olunmuş, müalicə olunduqdan sonra hərbi xidmətini davam etmişdir. Lakin səhhətində ağırlaşmalar olduğu üçün (əsəbilik, həyəcan, yaddaşının zəifləməsi, başında olan ağrılar, yuxunun pozulması, döyüş səhnələrini təkrartəkrar yaşamağı, ağır iztirablara dözməyərək özünə hər iki saidinə deşici kəsik xəsarətləri yetirməsi, özündən getməyi və bayılmağı) 07 iyun 2022-ci il tarixdə ixtisaslı həkim müayinəsindən keçmək üçün Müdafiə Nazirliyinin Baş Kliniki Hospitalına göndərilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının hərbi-həkim komissiyası tərəfindən yuxarıda qeyd edilən diaqnozlar təsdiq edilərək "Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Müalicəyə zərurət vardır” məzmunlu 11 avqust 2022-ci il tarixli 9691 saylı “Xəstəlik haqqında Şəhadətnamə” verilmişdir. 14 sentyabr 2022-ci il tarixdə həmin Şəhadətnamə əsasında hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Müxtəlif müalicə müəssisələrində, o cümlədən “Respublika Psixiatriya Xəstəxanası” X12 xx.xx.2022—xx.xx.2022-ci il, xx.xx.2022—xx.xx.2022-ci və 27.04—xx.xx.2023-cü il tarixlərdə müalicə olunmuşdur. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə Ağdam RƏD-in xx.xx.2023-cü il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: “Üzvi mənşəli (baş beyin travması) şəxsiyyət pozuntusu. Anamnezində intihar cəhdi ilə; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir." səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, X6 orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında Agentlikdə əyani müayinə nəticəsində xx.xx.2023-cü il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması barədə qərar qəbul edilmişdir. İddiaçı orqanizmin funksiyalarının pozulması faizinin qiymətləndirməsi üçün tibb müəssisəsi tərəfindən yeni göndəriş rəsmiləşdirilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 9691 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Partlayış travması,keçirilmiş qapalı kəllə-beyin travması. baş-beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, Dostkommosion sindrom və davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəlləbeyin travması, bas-beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı. sefalgik və insomnik sindrom ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticəsi. Partlayış travması, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli nevrosensor ağıreşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 (üç) metr, sol qulaqda 4.5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır" kimi müəyyənləşdirilmişdir; “Sağ sağrı, hər iki saidin və kürək nahiyəsinin dəri çapıqları” diaqnozlu travmanın səbəb əlaqəsi “Travmadır, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir; İİ (ikinci) dərəcəli alimentarkonstitusional piylərimə BCl-32,8. Hepatosteatoz. Qastroezofaqeal refleks xəstəliyi. 21-ci dişin kariyesi, 36-cı dişin olmaması”diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır" kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 10328899 nömrəli xəstəlik tarixdən Çıxarışında diaqnoz “Üzvi mənşəli şəxsiyyət pozğunluğu'' kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2023-xx.xx.2023-cü il tarixli 3577/23 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz “Baş-beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərə çarpan şəxsiyyət pozuntusu, kobud davranış pozuntuları ilə. Anamnezində suisidal cəhdi ilə” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2023-cü il tarixli 4549 nömrəli Tibbi rəyində diaqnoz “Üzvi mənşəli (baş-beyin travması) şəxsiyyət pozuntusu. Anamnezində intihar cəhdi ilə" kimi müəyyənləşdirilmişdir. Xəstə hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, başgicəllənmədən, əsəbilikdən, gərginlikdən, zəif görmədən, yaddaşın və yuxunun pozulmasından şikayətlənmişdir. Agentliyin audiometriya müayinə nəticəsi: hər iki qulaqda normal eşitmə izlənilmişdir. Təqdim olunan sənədlərdə intihar cəhdləri qeyd olunsa da, müayinə zamanı anamnestik və kliniki olaraq öz təsdiqini tapmamışdır. Hazırki psixi vəziyyəti mütəxəssislər tərəfindən "Üzvi dissosiativ pozuntu. Funksional tutmalar (epileptiform). Üzvi şəxsiyyət pozuntusu, anamnezində intihar cəhdləri ilə" kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamış, bələdliyin və tənqidin bütün növləri saxlanılmışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi sırf ekspert rəyinə əsaslanmışdır, halbuki iki ekspert rəyi arasında ziddiyyətlər mövcuddur, şəxsin əyani müayinəsində yetərincə peşəkar təcrübəli həkim mütəxəsisslər tərəfindən əyani müayinə nəticəsində əldə edilən məlumatlara məhəl qoymadan iddiaçının maraqlarına uyğunlaşdırılmaqla qanunsuz və əsassız qərar qəbul etmişdir. Diaqnozdakı xəstəliyin ağırlaşmalarının olmaması İddiaçı əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Cavabdeh şikayətə əlavə təqdim edərək, mübahisələndirilən qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət verilmədiyindən iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyinin bildirməklə, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında şikayətin dəlillərini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın mümkünsüz sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddianın prosessual müddətlə bağlı mümkünlük şərtlərinə münasinbətdə qeyd edir ki, mübahisələndirilən xx.xx.2023-cü il tarixli qərar xx.xx.2023-cü il tarixdə elektron sistemə yerləşdirilmiş, həmin qərarın ləğvi barədə iddia məhkəməyə təqdim edilməsi üçün xx.xx.2023-cü il tarixdə poçt xidmətinə təqdim edilmişdir. Kollegiya hesab edir ki, mübahisələndirilən qərarın özündə hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddətinin göstərilməməsi, İPM-nin 24.4-cü maddəsinin və “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçı qanunla müəyyən edilmiş müddəti ötürməmiş, iddianın mümkünlük şərtlərinə onun tərəfindən əməl edilmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -“Psixi Sağlamlıq Mərkəzi” X13 xx.xx.2023-cü il tarixli, 4549 saylı müayinə aktından görünür ki, X11 Üzvi mənşəli (baş beyin travması) şəxsiyyət pozuntusu F07.0 anamnezində intihar cəhdi ilə diaqnozu təyin edilmişdir. -xx.xx.2022-ci il tarixli, 9691 saylı xəstəlik haqqında şəhadətnamədən görünür ki, Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olnmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom və davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Partlayış travması (xx.xx.2020), keçirilmiş qapalı kəllə beyin travması, baş beyir silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, sefalgik və insomnik sindrom ilə təzahür edər posttravmatik ensefalopatiya ilə nəticəsi. Partlayış travması (xx.xx.2020), ikitərəfli xroniki koxlear nevrit, ikitərəflii neyrosensor ağır eşitmə, pıçıltı nitqinin sağ qulaqda 3 (üç) metr, sol qulaqda 4,5 (dörd tam onda beş) metr məsafədən eşitməsi ilə. Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Sağ sağrı, hər iki saidin və kürək nahiyyəsinin dəri çapıqları. Travmadır, hərbi xidmət dövründə alınmışdır. İİ (ikinci) dərəcəli alimentar konstitusional piylənmə BÇl-32,8. Hepatosteatoz. Qastroezofageal reflüks xəstəliyi. 21-ci dişin kariyesi. 36-cı dişin olmaması. Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır. HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 14b, 17b, 23b maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən, Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə ixtsaslı müayinə və müalicə olunması üçün MN BKH-na göndərilmiş, xx.xx.2022-xx.xx.2022-ci il tarixədək ‘‘Partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qaplı kəllə beyin travması, baş beyin silkələnməsindən sonrakı mülayim dərəcədə ifadə olnmuş üzvi affektiv (depressiv) pozuntu, postkommosion sindrom, vegetativ damar davamsızlığı və davranış pozuntuları ilə müşayiət olunan nəticəsi. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Sağ saidin ön səthinin orta 1/3-nin kəsilmiş yarasından sonrakı bərkimiş, sol saidin ön səthinin kəsilmiş yarasından sonrakı (06.2022) bərkimiş dəri çapığı. Sağ sağrı nahiyyəsinin deşilmiş yarasından sonrakı (2020) bərkimiş dəri çapığı. Kürək nahiyyəsinin kəsilmiş yarasından sonrakı bərkimiş dəri çapığı. Hepatosteatoz. Qastroezofageal reflüks xəstəliyi” diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 5539 nömrəli xəstəlik tarixindən çıxarış epikrizi). N nömrəli hərbi hissə komandiri tərəfindən hərbi xidmətə yararlılığının təyini üçün hərbi-həkim komissiyasına göndərilmişdir. MN BKH-nın nevroloqu və nefroloqu ilə konsultasiyada olmuşdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 tərəfindən göndərilmiş xx.xx.2023-cü il tarixli, 3001 saylı Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, X11 Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə F07.0 diaqnozu təyin edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X17 tərəfindən göndərilmiş xx.xx.2024-cü il tarixli, 5242 saylı Həkim Psixiatr Komissiyasının rəyindən, xx.xx.2024-cü il tarixli, 804 saylı Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, X11 Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə F07.0 diaqnozu təyin edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X13 30 iyul 2024-cü il tarixli, T540/2024 saylı ekspert rəyində göstərilmişdir ki, 1982-ci il təvəllüdlü X6 adına tərtib edilmiş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1.2.3.5.7.8.İddiaçı adına “X15” PHŞ tərəfindən tərtib edilmiş 256 saylı xəstəlik tarixindən görünür ki, o, 11.01xx.xx.2024-cü il tarixlərdə xəstəxanada “Əsas xəstəlik: Keçirilmiş baş beyin travması. Ağırlaşmalar: Posttravmatik ensefalopatiya. Qıcolma tutmaları. Yanaşı xəstəliklər: F07.0- Üzvi mənşəli (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla, intihar cəhdi, koqnitiv funksiyanın enməsi ilə” diaqnozu ilə müayinə və müalicədə olmuşdur. Xəstəyə diaqnoz stasionarda müalicədə olarkən kliniki, anamnestik, laborator- instrumental müayinələri əsasında müəyyən edilmiş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparılmış onların səmərəliliyi, proqnozu qənaətbəxş olsa da, əyani müayinələri zamanı əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları, ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmadığından əlilliyin təyini zamanı ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin, istərsə də Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 187 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Aparılan müayinələrin nəticələri əsasında əldə edilmiş diaqnoz ilə hazırda onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, lakin, xəstəlik kəskinləşdiyi halda əlavə müalicəyə cəlb oluna bilər. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-X5 X13 28 yanvar 2025-ci il tarixli, 230 saylı rəyində göstərilmişdir ki, yoxlanılan şəxs X7 hal-hazırda Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi və özünə xəsarət yetirmələrlə (Psixi və davranış pozuntularının beynəlxal təsnifatının 10-cu baxışında kodu F07.0) müəyyən edilir. Bunu anamnestik məlumatlar, inzibati iş materiallarında olan tibbi sənədlər və hal-hazırki müayinə zamanı yoxlanılan şəxsdə aşkar edilmiş psixi pozuntular - (çavuş rütbəsində İİ Qarabağ döyüşlərində iştirak etdiyi zaman mərmi partlaması nəticəsində qapalı kəllə-beyin travması alaraq huşunu itirməsi, Fizuli hərbi hospitalında müalicədə olması, aldığı kəllə-beyin travmasından sonra onda əsəbilik, hövsələsizlik, qıcıqlara qarşı həssaslıq, beynində sıxıntı, səs-küy götürə bilməməsi, yuxu pozuntusu, davranışında aqressivlik halları meydana gəldiyi üçün tərxis edildikdən sonra MN Baş Klinik Hospitalında Reabilitasiya Bölməsində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Baş beyin silkələnməsindən sonrakı vegetativ damar davamsızlığı. Vertebrogen lumbalgiya” diaqnozu ilə müalicədə olması, Bakı şəhər 2 nömrəli X3 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək “Baş beynin üzvi xəstəliyi (travma mənşəli) nəticəsində nəzərəçarpan şəxsiyyət pozuntusu. Kobud davranış pozuntuları ilə. Anamnezində suisidal cəhdlə” diaqnozu ilə stasionar müalicədə olması, AR SN “Respublika Psixiatriya Xəstəxanasında “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar. İntihr cəhdləri, koqnitivfunksiyaların enməsi ilə”” diaqnozu ilə xx.xx.2023- cü il tarixdən xx.xx.2023-cü il tarixədək, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək stasionar müalicədə olması, AR SN Psixi Sağlamlıq Mərkəzində xx.xx.2023-cü il tarixdə t.e.d., prof. Fuad İsmayılov tərəfindən müayinə olunaraq ona “Üzvi mənşəli (baş beyin travması) şəxsiyyət pozuntusu. Anamnezində intihar cəhdi ilə” diaqnozu təyin edilməsi, “MedEra Hospital”-da EEQ Monitoring müayinəsində olduğu zaman onda “Orqanik tipli pozuntular üzərində alın təpə paylarının sol yarımkürə ifadəsi ilə spayk-ləng dalğa xarakterli epikomplekslər izlənilir. Epiaktivlik” diaqnozunun aşkar olunması, İstanbul NS Klinikasının xx.xx.2023-cü il tarixdə MRT müayinəsində olması və onda “Sol böyük beyin yarımkürəsi alın pay paraventikulyar ağ maddədə T2-T2 flair hipersiqnallı. diffuziya restruksiyası göstərməyən 5mm ölçüdə non spesifik qliotik ocaq qeyd edilir. Sağ haymor dibində 8mm kista və sol haymor cibinin sirkulyar divaryanı mukozal qalınlaşması qeyd edilir. Sağ orta nazal konxa bulyozdur” diaqnozunun aşkar edilməsi, SN Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim psixiatr tərəfindən xx.xx.2024-cü il tarixdə müayinə olunduğu zaman onda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar. İntihar cəhdləri, koqnitiv funksiyaların enməsi ilə” diaqnozunun müəyyən edilməsi, hazırda ona təyin edilmiş sakitləşdirici müalicələri qəbul etməsi, onda yaranmış psixi pozuntularla əlaqədar iş qabiliyyətini itirməsi, bununla yanaşı psixi vəziyyətində əsəbilik, daxili gərginlik, qıcıqlara dözümsüzlük, yaddaşında zəiflik, əsəbi gərginliklər zamanı onda aqressivlik meydana gəlməsi, yuxusuzluq, yuxusunda döyüş yoldaşlarının şəhid olmaları səhnələrini görərək çox narahat halda oyanması, əsəbi gərginliklər keçirərək kəsmələrlə özünə xəsarətlər yetirməsi, əhval-ruhiyyəsinin gün ərzində enmiş vəziyyətdə olması, bədənində olan ağrılar kəskinləşdiyi zaman ürək bulanma, özündən getmə falları baş verməsi, həmçinin vəziyyətinin yaxşılaşmaması onun əhval ruhiyyəsinə təsir göstərərək özünü öldürmək cəhdlərinin olması, hazırki müayinə zamanı gələcəyə ümidsizliklə yanaşması, beyninə intihar etmək barəsində tez-tez fikirlər gəlməsi, yuxusunun qırıq-qırıq olması, səhərlər əzgin halda oyanması, baş ağrılarından əziyyət çəkməsi şikayətlərini bildirməsi, aparılan sorğu-sual gedişatında tez yorulması, astenizasiya olunması, əhvalruhiyyənin aşkar enməsi diqqəti cəlb etməsi və s.) sübut edir. -Azərbaycan Respublikasının Prokurorluğu Beyləqan rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli, 2-2-423/2-137571/25 nömrəli məktubundan görünür ki, Xocavənd rayonu, 500 ailəlik qəsəbədə yerləşən 408 nömrəli evdə yaşayan İddiaçı intihara cəhd etməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olmamış və araşdırılma aparılmamışdır. İddiaçı Xocavənd rayonu, 500 ailəlik qəsəbədə yerləşən 408 ünvanda özünə xəsarət yetirməsi ilə əlaqədar Xocavənd RPŞ-yə daxil olmuş məlumat əsasında araşdırılma aparılmış, toplanmış material üzrə cinayət hadisəsinin olmaması əsasına görə cinayət işi başlanması xx.xx.2023-cü il tarixli qərarla rədd edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə “Məhkəmə-Tibbi Ekspertiza və X9” X17 tərəfindən verilmiş 30 iyul 2024-cü il tarixli ekspert rəyi Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı ilə tərtib edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi hazırki iş üzrə cavabdeh orqan qismində çıxış etdiyindən həmin orqanın nümayəndəsinin iştirakı sözügedən ekspert rəyinin obyektivliyini şübhə altına alır. Bu səbəbdən məhkəmə kollegiyası Məhkəmə-X5 PHŞ-in bu sahə üzrə ixtisaslaşmış müəssisə olmasını nəzərə alaraq, həmin qurumun 28 yanvar 2025-ci il tarixli, 230 saylı rəyini daha mötəbər və inandırıcı hesab edir. Həmin rəydə iddiaçıda “Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə-beyin travması nəticəsində) şəxsiyyət pozuntusu. Depressiv daxilolmalar, intihar cəhdləri, koqnitiv funksiyaların enməsi və özünə xəsarət yetirmələrlə (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxışında kodu F07.0) olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.6.2.1-ci bəndində “əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla teztez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı)” diaqnozu üzrə orqanizmin funksiyalarının pozulması dərəcəsi 35-60% müəyyən edilməklə, 2 il müddətinə əlillik təyinatının aparılmasına əsas verir. İddiaçının orqanizmində olan patofunksional pozuntular ixtisaslaşmış müalicə müəssisəsinin təqdim etdiyi sənədlərlə öz təsdiqini tapmaqla, diaqnozun yuxarıda qeyd olunan meyarların müvafiq koduna uyğun olması müəyyən edilmişdir ki, bu hal cavabdeh orqanın imtinasının əsassız olması qənaətinə gəlməyə əsas verir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun:- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.3-1-ci maddəsinə əsasən maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Beləliklə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 04 avqust 2025-ci il tarixli, 2-1(120)-718/2025 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-724/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-724/2025
29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver