Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-73/2023 18.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, İddiaçı, cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1284/2022 nömrəli qərarından cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hesablanıb ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, yəni 57 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət edilən tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 06 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1284/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı 57 yaşdan, yəni xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən (07 sentyabr 2021-ci il) əvvəlki illər üçün, yəni 07 sentyabr 2018-ci il tarixdən 07 sentyabr 2021-ci il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1960-cı il tarixdə Salyan rayonunun, Bəşirbəyli kəndində anadan olmuşdur. Lakin hal-hazırda Şirvan şəhərində yaşayır. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun güzəştli iş stajının 12 il 6 aydan az olduğu əsas gətirilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı güzəştli iş stajı 12 il 6 aydan azdır (9 il 5 ay 15 günlük müddət, xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1981xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1988xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər). İddiaçı tərəfindən "xxxx" ASC "xxxx" Müəssisəsində işlədiyi dövrlərlə bağlı güzəştli arayış təqdim edilmədiyindən tələb olunan güzəştli iş stajı yoxdur. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, iddiaçının ümumi sığorta stajı və xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövrlə bağlı, yəni 9 il 5 ay 15 günlük güzəştli iş stajı ilə bağlı tərəflər arasında mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin Sutikinti Müəssisəsində işlədiyi dövrün güzəştli iş stajı kimi qəbul edilməməsi ilə bağlıdır. Hesab edirlər ki, "xxxx" ASC-nin Sutikinti Müəssisəsində işlədiyi dövr güzəştli iş stajı kimi qəbul edilə bilməz. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək həmçinin bildirdi ki, o, 1977-1978-ci illərdə elektrik qaynaqçısı ixtisası üzrə peşə təhsili almışdır. Hərbi xidməti bitirdikdən sonra qaynaqçı peşəsi üzrə əmək fəaliyyətinə başlamış, hazırda da həmin ixtisas üzrə əmək fəaliyyətini davam etdirir. O, müxtəlif dövrlərdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı, qaz qaynaqçısı, elektrik qaz qaynaqçısı vəzifələrində çalışmışdır. Qaynaqçının işi budur ki, o, yalnız elektrik və ya qaz qaynaq aparatı ilə qaynaq işini həyata keçirir, elektrik qaz qaynaqçısı isə qaz aparatı ilə kəsir, elektrik qaynaq aparatı ilə qaynaq işini həyata keçirir. "xxxx" ASC-nin "xxxx" Müəssisəsi məktubunda qaynaqçının əmək funksiyalarını hal-hazırda müəssisədə elektrik qaz qaynaqçısı yerinə yetirdiyini və onun peşəsinin ümumi peşələrdə qaz qaynaqçısı peşəsi ilə uyğunluğunu qeyd edir. O, 2002-2005-ci illərdə "xxxx" ASC-nin "xxxx" Müəssisəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmiş, lakin həmin dövrdə o, həm əl ilə qaynaq aparan elektrik qaynaqçısı işlərini, həm də qaz qaynaqçısı və elektrik qaz qaynaqçısı işlərini görmüşdür. Həm əl ilə qaynaq aparan elektrik qaynaqçısı, həm də qaz qaynaqçısı ümumi peşələrdə hər ikisi güzəştli iş stajı hesab edilir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1960-cı il tarixdə Salyan rayonu, Bəşirbəyli kəndində doğulub, Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 15, mənzil 7-də yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus olan Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət Texniki Peşə Təhsili Komitəsi tərəfindən verilmiş xx.xx.1978-ci il tarixli, 12654-20 nömrəli attestatın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978ci il tarixədək Əli Bayramlı şəhər 28 nömrəli texniki peşə məktəbində elektrik qaynaqçısı peşəsi üzrə peşə təhsili almışdır. İşdə olan iddiaçıya məxsus olan xx.xx.1978-ci il tarixli, НЗ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan iddiaçıya məxsus olan xx.xx.1980-ci il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən və tərcüməsindən görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Azərbaşenerji İstehsalat-təmir Müəssisəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək X9, xx.xx.1981-ci il tarixdən xx.xx.1983cü il tarixədək 3 saylı Buruqquraşdırma İdarəsində, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək NQÇİ-nin Təmir Quraşdırma İdarəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək X4, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Əli Bayramlı ŞDİŞ yanında X1, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək Neft-qaz Çıxarma İdarəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək “Neftqaz” X2 Nəqliyyat İdarəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək X10 Stansiyasında, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Sutikinti Müəssisəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Karasu Əməliyyat Şirkətində işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********01 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı 07 sentyabr 2021-ci il tarixli ərizəsinə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmış və İddiaçı şəxsiyyət vəsiqəsinin surətinin, ümumi iş stajını təsdiq edən sənədlərin əsillərinin və pensiya təyin edilməsi ilə bağlı ərizənin təqdim edilməsi təklif edilmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********3 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi 22 oktyabr 1980-ci il tarixli, ИT-İ ******* nömrəli əmək kitabçasının surətində və əlavə olunmuş sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, güzəştli iş stajı 12 il 6 aydan az (9 il 5 ay 15 gün (xx.xx.1980-xx.xx.1980-ci il, xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1988-ci il, xx.xx.1989-xx.xx.1992-ci il, xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İşdə olan “X11” tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 86 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (4 ay 7 gün) Karasu Əməliyyat Şirkətində güzəştli iş stajı olaraq qaynaq sexində elektrik qaz qaynaqçısı vəzifəsində işləmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 12 nömrəli arayışda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən (əmr № 02/k, xx.xx.2002) xx.xx.2005-ci il tarixədək (əmr № 24/k, xx.xx.2005) "xxxx" Müəssisəsinin 1 nömrəli sahəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işləmişdir. Əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarının “Ümumi peşələr” bölməsində qeyd edilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Müəssisəsində qaynaqçı peşəsində işləməsi haqqında arayış hazırlanmış və daha əvvəlki tarixlərdə İddiaçı göndərilmişdir. Qaynaqçı peşəsində topladığı iş stajı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”-nda işlədiyi peşə “XXXİİİ. Ümumi peşələr” bölməsində 23200000-19906 kodu ilə qeyd edilmiş əl ilə qaynaq aparan elektrik qaynaqçıları peşəsinə uyğun olduğu üçün güzəştli şərtlərlə pensiya hüququnu həyata keçirmək üçün Dövlət Sosial Müdafiə Fonduna müraciət edilməsi tövsiyə edilmişdir. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 04 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Müəssisəsinin 1 nömrəli sahəsində 5-ci dərəcəli qaz qaynaqçısı peşəsində işləmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının mütəxəssisləri və "xxxx" Müəssisəsinin kadrlar şöbəsinin rəisinin iştirakı ilə tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin Sutikinti Müəssisəsində işlədiyi dövr yoxlanılmışdır. İşdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti "xxxx" Müəssisəsi tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 13-16-3/2-247/2023 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" Müəssisəsinin 1 nömrəli Tikinti Quraşdırma sahəsində 5-ci dərəcəli qaynaqçı peşəsində işləmişdir. "xxxx" Müəssisəsində qaynaqçının əmək funksiyasını halhazırda elektrik qaz qaynaqçısı yerinə yetirir. Əvvəllər "xxxx" Müəssisəsinin ştatında mövcud olan qaynaqçı peşəsi ilə hal-hazırda mövcud olan elektrik qaz qaynaqçısı peşəsinin əmək funksiyası eynidir. İddiaçı peşəsi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarının 33-cü bölməsinin 23200000-11620 kodu ilə qeyd edilmiş qaz qaynaqçısı ilə uyğundur və həmin peşədə İddiaçı 3 il 3 ay 24 gün işləmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). İddiaçının iddia etdiyi hüququnun yarandığı tarixdə qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.1997-ci il tarixədək qüvvədə olmuş 13-cü maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar – 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər – 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar – 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən həmin qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş həddi 1997ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Məhkəmə kollegiyası müəyyən etdi ki, xx.xx.1960-cı il təvəllüdlü İddiaçı xx.xx.2006cı il tarixədək 25 ildən çox ümumi iş stajı olduğunu, o cümlədən həmin müddətin 12 il 6 ayından çoxunu güzəştli iş stajı təşkil etdiyini əsas gətirərək ona hüququnun yarandığı xx.xx.2017-ci il tarixdən, yəni 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh tərəfindən onun xx.xx.2006-cı il tarixədək tələb edilən 12 il 6 ay güzəştli iş stajının olmadığı əsas gətirilərək ona imtina cavabı verilmişdir. İddiaçı da cavabdehin imtinasını əsassız hesab edərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin maddənin təsiri altına düşmək üçün isə iddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək azı 25 il sığorta stajına malik olmalı və bu müddətin azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” üzrə işlərdə çalışmalıdır. Bu tələblər ödənildiyi halda yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş tələblərə müvafiq surətdə iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İşin faktiki hallarından görünür ki, İddiaçı xx.xx.1977-ci il tarixdən xx.xx.1978-ci il tarixədək (7 ay 19 gün) peşə təhsili almış, xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (2 il 5 gün) hərbi xidmətdə olmuş, həmçinin əmək kitabçasına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (3 ay 3 gün) Azərbaşenerji İstehsalattəmir Müəssisəsində, xx.xx.1980-ci il tarixdən xx.xx.1981-ci il tarixədək (6 ay 12 gün) X9, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (2 il 3 ay 28 gün) 3 saylı Buruqquraşdırma İdarəsində, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (4 ay 11 gün) NQÇİ-nin Təmir Quraşdırma İdarəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək (2 il 11 ay 24 gün) X4, xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (11 ay 1 gün) Əli Bayramlı ŞDİŞ yanında X1, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (3 ay 15 gün) Neft-Qaz Çıxarma İdarəsində, xx.xx.1989-cu il tarixdən xx.xx.1994-cü il tarixədək (5 il 4 ay 6 gün) “Neftqaz” X2 Nəqliyyat İdarəsində, xx.xx.1995-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (6 il 4 ay 13 gün) X10 Stansiyasında, xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (3 il 3 ay 24 gün) Sutikinti Müəssisəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək (7 ay 8 gün) Karasu Əməliyyat Şirkətində işləmişdir. Məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.2006-cı il tarixədək 25 ildən artıq ümumi sosial sığorta stajının olduğu müəyyən edilmişdir. İddiaçının 25 il ümumi sosial sığorta stajının olmasına münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Həmçinin İddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1980-ci il tarixədək (3 ay 3 gün) Azərbaşenerji İstehsalat-təmir Müəssisəsində, xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək (2 il 3 ay 28 gün) 3 saylı Buruqquraşdırma İdarəsində, xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək (4 ay 11 gün) NQÇİ-nin Təmir Quraşdırma İdarəsində, xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixədək (2 il 11 ay 24 gün) X4, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (3 ay 15 gün) Neft-qaz Çıxarma İdarəsində, xx.xx.1989cu il tarixdən xx.xx.1992-ci il tarixədək (2 il 10 ay 17 gün) “Neftqaz” X2 Nəqliyyat İdarəsində, xx.xx.2005-ci il tarixdən xx.xx.2005-ci il tarixədək (4 ay 7 gün) Karasu Əməliyyat Şirkətində işlədiyi güzəştli iş stajı ilə bağlı da tərəflər arasında mübahisə yoxdur. Tərəflər arasındakı mübahisə iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" ASC-nin Sutikinti Müəssisəsində işlədiyi dövrün güzəştli iş stajına daxil edilib-edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı 1977-1978-ci illərdə elektrik qaynaqçısı ixtisası üzrə peşə təhsili almışdır. Hərbi xidməti bitirdikdən sonra qaynaqçı peşəsi üzrə əmək fəaliyyətinə başlamış, hazırda da həmin ixtisas üzrə əmək fəaliyyətini davam etdirir. O, müxtəlif dövrlərdə əl ilə qaynaq aparan elektrik qaynaqçısı, qaz qaynaqçısı, elektrik qaz qaynaqçısı vəzifələrində çalışmışdır. "xxxx" ASC-nin "xxxx" Müəssisəsinin əvvəlki məktublarında iddiaçının peşəsi əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsinə uyğunlaşdırılsa da, "xxxx" ASC-nin "xxxx" Müəssisəsinin sonuncu məktubunda qaynaqçının əmək funksiyalarını hal-hazırda müəssisədə elektrik qaz qaynaqçısı yerinə yetirdiyini və onun peşəsinin ümumi peşələrdə qaz qaynaqçısı peşəsi ilə uyğunluğunu qeyd edir. İddiaçı isə qeyd edir ki, 2002-2005-ci illərdə "xxxx" ASC "xxxx" müəssisəsində əl ilə qaynaq aparan elektrik qaynaqçısı vəzifəsində işləmiş, lakin həmin dövrdə o, həm əl ilə qaynaq aparan elektrik qaynaqçısı işlərini, həm də qaz qaynaqçısı və elektrik qaz qaynaqçısı işlərini görmüşdür. Həm əl ilə qaynaq aparan elektrik qaynaqçısı, həm də qaz qaynaqçısı ümumi peşələrdə hər ikisi güzəştli iş stajı hesab edilir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”-nda XXXİİİ (Ümumi peşələr) bölmə, “əl ilə qaynaq aparan elektrik qaynaqçıları (23200000—19906)”, və XXXİİİ (Ümumi peşələr) bölmə, qaz qaynaqçısı (23200000-11620) öz əksini tapmışdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində “Əmək pensiyaları haqqında” Аzərbaycan Respublikası Qanunu ilə, həmçinin həmin Qanunun 9.8-ci maddəsinə əsasən yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə, yəni “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu ilə tələb olunan güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajını (25 il ümumi, o cümlədən 12 il 6 ay güzəştli iş stajını) topladığı müəyyən edildiyindən iddiaçı ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbində haqlıdır. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günədək, yəni xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyaların yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə hesablanması deyil, təyin edilməsi müəyyən edilmişdir. xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərin əmək pensiyasının məbləği, yəni hesablanaraq ödənilməsi əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən deyil, həmin şəxslərin hüquqlarının yarandığı vaxt qüvvədə olan qanunvericiliyə əsasən hesablanır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iş üzrə iddiaçının yaşa görə əmək pensiyası hüququ xx.xx.2017-ci il tarixdə yaransa da, onun yaşa görə əmək pensiyasının təyin olunması barədə müraciəti xx.xx.2021-ci il tarixdə cavabdeh inzibati orqana daxil olmuşdur. Belə olan halda qanunvericiliyə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası bu barədə müraciət etdiyi xx.xx.2021-ci il tarixdən əvvəlki üç il üçün ödənilməklə təyin edilməlidir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 06 oktyabr 2022-ci il tarixli, 2-1(120)-1284/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-73/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-73/2023
18.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver