Məhkəmə qərarları › İş №2-1(106)-73/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-73/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-73/2024 30.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Xudadat oğlunun, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli **********2 saylı qərarın ləğv olunması, dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırıldığı vaxtdan təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(120)-1026/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə müraciət edərək, dövlət qulluqçusu kimi dayandırılmış pensiyanın 01 iyul 2022-ci ildən bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 21 iyun 2023-cü il tarixli, 2-1(120)-1026/2023 nömrəli qərardadından görünür ki, iddia tələbinə əlavə verilərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli **********2 saylı qərarın ləğv olunması, dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırıldığı vaxtdan təyin edilməsi” kimi baxılması davam etdirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1947-ci ildə Astara rayonu Ərçivan kəndində doğulmuşdur. Hal-hazırda Astara rayonu Ərçivan kəndində yaşaır. O, 1969-cu ilin may ayının 22-də 192 saylı əmrlə “Elektroizolit” zavodunda əmək fəaliyyətinə başlamışdır. 12 iyun 2009-cu il tarixdən yaşa görə dövlət qulluqçusu kimi ona əmək pensiyası təyin edilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli **********3 saylı qərarı ilə ona 12 iyun 2009-cu il tarixdə yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi qanunazidd hesab edilmiş və həmin qərara əsasən pensiya ödənişi 01 iyul 2022-ci il tarixdən dayandırılmışdır. Hesab edir ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın bu qərarı qanunaziddir və həmin qərarla onun pensiya hüququ pozulmuşdur. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi iddiaya qarşı məhkəməyə etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının bərpa edilməsi ilə bağlı müraciət etmişdir. Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının məktubunda müraciətin müsbət həllinin mümkün olmadığı qeyd olunmuşdur. İddiaçı R.Ə.X5 rayon şöbəsi tərəfindən 12 iyun 2009cu il tarixdən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. “Dövlət qulluğu haqqında" Qanunun 7.1ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1 -ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır”. “Əmək pensiyaları haqqında" Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o. ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991-ci il tarixdən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991-ci il 18 oktyabr tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991 -ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında vaxtilə iddiaçının işlədiyi vəzifələr nəzərdə tutulmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ olmadığı təqdirdə ona qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Bununla əlaqədar sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişi 1 iyul 2022-ci il tarixdən dayandırılmışdır. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı “dövlət qulluqçusu kimi dayandırılmış pensiyanın xx.xx.2022-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(120)-1026/2023 saylı qərarı (hakim Amilya Hüseynova) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etdiyi etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olmuş redaksiyalarına əsasən dövlət qulluqçusu kimi əlilliyə görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 14.1 -ci maddəsinə əsasən isə dövlət qulluqçusu “bu Qanunla müəyyən edilmiş qaydada maaşlı dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır” “Əmək pensiyaları haqqında” Qanunun 20.1.7-ci maddəsinə görə, şəxsin sabiq dövlət qulluqçusu kimi pensiya alması, yəni pensiyasına qulluq stajına görə əlavənin hesablanması məqsədilə müəyyən edilən kateqoriyaya aid edilməsi üçün o, ya “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutmalı, yaxud 18 oktyabr 1991 -ci il tarixdən həmin Qanunun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında işləməli, yaxud da 1991 -ci il 18 oktyabr tarixədək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş olmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin məhkəməyə ünvanladığı 21 fevral 2023-cü il tarixli 9-3/2-374/2023 nömrəli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydasının 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir.1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin “Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci i tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılınası Siyahısının 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. İddiaçı 1973-cü ilədək müxtəlif zavodlarda iş müddəti ilə bağlı bildirilmişdir ki, yuxarıda qeyd edilən Siyahıda sadalanan dövlət orqanları arasında zavodlar nəzərdə tutulmamış və həmin qurumlarda mövcud olan vəzifələrin uyğunlaşdırılınası aparılmamışdır. Uyğunlaşdırılınası aparılan dövlət orqanları arasında zavodlar nəzərdə tutulmadığı üçün İddiaçı həmin illərdə dövlət qulluqçusu statusuna malik olmamışdır. 1973-1978-ci illərdə “Azərkəndkimya” Respublika İstehsal-Elm Birliyində iş müddəti ilə bağlı bildirilmişdir ki, Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olan vəzifələr “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmış, lakin birliklərdə mövcud olan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmamışdır. Müvafiq uyğunlaşdırma aparılmadığından İddiaçı 1973-cü il tarixdən 1978-ci il tarixədək “Azərkəndkimya” Respublika İstehsalat-Elm Birliyində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququ olmadığı təqdirdə ona qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi aşkar edilmişdir. Bununla əlaqədar sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası ödənişi 1 iyul 2022-ci il tarixdən dayandırılmışdır. Əlavə olaraq, İddiaçı “X10” (PAS) ötən dövr xanasına Fondun SÖTMF tərəfindən qeyd edilmiş xx.xx.2022-ci il tarixli sərəncama əsasən xx.xx.2009-cu il tarixdən xx.xx.2022-ci il tarixə kimi almalı olduğu 35897.82 (otuz beş min səkkiz yüz doxsan yeddi manat, 82 qəpik) manat keçmiş dövr üzrə fərq məbləği Fondun XŞTMF tərəfindən ödənilmiş 70506.21 (yetmiş min beş yüz altı manat, 21 qəpik) manat məbləğdən çıxılmış qalan 34608.39 (otuz dörd min altı yüz səkkiz manat, 39 qəpik) manat artıq alma xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi aylıq pensiya məbləğindən 79.19 (yetmiş doqquz manat 19 qəpik) manat tutulmuşdur. İddiaçı xx.xx.2022-ci il tarixli **********7 nömrəli ərizəsinə əsasən aylıq pensiya məbləğindən aparılan tutulma qanunamüvafiq olaraq 10%-ə salınmış və xx.xx.2022-ci il tarixdən etibarən 40.53 (qırx manat 53 qəpik) manat olaraq müəyyən edilmişdir. Nəticə etibarilə, iddiaçının aylıq əmək pensiyasından tutulma onun razılığına əsasən həyata keçirilir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(120)-1026/2023 saylı qərarının ləğv edilərək iddianın təmin edilməməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək inzibati işə “əmək pensiyasının ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli **********2 saylı qərarın ləğv olunması, dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddiaçı tərəfindən verilmiş iddia tələbinin dəqiqləşdirilməsi barədə vəsatətə etirazının olmadığını bildirir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə1 Xudadat oğlu apellyasiya şikayətinin dəlilləri ilə razı olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Dövlət Qulluğu haqqında” Azərbaycan Respublikasının qanunu: Maddə 2.1. Dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Maddə 2.5. Bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Maddə 7.1. Dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Maddə 9. Dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktları ilə müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Maddə 8.1. Dövlət orqanları onların statusu, iyerarxiyası və yurisdiksiyası (ölkə, regional və yerli səviyyədə) nəzərə alınmaqla aşağıdakı kateqoriyalar üzrə təsnifatlaşdırılır: 8.1.1. əsas səlahiyyətləri Azərbaycan Respublikası Konstitusiyasının 7ci maddəsinin İİİ hissəsinə əsasən müəyyən edilən Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyətinin ən yüksək dövlət orqanları, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, habelə Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanlar və icra səlahiyyətlərini həyata keçirən orqan,, Azərbaycan Respublikasının Milli Məclisi, Ali konstitusiya ədalət mühakiməsi səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi, ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycan Respublikasının Ali Məhkəməsi (Ali kateqoriya dövlət orqanları);8.1.2. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məclisi, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Hesablama Palatası, Məhkəmə-X6, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı (1-ci kateqoriya dövlət orqanları);8.1.3. əsas səlahiyyətləri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Konstitusiya qanunları, Azərbaycan Respublikasının qanunları ilə və Azərbaycan Respublikasının Konstitusiyasının 113- cü maddəsi ilə müəyyən edilən dövlət orqanları – Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının müvafiq icra hakimiyyəti orqanı, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının Prokurorluğu, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) Aparatı, Azərbaycan Respublikasının apelyasiya məhkəmələri, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Aparatı, Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının Katibliyi, müvafiq icra hakimiyyəti orqanları, Milli Televiziya və X7 (2-ci kateqoriya dövlət orqanları); 8.1.4. əsas səlahiyyətləri Azərbaycan Respublikası. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 6 mart 2018-ci il tarixli № 1025-VQD nömrəli Qanuna əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsində edilmiş dəyişkliyə qədər Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir kimi qeyd edilmişdir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları” haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186-cı qərarının 1.1-ci bəndinə əsasən, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Qanun: Maddə 1. Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “əmək pensiyasının ləğv olunması haqqında xx.xx.2022ci il tarixli **********2 saylı qərarın ləğv olunması, dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırıldığı vaxtdan təyin edilməsi” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, İddiaçı dövlət qulluğu stajı tələb olunan 5 illik müddətdən çoxdur. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, DSMF Astara rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 375 nömrəli qərarı ilə İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası qanunauyğun təyin edilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya münasibətdə “Əmək pensiyasının ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********2 saylı qərarı İddiaçı hüquqlarını pozur və iddiaçı həmin qərarın ləğv edilməsini, yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılmış vaxtdan (xx.xx.2022-ci il tarixdən) təyin edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan iddiaçının adına tərtib edilmiş 375 nömrəli pensiya işindən və ona əlavə olunmuş sənədlərdən, o cümlədən 021581 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, Dövlət Sosial Müdafiə Fondu Astara rayon şöbəsinin xx.xx.2009cu il tarixli 375 nömrəli qərarı ilə xx.xx.1947-ci il təvəllüdlü İddiaçı xx.xx.2009-cu il tarixdən ömürlük olaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının mübahisələndirilən “Əmək pensiyasının ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli **********2 saylı qərarından görünür ki, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı təqdirdə İddiaçı qanunvericiliyə zidd olaraq həmin kateqoriya üzrə əmək pensiyasının təyin edildiyi müəyyən olunmuş, bununla əlaqədar Mərkəzi Filial tərəfindən xx.xx.2022-ci il tarixdə “Əmək pensiyasının ləğv olunması haqqında” qərar qəbul edilmiş və iddiaçıya sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının ödənişi 01 iyul 2022-ci il tarixindən dayandırılmışdır. İş materiallarında olan 28 iyul 1969-cu il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “Azərkəndtəsərrüfatı texnikası” Respublika Birliyində xx.xx.1973-cü il tarixdə Birliyin əmək və əmək haqqı şöbəsinin əməyin elmi təşkili üzrə baş mühəndisi vəzifəsinə təyin edilmiş, 09 fevral 1976-cı il tarixli 48 nömrəli əmrlə “əməyin elmi təşkili şöbəsi”nin rəisi vəzifəsinə təyin olunmuş, 15 aprel 1977-ci il tarix li 136 nömrəli əmrlə Dəmir yolları yüklərinin yükləmə və boşaltma işləri idarəsinin rəisi vəzifəsinə keçirilmiş, xx.xx.1978-ci il tarixdə Azərbaycan SRR Nazirlər Sovetinin tərkibində olan Respublika “Azərkəndtəsərrüfatı texnikası” birliyinin adı dəyişilərək “X2 X11 Komitəsi” adlandırılması ilə əlaqədar olaraq Komitənin xx.xx.1978-ci il tarixli 65-k nömrəli əmri ilə Dəmir yollarının yükləmə və boşaltma işləri idarəsinin rəisi vəzifəsinə keçirilmiş və xx.xx.1979-cu il tarixindən öz xahişi ilə işdən azad olunmuşdur. İş materiallarında olan Azərbycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 10 iyun 2009-cu il tarixli 07/18-08-473 nömrəli məktubunda da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət qulluğunda vəzifələrin uyğunlaşdırılması siyahısına əsasən 18 oktyabr 1991-ci ilədək nazirliyin və dövlət komitəsinin aparatında baş idarənin, aparıcı idarənin və şöbə rəisinin vəzifəsi dövlət qulluğunda təminedici şöbənin müdiri vəzifəsinə, baş idarənin, idarənin şöbə rəisi, müstəqil idarə, şöbə rəisi, işlər müdiri vəzifələrinin inzibati və yardımçı vəzifəsi yardımçı şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “əmək pensiyasının təyin edilməsi” haqqında xx.xx.2022-ci il tarixli, **********6 nömrəli qərarından görünür ki, İddiaçı hüququnun yarandığı yəni xx.xx.2009-cu il tarixdən və xx.xx.2022-ci il tarixdən əmək pensiyası yenidən hesablanaraq müddətsiz yaşa görə əmək pensiyası təyin edilmişdir. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasına əlavədən çıxarışdan görünür ki, o, xx.xx.1973-cü il tarixdə 213-k nömrəli əmr əsasında Respublika “Azərkəndtəsərrüfatı texnikası” birliyinin əmək və əmək haqqı şöbəsinin əməyin elmi təşkili üzrə baş mühəndisi vəzifəsinə təyin edilmiş, xx.xx.1976-cı il tarixdə 48 nömrəli, xx.xx.1976-cı il tarixli əmrlə ştat cədvəlinin dəyişilməsinə müvafiq olaraq əməyin elmi təşkili şöbəsinin rəisi vəzifəsinə köçürülmüş, xx.xx.1977-ci il tarixdə 136 nömrəli, xx.xx.1977-ci il tarixli əmrlə dəmir yollarının yüklərinin yükləmə və boşaltma işləri idarəsinin rəisi vəsifəsinə köçürülmüş, xx.xx.1978-ci il tarixdə Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1978-ci il tarixli qərarı və Azərbaycan SSR X2 X11 Komitəsinin 65-k nömrəli, xx.xx.1978-ci il tarixli əmri ilə Azərbaycan SSR Nazirlər Sovetinin tərkibində olan Respublika “Azərkəndtəsərrüfatı texnikası” birliyinin adı dəyişilərək əvəzində “X2 X11 Komitəsi” adlandırılması ilə əlaqədar olaraq, Dəmir yollarının yüklərinin yükləmə və boşaltma işləri idarəsinin rəisi vəzifəsinə köçürülmüş və xx.xx.1979-cu il tarixdə 324-k nömrəli, xx.xx.2979-cu il tarixli əmr əsasında Azərbaycan SSR Əmək Qanunları Məcəlləsinin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, DSMF Astara rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 375 nömrəli qərarı ilə İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş, “Əmək pensiyasının ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********2 saylı qərar ilə iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququnun olmadığı əsas gətirilərək sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının ödənilməsi 01 iyul 2022-ci il tarixdən dayandırılmış və İddiaçı hüququnun yarandığı yəni xx.xx.2009-cu il tarixdən əmək pensiyası yenidən hesablanaraq (xx.xx.2022-ci il tarixdən) müddətsiz yaşa görə əmək pensiyası təyin edilmişdir. Apellyasiya instansiyası məhkəməsində işə baxılan zaman iddiaçının (dəqiqləşdirildikdən sonra) tələbi “əmək pensiyasının ləğv olunması haqqında xx.xx.2022ci il tarixli **********2 saylı qərarın ləğv olunması, dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bağlı olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısında 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında, İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək mövcud olan Azərbaycan Respublikasının (Naxçıvan Muxtar Respublikasının) dövlət qulluğu vəzifələrinin adları göstərilən cədvəlin 1.15-ci bəndində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında baş idarə, aparıcı idarə, şöbə rəisi, Azərbaycan SSR Dövlət Plan Komitəsinin işlər müdiri, baş mütəxəssis (iqtisadçı, maliyyəçi, hüquqşünas, mühasib və digər), iqtisadi müşavir, məsləhətçi, rəhbərin köməkçisi və baş idarənin, idarənin şöbə rəisi, müstəqil idarə, şöbə rəisi, işlər müdiri vəzifələrinin İnzibati və yardımçı vəzifəsi -İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələri arasında böyük məsləhətçi və yardımçı şöbənin müdiri vəzifələri ilə uyğunlaşdırılmışdır. İş materiallarında olan iddiaçıya məxsus 28 iyul 1969-cu il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən işlədiyi Azərbaycan SRR Nazirlər Sovetinin tərkibində olan Respublika “Azərkəndtəsərrüfatı texnikası” birliyinin adı xx.xx.1978-ci il tarixindən dəyişilərək “X2 X11 Komitəsi” adlandırılmış və iddiaçı həmin Komitədə xx.xx.1979-cu il tarixinə kimi Dəmir yollarının yüklərinin yükləmə və boşaltma işləri idarəsinin rəisi vəzifəsində işləmişdir. İşdə olan Azərbycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 10 iyun 2009-cu il tarixli 07/18-08-473 nömrəli məktubunda da qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş dövlət qulluğunda vəzifələrin uyğunlaşdırılması siyahısına əsasən 18 oktyabr 1991-ci ilədək nazirliyin və dövlət komitəsinin aparatında baş idarənin, aparıcı idarənin və şöbə rəisinin vəzifəsi dövlət qulluğunda təminedici şöbənin müdiri vəzifəsinə, baş idarənin, idarənin şöbə rəisi, müstəqil idarə, şöbə rəisi, işlər müdiri vəzifələrinin İnzibati və yardımçı vəzifəsi yardımçı şöbənin müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi “Azərkəndtəsərrüfatı texnikası” Respublika Birliyi Təsnifat Toplusunda göstərilən Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında qeyd edilən dövlət komitələri ilə eyni hüquqi statusa malikdir. Belə ki, Azərbaycan SSR X13 Heyətinin 4 oktyabr 1978-ci il tarixli Fərmanına əsasən Azərbaycan SSR Nazirlər Sovetinin kənd təsərrüfatı maşınları, ehtiyat hissələri, mineral gübrələr və başqa maddi-texniki vasitələr satan, kolxozlarda və sovxozlarda maşınların təmirini və işlədilməsini təşkil edən respublika birliyi — Azərbaycan Kənd Təsərrüfatı Texnikası Birliyi Azərbaycan SSR X8 İstehsal-Texniki Təminat Komitəsinə çevrilmişdir. Buna görə də İddiaçı “Azərkəndtəsərrüfatı texnikası” Respublika Birliyində göstərdiyi əmək fəaliyyəti dövlət qulluğu hesab edilməlidir. Bundan başqa məhkəmə kollegiyası iddiaçının Azərbaycan SRR Nazirlər Sovetinin tərkibində olan Respublika “Azərkəndtəsərrüfatı texnikası” birliyindəki (sonrakı adı “X2 X11 Komitəsi”ndə) xx.xx.1973-cü il tarixdən xx.xx.1979-cu il tarixinə kimi işlədiyi müddətin DSMF Astara rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 375 nömrəli qərarı ilə İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edib-etməməsi ilə bağlı onu qeyd edir ki, xx.xx.2009-cu il tarixdə qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanunun 23-cü maddəsinə əsasən “Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir”. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə 6 mart 2018-ci il tarixli № 1025-VQD nömrəli Qanuna əsasən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunun 23.2-ci maddəsində edilmiş dəyişkliyə qədər Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 5 ildir kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində qeyd edilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşdə olan 28 iyul 1969-cu il tarixli əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı “Azərkəndtəsərrüfatı texnikası” Respublika Birliyində (sonrakı adı “X2 X11 Komitəsində) xx.xx.1973-cü il tarixindən xx.xx.1979-cu il tarixinə kimi Birliyin (Komitənin) əmək və əmək haqqı şöbəsinin əməyin elmi təşkili üzrə baş mühəndisi, “əməyin elmi təşkili şöbəsi”nin rəisi, Dəmir yolları yüklərinin yükləmə və boşaltma işləri idarəsinin rəisi, vəzifəsində işləmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək hesab edir ki, İddiaçı dövlət qulluğu stajı tələb olunan 5 illik müddətdən artıq olduğu üçün xx.xx.2009-cu il tarixdə qüvvədə olan “Dövlət qulluğu haqqında” Qanunun 23-cü maddəsinin tələbləri ödənilmiş olur. Beləliklə, iş üzrə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, DSMF Astara rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 375 nömrəli qərarı ilə İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası qanunauyğun təyin edilmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya münasibətdə “Əmək pensiyasının ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********2 saylı qərarı iddiaçının hüquqlarını pozur və iddiaçı həmin qərarın ləğv edilməsini, yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırılmış vaxtdan (xx.xx.2022-ci il tarixdən) bərpa edilməsini tələb etməkdə haqlıdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsaslarından biri də iddiaçıya dövlət qulluqçusu kimi təyin edilmiş əmək pensiyasının ləğv edilməsinin qanuni hesab edilib-edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq iddiaçıya dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni olub-olmadığından əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını aydınlaşdırmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. Həmin Qanunun 2.0.11-ci maddəsinə əsasən əlverişsiz (yükləyici) inzibati akt maraqlı şəxsi hüquqdan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarından çıxış edərək bildirir ki, İddiaçı dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı DSMF Astara rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 375 nömrəli qərarı iddiaçıya münasibətdə əlverişli inzibati aktdır. Həmin inzibati aktın ləğv edilməsinə yönələn DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli **********2 saylı qərarı isə iddiaçıya münasibətdə əlverişsiz (yükləyici) inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yarasız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Həmin hallar iddiaçıya pensiyanın təyin edilməsi ilə bağlı DSMF Astara rayon şöbəsinin xx.xx.2009-cu il tarixli 375 nömrəli qərarına münasibətdə mövcud deyildir. Həmçinin, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı ona pensiya təyin edilməsinə nail olması da müəyyən edilməmişdir. Eləcə də, iddiaçı üçün əlverişli olan pensiyasın təyin edilməsi ilə bağlı inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi iddiaçının etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Həmin qanunun 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Həmin qanunun 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Həmin qanunun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Yuxarıda qeyd edilən hüquq normalarının mənasına görə iddiaçı barəsində qəbul edilmiş inzibati aktın yəni, dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi barədə 12 iyun 2009-cu il tarixli qərarın ləğv edilməsi üçün əsaslar olsa belə qanuni inzibati aktın ləğv edilməsi üçün müəyyən edilmiş müddət (1 il) bitdiyinə görə sözügedən inzibati akt ləğv edilə bilməz. Məhkəmənin gəldiyi hüquqi nəticə “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında əks olunan hüquqi mövqeyi ilə eynilik təşkil edir. Həmin qərarın əsaslandırıcı hissəsində (qərarın 6-cı səhfəsinin 1-ci, 2-ci, 4-cü və 5-ci abzaslarında) qeyd olunur: “Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. İşə apellyasiya qaydasında baxılan zaman iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək iddia tələbində dəyişiklik etdiyini, tələbində “əmək pensiyasının ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli **********2 saylı qərarın ləğv olunması, dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılmasını xahiş etmişdir. Yəni, əvvəlki iddia tələbindən “təyin edilsin” ifadəsini “bərpa edilsin” ifadəsinə dəyişdirərək yeni məzmunda tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, yeni (dəqiqləşdirilmiş) iddia tələbi qanuna və iddiaçının hüquqi marağına uyğun olduğundan, o cümlədən birinci və apellyasiya məhkəməsi tərəfindən məhz hazırki yeni tələb üzrə inzibati məhkəmə araşdırması aparıldığından həmin tələb üzrə qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd edir ki, bu məzmunda tələbin təmin olunması gələcəkdə qərarın icrasında yarana biləcək anlaşılmazlığın və çətinliklərin baş verməsinin qarşısını alacaqdır. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, iddiaçının ikin müraciətindən imtina edilməsi ilə bağlı cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, cavabdehin “xx.xx.2022-ci il tarixli **********2 saylı qərarı ləğv edilməli, iddiaçıya yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyası dayandırıldığı vaxtdan (xx.xx.2022-ci il tarixdən) bərpa edilməli və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2023-cü il tarixli, 2-1(120)-1026/2023 saylı qərаrı qərarı dəyişdirilsin. Cavabdehin xx.xx.2022-ci il tarixli **********2 saylı qərarı ləğv edilsin və iddiaçıya yaşa görə dövlət qulluqçusu kimi əmək pensiyası dayandırıldığı vaxtdan bərpa edilsin və həmin vaxtdan ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar